Məhkəmə qərarları › İş №1(101)-1932/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1932/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1932/2025 29.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 və “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 126.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0,331 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 16 may 2025-ci il tarixdə saat 13:15 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında şübhəli kimi saxlanılaraq həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd bükümdə, xeyli miqdarda təmiz çəkisi 0,331 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. - Bundan başqa, Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdə saat 02 radələrində onunla müvəqqəti ünvan 1 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs ilə mənzilin qonaq otağında, masa arxasında yemək yeyib, spirtli içki qəbul edərkən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar o, qisas almaq məqsədi ilə masa üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürüb həmin bıçaqla sonuncunun qarın və bud nahiyələrindən qəsdən vuraraq Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarnın sağ yarısının periton boşluğuna nüfuz edərək qaraciyəri dəlib keçən 01 ədəd, sağ budun bayır səthinin 01 ədəd, ümumilikdə 02 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tairxdə Mətləb adlı şəxsi bıçaqlaması barədə Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng” Mərkəzinə məlumat vermişdir. (Cild 1, iş vərəqi 3)

4. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 63 ünvanında daxilə nüfuz edən iki bıçaq yarasını alması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqi 4)

5. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. (Cild 1, iş vərəqi 5)

6. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs taxta materialdan hazırlanmış, mətbəx təyinatlı bıçağı təqdim edib həmin bıçaqla Zərərçəkmiş şəxs bıçaqladığını bildirmişdir. (Cild 1, iş vərəqi 6)

7. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Şübhəli şəxs qismində tutulması barədə” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 14; 24)

8. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 39-40)

9. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(007)-199/2025 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 61-64)

10. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Cinayət işinin bir icraatda birləşdirilməsi və cinayət işinin materiallarının tövsif edilməsi barədə” qərardan görünür ki, həmin tarixdə cinayət əməli Cinayət Məcəlləsinin 126.1-ci və 234.1-ci maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqi 69-70)

11. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli əməliyyat raportlarına, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara və 3-13-52-2/Ə25/2025 nömrəli əmrdən görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin Bakı şəhəri Nizami rayon ərazisində istifadə və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan, onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 rəhbərliyi ilə əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:15-də Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 24 ünvanında piyada hərəkətdə olan zaman saxlanılmışdır. (Cild 1, iş vərəqi 74; 75-76; 77; 80)

12. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” protokoldan görünür ki, saxlanılan vaxt Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlandılığı yerdə üzəri yoxlanılmağa başlanmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaret kağızına bükülmüş, ağ rəngli, kristalşəkilli narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Ardınca Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkarlanmışdır. Narkotik vasitəyə bənzər kütlə qablaşdırılıb imzalandıqdan sonra götürülmüşdür. (Cild 1, iş vərəqi 78-79)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli qərar və protokoldan, xx.xx.2025-ci il tarixli “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı 1 ədəd DVD diskə baxışın keçirilməsi, həmin diskə baxılarkən Təqsirləndirilən şəxs 1 ədəd bükümdə siqaret kağızına bükülmüş, ağ rəngli, kristalşəkilli psixotrop maddəyə bənzər kütləni təqdim etməsi, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması baradə bildirməsi öz əksini tapmışdır. (Cild 1, iş vərəqi 82; 144)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 87; 96)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1834 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,331 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 0,331 qram olmuş, 0,5 qram tədqiqata sərf edildikdən sonra 0,281 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. (Cild 1, iş vərəqi 116-117)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(007)-441/2025 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş əməliyyat mübəkkili, polis mayoru Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqi 127-128)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 130-131)

18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (Cild 1, iş vərəqi 147-149)

19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 150-151)

20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən aşkar olunmuş 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. (Cild 1, iş vərəqi 154)

21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 2886 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, psixostimulyatorların və alkoqolun birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya və alkoqolizm xəstəliyi) aşkar olunur. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqi 155-156)

22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli, 519 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (Cild 1, iş vərəqi 158-159)

23. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 52/2-10125-15-25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır. (Cild 1, iş vərəqi 177)

24. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma barədə” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 184)

25. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli, 961 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar olunmuş qarnın sağ yarısının periton boşluğuna nüfuz edərək qaraciyəri dəlib-keçən 01 ədəd, sağ budun bayır səthinin 01 ədəd ümumilikdə 02 ədəd deşilmiş-kəsilmiş yaraları- şiş uca və kəsici kənara malik əşyanın (əşyaların) ola bilsin ki, bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə daxilə nüfuz edən yara və yaralar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, sağ budun bayır səthində olan yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. (Cild 1, iş vərəqi 194-196)

26. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2025-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Nizami rayonu, 8-ci mikrorayon, “Bakcell Arena” stadionunun yaxınlığı olmuşdur. (Cild 1, iş vərəqi 207-209)

27. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 215-216)

28. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılarkən o, ittihama uyğun məzmunda ifadə vermişdir. (Cild 1, iş vərəqi 226-227)

29. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” X9 xx.xx.2025-ci il tarixli, 3477 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki vaxtda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. (Cild 1, iş vərəqi 229-230)

30. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2025-ci il tarixli, 435/MTKŞ-2025 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın arxa səthinin sağ-yan nahiyəsində bir ədəd, cins şalvarın sağ ayağının ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. X4 məxsus qolsuz maykanın və cins şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın və cins şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədələlərlə, onun bədən səthində olan xəsarətlər lokalizasiyasına görə üst-üstə düşürlər və təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənə bilərlər. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqi 232-237)

31. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2025-ci il tarixli, 652/TBŞ- 2025 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi A (İİ)/axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş bir ədəd qolsuz mayka və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı, “B” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqi 239-242)

32. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs qismində ifadəsi yerində yoxlanılarkən o, hadisənin törədilmə yeri və şəraiti barədə məlumat vermişdir. (Cild 1, iş vərəqi 246-247)

33. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,331 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla, 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,281 qram hissəsi, habelə Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli şalvar, 01 ədəd boz rəngli mayka, 01 ədəd zavod üslu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqi 248-259)

34. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs notarial ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. (Cild 1, iş vərəqi 270-271)

35. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 iyul 2025-ci il tarixdə axşam vaxtı ünvan 4 ünvanında yerləşən kirayə yaşadıqları mənzildə yığışıb yeyib-içdikdən sonra Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yarandığından, o, sonuncuya həmin evdə yaşamayacağını demiş, Təqsirləndirilən şəxs da əsəbiləşib ayağa qalxaraq özünün də həmin mənzildə yaşamaq istəmədiyini söyləmişdir. Bundan sonra o, otağa daxil olub paltarını yığışdırdıqdan sonra avtomobilə yerləşdirmiş, o, evdən çıxarkən Təqsirləndirilən şəxs paltarlarını yığışdırdığını görsə də, qayıdarkən sonuncunun paltarlarını geri yerləşdirdiyini görmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs söyüşlə müraciət edib nəyə görə getmədiyini soruşduqda, Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadələr işlətmiş, o, qapıya yaxınlaşıb evdən getmək istəyərkən Təqsirləndirilən şəxs masanın üzərindən bıçağı götürərək anidən onun yan tərəfinə və ayaq nahiyəsinə bıçaqla zərbə yetirmiş və oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hazırda onun Təqsirləndirilən şəxs hər hansı şikayəti yoxdur, aralarında barışıq əldə olunmuş, ona dəymiş zərər tamamilə ödənilmişdir.

36. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun tanışlarıdır, aralarında ədavət və düşmənçilik yoxdur. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla ünvan 4 ünvanında yerləşən mənzildə kirayə yaşamışlar. 30 iyun 2025-ci il tarixdə axşam saatlarında evə gələrkən Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisənin mövcud olduğunu görsə də, buna məhəl qoymayıb hamam otağına əl-üzünü yumaq məqsədilə getmişdir. O, hamam otağında olarkən həmin şəxslərin mübahisəsinin artdığını eşidib dəhlizə çıxaraq aralamaq istəyərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmiş, Zərərçəkmiş şəxs xəsarət aldığı nahiyədən qan əlmiş, bundan sonra Təqsirləndirilən şəxs təcili şəkildə şalvarını geyinib evdən çıxmışdır. Şahid1 həmçinin bildirmişdir ki, o, təcili tibbi yardıma məlumat vermişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir və həmin ifadədəki imzalar ona məxsusdur.

37. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi altında Şahid4, Şahid5 və Şahid3 ibarət yaradılmış əməliyyat qrupu ilə 16 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saat 13 radələrində ünvan 2 ünvanın yaxınlığında saxlanıldıqdan sonra videoçəkilişlə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar axtarış və baxış keçirilərkən sonuncunun üzərində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik tərkibli metamfetaminə bənzər maddə və sol yan cibindən 1 ədəd mobil telefon aşkar olunmuş, daha sonra həmin diskə təhqiqatçı tərəfindən xidməti otaqda baxış keçirildikdən sonra aşkarlanmış həmin maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur.

38. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5, Şahid3 və Şahid4 ifadələrində Şahid2 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saat 13 radələrində ünvan 2 ünvanın yaxınlığında saxlanılarkən üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkarlandığını bildirmişlər.

39. Məhkəmədə Şahid2, Şahid5, Şahid3 və Şahid4 şahid qismində dindirilərkən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin şahidlərin ifadələrinin doğru olduğunu bildirmişdir.

40. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 16 may 2025-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində üzdən tanıdığı şəxsdən “patı” kimi tanıdığı psixotrop maddəni 15 manat müqabilində şəxsi istifadəsi üçün alaraq əynində olan şalvarın sağ yan kiçik cibinə daha sonra istifadə etməsi məqsədilə qoymuş, o, həmin gün saat 13:15 radələrində ünvan 2 ünvanın qarşısında olarkən mülki geyimdə olan 4 nəfər şəxs onu saxlayıb özlərini Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları kimi təqdim edib onun narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin ünvanda videoçəkiliş aparmaqla üstünü yoxlayacaqlarını bildirmişlər. Video çəkiliş aparılarkən üstü yoxlanılmazdan əvvəl ona üzərində narkotik vasitə və ya psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya varsa təqdim etməsi təklif olunduğundan, o da üzərində olan psixotrop maddəni gizlətməyin mənasız olduğunu, üstünü yoxlayan zaman tapılacağını fikirləşdiyindən qara rəngli şalvarının sağ yan kiçik cibindən içərisində olan həmin 01 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, daha sonra üstü yoxlanılan zaman həmin şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan başqa üstü yoxlanılarkən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi bükümdə olan maddəyə polis əməkdaşı tərəfindən baxış keçirilmişdir. O, yoxlama zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilən həmin kütlə “patı” kimi tanıdığı psixotrop maddədir, şəxsi istifadəsi üçün almışdır. Daha sonra həmin büküm polis əməkdaşı tərəfindən içərisi boş 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, o və orada olan polis əməkdaşları tərəfindən zərfin üzəri imzalanmışdır. Həmçinin mobil telefonu da sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Üstü yoxlanılan zaman video çəkiliş aparılmışdır. Daha sonra onu Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirmişlər. Burada saxlanılması və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, protokol ona ucadan oxunmuş, düz olduğu üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, təhqiqatçıya təhvil verilmişdir. Bundan başqa, o, 30 iyun 2025-ci il tarixdə gecə saat 02 radələrində Mətləblə evin qonaq otağında yemək yeyib spirtli içki qəbul etdiyi vaxt sonuncu tanışları Şahid1 yanında, onu ələ salırmış kimi bir neçə gün əvvəl məhəllədə olan mübahisə zamanı tanımadığı şəxsin onu qapazladığını və sındırdığını deməsi onun acığına gəldiyindən o, Mətləbə irad bildirərək, orada qapazlanmalı heç nə olmadığını və həmin şəxsin haqlı olduğunu, bu səbəbdən də sonuncu ilə mübahisəni davam etdirmədiyini bildirmişdir. Mətləb isə həmin şəxsin onun yaxasından tutub itələdiyini, onun isə qorxaraq həmin şəxsdən üzr istədiyini demiş, həqiqətən də həmin hadisədə günah onda olduğundan, həmin şəxs gecə vaxtı binanın qarşısında ucadan danışdıqları üçün onlara kobud şəkildə haqlı irad bildirdikdə, o, həmin şəxsə səhvini anladığını və kobud şəkildə hər hansı söz deməsinə ehtiyac olmadığını dediyi vaxt həmin şəxs onun yaxasından tutub itələmişdir. Bundan sonra o, həmin şəxsdən bir daha üzr istəyib haqlı olduğunu demiş, Mətləb də bu məsələyə qarışmamışdır. O, bunları izah etsə də, Mətləb kinayəli şəkildə ona lağ edib, Sahibin yanında onu alçaltdıqda, o, Mətləbə əgər nə isə etmək lazım olduğunu hesab edirdisə, nəyə görə etmədiyini söyləmiş, Mətləb isə həmin şəxs onunla danışdığına görə kənarda qaldığını bildirmişdir. O, həmin vaxt Sahibdən Mətləbin yerində olduğu təqdirdə, kənarda qalıbqalmayacağını soruşduqda, sonuncu orada olsa idi, onu mübahisədə tək qoymayacağını demişdir. Sahibin də bu cür danışması Mətləbi əsəbiləşdirmiş və sonuncu özündən çıxıb, əsəbi halda evdən çıxacağını söylədikdə, o da Mətləbə minnət vurmamasını, evdən çıxmasını deyənin olmadığını, lazım olsa özünün də çıxa biləcəyini söyləmiş, Mətləb də ona evdən çıxdığını, onun da çıxa biləcəyini deyib paltarlarını yığmağa başlamışdır. O isə Mətləbə “lazım gəlsə çıxaram, lazım gəlməzsə yox” cavabını vermiş, bu vaxt Mətləb “varyox söyüşü söymüsən, yəqin ki söyüşü yeməzsən, çıxarsan” demişdir. O isə söyüş söymədiyini bildirmişdir. Bu zaman Sahib mövzunu çox uzatmamalarını deyib sanitar qovşağına getmiş, Sahib getdikdən sonra Mətləb onu nəzərdə tutaraq söyüş söyənin ünvanına ana, bacı, var-yox söyüşləri söyüb nalayiq ifadələr dilə gətirmiş, o da buna görə Mətləbə irad bildirsə də, sonuncu yenidən eyni söyüşləri söymüşdür. Mətləb onun evdən çıxması üçün özünə söyüş qoyduğunu təkidlə deyib, onu nəzərdə tutaraq bu söyüşü söyənin ünvanına söyüşlər söymüşdür. Mətləb ona “keçən dəfə məhəllədə qapazlanan zaman qorxub həmin şəxsə cavab verə bilməyib, peysərə atdığın kimi bu dəfədə öz söyüşünü yeyib peysərə atıb evdən çıxmazsan” demiş, Mətləb həmin vaxt onun oturduğu masanın başında dayanmışdır. Mətləbin bu sözü artıq onun səbrini tükətmiş, Mətləb bütün bu davranışları ilə onu özündən çıxarmışdır. Mətləb bu sözü dedikdən sonra o, masanın üzərindən mətbəx bıçağını götürüb ayağa qalxaraq Mətləbin böyründən bıçaqla bir dəfə vurmuş, bu zərbədən sonra Mətləb masaya tərəf dönüb əlini masanın üzərinə atmış, Mətləbin masadan bıçaq, çəngəl və ya başqa əşya götürüb ona xəsarət yetirə biləcəyini düşündüyündən bir dəfə də sonuncunun ayaq nahiyəsindən vurmuşdur ki, müqaviməti qırılsın. Bundan sonra o,Mətləbin “yaxşı, yaxşı” dediyini eşidib olduğu yerdə qaldığını və ona tərəf dönmədiyini görüb bıçağı yerə atıb mənzildən çıxmışdır. Təqribən bir saata yaxın həyətdə var-gəl etdikdən sonra hadisənin təsirindən çıxıb Daxili İşlər Nazirliyinin “102 Xidməti zəng Mərkəzi”-nə zəng edib Mətləbi bıçaqla vurması ilə bağlı məlumat vermiş, hadisə yerinin ünvanını demiş və hadisə yerində polisi gözlədiyini bildirmişdir. Təqribən saat 03 radələrində hadisə yerinə polis əməkdaşları gəlmişdir. O, gələn polis əməkdaşlarına yaxınlaşıb hadisəni törətdiyini bildirmiş və şifahi şəkildə hadisə ilə bağlı məlumat vermiş, hadisə yerini həmin şəxslərə göstərmiş, hadisə yerində qalmış üzərində qan ləkələri olan bıçağı polis əməkdaşına təqdim etmişdir. Ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilir, hər iki əməlindən peşmandır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

41. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 126.1-ci və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxsla ünvan 4 ünvanında kirayədə birlikdə yaşamış, hadisə günü, yəni 30 iyun 2025-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs evdən çıxarkən aralarında yaranmış mübahisə nəticəsində masanın üzərində olan mətbəx bıçağı ilə sonuncuya 2 dəfə, yəni ayağından və yan hissəsindən vurmuş, hadisədən 1 saat keçdikdən sonra o, Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”nə zəng etdiyindən, polis əməkdaşları həmin yerə gəlib onu polis idarəsinə aparmışlar. Digər epizodla bağlı isə, o, 16 may 2025-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olmuşdur. O, narkotik tərkibli maddə istifadəçisidir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, üzərindən aşkarlanmış həmin psixotrop maddə ona məxsus olmuşdur. O, hər iki əmələ görə özünü təqsirli bilir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və imzalar ona məxsusdur.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

42. Maddə 126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmadır. Həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

43. Maddə 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

44. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

45. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

46. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

47. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

48. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

49. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

50. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

51. Maddə 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

52. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

53. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

54. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

55. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

56. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

57. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

58. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

59. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

60. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

61. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

62. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

63. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

64. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

65. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

66. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

67. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

68. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarı

69. Qərarın 4-cü bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə analoji dəyərləndirmədən çıxış edərək qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə də göstərilən halları şamil etməyi məqsədəmüvafiq hesab edir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

70. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qramdan 2 qramadək miqdarı xeyli miqdar hesab olunur.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

71. Maddə 1.0.2. psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

72. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

73. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

74. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

75. Qərarın 4-cü bəndi. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.

76. Qərarın 16-cı bəndi. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixotrop maddələrin) heç olmasa bir növünün miqdarının adıçəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı

77. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

78. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı

79. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı

80. Qərarın 24-cü bəndi. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmənin hüquqi dəyərləndirməsi:

81. Məhkəmə Təqsirləndirilən şəxs etirafedici məzmunda, zərərçəkmiş şəxs və şahidlərin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrə məcmu halda hüquqi qiymət verərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,331 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımış, bundan əlavə aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs qarnın sağ yarısına bir dəfə, sağ budun bayır səthinə bir dəfə qəsdən vuraraq sonuncuya dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarnın sağ yarısının periton boşluğuna nüfuz edərək qaraciyəri dəlib keçən 01 ədəd, sağ budun bayır səthinin 01 ədəd, ümumilikdə 02 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

82. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları tədqiq edilərkən fərqli mövqe nümayiş etdirib polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində daha az ölçüdə psixotrop maddə metamfetamin olduğunu bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin mövqeyini cinayət işinin materiallarına və işin halların uyğun olmayan ifadə kimi qəbul edib sübut kimi qiymətləndirmir.

83. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci və 234.1-ci maddələrinə tövsif edilmişdir.

84. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir.

85. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

86. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır.

87. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

88. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

89. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

90. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 168)

91. Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı həmin zərərçəkmiş şəxsə könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, səmimi peşmanlığını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir.

92. Məhkəmədə Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

93. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halların olmadığını, Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmamaqla, CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edildikdə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

94. CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

95. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərar və protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarına görə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilmədiyindən, o, dərhal məhkəmə iclas zalından azad olunmuş, xx.xx.2025-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(007)-199/2025 nömrəli qərarından görünür ki, əvvəlki xx.xx.2025ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (Cild 1, iş vərəqi 14; 24; 61- 64; 87; 96; 147-149; 150-152)

96. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

97. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 30 iyun 2025-ci il tarixdən hesablanmalı, CM-in 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

98. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1.7ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli cins şalvar, 01 ədəd boz rəngli mayka, 01 ədəd mətbəx təyinatlı bıçaq, habelə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,281 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır.

99. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

100. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

101. Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan və alkoqolizmdən tibbi xarakterli məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.

102. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hazırki iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət, bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası hesablansın və təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti, yəni hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə tutulduğu vaxtdan, yəni 30 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli cins şalvar, 01 ədəd boz rəngli mayka, 01 ədəd mətbəx təyinatlı bıçaq, habelə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,281 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya və alkoqolizmdən tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddianın, məhkəmə məsrəfinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar