Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1927/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X16-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X10, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X11, müdafiəçilər- Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə məhkəmə, X4, xx xxxx 1992-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Zəngilan şəhəri, İnqilab küçəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə , Təqsirləndirilən şəxs2nun, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülməmiş, əməlində cinayətlərin residivi olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 Qəhrəman oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 başqaları ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən başqa şəxələr tərəfindən külli miqdarda, yəni təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan 50 ədəd narkotik vasitə metadon həbi və külli miqdarda 5,917 qram çəkidə psixotrop maddə metamfetamin başqa vaxtda və başqa yerdə bir ədəd polietilen qabda yerləşdirilib bu barədə ona məlumat verildikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə həmin yerə gedərək qanunsuz olaraq satış məqsədi ilə 5,917 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan 05 ədəd konvalyutda 50 ədəd külli miqdarda narkotik vasitə metadon həblərini əldə etdikdən sonra aralarında əvvəlcədən əldə edilmiş razılığa əsasən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni öz üzərində saxlayaraq sonuncu ilə birlikdə ünvan 5 ünvanına qanunsuz olaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyya tədbiri nəticəsində o, 08 mart 2024-cü il tarixdə, saat 16:35-də ünvan 6 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2la birlikdə olduqları zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək həmin tarixdə saat 18:36-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 01 ədəd qara rəngli paketin içərisində 01 ədəd sellofan bükümdə 5,917 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində “Methadone 40” markalanma göstəricisi olan beş ədəd konvalyutda üzərlərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin miqdarı 2 qram olan 50 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 03 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və başqaları ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən başqa şəxslər tərəfindən külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan 50 ədəd narkotik vasitə metadon həbi və külli miqdarda 5,917 qram çəkidə psixotrop maddə metamfetamin başqa vaxtda və başqa yerdə bir ədəd polietilen qabada yerləşdirilib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra sonuncu ilə birlikdə həmin yerə gedərək qanunsuz olaraq satış məqsədi ilə 5,917 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı iki qram olan 05 ədəd konvalyutda 50 ədəd külli miqdarda narkotik vasitə metadon həblərini əldə etdikdən sonra aralarında əvvəlcədən əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs1 həmin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni öz üzərində saxlayaraq onunla birlikdə ünvan 6 ünvanına qanunsuz olaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 08 mart 2024-cü il tarixdə, saat 16:35-də ünvan 6 ünvanının yaxınlığında sonuncu ilə birlikdə olduqları zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək həmin gün saat 18:36-dan etibarən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 01 ədəd qara rəngli paketin içərisində 01 ədəd sellofan bükümdə 5,917 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində “Methadone 40” markalanma göstəricisi olan beş ədəd konvalyutda üzərlərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin miqdarı 2 qram olan 50 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X12 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, o, 8 mart 2024-cü il tarixdə Binəqədi rayonuna narkotik vasitə almağa getmişdir. O, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. O, narkotik vasitə almağa getdiyinə görə özünü qismən təqsirli bilir. O, bir qram psixotrop maddə metanfetamin almaq istəyirdi, iranlı ona bir qram da heroin verəcəyini demişdir. O, metamfetamdən istifadə etmişdir. İranlının adı Əmin idi. İranlı onunla əlaqəyə girdi və onda narkotik vasitə olduğunu bildirdi. O, iranlıya bir qram metanfetamin lazım olduğunu bildirdi, o isə bir qram heroin də verəcəyini bildirdi. İranlıya 60 manat vermişdir. Araz onun qonşusudur. Arazla birlikdə narkotik vasitə istifadə etməmişdir. Arazın məhkum olunmasından xəbəri olmayıb. Narkotik vasitə almağa getdiyindən Arazın xəbəri yox idi. Narkotik vasitəni götürməyə taksi ilə getmişlər. Narkotik vasitəni götürməmiş polis əməkdaşları onları saxladılar. Polis əməkdaşları onları təyinat nöqtəsinə çatanda saxladılar. Narkotik vasitəni onlara idarədə verdilər. Arazı ayrı, onu ayrı saxlayırdılar. O, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Çəkiliş zamanı narkotik vasitəni tanımadığı iranlıdan aldığını demişdir. İstintaq zamanı dindirilməmişdir. Müstəntiq kağız vermiş, o da həmin kağızı imzalamışdır. Həmin kağızları oxumadan imzalamışdır. Qətimkan tədbiri seçilərkən döyüldüyünü deməmişdir. Üzərində yüngül xəsarət izləri olub. Xəsarət barədə soruşmadıqlarına görə deməmişdir. Özlərini təqdim etmədən 7-8 nəfər onları saxladılar. Maşında o, onu saxlayan şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. Saxlanılarkən onun üzərində telefon var idi. Sillə vurduqlarına görə telefonun parolunu açmışdır. İranlı onun həmin nömrəsinə zəng eləmişdi. İranlı şivəsiz danışırdı. O, saat beş radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 ondan arxada gedirdi. O, döyüldüyünə görə, narkotik vasitəni boynuna götürmüşdür. Onu külli miqdarda narkotik vasitə ilə tutacaqları ilə hədələmişdilər. Vəkilin yanında demişdir ki, psixotrop maddə onundur. Qətimkan tədbiri seçilərkən narkotik vasitənin ona məxsus olmadığını deməmişdir. Səbəbəini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində təqsirləndirilən şəxs X12 ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıyır, qonşuluq münasibətindədir. Onlar 08 mart 2024-cü il tarixdə təxminən 4-5 gün əvvəl “Whatsapp” ani mesajlaşma proqramında tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə ondan metamfetamin və metadon həbi almaq üçün razılığa gəlmişdir. Onlar metadon və metamfetaminin qarşılığında 200 manat məbləğində pul ödəməli idi, lakin ödəməməyi planlaşdırmışdır. İran İslam Respublikası vətəndaşı metadon və metamfetamini Binəqədi rayonu ərazisinə qoyacağını və həmin yerin “konum”unu göndərəcəyini bildirmişdir. O razılaşdıqları metadon və metamfetamini Binəqədi rayonu ərazisinə qoymuş və onlar həmin yerdən götürmüşdür. Metadon və metamfetamini Təqsirləndirilən şəxs1 götürüb öz üzərində saxlamaqla daşımışdır. Həmin bu metadon və metamfetaminləri götürməkdə məqsədi yalnız istifadə etmək olmuşdur, satmaq, pay vermək və ya başqa niyyəti olmamışdır. Onlar 08 mart 2024-cü il tarixdə saat 16:35-də ünvan 6 ünvanının yaxınlığında olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşdur. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirmiş, barələrində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişdir. Onlar yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə “metadon” və “şüşə” vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində o və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi aparılacağı barədə məlumat verilmişdir. O buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında, bədənində, olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd qara sellofan paketi, həmin şalvarının sağ yan cibindən isə 01 ədəd “Samsung A3" markalı mobil telefonumu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi qara rəngli sellofan paketin içərisində 05 list “metadon” və 05 (beş) qram “şüşə” olduğunu bildirmiş və həmin qara rəngli sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda içərisində 05 ədəd listdə metadon və 01 ədəd qara sellofan büküm olması müşahidə olunmuşdur. Daha sonra ardıcıllıqla ilk olaraq 01 ədəd qara sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin büküm içərisindən patı aşkar edilmişdir. Daha sonra onun üstündən aşkar edilmiş 05 ədəd listə baxış keçirilmişdir. Baxış zamanı 05 ədəd listin üstlərində “Methadone 40” sözlərinin qeyd olunduğu və hər birinin içərisində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd metadon həbinin olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən onun üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onun üstündən aşkar olunmuş 01 ədəd bükümdə patı və 05 ədəd listdə olan üstlərində “Methadone 40” sözləri qeyd edilmiş ümumilikdə 50 ədəd metadon həbi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı onun üstündən aşkar edilmiş ona məxsus olan “Samsung A3” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə davam edərkən şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs2 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirmiş, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd “jinga” markalı mobil telefonunu, həmin cibindən özünə məxsus olan 01 ədəd şəxsiyyət vəsiqəsini və sağ biləyində olan qolbağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş “jinga” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. 01 ədəd qolbaq isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Sorğu zamanı üstündən aşkar edilmiş həmin patı və 05 ədəd listdə olan üstlərində “Methadone 40” sözləri qeyd edilmiş ümumilikdə 50 ədəd metadon həbini tanımadığı, anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin tanımadığı şəxsin təxminən özünün 4-5 gün qabaq onunla əlaqə saxladığını, yəni “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladıqlarını, bu barədə Təqsirləndirilən şəxs2 məlumat verdiyini, həmin tanımadığı şəxsin mesajlaşma proqramı vasitəsilə ona “konum” göndərdiyini, həmin məkanın Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşməsini, həmin metamfetamini və metadon həblərini “M10” mobil tətbiqi vasitəsi ilə göndərməli olduğu pul qarşılığında aldıqlarını, lakin pulunu ödəməməyi planlaşdırdıqlarını, həmin metamfetamini və metadon həblərini özünün və Təqsirləndirilən şəxs2 şəxsi istifadələri üçün alıb üstündə daşıdığını, heç bir şəxsə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ilə qonşu olduqlarını, metamfetamini və metadon həblərini əvvəlcədən xəritə üzərində dəqiq yerini göndərildiyi yerdən birlikdə gedib götürdüklərini, şəxsi istifadələri üçün istifadə edəcəklərini bildirmişdir. Həmçinin o özünün də narkotikdən istifadə etdiyini bildirmişdir. Onun üstündən aşkar edilmiş ona məxsus olan “Samsung A3” markalı mobil telefonda ***- ***-**-** saylı mobil nömrəmin olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq edərək onun “Whatsapp” ani mesajlaşma proqramında tanış olduğu İran İslam Respublikasının vətəndaşının ona pul müqabilində xəritə üzərində dəqiq yerini göndərdiyi ünvana gedərək orada gizlətdiyi metamfetamini və metadon həblərini birlikdə götürdüklərini, bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs2 məlumat verdiyini, Təqsirləndirilən şəxs2 və onun şəxsi istifadələri üçün həmin metamfetamini və metadon həblərini götürdüklərini, həmin metamfetamini və metadon həblərini götürməyə gedərkən “heroin” adı ilə tanıdığı maddəni götürmək üçün getdiyini, onun ilə xeyli müddətdir ki, qonşuluq münasibətlərinin olduğunu və bir neçə dəfə onunla birlikdə narkotik vasitələrdən istifadə etdiklərini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 özünün də narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş 01 ədəd “jinga” markalı mobil telefonda 050-433- 00-28 və ***-***-**-** saylı mobil nömrələrin olmasını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun araşdırma zamanı verdiyi izahatı, həmçinin şübhəli şəxs qismində verdiyi ifadəsi, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə eyni məzmunlu olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilən zaman özünü təqsirli bilməyərək ifadə verməmiş və məhkəmədə ifadə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, Sətdarov Elsəvər şəhərdə işi olduğunu demiş, birlikdə gedib-gəlməyi təklif etmişdir. O da razılaşmış, Elsəvərlə birlikdə taksiylə qızıl satmağa getmişdir. Elsəvər arxa oturacaqda o isə öndə əyləşmişdir. Elsevər qızılı götürməyə getdiyini bildirmiş və maşından düşmüşdür. Özü narkotik vasitə istifadəçisi olmuşdur. Hətta Elsevərlə birlikdə narkotik vasitə istifadə etmişlər. Qızılı satıb narkotik vasitə almalı olmuşlar. Elsəvərin avtomobildən düşdükdən üç-dörd dəqiqə sonra o da maşından düşmüşdür. Elsevərlə gedəndə onun narkotik vasitə almağa getdiyini bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirilərkən, ilkin araşdırma zamanı verdiyi izahatında göstərdikdərini təsdiq edərək göstərmişdir ki, o, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanıyır, qonşuluq münasibətindədir. Onlar 08 mart 2024-cü il tarixdə təxminən 4-5 gün əvvəl Təqsirləndirilən şəxs1 “Whatsapp” ani mesajlaşma proqramında tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə ondan metamfetamin və metadon həbi almaq üçün razılığa gəlmişdir. Onlar metadon və metamfetaminin qarşılığında 200 manat məbləğində pul ödəməli idi, lakin ödəməməyi planlaşdırmışdır. İran İslam Respublikası vətəndaşı metadon və metamfetamini Binəqədi rayonu ərazisinə qoyacağını və həmin yerin “konum”unu Təqsirləndirilən şəxs1 göndərəcəyini bildirmişdir. O razılaşdıqları metadon və metamfetamini Binəqədi rayonu ərazisinə qoymuş və Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 həmin yerdən götürmüşdür. Metadon və metamfetamini Təqsirləndirilən şəxs1 götürüb öz üzərində saxlamaqla daşımışdır. Həmin bu metadon və metamfetaminləri götürməkdə məqsədləri yalnız istifadə etmək olmuşdur, satmaq, pay vermək və ya başqa niyyətləri olmamışdır. Onlar 08 mart 2024-cü il tarixdə saat 16:35-də ünvan 6 ünvanının yaxınlığında olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşdur. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişdir. Onlar yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda Elsevərin üstündə narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd qara sellofan paketi, həmin şalvarının sağ yan cibindən isə 01 ədəd “Samsung A3” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan paketin içərisində “05 list metadon” və “05(beş) qram şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda içərisində 05 ədəd konvalyut olması və 01 ədəd qara sellofan büküm olması müşahidə olunmuşdur. Daha sonra ardıcıllıqla ilk olaraq 01 ədəd qara sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin büküm içərisindən patı aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 05 ədəd konvalyuta baxış keçirilmişdir. Baxış zamanı 05 ədəd konvalyutun üstlərində “Methadone 40” sözlərinin qeyd olunduğu və hər birinin içərisində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd metadon həbinin olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1dən aşkar olunmuş 01 ədəd bükümdə metamfetamin və 05 ədəd konvalyutda olan üstlərində “Methadone 40” sözləri qeyd edilmiş ümumilikdə 50 ədəd metadon həbi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş “Samsung A3” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə davam edərkən Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirmiş, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “jinga” markalı mobil telefonunu, 01 ədəd şəxsiyyət vəsiqəsini və sağ biləyində olan qolbağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üstündən aşkar edilmiş “jinga” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. 01 ədəd qolbağı isə ona geri qaytarılmışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş həmin metamfetamini və 05 ədəd konvalyutda olan üstlərində “Methadone 40” sözləri qeyd edilmiş ümumilikdə 50 ədəd metadon həbini tanımadığı, anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin tanımadığı şəxsin təxminən özünün 4-5 gün qabaq onunla əlaqə saxladığını, yəni “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladıqlarını, bu barədə Təqsirləndirilən şəxs2 məlumat verməsini, həmin tanımadığı şəxsin mesajlaşma proqramı vasitəsilə ona “konum”, yəni xəritə üzərində dəqiq yerini göndərdiyini, həmin məkanın Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşməsini, həmin metamfetamin və metadon həblərini “M10” mobil tətbiqi vasitəsi ilə göndərməli olduğu pul qarşılığında aldığını, lakin pulunu ödəməyəcəklərini, həmin metamfetamin və metadon həblərini özünün və Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün alıb üstündə daşıdığını, heç bir şəxsə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2la qonşu olduğunu, bu metamfetamin və metadon həblərini əvvəlcədən xəritə üzərində dəqiq yerini göndərildiyi yerdən birlikdə gedib götürdüklərini şəxsi istifadələri üçün istifadə edəcəklərini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 özünün də narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş “Samsung A3” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək Təqsirləndirilən şəxs1 “Whatsapp” ani mesajlaşma proqramında tanış olduğu İran İslam Respublikasının vətəndaşının ona pul müqabilində xəritə üzərində dəqiq yerini göndərdiyi ünvana gedərək orada gizlətdiyi metamfetamin və metadon həblərini birlikdə götürdüklərini, bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs2 məlumat verildiyini, özünün və Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün həmin metamfetamin və metadon həblərini götürdüklərini, həmin metamfetamin və metadon həblərini götürməyə gedərkən “heroin” adı ilə tanıdığı maddəni götürmək üçün getdiyini, Təqsirləndirilən şəxs1 ilə xeyli müddətdir ki, qonşuluq münasibətlərinin olduğunu və bir neçə dəfə Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotikdən istifadə etdiklərini bildirmişdir. Həmçinin özünün də narkotikdən istifadə etdiyini bildirmişdir. O üstündən aşkar olunmuş 01 ədəd “jinga” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olmasını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən şübhəli şəxs qismində verdiyi ifadəsini bir daha təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, 09 mart 2024-cü il tarixdə müstəntiq tərəfindən onun şübhəli şəxs statusuma xitam verilmiş və o azad edilmişdir. O azad edildikdən təxminən 02 ay sonra müstəntiqin ona zəng edib onu Baş İdarəyə dəvət etdiyini bildirmiş, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilən zaman özünü təqsirli bilməyərək ifadə verməmiş və məhkəmədə ifadə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə prosesində istintaq orqanının bütün çağırışlarına vaxtlı-vaxtında gələcəyini bildirib barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmiş, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, satışla məşğul olmadığını, məhəllə uşaqları ilə arabir toplaşıb narkotik vasitələr aldığını, heroin istifadə etdiyini, tanışına sifariş verdiyini lakin çəkilişdə bunun heroin yox metamfetamin olduğunu gördüyünü bildirmişdir. İfadələr arasında ziddiyyət olduğundan Təqsirləndirilən şəxs1 Qəhrəman oğlu ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. Şahid 08 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olmaları barədə məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun və Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edildikdən sonra həmin şəxslərə yaxınlaşdılar. Özlərini təqdim edib və külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirdilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəldilər. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 5 konvalyut metadon həbi və 5 qram metanfetamin aşkar olundu, Təqsirləndirilən şəxs2 üzərindən qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar olunmadı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və 5 konvalyut metadon həbini tanımadığı iranlıdan aldığını və bu barədə Araz məlumat verdiyini bildirdi. Elsevər şəxsi istifadəsi üçün iranlıdan aldığını bildirdi. Elsevər narkotik vasitə almağa gedib, Arazın da bundan xəbəri olub. Əməliyyat qrupun 4 nəfər idilər. Əməliyyata 2 maşınla getmişdirlər. Elsevəri saat 4-5 radələrində saxlamışdırlar. Onların üzərinə şəxsi axtarış Baş İdarədə aparıldı. Araza polis əməkdaşları tərəfindən heç bir xəsarət yetirilməyib. Elsevər saxlanılarkən onun telefonu əlindən alınmayıb və onun telefonundan heç kimə mesaj yazılmayıb. Elsevərin üzərindən 50 metadon həbi və 5 qram metamfetamin aşkar olundu. Onlarda əvvəllər Elsevər barədə məlumat olmayıb. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Mahiyyəti üzrə bildirmişdir ki, 08 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BMCMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxslərin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat- axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun və Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edildiyindən ünvan 6 ünvanına gəlmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar şəxslərin qeyd edilən ünvanın yaxınlığında olduğunu görüb 08 mart 2024-cü il tarixdə saat 16:35-də həmin şəxslərə yaxınlaşmışdır. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onlardan anket məlumatlarını bildirmələrini xahiş etmişdir. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1 Qəhrəman oğlu kimi, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Bundan sonra həmin şəxslərə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən razılaşıb bizimlə birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçi gəldikdən sonra onlar şübhəli şəxs qismində tutulmuş, üzərlərində videoçəkilişlə şəxsi axtarış, başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üstündə psixotrop maddə olduğunu bildirmiş, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd qara sellofan paket, həmin şalvarının sağ yan cibindən isə 01 ədəd “Samsung A3” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan paketin içərisində “05 list metadon” və “05 qram şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda içərisində 05 ədəd konvalyut olması və 01 ədəd qara sellofan büküm olması müşahidə olunmuşdur. Daha sonra ardıcıllıqla ilk olaraq 01 ədəd qara sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin büküm içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 05 ədəd konvalyuta baxış keçirilmişdir. Baxış zamanı 05 ədəd konvalyutun üstlərində “Methadone 40” sözlərinin qeyd olunduğu və hər birinin içərisində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd dərman həbinin olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1dən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və 05 ədəd konvalyutda olan üstlərində “Methadone 40” sözləri qeyd edilmiş ümumilikdə 50 ədəd dərman həbi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş “Samsung A3” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirmiş, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd “jinga” markalı mobil telefonu, həmin cibindən 01 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini və sağ biləyində olan 01 ədəd qolbağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş 01 ədəd “jinga” markalı mobil telefon və şəxsin özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. 01 ədəd qolbaq isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. X23 bədənində xəsarət olubolmaması barədə məlumat verməsi təklif edildikdə, o, sol qolunda yaraların olmasını, həmin yaraların təxminən 10-15 gün əvvəl evində təsərrüfat işləri görən zaman yaranmasını bildirmişdir. Sol qolunun dirsək və çiyin hissəsində olan yaralara baxış zamanı həmin yaraların artıq nisbətən sağalması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 Qəhrəman oğlu üstündən aşkar edilmiş həmin psixotrop maddə metamfetaminə oxşar maddəni və 05 ədəd konvalyutda olan üstlərində “Methadone 40” sözləri qeyd edilmiş ümumilikdə 50 ədəd dərman həbini tanımadığı, anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin tanımadığı şəxsin təxminən özünün 4-5 gün qabaq onunla əlaqə saxladığını, yəni “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladıqlarını, bu barədə Təqsirləndirilən şəxs2 məlumat verməsini, həmin tanımadığı şəxsin mesajlaşma proqramı vasitəsilə ona “konum”, yəni xəritə üzərində dəqiq yerini göndərdiyini, həmin məkanın Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşməsini, həmin maddə və dərman həblərini “M10” mobil tətbiqi vasitəsi ilə göndərməli olduğu pul qarşılığında aldığını, lakin pulunu ödəməyəcəklərini, həmin maddə və dərman həblərini özünün və Təqsirləndirilən şəxs2 şəxsi istifadələri üçün alıb üstündə daşıdığını, heç bir şəxsə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ilə qonşu olduqlarını, bu maddə və dərman həblərini əvvəlcədən xəritə üzərində dəqiq yerini göndərildiyi yerdən birlikdə gedib götürdüklərini şəxsi istifadələri üçün istifadə edəcəklərini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 özünün də narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bildirmidir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək Təqsirləndirilən şəxs1 “Whatsapp” ani mesajlaşma proqramında tanış olduğu İran İslam Respublikasının vətəndaşının ona pul müqabilində xəritə üzərində dəqiq yerini göndərdiyi ünvana gedərək orada gizlətdiyi maddə və dərman həblərini birlikdə götürdüklərini, bu barədə əvvəlcədən ona məlumat verildiyini, özünün və Təqsirləndirilən şəxs1 şəxsi istifadələri üçün həmin maddə və dərman həblərini götürdüklərini, həmin maddə və dərman həblərini götürməyə gedərkən “heroin” adı ilə tanıdığı maddəni götürmək üçün getdiyini, Təqsirləndirilən şəxs1 ilə xeyli müddətdir ki, qonşuluq münasibətləri olduğunu və bir neçə dəfə Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiklərini bildirmişdir. Həmçinin özünün də narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayan zaman heç bir formada fiziki və ya psixi təsir etməmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: Şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Qəhrəman oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 mart 2024-cü il tarixdə saat 16:35-də ünvan 6 ünvanının yaxınlığında olduqları zaman saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 18:36-dan etibarən üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd qara sellofan paketin içərisində 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda 5,917 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər və 01 ədəd qara sellofan paketin içərisində təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan 5 ədəd konvolyutda ümumilikdə 50 ədəd külli miqdarda narkotik vasitə metadon həbinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və bir ədəd diskə köçürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fəan Süleymanov tərəfindən Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun üzərində şəxsi axtarış və götürmə hərəkətləri BMCMİ-nin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilir. Şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X5, X19, X22, müdafiəçilər X27 və X7 iştirak edir və videoçəkiliş həyata keçirilir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üstündə psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd qara sellofanı, həmin şalvarının sağ yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli paketin içərisində “05 list metadon” və “05 qram şüşə” olduğunu bildirir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli paket iştirakçıların şahidliyi ilə açıldıqda içərisində 05 ədəd konvalyut olması və 01 ədəd qara sellofan büküm olması müşahidə olunur. Daha sonra ardıcıllıqla ilk olaraq 01 ədəd qara sellofan bükümə baxış keçirilir. Baxış zamanı həmin bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə olunur. Daha sonra Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 05 ədəd konvalyuta baxış keçirilir. Baxış zamanı 05 ədəd konvalyutun üstlərində “Methadone 40” sözlərinin qeyd olunduğu və hər birinin içərisində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd dərman həbinin olması müşahidə olunur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üstündən digər əşya və predmetlər aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs1dən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və 05 ədəd konvalyutda olan 50 ədəd dərman həbi təhqiqatçı tərəfindən qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülür. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirir, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd mobil telefonu, həmin cibindən 01 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini və sağ biləyində olan 01 ədəd qolbağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üstündən digər əşya və predmetlər aşkar edilmir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş 01 ədəd mobil telefon və şəxsin özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülür. 01 ədəd qolbaq isə şəxsin özünə geri qaytarılır. X23 bədənində xəsarət olub- olmaması barədə məlumat verməsi təklif edilir, o, sol qolunda yaraların olmasını, həmin yaraların təxminən 10- 15 gün əvvəl evində təsərrüfat işləri görən zaman yaranmasını bildirir. Sol qolunun dirsək və çiyin hissəsində olan yaralara baxış zamanı həmin yaraların artıq nisbətən sağalması müşahidə edilir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş həmin psixotrop maddə metamfetaminə oxşar maddəni və 05 ədəd konvalyutda olan ümumilikdə 50 ədəd dərman həbini tanımadığı, anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin tanımadığı şəxsin təxminən özünün 4-5 gün qabaq onunla əlaqə saxladığını, yəni “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladıqlarını, bu barədə Təqsirləndirilən şəxs2 məlumat verməsini, həmin tanımadığı şəxsin mesajlaşma proqramı vasitəsilə ona “konum”, yəni xəritə üzərində dəqiq yerini göndərdiyini, həmin məkanın Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşməsini, həmin maddə və dərman həblərini “M10” mobil tətbiqi vasitəsi ilə göndərməli olduğu pul qarşılığında aldığını, lakin pulunu ödəməyəcəklərini, həmin maddə və dərman həblərini özünün və Təqsirləndirilən şəxs2 şəxsi istifadələri üçün alıb üstündə daşıdığını, heç bir şəxsə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs2 ilə qonşu olduqlarını, bu maddə və dərman həblərini əvvəlcədən xəritə üzərində dəqiq yerini göndərildiyi yerdən birlikdə gedib götürdüklərini şəxsi istifadələri üçün istifadə edəcəklərini bildirir. Həmçinin Təqsirləndirilən şəxs1 özünün də narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş “Samsung” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrənin olmasını bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edir. Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş 01 ədəd mobil telefonda 050-433- 00-28 və ***-***-**-** saylı mobil nömrələrin olmasını bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1395 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N°6”-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun üstündən aşkar olunmuş... Təqsirləndirilən şəxs1 (imza)” yazısı və imzalar olan kağız paketdəki, 1 (bir) bükümdə təmiz çəkisi 5,917 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 50 ədəd üzərlərində “F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir. 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04qram metadon olmaqla). Metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Qeyd: - metamfetaminin təmiz çəkisi: 5,917qr, tədqiqata sərf edildi: 0,1qr, qalıq: 5,817qr. - metadon həbləri: 50 həb, tədqiqata sərf edildi: 3 həb, qalıq 47 həb. xx.xx.2024-cü il tarixli anten məlumatlarına baxış keçirilməsi haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. "xxxx" MMC-dən 7419 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsi olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, eləcə də, onun müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs1 Qəhrəman oğluna məxsus ***-***-**-** mobil nömrəsi ilə danışıqlar aparması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2024-cü il tarixdə saat 11:43:22- də 21 saniyə, xx.xx.2024-cü il tarixdə saat 13:57:17-də 61 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:11:56-da 41 saniyə, xx.xx.2024cü il tarixdə saat 15:01:48-də 35 saniyə, xx.xx.2024-cü il tarixdə saat 15:06:15-də 12 saniyə müddətinə telefon danışıqları baş tutmuşdur. "xxxx" MMC-dən 7419 nömrəli nömrəli məktubla daxil olmuş və özündə giriş- çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. xx/xx/2023 tarixdə saat 17:31:18-də, ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə, “Bele fikret de 5kol5das elesin alfonun basin bagliyaq nese ele Nicat cixim men ina agriyram direnmisem", xx/xx/2023 tarixdə saat 14:52:34-də, ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Salam qagas adim Araz cavid taniyir marağ ede bilersen yari kol 10das teskil elemey olar?”, xx/xx/2023 tarixdə saat 21:36:48-də, ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “cetnende tapmağ olmaz”, xx/xx/2023 tarixdə saat 07:28:29-da, ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Abi cirilmisam gulmeyden icimde :)basvi qaldirib iceri baxmağa urey elemirsen meni yerme olsan spiris icinde mal nese ne desen var:)”, xx/xx/2023 tarixdə saat 20:12:28-də, ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Ay brat mene kenar kimese satmag serf etmir ya bu gun ya saba sene catacag sedece vaxt sobeti.”, xx/xx/2023 tarixdə saat 22:19:08-də, ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Qagas salam 5manat yalOmanat varsa aynoyun alicagsa alma dobru saxla men deyende at kartma 30ya35deqeye zabratdan kecende senide goturum.”, xx/xx/2023 tarixdə saat 01:00:02-də, 070-205-15- 98 saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Elmizde yaxsi pul var tema gotrmey isdiyiry”, xx/xx/2023 tarixdə saat 22:30:56-da, ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Araz 10 das isdiyiller alinirsa verey”, xx/xx/2024 tarixdə saat 01:12:32-də, ***-***-**-** saylı mobil nömrədən, 050- 433-00- 28 saylı mobil nömrəyə “Araz məndə daş var, kola götür gəl eləyək, mamam indi pul atacaq mənə”, tipli mesajlar yazılmışdır. xx.xx.2024-cü il tarixli anten məlumatlarına baxış keçirilməsi haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: "xxxx" MMC-dən BKC/LGL-4904/24 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun istifadəsində 055- ***-**-** saylı mobil telefon nömrəsi vardır. Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun mobil telefon nömrəsi olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, eləcə də, onun müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsi ilə danışıqlar aparması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2024-cü il tarixdə saat 11:43:22-də 21 saniyə, xx.xx.2024-cü il tarixdə saat 13:57:17-də 61 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:11:56-da 41 saniyə, xx.xx.2024-cü il tarixdə saat 15:01:48-də 35 saniyə, xx.xx.2024-cü il tarixdə saat 15:06:15-də 12 saniyə müddətinə telefon danışıqları baş tutmuşdur. "xxxx" MMC-dən BKC/LGL-4904/24 nömrəli nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. xx-xx-2023 tarixdə saat 19:06:14-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Ay sari . Sene verdiyim tema ile mene hecne olan deyil hele dawda isteyirdin. )) bes buğunun sabahin fikirlewmirsen ? 50qram kola 30qr daw 100qramda ot var", xx-xx-2023 tarixdə saat 16:24:31-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Xaniw tema goturmusen diye zenge cvb vermirsen bu ne hereketdiki qaqash adin ne qoyaq ? Pislik eldim sene ?”, xx-xx-2023 tarixdə saat 07:05:27-də 070-589-62- 82 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Daş var yan”, xx-xx-2023 tarixdə saat 04:49:46-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “QAQA SALAM SABAH İSE GEDENDE MENEDE GOTUR YARİ YAXSİ DEYİLEM DUNENDE HECNE ELEMEMİSEM GECEDE YATMAĞA QOYMUYUB”, 14- 09-2023 tarixdə saat 20:34:58-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Qaqa tema var”, xx-xx-2023 tarixdə saat 17:24:00-da 051-229- 56- 51 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Deyecekdim ki eger gec gelessense mene bir iki tustu bir yere tema atardin wekilin de mene atardin gelende seni gozduyene kimi bawimi qatardim” tipli mesajlar yazılmışdır. xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs1 məxsus mobil telefon aparatına baxış protokolundan görünür ki, baxış zamanı həmin mobil telefonun “Samsung” olması və içərisində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Mobil telefona baxış keçirilən zaman “whatsapp” ani mesajlaşma proqramında onun “070- 276-74-77” saylı mobil nömrə ilə yazışması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 “***-***-**-**” saylı mobil nömrəyə “Daw alınır?” “20lik” tipli mesajlar yazılmış, “Samsung” markalı mobil telefonun şəkillər albomundan isə narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsini özündə əks etdirən fotoşəkillər aşkar edilmişdir. Yazışmaların və fotoşəkillərin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Qəhrəman oğlu və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxladıqlarına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının adı məlum olmayan vətəndaşı ilə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, İran İslam Respublikasının adı məlum olmayan vətəndaşının həmin narkotik vasitəni və psixotrop maddəni cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göndərdiklərinə, sonuncuların narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi mədələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmalarına və qanunsuz saxlamalarına dair əlavə məlumatlar əldə edilmişdir. Təqsirləndirilən şəxs1 Qəhrəman oğlunun üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,817 qram çəkidə psixotrop maddə metamfetamin və 47 ədəd narkotik vasitə metadon həbi iş üzrə maddi sübut hesab edilmişdir. İstintaq orqanı yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs2 və X4 əməllərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə təqsirləndirilən şəxs X12 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilib, cinayət işinin predmetini təşkil edən narkotik vasitələrin ona aidiyyəti olmadığını, narkotik vasitə götürməyə getdiyini, lakin götürə bilməmiş polis əməkdaşları tərəfindən saxlanıldığını, polis idarəsində fiziki təzyiqə məruz qaldığını və bu səbəbdən prosessual sənədlərə qol çəkdiyini, narkotik vasitənin yalnız istifadəçisi olduğunu göstərdi. Təqsirləndirilən şəxs2 də X12 ilə oxşar məzmunlu ifadə bildirib, narkotik vasitələrin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını göstərdi. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli Qərarında tövsiyyə olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs2 məhkəmədəki ifadələrini həm öz aralarında, həm də onların özələrinin ibtidai istintaq zamanı verdiyi ifadələri, həm şahid ifadələri, həm də işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Çünki məhkəmədə onların ifadələrində göstərdikləri halları təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onların məhkəmədə inkar etməyə yönələn ibtidai istintaq zamanı verdikləri ifadələrinin işin faktiki hallarına uyğun olması müəyyən olundu. Məhkəmə, təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 təqsirsizlik prezumpsiyası hüququna əsasən özlərinin təqsirsizliklərini sübut etmə vəzifəsi daşımadıqlarını nəzərə alır, lakin bununla bərabər onların özlərinin müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. Müdafiə tərəfi isə bunu etmədi və məhkəmədə həmin halları təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi halları inkar edir. Məhkəmə təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrini özlərinin müdafiələrinə yönələn ifadələr kimi qiymətləndirir və onların ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini əsas götürür. Məhkəmə, təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini törətmələrinin özlərinin ibtidai istintaqın ilkin mərhələsində verdikləri etirafedici ifadələri, 08 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 09 mart 2024-cü il tarixli 3-16- 16/2-6/1395 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli 1584 nömrəli, 09 mart 2024-cü il tarixli 1585 nömrəli rəyləri, “DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli protokolu, anten və mobil telefon aparatına baxış keçirilməsi haqqında protokollar və işin digər faktiki halları ilə tam sübuta yetirildiyi qənaətinə gəlir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onlar tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir, onların əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri qəsdən törətdikləri qənaətinə gəldiyindən onların təqsirli bilinib bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə iş üzrə ibtidai istintaq zamanı məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini və məhkəmə xərci kimi bərabər hissələrlə təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünki onları bu ödəmədən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə təqsirləndilən şəxslərə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən 55 (əlli beş) saat hüquqi yardım göstərilməsi və bu səbəbdən də onların hər birinə 330 (üç yüz otuz) manat pul vəsaiti ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğlərin dövlət büdcəsindən tutulub Azərbaycan Respublikası Vəkillər X15 və Tədris Mərkəzinin hesabına ödənilməsini, təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs2 həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətəkarlıqla Mübarizə İdarəsininin maddi sübutların saxlanc yerinə verilmiş 5,817 qram çəkidə psixotrop maddə metamfetamin və 47 ədəd narkotik vasitə metadon həbinin məhv edilməsini, cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD, 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını, X3 götürülmüş bir ədəd “Samsung” markalı mobil teleofnunu onun mülkiyyətinə daxil olan əmlak kimi sonucunun iradə ifaədsinə uyğun qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmiş və hazırkı əməli məhkumluğu dövründə törətmişdir. Bu səbəbdən də onun əməllərində cinayətlərin residivi vardır. X4 məhkumluğu yoxdur. Məhkəmədə təqsirləndirilən şəxs X4 məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi, əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə təqsirləndirilən şəxs X4 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin resdivi müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb onların təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onlara qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb X8 təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər X4 08 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub hazırki vaxtadək həbsdə saxlanılması, Təqsirləndirilən şəxs2 isə 31 may 2024-cü il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanıldıqları müəyyən olundu. Məhkəmə təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddəti cəza təyin edərkən nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 08 mart 2024-cü il tarixdən 09 mart 2024-cü ilədək şübhəli şəxs qismində saxlanıldığı müəyyən olundu. Məhkəmə həmin müddətin ona təyin olunacaq cəza müddətindən çıxılmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onların barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli 1584 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə deməsinə görə narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli 1585 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə deməsinə görə narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Məhkəmə X8 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmalarını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onların həmin əməllərin törədilməsində iştirakçılıq dərəcələrinin yaxınlığını, onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, onların məsuliyyətlərini yüngülləşdirən halların olmasını, Təqsirləndirilən şəxs2n məsuliyyətini ağırlaşdıran halın olmasını, X4 məsuliyyətini ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: X13 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X13 ona təyin edilmiş cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X9 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 08 mart 2024-cü il tarixdən hesablansın. X13 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X9 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 08 mart 2024-cü il tarixdən 09 mart 2024-cü ilədək şübhəli şəxs qismində saxlanıldığı müddət onun cəza müddətindən çıxılsın və ona qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 31 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat vəsait bərabər hissələrlə X13 və Təqsirləndirilən şəxs2 oğlundan tutulub dövlət büdcəsinə qaytarılsın. Dövlət büdcəsi hesabına məhkəmədə təqsirləndilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə ödənilməsi üçün 330 (üç yüz otuz) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X15 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs2 həmin ödəmədən azad olunsunlar. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan 5,817 qram çəkidə psixotrop maddə metamfetamin və 47 ədəd narkotik vasitə metadon həbi məhv edilsin, 01 ədəd DVD disk, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd “Samsung” markalı mobil telefon cihazı təqsirləndirilən şəxs X6 ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu, X13 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1927/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1927/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver