Məhkəmə qərarları › İş №1(101)-1923/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1923/2025

23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1923/2025 23.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana-1, otaq 55 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda 6480 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 2020 qram çəkidə narkotik vasitə həşiş qətranını əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 iyun 2025-ci il tarixdə, saat 17:10-da ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əlində olan qara rəngli sellofan torbanın içərisindən 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2820 qram, 2645 qram, 1015 qram olmaqla ümumi təmiz çəkisi 6480 qram təşkil edən tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 1020 qram olmaqla, ümumi təmiz çəkisi 2020 qram təşkil edən tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair idarəyə məlumat daxil olmuşdu. Məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrupun rəhbəri kimi o təyin olunmuşdur. Ondan əlavə Rövşən və Heydər adlı əməliyyatçılar da əməliyyat qrupuna daxil olmuşlar. 29 iyun 2025-ci il tarixdə, saat 17:00 radələrində şəxsi Nəsimi rayonu ərazisində saxlamışlar. Samirin yanında Taner adlı tanışı da olmuşdur. Onlar Samirə yaxınlaşdıqda əlində sellofan var idi. Sellofanın içində 3 bükümdə marixuanaya bənzər, 2 bağlamada isə qətran həşişinə bənzər narkotik vasitə aşkarlanmışdır. Samirdən həmin vasitələri kimdən əldə etdiyini soruşduqda “Semka” ləqəbli İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Tanerin avtomobilinə baxış keçirmişlər. Avtomobildən qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Mehdi adlı əməkdaşın hazırki iş üzrə keçirilmiş tədbirdə iştirak etmədiyini, əməliyyat tədbirində özünün, Rövşən və Heydər adlı əməkdaşlarının iştirak etdiklərini, şəxsin üzərinə baxış keçirdikdən sonra onu MSY-nə təhvil verdiklərini bildirmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 29 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair idarəyə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Saxlanılan zaman Samirin əlində sellefon olmuşdur. Sellofanın içində 3 bükümdə marixuanaya bənzər, 2 bağlamada isə qətran həşişinə bənzər narkotik vasitə aşkarlanmışdır.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Samirlə “20 Yanvar” metrostansiyası yaxınlığında görüşmüşlər. “28 May” metrostansiyasına doğru gedirmişlər. Oraya getməkdə məqsədləri Samirin usta ləvazimatlarını götürməli olmasını deməsi olmuşdur. Bölməyə getdikdə onlar Samirlə ayrı-ayrı otaqlarda olmuşlar. Videoçəkiliş zamanı Samirin əlində torba olsa da tutulan zaman həmin torba Samirin əlində olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Samirlə 4-5 ildir ki, əlaqələrinin olduğunu, Samirin Bakı İstintaq Təcridxanasında olan zaman onunla əlaqə saxladığını və ondan məhkəmədə hadisələri olduğu kimi bildirməsini istədiyini, “hadisələri olduğu kimi bildir” ifadəsinin ikinci bir mənasının olmadığını, Samirin ondan sadəcə ondan həqiqəti məhkəməyə bildirməsini xahiş etdiyini, ibtidai istintaq zamanı dindirildikdə ona videoçəkiliş zamanı hadisələri bildirdiyi kimi ifadə verməsinin istənildiyini, videoçəkiliş zamanı dediyi məzmununda ifadə verdiyini, ibtidai istintaq zamanı ifadəsini oxuyaraq tanış olduğunu, psixoloji təzyiq altında olduğundan ifadəsinin müstəntiq tərəfindən yazılmış məzmunda tərtib olunmasına etiraz etmədiyini, Samirın polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onunla Samir arasında təxminən 8 metr məsafənin olduğunu, maneəsiz şəkildə Samiri müşahidə etmək imkanına malik olduğunu, həmin vaxt Samirin əlində torba olmadığını, Samir tutulduqdan sonra polis əməkdaşlarının Samiri başqa bir yerə apardıqlarını, təxminən 30-45 dəqiqə sonra qayıtdıqlarını, onları ayrı-ayrı yerlərə apardıqlarını, bundan sonra videoçəkilişlə üzərlərinə baxış keçirildiyini və Samirin narkotik vasitəni əldə etdiyini bildirdiyini, Samirin ilkin olaraq “28 May” metrostansiyasına getmək istədiyini bildirdikdə veş götürməli olduğunu dediyini və ona birlikdə getməyi təklif etdiyini, Samirin həmin yerə getdikdə telefonuna göndərilmiş lokasiyaya əsasən getdiyini, polis əməkdaşlarının Samiri maşından düşdükdən 20 dəqiqə sonra saxladıqlarını, həmin 20 dəqiqə ərzində Samirin düşdüyü yerdə nəsə axtardığını, onun qayıtması çox uzun müddət aldığından özünün maşından düşdüyünü və nəyə görə Samirin qayıtmadığını bilmək istədiyini, hadisə vaxtı günorta saat 15:00 radələrinin olduğunu bildirmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 29 iyun 2025-ci il tarixdə Nəsimi rayon polis idarəsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdu. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Saat təxminən 17:00 radələrində Nəsimi rayonu, Ş.Əzizbəyov 44 ünvanına getmişlər. Orada 10 dəqiqə gözləmişlər və Samir həmin ünvana yaxınlaşmışdır. Yanında başqa şəxs də olmuşdur. Samir həmin vaxt əlində qara sellofan torba saxlayırdı. Samiri onu saxlamalarına əsas verən qərarla tanış etmişlər. Şəxs özü əlindəki torbanı təqdim etmişdir. İçərisindən 3 bağlamada qurudulmuş marixuana və 2 bağlamada isə həşiş qətranı aşkar edilmişdir. Bundan sonra şəxsin üzərindən mobil telefon aşkar edilərək götürülmüşdür. O, bildirmişdir ki, narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşının dediyi konuma qoymalı, bunun müqabilində iranlı ona narkotik vasitə verəcəkdi. Yanındakı yoldaşın bundan xəbəri olmamışdır. Şəxsləri idarəyə aparmışlar və bir dəfə də təhqiqatçının otağında çəkiliş aparılmışdır.

7. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi”nə dair 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan torbadan 03 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2820 qram, 2645 qram, 1015 qram olmaqla ümumi təmiz çəkisi 6480 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin ağ rəngli sintetik torbadakı parça bağlamalarda folqa paketin içərisində 02 ədəd qırmızı rəngli polietilen paketlərdə ayrı-ayrı təmiz çəkiləri 1000 qram, 1020 qram olmaqla ümumilikdə 2020 qram çəkidə tərkiblərinə görə eyni olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranının aşkar edilərək götürülmüşdür (cild 01; i.v. 9-12).

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 30 iyun 2025-ci il tarixli, 7/929 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs yazıları və imzalar olan ağ rəngli sintetik torbadakı 03 ədəd qara rəngli polietilen bağlamalarda ayrıOayrılıqda təmiz çəkiləri : 2820 qram, 2645 qram, 1015 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 6480 qramdır. Həmin ağ rəngli sintetik torbadakı parça bağlamalarda folqa paketin içərisində 02(iki) ədəd qırmızı rəngli polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1020 qram olan maddələr tərkiblərinə görə eyni olub çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Həşiş qətranının ümumi çəkisi 2020 qramdır (cild 01; i.v.49-53).

9. Məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2025-ci il tarixli, 3841 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. VSİS-dən alınan məlumata əsasən o, 05 iyul 2023-cü il tarixdən Sumqayıt şəhər Narkoloji dispanserində qeydiyyatdadır (cild 01; i.v. 93-94).

10. “Mobil telefona baxış keçirilməsi haqqında” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə məxsus “Whatsapp” ani yazışma proqramında çox saylı telefon danışıqları aparılmış və sms mətni daxil olmuşdur. Sms mətnlərinə baxış zamanı orada “Semka” adlı şəxin adı qeyd olunmuş nömrəsindən ona daxil olan yazışmalarda “10 ot, 80, 80 ok, 5ot, 100 ot” kimi sms yazışmaları, həmçinin, bir neçə ünvanın fotoşəkli, aralarında olan səs yazıları vasitəsi ilə bir birinə “nə qədərdi ki burda? sualına Semka tərəfindən 10 qramdı dədə 10 aramdı cavab səs yazısının gedərilməsi, bundan başqa “ yol qırağında böl, qəşəng ünvan elə şəkilin at mənə, öz payın da ayrı, bir də ki o şəkli at mənə, güldü birdəki 2 kilo həşişdir” kimi səs yazılarının olması müəyyən edilmişdir. Bu sms mətinin açıqlaması barədə Təqsirləndirilən şəxs sual verildikdə, qeyd olunan yazışma ilə bağlı dəqiq hər hansı məlumat xatırlamadığım, narkotik vasitə əldə etdiyi İİR vətəndaşı Semka adlı şəxslə aralarında olan yazışma olduğunu güman etməsini, həmin şəxsin anket məlumatlarını bilmədiyini qeyd etmişdir (cild 01; i.v.135).

