Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-193/2020 22.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəçi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 153/23-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 93də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 iyul 2019-cu il tarixdə saat 22 radələrində tanışı Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə mesaj yazaraq borca verdiyi 5 manat pulu nə zaman qaytaracağı ilə bağlı soruşduqda sonuncunun ilkin olaraq onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında olan mübahisə ilə bağlı Zərərçəkmiş şəxs həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən “Romantik” çay evinə gəlib Təqsirləndirilən şəxs bayıra çağırdıqdan sonra çay evinin qarşısında yaranmış münaqişə zamanı sonuncu Zərərçəkmiş şəxs qol, əl və qarın nahiyələrindən bir neçə dəfə üzərində gəzdirdiyi silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaqla və baş nahiyəsindən yumruqla vuraraq ona sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası, sol əlin kəsilmiş yarası, qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz etməyən kəsilmiş-deşilmiş yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, başın şişkinlik halında əzilməsi kimi dərəcəsi təyin edilməyən və qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək, zərərçəkmiş şəxsə xəsarətləri özünü müdafiə etmək məqsədilə yetirdiyini bildirməklə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər onun ən yaxın dostu olmuşdur. Onlar 7 ildir ki, tanışdır. O, Təbrizə 5 manat borc pul vermişdir. 17 iyul 2019-cu il tarixdə o, qardaşı Səbuhi və xalası oğlu Şahinlə birlikdə Nizami rayonu, ünvan 1 ünvanında yerləşən “Romantik” çay evində oturduğu vaxt Təbriz ona “Whatsapp”la yazaraq harada olduğu ilə maraqlanmış, Təbrizlə hal-əhval tutduqdan sonra 5 manat borcunu nə zaman qaytaracağını Təbrizdən soruşmuşdur. Təbriz isə cavabında pulunun olmadığını, verəcəyini yazmışdır. Bir dəfə o, Təbrizdən pul almış, Təbriz də ona vaxt vermiş və həmin vaxta qədər pulunu qaytarmağı xahiş etmişdir. Bu söhbət də onun yadında qalmışdır deyə o, bu dəfə Təbrizdən 5 manat pulunu geri istəmişdir. O, Təbrizdən pulunu geri istəyəndə Təbriz onu nalayiq söyüşlərlə təhqir etmişdir. Bununla da onlar telefonda yazışaraq mübahisə etmişlər. O, Təbrizə həddini aşmamaq barədə xəbərdarlıq etmişdir. Daha sonra mübahisə böyümüş, Təbriz onu görüşə, o da Təbrizi oturduğu “Romantik” çay evinə çağırmışdır. Təxminən saat 21:30-da Təbriz onun oturduğu çay evinə gəlmiş və onu bayıra çağırmışdır. O və yanında olan 2 nəfər bayıra çıxmışlar. Təbriz çay evinin qarşısına tanışı Şahin adlı şəxsə məxsus qara rəngli “Mercedes” markalı avtomobillə gəlmişdir. Təbriz ona kənara çəkilməyi təklif etmişdir. Bu zaman Təbrizin yanında olan iki nəfər, yəni Şahin və digər tanımadığı şəxs onu gəldikləri avtomobilə mindirmək istəmişlər. O, həmin şəxslərin əlindən qurtulmaq üçün əlindəki bıçaqla Təbrizə bir bıçaq zərbəsi vurmuşdur. Təbrizin yanındakı Şahin və Kamran maşına oturub oradan uzaqlaşmışlar. Təbriz əli ilə bıçağı tutub buraxmamışdır. O, Təbrizin bıçağı alıb onu vurmaq istədiyini düşünmüşdür. Təbrizə bıçağı buraxmağı və çıxıb getməyi, Təbrizi daha vurmaq istəmədiyini bildirmişdir. Təbriz isə buraxmadığından o, Təbrizi yenə qarın nahiyəsindən bıçaqla vurmuşdur. Bundan sonra Təbriz bəsdir deyə bildirmiş və ona vurmayaçağı barədə and içdirmişdir. O da söz vermiş, bundan sonra Təbriz qaçaraq uzaqlaşmışdır. O isə çay evinin hesabını verib oradan getmişdir. Özünü itirdiyindən bıçağı bilmədiyi yerə atmışdır. Qorxduğu üçün polisə getməmişdir. Sonradan o, həkimə aparmaq üçün Təbrizi axtarmış, lakin tapa bilməmişdir. Səhərə qədər evə getməmiş və Təbrizi axtarmışdır. Səhər evə gələndə valideyinləri ona Təbrizin artıq əməliyyat olunduğunu və vəziyyətinin yaxşı olduğunu bildirmişlər. O, 18 iyul 2019-cu il tarixdə saat 07 radələrində 3 saylı Sabunçu xəstəxanasına Təbrizə baş çəkmək üçün getmiş, xəstəxanada olan zaman Təbrizin valideyinləri onu Təbrizin yanına buraxmamışlar. Bundan sonra o, xəstəxanaya gələn polislərə hadisə barədə məlumat vermişdir. Təbrizlə dava edən zaman onun yanında olan qardaşı Səbuhi və Şahin söhbətə müdaxilə etməmişlər. Əməlindən qismən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 7-8 il dostluq etmişlər. Dost kimi çox yaxşı münasibətləri olmuşdur. 17 iyul 2019cu il tarixdə saat 21 radələrində Amin ona “Whatsapp” vasitəsilə istifadəsində olan nömrəsindən 5 manat borcunu çatdırmağı yazmış, o isə Amindən borcun nədən yarandığını soruşmuşdur. Amin borcun ona su, siqaret almasından yarandığını bildirmişdir. O özünün də dəfələrlə Aminə pul xərclədiyini, amma istəmədiyini sonuncuya yazmış, əlavə olaraq Aminin hər bir səhvində yanında olduğunu, pulu olanda verəcəyini bildirmişdir. Bundan sonra Amin ondan hansı səhvinin olduğunu soruşmuş, o isə Amini yola vermək üçün sonra söhbət etməyi qeyd etmişdir. Amin isə ondan əl çəkməmiş, onu təhqir etmiş və onu təkidlə “Romantik” çay evinə söhbətə çağırmışdır. O, evdən çıxmış və söhbəti aydınlaşdırmaq üçün “Romantik” çay evinə getmək üçün həyətə düşən zaman Şahin adlı tanışının avtomobillə həyətdən keçdiyini görmüş, avtomobili saxlatdırmış və onu “Romantik” çay evinə aparmağı xahiş etmişdir. Şahin onu dediyi ünvana aparmışdır. Həmin vaxt Şahinin avtomobilində Kamran da olmuşdur. O, çay evinə çatmış və içəri daxil olmuşdur. Şahinə isə getməyi bildirmişdir. Şahin də avtomobili işə salmış və avtomobilin istiqamətini nizamlamağa başlamışdır. O, çay evinə daxil olduqdan sonra içəridə musiqi səsi olduğundan və bir-birilərini yaxşı eşitmədiklərindən Amini çölə çağırmışdır. Amin onunla birlikdə bayıra çıxmışdır. Həmin vaxt Aminin yanında olan qardaşı Səbuhi, xalası oğlu Şahin və üzdən tanıdığı adını sonradan bildiyi Mahmud adlı şəxs Aminin ardı ilə bayıra çıxmışlar. Amin ona gəl-gəl deyərək onu çay evinin arxasına tərəf aparmaq istəmiş, o isə Aminə söhbəti həmin yerdə etməyi demişdir. Bu an Amin şalvarının arxa tərəfinə əlini aparıb kəpənəkvari açılıb-bağlanan bıçaq çıxarmışdır. O, Aminin onu vura biləcəyinə inanmayıb hər iki qolunu kənara açaraq “Məni vuracaqsan?! Sənin ürəyin gələr məni vurasan?” deyə sual vermişdir. Amin həmin an onun üstünə gələrək bıçaqla iki dəfə onun qarın nahiyəsindən vurmuşdur. Bıçağı ikinci dəfə vuran zaman o, sol əli ilə bıçağın kəsici hissəsini tutmuş və bıçaq tam dərinə girməmişdir. Həmçinin əlinin içərisi kəsilmişdir. O, bir qədər aşağı çökmüş və əli ilə yarasından tutmuşdur. Həmin anda Amin bıçaqla yenə də onu vurmaq istəmiş və o, sol qolunu irəli vermişdir. Bıçaq onun sol qolunun yuxarı nahiyəsini kəsmişdir. Bundan sonra o, dizi üstü çökmüş və yenidən qalxaraq Amini qucaqlamışdır. Aminə isə ona bıçağın dəydiyini və qan gəldiyini bildirmişdir. O, kənar şəxslərin də üzəriə gələcəyini düşündüyündən uca səslə “Amin mənim qardaşımdır” demiş, həmin anda Amin bir qədər sakitləşmişdir. Bu anda Amin ona “sənə 10 saniyə vaxt verirəm, qaç get” demiş, o da Amindən aralanıb bir qədər parka tərəf getmiş, parkda olan zaman ürəyi bulanmış və yerə yıxılmışdır. Daha sonra özünü toparlamış və ayağa qalxmışdır. Yolda tanımadığı bir avtomobilçidən ona kömək etməyi xahiş etmiş, həmin maşının sahibi onu 24-cü Polis şöbəsinə aparmışdır. Şöbəyə getdikdən sonra hadisə barədə məlumat vermiş və polislərin köməyi ilə 3 saylı xəstəxanaya aparılmışdır. Gözünü açdıqdan sonra əməliyyat olunduğu ona məlum olmuşdur. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, 17 iyul 2019-cu il tarixdə o, qardaşı Amin, xalası oğlu Şahin və Mahmud adlı tanışı ilə birlikdə Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən “Romantik” çay evinə getmişlər. Çay evində oturan zaman Amin telefonla “Whatsapp” vasitəsilə kiminləsə yazışmışdır. Bir müddət sonra Amin əsəbi şəkildə bayıra çıxmış və daha sonra geri qayıtmışdır. Onun əsəbiləşdiyini görüb nə baş verdiyini soruşmuşlar. Amin isə onlara heç nə bildirməmişdir. Az sonra Təbriz əsəbi şəkildə çay evinə girmiş və hamını bayıra çağırmışdır. Onlar birlikdə bayıra çıxmışlar. Bayıra çıxdıqdan sonra Təbrizlə Amin bir-birinin əlindən tutub mübahisə etməyə başlamışlar. Bu zaman Təbriz Aminə keçib kənara söhbət etməyi təklif etmişdir. Amin isə Təbrizə obyektin arxasına keçməyi demişdir. Həmin məqamda Amin Şahinə onu kənara çəkməyi demiş, Şahin də onu çay evinin böyrünə çəkmişdir. Həmin vaxt nə baş verdiyini görməmişdir. Bu məqamda Şahin ona həmin yerdə gözləməyi, özünün isə Amingilin yanına getməsini demişdir. Az sonra o görmüşdür ki, Təbrizlə birlikdə gələn avtomobil oradan uzaqlaşmışdır. O, hadisə yerinə yaxınlaşan zaman görmüşdür ki, Təbriz də qaçır. Aminə yaxınlaşan zaman Aminin şokda olduğunu görmüşdür. Nə qədər söz soruşsalar da Amin “heç nə” deyə cavab vermişdir. Daha sonra o, Şahin, Amin və Mahmud birlikdə “Xalqlar Dostluğu” metrosunun yaxınlığında olan parka getmişlər. Parkda söhbət zamanı məlum olmuşdur ki, Amin Təbrizi bıçaqla vurmuşdur. Təxminən 4-5 radələrində Şahin, o və Amin birlikdə evə getmişlər. Evdə olan zaman Təbrizin xəstəxanaya aparıldığı məlum olmuşdur. O, Amin və anasıgil birlikdə xəstəxaya getmişlər. Amin polislərə təslim olmuşdur. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma xalası oğludur. 17 iyul 2019-cu il tarixdə o, Amin, Səbuhi və Mahmud birlikdə “Romantik” çay evinə getmişlər. Orada çay içərək vaxt keçirmişlər. Həmin ərəfədə Amin telefonla kiminləsə danışmışdır. O, Aminin kefinin olmadığını görüb ondan soruşsa da Amin heç bir cavab verməmişdir. Təxminən saat 22 radələrində Təbriz adlı şəxs çay evinə gələrək Amini bayıra çağırmışdır. Amin və Səbuhi bayıra çıxmışlar. Daha sonra o, səs-küy gəldiyini eşidib Mahmudla bayıra çıxmışlar. Bu zaman görmüşdür ki, Aminlə Təbriz birbirinin yaxasından tutub qışqırırlar. Səbuhi isə həyəcanlanıb ağlamışdır. Heç kimi Amin və Təbrizə müdaxilə etməmişdir. O yaxınlaşmaq istəyən zaman Amin ona Səbuhinin qorxduğunu, Səbuhini kənara çəkməyi ona demişdir.O da Səbuhini kənara çəkmişdir. Həmin anda Amin və Təbriz bir-biri ilə əlbəyaxa dava etmişlər. Onlar demək olar ki, diz üstə durmuşlar. O, Səbuhini kənara çəkmiş və daha sonra Aminlə Təbrizi ayırmaq üçün onlara tərəf getmişdir. Bu məqamda ətrafda olan şəxslərin qaçdığını görmüşdür. Yəni Təbrizin birlikdə gəldiyi, adını bilmədiyi “Mercedes” markalı avtomobilin sürücüsü və yanında olan şəxs avtomobilə oturub hadisə yerindən uzaqlaşmışlar. Təbriz də piyada qaçaraq uzaqlaşmışdır. O, Aminə yaxınlaşıb nə baş vediyini soruşmuşdur. Amin həmin vaxt şokda olmuş və ona heç bir cavab verməmişdir. Daha sonra o, Amin, Səbuhi və Mahmud birlikdə “Xalqlar Dostluğu” metrosu yaxınlığında yerləşən H.Əliyev adına parka getmişlər. Təxminən saat 05 radələrinədək parkda oturmuşlar. Mahmuda isə evlərinə getməsini demişlər və Mahmud onlardan ayrılıb çıxıb getmişdir. Daha sonra Amin, Səbuhi və o çıxıb evlərinə getmişlər. Parkda söhbət edən zaman Amin ağlamış, soruşulanda cavab verməmişdir. O, bu səbəbdən Təbrizə nə olduğunu dəqiq bilməmişdir. Səhəri gün o, işə çıxmış, daha sonra ona Aminin polislər tərəfindən tutlduğu, Təbrizin isə xəstəxanada olduğu məlum olmuşdur. Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs və Şahin Əliyevi uzun müddətdir ki, tanıyır. 17 iyul 2019-cu il saat 22 radələrində Şahin Əliyevin avtomobili ilə gəzməyə çıxmışlar. Onlar yaşadıqları yerin ətrafında maşınla gəzinərkən Təbriz Şahini səsləmişdir. Təbriz avtomobilə yaxınlaşmış və bildirmişdir ki, Təbrizin Aminlə arasında pul məsələsi var, ondan pul götürməlidir və xahiş etmişdir ki, onu “Romantik” çay evinin yanına aparsın. Şahin razılaşmış və onlar birlikdə “Romantik” çay evinin qarşısına getmişlər. Bu zaman Təbriz avtomobildən düşmüş, Şahin maşını döndərmişdir ki, münasib yerdə saxlasın və Təbrizi gözləsinlər. Bu zaman o, səs-küy gəldiyini eşitmişdir. O, baxan zaman Aminlə Təbrizin mübahisə etdiyini, az sonra Aminin əlində olan bıçaqla Təbrizi vurduğunu görmüşdür. Bundan sonra Şahinlə o qorxub hadisə yerindən uzaqlaşmışlar. Evlərinin qarşısnda avtomobildən düşmüş və evə getmişdir. Daha sonra Təbriz vurulması barədə polisin və xəstəxananın məlumatı olduğunu bilmişdir. Hadisə baş verən yerdə onun üzərinə bıçaq çəkən və ya hücum edən kimsə olmamışdır. Aminin yanında başqa adamlar olsa da, onların əlində bıçaq görməmişdir. Onun əşyasəna bıçaqla xəsarət yetirən şəxs də olmamışdır. Şahid4 məhkəmədə ifadəsində göstərdi ki, onun oğlu “Romantik” çay evini işlədir və o, oğluna hesab işlərində kömək edir. Çay evi Nizami rayonu, Naxçıvanski küçəsində yerləşir. Hadisə ilə əlaqədar olaraq deyə bilər ki, 17 iyul 2019-cu il tarixdə saat 23 radələrində işdə olmuşdur. Bir müddət sonra içəridə olan müştərilərdən eşitmişdir ki, bayırda dava baş vermişdir. O, bu zaman bayıra çıdığı zaman bayırda çoxlu insan olduğunu görmüşdür. Lakin kimin dava etdiyini görməmişdir. Yəni hadisə ilə bağlı bundan başqa heç bir şey bilmir. Şahid5 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Təbriz uzun müddət Amin adlı şəxslə dostluq etmişdir. Onlar demək olar ki, günlərini daima birlikdə keçirmişlər. Təxminən 17-18 iyul tarixlərində gecə saatlarında qonşuluqda yaşayan Təbrizin tanışı Şahin adlı uşaq onların binasının mühafizəçisinə bazarın yaxınlığında Amin adlı şəxsin Təbrizi bıçaqla vurduğunu demişdir. O, Şahini tapıb ondan Təbrizin harada olduğunu soruşduğu zaman Şahin bildirmişdir ki, o, Təbrizin xahişi ilə onu bazarın yaxınlığına aparmış və orada baş verən mübahisə zamanı Amin Təbrizi bıçaqla vurmuşdur. Bundan sonra Şahin bıçaqlanma hadisəsini görən kimi qorxub qaçmışdır. Təbrizin isə yerini bilmir. O, həmin vaxt həyəcanlı şəkildə nə edəcəyini bilməmişdir. Bu zaman Şahin ona polisə zəng etməyi xatırlatmışdır. O da 24-cü Polis şöbəsinə zəng etmişdir. Danışıq zamanı məlum olmuşdur ki, oğlu polis şöbəsinə getmiş və oradan polislər Təbrizi xəstəxanaya aparmışlar. Bundan sonra o, həyat yoldaşını da götürüb xəstəxanaya getmişdir. Xəstəxanada olan zaman hadisə ona məlum olmuşdur. Belə ki, Şahinin dediyi kimi Amin oğlunu bıçaqla vurmuşdur. Bundan sonra Aminin valideyinləri də xəstəxanaya gəlmişlər. Söhbət zamanı ona bəlli olmuşdur ki, 5 manata görə Amin Təbrizlə mübahisə etmiş və daha sonra Təbrizi bıçaqla vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 18 iyul 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsinin təfərrüatları barədə əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 33-35). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 sentyabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ilə arasında üzləşdirmə keçirilmiş, onlar ibtidai istintaqa verdikləri ifadəsində göstərilənləri eynilə təsdiq etmişlər (cild 1, iş vərəqi 186-189). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 29 iyul 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı hadisənin baş verdiyi ünvan ünvan 2 qarşısı və həmin binanın yanında yerləşən “Romantik” çay evinin yanıdır (cild 1, iş vərəqi 113—116). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyul 2019-cu il tarixli protokoldan görünür ki, x2 iştirakı ilə içərisində SMS danışıqları olan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon və hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş sinə hissəsində qırmızı ləkələr olan qara rəngli qısaqol köynək götürülmüşdür (cild 1, iş vərəqi 42). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyul 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, 3 saylı Şəhər Xəstəxanasından Zərərçəkmiş şəxs məxsus geyim əşyaları - üzərində zədələr və qanabənzər ləkələr olan 01 ədəd qısaqol köynək götürülmüşdür (cild 1, iş vərəqi 56). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 sentyabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə götürülmüş ağ rəngli “Samsung" markalı mobil telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, telefon həqiqətən Təqsirləndirilən şəxs məxsusdur və telefonda qeyd olunmuş +99***-***-**-** mobil nömrə isə Zərərçəkmiş şəxs məxsusdur. Ağ rəngli “Samsung” markalı mobil telefonda olan “Whatsapp” proqramı vasitəsilə “kontaklar" bölümündə “Tebriz” adı ilə qeyd olunmuş +99***-***-**-** mobil nömrəsi ilə 17 iyul 2019-cu il tarixdə saat 22:16-dan 22:55dək aparılmış danışıqlarda aşağıdakı kimi qeyd edilmişdir: Təqsirləndirilən şəxs: - 10 saniyəlik səs yazısı(1);- “?” Zərərçəkmiş şəxs (0***-***-**-**): - “Pulum olanda” - “Verecem qaqae” - “W”- “Vaxt demiwiy?”- “Yox” Təqsirləndirilən şəxs: - 04 saniyəlik səs yazısı(2); Zərərçəkmiş şəxs: - “Olanda verecem” - 11 saniyəlik səs yazısı(3) Təqsirləndirilən şəxs: - 07 saniyəlik səs yazısı(4) -“Siz bu ismarıcı sildiniz” (mesaj Təqsirləndirilən şəxs tərəfindən silinmişdir) Zərərçəkmiş şəxs: -16 saniyəlik səs yazısı(5) Təqsirləndirilən şəxs:- “Dunen doner yedin gelib teklif elemedin” Zərərçəkmiş şəxs: - 29 saniyəlik səs yazısı(6); Təqsirləndirilən şəxs: -02 saniyəlik saniyəlik səs yazısı(7); Zərərçəkmiş şəxs: -07 saniyəlik səs yazısı(8); Təqsirləndirilən şəxs: - 05 saniyəlik səs yazısı(9); Zərərçəkmiş şəxs: -Saat 22:23 -05 saniyəlik səs yazısı(10); Təqsirləndirilən şəxs: -“Neyi deirsen?” Zərərçəkmiş şəxs: - 6 saniyəlik səs yazısı(H); Təqsirləndirilən şəxs: -11 saniyəlik səs yazısı( 12); - “Mene indi pul lazım deyil” -“Cibimde dep kimi pulum var” -11 saniyəlik səs yazısı( 13); - 3 saniyəlik səs yazısı(14); - 5 saniyəlik səs yazısı(15); - 5 saniyəlik səs yazısı(16); -4 saniyəlik səs yazısı(17); - “Sen qus buraxmisan” -“De gotrum neyo diyirsen” -“internet zeifi” -“Yazi uaz” -“Y” Zərərçəkmiş şəxs: -5 saniyəlik səs yazısı(18); Təqsirləndirilən şəxs: - “Yazi yaz ses acmir” - “Hansi sobeti acmotsan?” -“Acmirsan?” - “Deyirsen day sobeti acmitam?” -“Hansi sobetdi belke xeberib yoxdu hardasa sef elemiwem” Zərərçəkmiş şəxs: -“Söhbet elemey istirsen” -“Gel mehleye” - “telfon arxasinda” -“Danianmaram” -“Gelersen söhbet eliyeriu” -“Y” -“indi davay sagol" Təqsirləndirilən şəxs: -12 saniyəlik səs yazısı(19); -“Birin demisen hele ciddi qebul elememısem” - “2cisinden canivi qurtat” Zərərçəkmiş şəxs: -“anamimcani” -“Amin gelib seni dağıdaram” "Agilli o!” -“Bu mesaj silindi” (mesaj Zərərçəkmiş şəxs tərəfindən silinmişdir) -“Bala” -“Get heyativi yawa” -"Söhbet elemey istirsen oğlansan gel” -“Gozdurem” -“Ses aa” -“Atma” Amin Qurban!;: -6 saniyəlik səs yazısı(20); Zərərçəkmiş şəxs: ble" -“Evdeyem” “Siryoznusan?” -“Ala sennen”-“Deyilem” Təqsirləndirilən şəxs: -5 saniyəlik səs yazısı(21); Zərərçəkmiş şəxs: -“Osturag” Təqsirləndirilən şəxs: -“Gel”. Baxış zamanı qeyd edilmiş səs yazıları qeyri etik ifadələrdən ibarət olduğundan protokolda sözlə qeydə alınmamış və həmin səs yazıları nömrələnməklə “CD” diskə köçürülməklə protokola əlavə olunmuşdur (cild 1, iş vərəq 190- 197). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 25 iyul 2019-cu il tarixli, 732 saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs daxili qanaxma və peritonun zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən 1 ədəd, qarnın ön divarının daxilə nüfuz etməyən 1 ədəd, sol bazunun 1 ədəd və sağ saidin 1 ədəd deşilmiş-kəsilmiş yaraları; sağ təpə nahiyəsinin şişkinlik halında əzilməsi; sol bazu oynağı nahiyəsinin ön səthinin qançırı, hər iki dizin ön səthinin, sol bazunun arxa səthinin və döş qəfəsinin arxa səthinin sol yarısının sıyrıqları olmuşdur.
2. Qeyd olunan deşilmiş kəsilmiş yaralar deşıçi-kəsiçi əşyanın (ola bilsin bıçağın və s.) təsirindən, digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17.07.2019-cu il tarixdə alınmaları mümkündür.
3. Dərəcələrinə görə qarının ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya; digər deşilmiş-kəsilmiş yaralar həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Digər xəsarətlər həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.
4. Xəsarətlərin iokalizasiyası və xüsusiyyətlərim nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur.
5. T.P. Əsgərovun bədəni üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların cərrahı işlənməsi nəticəsində onların ilkin forma və digər xüsusiyyətləri itirildiyindən həmin xəsarətlərin eyni və ya fərqli bıçaqla və ya digər əşya ilə yetirilməsi barədə fikir söyləmək mümkün olmadı (cild 1, iş vərəqi 157-160). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-ambulator psixiatrik ekspertizasının 09 avqust 2019-cu iı tarixli, 1509 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəq 161-162). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə-tibbikriminalistik ekspertizasının 29 avqust 2019-cu il tarixli, 373/2019 MTKŞ saylı rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin solaşağı nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətin) təsirindən əmələ gəlmişlər.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin solaşağı nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarında olan iki ədəd eyni xarakterli xəsarətlərlə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər-sol bazunun iç səthinin və sol əlin iç səthinin deşilmişkəsilmiş yaraları ona məxsus olan paltarda öz əksini tapmamışdır. Bu da həmin nahiyələrin paltarla örtülməməsi ilə izah oluna bilər.
3. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qolunun arxa nahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin boyun nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar.
4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin məhkəmə-tibbi bioloji tədqiqatı zamanı ön hissəsinin sol-aşağı nahiyəsində, sol qolunun aşağı sərbəst kənarında yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz oian qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar.
5. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön hissəsində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir (cild 1, iş vərəqi 163-166). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə-tibbı-bioloji ekspertizasının 08 avqust 2019-cu il tarixli, 556/2019 MTBŞ saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/l/.
2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/l/. /Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqələrinin kserosurətlərinə əsasən/
3. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol mayka və Təqsirləndirilən şəxs məxsus qısaqol mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və Zərərçəkmiş şəxs məxsus qısaqol mayka üzərindəki ləkələrdə həmçinin alfa.beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa,beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa məxsus ola bilər (cild 1, iş vərəqi 167-171). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 20 iyul 2019-cu il tarixli, 713 saylı rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs sağ saidin arxa səthinin 02 (iki) ədəd kəsilmiş yaraları, sol saidin ön səthinin çox saylı (23 ədədə qədər) və sağ mil-biləyin iç səthinin 02 (iki) ədəd cızıqları olmuşdur.
2. Təqsirləndirilən şəxs sağ saidin arxa səthində aşkar edilmiş iki ədəd kəsilmiş yaraları hər hansı iti kənara malik əşya ilə (əşyalarla) törənmişlər, qərarda göstərilən müddətdə, yəni 17.07.2019-cu il tarixdə və şəraitdə, o cümlədən, şəxsin göstərdiyi şəraitlərdə alınmaları mümkündür və dərəcələrinə görə həm ümumilikdə, həmçinin ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.
3. Təqsirləndirilən şəxs sol saidin ön səthinin və sağ mil-biləyin iç səthinin cızıqları hər hansı bir çox iti olmayan kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər, şəxsin göstərdiyi müddətdə, yəni 19.07.2019-cu il tarixdə və şəraitdə, yəni şəxsin özü tərəfindən plastik stəkanın kənarı ilə bədənin müvafiq nahiyyəsinə yetirilməsi nəticəsində alınmaları mümkündür və dərəcələrinə görə, həm ümumilikdə, həmçinin ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 154-156). İşdə olan 19.07.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 64). Cinayət işi materallarına əlavə edilmiş Bakı şəhəri, Nizami rayonu 84 saylı Mənzil Kommunal Sahəsinin 08 oktyabr 2019-cu il tarixli 284 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 93-də qeydiyyatsız yaşayır. Onun barəsində yaşadığı müddət ərzində Mənzil Kommunal Sahəsinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 204-205). İşdə olan 21 oktyabr 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus qara rəngli qısa qol köynək, habelə ağ rəngli “Samsung” markalı mobil telefon vo mobil telefona baxış zamanı danışıqda olan səs yazılarının köçürüldüyü disk maddi sübüt kimi tanınmış, 02 ədəd köynək saxlanılmasından ötrü Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş və 01 ədəd mobil telefon, həmçinin 01 ədəd CD disk cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 211-222). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 125). Təqsirləndirilən şəxs hadisə vaxtı zərərçəkmiş Zərərçəkmiş şəxs və Təbrizlə gələn Şahin Əliyevin və Şahid2 onu zorla avtomobilə mindirmək istəmələri və bu səbəbdən özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi barədə məhkəmədə verdiyi ifadəsinə həmin ifadə işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmədiyinə görə məhkəmə tənqidi yanaşır, həmin ifadələri qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadəsi zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahin Əliyevin, habelə Təqsirləndirilən şəxs qohumu olan Şahid3 ifadələri ilə təkzib olunur. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 21.09.2019-cu il tarixli Zərərçəkmiş şəxs verdiyi notarial ərizədən görünür ki, ona Təqsirləndirilən şəxs ilə arasında baş vermiş hadisədən sonra onunla barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur yoxdur və gələcəkdə də olmayacaqdır (cild 1, iş vərəqi 201). Məhkəmədə ifadə verərkən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi barışıq ərizəsini geri götürdüyünü bildirdi. Lakin daha sonra 07.01.2020-ci il tarixdə baş tutmuş məhkəmə iclasında Zərərçəkmiş şəxs yenidən məhkəməyə yazılı ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və olmayacağını bildirdi. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən qismən peşman olmasını, cavan olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 20 iyul 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 iyul 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 22, 105). Qanunun qeyd edilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 18 iyul 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus qara rəngli qısaqol köynək məhv edilməli; - Təqsirləndirilən şəxs məxsus ağ rəngli “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı; - Mobil telefona baxış zamanı danışıqda olan səs yazılarının köçürüldüyü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili x4 prosessual hərəkətlərdə 30 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus qara rəngli qısaqol köynək məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus ağ rəngli “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın; - Mobil telefona baxış zamanı danışıqda olan səs yazılarının köçürüldüyü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə vəkil x4 üçün dövlət hesabından 180 (yüz səksən) manat pul vəsaiti onun işlədiyi Bakı şəhəri 6 saylı Vəkil bürosunun hesabına keçirilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.