Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1930/2021 20.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Abdal kəndində qeydiyyatda olub, Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsi, ev 114, mənzil 51-də yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və üzərində gəzdirməklə daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq dörd ədəd bükümdə ümumi təmiz çəkisi 4,369 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 30 iyun 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10-da qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 21:43-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı dörd ədəd sellofan bükümlərdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,467 qr, 0,896 qr, 0,971 qr, 1,035 qr, ümumi təmiz çəkisi 4,369 qr təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirpləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünün qismən təqsirli bilərək ifadəsində göstərdi ki, psixotrop maddə metamfetamdən istifadə edir. Tutulmamışdan bir gün əvvəl Bakı şəhəri Nizami rayonu, «Neftçilər» metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 100 manat pul ödəməklə dörd bükümdə psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır. 30 iyun 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsində 112 saylı binanın yaxınlığında piyada gəzərkən ona mülki geyimdə bir neçə nəfər yaxınlaşıb özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Sonunculara özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunun deyib, onu BMCMİ-nin inzibati binasına dəvət etmiş və o, etiraz etmədən sonuncularla deyilən idarəyə gəlmişdir. Dövlət hesabına vəkillə təmin olunduqdan sonra ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Beləliklə, onu saxlayan polis əməkdaşları və vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Çəkilişə başlamazdan əvvəl ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet varsa təqdim etsin. Odur ki, əynindəki şalvarın sol yan cibindən bir ədəd telefonu və 100 manat pulu, şalvarının sağ yan cibindən isə dörd ədəd sellofan bükümlərdə olan metamfetamini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Pul ona qaytarılmış, mobil telefon isə götürülmüşdür. Bundan sonra təqdim etdiyi dörd ədəd sellofan bükümə baxış keçirilmiş, içərisində psixotrop maddə metamfetaminə bənzər kristal formalı maddə olduğu məlum olmuşdur. Həmin maddə ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış və o, zərfin üzərinə imza etmişdir. Sorğu zamanı aşkar edilmiş maddələrin metamfetamin olduğunu, bir gün əvvəl üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Heç vaxt narkotik maddələri satışı ilə məşğul olmamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30 iyun 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etdiyi, özündə saxlayaraq daşıdığı, eləcə də satışı ilə məşğul olduğu barədə məlumat daxil olmuşdur. Bu barədə Baş İdarə rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilməklə, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 30 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 19:10-da ünvan 1 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs saxlamışlar. Sonuncunun Təqsirləndirilən şəxs olduğununu dəqiqləşdirəndən sonra narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və bundan sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «şəxsi axtarış və götürmə aparılması haqqında» 30 iyun 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə üzərinə əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının qabaq sol cibindən bir ədəd mobil telefon və nağd pul, sağ cibindən isə 4 (dörd) ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin, sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri bir gün əvvəl tanımadığı və adını bilmədiyi şəxsdən Neftçilər metrosu yaxınlığında yerləşən «Start» idman kompleksinin yanında 100 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılaraq içərisinə baxış keçirilmişdir. Bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ekspertiza tədqiqatına təqdim edilməsi məqsədi ilə götürülərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sübut əhəmiyyətinə malik ola biləcək mobil telefon götürülmüş, nağd pul isə özünə qaytarılmışdır. Maddələrin qablaşdırıldığı zərfin üzərində müvafiq qeydlər aparıldıqdan sonra tərəflərindən imzalanmışdır. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsin oxşar ifadə verdi. İşin 47-52-ci vərəqələrindəki məhkəmə-kimyəvi ekspertizasının 1 iyul 2021-ci il tarixli 6/2650 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №6» möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən ...» və s. yazılar, imzalar olan kağız paketdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,467 qr., 0,896 qr., 0,971 qr., 1,035 qr., ümumi təmiz çəkisi 4,369 qram olan ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 4 bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (Qeyd: metamfetaminin ümumi təmiz çəkisi-4,369 qr, tədqiqata sərf edildi: 0,080 qr, qalıq -4,289 qr). İşdəki ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2021-ci il tarixli 4006 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.149-150). İşin 35-38-ci vərəqələrindəki 30 iyun 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 30 iyun 2021-ci il tarixdə saat 19:10-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına dəvət edilmişdir. Orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi 4 (dörd) ədəd şəffaf sellofan bükümlərdə 4,369 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə videoçəkilişlə aparılmış, həmin videoçəkilişin əks olunduğu 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. İşin 133-134-cü vərəqələrindəki 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 1 yanvar 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək olan ötürücü antenalar tərəfindən qeydə alınmış danışıqlar və qısa mesaj yazışmalarına dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ***-***-**-** saylı GSM nömrə abunəçisinin 4 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs «Yandim alaaa agridan blyaa qelmiyib hele incinin yaninan ay qaaaa senol cox pisem kusa kusa qalmisham... Oldum varyoxunu s***m nefes qedib qelmir qor nece saati alaaaa bele de olmaz da», 10 fevral 2021-ci il tarixdə «D***arik terezi tap», ***-***-**-** saylı GSM nömrənin abunəçisinin 29 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs «Qaqa yari kola lazimdi usaq isdiyir ne deyim.qelsin», ***-***-**-** saylı GSM nömrənin abunəçisinin 23 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs «5 diy duzelde bilersen?», 6 iyun 2021-ci il tarixdə «Yarı alınar atım başımın altina?», 7 iyun 2021-ci il tarixdə «Falqada qoyarsan.cixdim evden men», 9 iyun 2021-ci il tarixdə «Qaqa çox pis agridayam evdən çölə çıxa bilmirəm.imkan varsa komek ele mənə», ***-***-**-** saylı GSM nömrə abunəçisinin 25 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs «Qaqa meti lazimdi» sözlərini yazmışdır. Qeyd olunan CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İşin 97-98 vərəqələrindəki 2 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,369 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 4,289 qramı iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin 24-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 119-120-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 115-ci vərəqəsindəki səxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 avqust 2016-cı il təvəllüdlü Quliyeva Arzu adında bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham özünü qismən təqsirli bilərək, üzərindən aşkar olunmuş külli miqdarda psixotrop maddə-metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirdi. Onu bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə, ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi daşıyan özünümüdafiə ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 30 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza iədqiqatından sonra qalıq qalmış 4,289 qram çəkidə narkotik vasitə metamfetiamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 (bir) ədəd DVD və 1 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatına sərf edilmiş 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza iədqiqatından sonra qalıq qalmış 4,289 qram çəkidə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD və 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1930/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1930/2021
20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver