Məhkəmə qərarları › İş №1(101)-1926/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1926/2025

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1926/2025 06.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Ələkbərli Roman Nəriman oğlu və X3 ibarət tərkibdə, İmanlı Aytən Məhəmməd qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Alfa» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1999-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, ünvan 3ci il tarixli qərarına əsasən barəsində əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək barədə şəxsiyyəti istintaqa məlum olmayan “Alireza” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun göndərdiyi külli miqdarda, təmiz çəkisi 410 qram ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetamin və bir ədəd plastik qabda ümümilikdə 101 ədəd bənövşəyi, çəhrayı rəngli həb formasında ümumilikdə külli miqdarda 16,665 qram psixotrop maddə - MDMA-nı (metilendioksimetafetamin) götürüb saxlamağı müqabilində maddi qazanc əldə edəcəyindən həmin psixotrop maddələrin gizlədildiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə.Mehbaliyev küçəsində əldə edib üzərində daşımaqla saxlamış, Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 19 iyun 2025-ci il tarixdə saat 04:00-da həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanında saxlanılaraq videoçəkiliş aparılmaqla üzərləri yoxlanılan zaman Şamil Zərbaliyevin əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd qara rəngli polietilen bağlamada qablaşdırılmış bir ədəd paketdə təmiz çəkisi 410 qram külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd plastik qabda ümümilikdə külli miqdarda 16,665 qram çəkidə 101 ədəd psixotrop maddə - MDMA (metilendioksimetamfetamin) aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Tural Yaqubov vəsatətlə məhkəməyə müraciət edərək cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ondan ötrü ki o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək barədə şəxsiyyəti istintaqa məlum olmayan "Alireza” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun göndərdiyi külli külli miqdarda, təmiz çəkisi 410 qram ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetamin və bir ədəd plastik qabda ümümilikdə 101 ədəd bənövşəyi, çəhrayı rəngli həb formasında ümumilikdə külli miqdarda 16,665 qram psixotrop maddə - MDMA-nı (metilendioksimetafetamin) götürüb saxlamağı müqabilində maddi qazanc əldə edəcəyindən həmin psixotrop maddələrin gizlədildiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə.Mehbaliyev küçəsində əldə edib üzərində daşımaqla saxlamış, Suraxanı RPİ- nin 32-ci Polis bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 19 iyun 2025-ci il tarixdə saat 04:00-da həmin Bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanında saxlanılaraq videoçəkiliş aparılmaqla üzərləri yoxlanılan zaman Şamil Zərbaliyevin əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd qara rəngli polietilen bağlamada qablaşdırılmış bir ədəd paketdə təmiz çəkisi 410 qram külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd plastik qabda ümümilikdə külli miqdarda 16,665 qram çəkidə 101 ədəd psixotrop maddə - MDMA (metilendioksimetamfetamin) aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yekun olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, lakin məhkəmə istintaqı zamanı onun hərəkətlərində daha ağır cinayətin əlamətləri müəyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, satış məqsədilə 410 qram çəkidə psixotrop maddə metamfetamin və 16,665 qram çəkidə 101 ədəd psixotrop maddə - MDMA-i (metilendioksimetamfetamin) əldə edərək polietilen bağlamada gəzdirməklə daşımışdır. İttihamda göstərilən hallar məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 19 iyun 2025-ci il tarixli rəyi, Şamil Zərbaliyevin üzərində “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında 19 iyun 2025-ci il tarixli protokol və cinayət işi materiallarında olan digər sübutlarla təsdiqini tapmışdır. 14 dekabr 2023-cü il tarixdən qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahısına (Siyahı 2) əsasən psixotrop maddə metamfetaminin 400 qramdan artıq olması xüsusilə külli miqdar hesab olunur və bu da hazırda və əməlin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin tərkibini yaradır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Şamil Zərbaliyevin əldə etdiyi psixotrop maddə metamfetmainin miqdarı 410 qram olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri vardır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsə başqa ittihamınelan edilməsi üçün cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsin xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi dövlət ittihamçısı X2 vəsatəti barədə bildirmişdir ki, təqsirləndirilən şəxs Z.Şamil saat 2 radələrində Əhməd Mehbalıyev küçəsində tutulmuş və Suraxanı RPİ-nin 32-ci PB-nə aparılmışdır. Təqsirləndirilən şəxsi Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları saxlamış lakin Suraxanı RPİ-nin 30-cu PB-nin əməkdaşlarının ifadələri alınmışdır. Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu etiraf edir, lakin hazırki iş üzrə özünü təqsirli bilmir, tutulduqdan sonra döyüldüyünü və işgəncələrə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxsin cinayətə aidiyyatı sübut olunmur. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs dövlət ittihamçısı X2 vəsatətinin təmin edilməməsini xahiş etdi. Cinayət işinin materiallarında olan 19 iyun 2025 il tarixli meteriaların məhkəmə eskpertizasının 6/2245 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “1) Təqsirləndirilən şəxs (imza) ...” və.s yazıları olan bir ədəd qara rəngli polietilen bağlamada qablaşdırılmış bir ədəd paketdə təmiz çəkisi 410 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir, bir ədəd plastik ümumilikdə 101 ədəd bənövşəyi, çəhrayı rəngli həblərin tərkibində ümumilikdə 16,665 qram psixotrop maddə - MDMA (metilendioksimetamfetamin) müəyyən edildi. 14 dekabr 2023-cü il tarixdən qüvvəyə minmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 118-ci bəndinə əsasən - 400 (dörd yüz) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin xüsusilə külli miqdar təşkil edir. Göründüyü kimi ibtidai istintaq orqanı ibtidiai araşdırma zamanı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla təqsirəndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək proses tərəflərini dinləyərək yuxarıda göstərilən hallara və qanunun müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti ilə də bağlı qərar qəbul etməyi zəruri hesab edir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Həmin Məcəllənin 318.2-2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada ibtidai araşdırma aparıla bilər. Bu halda ibtidai araşdırma müddəti həmin iş prokurorluğa daxil olduğu vaxtdan əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Cinayət Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Cinayət Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Qanunun yuxarıda göstərilən müddəalarına əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yenidən eyni məzmunlu cinayət əməllərinin törədilə biləcəkləri ehtimalının olması, məhkəməyədək icraat dövründə azadlıqda qalmaqla istintaqdan qaçıb gizlənəcəyinə və bununla da istintaqın normal gedişinə maneçilik edəcəyinə kifayət qədər əsasların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətə, yəni 06 mart 2026-cı il tarixədək uzadılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155-ci, 159-cu və 318-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı X2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətə, yəni 06 mart 2026-cı il tarixədək uzadılsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən hakim: Elnur Nuriyev Hakimlər: Roman Ələkbərli Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar