Məhkəmə qərarları › İş №1(101)-1925/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1925/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1925/2023 01.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Yusif Allahverdiyev və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 1 (bir) azyaşlı uşağı olan, fərdi əməklə (mebel ustası) məşğul olmuş, əvvəllər məhkum olunmuş, Neftçala rayonu, Xıllı kəndində qeydiyyatında olan, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 1, mənzil 46da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Höccət” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət ələqəsinə girərək sonuncunun onun bank hesabına köçürəcəyi pul vəsaiti müqabilində lazım olan ünvana çatdırmaq məqsədi ilə istifadəsində olan ***-***-**- ** mobil nömrəyə bağlı olan “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi fotoşəkilə uyğun Xətai rayonu, Neapol küçəsi 11 ünvanının yaxınlığında müvafiq yerə qoyulmuş bir ədəd bükümdə təmiz çəkisi 49,620 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürüb üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 05:40 dəqiqədə Neapol küçəsi, 11 ünvanının qarşısında özünü şübhəli apardığına görə DİN-ə bilavasitə tabe olan ƏÇPA-nın 3-cü patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü Polis şöbəsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd qara rəngli lentlə bağlanmış ağ rəngli sellofan bükümdə təmiz çəkisi 49,620 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 49 qram psixotrop maddə metamfetamin olmuşdur. O, həmin maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində olan psixotrop maddəni polis əməkdaşlarına təhvil vermişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni Höccət adlı şəxsin dediyi yerdən götürmüş, əvvəllər də Höccətdən öz şəxsi istifadəsi üçün psixotrop maddə almış, Höccət ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, narkotik vasitə və psixotrop maddələrin çatdırılması məqsədi ilə Höccət üçün kuryerlik etməmiş, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman həqiqətən də üzərində 49 qram çəkidə psixotrop maddə olmuş, ittiham aktında göstərilən psixotrop maddənin növü və çəkisi doğrudur, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona heç bir fiziki təzyiq və ya zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixotrop maddələrin satışı ilə məşğul olmaması, aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi barədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ƏÇPA-nın 3 patrul bölüyünün polis nəfəri Şahid1 ilə birlikdə 27 aprel 2023cü il tarixdə inzibati ərazidə xidmətdə olduğu zaman Məzahir Rüstəmov və Neapol küçələrinin kəsişməsində bir nəfər şəxs onları gördükdə, yayınmaq istəmişdir. Onlar da dərhal həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxs bu zaman əlini sağ yan cibinə ataraq yerə nəsə atmaq istəmiş, lakin onlar buna imkan verməmişlər. Bundan sonra həmin şəxsin üzərində qanunsuz əşya olması ilə bağlı onlarda şübhə yaranmışdır. Ona görə də onlar həmin şəxsi Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər, həmin şəxs də onlara etiraz etməmişdir. Sonra onlar həmin şəxsi 34-cü Polis şöbəsinə apararaq raportla təhvil vermişlər. Onlar həmin şəxsi 34-cü Polis şöbəsinə təhvil verdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, 34-cü Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələri “kuryer” kimi ora-bura çatdırdığını bildirmiş, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 49 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün saat 05:40-da ünvan 3 ünvanının qarşısında bir nəfər şəxs özünü narkotik vasitələrin qanunsuz dövriyyəsində və gəzdirməsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmiş və həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 17) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd qara rəngli lentlə bağlanmış ağ rəngli sellofan kəsiyinə bükülmüş ağ rəngli şüşə kristal halında psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2443 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 42-43) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...(imza) Təqsirləndirilən şəxs ...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 49,620 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 54-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-295/2023 saylı qərarından (cild 1, iş vərəqə 74-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 78-84) görünür ki, həmin gün Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy S9+” markalı mobil telefona baxış keçirilmiş və həmin mobil telefonda “Nuşabe Xala” adı ilə qeyd edilmiş +**********70 mobil nömrənin istifadəçisinin adının “Höccət” olması, “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxslə Höccət adlı şəxsin arasında danışıq aparılması və Höccət adlı şəxsin ona müxtəlif vaxtlarda müxtəlif bağlamaların şəkillərini ataraq həmin yerlərə narkotik vasitə və psixotrop maddələr yerləşdirdiyini bildirməsi, Təqsirləndirilən şəxs da Höccət adlı şəxsin dediyi yerlərə gedərək həmin bağlamaları oradan götürməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonda olan məlumatlara baxış keçirilməsinə etiraz etməyib könüllü olaraq mobil telefonun giriş kodunu açdıqdan sonra baxış zamanı mobil telefonda «Nuşabe Xala» adı ilə +**********70 mobil nömrənin qeyd edilməsi, 27 aprel 2023-cü il tarixə keçən gecə saat 02:00-06:00 aralığında müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs həmin mobil nömrə ilə qarşılıqlı olaraq «WhatsApp» proqram təminatı vasitəsilə zəngləşməsi, mobil telefonun «Galereya» bölməsində 27 aprel 2023-cü il tarixdə, saat 2:13 dəqiqədə göndərilmiş və yaşıl rənglə işarələnmiş yolkənarı ərazidə olan ağac dibinin fotoşəkilinin olması, həmçinin mobil telefonun «Galereya» bölməsində müxtəlif küçələrdə olan yerlərin fotoşəkillərin olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonunda «Nuşabe Xala» adı ilə qeyd edilmiş +**********70 mobil nömrənin istifadəçisinin «Höccət» adlı şəxsin olduğunu, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini fotoşəkildə göstərilmiş Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 11 saylı binanın arxasında olan yaşıl rənglə işarələnmiş ağacın dibindən götürdüyünü, həmin fotoşəkilin «Höccət» adlı şəxs tərəfindən «WhatsApp» proqram təminatı vasitəsilə ona göndərildiyini, «Galereya» bölməsindəki müxtəlif küçələrdə olan yerlərin fotoşəkillərini isə öz mobil telefonun videokamerası ilə çəkdiyini, həmin yerlərə «Höccət» adlı şəxsin tapşırığı ilə psixotrop maddələr gizlətdiyini, daha sonra həmin yerlərin fotoşəkilini çəkib «Höccət» adlı şəxsə «WhatsApp» proqram təminatı vasitəsilə göndərdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ilə Höccət adlı şəxslə son danışıq xx.xx.2023-cü il tarixə, saat 02:56-05:26 radələri arasına təsədüf edir. xx.xx.2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama barədə 4045 nömrəli rəydən (cild 1, iş vərəqə 163-164) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 136-138) görünür ki, Ağayev X3 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə 3.500 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya aktına əsasən cərimə cəzasından azad edilmişdir. xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş çıxarışdan (cild 1, iş vərəqə 166-172) görünür ki, Təqsirləndirilən şəxs ilə müxtəlif şəxslər arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısı barədə danışıq aparılmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqənda qərardan (cild 1, iş vərəqə 176-182) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamin əldə etmə mənbəyinə görə ayrıca icraatda cinayət işinin aparılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 49,520 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanılması üçün Xətai RPİnin saxlanc otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd DVD diskin və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 186-187) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2013-cü il tarixli Abşeron Rayon Məhkəməsinin 1(012)-76/2013 saylı hökmündən (cild 1, iş vərəqə 139-143) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə 3.500 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş, bundan sonra həmin maddəni qanunsuz şəkildə üzərində saxlayaraq daşımışdır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:40 radələrində ünvan 3 ünvanının qarşısında polis əməkdaşlarını gördükdə, özünü şübhəli aparmağa başlamışdır. Bu səbəbdən də ƏÇPAnın 3-cü patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Xətai RPİ-nin 34-cü Polis şöbəsinə aparılmış, orada müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 49,620 qram təşkil edən, yəni külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, nə ibtidai istintaq zamanı, nədə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Polis bölməsində onun üzərində şəxsi axtarış keçirilərkən həmin vaxt aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisini, həmin maddənin saxlanıldığı bükümün sayısını və aşkarlanmış maddənin növünü, eləcə də həmin maddənin ona məxsus olmasını mübahisələndirməmişdir. Əksinə şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu könüllü şəkildə imzalamaqla Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin ona məxsus olmasını, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qısa məzmunda ifadə verərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etsə də, cinayət prosesi iştirakçılarının suallarına cavab verərək şəxsi axtarış zamanı üzərindən külli miqdarda, 49,620 qram çəkidə psixotrop maddə metamfetaminin olmasını və həmin maddəni öz istifadəsi üçün aldığını, eləcə də heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən hissədə belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı barəsində keçirilmiş prosessual hərəkətlərdə iştirak edərkən dəfələrlə bəyan etmişdir ki, iranlı “Höccət” adlı şəxs ona dəfələrlə Bakı şəhərində gizlədilmiş narkotik vasitə və psixotrop maddələrin yerlərini çəkib telefon vasitəsi ilə ona göndərmiş, o da Höccətin dediyi yerlərə gedərək orada gizlədilmiş narkotik vasitə və psixotrop maddələri götürüb başqa yerlərə yerləşdirmiş, bunun müqabilində də Höccət ona bank hesab kartı vasitəsi ilə pul, bəzən də şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə göndərmişdir. Məhkəmə hesab edir ki, bu hissədə Təqsirləndirilən şəxs bildirdiyi məlumatlar həqiqəti əks etdirir. Belə ki, cinayət işinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs mobil telefonunda Höccət adlı şəxsə məxsus mobil telefon nömrəsi olmuş və sonuncu dəfə onların arasında danışıq məhz Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir qədər az əvvəl aparılmışdır. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamış və daşımışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında psixotrop maddəni satış məqsədi ilə əldə etməməsini iddia edərkən səmimi olmamış və məsuliyyətdən yayınmaq məqsədi ilə bu hissədə yalan ifadə vermişdir. Beləliklə, aşkar edilmiş psixotrop maddənin külli miqdar təşkil etməsi, aşkar edilmiş maddənin istifadə üçün yararlı olması, müxtəlif şəxslərlə onun arasında jarqon terminlərdə ifadə olunan narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısı barədə danışıq aparılması onu təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımışdır. Odur ki, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, 1 (bir) azyaşlı uşağının olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə qismən etirafedici ifadə verməsini və ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə məhkum olunsa da, həmin cinayətə görə cərimə cəzasına məhkum edildiyindən və daha sonra amnistiya aktına əsasən həmin cəzadan azad edildiyindən onun cəzasını ağırlaşdıran hal kimi residiv müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, vərəm xəstəliyindən əziyyət çəkməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən, həmçinin somatik vəziyyəti yaxşılaşmasından sonra ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 49,520 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan “Samsung Galaxy S9+” markalı mobil telefon isə Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən və somatik vəziyyəti yaxşılaşdıqdan sonra narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 49,520 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan “Samsung Galaxy S9+” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar