Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1929/2025 22.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Baba oğlunun iştirakları ilə, xx xxxx 1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən naməlum şəraitdə qanunsuz olaraq külli miqdarda bir ədəd üzərində ağ rəngli qara və qırmızı damalı xətlər olan torbanın içərisində olan 5 ədəd ayrıayrı bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2090 qram, 1980 qram, 2010 qram, 2020 qram, 1945 qram olmaqla ümumi çəkisi 10045 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, barəsində daxil olmuş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının realizəsi ilə bağlı 13 avqust 2025-ci il tarixdə saat 23:01 dəqiqədə Bakı şəhəri, Səbail RPİ-nin CAŞ-ın və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, orada həmin tarixdə saat 23:01-dən etibarən videoçəkilişlə üstünün yoxlanılması zamanı əlində saxladığı sintetik çantadakı 5 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2090 qram, 1980 qram, 2010 qram, 2020 qram, 1945 qram olmaqla ümumi çəkisi 10045 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı ifadə verdiyini, məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş və müəyyən edilmişdir ki, o öz ifadəsində bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Təxminən 1 ay əvvəl, “TikTok” sosial şəbəkəsində olan zaman, özünü ona “Baba” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və “WhatsApp” sosial şəbəkəsində əlaqə saxlamağa başlamışlar. Bir neçə dəfə həmin şəxsdən narkotik vasitə marixuana almışdır. xx.xx.2025-ci il tarixdə X6 vətəndaşı özünü ona “Baba” kimi tanıdan şəxs onunla “WhatsApp” sosial şəbəkəsində əlaqə saxlayaraq, Bakı şəhərində narkotik vasitə olan bağlamanı bir ünvandan götürüb digər ünvana aparmağı müqabilində qazanc əldə edə biləcəyini bildirmişdir. Həmin zaman yaşayış səviyyəsinin aşağı olması və evdə azyaşlı övladının xəstə olması səbəbindən onunla razılaşmışdır. Bu işin qarşılığında sonuncu ona 2000 (iki min) manat ödəniş edəcəyini bildirmiş, o, həmin təkliflə razılaşmışdır. “Baba” kimi tanıdığı şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində ona narkotik vasitənin yerləşmə yerinin konumunu və həmin yerin şəkilini “Whatsapp” vasitəsi ilə göndərmişdir. “Baba” kimi tanıdığı şəxsin ona göndərdiyi Səbail rayonu, Teymur Elçin küçəsi 28 ünvanına yaxınlaşmış, sonuncunun dediyi yerdən içərisində narkotik vasitə marixuana olan üzərində ağ rəngli qara və qırmızı damalı xəttlər olan torbanı götürüb oradan uzaqlaşan zaman həmin tarixdə, yəni xx.xx.2025-ci ildə saat təxminən 23 radələrində ünvan 5 ünvanının qarşısında mülki geyimdə 4-5 nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Bu zaman polis əməkdaşlarından biri telefonda çəkiliş aparmış, digərləri isə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxslərdən biri ona üzərində qanunla qadağan olunmuş əşya varsa onu təqdim etməyini bildirmiş, o, etiraf edərək əlində daşıdığı içərisində 5 ədəd ayrı-ayrı bağlamalarda narkotik vasitə qurudulmuş marixuana olan üzərində ağ rəngli qara və qırmızı damalı xətlər olan torbanı onlara təqdim etmiş, təqdim etdiyi narkotik vasitəyə baxılmış və yenidən skoçla bağlanıb möhürlənərək qablaşdırılmışdır. Bundan sonra onu Səbail RPİ-nin inzibati binasına gətirmişlər, üzərindən aşkar edilmiş narkotik vasitə marixuana olan 5 ədəd bağlamaya baxış keçirildikdən sonra yenidən qablaşdırılaraq götürülmüş, vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Onu saxlayan zaman, eləcə də, üzərinə baxış keçirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Narkotik vasitə marixuananı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Baba” kimi tanıdığı şəxs ona 13 avqust 2025-ci il tarixdə saat 20 radələrində narkotik vasitənin yerləşmə yerini və həmin yerin şəkilini “Whatsapp” vasitəsi ilə göndərmiş, o, həmin gün saat 23 radələrində ünvan 5 ünvanına yaxınlaşaraq narkotik vasitələri götürmüşdür. Məqsədi həmin narkotik vasitələri "Baba”nın ona göndərəcəyi ünvana çatdırmaq olmuşdur. Qeyd olunan narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamır. Narkotik vasitə marixuananı əldə etdiyi İran İslam Respublikasının vətəndaşının mobil nömrəsini əzbər bilmir, mobil telefonunda qeyd edilmişdir. Öz istifadəsində mobil nömrəsi var və həmin mobil nömrə ***- ***-**-** saylı mobil nömrədir. Üzərindən aşkar edilmiş 05 ədəd bağlamada olan narkotik vasitə marixuananı özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş “Baba” adlı şəxsin ona göndərəcəyi ünvana çatdırmaq məqsədilə daşımışdır. “Baba” ya narkotik vasitələrə görə pul göndərməmiş, əksinə həmin narkotik vasitəni göndərilən ünvana çatdırmağı müqabilində “Baba” ona 2000 manat pul göndərəcəkmiş. 055-661-65- 68 saylı və ***-***-**-** saylı mobil nömrələr özünə məxsusdur. Mobil telefonunda Whatsapp ani mesajlaşma tətbiqində İran İslam Respublikası mobil şəbəkəsinə aid +98 996 *** **** saylı mobil nömrə ifadəsində qeyd etdiyi Baba kimi tanıdığı İran vətəndaşının nömrəsidir. “Ozun mənə deyirsen setde yoxsan hara getin” məzmunlu mesaj mətni, “qardaşım səbrli ol indi atırlar mənə bizdə beş dayğa set getdi gəldi səbrli ol indi ona səs atdım” məzmunlu səs qeydi, “gözləyirəm”, məzmunlu mesaj mətni, məkanı bildirən fotoşəkil, “çatdın bu konuma mənə xəbər de bura nə qədər yolun qalır mənə de tez”, “on dəyqəyə mən ordayam, sən bidənə şəklin at mənə mən gedim rahat götürüm”, “getdin ora mənə görüntülü zəng vur oranı görsət mənə şəkillər məndədi qorxma getginən sən ora mənə zəng aç” məzmunlu səs qeydləri, “men burdayam səkil at”, “Baba gurultili bir zəng ele” məzmunlu mesaj mətni, “qardaşım bidənə görüntülü zəng elə oraları mənə gorsət” məzmunlu səs qeydi, "set zeyifdu, niye acmir” məzmunlu mesaj mətni, “ay qardaş niyə set zəifdi məndən niyə gizlədirsən mən sənə mal verirəme qardaşım ordan şəkil çək at mənə görüm” məzmunlu səs qeydi, fotoşəkillər, “sekiii at götürüm çıxım burdan”, narkotik vasitələrin bir ədəd sintetik çantada qoyulduğu yerin istiqamətini və həmin çantanın qoyulduğu yeri əks etdirən fotoşəkillər, “Baba guturdun tez de, qaqa tapa bildin”, “darıxma yazam”, “10 kilo nyasadi”, “10 kilo orda mal vare”, “mali guturdun”, “manim malim qalib orda axi”, “Andusun allaha pulnu gutyr verim”, “adam adama etbar ederba man sanan si gurumusam axı san bele eledin” məzmunlu mesaj mətnləri, səs qeydləri və fotoşəkillər də Baba kimi tanıdığı şəxslə 13 avqust 2025-ci il tarixdə narkotik vasitələrə görə aralarında aparılmış danışıqları əks etdirir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, qoyulmuş narkotik vasitəni götürməyə gedən zaman, çantanı götürməyə imkan tapmamış tutulmuşdur. O, həmin ünvana ona göndərilmiş məkan vasitəsilə getmişdir. Razılığa əsasən o, narkotik vasitəni həmin yerdən götürüb, başqa bir yerə çatdırmalı olmuşdur. Onu təxminən 20-30 nəfər polis əməkdaşları tutmuş, tutulduğu yerdə polis əməkdaşları ona təzyiq göstərmiş, onu silahla hədələmişlər. Baba adlı İran İslam Respublikası vətəndaşının nömrəsi onun telefonunda olmuşdur. Polis əməkdaşları onu avtomobilində marixuanadan istifadə edən zaman saxlamışlar. Onun avtomobili dayanmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 avqust 2025-ci il tarixində Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz olaraq daşınması və gəzdirilməsi barədə məlumat daxil olmuş, həmin tarixdə şəxs tərəflərindən müəyyən edilərək Səbail rayonu, Teymur Elçin küçəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxladıldığı zaman əlində olan çantanı təqdim etmiş, çantadan 5 büküm narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Təhqiqatçının otağında video çəkiliş vasitəsilə aşkar olunmuş predmetlərə baxış keçirilmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirində o, Şahid3, Şahid1, Şahid4 və Ayxan iştirak etmişlər. Təqsirləndirilən şəxsə qarşı heç bir zor və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsi daxil olan məlumat əsasında saxlamışlar. Əməliyyat tədbirini məlumatın daxil olduğu gün həyata keçirmək üçün kifayət qədər vaxtları olmuş, təqsirləndirilən şəxsi axşam saatlarında, Teymur Elçin küçəsində saxlamışlar. Şəxsin saxlanılmasında Post Patrul Xidmətinin əməkdaşları iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərindən 5 bağlama aşkar olunmuş, narkotik vasitənin qablaşdırılması aparılmışdır. Baba adlı şəxs İran İslam Respublikası ərazisində yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 avqust 2025-ci il tarixində, saat 23 radələrində təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Saxlanılan şəxsin sağ əlində sintetik materialdan olan paket olmuş, həmin paketin içindən 5 ədəd bağlamada marixuanaya bənzər maddə aşkar edilmişdir. Həmin bükümləri şəxs özü onlara təqdim etmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsi Səbail rayonu ərazisində, Teymur Elçin küçəsində saxlamışlar. Saxlanılan zaman təqsirləndirilən şəxs tək olmuşdur. Əməliyyat tədbirində 4 nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, təqsirləndirilən şəxsə qarşı heç bir zor və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı şəxslə danışaraq əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı daxil olmuş, şəxsi əvvəldən tanımamışdır. Saxlanılan zaman yaxınlaşıb özlərini ona təqdim etmişlər. Əməliyyat tədbirinə rəhbərliyi cinayət axtarış şöbəsinin rəisi Qafar Şərifov etmişdir. Təqsirləndirilən şəxsə əməkdaşlardan ilk kimin yaxınlaşdığını dəqiq xatırlamır. İdarədə cinayət axtarış şöbəsində 5-6 nəfər əməliyyat müvəkkili işləyir. Həmin şəxsin tutulmasında, şəxsi axtarışında, canlı videoçəkilişində iştirak etmişdir. Təqsirləndirilən şəxsi öz avtomobilində saxlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 da digər şahidlərlə oxşar məzmunda ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Məhkəmə-biolojı ekspertizasının 14 avqust 2025-ci i i tarixli 7/1078 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan sintetik çantadakı 05 (beş) ədəd qara rəngli polietilen bağlamada ayrıayrılıqda təmiz çəkiləri: 2090 qram; 1980 qram; 2010 qram; 2020 qram; 1945 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 10045 qramdır. (cild İ, i/v: 44). Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 6533 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 119-120). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 13 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin X2 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 13 avqust 2025-ci il tarixdə saat 23:01 dəqiqədə ünvan 6 ünvanın qarşısında saxlanılaraq üstünün yoxlanılması zamanı sağ əlində saxladığı 01 (bir) ədəd ağ rəngli qara və qırmızı damalı xətlər olan çantanı təqdim etmiş, həmin çantanın içərisində üzəri yapışqanlı lentlə örtülmüş 05 ədəd qara rəngli sellofan bağlama olması müəyyən edilmiş, bağlamaların içərisində spesifik iyə malik, yaşıl rəngli, ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, sonra həmin qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılaraq üzəri DİN-nin zərflər üçün 51 saylı ilə möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, sonuncunun əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd «İnfinix Smart 8» markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd içərisində 12 ədəd siqaret dənəsi olan «West» markalı siqaret qutusu, boz rəngli şalvarının sol arxa cibindən 01 ədəd qara rəngli dəri materialdan olan pul kisəsi içərisində 01 ədəd 50 manatlıq, 01 ədəd 5 manatlıq pul əskinası, 01 ədəd «Leo» banka aid **********886880 nömrəli 01 ədəd «Bank Respublika»ya aid **********926812 nömrəli özünə məxsus bank kartları və 01 ədəd şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmiş, 01 ədəd «İnfinix Smart 8» markalı mobil telefon, 02 ədəd bank kartları sübut əhəmiyyətinə malik ola biləcəyi üçün zərfə qoyularaq DİN-nin zərflər üçün 51 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış, 01 ədəd alışqan, 01 ədəd içərisində 12 ədəd siqaret dənəsi olan «West» markalı siqaret qutusu, 01 ədəd qara rəngli dəri materialdan olan pul kisəsi içərisində 01 ədəd 50 manatlıq, 01 ədəd 5 manatlıq pul əskinası və özünə məxsus şəxsiyyət vəsiqəsi iş üçün sübut əhəmiyyəti kəsb qaytarılmış, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq olunmuş narkotik vasitəni sosial şəbəkədə tanış olduğu, mobil nömrə ilə «whatsapp» üzərindən əlaqə saxladığı “Baba” adlı İİR vətəndaşından Səbail rayonu ərazisində ona deyilən yerdən əldə etdiyini, əldə etdikdən sonra sonuncunun deyəcəyi yerə qoyacağını və bunun müqabilində ona məxsus kart hesabına 2000 (iki min) manat pul köçürəcəyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 28 ünvanının qarşısında küçədə keçirilmiş, üstünü yoxlama zamanı «Samsung» markalı videokamera vasitəsi ilə Səbaıl RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 oglu tərəfindən video çəkiliş aparılmışdır. (cild İ, i/v: 10-11). “Təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 14 avqust 2025-ci il tarixli protokoldan görünür kı, Təqsirləndirilən şəxs Səbail RPİ-nin X1 keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 avqust 2025-ci il tarixdə saat 23:01 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman götürülmüş 01 (bir) ədəd çantanın içərisində üzəri yapışqanlı lentlə örtülmüş 05 ədəd qara rəngli sellofan bağlamalarda qurudulmuş marixuanaya bənzər kütlələr, 01 ədəd «İnfinix Smart 8» markalı mobil telefon, 01 ədəd «Leo» banka aid 5411 2498 1288 6880 nömrəli, 01 ədəd «Bank Respubiika»ya aid 4244 5115 0392 6812 nömrəli bank kartları qablaşdırılaraq üstünü yoxlama prosesini əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd DVD formatlı disklə birlikdə aidiyyəti üzrə təqdim edilmiş, təqdim olunan 01 (bir) ədəd ağ rəngi qara və qırmızı damalı xətlər olan çantanın içərisində üzəri yapışqanlı lentlə örtülmüş 05 ədəd qara rəngli sellofan bağlamalarda yaşıl rəngli, ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və həmin maddələr yenidən qablaşdırılıb DİN-nin 51 saylı möhürü ilə möhürlənmiş, 1 (bir) ədəd DVD-yə LENOVA markalı kompüterdə baxış keçirilərkən DVDdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır.(cild İ, i/v: 34-35). Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntünün əks edildiyi 01 «DVD» formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin 01 ədəd DVD formatlı diskdə əks edilmiş görüntülər 13 avqust 2025-ci il tarixdə saat 23:01 dəqiqədə qeydə alınır. ünvan 6 ünvanın yaxınlığında Səbail RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili kapitanı Şahid2, NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Səbail RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid4, CAŞ-ın kiçik inspektoru, polis serjantı X7 tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanması zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd sintetik çantaya baxış keçirilir. Çantanın içərisində qara rəngli üzəri yapışqanlı lentlə örtülmüş 05 ədəd sellofan bağlama olması müəyyən edilir. Həmin sellofan bağlamalara baxış keçirilərkən içərisində yaşıl rəngli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir. Həmin 05 ədəd bağlamalar yenidən sintetik çantanın içərisinə yığılaraq qablaşdırılır və möhürlənir, üzəri saxlanılan şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd qara rəngli «İnfinix Smart 8» markalı mobil telefonu, içərisində 12 ədəd siqaret olan 01 ədəd «West» markalı siqaret qutusunu, 01 ədəd alışqanı, şalvarının arxa sol cibindən isə içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd «Unibank»a aid olan 5411 2498 1288 6880 nömrəli, 01 ədəd «Bank Respublika»ya aid olan 4244 5115 0392 6812 nömrəli bank kartları, 01 ədəd 50 manatlıq, 01 ədəd isə 5 manatlıq pul əskinasları olan 01 ədəd qara rəngli dəri materialdan olan pul kisəsini çıxarıb təqdim edir. 01 ədəd mobil telefon və 02 ədəd bank kartları sübut əhəmiyyəti ola biləcəyi nəzərə alınaraq götürülərək qablaşdırılır, içərisində 12 ədəd siqaret olan 01 ədəd «West» markalı siqaret qutusu, 01 ədəd alışqan, 01 ədəd şəxsiyyət vəsiqəsi, 50 manatlıq və 5 manatlıq pul əskinasları 01 ədəd pul kisəsi ilə birlikdə şəxsin özünə qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılsa da digər qanunsuz əşya və ya maddə aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, üzərindən aşkar edilmiş narkotik vasitələri “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı İran İslam Respublikası vətəndaşının «Whatsapp» mesajlaşma proqramı vasitəsilə ona göndərdiyi konum üzrə ünvandan götürüb digər ünvana aparmaq üçün əldə etdiyini, bunun müqabilində İİR vətəndaşının onun hesab kartına 2000 manat pul köçürəcəyini, başqa yerdə narkotik vasitələr saxlamadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş mobil telefonun üzərində 055- 661-65-68, ***-***-**-** saylı mobil nömrələrdən istifadə etdiyini bildirir.(cild İ, i/v: 53). 14 avqust 2025-ci il tarixli 01 ədəd DVD formatlı diskdə olan görüntülərdən görünür ki, xidməti otaqda baş təhqiqatçı Nazim Müzəffərli, Səbail RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, NMB- nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Səbail RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid4, CAŞ-ın kiçik inspektoru, polis serjantı X7, Səbail RPİnin KTQ-nin baş inspektoru, polis kapitanı X8, saxlanılan şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili X3 olması müəyyən edilir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Səbail RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 saxlanılan şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı götürülmüş içərisində 05 ədəd sellofan bağlamanın qablaşdırıldığı sintetik çantanı, 01 ədəd mobil telefon və 02 ədəd bank kartının qablaşdırıldığı zərfi, həmçinin üstünü yoxlama prosesinin əks etdirən videogörüntünün olduğu 01 ədəd DVD diski təhqiqatçıya təqdim edir. Təqdim edilmiş 05 ədəd sellofan bağlamalara təhqiqatçı tərəfindən baxış keçirildikdə içərilərində qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilir. Kütlələrə baxış keçirildikdən sonra 05 ədəd sellofan bağlama yenidən 01 ədəd sintetik çantaya qablaşdırılaraq möhürlənir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, üzərindən aşkar edilmiş narkotik vasitələri pula ehtiyacı olduğundan İran vətəndaşından bir yerdən götürüb başqa yerə çatdırmaq üçün əldə etdiyini, narkotik vasitələrə görə pul ödəmədiyini, baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirir. (cild İ, i/v: 54). Cinayət işinin materiallarına əlavə edilmiş həmin DVD disklər məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və videogörüntülərin yuxarıda qeyd olunan protokolların məzmunu ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. 25 avqust 2025-ci il tarixli 01 ədəd mobil telefona baxış protokolundan görünür ki, mobil telefon aparatı «İnfinix Smart 8» markalı, smart funksiyalı mobil telefon aparatıdır. Mobil telefonun Whatsapp ani mesajlaşma tətbiqinə baxış keçirilərkən «Bakcell» mobil şəbəkəsinə aid olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Baxış zamanı Whatsapp ani mesajlaşma tətbiqində İran İslam Respublikası mobil şəbəkəsinə aid +98 996 *** **** saylı mobil nömrə ilə söhbət pəncərəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı mesaj mətnləri, səs qeydləri və fotoşəkillər müəyyən edilmişdir. Qeyd olunan məlumatlara baxış zamanı “ozun mənə deyirsen setde yoxsan hara getin" məzmunlu mesaj mətni, “qardaşım səbrli ol indi atırlar mənə bizdə beş dayğa set getdi gəldi səbrli ol indi ona səs atdım” məzmunlu səs qeydi, “gözləyirəm”, məzmunlu mesaj mətni, məkanı bildirən fotoşəkil, “çatdın bu konuma mənə xəbər de bura nə qədər yolun qalır mənə de tez”, “on dəyqəyə mən ordayam, sən bidənə şəklin at mənə mən gedim rahat götürüm", “getdin ora mənə görüntülü zəng vur oranı görsət mənə şəkillər məndədi qorxma getginən sən ora mənə zəng aç" məzmunlu səs qeydləri, “men burdayam səkil at", “Baba gurultili bir zəng ele” məzmunlu mesaj mətni, “qardaşım bidənə görüntülü zəng elə oraları mənə gorsət” məzmunlu səs qeydi, “set zeyifdu, niye acmir” məzmunlu mesaj mətni, “ay qardaş niyə set zəifdi məndən niyə gizlədirsən mən sənə mal verirəme qardaşım ordan şəkil çək at mənə görüm” məzmunlu səs qeydi, fotoşəkillər, “sekili at götürüm çıxım burdan", narkotik vasitələrin bir ədəd sintetik çantada qoyulduğu yerin istiqamətini və həmin çantanın qoyulduğu yeri əks etdirən fotoşəkillər, “Baba guturdun tez de, qaqa tapa bildin", “darıxma yazam”, “10 kilo nyasadi", “10 kilo orda mal vare”, “mali guturdun”, “manim malim qalib orda axi", “Andusun allaha pulnu gutyr verim”, “adam adama etbar ederba man sanan si gurumusam axı san bele eledin” məzmunlu mesaj mətnləri aşkar edilmişdir. Bundan başqa, mobil telefonun daxilindəki digər qovluqlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər məlumat aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun simkart yuvasında «Bakcell» mobil şəbəkəsinə aid ***-***-**- ** saylı və «Azerfon» mobil şəbəkəsinə aid ***-***-**-** saylı GSM nömrələrinin olması müəyyən edilmişdir. (cild İ, i/v: 94-99). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 332.2.1, 332.2.2, 332.2.3, 331.2, 331.3, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azad edilmişdir. (cild İ, i/v: 126-127). Cinayət işinin materiallarına əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 332.2.1, 332,2.2, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə, CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair və CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə dair müddəalar Gəncə Hərbi Məhkəməsinin 23 may 2014-cü il il tarixli hökmündən xaric edilmiş, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 23 may 2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəza müddəti 05 (beş) il həddində müəyyən edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələrinə əsasən Gəncə Hərbi Məhkəməsinin 23 may 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası çəkilmiş hesab edilmiş və o, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. (cild İ, i/v: 132-133). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 18.2.2. və 83.3.4-cü maddələri. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Marixuana həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs ona göndərilmiş ünvana yerləşdirilmiş narkotik vasitəni götürməyə imkan tapmadan özünə məxsus avtomobildə narkotik vasitədən istifadə edən zaman saxlanıldığını, polis əməkdaşlarının silahla ona təzyiq göstərdiklərini, onun tutulmasında 20-30 nəfər polis əməkdaşının iştirak etdiyini bildirsə də, məhkəmə iclasında tədqiq edilmiş videogörüntü ilə müəyyən edilir ki, əməliyyat tədbirinin videoçəkilişi polis əməkdaşlarının təqsirləndirilən şəxsə yaxınlaşmasından əvvəl başlamaqla, Təqsirləndirilən şəxs əlində çanta ilə hərəkət edən zaman video müşahidə altında saxlanılmış, onun saxlanılmasında dörd nəfər polis əməkdaşı iştirak etmişdir. Həmçinin videogörüntüdə təqsirləndirilən şəxs ona verilən suallara tam sərbəst cavablar verməklə, onun nitqində, danışıq və davranışlarında narkotik vasitənin təsiri altında olması müşahidə olunmamışdır. Bundan başqa, göndərilmiş məkan üzrə narkotik vasitəni götürmək məqsədi ilə getmiş və davamlı şəkildə ona yazıb, zəng edən “Baba” adlı şəxsin müşahidəsi altında olan təqsirləndirilən şəxsin götürməli olduğu paketi götürmədən, getdiyi ünvanda maşının içində oturub narkotik vasitədən istifadə etməsi ağlabatan və inandırıcı deyil. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin polis əməkdaşlarının ona silahla hədəqorxu gəlmələri ilə bağlı ifadələrinə əsasən qeyd edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən əlində çanta, çantanın içində narkotik vasitələrlə birlikdə saxlanıldığı halda, ona silahla hədə-qorxu gəlməyin hansı zərurətdən irəli gəlməsi məhkəməyə aydın olmamış, buna görə də məhkəmə həmin ifadəni də həqiqətə uyğun olmayan, uydurma ifadə kimi qiymətləndirmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əlində aşkar edilmiş çantanın, onun mobil telefonuna göndərilmiş fotoşəkildəki çanta ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, həmin narkotik vasitənin daşınması qarşılığında pul alacağı ilə bağlı tərəflər arasında olan razılaşma və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müvafiq normalarının tələblərini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Elektron Məhkəmə İnformasiya sisteminə sorğu verilən zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2021 və 2025-ci il təvəllüdlü 2 azyaşlı övladı var. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində, residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğundan cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 avqust 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild İ, i/v 24, 85-89). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, o ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. İş üzrə maddi sübutlar – Səbail RPİ-nin növbətçi hissəsinin saxlanc yerində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 10044 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalı, 01 ədəd «İnfinix Smart 8» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə eksperizası üzrə 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Baba oğluna 440 (dörd yüz qırx) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 13 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. İş üzrə maddi sübutlar – Səbail RPİ-nin növbətçi hissəsinin saxlanc yerində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 10044 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın, 01 ədəd «İnfinix Smart 8» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə eksperizası üzrə 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Baba oğluna 440 (dörd yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Eldar İsmayılov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1929/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1929/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver