Məhkəmə qərarları › İş №1(101)-1930/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1930/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1930/2023 25.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları X22 və Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Maddi-Texniki Təminat Baş İdarəsinə Tabe olan Avtomobil Təsərrüfatının nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Abşeron Rayon Məhkəməsinin qərarı ilə amnistiya tətbiq edildiyi üçün təyin olunmuş cəzası 01 il azaldılmış, 17 oktyabr 2022-ci ildə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2, 221.3, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımış, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə qərəzli xuliqanlıq hərəkətləri edib özgənin əmlakını insanların həyat və sağlamlığı üçün təhlükəli olan üsulla xeyli miqdarda ziyan vurmaqla zədələmiş və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, 28 aprel 2023-cü il tarixdə, saat 08 radələrində idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində hərəkət edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan dövlət qeydiyyat nişanları olmayan nəqliyyat vasitəsini idarə etməklə yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə “BMW 328i” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X30 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı Zərərçəkmiş şəxs1 siren siqnal vasitəsilə verdiyi saxla əmrinə tabe olmayıb hərəkətə davam etdiyindən sonuncu **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə onunla birlikdə xidmət aparan həmin Alayın yol-patrul xidməti baş inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs5 ilə “Toyota Prius” markalı avtomobili təqib edərək ərazidə “BMW 3281” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət aparan həmin Alayın yolpatrul xidməti baş inspektoru polis baş leytenantı Zərərçəkmiş şəxs3 ilə həmin Alayın yolpatrul xidməti inspektoru polis baş serjantı Şahid1 və “BMW 328i” markalı, **-YP-*** qeydiyyat nişanlı avtomobildə xidmət aparan həmin Alayın yol-patrul xidməti inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs4 ilə həmin Alayın yol-patrul xidməti inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 məlumat verməklə birlikdə “Toyota Prius” markalı avtomobili təqib edərək Nəsimi rayonu, Cavadxan küçəsi 17 və 19 saylı binaların qarşısına çatdıqda polis əməkdaşları ona yaxınlaşıb xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onun avtomobildən düşməsini tələb etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs onlara müqavimət göstərməklə idarə etdiyi “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanları olmayan avtomobili silah qismində istifadə edərək ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarının, həmçinin onların xidməti istifadəsində olan “BMW 328i” markalı, **-YP-***, **-YP-*** və **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin, Cavadxan küçəsi 17 saylı binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs7 məxsus “Volkswagen-Passat” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə sürüb Zərərçəkmiş şəxs1 sol əlinin İİİ barmağının daraq-falanqa oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin və İİİ barmağının qançır şişkinlik halında əzilməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs4 sağ aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan aşıq-baldır oynağı nahiyəsinin və ayaq pəncəsinin şişkinlik halında hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 sağ diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançırı-şişkinliyi, sol əlin qançır şişkinliyi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 sol saidin və sağ baldırın qançırları kimi dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs5 sağ budun qançırı kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirərək, ümumi təhlükəli, yəni insanların həyat və sağlamlığı üçün təhlükəli olan üsulla özünün idarə etdiyi faktiki Zərərçəkmiş şəxs6 məxsus “Toyota Prius” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə Bilavasitə Tabe olan Avtomobil Təsərrüfatının balansında olan “BMW 328i” markalı, **-YP-*** və **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilləri və Zərərçəkmiş şəxs7 məxsus “Volkswagen-Passat” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən zədələyib Zərərçəkmiş şəxs6 2130,0 manat məbləğində, Zərərçəkmiş şəxs7 200,0 manat məbləğində, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə Bilavasitə Tabe olan Avtomobil Təsərrüfatına ümumilikdə 7537,0 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına qarşı saymazlıq göstərərək silah qismində istifadə olunan əşyadan, yəni “Toyota Prius” markalı avtomobildən istifadə edilməklə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə qərəzli xuliqanlıq hərəkətləri edib özgə əmlaklarını insanların həyat və sağlamlığı üçün təhlükəli olan üsulla qəsdən zədələməklə, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmuş, xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə onlara müqavimət göstərmişdir. Bundan başqa, o, naməlum vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda 13,975 qram çəkidə narkotik vasitə heroini əldə edib 10,866 qram hissəsini “Toyota Prius” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobildə, 3,109 qram hissəsini isə üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində polis əməkdaşları tərəfindən onun qanunsuz hərəkətlərinin qarşısını alarkən saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmiş, orada saat 10.30 radələrində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindəki qara rəngli pul kisəsindən 01 bükümdə təmiz çəkisi 3,109 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və həmin gün Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin inzibati binasının həyətindəki idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “Toyota Prius” markalı avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin ön oturacaqlarının arasındakı saxlanc yerindən 01 bükümdə təmiz çəkisi 10,866 qram təşkil edən kustar üsulla hazırlanmış ümumi çəkisi 13,975 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, avtomobillərin mühəriki ustası kimi işləyir. O, icarəyə “Toyota Prius” markalı, 77-BN -148 markalı avtomaşın götürüb, taksi fəaliyyəti ilə məşqul olurmuş. O, xx.xx.2023-cü il tarixdə səhər saat 05 radələrində yuxudan oyanıb idarə etdiyi “Toyota Prius” markalı, **-BN-*** dövlət qeydiyyat nömrəli avtomaşının qabaq nömrəsini çıxarmışdır ki, radarlara düşməsin. Saat 07:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yol hərəkəti qaydalarını pozduğu üçün, yəni maşının qarşı tərəfdəki dövlət qeydiyyat nişanı olmadığından yol polisi ona səs siqnalı ilə saxla işarəsi vermiş, o, polis əməkdaşlarının saxla işarəsinə məhəl qoymayıb hərəkətinə davam etmiş, arxasınca polis əməkdaşların gəlməsini görməmişdir. Ümumiyyətlə həmin gün özünü pis hiss edirmiş və Nəsimi rayonu, Ə.Naxçıvani küçəsində d.q.n xatırlamadığı “Mercedes” markalı avtomobili arxadan vurmuş, lakin buna baxmayaraq avtomobili saxlamamışdır. Sonradan arxasınca polis maşınlarının gəldiyini görmüş, Nəsimi rayonu, Cavadxan küçəsi, 17 və 19 saylı binaların qarşısında polislər ondan maşını saxlamağı tələb etsələr də, o, idarə etdiyi maşını saxlamayıb maşını polis əməkdaşlarının və orada olan markasını xatırlamadığı maşınların üzərinə sürmüşdür. Polis əməkdaşları birtəhər onun idarə etdiyi maşını saxlayıb onu da 19-cu PŞ-nə aparmışlar. Polisdə üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindən güya narkotik vasitə tapmışlar. Lakin narkotik vasitə ona məxsus deyil, onun cibinə polislər qoymuşdur. Bundan sonra idarə etdiyi “Toyota Pirus” markalı dövlət qeydiyyat nişanı olmayan avtomobilə baxış keçirmişlər. O, polislərə tabesizlik göstərərkən özündə olmamış, etdiklərini xatırlamır. Polis əməkdaşları ona saxla əmrini vermişlər. O, polis əməkdaşlarına tabe olmayaraq bir səhv etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş polis idarəsinin DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının YPX baş inspektoru 2012-ci ildən DİO-da, 2017-ci ildən tutduğu vəzifədə işləyir. O, 27 aprel 2023-cü il, saat 20:00-dan 28 aprel 2023-cü il saat 08:00-dək Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində **-YP-*** qeydiyyat nişanlı avtopatrul ilə Zərərçəkmiş şəxs5 ilə birlikdə xidmət aparmışdır. 28 aprel 2023-cü İl tarixdə, saat 07:30 radələrində Cəfər Xəndan küçəsində təhlükəsizlik adacığında dayanarkən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydiyyat nişanı olmayan “Toyota Prius” markalı avtomobilin yol hərəkəti qaydalarını pozduğuna, yəni hər iki qeydiyyat nişanının olmamasını aşkar etdikləri üçün həmin avtomobilin sürücüsünə siren siqnal vasitəsilə saxla işarəsi vermişlər. Lakin həmin avtomobilin sürücüsü saxla əmrinə tabe olmayaraq hərəkətə davam etmiş, təxminən 20 metr gedib Cəfər Xəndan küçəsində “Mercedes” markalı, **-LE-*** d.q.n avtomobilin arxasından vuraraq hərəkətə davam etmişdir. Onlar dərhal avtopatrulla onun arxası ilə hərəkət etmiş, “Toyota Prius” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən dəfələrlə manevr qaydalarını kobud surətdə pozaraq ətrafda olan digər insanlara, həmçinin nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə mane olmuş, ona görə onlar həmin avtomobili saxlamaq üçün onu müşayiət etmək məcburiyyətində qalmış və əvvəlcədən DYP-nin növbətçi hissəsinə və qarşıda xidmət aparan 99-YP482 və **-YP-*** qeydiyyat nişnalı avtopatrullarda olan yol polisi əməkdaşlarına məlumat vermişlər. Onlar “Toyota” markalı avtomobili təqib edərkən **-YP- *** d.q.n avtopatrul 3-cü mkr rayonu dairəsində onlara köməyə gəlmiş, bundan sonra Memar Əcəmi dairəsində 99-YP482 d.q.n avtopatrul da onlara qoşulmuşdur. “Toyota Prius” markalı avtomobil 4-cü mkr dairəsinə doğru hərəkətini davam etdirmiş, dairəyə daxil olmadan əks istiqamətdə hərəkət edərək əlavə yola girib “Memar Əcəmi” metrostansiyası istiqamətinə gedib Nəsimi rayonu, Cavadxan küçəsi 17 və 19 saylı binaların qarşısına gələndə qarşısına başqa maşın çıxdığı üçün məcbur qalıb dayanmış, bundan sonra onlar avtopatrullardan düşüb “Toyota Prius” markalı avtomobilə yaxınlaşıb sürücü Təqsirləndirilən şəxs avtomobildən düşməsini tələb edərkən sürücü avtomobili qəfildən arxaya sürüb **-YP-*** d.q.n avtopatrulu qabaq tərəfindən vurub itələyərək **-YP-*** d.q.n avtopatrulun arxasında dayanmış **-YP-*** d.q.n avtopatrulun qarşısına dəyməsinə, **- YP-*** d.q.n avtopatrulun da arxasında dayanmış 99-YP482 d.q.n avtopatrula dəyməsinə və **-YP-*** d.q.n və 99-YP482 d.q.n avtopatrulların zədələnməsinə səbəb olmuşdur. **- YP-*** d.q.n avtopatrul isə zədələnməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Toyota Prius” markalı avtomobili binaların qarşısında sağa qarşıya tərəf hərəkət etdirib binanın qarşısında dayanmış “Wolksfagen Passat” markalı, **-FM-*** d.q.n avtomobilin arxasından vuraraq, yol olmadığı üçün yenidən arxaya qayıtmış, Zərərçəkmiş şəxs5 **-YP-*** d.q.n avtopatrula əyləşərək binaların qarşısına sürüb “Toyota Prius” markalı avtomobilin qarşısını kəsmişdir. Bundan sonra Təqsirləndirilən şəxs maşını çevirib idarə etdiyi avtomobillə arxada dayanmış **-YP-*** d.q.n avtopatrulun sol qapısından vurmuş, özünə yol açmaq üçün arxaya sürüb **-YP-*** d.q.n avtopatrulun arxa buferindən bir daha vurmuş, özünə yol aça bilmədiyi üçün geri qayıtmış və bütün yollar bağlı olduğu üçün **- YP-*** d.q.n avtopatrulun qarşısında dayanmış, onlar sürücünün avtomobili sürməməsi üçün məcbur qalıb avtomobilin qabaq yan şüşələrini sındırıb, qapıları açıb sürücünü aşağı endirmişlər. Saat 08 radələri olmuş, “Toyota Prius” markalı avtomobilin sürücüsü binaların qarşısında maşını polis əməkdaşlarının və polis və mülki avtomobillərin üzərinə sürərkən ətrafda çoxlu sayda mülki şəxlər olmuş, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində həmin şəxslər də qorxuya düşmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamaq istəyərkən o, və orada olan polis əməkdaşları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 müxtəlif dərəcəli xəsarətlər almışlar. Belə ki, o, sürücünü saxlamaq üçün onun idarə etdiyi avtomobilin qarşısına keçərək dayanmış, lakin Təqsirləndirilən şəxs hərəkətə davam edərək avtomobili üzərinə sürmüş, nəticədə onun sol əli Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə **-YP-*** qeydiyyat nişanlı avtopatrulun arasında qalıb xəsarət almışdır. Saat 08:10 radələrində həmin nəqliyyat vasitəsinin saxlanılması mümkün olmuş, tərəflərindən sürücü nəqliyyat vasitəsi ilə birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilərək Növbətçi Hissəyə təhvil verilmiş, məlum olmuşdur ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. Sürücü Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün raportla müraciət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçi ona təqdim edilmiş, bundan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs pul kisəsinin içərisində zamokla açılıb bağlanan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Pirus” markalı qeydiyyat nişanı olmayan avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq, sağ və sol yan hissələrinin, eləcə də qabaq sağ və qabaq sol qapılarının əzildiyi aşkar edilmişdir. Avtomobilin yük yerindən həmin avtomobilə dair 2 ədəd **-BN-*** qetdiyyat nişanlı nömrələr aşkar edilmiş, daha sonra avtomobilin salonuna baxış keçirilmiş, baxış zamanı avtomobilin ön oturacaqlarının ortasındakı saxlanc yerindən 1 ədəd markası məlum olmayan mobil telefonun arxa hissəsi, 1 ədəd kibrit qutusu, 2 ədəd sınmış vəziyyətdə siqaretlər və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş bükümün şokolad olduğunu bildirmiş, bundan sonra baxış başa çatdırılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobildə özündən başqa heç kim olmamış, avtomobildə tək olmuşdur. O, və digər polis əməkdaşları Təqsirləndirilən şəxs vurmamış, döyməmiş, ona heç bir xəsarət yetirməmişlər. O, **-YP-***, **-YP-***,**-YP-*** qeydiyyat nişanlı avtomobillərə və dövlətə dəymiş ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş polis idarəsinin DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının yol-patrul xidməti baş inspektoru polis baş serjantı Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, sonuncu iş üzrə Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək hadisə zamanı “Toyota Prius” markalı avtomobilin sürücüsünü saxlamaq üçün onun idarə etdiyi avtomobilin sol qabaq qapısının yanında pəncərədən sürücünün əllərindən tutaraq onun avtomobili idarə etməsinə mane olmaq istəyərkən sürücü müqavimət göstərərək avtomibili hərəkət etdirdib onu vurmuş və o, “Toyota Prius” markalı avtomobillə **-YP-*** d.q.n avtopatrulun arasında qalıb sağ budunun qançırı kimi xəsarət almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş polis idarəsinin DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının yol-patrul xidməti baş inspektoru polis baş serjantıdır. Zərərçəkmiş şəxs5 hadisə zamanı “Toyota Prius” markalı avtomobilin sürücüsünü saxlamaq üçün idarə etdiyi avtomobilin sol qabaq qapısının yanında pəncərədən sürücünün əllərindən tutaraq onun avtomobili idarə etməsinə mane olmaq istəyərkən sürücü müqavimət göstərərək avtomobili hərəkət etdirdib onu vurmuş və o, “Toyota Prius” markalı avtomobillə **-YP-*** d.q.n avtopatrulun arasında qalıb sağ budunun qançırı kimi xəsarət almışdır. O, **-YP-***, **-YP-***, **-YP-*** qeydiyyat nişanlı avtomobillərə və dövlətə dəymiş ziyanı təqsirləndiirlən şəxsdən tələb edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Maddi-Texniki Təminat Baş İdarəsinə Tabe olan Avtomobil Təsərrüfatının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, 2015-ci ildən DİO-da, 2020-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə Bilavasitə Tabe olan Avtomobil Təsərrüfatında mexanik-mühəndis vəzifəsində işləyir. 28 aprel 2023-cü il tarixdə, saat 08:00 radələrində dövlət qeydiyyat nişanı olmayan “Toyota Prius” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Nəsimi rayonu, Cavadxan küçəsi 17 və 19 saylı binalarının qarşısında idarə etdiyi avtomobillə Bakı şəhəri Baş Polis İdarəsinin X26 İdarəsinə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayının yol-patrul xidməti əməkdaşlarına müqavimət göstərərək avtomobili avtopatrulların üzərinə sürmüşdür. O, özündə olan qeyd vərəqindən istifadə edərək bildirmişdir ki, hadisə nəticəsində “BMW 328i” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulun arxa bamper, qabaq sol qapı, arxa sol qanad, arxa sol stop, sol spoyler, arxa bamperin işığı, “BMW 328i” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulun arxa bamperi, qabaq sol qapısı, qabaq sol qapı dəstəyi, dirəkcədəki kilid mexanizmi zədələnmişdir. “BMW 328i” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrula hadisə zamanı heç bir zədə yetirilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. “BMW 328i” markalı qeydiyyat nişanı **-YP-*** olan avtomobilə və **-YP-*** qeydiyyat nişanlı avtomobilə cəmi 7537 manat məbləğində zərər dəymişdir. Bu zərərin ödənilməsini təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş polis idarəsinin DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının yol-patrul xidməti İnspektoru vəzifəsində polis baş serjantı rütbəsində xidmət edir. O, özündə olan qeyd vərəqindən istifadə edərək bildirmişdir ki, 27 aprel 2023-cü il saat 20:00-dan 28 aprel 2023-cü il saat 08:00-dək Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında **-YP- *** qeydiyyat nişanlı avtopatrul ilə Zərərçəkmiş şəxs4la birlikdə xidmət aparırmışlar. 28 aprel 2023-cü il tarixdə saat 08 radələrində **-YP-*** qeydiyyat nişanlı avtoptrulda xidmət aparan Zərərçəkmiş şəxs1 efirə çıxaraq “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomaşının yol hərəkəti qaydalarını pozduğu üçün həmin avtomobili saxlamağa onlara kömək etmələrini istəmişdir. O, Zərərçəkmiş şəxs4 3-cü mikrorayon dairəsində dövlət qeydiyyat nişanı olmayan “Toyota Prius” markalı avtomobilin hərəkətdə olduğunu görmüşlər, Təqsirləndirilən şəxs tabesizlik edib avtomobilini saxlamadığına görə onu təqib etməyə başlamışlar. «Toyota Prius” markalı avtomobil 4-cü mikrorayon dairəsinə doğru hərəkətini davam etdirib “Memar Əcəmi” metrostasiyası istiqamətinə hərəkət edərək Nəsimi rayonu, Cavadxan küçəsi 17 və 19 saylı binaların qarşısına gələndə onun qabağına “Pajero” markalı avtomobil çıxdığı üçün məcbur qalıb dayanmışdır. O, və Zərərçəkmiş şəxs4 “Toyota Prius” markalı avtomobilə yaxınlaşaraq sürücü Təqsirləndirilən şəxs avtomobildən düşməsini tələb etmişlər. Sürücü avtomobili qəfil arxaya hərəkət etdirib **-YP-*** qeydiyyat nişanlı avtopatrulu qabaq tərəfindən vurub itələmiş, həmin avtopatrul arxasında dayanmış **-YP-*** d.q.n avtopatrulun qarşısına dəymişdir. Təqsirləndirilən şəxs binanın qarşısında dayanmış “Wolksfagen Passat” markalı, **-FM-*** d.q.n avtomobili arxasından vurmuş, yol olmadığı üçün yenidən araxaya qayıtmış, Xeybər **- YP-*** qeydiyyat nişanlı avtopatrula əyləşib binaların qarşısına sürüb “Toyota Prius” markalı avtomobilin qabağını kəsmişdir. Təqsirləndirilən şəxs maşını çevirib idarə etdiyi avtomobillə arxada dayanmış **-YP-*** d.q.n avtopatrulun sol qapısından vurmuş, özünə yol açmaq üçün arxaya sürüb **-YP-*** d.q.n avtopatrulun arxa buferindən bir daha vurmuş, özünə yol aça bilmədiyi üçün geri qayıdıb bütün yollar bağlı olduğu üçün **-YP-*** qeydiyyat nişanlı avtopatrulun qarşısında dayanmış, onlar sürücünün sürməməsi üçün məcbur qalıb avtomobilin qabaq yan şüşələrini sındırıb, qapılarını açıb sürücünü aşağı endirmişlər. O, və digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs heç bir xəsarət yetirilməmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin, müqavimət göstərməsinin qarşısını almaq istəyərkən, onu avtomobildən düşürməyə çalışarkən onlara qarşı müqavimət göstərdiyindən, onun əlindən tutub maşından çıxararkən öz əli ehtiyatsızlıqdan Raufun göz nahiyəsinə və digər hissələrinə sürtülmüş ola bilər. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini narkotik sərxoşluğu vəziyyətində idarə etməsinə, üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün raportla müraciət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan şalvarının cibindən pul, sənədlər, vizit kartlar, büküm aşkarlanmışdır. Rauf üzərindən aşkar edilmiş narkotik vasitənin şokolad olduğunu bildirmişdir. Həmçinin "Toyota Prius” markalı qeydiyyat nişanı olmayan avtomobilə baxış keçirilmiş və avtomobilin qabaq, sağ və sol yan hissələrinin, eləcə də qabaq sağ və qabaq sol qapılarının əzildiyi aşkar edilmiş, 2 ədəd **-BN-*** qetdiyyat nişanlı nömrələr, siqaretlər və büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamaq istəyərkən o və orada olan polis əməkdaşları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 müxtəlif dərəcəli xəsarətlər almışlar. O, təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. O, “BMW” markalı, qeydiyyat nişanı **-YP-*** olan avtomobilə dəymiş ziyana görə 4960 AZN pul tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş polis idarəsinin DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının yol-patrul xidməti İnspektoru vəzifəsində polis baş serjantı rütbəsində xidmət edir. O, özündə olan qeyd vərəqindən istifadə edərək bildirmişdir ki, 27 aprel 2023-cü il saat 20:00-dan 28 aprel 2023-cü il saat 08:00-dək Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında **-YP- *** qeydiyyat nişanlı avtopatrul ilə Zərərçəkmiş şəxs2lə birlikdə xidmət aparırmışlar. Maşını o idarə edirmiş. 28 aprel 2023-cü il tarixdə saat 08 radələrində **-YP-*** qeydiyyat nişanlı avtopatrulda xidmət aparan Zərərçəkmiş şəxs1 efirə çıxaraq “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomaşının yol hərəkəti qaydalarını pozduğu üçün həmin avtomobili saxlamağa onlara kömək etmələrini istəmişdir. O, Zərərçəkmiş şəxs2 3-cü mikrorayon dairəsində dövlət qeydiyyat nişanı olmayan “Toyota Prius” markalı avtomobilin hərəkətdə olduğunu görmüşlər, Təqsirləndirilən şəxs tabesizlik edib avtomobilini saxlamadığına görə onu təqib etməyə başlamışlar. “Toyota Prius” markalı avtomobil 4-cü mikrorayon dairəsinə doğru hərəkətini davam etdiririb “Memar Əcəmi” metrostansiyası istiqamətinə hərəkət edərək Nəsimi rayonu, Cavadxan küçəsi 17 və 19 saylı binalarının qarşısına gələndə onun qabağına “Pajero” markalı avtomobil çıxdığı üçün məcbur qalıb dayanmışdır. O və Zərərçəkmiş şəxs2 “Toyota Prius” markalı avtomobilə yaxınlaşaraq sürücü Təqsirləndirilən şəxs avtomobildən düşməsini tələb etmişlər. Sürücü avtomobili qəfil arxaya hərəkət etdirib **-YP-*** qeydiyyat nişanlı avtopatrulu qabaq tərəfindən vurub itələmiş, həmin avtopatrul arxasında dayanmış **-YP-*** d.q.n avtopatrulun qarşısına dəymişdir. Təqsirləndirilən şəxs binanın qarşısında dayanmış “Wolksfagen Passat” markalı, **-FM-*** d.q.n avtomobilin arxasından vurmuş, yol olmadığı üçün yenidən arxaya qayıtmışdır. Xeybər **-YP-*** qeydiyyat nişanlı avtopatrula əyləşib binaların qarşısına sürüb “Toyota Prius” markalı avtomobilin qabağını kəsmişdir. Təqsirləndirilən şəxs maşını çevirib idarə etdiyi avtomobillə arxada dayanmış **-YP-*** d.q.n avtopatrulun sol qapısından vurmuş, özünə yol açmaq üçün arxaya sürüb **-YP-*** d.q.n avtopatrulun arxa buferindən bir daha vurmuş, özünə yol aça bilmədiyi üçün geri qayıdıb bütün yollar bağlı olduğu üçün **-YP-*** qeydiyyat nişanlı avtopatrulun qarşısında dayanmış, onlar sürücünün sürməməsi üçün məcbur qalıb avtomobilin qabaq yan şüşələrini sındırıb, qapılarını açıb sürücünü aşağı endirmişlər. O və digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs heç bir xəsarət yetirilməmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin, müqavimət göstərməsinin qarşısını almaq istəyərkən, onu avtomobildən düşürməyə çalışarkən onlara qarşı müqavimət göstərdiyindən, onun əlindən tutub maşından çıxararkən öz əli ehtiyatsızlıqdan Raufun göz nahiyəsinə və digər hissələrinə sürtülmüş ola bilər. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini narkotik sərxoşluğu vəziyyətində idarə etməsinə, üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün raportla müraciət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan şalvarının cibindən pul, sənədlər, vizit kartlar, büküm aşkarlanmışdır. Rauf üzərindən aşkar edilmiş narkotik vasitənin şokolad olduğunu bildirmişdir. Həmçinin, "Toyota Prius” markalı qeydiyyat nişanı olmayan avtomobilə baxış keçirilmiş və avtomobilin qabaq, sağ və sol yan hissələrinin, eləcə də qabaq sağ və qabaq sol qapılarının əzildiyi aşkar edilmiş, 2 ədəd **-BN-*** qetdiyyat nişanlı nömrələr, siqaretlər və büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamaq istəyərkən o və orada olan polis əməkdaşları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 müxtəlif dərəcəli xəsarətlər almışlar. Hadisə nəticəsində o ayağından xəsarət almışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. O, “BMW” markalı qeydiyyat nişanı **-YP-*** olan avtomobilə dəymiş ziyana görə 4960 AZN pul tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sahibidir. O, "Toyota Prius” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşını X6 xx.xx.2023-cü il tarixdə baş etibarnamə ilə 14500 manat almışdır. Avtomobil faktiki onun mülkiyyətindədir. O, pula ehtiyacı olduğu üçün “Tap.az” saytında “Toyota Prius” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə vermək üçün elan yerləşdirmiş, Təqsirləndirilən şəxs ona zəng edərək maşını icarəyə götürüb taksi işləmək istədiyini bildirmişdir. O, Raufla 26 aprel 2023-cü il tarixdə axşam saatlarında görüşmüşdür. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin olduğundan əmin olduqdan sonra gündəlik taksi fəaliyyəti ilə məşğul olmaq üçün hər gün 25 manat ona vermək şərti ilə maşını etibarnamə əsasında 5 ay 14 günlük Raufa icarəyə vermişdir. Həmin gün axşam saatlarında Raufla telefonla danışanda Rauf sabahdan işə başlayacağını demişdir. 27 aprel 2023-cü il tarixdə saat 15.45-də telefonun sms radar proqramında ona bildiriş gəlmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus **-BN-*** qeydiyyat nişanlı maşınla Bakı-Qazax yolunun 99-cu kilometrliyində qeydiyyat nişanlarından biri olmadığına görə cərimə olunmuş, o dərhal Raufa zəng edib ona rayonlara getməsinə icazə vermədiyini desə də, Rauf ona belə sərf etdiyini, belə işləyəcəyini bildirmiş və adboy vermişdir. O, əsəbiləşib DİN-nin 102 xidmətinə məlumat vermişdir ki, Rauf adlı şəxsə etibarnamə ilə maşın vermiş, şəxs maşını qaytarmır. Sonra da o Sumqayıt şəhər 1-ci PB-nə gedib bununla bağlı izahat vermiş və Sumqayıt şəhərində «Asan» Xidmət Mərkəzinə gedib Təqsirləndirilən şəxs verdiyi etibarnaməni ləğv etmişdir. Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul verməmişdir. 28 aprel 2023-cü il tarixdə axşam saatlarında “İnstagram” sosial şəbəkəsindəki videoda bir nəfər şəxsin “Toyota Prius” markalı avtomobili polis əməkdaşlarının üzərinə sürməsi ilə bağlı videoya baxanda maşını qeydiyyat nişanlı olmasa da arxa hissəsindən tanımışdır. Bundan bir ya iki gün sonra 19-cu PŞ-nə getmiş, maşın duracağa yerləşdirilmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. “Toyota Prius” markalı **-BN-*** nömrəli avtomobilə dəymiş ziyana görə 2500 AZN və yol hərəkəti qaydalarının pozulmasına görə 700 AZN ona ziyan dəydiyinə görə o təqsirləndirilən şəxsdən ümumilikdə 3200 AZN maddi zərəri tələb edir. Eyni zamanda avtomobilinin ona qaytarılmasını tələb edir. Proses iştirakçıalrının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, avtomobili icarəyə verdiyi günün ertəsi gün belə bir hadisə baş vermişdir. Avtomobilə 2500 AZN məbləğində zərər dəymiş, həm də avtomobil 5 aydan artıqdır ki, Qələbə dairəsindədir, orada qalmışdır. Avtomobilin cərimələri də var. O, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətində qeydiyyatdan keçməmişdir. Avtomobili etibarnamə ilə vermişdir. O, avtomobilini icarəyə verən vaxt X5 icazə almaq haqqında qanun yox imiş, ona görə maşınını etibarnamə ilə icarəyə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmiş ki, “Volkswagen-Passat” markalı, **-FM-*** dövlət qeydiyyatlı avtomobili 2013-cü ildə təxminən 8000 manata tanımadığı şəxsdən almışdır. 24 sentyabr 2013-cü il tarixdə avtomobili öz adına rəsmiləşdirmişdir. Həmin vaxtdan avtomobil onun mülkiyyətindədir. 27 aprel 2023-cü il tarixdə, axşam saatlarında “Volkswagen-Passat” markalı, **-FM-*** dövlət qeydiyyatlı avtomobili yaşadığı ünvan 1 ünvanının qarşısında saxlamışdır. 28 aprel 2023-cü il tarixdə günorta saatlarında evdən çıxıb avtomobilinə yaxınlaşanda avtomobilin arxa buferinin zədələndiyini görmüşdür. Sonradan ətrafda olan şəxslərdən eşitmişdir ki, tanımadığı bir nəfər şəxs “Toyota Prius” markalı avtomobillə polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi avtomobili digər avtomobillərə həmçinin onun avtomobilinə vurmuşdur. Lakin ona dəymiş zərər ödənilmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şiakyət və tələbi yoxdur. 200 manat zərər ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş ki,o, Bakı şəhəri Baş Polis İdarəsinin X26 İdarəsinə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru polis baş serjantı vəzifəsində xidmət edir. 27 aprel 2023-cü il, saat 20:00-dan 28 aprel 2023-cü il saat 08:00-dək Nəsimi rayonu, 20 Yanvar dairəsində **-YP-*** qeydiyyat nişanlı avtopatrul ilə Zərərçəkmiş şəxs3 ilə birlikdə xidmət aparmış. 28 aprel 2023-cü il tarixdə, saat 07.30 radələrində 99YP396 qeydiyyat nişanı avtoptrulda xidmət aparan Zərərçəkmiş şəxs1 efirə çıxaraq dövlət qeydiyyat nişanı olmayan "Toyota Prius” markalı, avtomaşının yol hərəkəti qaydalarını pozduğu üçün həmin avtomobili saxlamağa onlara kömək etmələrini bildirmişdir. Onlar “Memar Əcəmi” dairəsində dövlət qeydiyyat nişanı olmayan “Toyota Prius” markalı avtomobili görmüş, həmin vaxt 99YP396 d.q.n avtoptrul və 99YP397 d.q.n avtoptrul onu təqib etmiş, onlar da həmin avtopatrullara qoşulmuşdur. “Toyota Prius” markalı avtomobil 4-cü mkr dairəsinə doğru hərəkətini davam etdiririb dairəyə daxil olmadan əks istiqamətdə hərəkət edib əlavə yola girmiş və “Memar Əcəmi” metrostasiyası istiqamətinə gedərək Nəsimi rayonu, Cavadxan küçəsi 17 və 19 saylı binalarının qarşısına gələndə qarşısına d.q.n bilmədiyi «Pajero» markalı avtomobil çıxdığı üçün məcbur qalıb dayanmışdır. Bundan sonra onlar avtopatrullardan düşüb “Toyota Prius” markalı avtomobilə yaxınlaşaraq sürücü Təqsirləndirilən şəxs avtomobildən düşməsini tələb edərəkən sürücü avtomobili qəfil arxaya hərəkət etdirib **-YP-*** d.q.n avtopatrulu qabaq tərəfindən vurub itələmiş, həmin avtopatrul arxasında dayanmış 99-YP- 396 d.q.n avtopatrulun qarşına dəymiş, **-YP-*** d.q.n avtopatrul da arxasında dayanmış 99-YP482 d.q.n avtopatrula dəymişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Toyota Prius” markalı avtomobili binaların qarşısında qarşıya sağ tərəfə hərəkət etdirib binanın qarşısında dayanmış “Wolksfagen Passat” markalı, ** FM *** d.q.n avtomobilin arxasından vurmuş, yol olmadığı üçün yenidən arxaya qayıtmış, Xeybər **-YP-*** d.q.n avtopatrula əyləşərək binaların qarşısına sürüb “Toyota Prius” markalı avtomobilin qarşısını kəsmişdir. Bundan sonra Təqsirləndirilən şəxs maşını çevirib idarə etdiyi avtomobillə arxada dayanmış **-YP-*** d.q.n avtopatrulun sol qapısından vurmuş, özünə yol açmaq üçün arxaya sürüb **-YP-*** d.q.n avtopatrulun arxa buferindən bir daha vurmuş, özünə yol aça bilmədiyi üçün geri qayıtmış və bütün yollar bağlı olduğu üçün **-YP-*** d.q.n avtopatrulun qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs binaların qarşısında maşını polis əməkdaşlarının və polis və mülki avtomobillərin üzərinə sürərkən ətrafda çoxlu sayda mülki şəxlər olmuş, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində həmin şəxslər də qorxuya düşmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamaq istəyərkən orada olan polis əməkdaşları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 müxtəlif dərəcəli xəsarətlər almışlar. Saat 08 radələrində həmin nəqliyyat vasitəsinin saxlanılması mümkün olmuş, sürücü nəqliyyat vasitəsi ilə birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, **-LE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomobili 2023-cü ilin aprel ayının əvvəllərində 8500 manata tanımadığı şəxsdən almış, xx.xx.2023- cü il tarixdə həyat yoldaşı X3 adına rəsmiləşdirmişdir. Qeydiyyat şəhadətnaməsində həyat yoldaşının adı göstərilsə də avtomobil faktiki olaraq ona məxsusdur. Həmin avtomobili xx.xx.2023-cü il tarixli etibarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 07-08 radələrində **-LE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomobili ilə Cəfər Xəndan küçəsində hərəkətdə olarkən qeydiyyat nişanı olmayan “Toyota Prius” markalı avtomobil qəfildən onun idarə etdiyi avtomobilin sol arxa hissəsindən vuraraq oradan uzaqlaşmışdır. Avtomobilinin sol arxa qapısı, arxa buferi, təkəri zədələnmişdir. Həmin avtomobilin arxası ilə dövlət qeydiyyat nişanını xatırlamadığı DYP idarəsinin maşını getmişdir. O, avtomobili sağa çəkib DİN-in 102 zəng xidmətinə məlumat vermiş, həmin hadisə nəticəsində ona 1100 manat ziyan dəymişdir. "xxxx" tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Hadisə nəticəsində həyat yoldaşına heç bir maddi ziyan dəyməmişdir. İş üzrə təyin edilmiş məhkəmə- əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4072 №-li rəyində 1996-cı il buraxılışlı, “Mercedes E230” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 1100,0 manat müəyyən edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-4-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının yol-patrul xidməti baş inspektorları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, YPX Alayının YPX inspektorları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 28 aprel 2023cü il tarixli raportundan görünür ki, sonuncular xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində xidmətdə olan zaman Bakı şəhəri, C.Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “Toyota Prius” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozduğunu görüb sonuncuya xəbərdarlıq etdiklərini, sonuncunun xəbərdarlığa məhəl qoymayaraq təhlükəli manevrlərlə hərəkət etməsini, yoldakı nəqliyyat vasitəsinə zərər vurmasını, daha sonra YPX əməkdaşlarına xəsarət yetirib, polis avtomaşınlarına zərər vurduğu üçün saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmiş, orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 119-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsi DYP-dən daxil olmuş 16 iyun 2023-cü il tarixli, 44-7/2-12558 №-li məktub ilə göndərilmiş “Yol Patrul xidməti naryadlarının Post-cədvəli” nə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş polis idarəsinin DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının inspektroları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid1 27-xx.xx.2023-cü il tarixlərdə xidmətdə olmaları müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs7 28 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, ona məxsus “Volkswagen-Passat” markalı, **-FM-*** dövlət qeydiyyatlı avtomobilinin zədələndiyini aşkar etmiş, ətrafdakı şəxslərin “Toyota Prius” markalı avtomobilin onun maşınına zərər yetirildiyini bildirdiklərini göstərmişdir. Cinayət işinin 1-ci cild 91-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 aprel 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs7 məxsus “Volkswagen-Passat” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa buferində zədələnmə olması müşahidə edilmişdir. Cinayət işinin 1-ci cild 59-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid2 28 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, ona məxsus “Mercedes E230” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Azadlıq” prospekti ilə hərəkətdə olarkən “Toyota Prius” markalı avtomobilin ona məxsus maşının sol arxa qapısını əzib qaçdığını bildirmişdir. Cinayət işinin 1-ci cild 87-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 aprel 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid2 məxsus “Mercedes E230” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sol arxa qapısında, arxa buferində, sol arxa qanadında və baqaj hissəsində olan ehtiyat təkərində zədələnmə olması müşahidə edilmişdir. Cinayət işinin 1-ci cild 72-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında 28 aprel 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Nəsimi rayonu, Cavadxan küçəsi 17 və 19 saylı binaların qarşısıdır. Hadisə yerindən iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 39-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Şəxsi axtarış aparılması, baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sonuncuya paltarlarında, əşyalarında və ya bədənində ola biləcək əşyaları verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli pul kisəsini, 01 ədəd avtomobilə dair sənəd, 03 ədəd vizit kart, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, 01 ədəd qələm, 44 manat pul, 01 ədəd elektron siqaret və 01 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində şokolad olmasını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış keçirilən zaman, avtomobilin qabaq, sağ və sol yan hissələrinin, eləcə də qabaq sağ və qabaq sol qapılarının deformasiyaya uğraması aşkar edilmişdir. Həmin avtomobilin yük yerindən **-BN-*** dövlət qeydiyyat nişanlı nömrə aşkar edilmişdir. Avtomobilin salonunda 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümün içərisində şokolad olmasını bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Axtarış və baxış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 46-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və avtomobilə keçirilmiş baxış zamanı aşkar edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik olmayan 01 ədəd qara rəngli pul kisəsini, 01 ədəd avtomobilə dair sənəd, 03 ədəd vizit kart, 01 ədəd qələm, 44 manat pul, 01 ədəd elektron siqaret və 01 ədəd alışqan, 01 ədəd avtomobil açarı, 01 ədəd ətir qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 1-ci cild 65-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2023-cü il tarixli, 6/2477 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №187” dairəvi möhür əksi və “.. Vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs -imza, iştirakçılar: beş imza, müdafıəçi-imza, Tərtib etdi:E.Vəliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-3,109 qram olan qəhvəyi rəngli tozşəkİlli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №187” dairəvi möhür əksi və “.. Vət.Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş kütlə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs -imza, iştirakçılar: beş imza, müdafıəçi-imza, Tərtib etdi:E.Vəliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-10,866 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinlər ilə avtomobilindən götürülmüş heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi -13,975 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’ in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 76-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 19-cu PŞ-nin məsul növbətçisi, polis mayoru S.Ağayevin 28 aprel 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə, saat 17:40-da TMİ-dən tibb bacısı Həsənova məlumat verərək, Zərərçəkmiş şəxs1 sol əlin əzilməsi xəsarəti ilə müraciət etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 77-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 19-cu PŞ-nin məsul növbətçisi, polis mayoru S.Ağayevin 29 aprel 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə, saat 05:30-da TMİ-dən tibb bacısı Həsənova məlumat verərək, X4 dizin və sol ayağın əzilməsi xəsarəti ilə müraciət etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 19-cu PŞ-nin məsul növbətçisi, polis mayoru S.Ağayevin 28 aprel 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə, saat 19:00-da 5 saylı TTYS-dən həkim Məmmədova məlumat verərək, Zərərçəkmiş şəxs4 sağ ayağın əzilməsi xəsarəti ilə müraciət etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 78-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 19-cu PŞ-nin məsul növbətçisi, polis mayoru S.Ağayevin 28 aprel 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə, saat 07:50-də DİN-nin 102 xidmətinə “Toyota Prius” markalı avtomobilin YP-482 və YP-396-nın əməkdaşlarına tabesizlik göstərməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 95-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 aprel 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, “BMW” markalı, qeydiyyat nişanı **-YP- *** olan avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin ön buferində, ön sol qapısında, arxa sol qanadında və arxa buferində zədələr olması müşahidə edilmişdir. Cinayət işinin 1-ci cild 132-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 aprel 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «İnoi» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramiz Axundovun 01 may 2023-cü il tarixli arayışından görünür ki, iş materiallarına əlavə edilmiş videogörüntülərə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs idarə etdiyi, dövlət qeydiyyat nişanı olmayan “Toyota Prius” markalı avtomobillə ictimai qaydanı kobud surətdə pozaraq, polis əməkdaşlarına müqavimət göstərdiyini, avtomobili polis əməkdaşlarının və xidməti avtomobillərin üzərinə sürüb zərər yetirməsi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 118-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baş vermiş hadisəni özündə əks etdirən videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “Toyota Prius” markalı avtomobili yaşayış binalarının qarşısında adamların toplaşdığı yerdə müxtəlif istiqamətlərə idarə edir, polis əməkdaşları onu saxlamağa çalışsalar da avtomobili saxlamayıb polis əməkdaşlarının, DYP avtopatrulların və digər mülki avtomobilin üzərinə sürüb, polis əməkdaşlarına və avtomobillərə zərər vurur. Polis əməkdaşları çox çətinliklə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin dayanmasını təmin edirlər. Cinayət işinin 2-ci cild 20-21-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsinin məhkəmə-tibb ekspertizasının 22 may 2023-cü il tarixli, 560 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərsol saidin və sağ baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. Cinayət işinin 2-ci cild 23-24-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsinin məhkəmə-tibb ekspertizasının 22 may 2023-cü il tarixli, 558 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində aşkar olunmuş xəsarətlərsağ budun qançırı küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs5mn bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işinin 2-ci cild 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsinin məhkəmə-tibb ekspertizasının 22 may 2023-cü il tarixli, 559 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşkar olunmuş xəsarətlərsağ aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan aşıq-baldır oynağı nahiyəsinin və ayaq pəncəsinin şişkinlik halında hematoması küt əşyanın təsirindən, onun tibbi yardım üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs4 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Cinayət işinin 2-ci cild 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsinin məhkəmə-tibb ekspertizasının 22 may 2023-cü il tarixli, 557 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Rafael oğlunun bədən səthində aşkar olunmuş xəsarətlər- sağ diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançırışişkinliyi, sol əlin qançır şişkinliyi küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 28,04.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən və müayinə olunanın qeyd etdiyi şəraitdə əmələ gələ bilərdilər. Cinayət işinin 2-ci cild 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsinin məhkəmə-tibb ekspertizasının 22 may 2023-cü il tarixli, 561 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarət-sol əlin İİİ barmağının daraq-falanqa oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin və İİİ barmağının qançır şişkinlik halında əzilməsi küt əşyanın təsirindən onun tibbi yardım üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Cinayət işinin 2-ci cild 147-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli, 9/4072 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X25 Keşlə” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı, “Toyota Prius” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 2130,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu, təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı, “Wolkswagen-Passat” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 200,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu, təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı, “Mercedes E230” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1100,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “BMW 328i” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4960,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “BMW 328i” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2577,0 manat müəyyən edilir. 2014-cü il buraxılışlı, “BMW 328i” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci barədə qüsur aktı tərtib edilmədiyindən həmin avtomobilə dəymiş ziyan üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin 3-cü cild 1-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X8 28 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən, Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq hərətləri edərkən silah qismində istifadə etdiyi “Toyota Prius” markalı, 77BN148 dövlət qeydiyyatlı avtomobilin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Siqnal İLİİ-nin 5 saylı Cərimə meydançasında saxlanılması nəzərə alınmalıdır. Cinayət işinin 3-cü cild 30-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X8 28 iyul 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddənin mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamlarda təqsirli bilməsə də, dolayı yolla törətdiyi cinayət əməllərini etiraf edərək, əməlindən peşman olduğunu bildirmişdir.Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən və avtomaşından çıxan narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ziddiyyətli ifadələrini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Cinayət işinin 2-ci cild 16-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsinin məhkəmə-tibb ekspertizasının 13 may 2023-cü il tarixli, 572 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərsol göz qapaqları və gözaltı nahiyənin qançırı, bel nahiyəsinin, sağ baldırın və sağ ayaq pəncəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü ol tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələrəi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən yol nəqliyyat hadisəsi zamanı və avtomobildən çıxarılarkən əmələ gələ bilmələri mümkündür. Cinayət işinin 2-ci cild 128-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X9 24 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarətlərin aşkar edilməsi faktı üzrə polis əməkdaşlarının əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 13,975 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 93,16 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs üzərində külli miqdarda, yəni təmiz çəkisi 13,975 qram olan narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa, cinayət işinin 2-ci cild 14-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 aprel 2023-ci il tarixli, 2522 №-li rəyidən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, cinayət işinin 2-ci cild 210-211-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 19-cu PŞ-dən daxil olmuş 28 iyul 2023-cü il tarixli, 08351-1/2-11 131 №-li məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş videogörüntülərə baxış keçirilən zaman da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi, dövlət qeydiyyat nişanı olmayan avtomobili qərəzli şəkildə, ictimai qaydaları kobud surətdə pozaraq xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının üzərinə sürərək, polis əməkdaşlarına müqavimət göstərib, onlara müxtəlif dərəcəli xəsarətlər yetirmişdir. (cild 2, iş vərəqə 118) Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini dolayı yolla etiraf etməsini, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2, 221.3, 234.4.3 və 315-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 9-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 may 2023cü il tarixli tələbnamədən və cinayət işinin 1-ci cild 220-227-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 1(012)-425/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Abşeron Rayon Məhkəməsinin qərarı ilə amnistiya tətbiq edildiyi üçün təyin olunmuş cəzası 01 il azaldılmış, 17 oktyabr 2022-ci ildə cəza müddəti bitmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. Cinayət işinin 1-ci cild 229-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Naziirliyinin 2 nömrəli X1 daxil olmuş 20 may 2023-cü il tarixli, 1/2338 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməmişdir. Cinayət işinin 1-ci cild 239-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Naziirliyinin Bakı şəhəri Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 18 may 2023-cü il tarixli, 3435 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 241-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Naziirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 24 may 2023-cü il tarixli, 7655 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2012-xx.xx.2012, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019 və xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Cinayət işinin 2-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Naziirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 27 may 2023-cü il tarixli, xx/xx-5784 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 203-206-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator kompleks məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli, 1546 №-İi rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (28 aprel 2023-cü il tarixdə) “isterik tipli şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hal- hazırda isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs “isterik tipli şəxsiyyət pozuntusunun dəqiq nə vaxt yarandığını müəyyən etmək mümkün deyil. Onda qeyd olunan “isterik tipli şəxsiyyət pozuntusunun” yeniyetmə yaşlarında formalaşmasını güman etmək olar. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional reaksiyalara meyillilik, kobudluq, hirslilik, özünü müdafiə etməyə meyillilik, laqeydlik, inadkarlıq, qıcığa qarşı həssaslıq, nümayişkaranəlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd olunan cinayət hadisəsini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlər (affektiv reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq, inadkarlıq, nümayişkaranəlik, mübahisə və münaqişəyə meyillilik və s) ilə şərtləşmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə 27 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadığını, “BMW” markalı, **-YP-*** və “BMW” markalı, **-YP-*** qeydiyyat nömrəli avtomobillərə dəymiş 7537 manat zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 27 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadığını, “BMW” markalı, **-YP-*** qeydiyyat nömrəli avtomobilə dəymiş 4960 manat zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 27 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadığını, “BMW” markalı, **-YP-*** qeydiyyat nömrəli avtomobilə dəymiş 4960 manat zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 13 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadığını, “BMW” markalı avtomobillərə dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 13 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadığını, “BMW” markalı avtomobillərə dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 27 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadığını, ona məxsus Toyota Prius markalı avtomaşına dəymiş 2500 manat və cərimə cəzasına görə 700 manat zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 13 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal, yalnız ona ittiham elan edilmiş CM-nin 186.2.2-ci maddəsinə münasibətdədir, ona görə də CM-nin 60.1-ci maddəsinin müddəaları yalnız CM-nin 186.2.2-ci maddəsi ilə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 28 aprel 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 18-ci vərəqəsində olan 28 aprel 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 123-127-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli 4(006)-227/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkarlanaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı 13,775 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiin BDYPİ-nin Siqnal İLİİ-nin 5 saylı Cərimə meydançasında saxlanılan “Toyota Prius” markalı, 77BN148 dövlət qeydiyyatlı avtomobil qanuni sahibi Zərərçəkmiş şəxs6 qaytarılmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 184-cü vərəqəsində olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin kserosurətindən görünür ki, “Toyota Prius” markalı, **-BN-*** dövlət qeydiyyatlı avtomobil X10 tərəfindən Zərərçəkmiş şəxs6 sərəncamına verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 45.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan əməlləri törədən zaman nəqliyyat vasitəsindən istifadə edərək, zərərçəkmiş şəxslərə və avtomobillərə ziyan vurduğundan, yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2.-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə əlavə cəza növü də təyin edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2, 221.3, 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 45.1-ci maddəsinə əsasən 03 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin olunmuş cəzası tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkarlanaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı 13,775 qram narkotik vasitə heroin məhv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiin BDYPİ-nin Siqnal İLİİ-nin 5 saylı Cərimə meydançasında saxlanılan “Toyota Prius” markalı, 77BN148 dövlət qeydiyyatlı avtomobil qanuni sahibi Zərərçəkmiş şəxs6 qaytarılsın. İş üzrə ekspertiza xərci olan 142 (yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar