Məhkəmə qərarları › İş №1(101)-1924/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1924/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1924/2025 26.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Baba” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 5,076 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 3010 qram çəkidə narkotik vasitə həşiş qatranını və külli miqdarda 10220 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyun 2025-ci il tarixdə 23:50-də ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,076 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və əlində olan çantanın içərisindən 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3165 qram, 3745 qram və 3310 qram olmaqla ümumi təmiz çəkisi 10220 qram təşkil edən, tərkiblərinə görə öz aralarında eyni olan külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1010 qram və 1000 qram olmaqla ümumi təmiz çəkisi 3010 qram təşkil edən tərkiblərinə görə öz aralarında eyni olan kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, telefonunda beş qram narkotiklə bağlı yazışma olmuşdur. Başqa bir adamın telefonunu ona yükləyərək narkotiki evinə atacaqlarını demişlər. Onu gecə saat 11-ə işləmiş yeddi nəfər polis əməkdaşı saxlamış və narkotiki üzərinə götürməsə atasını da ona qoşacaqlarını bildirmişlər. Polislər onu Nəsimi rayonu ərazisində, “Kubinka” deyilən yerdə saxlamışlar. Aqil adlı şəxsə ona beş qram marixuana götürməsi üçün beş manat pul vermiş və Aqil ona “Kubinka” ərazisinə gəlməsini bildirmişdir. Həmin yerdə gözlədiyi vaxt bir neçə nəfər polis əməkdaşı yaxınlaşaraq telefon göstərib ona aid olub-olmadığını soruşmuşlar. O isə telefonunun cibində olduğunu və həmin telefondan məlumatsız olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları əlini bağlayaraq təxminən 600 metr kənara aparıb çantanın ona aid olduğunu demişlər. Bu zaman o, inkar edərək telefonunda 5 qram yazıldığını bildirmişdir. Həmin telefonun ona aidiyyəti olmamış və telefon Aqil adlı şəxsə məxsus telefon olmuşdur. O, polis əməkdaşlarına telefonun və yazışmanın məhlə uşağı Aqilə aid olduğunu demişdir. Saxlanılarkən Aqil də, o da orada olmuş, Aqil yolun digər tərəfində olmuş, Aqilin telefonunu gətirsələr də özünü gətirməmişlər. O, Aqilin telefonunu istifadə etməmiş, Aqil özü istifadə etmişdir. Narkotik götürmək üçün ikisi birlikdə getmiş, Aqilin telefonu onda yox, Aqilin özündə olmuşdur. Polis əməkdaşları ona atası ilə hədəqorxu gəldiklərindən narkotiki üzərinə götürmüşdür. Videoçəkiliş tutulduğu yerdə deyil, 600 metr kənarda aparılmışdır. Polislər ona iranlıya səs ataraq narkotiki aparıb hara qoyacağını deməsini təklif etmişlər. Bundan başqa polislər aralarında pul yığaraq onun cibinə 130 manat pul qoymuşlar. Məhkəməyə aparılarkən onu saxlayan əməliyyatçılar “elə bilmə ki, səninlə zarafat edirik, narkotiki aparıb evinə qoyarıq” demişlər. O, ümumiyyətlə “Baba” adlı şəxsi tanımamışdır. Məhkəmədə olarkən onda 5 qram narkotik olduğunu və polis əməkdaşlarının onu yüklədiklərini bildirmişdir. O, müharibədən sonra psixoloji problemlərimlə bağlı 13 gün müalicə almış və narkotik vasitə kimi marixuanadan istifadə etmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. 2020-ci ildə vətən müharibəsində iştirak etmişdir. Həmin vaxt psixoloji travma aldığı üçün ara-sıra narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Təxminən bir ay əvvəl “Tiktok” sosial şəbəkəsində “Baba” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Daha sonra “Baba” ilə +**********99 mobil nömrəsi vasitəsi ilə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Təxminən bir həftə əvvəl o, yaşadığı Ucar rayonundan Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində tanışı “Aqil” adlı şəxsin işlədiyi avtomobil yuyan yerdə gecələmişdir. 24 iyun 2025-ci il tarixdə “Baba” adlı şəxsdən istifadə etmək məqsədi ilə narkotik vasitə istəmişdir. “Baba” axşam saatlarında ona konum atacağını və gedib oradan narkotik vasitə götürə biləcəyini demişdir. O, təkliflə razılaşmışdır. Həmin vaxt mobil telefonunun enerjisi olmadığı üçün Aqildən mobil telefonunu müvəqqəti ona verməsini xahiş etmişdir. Daha sonra “Baba” ona bir çantada təxminən 10 kiloqram narkotik vasitə qoyacağını, həmin narkotik vasitələri götürüb sonradan ona deyəcəyi yerlərə qoyması müqabilində hər kiloqramı üçün ona 500 manat pul verəcəyini demişdir. O, “Baba”nın təklifi ilə razılaşmışdır. Həmin gün, yəni 24 iyun 2025-ci il tarixdə, saat təxminən 23:30 radələrində “Baba” adlı şəxsin atdığı konum əsasında həmin yerə getmişdir. Orada bir ədəd damalı çantanı görüb götürmüşdür. Belə ki, “Baba” ona əvvəlcədən həmin çantanın fotoşəklini də atmışdır. Daha sonra “Baba” adlı şəxslə əlaqə saxlayıb rayona qayıtmalı olduğunu və həmin narkotik vasitələri nə etməlidirsə tez bir zamanda deməsini xahiş etmişdir. Baba ona gecəni oteldə qalmaq üçün 200 manat verməyi təklif etsə də qəbul etməmişdir. Daha sonra 24 iyun 2025-ci il tarixdə, saat 23:50də ünvan 3 ünvanında 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını deyib özlərini təqdim etmiş, onun narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əvvəlcə bir qədər əvvəl götürərək əynində olan şalvarın sağ yan cibinə qoyduğu bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu demişdir. Daha sonra həmin bir ədəd sellofan bükümün içərisi açılaraq baxış keçirilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra əlindəki çantada nə olduğu soruşulduqda o, marixuana və həşiş olduğunu demişdir. Daha sonra həmin çantaya baxış keçirilərkən içərisində 03 ədəd qara rəngli bağlama və 03 ədəd kərpic formalı bağlama aşkar edilmişdir. Həmin qara rəngli maddələrin otşəkilli marixuanayabənzər, digər bükümlərdəki maddələrin isə narkotik vasitə həşiş qətranına bəzər kütlələr olması müəyyən edilmişdir. O, həmin narkotik vasitələrin İran İslam Respublikası vətəndaşına məxsus olduğunu və narkotik vasitəni onun deyəcəyi ünvana aparacağı vaxtadək özündə saxlayacağını, daha sonra isə hər kiloqramın müqabilində 500 manat pul alacağını bildirmiş, üzərindən aşkar edilmiş psixotrop maddəni isə istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Həmin an onun cibində özünə məxsus 130 manat pul da olmuşdur. Daha sonra onun üstü yoxlanılmış və yoxlama zamanı üzərindən göy rəngli “Redmi” markalı mobil telefon və 130 manat pul aşkar edilmişdir. Bundan başqa onun üzərindən əhəmiyyət kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. O, yalandan həmin mobil telefonun özünə məxsus olduğunu demişdir. Əslində həmin telefon onun tanışı “Aqil” adlı şəxsə məxsus olmuşdur. “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 130 manat pul isə ona qaytarılmışdır. Daha sonra aşkar edilmiş həmin kütlələr qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmiş, orada üzərindən aşkar edilmiş əşya və predmetlərə baxış keçirilərək təkrar qablaşdırılmışdır. O, yaşadığı evdə və ya başqa hər hansı bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamış, üzərində aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri əldə etmək müqabilində “Baba”ya heç nə verməmiş, həmin narkotik vasitələri deyilən ünvanlara çatdırmağı müqabilində hər kiloqramı üçün ona 500 manat verməyi vəd etmişdir. Onun törətdiyi cinayət barədə “Aqil” adlı şəxsin məlumatı və köməkliyi olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır (İ cild, səh. 85- 87). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Rahib adlı şəxsin üzərində külli miqdarda narkotik vasitələri gəzdirməsi və satışı barədə etibarlı mənbədən ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o, polis kapitanı Şahid3 və polis serjantı İlqar Rzayev daxil edilmişdir. Məlumatın yoxlanılarkən Rahib adlı şəxs gecə saat 12 radələrində ünvan 3 ünvanın qarşısında tərəflərindən saxlanılmış, nə üçün saxlanılması izah edilərək üzərində narkotik vasitə olub-olmadığı soruşulduqda şalvarının sağ yan cibindən bir ədəd bağlamada narkotik vasitə mateamfetamini təqdim etmiş və həmin narkotiki özünün istifadəsi üçün İran vətəndaşı olan “Baba” adlı şəxsdən aldığını bildirmişdir. Həmin vaxt yanında olan çantaya baxış keçirilmiş, çantadan üç ədəd bağlamada marixuana və üç ədəd bağlamada külçə formasında həşiş qatranı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran vətəndaşından əldə edərək deyilən ünvanlara yerləşdirəcəyini və qarşılığında narkotikin hər kiloqramı üçün 500 manat pul veriləcəyini bildirmişdir. Əlavə olaraq şəxsin üzərindən “Redmi” markalı mobil telefon və 130 manat pul aşkar edilmiş, pul özünə qaytarılmış, telefon isə istintaq əhəmiyyəti kəsb etdiyindən tərəflərindən götürülmüşdür. Çəkiliş təqsirləndirilən şəxsin saxlanıldığı yerdə olmuş, saxlanılan zaman təqsirləndirilən şəxsə qarşı hansısa zor və təzyiq olmamış, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərinə narkotik qoyulmamışdır. Təqsirləndirilən şəxsə atası ilə bağlı hədə olmamışdır. O, Şahid2 adlı şəxsi tanımamış və təqsirləndirilən şəxsin saxlanıldığı yerdə belə bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs telefonun özünün və ya başqasının olması barədə nə deməsi yadında qalmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 24 iyun 2025-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinə “Rahib” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumat idarə rəhbərliyinə məruzə olunmuş və həmin şəxsin xx xxxxxx 1992-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Ucar rayonu, Dədə Qorqud küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3, Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis serjantı Şahid4 də daxil edilmişdir. 24 iyun 2025-ci il tarixdə saat 23:50-də polis əməkdaşları ünvan 3 ünvanında videoçəkiliş ilə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışında şübhəli olmasını bildirmiş və üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən tünd rəngli sellofanın içindən başqa bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş ağ kristal şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması və onu haradan əldə etməsi soruşulduqda, həmin bükümün içərisində olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını və onu “Tiktok” platformasında tanış olduğu “Baba” adlı İran İR vətəndaşından şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə aldığını bildirmişdir. Həmin maddə ağ rəngli içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri imzalanaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində saxladığı yük çantasının içərisində nə olması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin çantanın içərisində narkotik vasitə marixuana və həşiş olmasını demişdir. Polis əməkdaşları tərəfindən həmin çantanın içərisi yoxlanılmış və oradan 3 ədəd iri bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə, eləcə də külçə formasında 3 ədəd xüsusi qaydada paketlənmiş halda narkotik vasitə həşiş qatranına bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əl çantasından çıxan maddələrin narkotik vasitə marixuana və həşiş olmasını, həmin maddələri də “Tiktok” platformasında tanış olduğu “Baba” adlı İran İR vətəndaşının tapşırdığı yerlərə çatdıracağı halda hər kiloqramı üçün beş yüz manat pul əldə edəcəyini demişdir. Bundan sonra narkotik vasitə marixuanaya və həşiş qatranına bənzər maddələr çantanın içərisinə qoyularaq qablaşdırılmış və üzəri imzalanaraq möhürlənmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs üzərini yoxlamış, yoxlama zamanı onun əynindəki şalvarın sağ yan cibindən “Redmi” markalı mobil telefon, sol yan cibindən isə 130 manat pul əskinası aşkarlanmışdır. Həmin 130 manat pul sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmış, “Redmi” markalı mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına dəvət olunmuş və orada baş təhqiqatçı Babək Mirzəyevin xidməti otağında iştirakçılar özlərini təqdim etmişlər. Babək Mirzəyev saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib-etmədiyini soruşmuş, Təqsirləndirilən şəxs cavabında yeddi ildir psixotrop maddə metamfetamin istifadə etdiyini bildirmişdir. Daha sonra qablaşdırılmış zərfə, eləcə də çantadakı bükümlərə baxış keçirilmişdir. Baş təhqiqatçı Babək Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması və onu haradan əldə etməsi təkrar olaraq soruşulmuşdur. Təqsirləndirilən şəxs cavabında zərfdə qablaşdırılmış maddənin “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını və onu “Baba” adlı İran İR vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs çantada qablaşdırılmış bükümlərdən üç ədədinin narkotik vasitə marixuana, digər üç ədədinin isə həşiş olmasını, onları “Baba” adlı İran İR vətəndaşından satış məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təkrar olaraq həmin narkotik vasitələri “Baba” adlı şəxsin bildirdiyi ünvanlara çatdırdıqdan sonra hər kiloqramı üçün 500 manat əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə etmişdir ki, “Baba” adlı şəxs əvvəllər də Ucar rayonu ərazisinə onun üçün psixotrop maddələr göndərmiş və həmin məkanlardan psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün götürmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, sonuncu dəfə “Baba" adlı İran İR vətəndaşının göndərdiyi məkandan narkotik vasitələri və psixotrop maddələri götürərək uzaqlaşan zaman polis əməkdaşları onu saxlamışlar. Bundan sonra baş təhqiqatçı Babək Mirzəyev tərəfindən həmin maddələr yenidən qablaşdırılmış və üzəri imzalanaraq Nəsimi RPİ-nin 186 saylı möhürü ilə möhürlənmişdir. Rahib Ələkbərimin üzərindən aşkar olunmuş 01 ədəd “Redmi” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Şahid1 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılan və götürmə aparılan zaman, habelə polis idarəsinə gətirilərkən ona qarşı hər hansı bir zor və təzyiq göstərilməmişdir (İ cild, səh. 122-125). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 24 iyun 2025-ci il tarixində Rahib adlı şəxsin narkotik vasitələrin daşınması, istifadəsi və gəzdirməsində şübhəli olması barədə idarəyə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirində o, Vüsal və Heydər iştirak etmiş, qrupun rəhbəri isə Şahid1 olmuşdur. Onlara həmin tarixdə, gecə saat 23:40-23:50 radələrində Rəsul Rza küçəsi 62 ünvanına gəlmişlər, mövqeləndikdən sonra Rahib həmin yerə gəlmiş, həmin vaxt Rahibə yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz olaraq satılması və daşınmasında şübhəli olmasını bildirmişlər. Daha sonra saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən cibindən bir büküm narkotik aşkar edilmişdir. Bundan sonra əlində olan çantaya baxış keçirilərkən qurudulmuş marixuanaya bənzər üç bağlama və üç bağlamada narkotik vasitə həşiş qatranı aşkar edilmişdir. Haradan və nə məqsədlə əldə edilməsini soruşduqda istifadə etməsi üçün Baba adlı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarəyə apaılmış və orada da çəkiliş olmuşdur. Şəxsin saxlanıldığı yerdə başqa şəxs saxlanılmamışdır. O, Şahid2 adlı şəxs görməyini xatırlamamışdır. Təqsirləndirilən şəxsə saxlanıldıqdan sonra hansısa zor və təzyiq olmamışdır. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 115-118). 9.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 128-131). 10.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2-3 ay olar ki, Bakıda avtoyuma məntəqəsində işləmiş və rayona valideynlərini görmək üçün gedib geri qayıdarkən Rahiblə rastlaşmıdır. Həmin vaxt Rahib ona Bakıya sənəd düzəltdirmək üçün getdiyini demiş və Rahiblə yol yoldaşı olmuşlar. Yolda olarkən Rahib Bakıda bir neçə gün qalacağını deyərək ona yer təşkil edə bilibbilməcəyiyi soruşmuş, bu zaman o, Rahibə avtoyumada yaşadığını deyərək şəraitlə tanış olmasını təklif etmişdir. Sonra Rahib onun qaldığı yerə baxmış və orada qalmağa razılaşmışdır. Rahib 2-3 gün onunla qaldıqdan sonra axşam vaxtlarında telefonunun söndüyünü deyərək öz telefonunu ona verməsini demişdir. Bu zaman o, etiraz etməyərək istifadəsində olan “Redmi 7” markalı telefonunu Rahibə vermişdir. Evdəkiləri ondan narahat olduqlarından hər gün onlarla danışmışdır. O, Rahibin harada olmasını bilmədiyindən avtoyumada müdirin telefonundan öz nömrəsinə zəng etmiş və həmin vaxt telefonda ona Rahibin bölmədə olduğunu bildirmişlər. Təxminən avqust ayının əvvəllərində qohumlarına zəng edərək bölməyə getməli olduğunu demişlər və bundan sonra o, anası ilə bölməyə gedib ifadə vermişdir. Rahibin öz istifadəsində olan telefonu özünə aid olan sənədlərin olduğu yerdə olmuşdur. O, Rahibin telefonunun avtoyumada olmasını bilməmiş, səhəri gün avtoyuma məntəqəsinə polis əməkdaşı gələrək Rahibin sənədlərinin orada olduğunu bildirmiş, bundan sonra axtarıb bir qab taparaq içindəki sənədləri təqdim etmiş və həmin qabın içindən telefonu çıxarmışlar. O, narkotik vasitə istifadəçisi olmamış, narkotik sifariş etməmiş, “Kubinka” ərazisində olmamış və heç vaxt Rahibə narkotik alması barədə bir söz deməmişdir. Onun Rahiblə narkotik barədə söhbətləri olmamışdır. 11.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2025-ci ilin iyun ayının əvvəlləri yaşadığı Ucar rayonundan Bakı şəhərinə işləməyə gəlmişdir. Həmin vaxt Bakı şəhərində avtoyuma məntəqələrindən birində işləməyə başlamışdır. Bir neçə gün işlədikdən sonra yaşadığı Ucar rayonuna getmişdir. Həmin vaxt qonşusu Təqsirləndirilən şəxs Bakıya getmək istədiyini, lakin qalmağa yerinin olmadığını demişdir. Onlar birlikdə Bakı şəhərinə gəlmişlər. O, Rahibi işlədiyi avtoyuma məntəqəsinə gətirmişdir. Rahibin qalmağa yeri olmadığı üçün onun çalışdığı avtoyuma məntəqəsində bir neçə gün qalmışdır. 24 iyun 2025-ci il tarixdə Rahib ona mobil telefonunun enerjisinin bitdiyini demiş və ona məxsus olan telefonu verməsini xahiş etmişdir. O da özünə məxsus olan “Redmi” markalı mobil telefonu Rahibə vermişdir. Rahib həmin telefonu götürərək uzaqlaşmışdır. Bir neçə saat keçməsinə baxmayaraq Rahib geri qayıtmamışdır. Sonradan o, Rahibin polis əməkdaşları tərəfindən saxlanılmasını öyrənmişdir. X11 narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamış, Rahib Ələkbərimin ona məxsus olan mobil telefonu hansı məqsədlər üçün istifadə etməsini bilməmiş, narkotik vasitələrin, psixotrop maddələrin əldə olunmasında, dövriyyəsində Təqsirləndirilən şəxs heç bir formada kömək etməmiş, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmiş və həmin maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır (İ cild, səh. 159-161). 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2025-ci il tarixli, 6/2304 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,076 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (İ cild, səh. 54-58). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2025-ci il tarixli, 7/915 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan 1 (bir) ədəd damalı çantada 3 (üç) ədəd üzəri skoçlu, qara rəngli polietilen bağlamada hər hər birinin ayrıayrılqıda təmiz çəkisi 3165 qr, 3745 qr və 3310 qram olmaqla, ümumi çəkisi 10220 qram malik bitki mənşəli kütlələr öz aralarında eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan 1 (bir) ədəd damalı çantada üç ədəd üzərində izahedici yazılar olan bağlamada üzəri qırmızı sellofanla örtülmüş, hər birinin ayrı- ayrılqıda təmiz çəkisi 1000 qram, 1010 qram və 1000 qram olmaqla, ümumi çəkisi 3010 qram olan qətranabənzər maddələr öz aralarında eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır (İ cild, səh. 59-63). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 25 iyun 2025-ci il tarixli 3804 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 165-166). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 16 sentyabr 2025-ci il tarixli, 3131 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi durumuna görə onun özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fantaziyaya, uydurmağa pataloji meyillilik müşahidə edilmir. Təqsirləndirilən şəxs hazırki psixoloji durumu ona araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak etməyə imkan verir. Təqsirləndirilən şəxs öz iş üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək iqtidarındadır. Qərarın təsviri hissəsində göstərilən hadisə zamanı Təqsirləndirilən şəxs emoisonal vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır (İ cild, səh. 170-172). 16.«Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 25 iyun 2025-ci il tarixli protokoldan və videogörüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu teklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan sarı rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofanda psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümdəki maddələrin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ardınca təqdim edilmiş bükümə baxış keçirilmiş və içində ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 130 manat pul vəsaiti onun özünə qaytarılmaqla Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalı nəzərə alınmaqla götürülmüşdür. Aşkar olunan 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənməklə götürülmüş və iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanmışdır. Ardınca Təqsirləndirilən şəxs sol əlində saxladığı göy rəngli sintetik torbada nə olduğu soruşulmuşdur. O, torbanın içində narkotik vasitələrin olduğunu bildirib içindəki maddələri təqdim etmişdir. Məlum olmuşdur ki, torbanın içində ümumi 06 ədəd bağlamada maddələr vardır. Təqsirləndirilən şəxs bildirmişdir ki, bağlamalardakı maddələr narkotik vasitə marixuana ve narkotik vasitə həşiş qətranıdır. Tərəflərindən bağlamalar ayrı-ayrılıqda açılmaqla baxış keçirilmiş və onlardan 03 ədəd sellofan bağlamadakı maddələrin narkotik vasitə marixuanaya bənzər və 03 ədəd sellofan bağlamadakı maddələrin narkotik vasitə həşiş qatranına bənzər maddələr olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi sintetik torbada olan və üzərindən aşkar olunan maddələri bir müddət əvvəl İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Baba adlı şəxsdən sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq əldə etdiyini, Baba adlı şəxsin bildirdiyi yerlərə narkotik vasitələri qoyacağı təqdirdə hər kiloqramına 500 manat pul alacağını bildirmişdir. Aşkar olunan sintetik torbada olan maddələr həmin torbada içinə yığılıb qablaşdırılaraq üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür (İ cild, səh. 9-11). 17.«Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 25 iyun 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 02 ədəd qablaşdırılmış zərflərə və bir ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd zərfin içərisində şəffaf sellofanda olan psixotrop maddə metamfetaminə bənzər maddə kütlələri, bir ədəd ağzı zəncirbəndlə bağlanmış çantanın içərisində üç ədəd böyük ölçüdə skoçlanmış sellofan bağlamalarda olan qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlələr, üç ədəd boz və digər rəngli xüsusi sellofanlarda qablaşdırılmış kərpic formalı üzərində müxtəlif yazılar olan içərisində tünd rəngli narkotik vasitə həşiş qətranına bənzər maddə kütlələri, 1 ədəd Redmi markalı, mobil telefon aşkar olunmuşdur. Sonra aşkar olunan kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqdim olunan bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə və narkotik vasitəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik maddə və psixotrop maddə aşkar olunması barade bildirməsi əksini tapmışdır (İ cild, səh. 17-18). 18.«Mobil telefona baxış keçirilməsi haqqında» 05 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Redmi» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun «Whatsapp» tətbiqinin proqramı ekranda qalsa da həmin proqramdan çıxış verilmişdir. Həmin telefonun şəkillər olan hissəsində 24 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əlində olan, içərisindən narkotik vasitə olan 03 bükümdə marixuana, 03 ədəd külçə formalı həşiş qatranı aşkar olunmuş çantanın və çantanın qoyulduğu yerin şəkli müəyyən olunmuşdur (İ cild, səh. 135-137). 19.«Maddi sübut kimi tanıma haqqında» 26 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,076 qram çəkidə psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 10220 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 3010 qram çəkidə narkotik vasitə həşiş qatranı maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,026 qram çəkidə psixotrop maddə metamfetamin, 10219,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 3009,85 qram çəkidə narkotik vasitə həşiş qatranı saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübut saxlanılması otağına təhvil verilmişdir (İ cild, səh. 102- 104). 20.«Sübutların qiymətləndirilməsi haqqında» 12 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd «Redmi» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübut saxlanılması otağına təhvil verilmişdir (İ cild, səh. 181-197). 21.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, yeni zədə - xəsarət izi aşkar olunmamışdır. 22.Məhkəmə-tibbi ekspertizasının 25 iyun 2025-ci il tarixli, 895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (İ cild, səh. 163-164). 23.«Şübhəli şəxsin tutulması haqqında» 25 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 32). 24.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyun 2025-ci il tarixli, 4(006)-420/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 iyun 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 97-101). 25.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 149-150). 26.Cinayət işinin materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 27.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 28.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 29.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 30.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsinin xaric olunmasını əsaslı sayır. 31.Belə ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs verilmiş ittihamda cinayət əməlinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi aparılan hərtərəfli məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. 32.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 33.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, təqsirkar şəxsin narkotik vasitəni və psixotrop maddəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olması, həmçinin həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 34.İstintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan «Baba» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsini... qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında Təqsirləndirilən şəxs hər hansı şəxslə, eləcə də İran İslam Respublikası vətəndaşı «Baba» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməlini törətməsi müəyyən edilməmişdir. 35.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 36.İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Baba» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. 37.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımasına dair digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsində iştirakını təsdiq edən sübut müəyyən olunmamışdır. 38.Məhkəmənin bu qənaəti əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə aid cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. 39.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 40.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 41.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 42.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 43.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 44.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 45.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 46.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 47.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 48.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə (50000 qramadək) narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. Həmin siyahının 86-cı bəndinə əsasən 40 qram və yuxarı həddə (4000 qramadək) narkotik vasitə olan həşiş qatranı külli miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə (400 qramadək) psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 49.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər sadəcə ümumi sözlərdən, formal xarakterli mülahizələrdən ibarət olmaqla əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 50.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, yeni zədə - xəsarət izi aşkar olunmamışdır. Eyni zamanda, Məhkəmə-tibbi ekspertizasının 25 iyun 2025-ci il tarixli, 895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. 51.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 52.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 53.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 25 iyun 2025-ci il tarixli protokolun və videogörüntüləri özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 54.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 55.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 56.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 57.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 58.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. 59.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 60.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olmasının ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 61.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 63.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, vətən müharibəsi iştirakçısı olmaqla «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 66.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 67.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 68.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 69.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 70.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 71.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 72.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı - 24 iyun 2025-ci il tarixdən hesablanmalıdır. 73.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 74.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 76.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,026 qram çəkidə psixotrop maddə metamfetaminin, 10219,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və 3009,85 qram çəkidə narkotik vasitə həşiş qatranının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Şahid2 məxsus bir ədəd «Redmi» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 77.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 78.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 79.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 151 (yüz əlli bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 80.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 81.Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 82.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 151 (yüz əlli bir) manat manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 440 (dörd yüz qırx) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,026 qram çəkidə psixotrop maddə metamfetamin, 10219,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 3009,85 qram çəkidə narkotik vasitə həşiş qatranı məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Redmi» markalı mobil telefon aparatı Şahid2 (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar