Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1931/2023 15.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, dalan 1, ev 6 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 dekabr 2023-cü il tarixdə, saat 17:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən və məlum olmayan tarixdə külli miqdarda, 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,658 qram, 1,008 qram, 0,649 qram, 0,675 qram, 1,121 qram və 0,416 qram olmaqla, ümumi təmiz çəkisi 4,527 qram təşkil edən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 3 mart 2023-cü il tarixdə, saat 15:00-da Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli axtarış qərarının icrası ilə əlaqədar Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu ərazisində saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,658 qram, 1,008 qram, 0,649 qram, 0,675 qram, 1,121 qram və 0,416 qram olmaqla ümumi təmiz çəkisi 4,527 qram təşkil edən xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmuş, hətta tutulduğu zaman da narkotik vasitələrdən istifadə etmişdir. Belə ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı əsasında törətdiyi oğurluq cinayətinə görə axtarışda olarkən onun axtarışını aparan əməliyyat qrupu evinə xəbərdarlıq göndərərək təslim olmasını, əks təqdirdə üzərinə narkotik vasitə qoyaraq tutulacağını bildirmişlər. Lakin o, xəbərdarlıqlara baxmayaraq, məhkəməyə getməmişdir. Polis əməkdaşları Binəqədi qəsəbəsində yerləşən evinin pəncərəsinin şüşələrini sındırmaqla içəri daxil olmuş və onu saxlayaraq evdə döymüşlər. Daha sonra polis bölməsinə aparılaraq orada müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilmiş və sonradan evindən götürülərək ona geyinməyi üçün verilmiş “kurtkanın” cibindən narkotik vasitə və tərəzi çıxarmışlar.
3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, barəsində oğurluq cinayəti ilə bağlı aparılan cinayət işi üzrə verilmiş ittihamda özünü təqsirli bilmədiyindən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə getməkdən imtina etmişdir. O, tanışlarına axtarışda olduğundan ev tapmaqda köməklik göstərmələri üçün müraciət etmiş, polis əməkdaşları da sonuncular vasitəsilə yerləşdiyi evi taparaq onu orada tutmuşlar. Onu 3 nəfər polis əməkdaşı evində ailə üzvlərinin yanında qoluna qandal vuraraq 30-cu Polis Bölməsinə aparmışlar. O tutularkən üzərində narkotik vasitə, evində isə elektron tərəzi olmamışdır. Polis əməkdaşları ona təzyiq göstərərək təqdim edilmiş sənədləri imzalamadığı halda onu bir kiloqram narkotik vasitə ilə “yükləyəcəklərini” bildirmişlər. O, fiziki və psixi təzyiq və təsirə məruz qalması ilə bağlı hər hansı dövlət orqanına və ya digər quruma şikayət etməmişdir. O, tutulduqdan sonra 3 saylı İstintaq Təcridxanasına aparılmış, təcridxanaya daxil olarkən üzərində xəsarətlər olmuş və orada müvafiq qeydlər aparılmışdır. Polis əməkdaşları tərəfindən döyüldüyündən qulaq pərdəsi yırtılmış və sol qulağında eşitmə ilə bağlı problemlər yaranmışdır. Oğurluq cinayəti ilə bağlı barəsində Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi tərəfindən hökm çıxarıldıqdan sonra o, 5 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir.
4. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, hazırkı iş üzrə tutulmazdan əvvəl kirayədə qaldığı ev bir otaqlı olmuşdur. Polis əməkdaşları tərəfindən tutularkən arvadı və uşaqları evdə olmuş, arvadının gözü qarşısında döyülmüşdür. O, 2 mart 2023-cü il tarixdə, gecə saat 11 radələrində kirayədə qaldığı evdə tutulmuşdur. Müdafiəçi isə səhər saatlarında gəlmiş, müdafiəçi gələnə qədər polis əməkdaşları narkotik vasitəni boynuna almağı üçün onu döymüş və nəticədə qulağı kar olmuşdur. 070 540 05 14 saylı mobil telefon nömrəsi ona məxsus olmaqla özü istifadə etmişdir. Polislər evinə narkotik vasitə qoyacaqları ilə bağlı hədələdiklərindən onlarla razılaşmışdır. O, oğurluqla bağlı cinayət işinin gedişində zərərçəkmiş şəxslə razılaşa bilmədiyindən məhkəməyə getməmiş, bundan sonra barəsində axtarış qərarı çıxarılmış, o da Bakı şəhərində müxtəlif ünvanlarında gizlənmişdir. Axtarışda olduğu müddət ərzində narkotik vasitə heroindən istifadə etmişdir. Narkotik vasitə və elektron tərəzini ona polis əməkdaşları vermişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qalarkən qulağı zədələnmişdir. Lakin bədəni üzərində aşkar olunmuş sol saidin çapıq izlərini özü-özünə yetirmişdir.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin icraatında olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə araşdırması aparılır. Narkotik vasitə olan heroindən təxminən üç ildir istifadə edir. Həmin narkotik vasitəni Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. 3 mart 2023-cü il tarixdə, saat 15:00 radələlərində Binəqədi rayonu, Binəqədi şossesinin üzərindəki yerüstü piyada keçidinin yaxınılığında olarkən özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər ona yaxınlaşaraq barəsində Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə axtarış qərarı çıxarılmasını bildirərək Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq sonuncularla birlikdə həmin polis şöbəsinə getmiş, orada inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa, təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşıdığı 6 (altı) ədəd bükümdə narkotik vasitə heroinləri və əynindəki qəhvəyi rəngli dəri gödəkçəsinin iç sol cibindən isə 1 (bir) ədəd boz rəngli elektron tərəzini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonuncular ondan həmin 6 (altı) ədəd bükümün nə olduğunu soruşduqda o, həmin bükümlərin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilərkən qanunla qadağan edilmiş hər hansı digər əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmaqla iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 1 mart 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşından 100 (bir yüz) manat pul verməklə “Əhmədli” metrostansiyasının yaxınlığında almışdır. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, xəstə olduğundan şəxsi istifadəsi məqsədilə narkotik vasitə heroini əldə edərək çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitə heroini aldığı şəxsin mobil nömrəsini və ya ev ünvanını bilmir. Özü mütəmadi olaraq ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 37-38; 63-65; 75-77;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 3 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı barədə rəisə raportla məruz olunduqdan sonra ondan və Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün, saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin üstündə olan yerüstü piyada keçidinin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncudan özünü təqdim etməsi tələb olunduqda özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması, habelə üzərində şəxsi axtarış həyata keçirilməsi zərurəti yaranmasını bildirərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmiş, orada xidməti otaqların birində sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu əynindəki qəhvəyi rəngli dəri gödəkçəsinin iç sol cibindən 1 (bir) ədəd elektron tərəzi və əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 6 (altı) ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqdan sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması, nə vaxt və kimdən, hansı üsulla əldə etməsi barədə sual verildikdə sonuncu həmin bükümlərin özünə məxsus olmaqla içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin maddələri təxminən iki gün əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşından “zaklatka” yolu ilə cəmi 100 (bir yüz) manata həm öz şəxsi istifadəsi, həm də satmaq məqsədilə əldə etdiyini bildirmişdir. Daha sonra aşkar edilmiş 6 (altı) ədəd büküm və 1 (bir) ədəd elektron tərəzi götürülməklə qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və üzərində qanunsuz hər hansı digər əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, nömrəsiz ünvanda yerləşən mənzilə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs də yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamış, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır.
9. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
10. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
11. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 3 mart 2023-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı ondan 6 (altı) ədəd bükümdə ümumilikdə təmiz çəkisi 4,527 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsi faktına görə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən 4 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v.1;).
12. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 3 mart 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən xx xxxxxx 1996-cı il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi və olduğu yer barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Namiq Məmmədov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin şöbənin Cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v 4-14).
13. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 3 mart 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 16:40-dan 16:47-dək Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən həmin şöbənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis kapitanı Şahid2 iştirakı ilə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli dəri gödəkçənin iç sol cibindən 1 (bir) ədəd boz rəngli elektron tərəzi, boz rəngli cins şalvarının sağ yan cibindən 6 (altı) ədəd şəffaf sellofandan ibarət bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri təxminən iki gün əvvəl İran İslam Respublikası vətəndaşından “zaklatka” yolu ilə ümumilikdə 100 (bir yüz) manat pul ödəməklə satmaq və öz şəxsi istifadəsi üçün almış, lakin satmayaraq istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşımışdır. 3 mart 2023cü i tarixdə, saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin üstündə olan yerüstü piyada keçidinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 6(altı) ədəd bükümün içərisində qəhvəyi rəngdə toz şəklində narkotik vasitəyə bənzər maddə olan bükümlər və 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan 194 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı başqa iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra istintaq hərəkəti təhqiqatçı tərəfindən dayandırılmışdır. İstintaq hərəkəti zamanı “Xiomi” markalı mobil telefondan istifadə edilməklə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkilli, polis kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılması və videoçəkilişin “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra həmin gün, saat 16:55-dən 17:10-dək bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 32; 35-36;).
14. “Evə baxış və götürmə aparılması haqqında” 3 mart 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi nömrəsiz fərdi yaşayış evinə keçirilmiş baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir (Cild 1, i.v. 40-43;)
15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 3 mart 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 7 dəqiqə 3 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq R.M.Nuriyev tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 5 mart 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 78;)
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/1308 saylı, 3 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194“ dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 6 büküm maddi sübut; Təqsirləndirilən şəxs:-imza, iki imza, tərtib etdi Ş.Babayev:-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 6 (altı) ədəd bükümlərdəki təmiz çəkiləri – 0,658 qram, 1,008 qram, 0,649 qram, 0,675 qram, 1,121 qram və 0,416 qram olmaqla, ümumi təmiz çəkisi 4,527 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli tərəzi; Təqsirləndirilən şəxs:-imza, iki imza, tərtib etdi Ş.Babayev:imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 1 ədəd elektron tərəzinin üzərində heoinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsadiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 4,527 qram, tədqiqata cəmi sərf edildi 0,12 qram (hər birindən 0,02 qram), qalıq 4,407 qram. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır (Cild 1, i.v. 47-51;)
17. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 4 mart 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 57;).
18. “Cinayət əməlinin tövsif olunması haqqında” 4 mart 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq R.M.Nuriyev tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunmuşdur (Cild 1, i.v. 66-67;).
19. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 5 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X4 iştirakı ilə elan edilməklə mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 68-74).
20. “Qətimkan tədbirinin seçilməsi barədə” 5 mart 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, müstəntiq R.M.Nuriyev tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 88-90;).
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 27 mart 2023-cü il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 3 (üç) il 10 (on) aya endirilmiş, 5 oktyabr 2018-ci il tarixdə həmin iş üzrə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Bakı şəhəri, Suraxanı Rayon Məhkməsinin 11 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə, qərarın icrası Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək və 4 mart 2022-ci il tarixdən 6 mart 2022-ci il tarixədək tutulduğu, ümumilikdə 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı 3 mart 2023-cü il tarixdən hesablanmış, həmin hökm 23 may 2023-cü il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir (Cild 1, i.v 111-112; 124-137;Cild 2).
22. Lənkəran rayon psixiatriya xəstəxanasının baş həkimi Fuad Tağıyevin 30 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır (Cild 1, i.v 113;).
23. Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Əliyevin 20 iyun 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v 141;).
24. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 1 aprel 2023-cü il tarixli, 833 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin həyata keçirilməsinə imkan verir. Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, i.v. 155-158).
25. Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli, 4695 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v.159-160)
26. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata və AZ-İİ 371047 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2020-ci il tarixdə X6 ilə nikaha daxil olmuş, arvada Yəhyayevə soyadı verilmişdir. Həmçinin AZ-İV 658069 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2 oktyabr 2021-ci il təvəllüdlü Mehdi Yəhyayev adlı bir azyaşlı uşağı vardır (Cild 1, i.v.165- 166; Cild 2).
27. “Diskə baxış keçirilməsi haqqında” 24 iyul 2023-cü il tarixli protokol və ona əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-dən məhkəmə qərarı ilə əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan məlumatlarla bağlı bir ədəd CD diskə müstəntiq R.M.Nuriyev tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə narkotik vasitələr və psixotrop maddələrin alış və satışına dair jarqon ifadələrlə sms mesajların daxil olması və göndərilməsi müəyyən edilmişdir (Cild 1, i.v.167-173;).
28. “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyul 2023-cü il tarixli qərara və müvafiq raporta əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,527 qram narkotik vasitə heroin, üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC-dən əldə edilmiş 1(bir) ədəd CD disk maddi sübut kimi tanınmaqla, ekpertiza tədqiqatından sonra qalıq qalmış 4,407 qram heroin və üzərində heroin izləri olan 1(bir) ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə raportla təhvil verilmiş, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş 1(bir) ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir (Cild 1, i.v.176-186;195)
29. “Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 4,527 qram olan narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqı aparılır (Cild 1, i.v.188-189).
30. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.M.Nuriyev tərəfindən 28 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 31 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.196-204;).
31. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 2512/2023-cü il tarixli məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və Təqsirləndirilən şəxs 6 mart 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirildiyi və həm özünün deməsinə, həm də müayinəyə əsasən üzərində hər hansı xəsarətin olmaması müəyyən edilməmişdir. Lakin bədəninə baxış zamanı qarının ön divarında “Laporatomiya cərrahiyyə əməliyyatında sonrakı köhnə çapıq toxuma, sol saidin ön səthində çoxsaylı köhnə çapıq toxumalar” müşahidə edilmişdir(Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
33. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
35. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
36. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
38. 3 mart 2023-cw il tarixdə qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
39. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 6 bükümdə olmaqla ümumilikdə təmiz çəkisi 4,527 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 30 dəfə, külli miqdarından isə təxminən 2 dəfə artıq olması, çoxsaylı bükümlərə bükülməsi, eyni zamanda üzərində heroinin izləri olan bir ədəd elektron tərəzinin aşkar edilməsi, habelə istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş və çıxmış narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair sms-mesaj yazışmaların müəyyən edilməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
40. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroinin və narkotik vasitə heroinin izləri olan elektron tərəzinin ümumiyyətlə olmaması, ittihamda göstərilən yerdə, tarixdə və vaxtda deyil, başqa yerdə, tarixdə və vaxtda tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
41. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
42. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
44. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
45. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
46. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış müxtəlif sms-mesaj yazışmaların aşkar edilməsi, satış üçün külli miqdarda narkotik vasitəni çoxsaylı ayrı-ayrı bükümlərdə qablaşdırması, üzərində heroinin izləri olan elektron tərəzinin aşkar edilməsi və sair hallar nəticədə ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.
47. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
48. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 31-ci bəndində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
49. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
50. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
51. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
52. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
53. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
54. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
55. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
56. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
57. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
58. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
59. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
60. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinin tələbinə görə isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
61. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlinə görə cəza təyin edilməli, daha sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxsa təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı iş üzrə təyin ediləcək cəza qismən toplanılmaqla ona yekun cəza təyin edilməlidir.
62. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
63. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
64. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
65. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
66. Hökmün 21-ci bəndində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək və 4 mart 2022-ci il tarixdən 6 mart 2022-ci il tarixədək tutulduğu, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və cəzaçəkmə müddətinin başlanğıcı 3 mart 2023-cü il tarixdən hesablanmalıdır.
67. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 3 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 5 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2,)
68. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 3 mart 2023-cü il tarixdən hesablanmalı və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs həmin iş üzrə məhkəməyədək icraat zamanı 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək və 4 mart 2022-ci il tarixdən 6 mart 2022-ci il tarixədək tutulduğu, ümumilikdə 4 (dörd) gün müddət hazırkı iş üzrə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.
69. Məhkəmə hökmün 25-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
70. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
71. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsində saxlanılan bir ədəd elektron tərəzi cinayət törədilərkən istifadə edilən alət və vasitə kimi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.
72. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 4,407 qram olan narkotik vasitə heroin məhv edilməli, 2 (iki) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
73. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
74. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
75. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
76. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına əsasən müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq hər iş saatı üçün 6 (altı) manat miqdarında məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir.
77. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
78. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
79. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək və 4 mart 2022-ci il tarixdən 6 mart 2022-ci il tarixədək tutulduğu, ümumilikdə 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 3 mart 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 4,407 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın və 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün Bakı şəhəri 33 saylı Vəkil Bürosuna 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.