11. “Sübutların qiymətləndirilməsi haqqında” 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6480 qram qurudulmuş marixuana, 2020 qram həşiş qətranı Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd göy rəngli mobil telefon maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6479,4 qram qurudulmuş marixuananın, 2019,9 qram həşiş qətranının və Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd göy rəngli mobil telefonun saxlanması üçün Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.137-147).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

12. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü bilməyərək ifadəsində göstərmişdir ki, tutulduğu gün 5 qram marixuana götürmək üçün həmin yerə getmişdir. O, Nəsimi rayonunda yerləşən gömrük idarəsinin qarşısında tutulmuşdur. Həmin gün polis əməkdaşları onu yanında olan tanışı ilə təhdid etmişlər və onların verdiyi sənədlərə qol çəkməyəcəyi təqdirdə həmin şəxsi də cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Polis əməkdaşları avtomobildə olan zaman onun başına vurmuşlar. Onu tutan şəxslər arasında Mehdi adlı əməliyyat müvəkkili olsa da, Mehdi onun işi ilə əlaqədar dindirilməmişdir. Mehdi onu döymüş və etirafedici ifadə verməsini tələb etmişdir. Bu səbəbdən o, etirafedici ifadə vermişdir. Lakin həmin ifadə həqiqəti əks etdirmir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs həftədə bir dəfə marixuanadan, pulu çox olduqda isə metamfetamindən istifadə etdiyini, usta işlədiyini, “Semka” adlı şəxsi şəxsən tanımadığını, polis maşınına mindikdən sonra Mehdinin onun telefonunu götürüb “Semka”ya mesajlar yazdığını gördükdə əslində “Semka” adlı şəxsin mövcud olmadığını, “Semka”nın əslində onunla yazışan polis əməkdaşı olduğunu öyrəndiyini, “Semka” ilə ilkin olaraq danışdıqda ondan 5 qram narkotik vasitə istədiyini bildirdiyini, o, tutulan zaman axşam saat 16:00-17:00 radələrinin olduğunu, dediklərini Taner adlı tanışının da təsdiq edə biləcəyini, polis əməkdaşlarının onu polis idarəsinə apardıqlarını, idarənin içinə daxil olmadıqlarını, polis əməkdaşlarının torba götürərək onları yenidən hadisə yerinə apardıqlarını, onu tutduqları yerdən polis idarəsinə qədər olan yolun təxminən 40 dəqiqə-1 saatlıq yol olduğunu, Semkaya 5 qram narkotik üçün 50 manat pulu tutulmasından 3 gün öncə verdiyini, Semkanın onun saxlanıldığı gün narkotik vasitəni Bakıya qoydurduğunu və onu götürməsini dediyini, Bakı İstintaq Təcridxanasına daxil olan zaman döyüldüyü barədə məlumat verdiyini, barəsində həbs qətimkan tədbiri seçilən zaman narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini bildirsə də, barəsində seçilmiş qətimkan tədbirinin uzadılmasına baxılan zaman həqiqətləri məhkəməyə bildirdiyini, polis əməkdaşlarının avtomobildə olan zaman ona məcburi olaraq “Semkaya” səs göndərməsini bildirdiklərini, həmin səsdə özünün narkotik vasitəni götürdüyünü dediyini, polis əməkdaşlarının ona psixoloji və fiziki təsir göstərdiklərindən həmin məzmunda səs göndərdiyini, videoçəkiliş zamanı narkotik vasitənin ona aid olduğunu dediyini, ona Mehdi adlı polis əməkdaşının təzyiq göstərdiyini, Mehdinin onun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəmə prosesində və təqsirləndirilən şəxs qismində dindirildikdə yanında olduğunu, ondan qorxduğundan məhkəməyə həqiqəti bildirmədiyini, müstəntiq tərəfindən ona təzyiq göstərilmədiyini, müstəniqə hər hansı etirazını bildirdikdə müstəntiqin ona etirazlarını məhkəmədə deməsini bildirdiyini, iranlıya 50 manatı 5 qram narkotik üçün göndərdiyini, 8 kq narkotik vasitə üçün pul göndərmədiyini bildirmişdir.

Hüquqi məsələlər:

13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3- 1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

14. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.

15. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,4 qram olan həşiş qətranı şəxsi istehlak miqdarından artıq miqdar, 40 qram olduqda isə külli miqdar, 4000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.

16. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

17. “Şübhəli şəxsin tutulması haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2025-ci il tarixdə, saat 17:10-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.30).

18. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 4(006)-425/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 iyun 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.88-92).

19. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 08 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2024-cü il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 24 aprel 2024-cü il tarixdə cəzası bitmişdir (cild 01; i.v.98-99).

20. Biləsuvar Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01; i.v.123-129).

21. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 4(006)- 650/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 20 gün olmaqla, 19 noyabr 2025-ci il tarixədək uzadılması qərara alınmışdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

22. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

23. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

24. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.

25. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

26. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

27. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

28. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır;

29. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ümumi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz;

30. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir;

31. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 05 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

34. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

35. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

36. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.

37. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

38. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan AR CM-nin 234.4.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

39. Məhkəmə ilk növbədə AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir.

40. Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Semka” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Semka” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlayaraq daşımasına dair ittiham elan olunsa da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin “Semka” adlı şəxslə məhz narkotik vasitələrin satışını təşkil etməsini, narkotik vasitələrin satışı ilə əlaqədar əvvəlcədən əlbir olmasını və buna dair razılıqlarının olmasını təsdiq edə biləcək hər hansı sübutu iş materiallarına əlavə edə bilməmişdir.

41. Məhkəmə qeyd edir ki, əməlin belə tövsif edilməsi üçün iki və ya daha çox şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması məqsədilə əvvəlcədən sövdələşmələri, törətdikləri əməl üzrə müəyyən nəticələrin əldə olunması niyyətilə birgə hərəkətlər etmələri, cinayətin törədilməsində iki və ya daha çox şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində iştirak etmələri müəyyən edilməlidir. Yalnız mötəbər sübutlarla bu hallar müəyyən edildikdə, hətta qabaqcadan əlbir olmuş qrupa və ya mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri bu və ya digər səbəblərdən mümkün olmadıqda, qrupun və ya mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərmiş bir şəxs də CM-in 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir.

42. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.

43. İştirakçılığın subyektiv əlamətləri odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.

44. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.

45. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.

46. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarında da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, habelə təkrar törədilməsi anlayışlarına yuxarıda göstərilən təfsirə və hüquqi mövqeyə uyğun müvafiq izah və tövsiyələr vermişdir.

47. Belə ki, həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən "cinayətin təkrar törədilməsi”, "qabaqcadan əlbir olan bir qrup şəxs” və "mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CMin 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir.

48. Hazırki işin hallarını tədqiq edərək məhkəmə hesab edir ki, şəxsiyyəti naməlum olan İİR vətəndaşının şəxsiyyəti müəyyən edilərək ifadəsinin alınmadığı, onunla təqsirləndirilən şəxs arasında narkotik vasitələrin satışına dair qabaqcadan razılığın olmasını təsdiq edən hər hansı yazışmanın, telefon danışığının və ya digər sübutun olmadığı halda sadəcə təqsirləndirilən şəxsin İİR vətəndaşının göndərdiyi həmin maddələri müəyyən ünvanlara qoymasını göstərməsinə istinad edərək onun əməlində AR CM-nin 234.4.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinməsi qanuni və əsaslı hesab edilə bilməz (nəzərə alınsa ki, təqsirləndirilən şəxsin ifadəsi yalnız digər sübutlarla təsdiq olunduqda ittihamın əsasını təşkil edə bilər).

49. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə yanaşı 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülməsi və onun həmin maddələr üzrə təqsirli bilməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanı birgə iştirakçılar üçün ümumi olan cinayətin törədilməsi barədə əvvəlcədən razılaşmanın əldə olunması halını “ikitərəfli kriminal əqdin bağlanması” kimi haldan fərqləndirə bilməmişdir.

50. Halbuki, şəxslər arasında “kriminal əqd” üzrə “kontragentə” münasibətdə müəyyən hərəkətlərin yerinə yetirilməsi barədə razılığın əldə olunması (nə qədər ki, belə razılıq vahid cinayətin deyil, hər bir şəxs tərəfindən məhz onun özünə aid olan kriminal əməlin törədilməsini ehtiva edir) birgə cinayət törətmək barədə qabaqcadan razılığın əldə olunması halı ilə eyniləşdirilə bilməz (Məsələn, rüşvətin alınması və verilməsi barədə rüşvət alanla rüşvət verən arasında, qanunsuz odlu silah satanla onu əldə edən şəxs arasında və yaxud hazırkı işdə olduğu kimi narkotik vasitəni satanla onu əldə edən şəxs arasında bu əməllərin yerinə yetirilməsinə dair qabaqcadan razılığın əldə olunması vahid cinayətin birgə törədilməsi barədə razılığın əldə edilməsi anlamına gəlmir və bu üzdən cinayətdə iştirakçılıq kimi qiymətləndirilməməlidir).

51. İttiham tərəfin Təqsirləndirilən şəxs İİR vətəndaşı ilə qabqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür.

52. Belə ki, ittihamda vaxt, yer, üsul göstərilmədən təqsirləndirilən şəxsin “Semka” adlı İİR vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmələri qeyd olunduqdan sonra onların birgə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) narkotik vasitələri əldə etmələrinə, saxlamalarına, daşımalarına aid “faktiki hallara” dair məlumatlar aşağıdakı kimi təsvir olunmuşdur: 1) “şəxsiyyəti istintaqa məlum olmayan “Semka” adlı İİR vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında”; 2) “istintaqa məlum olmayan vaxtda və şəraitdə ...” 3) “Semka adlı şəxsin göstərişi ilə satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və həşiş qətranını əldə edib saxlamaqla daşımışdır”.

53. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən ittiham bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir.

54. Həmin Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır.

56. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə istinad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.

57. Təqsirləndirilən şəxsə qarşı AR Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin təqsirləndirilən şəxs və “Semka” adlı şəxsdən təşkil olunmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir (iittihamda təsvir olunmuş təqsirləndirilən şəxsin əməllərinin faktik məzmunu müstəsna olaraq onun “Semka” adlı şəxsin satdığı həşiş qətranını və qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə etməsini və bundan sonra onların saxlanılması, daşınması üzrə təkbaşına etdiyi hərəkətləri əhatə edir).

58. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “şəxsiyyəti məlum olmayan Semka”, “istintaqla müəyyən edilməyən qaydada” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir.

59. Məhkəmə qeyd edir ki, özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir.

60. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.

61. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

62. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

63. Məhkəmə hesab edir ki, qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə verilmiş ittihamdan AR CM-nin 234.4.1-ci maddəsinin xaric edilərək təqsirləndirilən şəxsin yalnız ittihamın sübuta yetirilmiş hissəsi üzrə Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinməsi cinayətprosessual qanunun yuxarıda təsvir edilən

64. normalarının tələblərinə,xüsusilə də ittihamın sübut olunmasında aradanqaldırılma sımümkün olmayan şübhələrintəqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir.

65. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.

66. Göstərilənləri ümumiləşdirərək məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və həmin maddə ilə verilmiş ittiham ehtimallara və formal mülahizələrə əsaslandığından həmin maddə ittihamdan xaric edilməlidir.

67. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CMnin 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

68. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin və ya əlində hər hansı torbanın olmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

69. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki narkotik vasitə və psixotrop maddələri qəbul edir. İran İslam Respublikasının vətəndaşı Semkanı bir müddətdir ki tanıyır və ondan 2-3 dəfə narkotik vasitələr əldə etmişdir. O, İİR vətəndaşı ilə vatsapp vasitəsilə əlaqə saxlayırmış. Onunla sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. 29 iyun 2025-ci il tarixdə Samka ona müraciət edərək ondan həşiş qətranı və marixuananı onun deyəcəyi ünvandan götürərək yenidən onun dediyi ünvanlara qoymağını istəmiş, bunun müqabilində isə ona istifadəsi üçün narkotik vasitələr və psixotrop maddələr verəcəyi vədini vermişdir. O da onunla razılaşmışdır. Bundan sonra o tanışı Şahid2la görüşmüşdür ki, onunla ünvana gedib ustalıq etsinlər. Şahid2 onunla birlikdə usta kimi fəaliyyət göstərir. Onunla uzun müddətdir ki, əlaqəsi var. Lakin Taner onun narkoitk vasitələrin satışı ilə məşğul olmağını bilmir. Evə getməmişdən öncə isə Tanerə demişdir ki. sürsün Semkanın dedivi ünvana. O Tanerə aohumıımdan sıımh götürəcəyini demişdir. xx.xx.2025-ci ilç tarixdə saat təxminən 17: 10 radələrində Semkanın dediyi ünvanda o qara rəngli sellofan torbanı götürmüş və daha sonra Nəsim rayonu, Ş.Əzizbəyov küçəsi, ev 44 ünvanında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişdilər. Onlar ona narkotik vasitə və psixotrop maddələrin qəbulunda şübhəli olduğunu bildirib yerində onun və Taner Abbsovun üzərini yoxlamağı təklif etmişdilər. O onlara etiraz etməmişdir. Ondan üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olması barədə soruşulduqda o əlində olan qara rəngli sellofan torbanı təqdim edərək onun haqqında məlumat vermişdir. Bundan sonra o istifadəsində olan mbil telefonu təqdim etmişdir. Təqdim etdiyi qara rəngli sellofan torba açıldıqda onun içərisində 03 ədəd bağlamada narkotik vasitə marixuana və 02 ədəd bükümdə həşiş qətranı aşkar edilmişdir. Bundan sonra həmin bükümlər bağlanaraq möhürlənmişdir, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üstü yoxlanılmışdır. Lakin hər hansı əşya və predmet aşkar olunmamışdır. O əlində olan qara rəngli torbada olan narkotik vasitəyə bənzər maddələr barədə məlumat verib həmin maddələri Semka adlı İİR vətəndaşının təklifi ilə saxlanıldığı ünvandan götürüb Nasosnu adlanan əraziyə aparacağını bildirmişdir. Bunun müqabilində Semka ona istifadəsi üçün narkotik maddə verəcəkmiş. Bundan sonra Şahid2 da üzərinə baxış keçirilmişdir. Lakin sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Taner cibində olan avtomobil açarını və istifadə etdiyi mobil telefonu təqdim etmişdir. Sonra isə Şahid2 idarə etdiyi Kia Ceed markalı 99- KY-074 qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Bu barədə Taner etiraz etməmiş və ərizə ilə müraciət etmişdir ki, avtomobilinə baxış keçirilməsinə etirazı yoxdur. Bütün iştirakçılarla birgə avtomobilə baxış keçirilmişdir. Hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir.

70. Bundan savayı, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə həyata keçirilən zaman Təqsirləndirilən şəxs tam sərbəst şəkildə təqdim etdiyi qara rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana və həşiş qətranı olduğunu, həmin maddələri bir müddət əvvəl “Semka” adlı şəxsdən sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq əldə etdiyini, “Semka” adlı şəxsin bildirdiyi yerlərə narkotik vasitələri qoyacağı təqdirdə özünün istifadə etməsi üçün narkotik vasitə verəcəyini bildirdiyini göstərmişdir.

71. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyündən ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini iddia etsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli, 5202/2025 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman xəsarət almadığını bildirmiş, onun bədəninə baxış zamanı onda təzə çapıq toxumasından başqa hər hansı xəsarət aşkar edilməmişdir.

72. Bununla yanaşı, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 iyul 2025-ci il tarixli, 902 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdə ekspert tərəfindən müayinə olunan zaman onda aşkar edilmiş xəsarətlər- sağ baldırın sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Həmin xəsarətlər müxtəlif şəraitlərdə (həm öz boyu hündürlüyündən yıxılaraq yerin səthinə və ya küt əşyaya dəymə nəticəsində, həm də insan bədəninin hissəsinin təsirindən və.s.), həm şəxsin özü tərəfindən, həm də digər şəxs tərəfindən yetirilə bilməsi mümkündür (cild 01; i.v.104-106).

73. Həmçinin, təqsirləndirilən şəxsin iş materiallarında olan ifadələrindən görünür ki, o, ifadə verdikdən sonra müstəntiq tərəfindən ona ünvanlanmış suala cavab olaraq saxlanlarkən polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətə məruz qalmadığını bildirərək ifadəsini təsdiq etdiyini öz əlyazması ilə təsdiq edərək imzalamışdır.

74. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq onda olan xəsarətlərin istintaq təcridxanasına daxil olan zaman qeydə alınmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.

75. Bununla yanaşı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videodiskdə olan görüntülərlə də təqsirləndirilən şəxsdə hər hansı xəsarətin olması vizual olaraq müşahidə olunmur.

76. Həmçinin, təqsirləndirilən şəxs məhkəmə iclasında ona fiziki təzyiqlərin göstərilməsi ilə ünvanlanmış suala cavab olaraq ilkin olaraq döyüldüyünü bildirsə də, məhkəmə iclasının sonrakı dəqiqələrində yanında olan şəxsin tutulmaması üçün psixoloj təzyiqlərə məruz qaldığından verilmiş sənədləri imzalayaraq narkotik vasitələrin ona məxsus olduğunu etiraf etdiyini bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin ona fiziki təzyiqlərin göstərilməsinə dair dəlilinin məhkəmə araşdırması nəticəsində təsdiqini tapmadıqdan sonra öz müdafiəsi naminə hər dəfə fərqli formada təzyiqlərə məruz qalmasına istinad edərək məhkəmədə səmimi olmamasına və hər vəchlə cinayət məsuliyyətindən yayınmağa cəhd etməsinə dəlalət edir.

77. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə onun tibb kartına əsasən onda xəsarətlərin olmasının müəyyən edilmədiyini, onda saxlanıldığı günə xarakterik olan xəsarətlərin olmasının müvafiq məhkəmə-tibb ekspertizasının rəyi ilə də təkzib olunduğunu, onun tərəfindən bu halı, o cümlədən, ona psixoloji təzyiq göstərilməsini təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.

78. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

79. Həmin qərarın 26-cı bəndinə əsasən Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

80. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə aidiyyəti orqana müraciət etməmiş, ibtidai istintaq zamanı və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında bu barədə hər hansı bir xüsusata toxunmamış, məhkəmə iclasında həmin halla bağlı hər dəfə fərqli hallara istinad etmiş, tibb kartında göstərilənlər, o cümlədən, ekspert rəyi ilə onun ifadəsindəki xüsusatlar təkzib edilmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusatın təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün irəli sürülməsi qənaətindədir.

81. Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə məxsus “Whatsapp” ani yazışma proqramında olan Sms mətnlərinə baxış zamanı orada “Semka” adlı şəxin adı qeyd olunmuş nömrəsindən ona daxil olan yazışmalarda “10 ot, 80, 80 ok, 5ot, 100 ot” kimi sms yazışmaların, həmçinin, bir neçə ünvanın fotoşəkli, aralarında olan səs yazıları vasitəsi ilə bir birinə “nə qədərdi ki burda? sualına Semka tərəfindən 10 qramdı dədə 10 aramdı cavab səs yazısının gedərilməsi, bundan başqa “ yol qırağında böl, qəşəng ünvan elə şəkilin at mənə, öz payın da ayrı, bir də ki o şəkli at mənə, güldü birdəki 2 kilo həşişdir” kimi səs yazılarının olması müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxsin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edərək daşımasına dəlalət edən hallardandır.

82. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.

83. Hazırki iş üzrə təqsirləndirilən şəxsin göndərilmiş narkotik vasitədən öz şəxsi istifadəsi üçün pay olaraq əvəzsiz narkotik vasitə götürməsi müqabilində qalan narkotik vasitəni fərqli ünvanlara qoymaq məqsədi ilə narkotik vasitəni əldə etməsi onun şəxsi maraq məqsədi ilə narkotik vasitələrin yayılmasına yönəlik hərəkətlər etməsinin, bununla da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının göstəricisidir.

84. Məhkəmə, hər hansı fiziki və psixoloji zorakılığa məruz qalmayan şəxsin (bu hal məhkəmə araşdırması gedişatında təsdiq olunmuşdur) ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, hazırki məhkəmə istintaqının gedişatında isə biri digər ilə uzlaşmayan fərqli və ziddiyyətli xüsusatlara istinad etməsini nəzərə alaraq təqsirləndirilən şəxsin hazırki məhkəmə iclasında səmimi olmaması, ibtidai istintaq zamanı verdiyi ifadələrinin işin həqiqi halları ilə uzlaşan ifadə olması qənaətindədir.

85. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

86. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri, üzərinə və avtomobilə baxış və götürmə istintaq hərəkətinin həyata keçirilməsini özündə əks etdirən videodiskdə olan görüntüləri, istifadəsində olmuş mobil telefonda olan yazışmalar və fotoşəkilləri müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir.

87. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 hadisə günü Samirlə birlikdə Samirin veş götürməli olduğu ünvana getdiklərini, Samirin avtomobildən düşərək yolun digər tərəfinə keçib nəsə axtardığını, sonra əli boş ona tərəf gəldiyini, həmin vaxt Samirin əlində qara torba olmadığını bildirsə də, məhkəmə şahidin həmin ifadəsini hadisədən uzun müddət sonra təqsirləndirilən şəxsi qorumaq naminə təhrif etməsi qənaətindədir.

88. Belə ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs evdə usta kimi birlikdə işləməyi təklif etmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. 29 iyun 2025-ci il tarixdə onu Sumqayıt şəhərindən götürüb işləyəcəkləri evə aparanda o qohumunun ona verdiyi sumkanı götürəcəyini demişdir. Ona sumkanın içərisində nə olacağını deməmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində onlar Samirlə birlikdə ünvan 4 ünvanına çatmışdılar. Samir ona avtomobili saxlamağı, onu gözləməyini xahiş edib avtomobildən düşmüşdür. Təxminən 5 dəqiqə sonra Samir əlində qara rəngli sellofan torba ilə birlikdə avtomobilə yaxınlaşmışdır. Torbanın içərisindəkilər barədə isə məlumatı olmamışdır. Samirin əlindəki sellofan torbam haradan və ya kimdən götürməsini görməmişdir. Samiri görən zaman əlində qara rəngli torba olmuşdur. Həmin vaxt ünvan 5 ünvanında olduqları zaman 3 nəfər polis əməkdaşı onlara yaxınlaşıb Samir Xeyrllayevin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişdilər və üzərini yoxlamaqdan ötrü icazə istəmişdilər. Onlar polis əməkdaşlarına etiraz etməmişdir. Samirdən üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olması barədə soruşulduqda o əlində olan qara rəngli sellofan torbam təqdim edərək onun haqqında məlumat vermişdir. Bundan sonra Samir istifadəsində olan mobil telefonu təqdim etmişdir. Samirin təqdim etdiyi qara rəngli sellofan torba açıldıqda onun içərisində 03 ədəd bağlamada narkotik vasitə marixuana və 02 ədəd bükümdə həşiş qatranı aşkar edilmişdir. Bundan sonra həmin bükümlər bağlanaraq möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Samirin üstü yoxlanılmışdır. Lakin hər hansı əşya və predmet aşkar olunmamışdır. Samir əlində olan qara rəngli torbada olan narkotik vasitəyə bənzər maddələr barədə məlumat verib həmin maddələri Semka adlı İİR vətəndaşının təklifi ilə saxlanıldığı ünvandan götürüb Nasosnu adlanan əraziyə aparacağını bildirmişdir. Bunun müqabilində Semka ona istifadəsi üçün narkotik maddə verəcəkdirmiş. Bundan sonra onun üzərinə baxış keçirilmişdi. Lakin sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qanunsuz əşya aşkar edilməmişdir. O üzərində olan avtomobil açarını və mobil telefonunu təqdim etmişdir. Sonra isə onun idarə etdiyi Kia Ceed markalı **-KY-*** qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Bu barədə o etiraz etməmiş və ərizə ilə müraciət etmişdir ki, avtomobiliə baxış keçirilməsinə etirazı yoxdur. Bütün iştirakçılarla birgə avtomobilə baxış keçirilmiş, hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra o və Samir Nəsimi Rayon Polis İdarəsinə gətirilmişlər.

89. Bununla yanaşı, iş materiallarında olan 30 iyun 2025-ci il tarixli üzləşdirmə protokolundan da görünür ki, Şahid2 təqsirləndirilən şəxsin üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları demiş, təqsirləndirilən şəxs isə onun dediklərinə etiraz etmədən Şahid2 onun narkotik vasitə əldə etməsindən məlumatsız olduğunu bildirmişdir (cild 01; i.v.65-66).

90. Məhkəmə iclasında Şahid2 müstəntiq tərəfindən komputer vasitəsi ilə yazılmış ifadəsini oxuyaraq imzaladığını, psixoloji təzyiq altında olduğundan yazılmış həmin ifadəsinə etiraz etmədiyini bildirsə də, həmin psixloji təzyiqin nədə ifadə olunmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir.

91. Bundan savayı, şahid məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq hal-hazırda da təcridxanadan Samirin ona zəng etdiyini və gəlib məhkəmədə ifadə verməsini dediyini bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin şahidlə mütəmadi əlaqədə olmasına, aralarında olan tanışlıq və yoldaşlıq münasibətindən istifadə edərək ona təsir göstərməsinə, şahidin də təqsirləndirilən şəxslə aralarında olan münasibətə dayanaraq ona kömək etmək məqsədi ilə onun xeyrinə ifadə verərək ibtidai istintaq zamanı verdiyi və şəxsən oxuyaraq imzaladığı ifadələrinə zidd ifadə verməsinə dəlalət edir ki, belə olan məhkəmə halda şahidin ibtidai istintaq zamanı verilmiş ifadələrinin həqiqəti əks etdirməsi qənaətinə gəlir.

92. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

93. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

94. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir.

95. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması (CM-61.1.1) onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır.

96. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olmaması, cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi mülaicə təyin edilməli, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana və həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd tünd göy rəngli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.

97. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

98. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

99. İş üzrə mülki iddia yoxdur.

100. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

101. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

102. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut – Bakı Şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsinə verilmiş 6479,4 qram narkotik vasitə qurudulmuş marixuana və 2019,9 qram həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd tünd göy rəngli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 550 manat məbləğində pul vəsaiti Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar