Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1930/2024 16.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddə əldə edib, saxlamış, daşımışdır. Belə ki, o, naməlum tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 3,521 qram maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 1,342 qram xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 22 fevral 2024-cü il tarixdə saat 17:30 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin X3 əməkdaşları tərəfindən saxlanılıb 12-ci PŞ-nə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olmuş qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 3,281 qram, 01 ədəd folqa bükümdə təmiz çəkisi 0,240 qram, ümumi təmiz çəkisi 3,521 qram, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,342 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin heroin növündən çəkmək yolu ilə istifadə edir. Lakin hazırda Reabilitasiya Mərkəzində müalicə alır. İran İslam Respublikası vətəndaşı «Əziz» adlı şəxs ona “Whatsapp” sosial şəbəkəsindən bir neçə dəfə mesaj yazmış və o onun mesajlarına məhəl qoymurmuş. O, “Əziz” adlı şəxsin onun narkotik vasitələrdən istifadə etdiyini hardan bildiyini bilmirmiş. Sonuncu dəfə 21 fevral 2024-cü il tarixində o “Əziz” adlı şəxsin “Kapital Bank” kartına 50 manat pul köçürmüş, “Əziz” adlı şəxs ona narkotik vasitənin qoyulduğu yerin şəklini göndərmiş və o 01 qram yarım heroini «Gənclik Mall» ilə üzbəüz binanın qarşısından götürmüşdür. Həmin gün evə gəlmiş və heroinin 1 qramını istifadə etmiş, yarım qram heroin isə maşınında qalmışdır. Maşının modeli “Elentra” imiş və o həmin maşını rayona toya getmək üçün icarəyə götürmüşdür. Maşını qapının önündə saxlamışdır. İttiham aktında düzgün yazılmamışdır. O, evdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt evdə sevdiyi qız və dostunun anası var imiş. Polis əməkdaşları evdə onu sevgilisinin və dostunun anasının qarşısında döymüşlər. Polis əməkdaşları qadınları itələmişlər. O, demişdir ki, qadınları niyə itələyirlər. Polis əməkdaşları onu yenə döymüşlər. O da evdə qollarını kəsmişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları o evdən çıxarkən qapının önündə saxlamışlar. Polis əməkdaşları onu tutub vurmuşlar və sonra evdə narkotik vasitə olub-olmamasına baxmaq üçün onu evə salmışlar. 12-ci Polis Bölməsində üzərinə yenə axtarış keçirilməmişdir. O, 21 fevral 2024cü il tarixində İran vətəndaşından öz istifadəsi üçün 1 qram yarım narkotik vasitə almışdır. Əslində alacağı narkotik vasitənin qramı 60 manat imiş, amma o qram yarım narkotik vasitəni «Əziz» adlı şəxsdən 50 manata almışdır. Polis əməkdaşları onu saxlayan gün yarım qram heroin maşınında imiş. O, Polis Bölməsinə aparılanda vəkil gəlmiş, sonra üstünə baxış zamanı nəsə söhbət olmuş və vəkil razılaşmadığı üçün otaqdan çölə çıxmışdır. Üzərinə axtarış aparılarkən vəkil iştirak etməmişdir. O, sənədlərə imza çəkəndə özündə deyilmiş, çünki qollarını kəsmiş və qan itirmişdir. O, sənədlərə baxmadan imzalayırmış. Qollarını kəsdiyi üçün polis əməkdaşları onu xəstəxanaya aparmışlar, qollarını bağlamışlar. Polis əməkdaşları şəxsi axtarış zamanı maşınındakı yarım qram heroini gətirmişlər və əlavə olaraq çoxlu miqdarda narkotik vasitə gətirmişlər. Sonra üzərinə axtarış keçirilmiş və güya həmin miqdar narkotik vasitə üzərindən aşkar olunmuşdur. Onun maşınında yarım qram heroin var imiş. Onun üzərindən 1,3 qram metamfetamin aşkar olunmamışdır. O, şəxsi axtarış zamanı vəkilin iştirak etməməsi üçün ərizə təqdim etməmişdir. Elan olunmuş cinayət işinin 28-29-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, qollarını kəsib qan itirdiyindən özündə deyilmiş, başı gicəllənirmiş və buna görə protokolu oxumadan imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 33-cü vərəqəsində olan izahatında, cinayət işinin 52-54 və 67- 69-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Təxminən 3 il olar ki, narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Narkotik vasitələri və psixotrop maddələri ad və anket məlumatlarını bilmədiyi şəxslərdən öz istifadəsi üçün müxtəlif məbləğlərə və müxtəlif ünvanlardan almışdır. Təxminən 2 il öncə onlayn vasitəsilə özünü İran islam Respublikası vətəndaşı adını «Əziz» kimi bildirdiyi şəxslə tanış olmuşdur. Söhbət əsnasında həmin şəxs ona bildirmişdir ki, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olur, lazım olduqda onun üçün də göndərə bilər. Razılaşmış və ondan bir neçə dəfə özü istifadə etmək üçün narkotik vasitələr və psixotrop maddələr alıb istifadə etmişdir. «Əziz» adlı şəxslə razılaşmışdır ki, kart hesabına pul göndərdikdən sonra «Əziz» onun üçün Bakı şəhərinə narkotik vasitələr və psixotrop maddələr göndərəcək, sonra həmin maddələri qoyduğu ünvanın fotoşəklini çəkib ona göndərəcək və o həmin yerdən gedib götürə biləcəkdir. «Əziz» adlı şəxs ona kimin və ya kimlərin vasitəsilə həmin maddələri göndərəcəyini demədiyi üçün bu barədə heç bir məlumatı yoxdur. «Əziz» adlı şəxs ona müxtəlif bank kartların nömrələrini deyirmiş və o pulu «Milliön» ödəmə terminallarından ödəyirmiş. Kart nömrələrini xatırlamır, ödəniş qəbzlərini isə atmışdır. Sonuncu dəfə 21 fevral 2024-cü il tarixdə səhər saatlarında «Əziz» adlı şəxslə telefonun «Vhatsap» ani mesajlaşma mobil tətbiqi vasitəsilə əlaqə saxlayıb ondan heroin və metamfetamin istəmişdir. «Əziz» də onunla 22 fevral 2024-cü il tarixdə səhər saatlarında əlaqə saxlayıb ona heroin və metamfetamin göndərdiyini demişdir. Bundan sonra o həmin şəxsə «Milliön» ödəmə terminalı vasitəsilə bank kart hesabına 250 manat pul göndərmiş və «Əziz» ona heroini və metamfetamini qoyduğu yerin fotoşəklini göndərib ünvanı bildirmişdir. Daha sonra o, Bakı metropoliteninin «Gənclik» stansiyası yaxınlığına gedib həmin maddələri oradan götürmüşdür. Heroin qara rəngli sellofan bükümdə, metamfetamin isə şəffaf sellofan bükümdə olmuşdur. Həmin bükümləri götürüb yaşadığı evə gəlmiş, qara rəngli sellofan bükümdə olmuş heroindən bir qismini hissə-hissə özü istifadə etmək üçün folqaya qoymuşdur. Hər üç bükümü qara rəngli gödəkcəsinin sağ yan cibinə qoyub yaşadığı evdən çıxmışdır. 22 fevral 2024-cü il tarixdə saat 17:30-da ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evin yaxınlığında piyada hərəkət edən zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb, polis əməkdaşları olduqlarını deyib, xidməti vəsiqələri göstərib onun hərəkətlərindən şübhələndiklərini deyib şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişdirlər. Üzərində heroin və metamfetamin olduğu üçün yerdən şüşə parçası götürüb qollarını kəsib özünə xəsarət yetirmişdir ki, polis əməkdaşları bunu görüb ondan aralanıb çıxıb getsinlər və onu sərbəst buraxsınlar. Lakin polis əməkdaşları onu sərbəst buraxmayıb birlikdə 12-ci PŞ-yə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən ona şöbəyə gətirilməsinin səbəbləri izah edilib, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil dəvət ediləcəyi bildirilib, vəkil seçmək üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim olunmuşdur. Üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu üçün və gələcəkdə hüquqlarını müdafiə edəcək vəkilin etibar və inamını itirməməkdən ötrü xahiş etmişdir ki, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilsin. Vəkil otaqdan çıxdıqdan sonra onu saxlayıb polis şöbəsinə gətirmiş polis əməkdaşlarının və təhqiqatçının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olubolmaması soruşulmuşdur. O, da əynində olmuş qara rəngli gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümləri çıxarıb təqdim etmiş, içərisində olan maddələr və haradan əldə etməsi barədə ətraflı məlumat vermişdir. ...Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır....» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, qollarını kəsib qan itirdiyindən özündə deyilmiş, başı gicəllənirmiş və buna görə izahatı və protokolları oxumadan imzalamışdır. O, İstintaq Təcridxanasında saxlanılmamışdır. Elan olunmuş cinayət işinin 115-117-ci vərəqələrində olan diskə baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, qollarını kəsib qan itirdiyindən özündə deyilmiş və protokolu oxumadan imzalamışdır. ***-***-**-** mobil nömrəsi onun nömrəsidir. Mesajlarda “daş” yazanda əslində metamfetamini nəzərdə tutmuşdur. O, metamfetamini istifadəsi üçün alırmış, satış məqsədi ilə almırmış. Mesajlaşdığı şəxsləri istintaq zamanı çağırıb dindirməmişlər. O, mesajlarda narkotik vasitəni yalnız istifadəsi üçün almaq barədə yazışırmış, satmaq məqsədi olmamışdır. Onun 23 yaşı var. O, 2018-2019-cu illərdə hərbi xidmətdə olmuş, lakin, 2-ci Qarbağ müharibəsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin X3 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 fevral 2024-cü il tarixdə ünvan 2 ünvanında inzibati ərazidə xidmət aparan zaman fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onu saxlamışlar. Onlar əvvəlcə özlərini təqdim etmişlər və özlərini təqdim edib, xidməti vəsiqələrini ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirib, tez bir zamanda yanlarından uzaqlaşmaq istəmişdir. Onlar onu 12-ci PŞ-nə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs ani yerdən şüşə parçası götürüb qollarına xəsarət yetirməyə başlamışdır. Onlar Təqsirləndirilən şəxs xəstəxanaya aparmışlar, onun qollarına tikiş atılmışdır. Sonra isə Polis şöbəsində Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilmiş, hüquq və vəzifələri izah olunmuş, müdaifəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin cibindən 01 ədəd qara rəngli sellofan, 01 ədəd folqa və 01 ədəd şəffaf sellofan bükümləri çıxarıb masa üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bükümdə və 01 ədəd folqa bükümdə narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı «Əziz» adı ilə təqdim etmiş şəxsin bank kartına ödəmə terminalı vasitəsilə 250 manat pul göndərdikdən sonra «Əziz» ona şəxsiyyəti məlum olmayan şəxsin vasitəsilə Bakımetropoliteninin «Gənclik» stansiyası yaxınlığına həmin maddələri qoyması barədə məlumat verdikdən sonra gedib həmin ünvandan götürüb yaşadığı evə gətirdiyini, qara rəngli sellofan bükümdə olmuş heroindən bir qismini hissə-hissə özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, əməliyyat məlumatı daxil olmuşdur. Şəxsi axtarış zamanı üzərindəki bükümləri təqdim etmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qollarını kəsəndə şəkil çəkməmişlər. Onun fikri Təqsirləndirilən şəxs sağlamlığında olduğundan ətrafda kiminsə olub-olmadığını görməmişlər. Təqsirləndirilən şəxs evində saxlamamışlar, onu döyməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin X3 əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 22 fevral 2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü ildə saat 17:30-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov döngə 4də fərdi evin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb onu saxladıqda, həmin şəxs şübhəli davranaraq getmək istədiyini bildirib, yerdən tapdığı iti kəsici əşya ilə qollarından xəsarət yetirməyə başlamışdır. Həmin şəxsin özünə xəsarət yetirməsinin qarşısı alınaraq PŞ-nə gətirilmiş, şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçisinin iştirak etməməsini xahiş etmişdir. Cinayət işinin 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan, 01 ədəd folqa və 01 ədəd şəffaf sellofan bükümləri çıxarıb masa üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bükümdə və 01 ədəd folqa bükümdə narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı «Əziz» adı ilə təqdim etmiş şəxsin bank kartına ödəmə terminalı vasitəsilə 250 manat pul göndərdikdən sonra «Əziz» ona şəxsiyyəti müəlum olmayan şəxsin vasitəsi ilə Bakımetropolitenin «Gənclik» stansiyası yaxınlığında həmin maddələri qoyması barədə məlumat verdikdən sonra gedib həmin ünvandan götürüb yaşadığı evə gətirdiyini, qara rəngli sellofan bükümdə olmuş heroindən bir qismini hissə-hissə özü istifadə etmək üçün folqaya qoyduğynu, hər üç bükümü qara rəngli gödəkcəsinin sağ yan cibinə qoyub yaşadığı evdən çıxdığını və 22 fevral 2024-cü il tarixdə saat 17:30-da ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirildiyini, heroini və metamfetamini öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddələr müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 55-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2024-cü il tarixli DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan, 01 ədəd folqa və 01 ədəd şəffaf sellofan bükümləri çıxarıb masa üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bükümdə və 01 ədəd folqa bükümdə narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı «Əziz» adı ilə təqdim etmiş şəxsin bank kartına ödəmə terminalı vasitəsilə 250 manat pul göndərdikdən sonra «Əziz» ona şəxsiyyəti müəlum olmayan şəxsin vasitəsi ilə Bakımetropolitenin «Gənclik» stansiyası yaxınlığında həmin maddələri qoyması barədə məlumat verdikdən sonra gedib həmin ünvandan götürüb yaşadığı evə gətirdiyini, qara rəngli sellofan bükümdə olmuş heroindən bir qismini hissə-hissə özü istifadə etmək üçün folqaya qoyduğnu, hər üç bükümü qara rəngli gödəkcəsinin sağ yan cibinə qoyub yaşadığı evdən çıxdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddələr müvafiq qaydada qablaşdırılıb götürülür. Cinayət işinin 37-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1077 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksləri olan, «Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 3,281 qram, 1 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 0,240 qram, ümumi təmiz çəkisi 3,521 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,342 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 1 (bir) ədəd qara rəngli sellofan bükümdə olan heroin ilə 1 (bir) ədəd gümüşü rəngli folqa bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş 21 may 2024-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin, narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 142-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 21 may 2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək üçün hazırki cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir, satışı ilə məşğul olmur, tutulduğu gün evə gəlmiş və heroinin 1 qramını istifadə etmiş, yarım qram heroin isə maşınında qalmışdır. Təzyiqə məruz qaldığı üçün istintaq zamanı etirafedici ifadəyə qol çəkmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar, psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 3,521 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından 23,47 dəfə çox, 1,342 qram psixotrop maddə metamfetamin isə şəxsi istehlak miqdarından 8,94 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həmçinin, cinayət işinin 115-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 aprel 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Azerfon MMC»-dən məktubla daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 22 fevral 2023-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək olan müddət ərzində aparılan danışıqların, sms məlumatlarını əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısına keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 08 yanvar 2024-cü il saat 20:48:10-da ***-***-**-** saylı mobil nömrəyə «Qaqa Bunun ... gedirəm X9bağınnan gara Temadı orda Ona Görə ötürüb gəlirəm Maşınanam çıxdım uje .. gözdüyə bilirsənsə Gözdə .. Verdiyim malı gətirərsən aa orxan .. verdiyi çəki düz Olmasa qaytarmıyacağ, Qaqa yarım cet olma, 9401 9092 leo bank»; - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 26 yanvar 2024-cü il saat 22:49:45-də ***-***-**-** saylı mobil nömrəyə «Qaqa bu deir temiz yari isdeirsense 35 di temiz yari»; Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobi! nömrəyə aşağıdakı qeyd olunan mobil nömrələrdən SMS mesajların göndərildiyi aşkar edilmişdir: -15 avqust 2023-cü il saat 11:12:09-da ***-***-**-** saylı mobil nömrədən «Qaqa gel ..ver de meni gozdurller axı qaqa»; -19 avqust 2023-cü il saat 01:56:17-də saat ***-***-**-** saylı mobil nömrədən «Goturmemisem hecne el tutde qadan alim»; -25 avqust 2023-cü il saat 16:37:49-da ***-***-**-** saylı mobil nömrədən «10 kola beş daş»; -25 avqust 2023-cü il saat 16:50:28-də ***-***-**-** saylı mobil nömrədən «Qaqa daş narmalni dasdii basqa isdiyende var»; -07 oktyabr 2023-cü il saat 14:24:03-də ***-***-**-** saylı mobil nömrədən «AY QAQA ACDA PUL ATDİM SENE BİR CAVAB VER, QAQA MEN ÇİXİM EVDEN GELİM SEN DEYEN YERE TEREFE, AC BİR KELME SOZ DE MENE BU AXİ BAWİMİ XARAB ELEDİ, ACDA AY QAQA MEN BURDAYAM AL MARKETİN YANİNDA, AY QAQA NİYE BELE ELYİRSEN AXİ ACDA, AC GOREY TAY, AY SEMED CAVAB VERDE MENİ GOZLYUR CAMAHAT, QAQA DAW LAZİMDİ BURDASAN»; -19 oktyabr 2023-cü il saat 20:15:39-da ***-***-**-** saylı mobil nömrədən «Agaa bidene 10cet alinirn»; -23 oktyabr 2023-cü il saat 20:38:05-də ***-***-**-** saylı mobil nömrədən «AGRDAAA QALMJSAM SEMED»; -24 oktyabr 2023-cü il saat 01:08:06-da ***-***-**-** saylı mobil nömrədən «Bu nedi vermisen ee .. boydada yoxdu eee»; -xx-xx-2023-cü il saat 02:04:19-da ***-***-**-** saylı mobil nömrədən «Gagaw nese duzeler»; -25 oktyabr 2023-cü il saat 10:44:28-də ***-***-**-** saylı mobil nömrədən «15deq dedin uje 1 sati kecibe. Senol pulun yarısı menim deyildi. Qız öldürür meni ac»; -25 oktyabr 2023-cü il saat 11:10:08-də ***-***-**-** saylı mobil nömrədən «Camaat ağrıdan ölür ac telefonu saxliya bilmirem öldürür meni elemiyinde bunu meni»; -27 oktyabr 2023-cü il saat 00:04:04-də ***-***-**-** saylı mobil nömrədən «Noldu eee camahat kesdirb qapini bu ne hereketi axi?»; -27 oktyabr 2023-cü il saat 20:46:40-da ***-***-**-** saylı mobil nömrədən «Qaqam,salam,,pulnan,nejse,elemej,olar, he,10mant, borc,aidim»; -29 oktyabr 2023-cü il saat 19:06:49-da ***-***-**-** saylı mobil nömrədən «qaqa.mene.das.gonder.godirem»; -09 yanvar 2024-cü il saat 00:15:45-də ***-***-**-** saylı mobil nömrədən «Qaqa yarım cet olmaz heç atmisam falqaya yoxlamisam sənöl»; -25 yanvar 2024-cü il saat 23:46:03-də ***-***-**-** saylı mobil nömrədən «qaqam.semet.gelim.irmilik.das.hazrat.mene.zeng.ele.ki.gelim.gozdemiyim.yaxs.dobru.ols un.sagol.cavab.gozdurem»; -26 yanvar 2024-cü il saat 22:38:40-da ***-***-**-** saylı mobil nömrədən «salam.qaqam.yar.lazmd.duzeler.he.yoxsa.yox.zeng.eleme.usaq.yatb.yaz.yaxs.otuz.man ata .duzeler.he»; -27 yanvar 2024-cü il saat 00:56:08-də ***-***-**-** saylı mobil nömrədən «salam, qaqam. sen. mene.senol. vursan, ozun. ol. ki. yalanan, vurma. senol.yaxs.temiz.05deyildi .sagol.murat»; -28 yanvar 2024-cü il saat 03:23:16-da ***-***-**-** saylı mobil nömrədən «5.de.lazm.olacaq.qaqam.seni, narahat.elye.bilerem.he.qaqam»; -28 yanvar 2024-cü il saat 03:43:14-də ***-***-**-** saylı mobil nömrədən «qaqam. yatmamasan. 20manatm.var.gelsem. normal, veresen. sen. canin, he. qaqam. allah, kom eyn.olsun» -xx-xx-2024-cü il tarixdə saat 02:17:13-də ***-***-**-** saylı mobil nömrədən «salam.qaqa.sene.dedim.ki.toz.gonderme.ey.semet.birini.tabadn. verdin.mene.sagol»; -02 fevral 2024-cü il saat 16:25:38-də ***-***-**-** saylı mobil nömrədən «Brat imkan var bidene 10 lug veresen mene ama kelme kelmedir axsama qeder atacam pulun alinarsa de gelim»; -03 fevral 2024-cü il saat 02:06:37-də ***-***-**-** saylı mobil nömrədən «Semed bu nedu vermisen .yoldawdigi pozag sennen qaqa?nie belewey verirsen?»; -05 fevral 2024-cü il saat 04:46:13-də ***-***-**-** saylı mobil nömrədən «qaqam. birazdan.gesem.10.manat.varmd. sen. yaxs.duzeldersn.yaxs. can. abi»; Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları olmuşdur. İbtidai istintaq dövründə keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının öz təsdiqini tapması müəyyən edilmişdir. Məhkəmə iclasında dindirilən zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Sabunçu RPİ-nin MSY-nə sorğu ilə müraciət edilmişdir. Bakı şəhəri Sabunçu RPİ-dən daxil olmuş 15 oktyabr 2024-cü il tarixli, 49/2- 38847/24 nömrəli məktubdan və məktuba əlavə edilmiş aktdan görünür ki, X10 MSY-nə daxil olarkən, sonuncuya baxış keçirilərkən, sağ və sol qollarında yeni kəsilmiş xəsarətlər, kürəyinin sağ ətrafı boynunda, boğazında və burnunda qızarmış qançırlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, qollarındakı xəsarətləri polis əməkdaşlarından yayınmaq üçün kəsici alətlə özü-özünə yetirmiş, bədənindəki qızartı və qançırlar isə polisdən qaçmaq istəyərkən yıxılaraq almışdır.Həmin akt Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmçinin, cinayət işinin 175-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X7 29 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə və təzyiqə məruz qalması faktı öz təsdiqini tapmadığından, toplanmış 1079-C-24 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs özünə bədən xəsarətləri yetirməsi barədə xüsusatlar isə araşdırılıb hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununlarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenumun 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 mart 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 106-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 daxil olmuş 05 mart 2024-cü il tarixli, 1/1111 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün 2 nömrəli X4 müraciət etməmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 12 mart 2024-cü il tarixli, 3246 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 19 mart 2024-cü il tarixli, xx/xx-3395 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə qeydiyyatda yoxdur. Cinayət işinin 118-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 mart 2024-cü il tarixli 1655 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 121-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 fevral 2024-cü il tarixli 513 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Belə ki, cinayət 17-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 78-80-ci vərəqələrində olan Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 24 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu azadlığa buraxılmışdır. Cinayət işinin 81-82-ci vərəqələrində olan Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 24 fevral 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdən 24 fevral 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlancda saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq 3,421 qram heroin, 1,292 qram metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD yaddaş daşıyıcısının cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarlarının və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdən 24 fevral 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi və həbsə alındığı tarixdən, yəni, 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlancda saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq 3,421 qram heroin, 1,292 qram metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə aparılarkən qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD yaddaş daşıyıcısının cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1930/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1930/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver