Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1925/2025 12.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Xaçmaz rayonu, Bəbəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmayan, Xaçmaz rayonu, Müşkür ə/d, Bəbəli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları:
1. Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixdə saat 20:10 radələrində Yasamal rayonu, Tbilisi propekti 1058 ünvanında yerləşən “Neptun” marketin qarşısında 99 C 642 dövlət qeydiyyat nişanlı “Bajaj Pulsar NS200” markalı motosikleti ilə hərəkətdə olan zaman ** RD *** dövlət qeydiyyat nişanlı “Daewo Lanos” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona yol verməməsi və avtomobili ilə onu sıxması nəticəsində sonuncu mübahisə etməyə başlamışdır. Daha sonra sonuncunun münaqişəni sonlandırmasına baxmayaraq heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub xuliqanlıq niyyəti ilə bədən xəsarəti yetirmək məqsədi ilə idarə etdiyi motosikletlə zərərçəkmiş şəxsi təqib edərək xuliqanliq əməllərini davam etdirmişdir. O, Yasamal rayonuna aid hissədə Bakı- Sumqayıt yolu ilə Moskva prospektini birləşdirən tuneldə Zərərçəkmiş şəxs qarşısını kəsərək münaqişəni davam edirmək üçün çoxsaylı insanların olduğu yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakını məhv edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, əlində olan istintaqla müəyyən olunmayan silah qismində istifadə etdiyi ucu iti-kəsici alətlə avtomobilin sürücü tərəfdən sol yan şüşəsini qəsdən vurub sındıraraq Zərərçəkmiş şəxs avtomobilinə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Daha sonra əlindəki istintaqa məlum olmayan ucu iti-kəsici alətlə xuliqanlı niyyəti ilə Zərərçəkmiş şəxs bir dəfə sağ göz nahiyəsindən qəsdən vuraraq sağ gözünün OD-korneoskleral geniş məsafəli dəlib keçən yaralanması, qüzehli qişanın və şüşəvari cisminin xaric olması, travmatik şişkinləşən katarakta kimi xəsarətlər yetirib dərəcəsinə görə əmək qabiliyyətinin üçdə birindən az olmamaqla (35%) əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurma ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığına AĞİR xəsarət yetirməklə xuliqanlıq etmişdir.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
2. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci ildə saat təxminən 20:00 radələrində İnqilab tərəfdən gəlib prospektə dönəndə yolda tıxac olmuş, orada ona yaxın bir yerdə bir motosiklet dayanmışdır. Bu zaman arxada olan maşınlar ona qarşıdakı boşluğa sürməsini bildirərək siqnal verdiyindən o bir qədər qabağa sürmüş və təqsirləndirilən şəxsin motosikletinin qabaq təkərinin onun maşınının arxa təkərində dayandığını görmüşdür. Daha sonra maşının arxa tərəfindən küt səs eşitmiş, güzgüdən baxanda sonuncunun “məni sıxdın və.s” tam eşitmədiyi sözləri dediyini, əl hərəkətləri etdiyini görmüş, lakin tam nə dediyini eşitməmiş, maşını niyə yumruqladığını soruşmuşdur. Bu zaman təqsirləndirilən şəxs onu sıxdığını bildirmiş, o da ona “sür, rədd ol get” demiş, daha sonra təqsirləndirilən şəxs ona “başıxarab” dedikdə o, da cavabında “başıxarab sənin nəslindir” deyə bildirmişdir. Həmin yerdə onların aralarında söyüş olmamışdır. Onun maşını köhnə olduğundan saxlayarkən sönmüş, yenidən işə salaraq bir az qabaqdan dönüb oradan uzaqlaşmış, təqsirləndirilən şəxs isə onun arxasınca gəlmişdir. Həmin yerdən 800 metr, 1 km uzaqlaşdıqdan sonra tuneldə tıxacda dayanarkən təqsirləndirilən şəxs gələrək motosikletini onun maşınının qarşısında saxlamış və onun maşından düşməsini tələb etmişdir. O maşından düşmədikdə təqsirləndirilən şəxs maşının qapısını açmaq istəmiş, lakin onun maşını köhnə olduğundan və qapılar içəridən açıldığından sonuncu çöldən qapını aça bilməmiş, o, nə etdiyini soruşanda təqsirləndirilən şəxs maşının qabaq sol şüşəsinə yumruq vurmağa başlamış və nəticədə maşının şüşəsini sındırmışdır. Şüşəni sındıran kimi təqsirləndirilən şəxsin əli şüşədən keçib burnunun ucuna dəymiş, həmin anda o, maşının kəmərini açmağa çalışdığından sonuncunun əlini tuta bilməmiş, gözünə nəsə olduğunu hiss edən kimi “ay gözüm” deyə qışqırmışdır. Bu zaman onun sağ gözündən qan axdığından o, çətinliklə görə bilmiş, 102 xidmətinə zəng edən zaman isə təqsirləndirilən şəxsin qaçdığını görmüş, zəngi saxlayaraq sonuncunun kim olduğunu bilməsi üçün şəklini çəkmişdir. Bundan sonra 102-yə zəng etmiş, təcili tibbi yardım gələrək onu Zərifə Əliyeva klinikasına aparmış, orada əməliyyat keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs onun maşının şüşəsini nə ilə sındırdığını tam bilməmiş, yan şüşə rahatlıqla sına bilməyəcəyindən, yəqin ki, sonuncunun əlində nəsə olmuş, təqribən 3 yumruğa şüşə sınmış və ani dəqiqədə gözü kəsilmişdir. O, Təqsirləndirilən şəxs əlində kəsici, deşici alət görməsə də, şüşəyə dəyən səsdən nə iləsə vurduğunu hiss etmişdir. Belə ki, gözündəki xəsarət adi yumruqla yarana bilməyəcəyindən yəqin ki, Təqsirləndirilən şəxs dəmirlə vurmuş, onun gözü maşının hansısa hissəsinə dəyməmişdir. Şüşə sınandan sonra o, Təqsirləndirilən şəxs heç nə edə bilməsin deyə dönüb əlini tutmaq istəmiş, döndüyü anda gözündən qan axmağa başlamış, görmə məhdudiyyəti yaranmışdır. O döndükdən sonra Təqsirləndirilən şəxs onu vurmamış, gözünə yumruq atmamışdır. O, küt alətin nə olduğunu, sonuncunun onun gözünə nə ilə vurduğunu görməmiş, lakin dönəndə artıq gözünə nəsə olmuşdur. O, Təqsirləndirilən şəxs ailəsini söyməmiş, sadəcə bir dəfə “başıxarab nəslindir” demiş, sürüb uzaqlaşmaq istəsə də, sonuncu onun bilmədiyi səbəbdən arxasına düşmüşdür. Belə ki, Təqsirləndirilən şəxs çox aqressiv şəkildə maşınına vurduğundan o mübahisə etmək istəməmiş və uzaqlaşıb getmək istəmişdir. Tıxacda olarkən o, Təqsirləndirilən şəxs motosikletini sıxsa belə sonuncuya xəsarət yetirməmiş, onlar yanbayan dayanmışlar. Hadisə axşam saat 20:00 radələrində baş vermiş, hava azca qaranlıq olmuş, ətrafda maşınlar olsa da, adamlar olmamış, kənardan heç kəs onlar tərəfə gəlməmiş, müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs ətrafdakılara qarşı nəsə etməmiş, xoşagəlməz heç nə etməmiş, onunla olan mübahisə maksimum 2 dəqiqə çəkmiş, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində avtomobilinə 300 manat dəyərində zərər dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2025ci ildə Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında yerləşən evdə təmir işlərini bitirdikdən sonra yaşadığı evə getmək üçün özünə məxsus “Daewo Lanos” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Həmin gün saat təxminən 20 radələrində Yasamal rayonu, Tbilisi prospektində yolda tıxacda dayanmış, bu zaman bir motosiklet ona yaxın vəziyyətdə durmuşdur. Həmin an ki, motosikleti idarə edən “Wolt” şirkətinin sürücüsü heç bir səbəb olmadan onun idarə etdiyi avtomobilə yumruq və təpik zərbələri endirdiyini görmüşdür. O, həmin şəxsdən nə üçün onun maşınına zərbələr endirdiyini soruşduqda sonuncu onu sıxdığını, yolunu kəsdiyini bildirmiş, o isə tıxac olduğunu bildirərək avtomobilin yan şüşəsini bağlamışdır. Həmin gün o, çox yorğun olduğundan problem yaşamaq istəməmiş, yollar açılandan sonra hərəkətinə davam etmişdir. Həmin şəxs orada həm də Sumqayıt uşağı olduğunu, onun başına oyun açacağını bildirmişdir. Bir qədər getdikdən sonra saat təxminən 20:10 radələrində Sumqayıt istiqamətində yenidən tıxacda dayanmış, bu zaman tuneldə həmin motosiklet onun avtomobilinin qarşısını kəsərək hərəkətini məhdudlaşdırmışdır. Motosikletin sürücüsü ona tərəf gələrək sürücü tərəfdən qapını açmağa çalışmış, lakin qapı açılmamış, əvvəlki əlindəki kəsici dəmir alətlə onun avtomobilin yan şüşəsini qırmışdır. Şüşəni qırdıqdan sonra həmin şəxs yumruqla onun sifətinin sol yan hissəsindən zərbə endirmiş, o, avtomobilindən düşmək üçün təhlükəsizlik kəmərini açmaq üçün çönəndə əvvəlki əlindəki dəmir kəsici alətlə onun sağ gözünə zərbə endirmiş və həmin zərbədən sonra gözündə küt ağrı hiss etmiş, gözünü tutaraq qışqırmağa başlamışdır. Bundan sonra həmin şəxs motosiklətə əyləşərək oradan uzaqlaşmış, o dərhal 102 xidmətinə zəng etmiş, təcili tibbi yardım və polislər həmin yerə gəlmişlər. TTY onu Z.Əliyeva adına göz klinikasına aparmış, orada gözünə kəsici alətlə xəsarət yetirildiyi və görmə qabiliyyətini itirdiyi məlum olmuşdur. Həmçinin mototsiklet tuneldə onun qarşısını kəsən zaman o, şəklini çəkmiş və motosikletin 99 C 642 qeydiyyat nişanlı olduğunu müəyyən etmmişdir. Daha sonra o, təqsirləndirilən şəxslə barışmamasının, sağ gözünün görmə qabiliyyətini, eləcə də əmək qabiliyyətinin 35%-dən çox itirilməsinin nəzərə alınaraq təqsirləndirilən şəxsə müvafiq cəzanın verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Məhkəmə-Tibbi və pataloji anatomiya birliyi” X6 Yasamal rayon şöbəsində tibbi eksperti Şahid məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, xəstəxanadan verilən arayışda gözün kəsilməsi göstərilmiş, bu isə iti uclu alət (şüşə, bıçaq və s.) vasitəsi ilə yarana biləcək xəsarət olmuşdur. Lakin xəsarət bıçaqla vurulmuş və düz şəkildə xəsarət yetirilmiş olsaidi xəsarət daha böyük olardı. Bundan başqa yumruqla şüşənin vurulma gücündən aslı olaraq şüşə gözə dəyib qeyd olunan xəsarəti yetirə bilərdi. O, xəsarətin məhz şüşə dəyməsi nəticəsində yarandığını, şüşə qırıntısının şəxsin gözünə girə biləcəyini ehtimal edir. Həmçinin xəsarətin müxtəlif iti kənarlı əşya ilə yaranma ehtimalı olsa da, xəstəxananın arayışında şəxsin gözündən məhz şüşə qırıntılarının çıxarılması göstərilmişdir.
4. Məhkəmə iclasında Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nın baş müstəntiqi polis mayoru Ramil Vəliyevin qərarı ilə ekspertizadan keçmək üçün ona təqdim edilmiş Zərərçəkmiş şəxs müayinəsi nəticəsində sağ gözünün OD-korneoskleral geniş məsafəli dəlib keçən yaralanması, qüzehli qişanın və şüşəvari cisminin xaric olması, travmatik şişkinləşən katarakta kimi xəsarətlər yetirib görmə funksiyasının itirilməsi ilə nəticələnmiş dərəcəsinə görə əmək qabiliyyətinin üçdə birindən çox olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər xəsarətin olması müəyyən edilmişdir. Daha sonra o, xx.xx.2025-ci il tarixli 411 saylı məhkəmə-tibbi ekspertiza rəyi tərtib etmiş, həmin rəyin təsviri hissəsində Zərərçəkmiş şəxs şikayətinin sol gözündən olduğunu, sol gözünün sarğı ilə sarındığını, sarğının açıldığı halda sol gözünün üst və alt qapaqlarının bir birinə qapanmış vəziyyətdə olduğunu qeyd etmişdir. Həmçinin sonuncunun xəsarət aldığı gözü sağ gözü olduğundan Zərərçəkmiş şəxs sol gözündən şikayət etməsi tərəfindən texniki olaraq səhv yazılmışdır. Bu səbəbdən də həmin xüsusatın texniki səhv olmasının və həmin şəxsin xəsarətlərinin sağ gözündə yaranmasının nəzərə alınmasını xahiş etmişdir.
5. xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 72).
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 121-125).
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İ cild i/v 280-284).
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəmənin hazırlıq iclasının təmin edilməsi 30 (otuz) gün müddətinədək uzadılmış və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 8-9).
9. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild 27-29).
10. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin rəisinə ünvanlanan xx.xx.2025-ci il tarixli raportdan və xx.xx.2025-ci il tarixli 53-4/2-892 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 20:18-də DİN-in 102 xidmətinə zəng edərək, Bakı-Sumqayıt yolu, Şamaxinka körpünün altında motosiklet idarə edən şəxsin avtomobilin şüşəsini yumruqla vuraraq sındırması, onu vurması, daha sonra oradan uzaqlaşması barədə məlumat vermişdir (İ cild i/v 3-4).
11. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metro stansiyasının üstündən Sumqayıt istiqamətində “Daewo Lanos” markalı avtomobillə hərəkətə olan zaman tunelin altında “Wolt” şirkətinə məxsus 99-C-642 nömrəli motosikletin tanımadığı sürücüsü maşınının qarşısını kəsib maşınının sol qabaq qapısını yumruqla sındıraraq sol gözünə, sifətinə yumruq vurmuş, sonra isə sağ gözünü yumruqla vuraraq xəsarət yetirmişdir. Onun sağ gözünün görmə qabiliyyətini itmiş, qapının şüşəsi sınaraq gözünə xəsarət yetirmişdir (İ cild i/v 6).
12. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metro stansiyasının üstündən Sumqayıt istiqamətində “Daewo Lanos” markalı avtomobillə hərəkətə olan zaman tunelin altında “Wolt” şirkətinə məxsus 99-C-642 nömrəli motosikletin tanımadığı sürücüsü maşınının qarşısını kəsib maşınının “patpress”ini sındırmış və ona yumruq vuraraq gözünün görmə qabiliyyətini itirməsinə səbəb olmuşdur. O, bu barədə 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra Z.Əliyeva göz klinikasına müraciət etmiş, ona əməliyyat yazılmışdır. Həmin şəxsin müəyyən edilərək qanuni tədbir görülməsini xahiş etmişdir (İ cild i/v 7).
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘’Məhkəmə Tibbi Ekspertiza və X3’’ X5 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 411 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə “Akademik Z.Əliyeva adına Milli Oftomologiya Mərkəzi”nə müraciət etmiş və ona “OD”-korneoskleral geniş məsafəli dəlib keçən yaralanması, qüzehli qişanın və şüşəvari cisminin xaric olması, travmatik şişkinləşən katarakta” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarət iti uclu əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gəlməsi mümkündür və dərəcəsinə görə əmək qabiliyyətinin üçdə birindən çox olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir (İ cild i/v 28-31).
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3’’ X5 xx.xx.2025-ci il tarixli T 689/2025 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs OD komeoskleral geniş məsafəli dəlib-keçən yaralanma, qüzehli qişanın və şüşəvari cisminin xaric olması, travmatik şişkinləşən katarakta olmuşdur. Qeyd olunan xəsarətlər kəsici kənara malik alətin (ola bilsin sınmış şüşə parçasının) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2025-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (35%) əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Özünün təqdim etdiyi üzərində icra edilmiş əməliyyata xas fotogörüntülərində buynuz qişanın perforasiyası, qüzeli qişanın korneanın arxasından önə doğru kəsikdən xaric olunması izlənilir. Belə ki, kəsilmiş yaranın kənarlarının dalğavari olması onun kəsici kənara malik alətin, ola bilsin sınmış şüşə parçası ilə yetirilən zərbə nəticəsində deyil, dəyərək kəsilməsinə uyğun gəlir. Xəsarətlərin xarakteri və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir (İ cild i/v 152-155).
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6n Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2792 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (İ cild i/v 182-184).
16. xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokol və fotocədvəldən görünür ki, xx.xx.2025-ci ildə saat 14:50-dən 15:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmişdir (İ cild i/v 195-197)
17. 12.07.2025-ci il tarixli baxış protokolu və ona əlavə edilmiş fotolardan görünür ki, “Daewo Lanos” markalı üzərində **-RD-*** dövlət qeydiyyat nişanı olan, ağ rəngli avtomobilə baxış keçirilən zaman sürücü tərəfdən olan qapısının şüşəsinin qırılmış vəziyyətdə olduğu, içəridə isə şüşə qırıntılarının olduğu müəyyən edilmişdir (İ cild i/v 130-131).
18. xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, **- RD-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Lanos” markalı avtomobil maddi sübut qismində tanınmış və zərərçəkmiş şəxs H.S.Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmışdır (İ cild i/v 239-245).
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild i/v 151).
20. Zərərçəkmiş şəxsla naməlum şəxs arasında baş tutan telefon danışıqlarının əks olunduğu flaşkarta məhkəmə iclasında baxış keçirilərək və xx.xx.2025-ci il tarixli protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, təqdim edilmiş flaşkartda 02 ədəd audio fayllar var, “səs yazısı 1” audio fayla daxil olduqda Zərərçəkmiş şəxs istintaqa məlum olmayan şəxslər arasında dialoq olması görünür. Dialoqun mətni aşağıdakı kimidir: Həsən-istəyirsən gözümü göstərim. Naməlum-yox ehtiyac yoxdur. Həsən-biri var şüşə zərbə olar zərbə dəyər, hələ mən o qədər sadəyəm ki, getmişəm Zərifə Əliyevaya, mənə deyirlər sənin gözünə nə olub mən deyirəm yan şüşə sındı gözümə dəydi. Mən deyirəm. Onlarda baxdılar və dedilər ki, sən yan gözüvü şüşə kəsə bilməz. Yəni bu şüşə pul kimi olur, batar, ya cızar, ya da deşib qalar içində. Çünki kəsib də qardaşmın çönəndə “uje” mənim gözüm kəsib. Naməlum-eləbil ki, yumruq vurub şüşə sınıb. Həsən-indi onun əlində nəsə var idisə və ya yox idisə mən onu görməmişəm. Ani moment mən çönəndə mənim gözüm görmədi. Çünki yan şüşəni sındıran zaman niyə mənim gözümdə xəsarət sağ oldu ki, solu vurardı da. Bildin nə demək istəyirəm. O, şüşə əgər partlasaydı, deşsəydi. Elə bil ki, şüşə sındı yumruq dəydi mən çöndüm. Çönəndə “uje” mənim sağ gözüm ona tərəf düşdü. “Uje” həmin vaxt uspet eliyib əlin tuta bilmədim. Həmin moment bilmədim. Mənim gözümün bərpası üçün külli miqdar pul lazımdı. Sənə gözümü göstərim bax insan gözü belə kəsməz. Bax gözü kəsib, billuru salanıb “uje”. Yəni şüşə düşsə burdan girib dayanar. Naməlum-bəs onu elə kəsən nə oldu. Həsən-bilmirəm görmədim, orda izhatımda da yazdım ki, mən görmədim. Sadəcə çönəndən sonra gözüm görmədi. Mən demədim ki, onun əlində bıçaq var idi, qılınc var idi. Mən dedim ki, mənim gözümü kəsiblər. Bundan sora Zərərçəkmiş şəxs ilə digər şəxslər arasında baş vermiş hadisənin kompensasiyası və dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar olan söhbətlər gedir. Digər “səs yazısı 2” audio fayla qulaq asdıqda Zərərçəkmiş şəxs istintaqa məlum olmayan şəxslərə söhbət etdiyini, hadisənin təfərrüfatını danışdığını bununlada hadisənin və gözünün necə xəsarət aldığını danışması eşidilir (İ cild i/v 230-231).
21. Cinayət işinin ikinci cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi mülki iddia və mülki iddianın dəqiqləşdirilməsi ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərə görə 6.000 manat, mənəvi zərərə görə 4.000 manat, bundan sonra yaranacaq xərclərə görə 15.000 manat olmaqla, ümumilikdə 25.000 manat məbləğində pulun alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.
22. Cinayət işinin ikinci cildinə əlavə edilmiş ********** və ********** nömrəli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən mülki iddia üçün nəzərdə tutulmuş 170 (bir yüz yetmiş) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
23. Cinayət işinin ikinci cildinə əlavə edilmiş Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 "Respublika Təcili və X1 Mərkəzi" X5 18-1-88/2- 3215/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində saat 20:18-də “Respublika Təcili və X1 Mərkəzi” X6n Mərkəzi Çağrı Xidmətinə “103” Binəqədi rayonu Bakı-Sumqayıt yolu, körpünün altı ünvanından Həsən adlı şəxsin (46 yaş) adına “göz qanaxması” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Nəsimi TTTYS bölməsinin həkimi Rəna Quliyeva icra edərək, xəstə Zərərçəkmiş şəxs (46 yaş) “Sağ gözün küt travması” (deməsinə görə motosiklet sürücüsü tərəfindən döyülmüşdür) diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə hospitalizasiya etmişdir. Hadisə barədə “102” xidmətinin operatoru Kifayət Heybətovaya məlumat verilmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
24. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi birinci ifadəni təsdiq etmir, ikinci ifadəni isə müstəntiq yazıb ona qol çəkdirmiş, o, belə bir ifadə verməmişdir. O, 10 ilə yaxındır ki, sürücülük edir, bütün nəqliyyat vasitələrini idarə edə bilir və kuryer kimi fəaliyyət göstərdiyinə görə motosiklet sürür. 14 may 2025-ci ildə, səhər saat 8 radələrində üzü 20 Yanvar istiqamətində hərəkət etmiş, o, üçzolaqlı yolda orta zolaqla hərəkət etmişdir. Zərərçəkmiş şəxs zolağı qaçırdığına görə məcbur sağ zolağa-Papanin tərəfə dönməli olmuş, xəttin üstünə gəlib çatanda birdən maşınını onun üstünə çəkərək qəza şəraiti yaratmışdır. Bu zaman hava yağışlı olduğundan yıxılma təhlükəsi olmuş, motosikleti Zərərçəkmiş şəxs yanına sürərək “dəlisən, maşını belə üstümə çəkirsən?” deyə bildirmiş, sonuncu da ona “dəli sənin nəslindir” deyə cavab vermişdir. O, təkrar irad bildirəndə, Zərərçəkmiş şəxs “o...ğ oğlu, o..ğ” deyə təhqir edərək onu maşını ilə daha da sıxmağa başlamış, həmin vaxt ikisi də öz nəqliyyat vasitələrinin hərəkətini davam etmişdirlər. Zərərçəkmiş şəxs maşınının şüşəsini bir qədər aşağı salmış, onu “bardyor”a vurduqdan və söydükdən sonra çıxıb getmişdir. Onun atası yanvar ayının 7-də iki ay xəstə yatdıqdan sonra xərçəng xəstəliyindən rəhmətə getmiş, Zərərçəkmiş şəxs da onun atası və ailə üzvlərini təhqir etdiyinə görə sonuncuya “sən nə edirsən” deyə bildirərək motosikletini kənara çəkib gözləmiş, Zərərçəkmiş şəxs isə maşını üstünə sürüb çıxıb getmişdir. O, özünə gəldikdən sonra yenidən hərəkətə başlamış, 20 Yanvar körpüsünə çatanda Zərərçəkmiş şəxs “maşını kənara çək, görüm niyə belə edirsən” deyə bildirərək sonuncunun maşınına tərəf getmiş, maşının qapısı bağlı olsa da, pəncərəsi azca açıq olmuşdur. Daha sonra o, sonuncuya “aşağı düş görüm niyə belə edirsən? Sən məni tanıyırsan ki, söyürsən?” deyə bildirmişdir. Hər ikisi bir-birlərinə təhqiramiz ifadələr işlətdikdən sonra o, iki-üç dəfə şüşəyə qapını açması üçün yumruq vurmuş, dördüncü dəfə vuranda şüşə partlamış və əli içəri keçərək Zərərçəkmiş şəxs burnunun ucuna toxunmuş, bundan sonra sonuncuya heç bir zərbə vurmamışdır. O, şüşənin qırılacağını düşünməmiş, maşın köhnə olduğuna və şüşə də ləngər vurduğuna görə partlamışdır. Zərərçəkmiş şəxs 102-ni yığacağını bildirəndə o da yığmasını qeyd etmişdir. Daha sonra arxadakı maşından bir nəfər düşüb ona getməsini bildirmiş, o da motosikletinə minib getmişdir. O, növbəti gün şüşənin qırılması ilə bağlı ona zəng ediləcəyini düşünsə də, heç bir zəng edilməmiş, həmin motosikletlə tutulduğu günədək həmin istiqamətlərdə hərəkətdə olmuş, işləmiş, polis onu çağırmamış və ya zəng etməmişdir. İyun ayının 8də ona zəng gəlmiş və “yerdən telefon tapmışıq, içərisində sizin nömrəniz var. Yaxınlaşın sizə təqdim edək” deyə bildirilmişdir. O isə Sumqayıtda olduğunu, səhər gedib götürə biləcəyini bildirmiş, bundan sonra əməliyyatçılar onu evin qarşısında saxlayıb 29-cu bölməyə aparmışlar.
25. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, əlində, motosikletində heç bir kəsici, deşici alət olmamış, indiyədək də elə bir vasitədən istifadə etməmişdir. O, şüşə qırılandan sonra çıxıb getmiş, ondan sonra heç nə etməmiş, şüşənin qırılması onu özünə gətirmiş, Zərərçəkmiş şəxs şüşə qırılan kimi “ay gözüm” kimi söz işlətsə də, sonuncunun xəsarət aldığını görməmişdir. Belə ki, Zərərçəkmiş şəxs ciddi xəsarət aldığını bilsə növbəti gün yenidən kuryer işini davam etdirməzdi. Hadisəni başladan Zərərçəkmiş şəxs olmuş, sonuncunun maşınının güzgüsünü vurmasının səbəbi Zərərçəkmiş şəxs onun ailə üzvlərini və rəhmətlik atasını söyməsi olmuş, hadisə zamanı onları sakitləşdirən olmamışdır. Şüşə sınandan sonra arxadakı maşında olan oğlan “sür get, problem olmasın” deyə bildirmiş, tıxac olduğundan hamı öz maşınında olmuş, onun şüşəyə vurması və getməsi təxminən 1-2 dəqiqə çəkmiş, Zərərçəkmiş şəxs maşından düşməmiş, o, sonuncunun üzünə və sinəsinə yumruq vurmamışdır. Zərərçəkmiş şəxs maşınının şüşəsinə qorxutmaq məqsədilə vurmuş, şüşənin sınacağını düşünməmişdir. Sonuncu maşından düşsə, yerdə məsələni üz-üzə aydınlaşdıracaq, maşında oturanda onu özündən aşağı bildiyindən yerə düşəndən sonra onu söyməyəcəkdi. O, yumruğu zərbə ilə vurmuş, lakin niyyəti Zərərçəkmiş şəxs zərər yetirmək olmamışdır. Belə ki, məqsədi bu olsa, sonuncuya şüşə qırılandan sonra da zərər vurmağa davam edərdi. Onun əli Zərərçəkmiş şəxs burnuna dayananda sonuncu “ay gözüm” deyə bildirmişdir. Həmçinin zərərçəkmiş şəxslə barışmağa dəfələrlə cəhd etmələrinə baxmayaraq, zərərçəkmiş şəxs hər dəfə müxtəlif rəqəmlər göstərərək, ilk olaraq 75.000, sonra 50.000 və ən son mülki iddia verərək 25.000 manat göstərərək barışmaqdan yayınmışdır. Daha sonra barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
26. Maddə 126.1. Sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
27. Maddə 126.2.4. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28.Maddə 221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 29.Maddə 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
30. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
31. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
32. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 33.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 34.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.
35. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
36. Maddə 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
37. Maddə 21.3. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
38. Maddə 25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.
39. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
40. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
41. Maddə 89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.
42. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 43.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
44. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 45.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 46.Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 47.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
48. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 49.Maddə 179. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
50. Maddə 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda.
51. Maddə 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. 52.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 53.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
54. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
55. Maddə 351.2 və 351.3.4. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 56.Maddə 354. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
57. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
58. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.
59. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı:
60. Qərarın 2-ci bəndi. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
61. Həmin Qərarın 8-ci bəndi. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
62. Qərarın 11-ci bəndi. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.
“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarı:
63. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı:
64. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
“Azərbaycan Respublikası CPM-in 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarı:
65. Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı
66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
67.Qərarın 1.4.2-ci bəndi. Bir gözdə görmənin tam itməsi ağır xəsarətlərə aiddir. 68.Qərarın 1.6-cı bəndi. Əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla, daimi (dayanıqlı) itirilməsi ətrafın hissəvi itirilməsi kimi hesab edilir və ümumi əmək qabiliyyətinin daimi (dayanıqlı) itirilməsi əlamətinə görə qiymətləndirilir.
“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli 1 saylı Qərarı:
69.Qərarın 8-ci bəndi. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. 70.Qərarın 9-cu bəndi. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib - edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür.
“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarı:
71. Qərarın 6-cı bəndinə əsasən xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
72. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Avropa Məhkəməsinin president hüququ:
73. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
74. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu, fotoşəkillər və digər toplanmış sübutlarla qismən təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar vardır (hökmün 45-ci bəndi).
75. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma və silah qismində istifadə olunan əşyadan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakını məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətlərini törətməsi ittihamı verilmişdir. Lakin cinayət işinin materiallarında olan və ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Təqsirləndirilən şəxs məhz həmin cinayətləri törətməsi qənaətinə gəlinməsi üçün kifayət etmir. Bu səbəbdən də, məhkəmə sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı qeyd edilən ittihamın irəli sürülməsi halını ədalətsiz hesab edir.
76. Belə ki, məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamın “xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsəsən Təqsirləndirilən şəxs heç bir səbəb olmadan və ya hər hansı bəhanə ilə deyil, məhz zərərçəkmiş şəxsin qeyri-etik və hüquqa zidd hərəkətləri, yəni sonuncunun onun nəqliyyat vasitəsini avtomobil yolunun “bordyoruna” sıxması, bundan sonra aralarında baş vermiş mübahisə zamanı onun ailəsini təhqir etməsi nəticəsində zərərçəkmiş şəxsin şüurlu surətdə yol verdiyi təşəbbüsü ilə mübahisəyə cəlb edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki cinayət hadisəsi şəxsi mübahisə və dalaşma zəminində baş verdiyindən Təqsirləndirilən şəxs əməlində “xuliqanlıq niyyəti” konkret cinayətin motivi kimi qiymətləndirilə bilməz. 77.Hazırkı cinayət işinin faktiki hallarına əsasən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində “xuliqanlıq niyyəti” öz əksini tapmamış, onun tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına gətirib çıxaran əməlin törədilməsində əsas hərəkətverici amil “xuliqanlıq niyyəti” olmamışdır.
78. Belə ki, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “xuliqanlıq niyyəti” Azərbaycan Respublikasının CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülüməklə müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır (hökmün 27-ci bəndi).
79. Bununla da, Məhkəmə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutları məcmusunu və işin hallarını qiymətləndirərək hesab edir ki, yuxarıda qeyd olunan əməl zərərçəkmiş şəxsin təşəbbüsü, şəxsi mübahisə və dalaşma zəminində baş verdiyindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-in 126.2.4-ci maddəsinin deyil, həmin Məcəllənin 126.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur.
80. Belə ki, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur. Həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla CM-in 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir.
81. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi maşının şüşəsinin yumruqla vurarkən bu əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, bunları arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Nəticə etibarilə əvvəlkinin vurduğu zərbələr maşının şüşəsinin sınaraq Zərərçəkmiş şəxs gözünün xəsarət almasına gətirib çıxarmışdır. Məhz bu səbəbdən də Təqsirləndirilən şəxs bu əməli (Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə) dolayı qəsdlə törədilmiş əməl kimi qiymətləndirilməlidir (hökmün 26-cı bəndi).
82. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamın digər, yəni “silah qismində istifadə olunan əşyadan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakını məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətlərini törətməsi” hissəsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq cinayətini silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törətməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır.
83. Belə ki, məhkmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qeyri-etik və hüquqa zidd hərəkətləri nəticəsində ilkin baş vermiş hadisənin səbəbini aydınlaşdırmaq məqsədi ilə, 20 Yanvar körpüsünə tərəf zərərçəkmiş şəxsin arxasınca hərəkət edərək yolda olan tıxacdan istifadə etməklə sonuncunun avtomaşınına çatmış və onun maşından düşməsini tələb etsə də, zərərçəkmiş şəxs maşından düşməmiş və aralarında davam edən mübahisə zəmnində təqsirləndirilən şəxs avtomobilin qabaq sağ şüşəsini əlində heç bir alət və vasitə olmadan 4 dəfə yumruqla vurmaqla şüşəni sındırmış və sınmış şüşə parçasının dağılması nəticəsində Zərərçəkmiş şəxs gözünə xəsarət yetirilmişdir.
84. Məhkəmə iclasında tədqiq edilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs tərifndən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən və həmin tarixli izahatından görünür ki, o, 102 xidmətinə zəng edərkən və polisə ilkin yazılı müraciətlərində özünə və maşınına yumruqla zərbə endirildiyini, maşının şüşəsinin sınaraq gözünə xəsarət yetirildiyini bildirmişdir (hökmün 09-12 bəndləri).
85. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 "Respublika Təcili və X1 Mərkəzi" X5 18-1-88/2- 3215/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində saat 20:18-də “Respublika Təcili və X1 Mərkəzi” X6n Mərkəzi Çağrı Xidmətinə “103” Binəqədi rayonu Bakı-Sumqayıt yolu, körpünün altı ünvanından Həsən adlı şəxsin (46 yaş) adına “göz qanaxması” və deməsinə görə motosiklet sürücüsü tərəfindən döyülməsi barədə çağırış daxil olmuşdur (hökmün 23-cü bəndi).
86. Bununla yanaşı məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3’’ X5 xx.xx.2025-ci il tarixli T 689/2025 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs OD komeoskleral geniş məsafəli dəlib-keçən yaralanma, qüzehli qişanın və şüşəvari cisminin xaric olması, travmatik şişkinləşən katarakta olmuşdur. Qeyd olunan xəsarətlər kəsici kənara malik alətin (ola bilsin sınmış şüşə parçasının) təsirindən törənmişdir (İ cild i/v 152-155).
87. Həmçinin məhkəmə iclasında dindirilmiş tibbi ekspert Şahid ekspertiza rəyinə əsasən xəsarətin şüşə dəyməsi nəticəsində yarana, verilmiş suala əsasən isə xx.xx.2025-ci il tarixli, 411 saylı rəydə iti uclu əşya (alət) dedikdə həmçinin şüşə qırıntısının nəzərdə tutulduğunu və öz qənaətinə əsasən də şəxsin gözünə şüşə qırıntısının girə biləcəyini ehtimal etdiyini bildirmişdir.
88. Eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun maşının şüşəsini nə ilə sındırdığını tam bilməmiş, ilkin izahatında sonuncunun əlində iti kəsici dəmir alət gördüyünü bildirməmiş, hesab edir ki, yan şüşə rahatlıqla sına bilməyəcəyindən, yəqin ki, sonuncunun əlində nəsə olmuş, təqribən sonuncunun 3 yumruğuna şüşə sınmış və ani dəqiqədə gözü kəsilmişdir. O, Təqsirləndirilən şəxs əlində kəsici, deşici alət görməmişdir.
89. Bununla da, Məhkəmə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu və işin obyektiv hallarını qiymətləndirərək hesab edir ki, bu sübutlar, yəni zərərçəkmiş şəxsin ilkin olaraq polis idarəsinə verdiyi ərizə və izahatı, 102 xidmətinə verdiyi məlumat, zərərçəkmiş şəxsin və ekspertin verdiyi ifadələri, eləcə də müvafiq ekspert rəyi təqsirləndirilən şəxsə elan edilmiş Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə əlaqədar verilmiş ittihamı təsdiq etmir və Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 221.3-cü maddəsinin deyil, 221.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur (hökmün 28-ci bəndi).
90. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır.
91. Həmin qərarın 9-cu bəndinə əsasən silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib - edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür.
92. Beləliklə, Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və ekspertin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, hadisə yerinə, avtomobilə baxış keçirilməsi protokolları, fotoşəkillər və digər iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə, həmin Məcəllənin 221.3-cü maddəsindən 221.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 44 və 52-ci bəndləri).
93. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
94. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc və ali təhsilli olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.
95. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.
96. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici halları, yəni gənc və ali təhsilli olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
97. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 126.1 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanılaraq ona qəti cəza təyin edilməlidir.
98. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 34-cü bəndi).
99. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə təqsirləndirilən şəxs qismində tutulmuş və xx.xx.2025-ci ildə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2025-ci ildən hesablanmaqla barəsində xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (İ cild i/v 72, 121-125).
100. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 5 və 47-ci bəndləri).
101. Bundan başqa Məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 126.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinə görə təqsirliliyi sübuta yetirildiyindən onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmış, sonuncu tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs avtomobilinə vurulmuş maddi zərərin məbləği 300 (üç yüz) manat müəyyən edilməlidir. Dəymiş mənəvi zərərin həcminə gəldikdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına zərər yetirildiyi, sonuncu müəyyən müddətdə əmək qabiliyyətini itirdiyindən mənəvi zərərin əvəzi kimi ağlabatan məbləğdə, yəni 3.000 (üç min) manat müəyyən edilməlidir. Həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının “gözünün müalicəsi üçün gələcəkdə yaranacaq xərclərinə görə 15.000 manat məbləğində pul tələbinə dair” hissəsi bu tələblə bağlı zəruri tibbi və digər sənədlər təqdim etmədiyinə görə təmin edilməməlidir.
102. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyanın vurulmasına görə 300 (üç yüz) manat, mənəvi ziyanın vurulmasına görə 3.000 (üç min) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir (hökmün 49-cu bəndi).
103. Həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən onun gözünə vurulmuş xəsarətin nəticəsi ilə əlaqədar gələcəkdə yaranacaq tibbi xərcləri ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
104. İş üzrə maddi sübut 01 ədəd **-RD-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Lanos” markalı avtomobilin Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır (hökmün 44-cü bəndi).
105. İş üzrə məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 35 və 53-cü bəndləri).
106. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
107. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 126.1-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut 01 ədəd **-RD-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Lanos” markalı avtomobilin Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia qismən təmin edilsin, vurulmuş maddi zərərə görə 300 (üç yüz) manat, mənəvi ziyanın vurulmasına görə 3.000 (üç min) manat olmaqla, ümumilikdə 3.300 (üç min üç yüz) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə mülki iddia digər hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən onun gözünə vurulmuş xəsarətin nəticəsi ilə əlaqədar gələcəkdə yaranacaq tibbi xərcləri ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli