Məhkəmə qərarları › İş №1(101)-1923/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1923/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1923/2021 07.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X16 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Oğlanqala kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olmaqla ünvan 9-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Şahin” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında mənfəət olaraq 300 manat gəlir əldə etmək müqabilində mütəmadi olaraq “Şahin” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib müxtəlif vaxtlarda “Şahin” adlı şəxsin tapşırığı ilə Bakı şəhərinin müxtəlif yerlərinə, sonuncu dəfə isə 19 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanının qarşısındakı ağacın altına istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi çəkisi 658,477 qram olan psixotrop maddə metafetamini, külli miqdarda ümumi çəkisi 175,816 qram olan narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 1.090,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 1 saylı evin 5 saylı mənzilində, bir hissəsini isə idarə etdiyi “VAZ-2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 19 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində Nizami RPİ-nin X2 daxil olmuş məlumat əsasında bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanının qarşısında saxlanılaraq idarə etdiyi həmin avtomobillə ünvan 1 ünvanında yerləşən Nizami RPİ-yə gətirilmiş və orada üzərinə keçirilən şəxs axtarış zamanı ona narkotik vasitələri saxladığı yerləri bildirməsi barədə edilən təklif üzrə verdiyi məlumat əsasında idarənin inzibati binasının həyətində istifadəsində olan “VAZ-2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsinə keçirilmiş baxış zamanı oradan 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 414 qram olan ağ rəngli kristalşəkilli kütlə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 144 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 20 iyul 2021-ci il tarixdə saat 1:30 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 1 saylı evin 5 saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı boz rəngli çantanın içərisindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 210,373 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 33 ədəd bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 21,864 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 18 ədəd bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 13,085 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 18,731 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 1.090,0 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi, 1 ədəd gümüşü rəngli qaşıq və 7 ədəd folqa kəsikləri aşkar edilərək götürülmüş, 20.07.2021-ci il tarixdə saat 2:35 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin inzibati binasının həyətində istifadəsində olan “VAZ-2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilmiş axtarış zamanı avtomobilin yük yerindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 12,240 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl təxminən 3 ay psixotrop maddə olan metafetamindən istifadə etmişdir. Sosial şəbəkə vasitəsilə tutulmazdan 1 ay əvvəl İran İslam Respublikasının vətəndaşı olan «Şahin» adlı şəxslə tanış olmuşdur. Şahin ona narkotik vasitəni əvvəlcədən müəyyən etdiyi yerə qoyacağını və həmin narkotik vasitəni götürüb onun adamlarına çatdıracağını, bunun müqabilində ona pul verəcəyini demişdir. 9 iyul 2021-ci il tarixdə Şahin mobil telefonuna “WhatsApp” proqramı vasitəsilə psixotrop maddə olan metafetamini qoyduğu yeri göstərmişdir. Yasamal rayonunda yerləşən “Nizami” metrostansiyasının yanına gedib orada olan ağacın dibinə atılmış sellofan torbada olan təxminən 5 qram metafetamini götürmüş və həmin metafetamini Şahinin göstərişinə əsasən “20 Yanvar” metrostansiyasının yaxınlığındakı körpünün altına qoymuşdur ki, Şahinin adamı gəlib həmin metafetamini oradan götürsün. Elə həmin gün Şahin MilliÖn ödəmə aparatı vasitəsi ilə onun kart hesabına 300 manat pul göndərmişdir. 19 iyul 2021-ci il tarixdə axşam saatlarında Şahin “WhatsApp” proqramı vasitəsilə onunla əlaqə saxlayıb «Qara Qarayev» metrostansiyasının yaxınlığında, ağacın altına qara sellofan torbada metafetamin və heroin qoyulduğunu, həmin narkotik maddələri götürüb onunla əlaqə saxlamağını tapşırmış və “WhatsApp” vasitəsilə narkotikin olduğu yeri göstərmişdir. Əvvəlcədən müəyyən olunmuş yerdən içərisində heroin və metafetamin olan qara rəngli sellofan torbanı Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanında əvvəlcədən işarə verilmiş yerdən, ağacın altından götürüb özünə məxsus olan «VAZ 2115» markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq kapotunu açıb fara olan yerə qoymuşdur. 19 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq avtomobili ilə birlikdə Nizami rayon polis idarəsinə gətirilmişdir. Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyini təklif etmişdir. Üzərində heç bir qeyri-qanuni əşya olmadığını, lakin avtomobilində metafetamin və heroin olduğunu bildirmişdir. Polis əməkdaşlarının iştirakı ilə avtomobilinə baxış keçirilərkən avtomobilin qabaq kapotunun altında saxladığı 1 ədəd qara rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim edərək həmin torbanın içərisindəki bükümlərdə heroin və metafetamin olduğunu bildirmişdir. Bundan əlavə polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyinə getdikdə mənzilin yataq otağında saxladığı boz çantanın içərisində, geyim paltarlarının altında olan ağ şəffaf sellofan torbanın içərisindəki qara rəngli sellofan torbanın içindən toz-kristall halda olan metafetamini, üzərində “elektronika kitchen skale” yazıları olan qutunun içərisindən SCA- 301 markalı elektron tərəzini, üzərində “C8 Led” sözləri yazılmış qara rəngli qutunun içərisindəki şəffaf sellofanda 18 bükümdə açıq qəhvəyi rəngli heroini, 33 bükümdə ağ rəngli toz-kristall şəklində olan metafetamini, ağ şəffaf sellofanda açıq halda 1 (bir) bükümdə olan heroini, ağ sellofan torbada yaşıl rəngli ot şəklində marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Mənzilində olan narkotik vasitələrdən marixuananı təxminən 13 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yolun kənarından götürmüşdür. Digər narkotik vasitələri və tərəzini isə təxminən 10 gün əvvəl Bakı-Sumqayıt avtomagistral yolunun kənarından götürmüşdür. Narkotik vasitələrin yerinin şəklini Şahin ona “WhatsApp” vasitəsilə göndərmişdir. Yaşadığı mənzildən çıxıb polis idarəsinə qayıdarkən avtomobilinin arxa yük yerində, içərisində su qabları olan sellofan torbada narkotik vasitə olduğunu polis əməkdaşlarına bildirmişdir. Polis idarəsinə gəldikdə avtomobilinin yük yerinə baxış keçirilmiş və qeyd etdiyi yerdən şəffaf sellofandakı metafetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələri 19 iyul 2021-ci il tarixdə axşam saatlarında Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanına təxminən 15 metr məsafə qalmış yolun kənarından Şahinin ona “WhatsApp” vasitəsilə şəklini göndərdiyi ağacın altından götürmüşdür. Pula ehtiyacı olduğu üçün Şahinlə arasında olan razılığa əsasən mütəmadi olaraq Şahinin göndərdiyi narkotik vasitələri qeyd etdiyi yerlərdən götürüb onun bildirdiyi ünvanlara çatdırmalı olmuşdur. Həmin narkotik vasitələri Şahinin işarə verdiyi yerlərdən götürüb bildirdiyi yerə qoymaqla əvəzində ondan pul almışdır. Belə ki, Şahin bir dəfə istifadəsində olan bank kartına 300 manat pul göndərmişdir. Hər dəfə də Şahinin göndərdiyi narkotik vasitələri onun qeyd etdiyi yerlərə qoyduqda Şahin ona 300 manat civarında pul verəcəyini söz vermişdir. Kirayə qaldığı mənzilə baxış keçirilərkən oradan narkotik vasitələr aşkar olunduqda düşünmüşdür ki, polis əməkdaşları əldə etdiyi bütün narkotik vasitələri gizlətdiyi yerləri bilirlər. Mənzildən qayıtdıqdan sonra polis əməkdaşları təkrarən avtomobilinə baxış keçirsələr oradan bir daha narkotik vasitə aşkar etdikdə cəzası daha da artacaq. Ona görə də özü avtomobilinin yük yerində də narkotik vasitə oduğunu polis əməkdaşlarına bildirmişdir. Həmin ərəfədə üzərində 077- ***-**-** nömrəsi olan «Samsung» markalı mobil telefondan istifadə etmişdir. Telefonun kodu 46323 olmuşdur. Telefonu araşdırma zamanı təqdim etmişdir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar heç vaxt saxlanılmamışdır. Avitomobilindən və mənzilindən aşkar edilmiş narkotik vasitələrdən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Saxlanılarkən polislər tərəfindən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. Polis əməkdaşlarına yaşadığım mənzildə və avtomobilimdə narkotik maddələr olduğunu səmimi olaraq etiraf etmişdir. Əməlindən peşmandır. Hər dəfə Şahinin tapşırığını yerinə yetirdikdə Şahin onun kart hesabına 300 manat civarında pul göndərmişdir. Üzərinə şəxsi axtarış, yaşadığı evə və avtomobilinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyul 2021-ci il tarixdə Nizami RPl-nin NMB-nə Bakı şəhəri, Nizami rayonu ərazisində İmdad adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra İmdad adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən, Nizami RPl-nin NMB və CAŞ-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 19 iyul 2021-ci il tarixdə İmdad adlı şəxsin olması ehtimal olunan ünvan 6 ünvanın yaxınlığına yollanmışlar. Saat 23:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə İmdad adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və idarə etdiyi “VAZ-2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Nizami RPİ-nə dəvət olunmuşdur. Nizami RPl-nin inzibati binasının 313 saylı xidməti otağında Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç nə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirildikdə həqiqətən də üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç nə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs arabir narkotik vasitə olan metafetamin qəbul etdiyini, təxminən bir ay yarım əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şahin” adlı şəxsin ona narkotik vasitələr göndərdiyini, 10 gün əvvəl Şahinin göndərdiyi narkotik vasitələri “Nizami” metrostansiyasının yanında ağacın altından götürdüyünü və Şahinin göstərişinə əsasən “20 Yanvar” metrostansiyasının yaxınlığına qoyduğunu, bunun müqabilində Şahinin ona 300 manat pul ödədiyini bildirmişdir. Şahinin 19 iyul 2021-ci il tarixdə də onunla əlaqə saxladığını, «Qara Qarayev» metrostansiyasının yaxınlığından narkotik vasitələri götürməsini dediyini, narkotik vasitələrin yerinin şəklini “WhatsApp” proqramı vasitəsilə ona göndərdiyini, Şahinin bildirdiyi yerdən metafetamin və heroini götürdüyünü, avtomobilinin mühərrik yerinə qoyduğunu qeyd etmişdir. Həmin narkotik vasitələrin hələ də avtomobilinin mühərrik yerində olduğunu və həmin narkotik vasitələri könüllü olaraq təqdim etməyə hazır olduğunu bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs avtomobilin mühərrik yerini açaraq mühərrik yerində olan qara rəngli sellofan bağlamanı götürüb təqdim edərək içərisində heroin və metafetamin olduğunu bildirmişdir. Qara rəngli sellofan bağlama açıldıqda içərisindən 2 ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Birinci şəffaf sellofanda açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlə, digər şəffaf sellofanın içərisində ağ, tozşəkilli kristall maddə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 9-ə baxış keçirilməsi qərara alınmışdır. O, CAŞ-nin rəis müavini Şahid3, TŞ-nin təhqiqatçısı X6, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən 6 saylı Vəkil Bürosunun vəkili X9 qəsəbəsinə getmişlər. Mənzilə baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs mənzilə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş və üzərində olan açarla mənzilin giriş qapısını açmışdır. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs mənzilin yataq otağında sol tərəfdə boz çantanın içərisində heroin və metafetamin saxladığını səmimi etiraf etmişdir. Birlikdə yataq otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs içərisində geyim əşyaları olan ağ-boz zolaqlı çantanı göstərib içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Çantaya baxış zamanı ağ sellofan torbanın içərisində, qara rəngli sellofana bükülmüş ağ kristalşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin metafetamin olduğunu bildirmişdir. Çantadan üzərində “X7” yazıları olan açıq çəhrayı rəngli qutunun içərisindən SCA-301 markalı elektron tərəzi, üzərində “C 8 Led” yazısı yazılmış ağ rəngli qutunun içərisindən daha bir elektron tərəzi, 1 ədəd gümüşü rəngli qaşıq, 7 ədəd falqa kəsikləri, üzərində “C 6 Led” sözləri yazılmış qara rəngli qutunun içindən şəffaf sellofanda açıq qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu bildirmişdir. Bundan başqa qutudan 33 ədəd bükümdə içərisində ağ rəngli kristalşəkilli maddələr və 18 ədəd bükümdə içərisində açıq qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin metafetamin və «kakos» adlandırılan heroin olduğunu bildirmişdir. Habelə çantadan ağ sellofana bükülmüş ot şəklində, spesifik iyə malik kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitki mənşəli kütlənin marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitələri 15 gün əvvəl “Şahin” adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyini, həmin narkotik vasitələri Şahinin dediyi ərazilərə qoyub şəklini çəkərək “WhatsApp” vasitəsilə Şahinə göndərəcəyini qeyd etmişdir. Bunun əvəzində isə Şahinin ona müəyyən məbləğdə pul verəcəyini demişdir. Şahindən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitə alaraq sonradan Xırdalan şəhəri ərazisində müxtəlif yerlərə qoyduğunu, həmin yerlərin şəklini Şahinə göndərdiyini, bundan sonra Şahinin onun kartına pul köçürdüyünü bildirmişdir. Mənzildən aşkar olunmuş marixuananı təxminən 15 gün əvvəl Bakı-Sumqayıt magistral yolunun kənarından, heroin və metafetamini isə təxminən 13 gün əvvəl Nərimanov rayonu ərazisindən Şahinin bildirdiyi yerlərdən götürdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi marixuanadan heç kimə vermədiyini, metafetamin və heroin götürülərkən bükümlərdə olduğunu və həmin bükümlərdən 6 ədədini Şahinin dediyi yerə qoyduğunu bildirmişdir. Mənzili tərk etdikdən sonra bir daha Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerində də narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Nizami RPİ-nə çatdıqda Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi qərara alınmışdır. Onlar, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən 6 saylı Vəkil Bürosunun vəkili Solmaz Kazımovanın iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı vəkil X12 Heydərovdan narkotik vasitənin harada olduğunu, həmin narkotik vasitəni nə vaxt haradan əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs narkotikin avtomobilin yük bölməsində, su qabları qoyulmuş sellofan torbanın içərisində olduğunu, həmin narkotik vasitəni də «Qara Qarayev» metrostansiyasının yaxınlığından, birinci narkotik vasitəni götürdüyü ərazidən 10 metr aralıda olan, Şahinin göstərdiyi yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs avtomobildə gizlətdiyi narkotik vasitələri könüllü olaraq təqdim etməyə hazır olduğunu bildirmiş və avtomobilin yük yerini açaraq içərisində su qabları olan qara rəngli sellofan torbanı, sonra isə torbanın içərisindən şəffaf sellofan bükümü götürərək təqdim etmişdir. Bükümün içərisində metafetamin olduğunu bildirmişdir. Şəffaf sellofan bükümün içərisinə baxdıqda oradan ağ, tozşəkilli kristall maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən və kirayə yaşadığı mənzildən aşkar olunan narkotik vasitəyə oxşar maddələr müvafiq ekspertizaya təqdim olunması üçün baxış iştirakçılarının və onun özünün iştirakı ilə qablaşdırılmışdır. Qeyd olunan proseslər vidoçəkilişlə qeydə alınmışdır. Mənzildə olarkən aşkar etdikləri bükümlərin ümumi sayının 51 olduğu müəyyən edilmişdir. Ola bilsin ki, təhqiqatçı Fəxri İsmayılov texniki səhv olaraq ağ rəngli kristallik hissəciklərdən ibarət maddələri 33 büküm olduğu halda 32 büküm, qəhvəyi rəngli maddələri isə 18 büküm olduğu halda 19 büküm saymış və protokol da o cür tərtib olunmuşdur. İmdad Hreydərov saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs özünə məxsus avtomobildə və kirayə yaşadığı evdə narkotik maddələr saxladığını səmimi etiraf etmişdir. Şəxsi axtarış, mənzilə və avtomobilə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 161-163). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanı ona məxsusdur. Həyat yoldaşı X3 adına rəsmiləşdirilmişdir. Özü hərbiçi olduğu üçün hərbi şəhərcikdə yaşayır. Ona məxsus qeyd etdiyi ünvan boş qaldığı üçün həmin mənzili kirayə vermək istəmişdir. 2021-ci ilin iyun ayında bir nəfər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs onun istifadəsində olan mobil telefona zəng edərək mənzili kirayə vermək istədiyini soruşmuşdur. O, İmdad ilə razılaşmış və görüşmüş, həmin mənzili ona kirayəyə verməyə razı olduğunu bildirmiş, təxminən 1 ay qaldıqdan sonra əgər evə baxmağı, özünü aparması xoşuna gələrsə onunla müqavilə bağlayıb kirayəyə verəcəyini bildirmişdir. Bir aydan sonra İmdad mənzilə görə 220 manat verməli olmuşdur. Təxminən 1 ay sonra 20 iyul 2021-ci il tarixdə ona məxsus mobil telefona tanımadığı şəxs tərəfindən zəng gəlmiş, özünü təqdim edərək, Nizami RPİ-nin əməkdaşı olduğunu bildirmiş və ona məxsus ünvan 7 ünvanına baxış keçirmək istədiyini söyləmişdir. O razlaşmış və həmin ünvana gəlmişdir. Ora gəlib çatdıqda Təqsirləndirilən şəxs əlində qandal polis əməkdaşlarının yanında dayandığını görmüşdür. Polis əməkdaşları ona məxsus, hazırda Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməli olduğunu bildirmişlər. O razılaşmış və etiraz etməmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs mənzilə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş və üzərində olan açarla mənzilin giriş qapısını açmışdır. O, Nizami RPİ-nin əməkdaşları, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən vəkil Solmaz Kazımova mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs mənzilin yataq otağında sol tərəfdə boz çantanın içərisində heroin və metafetamin saxladığını səmimi etiraf etmişdir. Birlikdə yataq otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs içərisində geyim əşyaları olan ağ-boz zolaqlı çantanı göstərib içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Çantaya baxış zamanı ağ sellofan torbanın içərisində, qara rəgli sellofana bükülmüş ağ kristalşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin metafetamin olduğunu bildirmişdir. Çantadan üzərində “X7” yazıları olan açıq çəhrayı rəngli qutunun içərisindən SCA-301 markalı elektron tərəzi, üzərində “C8 Led” yazısı yazılmış ağ rəngli qutunun içərisindən daha bir elektron tərəzi, 1 ədəd gümüşü rəngli qaşıq, 7 ədəd folqa kəsikləri, üzərində “C6 Led” sözləri yazılmış qara rəngli qutunun içindən şəffaf sellofanda açıq qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu bildirmişdir. Bundan başqa qutudan 33 ədəd bükümdə içərisində ağ rəngli kristalşəkilli maddələr və 18 ədəd bükümdə içərisində açıq qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin metafetamin və «kakos» adlandırılan heroin olduğunu bildirmişdir. Habelə çantadan ağ sellofana bükülmüş ot şəklində, spesifik iyə malik kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitki mənşəli kütlənin marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitələri 15 gün əvvəl “Şahin” adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyini, həmin narkotik vasitələri Şahinin dediyi ərazilərə qoyub şəklini çəkərək “WhatsApp” vasitəsilə Şahinə göndərəcəyini, Şahin də həmin şəkilləri öz tanışlarına göndərib narkotik vasitələri onlara verəcəyini qeyd etdi. Bunun əvəzində isə Şahinin ona müəyyən məbləğdə pul verəcəyini demişdir. Şahİndən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr alaraq sonradan Xırdalan şəhəri ərazisində müxtəlif yerlərə qoyduğunu, həmin yerlərin şəklini Şahinə göndərdiyini, bundan sonra Şahinin onun kartına pul köçürdüyünü bildirmişdir. Mənzildən aşkar olunmuş marixuananı təxminən 15 gün əvvəl Bakı-Sumqayıt magistral yolunun kənarından, heroin və metafetamini isə təxminən 13 gün əvvəl Nərimanov rayonu ərazisindən Şahinin bildirdiyi yerlərdən götürdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi marixuanadan heç kimə vermədiyini, narkotik vasitələr metafetamin və heroin götürülərkən bükümlərdə olduğunu və həmin bükümlərdən 6 ədədini Şahinin dediyi yerə qoyduğunu bildirmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs da götürüb getmişlər. O isə mənizlin qapısını bağlayıb öz işinə getmişdir. Qeyd olunan proseslər vidoçəkilişlə qeydə alınmışdır. Əlavə olaraq, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, evə narkotik vasitə gətirdiyini bilmədiyini, əgər bilsə qətiyyən onu evə buraxmaz və evi ona kirayə verməzdi (cild 1, iş vərəqə 177-179). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2021-ci il tarixli 6/2989 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş 1 ədəd bağlamada təmiz çəkisi 414 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, digər bağlamada təmiz çəkisi 144 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, qeyd: heroinin ümumi təmiz çəkisi 144 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 143,9 qram, metafetaminin ümumi təmiz çəkisi 414 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 413,9 qram, cild 1, iş vərəqə 61-64). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2021-ci il tarixli 6/3000 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 210,373 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 3 ədəd qutuda - 1 №-li qutuda 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər aşkar edilməmiş, 2 №-li qutuda 33 ədəd bükümdə ümumi təmiz çəkisi 21,864 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamindir, 18 ədəd bükümdə ümumi təmiz çəkisi 13,085 qram olan qəhvəyi rəngli maddələr, 1 ədəd bükümdə təmiz çəkisi 18,731 qram olan qəhvəyi rəngli iri dənəvəri və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir və ümumi təmiz çəkisi 31,816 qram təşkil edir, 3 №-li qutuda 1 ədəd gümüşü rəngli qaşıq, 7 ədəd folqa kəsikləri və 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. 1 ədəd bükümdə təmiz çəkisi 210,373 qram olan psixotrop maddə metamfetaminlə 33 ədəd bükümdə ümumi təmiz çəkisi 21,864 qram olan psixotrop maddə metamfetamin (ümumi təmiz çəkisi 232,237 qram təşkil edir) və üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 12,240 qram olan psixotrop maddə metafetaminlə kimyəvi komponent tərkiblərinə görə eynidir, qeyd: heroinin ümumi təmiz çəkisi 31,816 qram, tədqiqata sərf olundu 0,150 qram, qalıq 31,666 qram, metafetaminin ümumi təmiz çəkisi 232,237 qram, tədqiqata sərf olundu 0,120 qram, qalıq 232,117 qram, cild 1, iş vərəqə 74- 80). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2021-ci il tarixli 7/691 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan torbada təmiz çəkisi 1.090,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, qeyd: marixuananın ümumi təmiz çəkisi 1.090 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 1.089,95 qram, cild 1, iş vərəqə 83-85). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2021-ci il tarixli 6/2998 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 12,240 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, qeyd: metamfetaminin ümumi təmiz çəkisi 12,240 qram, tədqiqata sərf olundu 0,100 qram, qalıq 12,140 qram, cild 1, iş vərəqə 88-91). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 30 sentyabr 2021-ci il tarixli 3688 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 192-193). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 19 iyul 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, 19 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 23:30-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanında Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və idarənin inzibati binasının həyətində avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs maşının qabaq kapotunun altında sağ tərəfdə saxladığı 1 ədəd qara rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olan heroin və metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi narkotik vasitələri özü istifadə etmək üçün, həm də tanımadığı İran Respublikasının vətəndaşı “Şahin” adlı şəxsin ona işarə verdiyi yerdən götürüb tapşırdığı yerdə saxlayacağı təqdirdə pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, içərisində heroin və metafetamin olan qara rəngli sellofan torbanı Nizami rayonu Q.Qarayev prospekti 28 ünvanında əvvəlcədən işarə verilmiş yerdən ağacın altından götürüb özünə məxsus olan “VAZ 2115” markalı 90-DB- 708 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq kapotunu açıb sağ fara olan yerə qoymuş və avtomobilə əyləşib bir qədər hərəkət etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs məxsus “VAZ 2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən qara rəngli sellofan torbanın içərisindən 1 ədəd şəffaf sellofan bükümdə toz-kristal şəklində olan ağ rəngli maddə və 1 ədəd şəffaf sellofan bükümdə açıq-qəhvəyi rəngli spesifik iyə malik maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 32-33). Cinayət işinin materiallarında olan 20 iyul 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 1 saylı evin 5 saylı mənzilinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evində narkotik tərkibli maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, evin yataq otağında sol tərəfdə boz rəngli çantanın içərisində narkotik tərkibli maddələrin saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yataq otağına daxil olub sol tərəfdə saxladığı içərisində geyim paltarları olan boz rəngli ağ-qara zolaqlı çantanı təqdim edərək evində başqa heç bir yerdə narkotik tərkibli maddələrin olmadığını demişdir. Həmin çantaya baxış keçirilən zaman ağ şəffaf sellofan torbanın içində olan qara rəngli sellofan torbanın içindən toz-kristal halda olan maddə metafetaminə bənzər kütlə, üzərində “elektronics kitchen scale” yazıları olan qutunun içərisindən “SCA-301” markalı elektron tərəzi, üzərində “C 8 Led” yazısı yazılmış ağ rəngli qutunun içərisindən elektron tərəzi, 1 ədəd gümüşü rəngli qaşıq, 7 ədəd folqa kəsikləri, üzərində “C 6 Led” sözləri yazılmış qara rəngli qutunun içərisindən şəffaf sellofanda 18 bükümdə açıq qəhvəyi rəngli heroinə bənzər kütlə, 33 bükümdə ağ rəngli toz-kristal şəklində olan metafetaminə bənzər kütlə, ağ şəffaf sellofanda açıq halda 1 bükümdə heroinə bənzər kütlə və ağ sellofan torbada yaşıl rəngli otabənzər bitki mənşəli mariuxanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi boz rəngli çantada olan maddələrin narkotik vasitə heroin, metafetamin və marixuana olduğunu, həmin maddələri İran vətəndaşı “Şahin” adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin maddələri ona deyilən yerlərə qoyması müqabilində sonuncunun onun kart hesabına pul ödədiyini bildirmişdir (cild 1, iş vərəqə 38-39). Cinayət işinin materiallarında olan 20 iyul 2021-ci il tarixli “axtarış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, ünvan 10 ünvandan geri qayıdan zaman yolda avtomobildə əməliyyatçı ilə söhbət zamanı “VAZ 2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa baqajda su olan sellofan torbanın içərisində metafetamin saxladığını bildirmişdir. Axtarış və götürmə aparılmazdan əvvəl axtarış və götürmənin aparıldığı şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək avtomobilində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilində metafetamin olduğunu bildirmişdir. “VAZ 2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilinin arxa baqajında qara rəngli sellofan torbada su olan plastik qabların arasında saxladığı şəffaf sellofanda olan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi narkotik vasitələri əvvəlcədən avtomobildən aşkar olunan narkotik vasitələrlə eyni vaxtda əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, içərisində metafetamin olan şəffaf sellofanda olan bükümü Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanında Şahinin əvvəlcədən işarə verdiyi yerdən ağacın altından götürmüşdür. Təqsirləndirilən şəxs məxsus “VAZ 2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən qara rəngli sellofan torbanın içərisindən 1 ədəd şəffaf sellofan bükümdə tozkristal şəklində olan ağ rəngli kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 42-43). Cinayət işinin materiallarında olan 27 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və yaşadığı mənzilə baxış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı “1” başlıqlı videoyazıdan göründüyü kimi baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç nə olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilir və həqiqətən də onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç nə aşkar olunmur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs arabir narkotik vasitə olan metafetamin qəbul etdiyini, təxminən bir ay yarım əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şahin” adlı şəxsin ona narkotik vasitələr göndərdiyini, 10 gün əvvəl Şahinin göndərdiyi narkotik vasitələri metronun “Nizami” stansiyasının yanında ağacın altından götürdüyünü və Şahinin göstərişinə əsasən metronun “20 Yanvar” stansiyasının yaxınlığına qoyduğunu, bunun müqabilində Şahinin ona 300 manat pul ödədidiyini bildirir. Şahinin 19 iyul 2021-ci il tarixdə də onunla əlaqə saxladığını, metronun “Qara Qarayev” stansiyasının yaxınlığından narkotik vasitələri götürməsini dediyini, narkotik vasitələrin yerinin şəklini “WhatsApp” vasitəsilə ona göndərdiyini, Şahinin bildirdiyi yerdən metafetamin və heroini götürdüyünü, avtomobilinin mühərrik yerinə qoyduğunu qeyd edir. Həmin narkotik vasitələrin hələ də avtomobilinin mühərrik yerində olduğunu və həmin narkotik vasitələri könüllü olaraq təqdim etməyə hazır olduğunu bildirir. Diskdə olan “2” başlıqlı videoyazıdan göründüyü kimi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin ona məxsus olduğunu, avtomobildə gizlətdiyi metafetamini və heroini könüllü olaraq təqdim etməyə hazır olduğunu bildirir. Təqsirləndirilən şəxs avtomobilin mühərrik yerini açaraq mühərrik yerində olan qara rəngli sellofan bağlamanı götürüb təqdim edir və bağlamanın içərisində heroin və metafetamin olduğunu bildirir. Qara rəngli sellofan bağlama açıldıqda içərisində 2 əddəd şəffaf sellafan bağlamalar aşkar olunur. Birinci şəffaf sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik kütlə aşkar olunur. Digər şəffaf sellofanın içərisində ağ-tozşəkilli kristal maddə aşkar olunur. Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş maddələrin müvafiq ekspertizaya təqdim olunması üçün qablaşdırılacağı bildirilir. O, bununla bağlı heç bir etirazı olmadığını qeyd edir. Diskdə olan “3” başlıqlı videoyazıdan göründüyü kimi Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən 6 saylı Vəkil Bürosunun vəkili Solmaz Kazımovanın iştirakı ilə Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzilə baxış keçirilməzdən əvvəl o, mənzilə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində olan açarla ünvan 9-in giriş qapısını açır. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs mənzilin yataq otağında sol tərəfdə boz çantanın içərisində heroin və metafetamin saxladığını səmimi etiraf edir. Yataq otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs içərisində geyim əşyaları olan ağ-boz zolaqlı çantanı göstərir. Çantaya baxış zamanı ağ sellofan torbanın içərisində qara rəgli sellofana bükülmüş ağ kristalşəkilli maddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddənin metafetamin olduğunu bildirir. Çantadan üzərində “elektronics kitchen scaie” yazıları olan açıq çəhrayı rəngli qutunun içərisindən “SCA-301” markalı elektron tərəzi, üzərində “C 8 Led” yazısı yazılmış ağ rəngli qutunun içərisindən elektron tərəzi, 1 ədəd qaşıq, üzərində “C 6 Led” sözləri yazılmış qara rəngli qutunun içərisindən şəffaf sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik maddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu bildirir. Bundan başqa qutudan 32 ədəd bükümdə içərisində ağ rəngli kristalşəkilli maddələr və 19 ədəd bükümdə içərisində açıq qəhvəyi rəngli maddələr aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin metafetamin və “kakos” adlandırılan heroin olduğunu bildirir. Bundan başqa çantadan ağ sellofana bükülmüş ot şəklində spesifik iyə malik kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin bitki mənşəli kütlənin marixuana olduğunu qeyd edir və həmin narkotik vasitələri 15 gün əvvəl “Şahin” adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyini, həmin narkotik vasitələri Şahinin dediyi ərazilərə qoyub şəklini çəkərək “WhatsApp” vasitəsilə Şahinə göndərəcəyini, Şahin də həmin şəkilləri öz tanışlarına göndərib narkotik vasitələri onlara verəcəyini, bunun əvəzində isə Şahinin ona müəyyən məbləğdə pul verəcəyini deyir. Şahindən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr alaraq sonradan Xırdalan şəhəri ərazisində müxtəlif yerlərə qoyduğunu, həmin yerlərin şəklini Şahinə göndərdiyini, bundan sonra Şahinin onun kartına pul köçürdüyünü bildirir. Mənzildən aşkar olunmuş marixuananı təxminən 15 gün əvvəl Bakı-Sumqayıt magistral yolunun kənarından, heroin və metafetamini isə təxminən 13 gün əvvəl Nərimanov rayonu ərazisindən Şahinin bildirdiyi yerlərdən götürdüyünü, götürdüyü marixuanadan heç kimə verilmədiyini deyir. Metafetamin və heroin götürülərkən bükümlərdə olduğunu və həmin bükümlərdən 6 ədədini Şahinin dediyi yerə qoyduğunu bildirir. Təqsirləndirilən şəxs mənzilindən götürülmüş maddələrin müvafiq ekspertizaya təqdim olunması üçün qablaşdırılacağı bildirilir. O və hüquqlarını müdafiə edən vəkil bununla bağlı heç bir etirazları olmadığını qeyd edir. Diskə olan “4” başlıqlı videoyazıdan göründüyü kimi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2115” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun hüquqlarını müdafiə edən 6 saylı Vəkil Bürosunun vəkili Solmaz Kazımovanın iştirakı ilə keçirilən baxış zamanı vəkil X12 Heydərovdan narkotik vasitənin harada olduğunu, həmin narkotik vasitəni nə vaxt haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs narkotikin avtomobilin yük bölməsində su qabları qoyulmuş sellofan torbanın içərisində olduğunu bildirir. Həmin narkotik vasitəni də metronun “Qara Qarayev” stansiyasının yaxınlığından birinci narkotik vasitəni götürdüyü ərazidən 10 metr aralıda olan Şahinin göstərdiyi yerdən götürdüyünü bildirir. Təqsirləndirilən şəxs avtomobildə gizlətdiyi narkotik vasitələri könüllü olaraq təqdim etməyə hazır olduğunu bildirir. Təqsirləndirilən şəxs avtomobilin yük yerini açaraq oradakı içərisində su qabları olan qara rəngli sellofan torbanı, sonra isə torbanın içərisində şəffaf sellofan bükümü götürərək təqdim edir. Bükümün içərisində metafetamin olduğunu bildirir. Şəffaf sellofan bükümün içərisində ağ-tozşəkilli kristal maddə aşkar olunur. Təqsirləndirilən şəxs bir daha avtomobilindən götürülmüş maddənin “patı” deyilən metafetamin olduğunu qeyd edir. Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş maddələrin müvafiq ekspertizaya təqdim olunması üçün qablaşdırılacağı bildirilir. O və hüquqlarını müdafiə edən vəkil bununla bağlı heç bir etirazları olmadığını qeyd edir (cild 1, iş vərəqə 151-152). Cinayət işinin materiallarında olan 28 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** GSM nömrəsi olan “Samsung” Galaxy markalı qara rəngli mobil telefona keçirilən baxış zamanı aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olan “Şahin” adlı şəxslə “WhatsApp” vasitəsilə əlaqə saxlamış, onunla aralarında olan danışıqlar silinsə də, mobil telefonun “şəkillər” bölümündə olan bir şəkildə “Planet şadlıq sarayını keçenden sonra omid elektrik mağazası var böyük onun qabağındakı kruqdan sola dönün uzu qarayeve gedende 300 metirden sora sağ terefde znakin düz arxasında das stolbanin İçeriden dibinde” sözləri yazılmışdır. Bundan əlavə digər bir şəkildə dəmir stolbanın dibinə ox işarələri qoyularaq şəkil çəkilib göndərilmişdir (cild 1, iş vərəqə 195-198). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 143,9 qram və 31,166 qram olan heroin, 413,9 qram, 232,117 qram və 12,140 qram olan metafetamin, 1.089,95 qram olan marixuana, 1 ədəd gümüşü rəngli qaşıq, 7 ədəd folqa kəsikləri, 2 ədəd elektron tərəzi və üzərində ***-***-**-** GSM nömrəsi olan “Samsung” Galaxy markalı qara rəngli mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqə 147- 149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 153). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 18). İş materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 21 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 iyul 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 128-130). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 19 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 339,1 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 143,9 qram və 31,166 qram heroin, 413,9 qram, 232,117 qram və 12,140 qram metafetamin, 1.089,95 qram marixuana; -1 ədəd gümüşü rəngli qaşıq, 7 ədəd folqa kəsikləri, 2 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhv edilməlidir; -üzərində ***-***-**-** GSM nömrəsi olan “Samsung” Galaxy markalı qara rəngli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 339,1 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 143,9 qram və 31,166 qram heroin, 413,9 qram, 232,117 qram və 12,140 qram metafetamin, 1.089,95 qram marixuana; -1 ədəd gümüşü rəngli qaşıq, 7 ədəd folqa kəsikləri, 2 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhv edilsin; -üzərində ***-***-**-** GSM nömrəsi olan “Samsung” Galaxy markalı qara rəngli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar