Məhkəmə qərarları › İş №1(101)-1933/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1933/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1933/2024 02.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 1(004)- 475/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 7(007)-736/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 2 (iki) ay 10 (on) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 2 oktyabr 2024-cü il tarixdə, saat 11:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində məlum olmayan şəxsdən və məlum olmayan vaxtda 320 manata külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə, saat 15:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, ev 9 ünvanının qarşısında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin (bundan sonra mətndə-Yasamal RPİ-nin 26-cı PB) inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd qara rəngli qutunun içərisindən 1 (bir) ədəd elektron tərəzi, 2 (iki) ədəd ayrı-ayrı sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,564 qram və 0,995 qram olmaqla ümumi təmiz çəkisi 10,559 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız 0,995 qram miqdarda bir bükümdə narkotik vasitə heroin olmuş, ona elan edilmiş ittihamda göstərilən digər narkotik vasitə, yəni 9,564 qram miqdarda heroin ona məxsus olmamış, üzərində heç vaxt 12 qram çəkidə narkotik vasitə daşımamışdır. Belə ki, Etibar adlı polis əməkdaşı ona zəng vurub görüşmək istədiyini bildirdikdə sonuncuya yaşadığı evin giriş qapısının ona hər zaman açıq olduğunu deyərək yanına çağırıb onu Yasamal rayonu, 8-ci keçiddə yerləşən evində gözləmiş, bir müddətdən sonra polis əməkdaşları evinə gəlib onu orada saxlamışlar. Polis əməkdaşları onu döyməmiş, lakin fiziki güc tətbiq etməklə evinə zorla daxil olub onu çarpayının üzərinə yıxaraq əllərini qandallamış, həmin vaxt evində ailə üzvlərindən heç kim olmamışdır. Barəsində həbs qətimkan tədbiri məsələsi həll edilərkən məhkəməyə təzyiqlərə məruz qalması barədə məlumat verməmişdir. O, əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş, bir dəfə isə adam öldürməyə cəhd etməsi ilə bağlı məhkum olunmuşdur. O, 1992-ci ildə Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edərək başından aldığı güllə zərbəsi ilə əlaqədar yaralanaraq İİ dərəcə əlillik statusu almış, əlilliyi ilə əlaqədar ona 620 manat məbləğində pensiya təyin edilmiş, lakin həmin dövrdən etibarən bədənində yaranmış ağrılarını yüngülləşdirmək üçün narkotik vasitələrdən istifadə etmişdir. X20 də 2020-ci ildə “Vətən müharibəsində” hərbi əməliyyatlarda iştirak etmiş, həmin hərbi əməliyyatlar nəticəsində sonuncunun xəsarət alması ilə əlaqədar ona İİİ dərəcə əlillik statusu verilmişdir. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, hər hansı şəxsə verməmiş, üzərindən aşkar edilmiş kimi sənədləşdirilmiş tərəzi də ona məxsus olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs müharibə zamanı aldığı travma ilə əlaqədar ağrılarını azaltmaq məqsədi ilə sonradan narkotik vasitələrdən istifadə etməyə başladığından hazırda narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, lakin həmin xəstəlikdən tam müalicə olunaraq sağalmaq istədiyini, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olduğunu, ailədə özündən başqa gəlir gətirən şəxsin olmadığını, X20nin də döyüş əməliyyatlarında aldığı xəsarətlə əlaqədar İİİ dərəcə əlil olduğunu, narkotik vasitə və psixotrop maddələrdən sui-istifadə etdiyi üçün çox peşman olduğunu bildirərək məhkəmədən yaşını və ailə vəziyyətini nəzərə alaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində göstərmişdir ki, 16 fevral 2024-cü il tarixdə, saat 15:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, ev 9 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, habelə xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmaqla buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd qara rəngli qutunun içərisindən 1 (bir) ədəd elektron tərəzini, 2 (iki) ədəd sellofanda açıq qəhvəyi rəngli narkotik vasitə olan heroin kütləsini və həmin gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd dəsmalı təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı həmin gödəkçəsinin sol cibindən 1 (bir) ədəd “Nokia” markalı üzərində ***-***-**-** və ***-***-**-** simkart nömrəsi olan mobil telefon, 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Heroin elektron tərəzidə çəkilmiş, ümumillikdə çəkisi 12 (on iki) qram olmuşdur. Aşkar olunmuş həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd dəsmal və 1 (bir) ədəd qara qutu isə özünə qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən 16 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 320 (üç yüz iyirmi) manat pul ödəməklə istifadə etmək üçün əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. O, saxlanılarkən və Yasamal RPİ-nin 26-cı PB-yə gətirilərkən üzərində şəxsi axtarış yalnız təhqiqatçı tərəfindən keçirilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə şəxsi istifadə etmək üçün əldə etmiş, həmin narkotik vasitəni Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 320 manata pul verib almış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, heç kimə narkotik vasitə təhvil vermək planı olmamışdır. O, bütün sənədlərə özü imza etməklə adının və soyadının qarşısında olan imzalar özünə məxsus olmuş, polis idarəsində nə izahat verən zaman, nə də ki, sənədlərə imza edərkən ona qarşı heç bir formada psixi və ya fiziki təsir göstərilməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 33-34; 66-71; 53-56; 66-71;).

4. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenant Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, BNMİ-yə xx xxxx 1973cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edərək daşıması, saxlaması, satması və müxtəlif ünvanlara qoyması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əməliyyat marağı kəsb etdiyindən yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Onun tərəfindən müvafiq raportla BNMİ-nin rəisinə məruzə edilmiş və həmin idarənin rəisi tərəfindən 16 fevral 2024-cü il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək həmin qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə özü və BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. BNMİ-nin rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilməklə Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 16 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbiri olaraq o, müşahidəyə götürülmüşdür. Təqsirləndirilən şəxs satış məqsədi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 16 fevral 2024-cü il tarixdə, saat 15:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, ev 9 ünvanında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Onlar özlərini Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar tərəfindən saxlanılan şəxsə şəxsiyyəti haqqında məlumat verməsini tələb etdikdə həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotk vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu izah edərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-yə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nin inzbati binasına gəlmiş, orada xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl sonuncuya hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, şəxsi axtarışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin də iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Belə ki, şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs üzərində və əşyalarında qanunsuz əşya və ya narkotik vasitələrin olub-olmadığı, olduğu halda isə təqdim etməsi ona izah edilmiş, sonuncu əynindəki qara rəngli gödəkçənin sol yan cibindən, 1 (bir) ədəd qara rəngli qutunun içərisindən 1 (bir) ədəd elektron tərəzini, 2 (iki) ədəd sellofanda açıq qəhvəyi rəngli narkotik vasitə olan heroin kütləsini və həmin gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd dəsmalı təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı əynindəki həmin gödəkçənin sol cibindən 1 (bir) ədəd “Nokia” markalı üzərində ***-***-**-** və ***-***- **-** simkart nömrəsi olan mobil telefon, 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 12 (on iki) qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənərək üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, 1 (bir) ədəd dəsmal və 1 (bir) ədəd qara qutu isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən 16 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 320 (üç yüz iyirmi) manat pul ödəməklə istifadə etmək üçün əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Üzərindən başqa kənar yerdə narkotik vasitə saxlamadığını, ona verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. Şəxsi axtarış və götürmə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında xidməti iş otaqlarından birində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə etməklə BNMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Onlarda əvvəllər də Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz olaraq daşıması, saxlaması, satması və müxtəlif ünvanlara qoyması ilə məşğul olması barədə əməliyyat məlmatı olmuşdur.

7. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni İran vətəndaşından aldığını, özünün narkotik vasitə istifadəçisi olduğunu, üzərində gəzdirməklə lazım olduqda çəkisini tərəzi ilə müəyyənləşdirib qəbul etdiyini, lakin heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Əməliyyat tədbirində Etibar adlı hər hansı şəxs iştirak etməmiş, Təqsirləndirilən şəxs evinə baxış keçirilməmiş, sonuncunun evinin dəqiq olaraq harada olması barədə məlumatı olmamışdır. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirdiyi elektron tərəzi vasitəsilə çəkməklə narkotik vasitə istifadəçilərinə satması da göstərilmiş, hətta bildiyində görə sonuncu narkotik vasitələrin satışı ilə məşğul olduğundan o, saxlanıldıqdan sonra qonşuluqda yaşayan şəxslər onun həbs olunmasına sevinmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs 6 nəfər şəxs tərəfindən deyil, özü və Şahid1 ibarət yaradılmış əməliyyat qrupu tərəfindən saxlanılmış, sonuncu saxlanılarkən narkotik vasitələrin təsiri altında olmaqla öz şəxsi istifadəsi üçün narkotik vasitəni üzərində gəzdirdiyini bildirmiş, ona qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuş, sonuncu saxlanılarkən qonşuları sevinmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti onun tərəfindən “Sony” markalı videokamera vasitəsilə qeydə alınmışdır.

9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

10. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 16 fevral 2024-cü il tarixdə, saat 15:05 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd qara rəngli qutunun içərisindən 1 (bir) ədəd elektron tərəzi və 2 (iki) ədəd sellofanda ayrı-ayrılıqda çəkiləri 9,564 qram və 0,995 qram olmaqla ümumi çəkisi 10,559 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Yasamal RPİnin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 tərəfindən 17 fevral 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

11. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə, saat 15:05 radələrində Yasamal rayonu, 8-ci keçid, ev 9 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Yasamal RPİ-nin 26-cı PB-yə gətirilmişdir (Cild 1, i.v. 3-12;).

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2024-cü tarixli, 5(004)- 190/2024 saylı qərarından görünür ki, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 16 fevral 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanunauyğunluğu məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v.93;).

13. “Şübhəli şəxsin tutulması haqqında” 16 fevral 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin təhqiqatçısı, polis mayoru X12 tərəfindən həmin tarixdə, saat 15:50-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə bu barədə protokol tərtib edilmişdir. Qərarın və protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni 16 fevral 2024-cü il tarixdə, saat 15:05-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.21-22;).

14. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün BNMİ-nin təhqiqatçısı, polis mayoru X12 tərəfindən BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 və həmin idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə Yasamal RPİ-in 26-cı PB-in inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində saat 16:10-dan saat 16:21-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd qara rəngli qutunun içərisindən 1 (bir) ədəd elektron tərəzini, 2 (iki) ədəd sellofanda açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni və həmin gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd dəsmalı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şəxsi axtarış zamanı əynində olan həmin gödəkçəsinin sol cibindən 1 (bir) ədəd “Nokia” markalı üzərində ***-***-**-** və ***-***-**-** simkart nömrəsi olan mobil telefon və 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 12 (on iki) qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs izah edildikdən sonra götürülmüş, 1 (bir) ədəd dəsmal və 1 (bir) ədəd qara rəngli qutu sonuncunun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən 16 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 320 (üç yüz iyirmi) manat pul ödəməklə istifadə etmək üçün əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və ya bağışlamadığını, üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə saat 16:25-dən saat 16:45-dək protokol tərtib edilmiş, protokolda “Sony” markalı videokameradan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı tərəfindən videoçəkilişin aparılması, videoyazının əks olunduğu 1 (bir) ədəd DVD diskin protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 30- 32;).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 fevral 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 10 dəqiqə 50 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq O.O.Süleymanlı tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 17 fevral 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 90-91;).

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə)” ekspertizasının 3-16-16/2-6/960 saylı, 17 fevral 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,564 qram və 0,995 qram, ümumi təmiz çəkisi 10,559 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan heroinin təmiz çəkisini və bükümlərdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 10,559 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 10,459 qramdır. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 38-42;).

17. “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə ona izah edilmişdir (Cild 1, i.v. 57-58;).

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2024-cü il tarixli, 4(004)- 145/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər üç dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, bir dəfə Cinayət Məcəlləsinin 29,120-ci maddəsi ilə məhkum edilmiş, sonuncu dəfə 8 sentyabr 2023-cü il tarixdə azadlığa buraxılmışdır.” (Cild 1, i.v.86-87;).

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 22 aprel 2024-cü il tarixli cavabından, müvafiq hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər üç dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, bir dəfə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1ci maddəsi ilə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 1(004)-475/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 7(007)-736/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 2 (iki) ay 10 (on) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (Cild 1, i.v.98-100; 159-172;).

20. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 29 may 2024-cü il tarixli, 3793 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı “’Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçür olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” qərarı ilə təsdiq olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs öz deməsinə görə, narkotik vasitə olan heroindən istifadə edir (Cild 1, i.v.117-118;).

21. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 29 may 2024-cü il tarixli, 1554 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda üzvi mənşəli şəxsiyyət pozuntusu aşkar olunur. Y.A.Məmmədovda aşkar olunan “üzvi mənşəli şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, onu törətiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etsin. Yəni həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddələsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosesual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurub danışmağa meyillilik aşkar olunmadı. Onun ifadəsində cinayət haqqında göstərmiş olduğu halların həqiqətə uyğun olub-olmaması isə istintaqla müəyyən edilməlidir. Təqsirləndirilən şəxs cinayət törədən zaman və cinayət törətdikdən sonra yüksək ruhi həyəcan vəziyyətində olmamışdır. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs özü barəsində İ Qarabağ müharibəsində iştirak etdiyini, döyüşlərdə başından yaralandığını, İİ dərəcə əlil olduğunu, müharibədən sonra əsəblərinin pozulduğunu, əsəbi anlarında qoluna, qarnına, sinəsinə xəsarət yetirdiyini, dəfələrlə psixiatrda müalicə aldığını, əsəblərini sakitləşdirmək məqsədi ilə narkotik maddələrdən istifadə etdiyini bildirmişdir (Cild 1, i.v. 120-122;).

22. “CD diskə baxış keçirilməsi haqqında” 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış 11 iyun 2024-cü il tarixli, BKC/LGL-9910/24 nömrəli məktuba əlavə edilmiş 1 (bir) ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 131-133;).

23. “CD diskə baxış keçirilməsi haqqında” 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış 11 iyun 2024-cü il tarixli, AZF/LGL-4665/24 nömrəli məktuba əlavə edilmiş 1 (bir) ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 134-136;).

24. “Sübutların qiymətləndirilməsi haqqında” 11 iyun 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********** nömrəli cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs götürülmüş 10,559 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd qara rəngli qutu, 1 (bir) ədəd "xxxx" MMC-dən daxil olmuş CD disk, 1 (bir) ədəd "xxxx" MMC-dən daxil olmuş CD disk, 1 (bir) ədəd “Nokia” markalı mobil telefon, “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 16 fevral 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd “DVD-R” diskin maddi sübut kimi tanınması, “Nokia” markalı mobil telefonun və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 10,459 qram olan heroinin Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (Cild 1, 137-151; 173;).

25. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 11 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə başqa cinayət işi ayrılaraq istintaqı davam etdirilir (Cild 1 i.v. 153-156;).

26. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 1(004)- 475/2022 saylı hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 065799 nömrəli vəsiqəyə əsasən Təqsirləndirilən şəxs hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcə əlildir. Həmçinin həmin hökmdən görünür ki, Azərbayan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi “16 saylı şəhər Poliklinikası” tərəfindən verilmiş 346 nömrəli 29 avqust 2022-ci il tarixli məktuba əsasən ünvan 5 ünvanda qeydiyyatda olan 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 12 yanvar 1995-ci il tarixdən “Üzvi mənşəli şəxsiyyət pozuntusu tez-tez təkrarlanan dekompensasiya halları və özünü kəsmələri ilə” diaqnozu ilə psixiatr kabinetində qeydiyyatındadır, İİ dərəcə əlil olmaqla xəstə mütəmadi imtiyazlı dərman almışdır (Cild 1, i.v. 159-171;).

27. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.O.Süleymanlı tərəfindən 14 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 17 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.179-190;).

28. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan və “Doğum haqqında” AZ-İİ№650173 nömrəli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 28 yanvar 1971-ci il təvəllüdlü arvadı X6, 25 fevral 1993cü il təvəllüdlü oğlu Arif Məmmədli, 1 noyabr 1998-ci il təvəllüdlü Akif Məmmədli və 25 iyul 2010-cu il təvəllüdlü Aylin Məmmədlidən ibarətdir (Cild 2;).

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 1354/2024 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitabçadan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, hər iki said və bazunun ön, bayır, arxa səthində köhnə çapıqlar, sağ almacıq və gicgah nahiyələrində, qarının ön səthində cərrahiyyə əməliyyatından sonrakı çapıqlar, hər iki yuxarı və aşağı ətraflarda, boyunun sol nahiyəsində narkotik inyeksiyasından sonrakı izlər və çapıqlaşmış sahələr müşahidə olunmuşdur. Özü həbs olunmazdan əvvəl zədə almadığını bildirmişdir (Cild 2;).

30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında sənəddən görünür ki, X11 14 aprel 2021-ci il tarixdə İİİ dərəcəli əlillik statusu verilməklə hərbi əməliyyatlar nəticəsində “digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, baş beynin üzvi zədələnməsi nəticəsində mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Barotravma (19 oktyabr 2020) nəticəsində sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə pıçıltılı nitqini sağ qulaqda 1 m, sol qulaqda 6 m məsafədən eşitməsi ilə” diaqnozu qoyulmuşdur. X9 əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusion quruluşunun müdafiə edilməsində iştirak etməsi olmuşdur (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

31. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

33. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

34. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

35. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

36. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir.

37. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 10,559 qram narkotik vasitə heroinin miqdarının xeyli miqdarından təxminən 70 dəfə, külli miqdarından isə təxminən 5,2 dəfədən artıq olması, satış üçün külli miqdarda narkotik vasitəni ayrı-ayrı bükümlərdə qablaşdırmaqla üzərində gəzdirməsi, o cümlədən üzərində heroin izləri olan elektron tərəzinin aşkar edilməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

38. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 10,559 qram narkotik vasitə heroinin yalnız 0,995 qram olan hissəsinin özünə məxsus olmaqla həmin narkotik vasitəni öz şəxsi istifadəsi məqsədilə əldə edərək üzərində gəzdirməsi, həmin narkotik vasitəni heç kimə satmaması, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmaması, 6 nəfər polis əməkdaşı tərəfindən piyada hərəkət edərkən deyil, evindən zorla çıxarılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

39. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

40. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

42. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət eməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

43. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan sübutlarla ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

45. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

47. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 14-15 və 18-ci bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 29-cu bəndində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlə də, yəni Bakı İstintaq Təcridxanasında tibbi müayinə aktında göstərilənlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

48. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

49. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

50. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

51. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

52. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

53. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

54. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

55. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

56. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

57. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda aparılmış hərbi əməliyyatlar nəticəsində İİ dərəcə əlil olmaqla üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkməsini, həmçinin övladının Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda aparılmış döyüş əməliyyatları nəticəsində İİİ dərəcə əlil almasını, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağın olmasını, 51 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istəməsini bildirməsini və məhkəmə icraatı dövründə davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

58. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

59. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

60. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 19-cu bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

61. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

62. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

63. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

64. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

65. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

66. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 16 fevral 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 15 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 6 iyul 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

67. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.

68. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 fevral 2024-cü il tarixdən hesablanmalıdır.

69. Məhkəmə hökmün 20-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

70. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

71. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 10,459 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, “Nokia” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 (iki) ədəd disk, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

72. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

73. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

74. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

75. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

76. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

77. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 10,459 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, “Nokia” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar