Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1932/2024 26.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X3 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda, 01 ədəd qara rəngli sellofan bükümdə 1010,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib əynində olan qara rəngli gödəkcənin iç sol cibində saxlayaraq daşımış, 08 fevral 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən “Halal Süfrə” restoranının yanında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin iç sol cibindən 01 bükümdə 1010,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadə etdiyinə görə sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ailəsinə məxsus qarajda moped təmiri işi ilə məşğuldur. Gündə təxminən bir-iki moped təmir edir. Qarajının olduğu yerdə mopedin ehtiyat hissələri satılmır. Müştəriləri ona Suraxanı rayonu ərazisində mopedin ehtiyyat hissələrinin satıldığını demişlər. O hadisədən təxminən bir ay əvvəl iki dəfə həmin əraziyə getmiş, lakin mağazanı tapmamış, sonradan yenə hazırda adı və mobil telefon nömrəsini unutduğu müştərilərindən biri həmin ərazidə mağaza olduğunu ona telefon vasitəsi ilə demişdir. Ona görə də təxminən bir ay sonra, yəni xx.xx.2024-cü il tarixdə yenidən Suraxanı rayonunda yerləşən “Halal Süfrə” restoranının yanına moped üçün ehtiyat hissələri almağa getmişdir. Orada taksi maşınından düşən kimi əvvəl tanımadığı, düşmənçilik və ədavəti olmadığı üç ayrı-ayrı avtomaşınla gəlmiş beş nəfər polis əməkdaşı ona yaxınlaşmış və onu tutaraq 31-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə Orxan adlı polis əməkdaşı onu sorğu-sual etmiş, sonra üstünü yoxlamışlar, həmin vaxt üstündə pul qabı, telefon, özünə məxsus olan hesabında nə qədər pul olduğunu bilmədiyi bank kartı və 4 manat pul olmuşdur. Almaq istədiyi ehtiyat hissələrinin qiyməti təxminən 30-35 manat təşkil edə bilərdi və həmin pulu bank kartı vasitəsi ilə ödəyəcəkdi. Daha sonra Orxan rəisin yanına gedib gəlmiş, əlində narkotik vasitə olan bağlama gətirmişdir. Narkotik vasitənin onun olduğunu demişlər, lakin o bunun səbəbini bilməmişdir. Adlarını bilmədiyi, üzdən tanıdığı polis əməkdaşları onun əllərini qandallayaraq döymüş, o da döyüldüyü, təzyiqlərə məruz qaldığı üçün məcbur qalıb narkotik vasitənin onun olduğunu boynuna almışdır. Bağlamanı gödəkçəsinin sol cibinə yerləşdirmişlər. O da çəkiliş zamanı bağlamanın ona məxsus olması barədə izahat vermişdir. Halbuki, o, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamış, Orxanın onun cibinə qoyduğu narkotik vasitə hətta onun cibinə yerləşməmişdir. O, əvvəllər narkotik vasitədən istifadə etmiş, təxminən bir ildən çoxdur ki, istifadə etmir. Son dəfə isə tutulmamışdan 15 gün qabaq “nəşə”, yəni maruxana çəkmiş, ümumiyyətlə nəşədən başqa heç bir narkotikdən istifadə etməmişdir. Tutulandan iki gün sonra İstintaq Təcridxanasına aparılmış, ora daxil olarkən müayinə olunmamış, sadəcə qoluna baxaraq qandalın izi olduğunu demişlər. Onu döyüb yerə yıxanda qolundakı qandalın üstünə yıxılmışdır. Onu dörd ay sonra yoxlamağa aparmışlar. Telefonunda ***-***-**-** və ***-***-**-** nömrələri olmuş, telefon özünə məxsus olmuş və daimi istifadə etmiş, ondan başqa heç kim telefonundan istifadə etməmişdir. Telefonunda nə fotoşəkil, nə “konum”, nə də “iranlı” ilə danışıq olmuşdur. “Whatsapp”-dan ona heç bir xarici nömrədən zəng gəlməmiş, heç bir xarici nömrə ilə əlaqə saxlamamışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə narkotik vasitənin ona aid olmadığını, onu döydüklərinə görə üstünə götürdüyünü demişdir. O heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə istifadəçisi olduğundan onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. 07 may 2024-cü il tarixdə ona qərəzsiz mənbədən Əhməd adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əhməd adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar rəhbərlik tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupu yaradılmış, qrupa o, Suraxanı RPİ-nin 31-ci PŞnin baş əməliyyat müvəkkili Şahid2 və 31-ci PŞ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru Şahid3 daxil olmuş, qrupa rəhbərlik isə ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən “Halal Süfrə” adlı restoranın arxa hissəsində Təqsirləndirilən şəxs görüb təxminən saat 18:20-də əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması mümkün olmadığından onu Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə gətirmişlər. Şöbədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş, o da üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçəsinin zəncirini açaraq skoçla bağlanmış bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa gödəkçəsinin sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefon, gödəkçəsinin sol yan cibindən “Rothmans” yazısı olan siqaret qutusu, içərisində bank kartları, şəxsiyyət və sürücülük vəsiqələri olan pul kisəsini, əynindəki şalvarın cibindən 4 manat pulu və üzərində olan elektron nəzarət vasitəsinin cihazını çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlələri haradan əldə etməsini soruşduqda sonuncu həmin kütlələri İran vətəndaşının kart hesabına 200 manat pul göndərdiyini, sonuncunun həmin kütləni Suraxanı poçt şöbəsinin yaxınlığına qoyduğunu və həmin yerə gedərək oradan götürdüyünü bildirmişdir. Həmin bağlamaya baxış keçirilən zaman içərisində yaşıl rəngli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni özünün şəxsi istifadə etməsi məqsədilə əldə edərək saxladığını bildirmişdir. Aşkar edilmiş bir ədəd bağlamada olan kütlə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş, protokol iştirakçılar, həmçinin onun tərəfindən imzalarla təsdiq edilmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi ilə yanaşı onun Bakı şəhəri Suraxanı rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əvvəllər də Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə mütəmadi əməliyyat məlumatları daxil olsa da saxlanılan zamanadək onun cinayət başında ifşa ediməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlar tərəfindən sonuncuya qarşı hər hansı fiziki və ya psixi təsirlər olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman özü səmimi olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını etiraf etmişdir. O və başqa bir şəxs tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə verilməsi halı olmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün düzgün olmayan ifadə verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 və Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin YYÇİÜ inspektoru Şahid3 də Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçı X4 tərəfindən tərtib olunmuş, həmin şöbənin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, YYÇÜ inspektoru Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 08 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə, saat 18:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən “Halal Süfrə” restoranının yanında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin iç sol cibindən 01 (bir) ədəd içərisində qurudulmuş ot kütləsi olan qara rəngli sellofana bükülmüş büküm, qara rəngli gödəkçəsinin sağ yan cibindən mobil telefon, qara rəngli gödəkçəsinin sol yan cibindən “Rothmans” yazısı olan siqaret qutusu və içərisində 4098-5844-6820-4860, 4169-7388-9100-3463 nömrəli bank kartları, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi olan qara rəngli dəri pul kisəsini, əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən 4 manat pul və əynindəki boz rəngli parça şalvarın bel hissəsindən aslı vəziyyətdə olan Baş İcra və Probasiya Şöbəsi tərəfindən sağ ayağına quraşdırılmış üzərində “attenti” yazısı olan izləmə cihazı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd içərisində qurudulmuş ot kütləsi olan qara rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə marixuana olduğunu, narkotik vasitəni tanımadığı şəxsdən 200 manata “onlayn” üsulla öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparılmış, şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla videçəkiliş aparılmışdır. Şəxsi axtarış 20:50-də başlamış, 21:05-də bitmişdir (cild 1, i/v 30-31). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı vaxt çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmiş və baxış zamanı 08 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/210 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm...” yazı və imzalar olan zərfdə bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1010,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1010,0 qram olmuş, tədqiqata ümumi 0,05 qram sərf edilmiş, 1009,95 qram qalıq qalmışdır (cild 1, i/v 37-39). - “Maddi sübut hesab edilməsi haqqında” 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1010,0 qram narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 1009,95 qram qurudulmuş marixuana saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmiş, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (cild 1, i/v 105-106). - 05 may 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə saxlanılan zaman şəxsi istifadəsində olan 1 ədəd “Samsung Galaxy A 04” markalı mobil telefon cihazına baxış keçirilmişdir. 08 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 1 ədəd “Samsung Galaxy A 04” markalı mobil telefon cihazı üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Həmin mobil telefonun zənglər və SMS-lər siyahısına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir zəng, SMS aşkar edilməmişdir. Mobil telefonun qalereya bölməsinə baxış keçirilən zaman narkotik vasitənin gizlədildiyi yerlərin olması ehtimal edilən oxlarla işarələnmiş 5 ədəd fotoşəkil olması aşkar edilmişdir. Mobil telefonun “Whatsapp” bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, +**********01 saylı İİR məxsus olan mobil operatordan Təqsirləndirilən şəxs məxsus mobil nömrə arasında vatsap zəngləri olmuşdur. Bundan başqa vatsap bölməsində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, i/v 111). - “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy A04” markalı mobil telefon cihazlarında iş üçün sübut əhəmiyyəti kəsb edəcək məlumatlar olduğundan maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 1, i/v 153-164). - Məhkəmə baxışı zamanı maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A04” markalı mobil telefonuna baxış keçirilmiş, baxış zamanı +**********01 saylı İİR məxsus olan mobil operatordan Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə 10 fevral 2024-cü il tarixdə zənglər edildiyi, mobil telefonun qalereya bölməsində narkotik vasitənin gizlədildiyi yerlərin olması ehtimal edilən oxlarla işarələnmiş 5 ədəd fotoşəkilin mobil telefona həmin tarixdə göndərilməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1795 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 112-113). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 809 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 115-116). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 3-16/2-7560/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs izləmə məlumatları barədə elektron nəzarət sistemindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı rayonunun inzibati ərazisində olmuşdur (cild 1, i/v 133-143). - Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, əməliyyat tapşırığında qeyd olunan xüsusatlarla bağlı tərəflərindən zəruri əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxs və ya mənbənin müəyyən edilməsi, həmçinin cinayətdə iştirak edən digər şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Eləcə də keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində narkotik vasitələrin mütəmadi satışı ilə məşğul olması barədə Suraxanı rayon Pİ-nin 31-ci PŞ-nə əməliyyat məlumatları daxil olmuşdur. Bu istiqamətdə tədbirləri davam etdirilir. Gələcəkdə müsbət nəticə əldə olunarsa istintaqa əlavə məlumat veriləcəkdir (cild 1, i/v 144). - Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 20-12Ğ402 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. TSH-da təlumata uyğun olaraq tibbi müayinələrdən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs xəsarət almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir (cild 1, i/v 149). - 08 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2024-cü il tarixli, 4(010)-46/2024 nömrəli və 07 iyun 2024-cü il tarixli, 4(010)-186/2024 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə onun həbsdə saxlama müddəti 28 iyun 2024-cü il tarixinədək uzadılmışdır (cild 1, i/v 11, 20, 70-73, 195-199). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli tələbnamədən, həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-429/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, i/v 90-92, 96-101). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 22 iyul 2024-cü il tarixli, 21-1/3-14374-2 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-429/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan məhkəmə hökmü idarənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə idarədə qeydiyyata götürülmüşdür. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay müddətində qətimkan tədbiri seçildiyi üçün cəza müddətinin axımı dayandırılmışdır. xx.xx.2024-cü il tarixədək ona təyin edilmiş cəzanın 01 il 01 ay 12 gün hissəsini çəkmiş, 01 il 01 ay 14 gün hissəsi çəkilməmiş qalmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2-2782/2024, 3-16-17/42/2-2783/2024 nömrəli məktublardan, onlara əlavə edilmiş iltizam və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. xx.xx.2024-cü il tarixdə saat 19:06 radələrində təcridxananın elektron poçtuna daxil olmuş 1(101)-1932/2024 saylı, xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabındadır və məhkəmə baxışı xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həbsdə saxlanılan şəxs X5 barəsində həbsdə saxlanılma müddətinin uzadılması və ya qüvvədə saxlanılması barədə qərar 3 saylı istintaq təcridxanasına daxil olmadığına görə o, xx.xx.2024-cü il tarixdə həbsdən azad edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından həbs edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən qurudulmuş marixuananın (kannabis) kütləsi 5 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən qurudulmuş marixuananın (kannabis) kütləsi 5 qram təşkil etdikdə xeyli miqdarda, 500 qram olduqda külli miqdarda, 50000 qram olduqda isə xüsusilə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə külli miqdarda əldə edib saxlayaraq daşıması özü tərəfindən inkar edilsə də məhkəmə icraatında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirərək işin digər faktiki halları ilə təkzib olunması nəticəsinə gəlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın ədalətli məhkəmə araşdırılması hüququna dair 6-cı maddəsinin 3(c) yarımbəndi təqsirləndirilən şəxsə qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən həyata keçirilməsinin qarşısının alınmasına yönəlmiş olsa da, məhdudiyyətsiz müdaxilə arqumentinin istifadəsini təmin etmir. Həmin hüquqdan istifadə edən zaman bilərəkdən cinayət mühakimə icraatında iştirak edən şahid və ya hər hansı başqa şəxsin cəzalandırılmalı olan davranışı haqqında yalan məlumat verilməsi halında təqib edilə bilməyəcəyini düşünmək cinayət törətməkdə ittiham olunan şəxslərin müdafiə hüququ anlayışını həddindən artıq şişirtmiş olardı (Brandstetter Avstriyaya qarşı iş üzrə 28 avqust 1991-ci il tarixli Qərar). Məhkəmə qeyd olunanları hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş digər sübutlarla təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin mobil telefonuna o saxlanıldıqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə +**********01 saylı İİR məxsus olan mobil operatordan zənglər edildiyi, mobil telefonun qalereya bölməsində narkotik vasitənin gizlədildiyi yerlərin olması ehtimal edilən oxlarla işarələnmiş 5 ədəd fotoşəkilin mobil telefona daxil olması ilə bağlı xüsusata qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin məhz xx.xx.2024-cü il tarixdə telefona daxil olmuş fotoşəkillərdə göstərilmiş yerlərdən götürülməsi ilə bağlı istintaq orqanı tərəfindən ittiham irəli sürülməmişdir. Lakin təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitədən istifadə etməsi ilə bağlı məhkum olunması, azadlığın məhdudlaşdırılması növündə cəza çəkərkən ona istinad olunan cinayət əməlini törətməsi, ibtidai istintaq və məhkəmə istintaqındakı qeyrisəmimi davranışı və yayındırıcı ifadələr verməsi, eləcə də ona məxsus mobil telefonundan aşkar olunmuş fotoşəkillər və həmin mobil telefona İİR məxsus olan mobil operatordan daxil olmuş zənglər onun məhz narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edə biləcək hallardır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-429/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün hissəsi iki günə bir gün hesablanmaqla 06 (altı) ay 22 (iyirmi iki) gün müddət hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 20 (iyirmi) gün müddət bir günə bir gün hesablanmaqla, yəni 04 (dörd) ay 20 (iyirmi) gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 70 (yetmiş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 1009,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmiş bir ədəd “Samsung Galaxy A04” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri,14 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-429/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün hissəsi iki günə bir gün hesablanmaqla 06 (altı) ay 22 (iyirmi iki) gün müddət hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 20 (iyirmi) gün müddət bir günə bir gün hesablanmaqla, yəni 04 (dörd) ay 20 (iyirmi) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 10 (on) ay 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 02 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 1009,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmiş bir ədəd “Samsung Galaxy A04” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva
Məhkəmə qərarları › İş №1(101)-1932/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1932/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver