Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1932/2022 08.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi, Zərəçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs– (xx xxxx 1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, məhkum olmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Ruhulla Axundov küçəsində, 307 saylı tam orta məktəbinin arxa hissəsində özünün mobil telefon cihazının enerjisi qurtardığından həmir yerdə olan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onun əvəzinə öz mobil telefonu vasitəsi ilə taksi sifarişi verməsi barədə xahişinə Zərərçəkmiş şəxs kobud formada rədd cavabını verərək mübahisənin təşəbbüskarı olmaqla yumruqla onun baş nahiyyəsindən vurması səbəbindən özünün təhqir olunmuş hesab edərək, aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı, deşici-kəsici xassəyə malik qatlanan tipli səyahət bıçağı ilə qəsdən iki dəfə Zərərçəkmiş şəxs sol böyür hissəsindən vuraraq zərərçəkmiş şəxsə qarının sol yarısının ön divarından qarın boşluğuna keçən peritonun və nazik bağırsağın yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid və döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, habelə qəsdən bir dəfə əli sol bel nahiyəsindən vuraraq sol bel nahiyəsinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittaham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə saat 18:00 radələrində əsgər yoldaşı Hacının Zabrat qəsəbəsində yaşadığı evinə çay içib söhbət etməyə getmişdir. Mobil telefonunun enerjisi qurtardığı üçün özü ilə götürməmişdir. Hacının yaşadığı evin həyətində bir qədər oturduqdan sonra evə getmək qərarına gəlmişdir. Həmin gün saat 21:00 radələrində Hacının evindən çıxıb üzü Zabrat yolu istiqamətində piyada taksi axtarmışdır. Bu zaman ara küçədə Zərərçəkmiş şəxs dayandığını görmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşmış və ondan mobil telefonunda «Bolt» proqramı varsa taksi sifariş etməyi xahiş etmişdir. Elman onu sorğu-sual etməyə başlamış, taksi sifariş verdiyi halda pulunu əvvəlcədən ödəməyini bildirmişdir. O isə Elmana bildirmişdir ki, heç kimi aldatmaq fikri yoxdu və Elmandan nəyə görə barəsində belə fikirdə olduğunu demişdir. Onun bu sözləri Elmanın xoşuna gəlməmiş və Elman onunla kobud danışmağa başlamışdır. Belə ki, o, Elmandan üstündə mobil telefon olmadığını və bu səbəbdən eləcə taksi sifariş etməyini xahiş etmiş, Elmanın isə bu cür danışmağı ona təsir etmişdir. Həmin səbəbdən aralarında sözlə mübahisə baş vermiş və Elman ona «taksi sifariş vermirəm, get işinlə məşğul ol!» sözlərini demişdir. Onlar mübahisə edərkən bir-birlərinə əl qol atmağa başlamışlar və mübahisə davaya çevrilmişdir. Yaranmış münaqişə zamanı Elman yumruqla onun baş nahiyəsindən vurmuş və onlar dalaşmağa başlamışlar. Özünün özgə bir yerdə, Elmanın isə öz məhəlləsində olduğunu, kimlərinsə münaqişənin gördüyü halda Elmana köməyə gələcəyini düşünüb narahat olmuş, həmçinin Elmanın artıq onu vurduğuna görə özünü təhqir olunmuş kimi hiss etmiş və məhz buna görə cibində saxladığı qatlanan bıçağı çıxardıb əvvəlcə onu qorxutmaq istəmiş, lakin sonuncunun buna əhəmiyyət vemədiyini və qorxmadığını gördükdə məcburiyyət qarşısında Elmanı özündən uzaqlaşdırmaq üçün iki dəfə bıçaqla onun qarın nahiyəsindən vurmuşdur. Elman zərbədən bir-iki addım arxaya çəkilmiş və əli ilə qarnını tutmuşdur. O, Elmana ciddi xəsarət yetirmək niyyətində olmamış, lakin Elmanın qarnından tutduğu üçün ciddi xəsarət aldığını başa düşüb sonuncuya kömək edəcəyini bildirmiş və tezliklə həmin ərazidə yaxınlıqda aptek axtarmağa başlamışdır. Orada yaxınlıqda aptek görüb yod, tibbi binti almış və Elmana ilk tibbi yardım göstərmək üçün geriyə hadisə yerinə qaçmışdır. Oraya yaxınlaşdıqda həmin ərazidən təsadüfən keçən polis əməkdaşları onun qaçdığını görüb nə baş verdiyini soruşmuşlar. Özü isə polis əməkdaşlarına bir nəfər şəxsi bıçaqla vurduğunu, hazırda isə kömək etməyə getdiyini demişdir. Polis əməkdaşları da onunla birlikdə oraya yaxınlaşmışlar. Onlara Elmana yaxınlaşmış, özü bintə yod vurub sonuncunun yarasının üstünə qoymuşdur. Həmin vaxt oraya artıq bir iki nəfər tanımadığı şəxslər də köməyə yaxınlaşmış, lakin onları tanımamışdır. Bundan sonra hadisə yerinə X8 Stansiyasının ekipajı gəlib Elmanı xəstəxanaya aparmış, özü isə üstündə olan bıçağı polis əməkdaşlarına təhvil verdikdən sonra onlarla 15-ci polis bölməsinə getmişdir. Dava-dalaş təxminən 3 dəqiqə davam etmiş, orada və ətrafda başqa bir şəxs olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, dava-dalaş zamanı Zərərçəkmiş şəxs yalnız yumruqla onun baş nahiyəsindən vurmuş, başqa xəsarət yetirməmişdir. Həmçinin özündə olan bıçaqla ehtiyyatsızlıqdan sağ əlindən xəsarət almışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs əli ilə vurmuş, ola bilsin ki, Elman başqa xəsarət də almışdır. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, elə bir fikri olduğu halda bunu həyata keçirmək imkanı olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra elə özü də ona ilk tibbi yardım göstərməyə çalışmışdır. Əsgər yoldaşı Hacının yaşadığı evin ərazisini kriminogen narahat yer olduğunu hesab etdiyi üçün hər hansı bir hadisə baş verdiyi halda özünü müdafiə etmək məqsədi ilə üstündə bıçaq götürmüş, həmin bıçağı hər zaman özü ilə gəzdirmədiyini bildirmişdir. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə axşam saatlarında evdə olmuş, həmin gün saat təxminən 21:00 radələrində hava almaq üçün evin qarşısına çıxıb həmin ərazidə bir qədər gəzişmişdir. Həmin ərazidə yerləşən «Məhəmməd» market tərəfdən 1 nəfər şəxsin Sübhanın gəldiyini görmüş, Sübhan ona yaxınlaşaraq mobil telefonla «Bolt» sistemindən taksi sifariş etməyini xahiş etmişdir. O, Sübhana etiraz etməmiş və hansı ünvana getdiyini soruşmuşdur. Sübhan isə ona bir neçə ünvan dediyinə görə o yalnız bir ünvana sifariş vermək mümkün olduğunu bildirməklə taksi sifariş etdiyi halda hər hansı bir problemin yaranıb-yaranmayacağını soruşmuşdur. Həmçinin Sübhanı tanımadığı üçün taksi sifariş verdikdə başqa bir xoşagəlməz halların yarana biləcəyindən narahat olduğu üçün taksi gəldiyi halda yol haqqını qabaqcadan ödəməyini xahiş etmişdir. Sübhan onun bu sözlərini pis qəbul etdiyi üçün «niyə hesab edirsən ki, taksinin pulunu verməyə bilərəm, səndən bir söz xahiş etdim mənimlə şərtlə niyə danışırsan» sözlərini ona demişdir. Sübhan onunla bu tonda danışdığını düşünüb o da cavab olaraq «sən kimsən ki mənimlə bu tonda danışırsan, sifariş vermirəm heçnə get işinlə məşğul ol!» sözlərini demişdir. Bu səbəbdən ikisinin arasında əvvəlcə mübahisə baş vermiş, daha sonra isə dava dalaşa keçmişdir. Sübhan onun üstünə gəldiyi üçün və iri bədən quruluşlu olduğunu görüb o, ozünü müdafiə etmək üçün yumruqla onun baş nahiyyəsindən vurmuşdur. Bu zaman Sübhan cibindən bıçaq çıxardaraq onun üstünə hücum çəkmiş və həmin bıçaqda bir dəfə qarın nahiyyəsindən vurmuşdur. Dava dalaş zamanı o, bel nahiyyəsindən də xəsarətlər almışdır. Lakin artıq dalaşdıqları üçün hansı şəkildə xəsarət yetirdiyini bilməmişdir. Həmin şəxs onu vurduqdan sonra oradan uzaqlaşmağa başlamış, bir qədər ondan aralandıqda oradan xidməti avtomobildə təsadüfən keçən polis əməkdaşları onun qaçdığını görüb saxlamışlar. Bundan sonra onu X4 apararaq orada reanimasiya şöbəsinə yerləşdirmişlər, həmin şəxsi isə bildiyinə görə 15-ci polis bölməsinə aparmışlar. Bundan əlavə o, bildirmişdir ki, Sübhan ona ilk tibbi yardım göstərmiş, yaxınlıqdakı aptekdən tibbi bint, yod alıb, yarasının üstünə qoymuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir iddia və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində 15-ci polis bölməsinin xidməti avtomobili ilə Zabrat-1 qəsəbəsində xidməti zərurətlə əlaqədar gedirmiş. Bu zaman bir nəfər şəxsin həyəcanlı vəziyyətdə qaçdığını görmüş və avtomobili saxlayaraq həmin şəxsdən nə baş verdiyini soruşmuşdur. Həmin şəxs hadisə törədərək başqa bir şəxsi bıçaqla vurduğunu və bununla bağlı ilk tibbi yardım göstərmək üçün aptekdən bint və yod aldığını bildirmişdir. O da həmin şəxslə birlikdə hadisə yerinə yollanmış və həqiqətən də orada bir Zabrat qəsəbə sakininin bıçaq xəsarətindən yaralı olduğunu görmüşdür. Onlar həmin şəxsə ilk tibbi yardım göstərmiş və özü də xidməti vəzifəsini yerinə yetirərək həmin şəxsi X8 ekipajının vasitəsi ilə X5 yola salmışdır. Bundan sonra bıçaqla xəsarət yetirən şəxsi avtomobilə əyləşdirərək 15-ci polis bölməsinə aparmış, həmin şəxs hadisə zamanı istifadə etdiyi bıçağı ona təhvil vermişdir. Polis bölməsində müəyyən edilmişdir ki, hadisəni törədən şəxs Təqsirləndirilən şəxsdur. Hadisənin hansı şəkildə və nə səbəbdən baş verdiyindən məlumatı olmamış, hadisə zamanı özü orada olmamışdır. Təqsirləndirilən şəxs Nizam oğlunun törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 27 iyun aprel 2022-ci il “baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs hadisənin hansı formada baş verdiyini göstərərək tam təsdiq etmiş və hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Ruhulla Axundov küçəsi, 307 saylı tam orta məktəbinin arxa hissəsi olması müəyyən edilmişdir. Bununla bağlı fotoşəkillər də cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 27 iyun 2022-ci il tarixli “əşyanın götürülməsi barədə” protokolundan məlum olur ki, Sabunçu Tibb mərkəzinin Cərrahi profilli qəbul şöbəsinin təsərrüfat bacısı Şölə Məmmədovadan xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Ruhulla Axundov küçəsində baş vermiş hadisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş Zərərçəkmiş şəxs əynində olan 01(bir) ədəd köynək və 01(bir) ədəd mayka maddi sübut əhəmiyyəti kəsb etdiyindən baş müstəntiq Əli Məsimov tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Məhkəmə Tibbi Ekspertiza və X2” X6 məhkəmə-tibbi ekspertizasının 05 iyul 2022-ci il tarixli 1413 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının sol yarısının ön divarından qarın boşluğuna keçən peritonun və nazik bağırsağın yaralanmasına səbəb olan bir ədəd deşilmiş- kəsilmiş yarası; döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd kəsilmiş yarası; sol bel nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlərdən qarının sol yarısının ön divarından qarın boşluğuna keçən peritonun və nazik bağırsağın yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası deşicikəsici alətin, təsirindən törənmişdir, döş qəfəsinin sol yarsının arxa səthinin bir ədəd kəsilmiş yarası kəsici alətin təsirindən törənmişdir, bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənə bilər, sol bel nahiyəsinin qançırı isə bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə qarının sol yarısının ön divarından qarın boşluğuna keçən peritonun və nazik bağırsağın yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol bel nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Məhkəmə Tibbi Ekspertiza və X2” X6 məhkəmə tibbi-kriminalistik, kriminalistik və bioloji ekspertizasının 23 avqust 2022-ci il tarixli 381-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 02 (iki) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd və sol qolunun arxa səthində 02 (iki) ədəd, maykanın isə ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, ümumi təyinatlı, deşicikəsici xassəyə malik qatlanan tipli sayahət bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Məhkəmə Tibbi Ekspertiza və X2” X6 kompleks məhkəmə tibbi-kriminalistik, kriminalistik və bioloji ekspertizasının 26 avqust 2022-ci il tarixli, 470/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll) /axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş E.Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mayka və qısaqol köynək, bir ədəd qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «A» antigeni alındı, «B» antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Məhkəmə X1” X6 ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 avqust 2022-ci il tarixli 2248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işini materiallarında 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 4(008)-555/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 iyun 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 4(008)-891/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində 16 noyabr 2022-ci il tarixdək “ev dustaqlığı” həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyinin tam sübuta yetirilmiş olduğunu hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə mülki iddia yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd bıçaq, 01 (bir) ədəd köynək və 01(bir) ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs”qətimkan tədbiri seçilməli və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndəlilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu- 27 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə xərcləri müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndəlilsin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 27 iyun 2022ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd bıçaq, 01 (bir) ədəd köynək və 01(bir) ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1932/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1932/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver