Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-193/2025 13.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X7, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 66.5-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay müddətinə azaldılmış və məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında 13 fevral 2025-ci il tarixdə saat 14:50-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 4,002 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsi 5 ünvanına daşımış, 14 avqust 2023-cü il tarixdə saat 07:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında özünü şübhəli apardığı üçün saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 4,002 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 2,096 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsi 27 ünvanına daşımış, 18 oktyabr 2023-cü il tarixdə saat 00:10 radələrində ünvan 6anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsi 27 ünvanının qarşısında özünü şübhəli apardığı üçün saxlanılaraq, ünvan 5 ünvanında yerləşən ünvan 6anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 2,096 qram olan qəhvəyi rəngli tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 14 avqust 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsində motosikletlə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt yanında başqa bir nəfər tanışı da olmuşdur. Polis əməkdaşları özlərini təqdim edib onun da özünü təqdim etməsini istədikdən sonra üzərinə baxış keçiriləcəyini dedikdə razılaşmış, bundan sonra onun üzərində şəxsi axtarış və baxış keçirilmiş, ardınca 2 dəfə motosikletə də baxmışlar. Polis əməkdaşlarından biri həmin motosikletdə narkotik tərkibli maddə aşkarlandığını deyib Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə getməli olduqlarını bildirdikdən sonra həmin polis bölməsinə aparılmışdır. Polis əməkdaşları 23-cü Polis Bölməsində ona fiziki zor tətbiq etdikdən sonra aşkarlanmış narkotik tərkibli maddənin ona məxsus olduğunu deməyi tələb etmiş, daha sonra məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 18 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsində yaşadığı evdə olarkən 8-9 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, polis əməkdaşları özlərini təqdim etdikdən sonra üzərində olan əşyaları təqdim etməsini tələb etdiklərindən, o, üzərində olan mobil telefon və şəxsiyyət vəsiqəsini təqdim etmiş və daha sonra o, Bakı şəhəri ünvan 6anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparılmışdır. Həmin polis şöbəsində polis əməkdaşları tərəfindən ona təqdim edilmiş narkotik tərkibli maddənin özünə məxsus olmasını bildirmək tələb edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən aşkarlanmış mobil nömrənin ona yox, Bakı şəhəri, Nizami qəsəbəsi, Keşlə qəsəbəsində yaşayan Kərim adlı şəxsə məxsus olduğunu, Kərim adlı şəxsin narkotik tərkibli maddələrdən istifadə etdiyini, lakin satışı ilə məşğul olub-olmadığını bilmədiyini, şəxsi axtarış və baxış zamanı üzərindən aşkarlanmış ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu müstəntiqə söylədiyini, Kərim adlı şəxsin həmin mobil nömrəni satışa çıxardığını, mobil nömrə ləğv edilməsin deyə mobil telefonuna daxil etməsini ondan xahiş etdiyini, uşaqlıqdan tanıdığına görə Kərim adlı şəxsin bu xahişindən imtina etmədiyini, mobil telefonunda 2 mobil nömrədən istifadə edə bildiyindən, razılaşdığını, xalasının evinin Keşlə qəsəbəsində məscidin yanında yerləşdiyini, qeydiyyatda olduğu ünvanın Bakı şəhəri, Nəsimi rayonu ərazisi olduğunu bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ona CM-in 234.4.2-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ay əvvəl narkotik vasitə heroin istifadə etməyə başladıqda, Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslə tanış olduqdan sonra sonuncu şəxs narkotik vasitə və ya psixotrop maddə lazım olan zaman ala biləcəyini söylədiyindən, o da həmin şəxsdən qeyd etdiyi predmetləri almış, narkotik vasitəni aldıqdan sonra münasib yer taparaq orada istifadə etmişdir. 14 avqust 2023-cü il tarixdə saat 07:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsində olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olması və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu söyləmiş, polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddəni haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan yerdən tanıdığı şəxsdən 80 manata aldığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də, heç nə aşkarlanmamışdır. Bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzalamışdır. Bundan başqa, 17 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Yasamal rayonu “Kubinka” adlanan yerə gedərək həmin şəxsi tapıb sonuncu ilə görüşmüş, orada həmin şəxsə 20 manat pul verib ona narkotik vasitə heroin gətirməsini istəmiş, təxminən 10 dəqiqə sonra həmin şəxs ona 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini gətirib vermişdir. O da narkotik vasitə heroini əynində olan boz rəngli cins şalvarın sol yan cibinə qoymuşdur ki, lazım olduqda istifadə etsin. 18 oktyabr 2023-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsi 27 ünvanının qarşısında olarkən mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu ünvan 6anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olması və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsini söylədikdə, gizlətməsinin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı 01 ədəd sellofan bükümü və sağ yan cibindən “Samsung” markalı mobil telefonu, özünə məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu “Kubinka” adlanan yerdən tanıdığı şəxsdən 20 manata aldığını söyləmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, heç nə aşkarlanmamışdır. Bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzalamışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143-cü və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 14 avqust 2023-cü il tarixdə xidmətdə olarkən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs həmin polis idarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş, orada təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış istintaq hərəkəti aparılmağa başlanmış, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olub-olmamasını, olduğu təqdirdə, təqdim etməsi bildirildiyindən, sonuncu üzərində olan 01 ədəd bükümdə narkotik tərkibli maddə və 20 manat pulu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik tərkibli maddə heroin olduğunu, həmin narkotik tərkibli maddəni Bakı şəhəri, Nəsimi rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 80 manat qarşılığında əldə etdiyini bildirmiş, 20 manat pul Təqsirləndirilən şəxs qaytarılmış, aşkarlanmış 01 ədəd bükümdə narkotik tərkibli maddə isə lazımi qaydada qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid Rəşad Aslanov polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq edilmədiyini, ona əməliyyat məlumatının daxil olmadığını, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşlarının Təqsirləndirilən şəxs saxlayaraq Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirdiklərini, sonuncunun üzərində şəxsi axtarış və baxış keçirilməsində iştirak etdiyini, hadisədən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs üzərindən hansı növ narkotik tərkibli maddənin aşkarlandığını xatırlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisədən uzun müddət keçdiyindən baş verənləri xatırlamır, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra ona verilən suallara cavab olaraq ibtidai istintaqda olan ifadənin ona məxsus olduğunu, həmin ifadəni təsdiq etdiyini, saxlanılarkən Təqsirləndirilən şəxs və digər polis əməkdaşına qarşı heç bir müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsi 27 saylı ünvanın yaxınlığında saxlayaraq ünvan 6anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil verdiklərini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsində iştirak etdiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik tərkibli maddə olan bükümü təqdim etdiyini, həmin narkotik maddə olan bükümün çəkisini xatırlamadığını, aşkarlanmış narkotik tərkibli maddənin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsi 27 saylı ünvanın yaxınlığında xidmətdə olarkən Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsində şübhələnilməsi ilə əlaqədar saxlamışlar. Hadisədən uzun müddət keçdiyindən hadisənin təfərrüatlarını dəqiq xatırlamır, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra ona verilən suallara cavab olaraq ibtidai istintaqda olan ifadənin ona məxsus olduğunu, shəmin ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsi 27 saylı ünvanın yaxınlığında saxladıqlarını, sonuncunun saxlanıldıqdan sonra ünvan 6anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparıldığını, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs nümayiş etdirməsi üçün heç bir narkotik maddə təqdim olunmadığını, Təqsirləndirilən şəxs Şahid1 ilə birlikdə saxladıqlarını, Təqsirləndirilən şəxs saxlanılmasında 8-9 nəfər polis əməkdaşının iştirak etmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində xidmətdə olarkən həmin polis idarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şübhəli bilindiyindən polis bölməsinə gətirilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində qanunsuz hər hansı bir əşya və ya maddənin olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol cibindən 01 ədəd bükümdə narkotik tərkibli maddə çıxarıb təqdim etmiş və həmin narkotik tərkibli maddəni Nəsimi rayonu ərazisində üzdən tanıdığı, lakin şəxsiyyət vəsiqəsi məlumatlarını bilmədiyi şəxsdən 80 manata öz şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 Təqsirləndirilən şəxs saxlanılması prosesində iştirak etmədiyini, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd içərisində narkotik tərkibli maddə olan sellofan bükümün aşkarlandığını, həmin bükümün içərisində olan narkotik tərkibli maddənin çəkisini bilmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Sərraf oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə səhərə yaxın vaxtda Təqsirləndirilən şəxs motosikletlə hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində məlumatlar portal vasitəsilə yoxlanıldıqda əvvəllər bir neçə dəfə məhkum edilməsi müəyyən edildiyinə görə şübhələnib saxlayaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə təhvil verilmiş, müvafiq raport tərtib edildikdən sonra xidməti fəaliyyətlərinə davam etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 digər epizod üzrə Təqsirləndirilən şəxs iştirak etmədiklərini, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində saxlanıldığını, Təqsirləndirilən şəxs motosikletinin aqibətini bilmədiyini və motosikleti bölməyə gətirmək kimi vəzifəsinin olmadığını, Təqsirləndirilən şəxs əməliyyat qrupunun polis bölməsinə apardığını, Təqsirləndirilən şəxs səhər vaxtı saxlanılmasının təhlükəsizlik kameralarından yoxlanmasının mümkün olduğunu, səlahiyyətləri olmadığına görə saxlanıldığı yerdə sonuncunun üzərinə baxış keçirilmədiyini, baxışın polis bölməsinə aparıldığını, saxlanılarkən Təqsirləndirilən şəxs yanında başqa şəxsin də olduğunu, lakin həmin şəxsin şəxsiyyətini xatırlamadığını, səhv etmirsə, həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığını, polis əməkdaşları Şahid7 və Şahid5 ilə birgə Təqsirləndirilən şəxs saxladıqlarını, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiqlədiyini, imzaların ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təzyiqin olmadığını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs o və digər polis əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid7 Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində saxlanıldığını, lakin dəqiq yeri xatırlamadığını, səhv etmirsə, Təqsirləndirilən şəxs saat 00:00-dan sonra saxlanıldığını, həmin yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamadıqlarını, mobil telefonunun yaxınlaşmış əməliyyat qrupunun üzvlərinə təhvil verildiyini, Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul götürülmədiyini, Təqsirləndirilən şəxs saxlanılarkən tək olmadığını, motosikleti və yanında olan şəxsi də polis bölməsinə apardıqlarını, uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs saxlanıldığı tarixi və vaxtı dəqiq xatırlamadığını, ibtidai istintaqdakı ifadəsini təsdiqlədiyini, həmin ifadəsindəki imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs şübhəli hərəkətlər etdiyinə və zahiri görünüşünə görə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində saxlanılıb Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 Təqsirləndirilən şəxs 3 nəfər polis əməkdaşından ibarət tərkibdə saxladıqlarını, həmin yerdə üzərində şəxsi axtarış və baxış keçirməyə hüquqları olmadığına görə Təqsirləndirilən şəxs polis bölməsinə apardıqlarını, üstündə hər hansı qanunsuz maddə olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs könüllü şəkildə etiraf etdiyini, 2023-cü ilin avqust ayında səhər saatlarında Təqsirləndirilən şəxs saxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs yanında başqa şəxsin də olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş şahid X9 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşadığından sonuncunu tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə o, Bakı şəhəri ünvan 6anov rayonu ərazisindən evə doğru gedərkən yolda motosiklet idarə edən Təqsirləndirilən şəxs görmüş, həmin vaxt o, sonuncudan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə getməsi üçün “Raboçi” deyilən əraziyə aparmasını xahiş etmiş, Keşlə qəsəbəsi ərazisindən keçərkən polis əməkdaşları saxlayıb onların üzərlərinə və motosikletə baxış keçirmişlər. Həmin vaxt hər ikisinin üzərindən və motosikletdən hər hansı qanunsuz predmet aşkarlanmamışdır. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs döydükdən sonra motosikletin arxasından bükümlər şəklində olan narkotik tərkibli maddələri çıxardıb həmin narkotik tərkibli maddələrin o və Təqsirləndirilən şəxs aşkarlanmasını söyləməklə bağlı təhdid etmişlər. O və Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibati binasında yuxarı mərtəbəyə aparılaraq orada polis əməkdaşları tərəfindən döyülmüş və həmin narkotik tərkibli maddələri üzərlərinə götürməyə məcbur edilmişlər. Məcbur qalaraq o, 3 qrama yaxın narkotik vasitə heroini, Təqsirləndirilən şəxs isə 4 qrama yaxın narkotik vasitə heroini müvafiq istintaq hərəkəti zamanı təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid Samir Cəfərov polis əməkdaşları tərəfindən şübhəli olduqlarına görə saxlanıldıqlarını, saxlanılarkən dərhal üzərlərinə və motosikletin “kuzasına” baxış keçirilsə də, heç nə aşkarlanmadığını, həm küçədə, həm də polis bölməsində polis əməkdaşlarının ona zorakılıq etdiklərini, polis əməkdaşlarının fiziki və psixi zorakılıqlarından sonra məcbur qalıb təqdim etdikləri narkotik vasitə heroinin onlara aid olmadığını, polis əməkdaşlarının onları təxminən 2023cü ilin iyul və ya avqust ayında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında, yəni saat 23:00-24:00 radələrində saxladıqlarını, polis əməkdaşlarının səhərədək onları şöbədə saxlayıb orada döyməyə davam etdiklərini, adını bilmədiyi 3-4 nəfər polis əməkdaşının o və Təqsirləndirilən şəxs döydüklərini, Keşlə ərazisindən döyə-döyə onları 23-cü Polis Bölməsinə gətirdiklərini, polis əməkdaşlarının onun mədəsi və baş-beyin ətrafına güclü zərbələr yetirdiklərini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs döyərkən sonuncunun səsini eşitdiyini, lakin həmin prosesi gözü ilə görmədiyini, polis əməkdaşları saxlayarkən Təqsirləndirilən şəxs üzərindən mobil telefonun aşkarlandığını, lakin sonuncunun mobil nömrəsini xatırlamadığını, üzərindən aşkarlanmış narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib saxlamaqla daşıdığına görə məhkum edildiyini, müvafiq hökmdən apellyasiya şikayəti verilmədiyini, həmin hökmün qüvvəyə mindiyini, Təqsirləndirilən şəxs “kuryer” kimi tanıdığını, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildiyini, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıyıb-daşımadığını bilmədiyini, Təqsirləndirilən şəxs heç vaxt narkotik tərkibli maddə almadığını, Təqsirləndirilən şəxs narkotik tərkibli maddə satıb-satmadığını bilmədiyini, saxlanılarkən kiminsə motosikletin arxasına bilə-bilə narkotik tərkibli maddə qoyub-qoymadığının şahidi olmadığını, lakin motosikletin arxasına narkotik tərkibli maddələrin ikinci dəfə baxış keçirilərkən aşkarlandığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:10-da Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsi 27 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri ünvan 6anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə tutulmuşdur. (Cild 1, iş vərəqə 14; 17-18) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” qərar və protokoldan, habelə xx.xx.2023-cü il tarixli “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkarlanmış, verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin maddəni “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs sağ yan cibindən AA ******* seriyalı şəxsiyyət vəsiqəsi, “Samsung” markalı mobil telefon, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisində kibrit dənələri olan kibrit qutusu aşkarlanmışdır. Daha sonra aşkar edilmiş həmin narkotik vasitəyə bənzər maddə qablaşdırılıb “224” nömrəli möhürlə möhürlənmişdir. (Cild 1, iş vərəqə 28; 29-31) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/5571 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №224...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, iştirakçılar: iki - imza, E.Quliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 2,096 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 2,096 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 2,046 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 39-43) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 66-67) Bakı şəhəri ünvan 6anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1500/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 101-105) xx.xx.2023-cü il tarixli Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən tələbnaməsindən, xx.xx.2011-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən, xx.xx.2021-ci il tarixli, 1(011)-378/2021 nömrəli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmündən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 66.5-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən isə CM-in 181.2.2-ci maddəsi xaric olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən onun cəzası 06 ay azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqə 116-119; 120-128; 129-137;138-141) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, 1/5806 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir. (Cild 1, iş vərəqə 142) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli, 19083 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 153) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə 07:05 radələrində 4 P/Sdə xidmət apararkən ünvan 11 ünvanın qarşısında 2 nəfər şəxsin özlərini şübhəli aparması və zahiri əlamətlərindən narkotik maddə istifadəçisinə bənzədiklərindən həmin şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmişdir. Polis bölməsində həmin şəxslərin Təqsirləndirilən şəxs və X11ması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 178) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 189; 190) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, həmin tarixli “Videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istitaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükülünü təqdim edib həmin bükülünün içərisində narkotik maddə olduğunu və Nəsimi rayonu ərazisindən anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 80 manat müqabilində aldığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd 20 manatlıq əskinas aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, 20 manatlıq əskinas isə özünə qaytarılmışdır. (Cild 1, iş vərəqə 197; 199- 200; Cild 2, iş vərəqə 7-8) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/4361 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,002 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 4,002 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 3,952 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 234-238) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqə 14-15) xx.xx.2023-cü il tarixli, 1(007)-343/2023 nömrəli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 31-36) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X10 xx.xx.2023-cü il tarixli, 5313 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə 63- 64) xx.xx.2023-cü il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılma istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,002 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmaqla (tədqiqata 0,050 qram sərf edildikdən sonra 3,952 qram çəkisi qalıq qalmış) saxlanması üçün Bakı şəhəri Nizami Rayon Polis idarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, həmin istintaq hərəkətinin videoçəkilişini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqə 86-88) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkarlanmamışdır. (Cild 2, iş vərəqə 114) xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi” haqqında protokoldan və protokola əlavə edilmiş cədvəldən görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən alınmış 01 ədəd “CD” formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 14:37:51-də ***-***-**-** saylı mobil nömrədən “Nəysə yekə oqlansan hörmətli ol mən xocesenen bura 10 manatdiq benzin yandırıb gəlmisəm abratnidan 10 yandırıb gedecem sene borcum var idi onan rashot elədim mən sözümde durub geldim”, xx.xx.2023-cü il tarixdə saat 16:06:47-də ***-***-**-** saylı mobil nömrədən “rasim adam kiwi olar, biz o cur lomkadayiq a kiwi, hardasan hecolmasa cvb ver.menem ayten”, xx.xx.2023-cü il tarixdə saat 21:56:08-də ***-***-**-** saylı mobil nömrədən “Rasim menem Ramazan ay gom acda ala Rasim. 19 manat pul duzub qoşmuşam”, xx.xx.2023cü il tarixdə saat 19:10:15-də ***-***-**-** saylı mobil nömrədən “Ay qaqash gelme.men gelirem ehmedliye gedirəm dush koroqkıda gözlə meni”, saat 19:16:41-də “Ala aimirdisa de alınırsa niye meni yalançı cixardineee”, xx.xx.2023-cü il tarixdə saat 12:36:50-də ***- ***-**-** saylı mobil nömrədən “Rasim sabah axsama elçinin pulunu catdr. Sabah axrinci gundu, eger pul çatmasa hec yaxsi yaxsi olmuyacağ.opsu 85 manat.” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. (Cild 2, iş vərəqə 116-120) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 8380 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə 131-132) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 3560 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqə 133-134) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci və 234.4.3-cü maddələrinə tövsif edilmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 4,002 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınmaqla, qalıq çəkisi 3,952 qram olan narkotik vasitə heroinin saxlanması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,096 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınmaqla, qalıq çəkisi 2,046 qram olan narkotik vasitə heroinin saxlanması üçün Bakı şəhəri ünvan 6anov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, həmin istintaq hərəkətlərinin videoçəkilişlərini özündə əks etdirən 02 ədəd “DVD” disk, eləcə də "xxxx" MMC-dən alınmış 01 ədəd “CD” disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 141-153) xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli nömrəli cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işinin ayrılmışdır. (Cild 2, iş vərəqə 155-156) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 161-162) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı məhkəməyədək icraat zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qızı məhkəmədə verdiyi ifadəsində hər iki dəfə saxlanıldıqda, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin əməkdaşları, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ünvan 6anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün verilmiş suallara cavab olaraq şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6 Sərraf oğlu, Şahid7 və Şahid5 Təqsirləndirilən şəxs qarşı tutulmazdan əvvəl və ya sonra hər hansı fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularkən bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını müəyyən etmək üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə, xx.xx.2023cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını dəqiqləşdirmək üçün həmin təcridxanaya sorğu verilib cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-20-10/2-3 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaq təcridxanasına daxil olarkən bədəni üzərində baxış keçirilmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq zədə aldığını bildirsə də, baxış zamanı bədənində yeni xəsarət izləri aşkarlanmamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 52/2-4347/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:45-də həmin polis idarəsinin müvəqqəti saxlama yerinə qəbul edilərkən üzərinə baxış keçirilən zaman hər hansı xəsarət aşkarlanmamışdır. Habelə, həmin məktuba əlavə edilmiş aktdan da görünür ki, müayinə zamanı onun bədəni üzərində xəsarətin aşkarlanmaması ilə bağlı qeyd aparılmış, bunu Təqsirləndirilən şəxs imzalamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-343/2023 nömrəli və Bakı şəhəri ünvan 6anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1500/2023 nömrəli qərarlarından görünür ki, müvafiq tarixlərdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmə qarşısında durarkən o, fiziki və ya psixi zorakılığın təsiri altında ifadənin alınmasına dair hər hansı dəlil irəli sürməmiş, habelə müdafiəçisi də həmin xüsusatı mübahisələndirməmişdir. Lakin, məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında mübahisələndirdiyindən, Bakı şəhəri ünvan 6anov rayon prokurorluğunda aparılmış müvafiq araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri ünvan 6anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və təhqir olunması təsdiqini tapmadığına görə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müvafiq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsi müəyyən edilməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə, habelə mənzilə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyildir. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı mübahisələndirib saat 07 radələrində yox, gecə vaxtı saxlanıldığını bildirmişdir. Məhkəmə həmin xüsusatı dəqiqləşdirmək üçün qeyd edilən tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarını şahid qismində dindirmiş, şahidlər Şahid6 Sərraf oğlu, Şahid7 və Şahid5 ifadələrində ibtidai istintaq dövründə verdikləri ifadələrini təsdiqləməklə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər vaxtı Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsində saxlanıldığını bildirmişlər. Məhkəmə qeyd edir ki, hər üç şahid məhkəməyədək icraat zamanı ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07:05-də saxlanıldığını bildirmişlər. Təqsirləndirilən şəxs birincə dəfə, yəni Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olduğunu bildirib irəli sürdüyü dəlili həmin mobil nömrələrin anten məlumatları ələ keçirildiyi təqdirdə, müəyyən ediləcəyini bildirdiyindən, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə saat 00:01-dən xx.xx.2023-cü il tarixdə saat 23:59-dək olan müddətdə həmin mobil nömrələrin anten dairəsinə dair məlumatların ələ keçirilməsinə dair qərar qəbul edilməklə icra olunması üçün "xxxx" MMC və "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-16619/24 nömrəli məktubu və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-9362/24 nömrəli məktubuna əlavə edilmiş diskə baxış zamanı təqsirləndirilən şəxsin dəlilini möhkəmləndirən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə iclasında elan edilməklə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-13-3/2- 22952/2024 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən xx.xx.2023-cü il tarixdə saat 00:01-dən xx.xx.2023-cü il tarixdə saat 23:59-dək olan müddətdə Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsi 5 ünvanında olan təhlükəsiz şəhər kameralarının görüntülərinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə həmçinin onu qeyd etməyi zəruri bilir ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 məhkəmədə verdiyi ifadəsində xx.xx.2023cü il tarixdə saat 23-24 radələrində Təqsirləndirilən şəxs ilə birgə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1285/2024 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş, X6 barəsində olan xx.xx.2024-cü il tarixli hökmdən görünür ki, Samir Cəfərov ona irəli sürülmüş ittiham üzrə təqsirli bilinmiş, həmin hökmlə Samir Cəfərovun xx.xx.2023-cü il tarixdə saat 07:05-də Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən saxlanılması müəyyən edilmişdir. Sözügedən hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icraya yönəlmişdir. Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həmin müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı, habelə cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X9 ilə eyni vaxtda saxlanılması işin mübahisəsiz halı olduğundan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli sözügedən hökmü ilə Samir Cəfərovun xx.xx.2023-cü il tarixdə saat 07:05-də saxlanılması müəyyən edildiyindən, həmin hökm qanuni qüvvəyə minmiş hökm olduğundan, Təqsirləndirilən şəxs saxlanıldığı vaxtla bağlı mübahisələndirdiyi həmin xüsusatı həqiqətə uyğun olmayan hesab etməklə, inkar edir. Məhkəmə həmçinin onu qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 təqsirləndilən şəxs Təqsirləndirilən şəxs tanışı olduğundan, məhkəmədə verdiyi ifadəsi təqsirləndirilən şəxsi məsuliyyətdən yaxa qurtarmaq, bu mümkün olmadığı təqdirdə isə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş ifadə kimi hesab edir və sübut kimi qəbul etmir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ünvan 6anov Rayon Polis İdarəsinin 8-9 nəfər əməkdaşının onu yaşadığı evdən apardığını bildirdiyindən, məhkəmə tərəfindən həmin xüsusat araşdırılmış, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs evinə daxil olmadıqlarını, sonuncu həmin tarixdə Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsi 27 ünvanının qarşısında saxladıqlarını bildirmişlər. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında polis əməkdaşları olan Şahid1 və Şahid2 iştirak etmişdir. Bunun əksini təsdiq edən hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldığı yeri mübahisələndirməsini həqiqətə uyğun olmayan ifadə kimi qəbul edir. Bundan savayı, məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə müvafiq olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə heroin olmadığını, polis əməkdaşları tərəfindən həmin tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətlərində nümayiş etdirməsi üçün təqdim edildiyini deməsinə münasibət bildirməklə qeyd etməyi zəruri bilir ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollarından, habelə məhkəmə istintaqı zamanı həmin protokollara əlavə edilmiş disklərə baxışa əsasən xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, aşkarlanan büküm ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri ünvan 6anov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, aşkarlanan büküm ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Hər iki videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokollara qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeydlər də əlavə olunmuşdur. Həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs sərbəst şəkildə müvafiq narkotik tərkibli maddələri əldə etməsi, saxlaması və daşıması barədə məlumat vermişdir. Həmin kütlələr ekspertizaya göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/1-6/4361 nömrəli ekpert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroinin 4,002 qram olması, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5571 nömrəli ekspert rəyinə əsasən isə onun üzərindən aşkarlanmış narkotik vasitə heroinin 2,096 qram olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini örtbasdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə, sübut siyahısından çıxarılmış müvafiq sənədlərdən başqa, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 4,002 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsi, 5 ünvanına daşımış, 14 avqust 2023-cü il tarixdə saat 07:00 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 13 ünvanının qarşısında özünü şübhəli apardığı üçün saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 4,002 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 2,096 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsi 27 ünvanına daşımış, 18 oktyabr 2023-cü il tarixdə saat 00:10 radələrində ünvan 6anov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 6anov rayonu, M.Arif küçəsi 27 ünvanının qarşısında özünü şübhəli apardığı üçün saxlanılaraq, ünvan 5 ünvanında yerləşən ünvan 6anov RPİ-nin 18-ci PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 2,096 qram olan qəhvəyi rəngli lozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü madddələrinə görə, təkrarən, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Sözügedən qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 14-cü bəndində göstərilmişdir ki, şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”-larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmiş, narkotik vasitənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etsə də, artıq təmiz halda 800 qram və daha artıq çəkidə narkotik vasitə heroin isə xüsusilə külli miqdar təşkil etmişdir. Göründüyü kimi, narkotik vasitə heroinin külli miqdarı üçün nəzərdə tutulan ən aşağı hədd eyni olmuş, artmamış və ya azalmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqdim etdiyi 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi külli miqdarda, yəni 4,002 qram təşkil etməklə xeyli miqdarından təxminən 126,68 dəfə, külli miqdarından isə təxminən 2,001 dəfədən, xx.xx.2023-cü il tarixdə təqdim etdiyi 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi külli miqdarda, yəni 2,096 qram təşkil etməklə xeyli miqdarından təxminən 13,97 dəfə, külli miqdarından isə təxminən 1,048 dəfədən artıqdır. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı Təqsirləndirilən şəxs təkrarən külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması müəyyən edilməmiş, ibtidai istintaq orqanı tərəfindən bu sübuta yetirilməmişdir. Belə ki, məhkəmədə elan edilməklə tədqiq edilmiş Bakı şəhəri ünvan 6anov Rayon Polis idarəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 081-1478-1223 nömrəli məktubuna əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı mövcud olsa da, sonradan Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Şahid ifadələri və cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, onun istehlakçı ilə əvvəlcədən razılıq, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, habelə onda narkotik vasitə və ya psixotrop maddələrin hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır. Məhkəmə o halı qeyd etməyi zəruri bilir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədəki mesaj mətnlərinə istinad etməklə onun narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokol, habelə müvafiq disk proses iştirakçıların iştirakı ilə tədqiq edilmiş müxtəlif şəxslərlə olan həmin yazışmalarda, yəni “Nəysə yekə oqlansan hörmətli ol mən xocesenen bura 10 manatdiq benzin yandırıb gəlmisəm abratnidan 10 yandırıb gedecem sene borcum var idi onan rashot elədim mən sözümde durub geldim”, “rasim adam kiwi olar, biz o cur lomkadayiq a kiwi, hardasan hecolmasa cvb ver.menem ayten”, “Rasim menem Ramazan ay gom acda ala Rasim. 19 manat pul duzub qoşmuşam”, “Ay qaqash gelme.men gelirem ehmedliye gedirəm dush koroqkıda gözlə meni”, “Ala aimirdisa de alınırsa niye meni yalançı cixardineee”, “Rasim sabah axsama elçinin pulunu catdr. Sabah axrinci gundu, eger pul çatmasa hec yaxsi yaxsi olmuyacağ.opsu 85 manat.” Məzmununda yazıların olması müəyyən edilmişdir. Həmin yazışmalardan da görünür ki, mesaj mətnləri Rasim adlı şəxsə ünvanlanmış, mesajın Təqsirləndirilən şəxs göndərilməsi müəyyən edilməmiş, hər hansı narkotik vasitə və ya psixotrop maddənin əldə edilməsi, daşınması və satışına dair hər hansı yazı, eləcə narkotik vasitə və ya psixotrop maddəyə dair “şərti söz” aşkarlanmamışdır. Məhkəmə o halı da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışına dair hər hansı dəlil və ya sübut toplamamış, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxsin əməli hər hansı mötəbər əsas olmadan ibtidai istintaqın yekunlaşdırılması mərhələsində Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hər iki dəfəsində, yəni 01 ədəd bükümdə külli miqdarda 4,002 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda 2,096 qram çəkidə narkotik vasitə heroini təkrarən satış məqsədilə yox, satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd edir ki, bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin maddənin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəmə iclası dövründəki davranışını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 66.5-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən isə CM-in 181.2.2-ci maddəsi xaric olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən onun cəzası 06 ay azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 25 may 2009-cu il tarixli Qərarı). Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasını çəkib xx.xx.2023-cü il tarixdə cəzadan şərti azad olunduqdan 3 ay keçdikdən sonra yenidən qəsdən cinayət əməli törətmişdir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmamasını, ağırlaşdıran halların olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-343/2023 nömrəli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən başlanmaqla, barəsində 04 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri ünvan 6anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1500/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 5313 nömrəli və xx.xx.2023-cü il tarixli, 8380 nömrəli ekspert rəylərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,952 qram olan narkotik vasitə heroin və xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmaqla Bakı şəhəri ünvan 6anov Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,046 qram olan narkotik vasitə heroin məhv edilməli, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 173 (bir yüz yetmiş üç) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət onun cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 173 (bir yüz yetmiş üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,952 qram olan narkotik vasitə heroin və xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmaqla Bakı şəhəri ünvan 6anov Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,046 qram olan narkotik vasitə heroin məhv edilsin. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-193/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-193/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver