Məhkəmə qərarları › İş №1(101)-193/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-193/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-193/2023 19.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 16.05. 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2005, 2008 və 2016-cı il təvəllüdlü uşaqları olan, ali təhsilli, "xxxx" ASC-nin Tədris Mərkəzində «Elektrik quraşdırma ixtisası» üzrə nəzəri və praktiki dərslərinin tədrisi üzrə təlimçi işləmiş, İ qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeydiyyada olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətmiş, vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Tədris Mərkəzində «Elektrik quraşdırma ixtisası» üzrə nəzəri və praktiki dərslərinin tədrisinə təlimçi qismində mülki müqavilə əsasında cəlb edildikdən sonra ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasına xarici elektrik təchizatı işlərinin yerinə yetirilməsi üçün "xxxx" ASC tərəfindən texniki şərtin, layihənin hazırlanması, binanın elektrik xətlərinə quraşdırılması və sayğacların gətirilib quraşdırılması barədə Zərərçəkmiş şəxs yalan vədlər verərək, faktiki olaraq qeyd olunan işləri yerinə yetirmək niyyətində olmadığı halda tamah niyyətilə öz qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı törədib 2019-cu ilin aprel ayının ortalarından 2019-cu ilin dekabr ayının sonunadək olan müddət ərzində hissəhissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, 2019-cu ilin aprel ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində Zərərçəkmiş şəxs 20000 manat, həmin ilin iyul ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 40000 manat, bundan bir-neçə gün sonra Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 40000 manat pulunu ələ keçirərək etibar qazanmaq məqsədi ilə vəzifəsinin icrası ilə əlaqədar əldə etmiş rəsmi sənədlərin nümunələrdən istifadə etməklə yaşadığı ünvan 2 ünvanında özünə məxsus kompyuter, printer və digər texniki vasitələrlə rəsmi sənədlərin məzmunlarına biləbilə yalan məlumatlar daxil edərək, onların həqiqi məzmununda təhrif edən düzəliş edərək almış olduğu 20000 manat pulu guya xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbzlə, 40000 manat pulu guya xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbzlə, 40000 manat pulu guya xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbzlə "xxxx" ASC-nin rəsmi hesabına ödəməsi barədə saxta qəbzlər və ödənilmiş pulun müqabilində TX- 19/0147 nömrəli xx.xx.2019-cu il tarixli «Texniki Şərt» saxta sənədi hazırlayaraq Zərərçəkmiş şəxs vermiş, bundan sonra əldə etmiş etibardan istifadə edərək "xxxx" MMC tərəfindən adına etibarnəmə yazılmasına nail olub vahid niyyətlə əhatə olunan öz hərəkətlərini davam etdirib 2019-cu ilin avqust ayının sonunda Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində Zaur Yusifnin 5000 manat pulunu ələ keçirib vəzifəsinin icrası ilə əlaqədar əldə etmiş rəsmi sənədlərin nümunələrdən istifadə etməklə yaşadığı ünvan 2 ünvanında özünə məxsus kompyuter, printer və digər texniki vasitələrlə rəsmi sənədlərin məzmunlarına bilə-bilə yalan məlumatlar daxil edərək, onların həqiqi məzmununda təhrif edən düzəliş edərək elektrik təhcizatı barədə hazırladığı saxta layihəni vermiş, bundan sonra vahid niyyətlə əhatə olunan öz hərəkətlərini davam etdirib "xxxx" MMC tərəfindən inşa edilən binaya elektrik xəttlərinin çəkilməsi və elektrik sayğaclarının quraşdırılması adı ilə özü tərəfindən dəvət edilmiş fəhlələrin cəmiyyətin ərazisində işlər görmələri barədə görüntülər yaratmaqla rəsmi qeydiyyatı olmayan sayğaclar alaraq cəmiyyətin ərazisinə gətirib qoymaqla 2019-cu lin sentyabr ayından 2019-cu ilin dekabr ayınının sonunadək müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində əvvəl 15000 manat, bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 1500 manat, bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 2000 manat, bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 5000 manat, bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 4000 manat, bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 3000 manat, bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının ikinci mərtəbəsində 6500 manat olmaqla ümumi olaraq 37000 manat pulunu ələ keçirməklə, cəmi Zərərçəkmiş şəxs məxsus 142000(yüz qırx iki min) manat pulu ələ keçirib, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətmiş, vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, intellektin geridə qalması və hərəkət-dayaq sistemində məhdudiyyətin olması ilə bağlı İ qrup əlildir, 33 nömrəli şəhər poliklinikasının psixiatriya kabinetində qeydiyyatdadır. 2014-cü ildən 2020-ci ilin fevral ayınadək müqavilə əsasında "xxxx" ASC-nin tədris mərkəzində müəllim işləmişdir. 2019-cu ilin aprel ayının ortalarında "xxxx" ASC-də nəzarətçi-mühəndis işləyən X10 ona yaxınlaşıb qohumu Zaur Yusifəliyev ona müraciət edərək ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin inşa etdirdiyi çoxmərtəbəli binanın xarici elektrik şəbəkəsinin təchizatında həmin cəmiyyətə köməklik göstərməsini xahiş etmişdir.Qabilin sözlərinə görə həmin MMC "xxxx" ASC-yə müraciət etmiş, lakin ASC-dən bu işlərin görülməsi üçün xeyli miqdarda pul istədikləri üçün MMC daha münasib qiymətə bu işlərin görülməsini istəyir. Köməklik ondan ibarət olmalı idi ki, həmin cəmiyyətə texniki şərt və layihə verilməli, balans və sayğaclar quraşdırılmalı, kabellər çəkilməli, transformator daxilində işlər görülməli idi. Özünün bu işləri görməyə səlahiyyəti olmadığı üçün o, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "xxxx" ASC-nin texniki departamentində texniki şərt üzrə mütəxəssis işləyən X13 müraciət etmiş, İlyas Şamoyev hesablama apararaq texniki şərtin hazırlanması və layihənin təsdiq edilməsi üçün 100.000 manat lazım olduğunu, binaya elektrik yuvalarının, xəttlərin, kabellərin çəkilməsi, yolun kəsilməsi və digər işlərə görə zəhmət haqqı ilə birlikdə əlavə 50.000 manat lazım olacağını bildirmişdir. Bundan sonra Qabil və Zərərçəkmiş şəxs ilə Bakı şəhərində yerləşən “Gənclik” metrostansiyasının yaxınlığındakı bir kafedə görüşərək söhbət etmiş, Zərərçəkmiş şəxs qeyd olunan işlərin hamısını İlyas Şamoyevin vasitəsi ilə görə biləcəyimi və bu işlər üçün 150.000 manat pul lazım olduğunu bildirmişdir. Zaur da, bu məbləğin böyük olduğunu, bir az endirim etməsini xahiş etmişdir. Onlar bu işləri görmək üçün 142.000 manata razılaşmışlar. Bundan sonra "xxxx" MMC tərəfindən ona işlərin bu MMC-nin adından görülməsi üçün etibarnamə verilmişdir. 2019-cu ilin aprel ayının ortalarında Zaur ona texniki şərtin hazırlanması üçün MMC-nin lazım olan sənədləri və 20.000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin həyətində vermişdir. O həmin pulu iki gün sonra aparıb Bakı şəhəri, Nərimanov rayonu, Zooparkın aşağısında yerləşən, Kazımzadə küçəsində olan "xxxx" ASC-nin texniki departamentində texniki şərt üzrə mütəxəssis işləyən X13 xidməti otağında vermişdir. İlyas müvafiq sənədləri, yəni onun şəxsiyyət vəsiqəsinin surətini, binanın İcra Hakimiyyəti tərəfindən tikintisinə icazə verilməsi barədə sərəncamı, binaya aid sxemi və "xxxx" MMC-nin ona verdiyi etibarnaməni qəbul edib işə başlamışdır. Razılığa əsasən, pulun ödənişi tam başa çatdıqdan təxminən 7-10 gün ərzində Şamoyev İlyas ona texniki şərti təhvil verməli və layihəni hazırlatdırıb təsdiq etməli idi. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq pulun qalanın ödənilməsini bildirmişdir. Zaur 2019-cu ilin iyul ayının ortalarında onun iş yerimdə, yəni "xxxx" ASC-nin tədris mərkəzinin həyətində ona 40000 manat pul vermişdir. Həmin pulu iki gün sonra X13 vermişdir. Bundan təxminən 10 gün sonra, yəni 2019-cu ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonunda yerləşən Neftçilər metrostansiyasının yaxınlığında olan “Bank of Bakunun” qarşısında əlavə olaraq ona 40000 manat pul vermiş, o da həmin pulu iki gun sonra X13 vermişdir. Beləliklə, Zaur ona, o isə İlyasa 100000 manat pul vermişdir. Sonuncu pulu aldıqdan 10 gün sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Zooparkın aşağısında yerləşən, Kazımzadə küçəsində olan "xxxx" ASC-nin texniki departamentinə İlyasdan texniki şərti almaq üçün getmişdir. Zərərçəkmiş şəxs çöldə öz maşınında onu gözləmiş, o isə binaya daxil olub İlyasdan texniki şərti almış və maşında Zərərçəkmiş şəxs təhvil vermiş, surətini isə çıxardıb "xxxx" MMC-yə aid çoxmərtəbəli yaşayış binasının xarici elektrik şəbəkəsinin təchizat layihəsini hazırlatdırmaq məqsədi ilə özündə saxlamış, bundan sonra Bakı şəhəri, Xətai rayonunda yerləşən "xxxx" ASC-nin 220 nömrəli stansiyasının inzibati binasında olan "xxxx" MMC-ə gedib həmin cəmiyyətin Ruslan adlı şəxsə yaxınlaşmış və onu İlyas Şamoyev onun yanına göndərdiyini demişdir. Ruslana müvafiq sənədləri verib təchizat layihəsini hazırlamasını xahiş etmişdir. Təxminən bir həftə sonra, yəni 2019-cu ilin avqust ayının ortalarında "xxxx" MMC tərəfindən ona verilmiş texnik şərtə uyğun təchizat layihəsi təqdim edilmişdir. Həmin layihə İlyasın vasitəsi ilə “İstehlakçıların layihələrinin təsdiqi şöbəsi” tərəfindən təsdiq edilmiş halda ona verilmişdir. O da, Ruslana gördüyü işə görə 1500 manat pul vermişdir. O, layihəni aldıqdan sonra "xxxx" ASC-nin Nəsimi rayon istismar şöbəsinə gedib layihənin və texniki şərtin surətini təqdim edib ərizə ilə müraciət edib "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli binasında işin icrasına rəy verilməsini xahiş etmişdir. Belə ki, qaydalara əsasən istismar şöbəsi layihə və texniki şərt aldıqdan sonra öz işçilərini göndərib orada işin icrasını həyata keçirir. Onun müraciətinə əsasən "xxxx" ASCnin əməkdaşları binanın bütün elektrik təchizat sistemini quraşdırmış, həmin işləri tamamladıqdan sonra balans sayğaclarının quraşdırılması zamanı o, yenidən texniki şərti və layihəni götürüb 2020-ci ilin yanvar ayında Bakmildə yerləşən satış departamentinə getmişdir. Orada o, texniki şərtdə olan bütün vəzifələri icra etdiyini bildirərək həmin idarə tərəfindən balans sayğacları quraşdırılmasını xahiş etmişdir. Müraciətindən 10 gün sonra, yəni xx.xx.2020-ci ildə Azərişıq ASC-nin sədrinin hal-hazır ki müavini, əvvəllər isə texniki departamentinin rəisi işləmiş Qədir İsmayılov onu cəmiyyətin baş idarəsinə dəvət edərək "xxxx" MMC-nin texniki şərtin saxta olduğunu bildirmişdir. O, buna inanmayaraq Zərərçəkmiş şəxs zəng edib texniki şərtin orijinal formasını gətirməsini tələb etmiş, Zaur ona texniki şərtin orijinal formasını gətirib vermiş və o, həmin sənədi Qədir İsmayılova təqdim etmişdir. Qədir İsmayılov orijinal texniki şərti götürüb baxmış və özü araşdırıb onu çağıracağını bildirmişdir. Bundan sonra o, Zaurla birlikdə İlyas Şamilovun yanına getmiş və ona başına oyun açdığını demiş, İlyas isə onu tanımadığını, onunla heç bir iş görmədiyini bildirdiyi üçün aralarında mübahisə yaranmış, hətta onlar bir-biri ilə əlbəyaxa olmuşlar. Bu hadisələrə görə, 2020-ci ilin aprel ayında onu və İlyası işdən azad etmişlər. Bundan sonra hamı kənarda qaldığı üçün Zaur pulu ondan tələb etməyə başlamışdır. Qeyd etmək istəyir ki, Zaurdan aldığı 100000 manatdan savayı, 2019-cu ilin iyul ayından həmin ilin dekabr ayının sonunadək olan müddət ərzində Zərərçəkmiş şəxs hissə-hissə olmaqla ona təxminən 32000 manat pul vermiş və həmin pullar 2019-cu ilin dekabr ayının sonunadək binaya elektrik yuvalarının, xəttlərin, kabellərin çəkilməsi,yolun kəsilməsi və sair işlərə görə 25000 manatlıq xərc çəkilmişdir. Zərərçəkmiş şəxs ümumiyyətlə ona 132000 manat vermiş, 10000 manat isə çəkdiyi əziyyətə görə onun özünə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı tanıyır. Belə ki, 2019-cu ilin aprel ayında "xxxx" MTK-nın rəhbərləri olan Şahid7 və Şahid6 ondan MMC-nin inşa etdiyi binanın "xxxx" ASC-nin elektrik sisteminə qoşulması üçün məsələni həll etməyi xahiç etmişlər. Belə ki, onlar həmin ASC-yə müraciət etsələrdə həmin işlərin görülməsi üçün tələb olunan vəsait Fuadgili qane etməmiş, bu səbəbdən bu işlərin daha ucuz görülməsi üçün altenativ variantlar axtarmışlar. Onun "xxxx" ASC-də Qabil adlı qohumu işləyirdi. Bu məsələ ilə əlaqədar o Qabilə müraciət etmiş, Qabil isə onu "xxxx" ASC-nin tədris mərkəzində işləyən Təqsirləndirilən şəxsla tanış etmişdir.Sonuncu bu məsələni qanuni şəkildə həll edəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs bu işləri görmək üçün MTK-nın baş direktoru Şahid7 tərəfindən imzalanmış etibarnamə verilmişdir.Etibarnamə verilənədək işlərin görülməsi ilə bağlı Telmanla qiymət danışılmış, ilkin olaraq Telman ondan 155000 AZN istəmiş, lakin sonda qiyməti 142000 AZN-ə razılaşmışlar. Bu məbləğdən sənədləşmə aparılması üçün "xxxx" ASC-nin hesabına köçürmək üçün hissələrlə Telmana 20 min manat, bir, 40 min manat və 40 min manat bir ödənişlər etmişdir. 2019-cu ilin aprel ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində Telman 20000 manat, həmin ilin iyul ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 40000 manat, bundan bir-neçə gün sonra Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 830, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 40000 manat pulun ödənişlərinə dair çekləri Telman ona təqdim etmişdir. Telman özü məşğul olurdu bu işlərlə, Telmanın kiminlə bu işləri görməsindən xəbəri olmamışdır. 2019-cu ilin avqustun ayının ortalarında Təqsirləndirilən şəxs ona texniki şərti təqdim etmiş, o da həmin sənədləri "xxxx" MTK-nın təsisçisi Şamil Xubayevə vermişdir.Bu lahiyə üçün Telman ondan əlavə olaraq 5000 azn aldı. Həmin ilin avqustun axrlarında, sentyabrn əvvəllərində "xxxx" MMC tərəfindən inşa edilən binaya elektrik xəttlərinin çəkilməsi və elektrik sayğaclarının quraşdırılması adı ilə Təqsirləndirilən şəxs özü tərəfindən dəvət edilmiş fəhlələrin cəmiyyətin ərazisində işlər görmələri barədə görüntülər yaratmaqla rəsmi qeydiyyatı olmayan sayğaclar alaraq cəmiyyətin ərazisinə gətirib qoymaqla 2019-cu lin sentyabr ayından 2019-cu ilin dekabr ayınının sonunadək müxtəlif vaxtlarda ondan "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində əvvəl 15000 manat, "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 1500 manat, bundan sonra "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 2000 manat, bundan sonra "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 5000 manat, bundan sonra "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 4000 manat, bundan sonra "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 3000 manat, "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının ikinci mərtəbəsində 6500 manat olmaqla ümumi olaraq 37000 manat pulunu almışdır. Ümümulikdə Telman ondan 142000 manat pul almışdır. Bu pullar "xxxx" MTK-nın pulları idi. Təqsirləndirilən şəxs tərəfindən MTK-nın binasına elektrik xəttlər çəkilmiş, şəkilləri də onun telefonuna atılmışdır. Həmin xəttin çəkilməsi ilə bağlı sonradan hesablama aparmış, təxminən 10-12 min manat xərc təşkil edilmişdir. O işlərin ləngiməsi ilə əlaqədar tez-tez Telmanı zəng edərək artıq işlərin tamamlanmalı olduğunu ona demişdir. Telman isə seçkilərlə bağlı olaraq işlərin ləngidiyini bəhanə gətirmişdir. Telmanın hərəkətlərindən şübhələnərək Nəsimi rayon "xxxx" ASC-nin inzibati binasına gedərək Telmanın ona verdiyi texniki şərtə dair sənədləri ora təqdim etmiş, lakin ona cavab vermişlər ki, texniki şərtə aid sənədlər saxtadadır. Dərhal Telmana zəng edib məsələni ona bildirmişdir. Telmanla növbəti gün görüşüb İlyas adlı sənədləri həll edən şəxsin iş yerinə getmişlər. Orada Telman sənədləri İlyasa təqdim edərək bu sənədlərin, yəni texniki şərtin saxta olmasının səbəbini soruşmuşdur. İlyas isə etiraz edərək bu sənədlərin heç birində onun imzası olmadığını, bu sənədləri hazırlamadığını bildirmişdir, hətta orada Telmanla İlyas bir-birini söyüb təhqir etmişlər, az qala əlbəyaxa olmuşlar. Lakin o onları aralayaraq Telmanla oradan çıxmışlar. Telman İlyasla mübahisə etdiyi zaman bir sənəd göstərmişdir ki, həmin sənəd də İlyas 125000 min pulu qəbul etdiyini yazmaqla imzasını qoymuşdur, lakin İlyas həmin sənədin və oradakı imzanın ona heç bir aidiyyatı olmadığını bildirmişdir. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət etmiş, istintaqın gedişatında tutulmasından qorxaraq Telman dəyəri 75000 manat olan ev vermiş, anasının ad gününə aldığı 1000 manat dəyərində qızıl-zinət əşyaları vermiş, həmçinin 2500 manata qiymətləndirdiyi dronu vermişdir. Həmin dron ona lazım deyil, onu ödəmə kimi qiymətləndirmir. Məcbur qalmışdır ki, "xxxx" MTK-nın ziyanı olan 142000 manatı şəxsən ödəsin.Belə ki, MTK Telmanın gördüyü heç bir işi və aldığı sayğacları qəbul etmir, çünki sayğaclar "xxxx" ASC-də qeydiyyatdan keçməmişdir. Bu səbəbdən zərərçəkmiş şəxs özüdür. İbtidai istintaq zamanı Telman ona cəmi 500 manat pul ödəmiş və Telmanın ona hal-hazırda 65500 manat borcu qalmış, həmin pulu Telmandan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Mirhüseyn oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 1989-cu ildən işləyir, 2016-cı ildən cəmiyətin Texniki Departamentində Texniki Şöbənin rəisi vəzifəsində işləyir. Rəhbərlik etdiyi şöbə cəmiyyətin ümumi konsepyiasını, cari iş planlarını tərtib və işlənilməsini, daxil olmuş müraciətlərin baxılmasını, görülmüş işlərin ümumləşdirilməsini və buna aid müvafiq təkliflərin hazırlanması, eləcə də hesabtların hazırlanması ilə məşğuldur. Onların cəmiyyətində texniki şərtlərin verilməsi komissiyası fəaliyyət göstərir. Həmin komissiya cəmiyyətin elektrik xətlərinə qoşulması barədə müxtəlif fiziki və hüquqi şəxslərdən daxil olmuş müraciətlərə baxır və bununla əlaqədar öz rəyini verir. O da, həmin komissiyanın üzvüdür. 2020-ci ilin mart ayında Səbail rayon polis idarəsinin əməkdaşları iş yerinə gələrək ona "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasına "xxxx" ASC-ti tərəfindən tərtib edilmiş texniki şərti, yəni elektrik xətlərinə qoşulmasına dair icazəni ona təqdim etmişlər. O, sənədlə tanış olan zaman sənədin əslinin təqdim edilməsini xahiş etmiş, lakin sənədin əsli verilməmişdir. Bundan sonra o, təqdim olunmuş «Texniki Şərt» №TX-19/0624 nömrəli xx.xx.2019-cu il tarixli sənədlə tanış olaraq müəyyən etmişdir ki, həmin sənəd onlara məxsus deyil və sənəd surətçıxarma vasitəsi ilə müxtəlif sənədlərdən hazırlanmışdır. Belə ki, sənədin birinci vərəqəsində qoşulacaq «TM №509» transformator məntəqəsinin ünvan 3 ünvanında yerləşdiyi göstərilsə də, ikinci vərəqdə inşa edilən binanın «TM №244» transformator məntəqəsi hesabına aparılacağı göstərilmiş, sənədin üçüncü vərəqəsində isə yaşayış binasının Bakı şəhərində yerləşməsinə baxmayaraq sənədin cəmiyyətin X23 Təchizatı və Satışı İdarəsinə verilməsi göstərilmişdir. Bütün bunları o, rəhbərliyə bildirdikdən sonra həmin sənəd reyestrdə yoxlanılmış və "xxxx" ASC-ti tərəfindən "xxxx" MMC-nə heç bir texniki şərt verilmədiyi təsdiq olunmuşdur. O, "xxxx" MMC-nin rəhbərliyini tanımır, 2020ci ilin mart ayınadək "xxxx" MMC-nin rəhbərliyi tərəfindən onların cəmiyyətinə heç bir müraciət edilməmişdir.Həmçinin onun imzası olan sənədin hissəsi başqa bir sənədə aiddir və saxtalaşdırmaq yolu ilə saxta sənədlərə əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. O, 2017-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsi etmişdir. Həmin vaxt 23 yaşı olduğu üçün MMC-nin fəaliyyətini Şahid6 həyata keçirmişdir. Həmin vaxt MMC ünvan 4 ünvanda yerləşən "xxxx" MMC tərəfindən 1 bloklu 16 mərtəbəli yaşayış binasının inşasını başlamışdır. Binanın transformatorun qurulması, mənzillərin işıqlandırılması, sayğacların quraşdırılması üçün dayısı Şamil tanışı Zərərçəkmiş şəxs müraciət etmişdir. Sonuncu "xxxx" ASC-də əlaqələrinin olmasını bildirmişdir. Məhz Zərərçəkmiş şəxs "xxxx" ASC-də tədris mərkəzində işləyən Təqsirləndirilən şəxs çıxmış, onu dayısı Şamilə təqdim etmiş və bundan sonra Təqsirləndirilən şəxs "xxxx" MMC adından obyektin enerji ilə təmin edilməsi üçün dayısının xahişi ilə etibarnaməni o vermişdir. Həmçinin Zaura bu işlərin görülməsi üçün hissə-hissə mühasibatlıqdan 142.000 manat pul ödənilmişdir. Zaur hər dəfə mühasibatlıqdan pul götürdükdə ora qəbz vermişdir. Zaur alınan pulun müqabilində müəyyən işlər görmüşdür. Yəni, həyətdəki transformatordan binanın zirzəmisinə qədər elektrik kabelləri çəkdirmiş, sayğaclar gətizdirmiş və bununla da onun gördüyü işlər bitmişdir. İşlərin yubandığı üçün Zaura o və dayısı irad tutmuşlar. Zaur isə onlara bildirmişdir ki, Telman adlı şəxs ona saxta lahiyə vermiş və onun Telmana verdiyi 142.000 manatı məhz Telman mənimsəmişdir. Dayısı Zaurun bu sözlərini qəbul etməmiş, pulun məhz Zaurun özünə verildiyini bildirərək pulları geri tələb etmişdir. Zaur bu iradı qəbul edərək MMC-dən aldığı 142.000 manat pulu MMC-yə tam ödəmişdir. Bu səbəbdən Zaura qarşı MMC-nin heç bir şikayəti və tələbi yoxdur. Bundan sonra MMC rəsmi qaydada "xxxx" ASC-yə müraciət edərək elektrik xətlərinə qoşulmaq üçün icazə alaraq müvafiq işlərini görmüşdür. Qeyd etmək istəyir ki, Zaurun Telman vasitəsilə gətizdirdiyi sayğacların da "xxxx" ASC-də qeydiyyatda olmadığı müəyyən edilmiş, faktiki o sayğaclar da yararsız olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisinin sualı ilə bağlı bildirir ki, MMC "xxxx" ASC-nin bank hesabına bu işlə bağlı pul köçürməmiş, 142.000 manatın hamısı birbaşa Zərərçəkmiş şəxs verilmiş və sonuncu həmin məbləği MMC-nin kassasına özü şəxsən nağd pul verərək ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla yalnız bir dəfə telefon danışıqları olmuşdur. Zərərçəkmiş şəxs isə tanıyır. Belə ki, o, 2017-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini bacısı oğlu Şahid7 adına təsis etdirmiş və MMC-nin fəaliyyətinə faktiki rəhbərliyi o özü etmişdir. MMC 2018-ci ilin əvvəllərində ünvan 1 ünvanda yerləşən 1 bloklu 16 mərtəbəli yaşayış binasının inşasına başlamış, binanın enerji ilə təmin edilməsi üçün tanışı Zərərçəkmiş şəxs müraciət etmiş və ona bu məsələnin həlli üçün mühasibatlıqdan hissəhissə 142.000 manat pul ödənilmişdir. Artıq dəqiq xatırlamır, ya Zaura, ya da ki, Təqsirləndirilən şəxs bu işlərin görülməsi üçün etibarnamə də verilmişdir. Zaur öhdəsinə binaya xarici elektrik şəbəkəsinin təchizatı, texniki şərtin və layihənin alınması, həmçinin sayğacların quraşdırılmasını götürmüşdür. Lakin müəyyən müddət keçməsinə baxmayaraq bu işlər görülməmiş, Zaurun ona təqdim etdiyi texniki şərt və lahiyə "xxxx" ASC-yə təqdim edildikdə həmin sənədlərin saxta olması müəyyən edilmişdir. Məhz həmin vaxt o, Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu guya pulları hansısa bir başqa şəxsə verdiyini, həmin şəxsin onu aldatdığını bildirmişdir. Bundan sonra Zaurdan pullarını geri tələb etmiş, Zaur da 142.000 manat pulu MMC-yə tam ödəmişdir. Düzdür, Zaur tərəfindən kabel üçün tranşey qazdırılmış, hansısa bir kabel çəkilmiş, hətta sayğaclar gətirilmiş, lakin bunların hamısı sonradan binayə rəsmi qaydada işıq çəkən "xxxx" ASC tərəfindən dəyişdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Azərişıq» ASC-nin Texniki Departamentinin müdir müavini Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin tədris mərkəzinin müəllimi kimi tanımış, zərərçəkmiş şəxsi isə tanımır. Ona müstəntiq tərəfindən X23 Təchizat idarəsinə verilmiş bir texniki şərtə dair sənədlər təqdim edilmişdir. Texniki şərtin birinci vərəqində onun imzası olmuşdur. Həmin imza hansısa texniki üsulla həmin vərəqə hopdurulmuşdur. Çünki reallıqda belə bir texniki şərt mövcud olmamışdır. Texniki şərtə əlavə olunmuş sənədlər də saxta olmuşdur. Həmin sənədlərdə çap etmə şriftləri fərqli olmuşdur. Qeyd etmək istəyir ki, istənilən obyektin enerjiilə təmin edilməsi qaydası aşağıdakı kimidir. Obyektin sahibi texniki şərtlə bağlı "xxxx" ASC-nin sədrinin adına ərizə təqdim etməli və obyekt üçün tələb olunan şərtləri təqdim etməlidir. Yalnız bundan sonra "xxxx" ASC-nin müvafiq qurumları tərəfindən sənədləşmə aparılır, texniki şərt və lahiyə tərtib edilir, rəhbərlik tərəfindən təsdiq edilir və yalnız bundan sonra praktiki işlər görülür. Təqsirləndirilən şəxs bu işlərin görülməsi üçün heç bir səlahiyyəti olmamışdır. Həmçinn qeyd etmək istəyir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-yə 142.000 manat pulun köçürülməsinə dair heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi tanıyır, Təqsirləndirilən şəxs isə tanımır, onu bu gün məhkəmədə görmüşdür. Belə ki, o, Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1 korpus 10, 45 saylı evi 09.07.2-21-ci il tarixdə 75000 manata almışdır. Zaurun pulun nağd şəkildə şəxsən Zaura ödəmişdir. Bu iş üzrə bildiyi budur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, 2017-ci ildə kənd təsərrufatı ilə məşğul olmaq məqsədi ilə Xaçmaz rayonunun Yalama kəndində 1.507 hektar sahəsini alaraq orada tikinti işləri aparmaq qərarına gəlmişdir. Bütün sənədləşmə işlərini apardıqdan sonra orada aparılacaq işlərlə əlaqədar 2019-cu ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək sahədə transformator quraşdırılmasını və həmin transformatorun «Yalama» yarımstansiyasına qoşulmasını xahiş etmişdir. Bundan sonra "xxxx" ASC-nin əməkdaşları gələrək müvafiq texniki işləri aparmış, o isə müvafiq sənədləri toplayıb təqdim etmişdir. Onun müraciəti əsasında bütün hazırlıq işləri görüldükdən sonra o, bank vasitəsi ilə ödəniş etmiş, sonra isə "xxxx" ASC-nin əməkdaşları əraziyə bir ədəd transformator gətirib quraşdırmışlar, bundan sonra kabellər çəkərək həmin transformatoru «Yalama» yarımstansiyasına qoşmuşlar. Texniki yoxlanış keçirildikdən sonra transformator işə salınmış, sonra transfomatorun quraşdırılması və yaırmstansiyaya qoşulması ilə əlaqədar ona «Texniki Şərt №TX-19/0624» nömrəli xx.xx.2019-cu il tarixli sənəd verilmiş və ohəmin transformatordan istifadə etməyə başlamışdır. Bundan başqa Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin rəhbərliyini tanımamış və sonuncularla heç bir münasibəti yoxdur, Təqsirləndirilən şəxs tanımır və sonuncu ilə heç bir münasibəti yoxdur, “Texniki Şərt №TX-19/0624» nömrəli sənəd xx.xx.2019-cu il tarixdə ona verilmişdir, həmin sənədin başqa vaxtı və başqa şəxslərə hansı səbəbdən verilməsini, kimin tərəfindən verilməsini bilmir. Məhkəmədə elan edilib araşdırılmış X11 ibtadi istintaq orqanına verdiyi izahatından müəyyən olunur ki, onun Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi olmamış, sonuncu ona hər-hanı bir sənədin hazırlanması, ünvan 5 ünvanda yerləşən "xxxx" MMC-nin texniki şərtin verilməsi üçün müraciət etməmiş və pul verməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında aktın surətindən müəyyən olunur ki, X18 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidlər ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Baş Prokuroruna ünvanlanan ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin inşa etdirdiyi çoxmərtəbəli yaşayış binasına elektrik təchizatı işlərinin yerinə yetirilməsi üçün "xxxx" ASC-ti tərəfindən texniki şərtin, layihənin hazırlanması və sayğacların gətirilib quraşdırılması barədə X8 yalan vədlər verərək 142000 manat ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 5- 02/05/743 saylı məktubundan müəyyən olunur ki, "xxxx" MMC elektrik enerjisinin təhcizatı ilə bağlı texniki şərtin və işçi layihənin hazırlanması ilə əlaqdar "xxxx" ASC-yə müraciət etməmiş və bununla bağlı həmin müəssisəyə Səhimdar Cəmiyyətin Texniki Departementi tərəfindən texniki şərt verilməmiş və müəssisə tərəfindən ASC-nə heç bir pul vəsaiti köçürülməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-nin 157000/2-549 aylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, "xxxx" ASC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialında olan hesabından götürülmüş əməliyyatlara əsasən "xxxx" MMC-i tərəfindən "xxxx" ASC–nə xx.xx.2019-cu il tarixli №TT**********000 nömrə qəbzlə 20000 manat, xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbzlə 40000 manat, xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbzlə 40000 manat pul köçürülməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-nin 5-01/05-11/660 saylı, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin tədris mərkəzində “Elektrik quraşdırma ixtisası” üzrə nəzəri və praktiki dərslərin tədrisinə təlimçi qismində xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək mülki müqavilə əsasında cəlb edilmiş, müqavilədə nəzərdə tutulan işlərin yekunlaşması ilə əlaqədar müqavilə müddəti uzadılmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, 2019-cu ilin aprel ayının ortalarından başlamaqla "xxxx" MMC-nin xarici elektrik təchizatı işlərinin tam yerinə yetirilərək "xxxx" ASC-nin balansına təhvil verilməsi şərti ilə MTK-dan almış olduğu 142.000 manat pulu "xxxx" ASC-nin tədris mərkəzinin müəllimi işləmiş Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək verdiyi vədə əməl etməmişdir. Bundan sonra o MTK-dan aldığı pulları qaytarmış, MTK-ya hər hansı bir məbləğdə maddi ziyan dəyməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin 12/2020 saylı, 6.04.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, MMC-yə heç kim tərəfindən maddi ziyan dəyməmişdir və MMC-nin bu barədə heç kimə qarşı iddia və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-nin həyətində yerləşən 18 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən sayğaclara baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin elektrik sayğacları ümumilikdə 13 ədəd karton qablarda olmaqla, hər birində 10 ədəd sayğac yerləşdirilmişdir. MTK-nın işçisi həmin sayğacları 2019-cu ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs və “Pikap” markalı avtomobilin sürücüsü ilə birlikdə gətirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «götürmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2019-cu ilin arprel ayından 2019-ci ilin dekabr ayınadək "xxxx" MMC-nin xarici elektrik təchizatının yerinə yetirilməsilə bağlı Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla, hissə-hissə aldığı 142.000 manat puldan aldığı komplekt olan 2 ədəd qızıl sırğaları, bir ədəd qızıl üzüyü, bir ədəd qızıl klonu ilə birlikdə qızıl sepi, DJİ İnspıre markalı GLİ 658 C modelli bir ədəd dronu, atası X4 adına aldığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 mədən korpus 30 ünvanda yerləşən mənzilin sənədlərini və "xxxx" MMC-nin xarici elektrik təchizatının yerinə yetirilməsi ilə bağlı saxta üsullarla texniki şərt hazrladığı bir ədəd Dell markalı notebuk təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs atası X4 Bakı şəhəri Səbail RPİ-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 mədən korpus 30 ünvanda yerləşən 5 otaqlı mənzili oğlu tərəfindən dəymiş ziyandan çıxılması məqsədilə Zərərçəkmiş şəxs adına keçirilməsinə heç bir etirazı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, bir ədəd Dell markalı notebuk tipli kompryuter zərərçəkmiş şəxsə verilməsi üçün X12 tərəfindən təhvil almışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, 2 ədəd qızıl sırğalar, bir ədəd qızıl üzük, bir ədəd qızıl klonu ilə birlikdə qızıl sep, DJİ İnspıre markalı GLİ 658 C modelli bir ədəd dron zərərçəkmiş şəxsin nümayəndəsi X9 təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/652-5/519 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş xx.xx.20219-cu il tarixli TX-19/0624 saylı Texniki Şərtin kserosurətinin axırıncı vərəqəsində “Şahid5” yazısından əvvəl əks olunmuş imza- Şahid5 tərəfindən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim edilmiş xx.xx.20219-cu il tarixli TX-19/0624 nömrəli Texniki Şərtin kserosurətinin axırıncı vərəqəsində “Şahid4” yazısından əvvəl əks olunmuş imza- Şahid4 Mirhüseyin oğlu tərəfindən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim edilmiş xx.xx.20219-cu il tarixli TX-19/0624 nömrəli Texniki Şərtin kserosurətinin axırıncı vərəqəsində “Şahid3” yazısından əvvəl əks olunmuş imza- X15 tərəfindən icra olunmuş imzanın əksidir. Tədqiqata təqdim edilmiş xx.xx.20219-cu il tarixli TX-19/0624 nömrəli Texniki Şərt adlı sənədin surətinin 1, 4, 5-ci vərəqələrindəki çap mətni, möhür əksi və imzalar elektrofotoqrafik çoxaldıcı çap qurğusunda çap edilmişdir. Tədqiqata təqdim edilmiş xx.xx.20219-cu il tarixli TX-19/0624 nömrəli Texniki Şərt adlı sənədin surətinin 2 və 3-cü vərəqələrindəki çap mətni axınlı çoxaldıcı çap qurğusunda çap edilmişdir. Tədqiqata təqdim edilmiş xx.xx.20219-cu il tarixli TX-19/0624 nömrəli Texniki Şərt adlı sənədin surətinin 1-ci vərəqəsindəki möhür əksinin tsəviri ekspertizaya təqdim edilmiş "xxxx" ASC-nin Texniki Departamentinin tərkibində “X1 Təşkili Sektorunda istifadə edilmiş möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş xx.xx.20219-cu il tarixli TX-19/0624 nömrəli Texniki Şərt adlı sənədin surətinin 1, 4, 5 və 2, 3-cü vərəqlər hazırlanma üsüluna və şriftinə görə fərqlənir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2730 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvəllər, cinayəti törədən vaxt və hazırda “üzvi şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədən zaman onda “üzvi şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən “üzvi şəxsiyyət pozuntusu” öz dərəcəsinə görə, onu törətdiyi əməl dövründə öz əməlin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəisndə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətdiyi əməl dövründə öz əməlin faktiki xarakterini və içtimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nni 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə verdiyi vəsatəti əsasında təkrar stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 57 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “üzvi şəxsiyyət pozuntusu (uşaq serebral iflicinin qalıq əlamətləri)” kimi psixi patologiyadan əziyyət çəkdiyindən cinayət əməlini törətdiyi dövürdə hərəkətlərininfaktiki xarakterini və içtimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. E.Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmədə elan edilib araşdırılmış 33 saylı Şəhər Polikilinikasının Psixatriya kabinetinin 133 saylı, 18.05.020-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs “baş beyinin üzvi xəstəliyinin (USJ) qalıq əlamətləri, intellektiv gerilik ilə qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunmuş və Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2005, 2008 və 2016-cı il təvəllüdlü ikisi azyaşlı olmaşqla üç uşaqları vardır. Məhkəmədə tədqiq olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, atası X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə tövsif etmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətmiş, vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, və 313-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətməsi qismən olaraq öz ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Lakin, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-nın 313cü maddəsində nəzərdə tutulan cinayətə görə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin məcəllənin 15.3-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayətlər CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Azərbaycan Respublikası CM-nin 75.1, 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəl edilə bilməz. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən isə müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən verilmiş ittihamdan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsini 2019-cu ilin aprel ayının ortalarından 2019-cu ilin dekabr ayının sonunadək törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CMnin 313-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Məhkəmədə çıxış edən dövlət ittihamçısı da Təqsirləndirilən şəxs CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinməsini xahiş etmiş, lakin cəlb müddəti keçdiyi üçün Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməməsini təklif etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs, ona istinad edilən Azərbaycan Respublikası CM-nın 313-cü maddəsində nəzərdə tutulan əmələ görə, Azərbaycan Respublikası CM-nin 75.1, 75.1.1, 75.1.2 və 75.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs dələduzluq cinayət əməlinə görə, CM-nin 178.3.2-ci maddəsi ilə cəza təyin etdikdə Azərbaycan Respublikası C-nin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin etməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2005, 2008 və 2016-cı il təvəllüdlü uşaqlarının olmasını, dəymiş ziyanın 79000 manat hissəsinin ödəməsini, “üzvi şəxsiyyət pozuntusu (uşaq serebral iflicinin qalıq əlamətləri)” kimi psixi patologiyadan əziyyət çəkərərk, CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsini və bu xəstəliyə görə İ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 60-cı maddəsinə əsasən CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi Hissəsinn müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X5 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X14 islah olunması Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkündür. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə nəzərə alır ki, CM-nin 15-ci maddəsinə uyğun olaraq V.Bağırovun ittiham olunduğu CM-nin 178.3.2-ci maddəsi ağır, 313-cü maddəsi isə böyük təhlükə törətməyən cinayətlərə aiddir. Təqsirləndirilən şəxs ona ittiham olunan Azərbaycan Respublikası CMnin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Belə ki, CM-nin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olmaqla Zərərçəkmiş şəxs qarşı 2019-cu il tarixdə vəzifə saxtakarlığı törətmişdir. Azərbaycan Respublikası CM-nin 75-ci maddəsi ilə nəzərdə tutulmuş 02 il müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəzadan azad olunmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübutlar- cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbz, xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbz, xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbz, TX-19/0147 nömrəli xx.xx.2019-cu il tarixli «Texniki Şərt»in surəti cinayət işinin materiallarında salanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1 və 75.1.2-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 178.3.2-ci maddəsi ilə 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilir. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzlər və «Texniki Şərt»in surəti cinayət işinin materiallarında salanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar