Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1934/2024 02.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Namazov Fərid Arif oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Lənkəran rayonu, Cil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 16:00-da baçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. 2.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib satışını həyata keçirmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 04 mart 2024-cü il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum şəraitdə sonuncu tərəfindən gizlədilmiş Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında ağacın dibində beş ədəd siqaret qutusunun içərisində beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,005 qram, 7,155 qram, 5,155 qram, 10,274 qram, 4,826 qram, külli miqdarda ümumi təmiz çəkisi 32,415 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlamaqla üzərində daşımış, 05 mart 2024-cü il tarixdə saat 01:10 radələrində Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 02:25-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən beş ədəd sellofan bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 5,005 qram, 7,155 qram, 5,155 qram, 10,274 qram, 4,826 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 32,415 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, etdiyi əməldən peşmandır. Narkotik vasitə istifadəçisi olduğu üçün iranlının göndərdiyi məkana narkotik götürməyə getmişdir, bu zaman polislər tərəfindən tutulmuşdur. Sonra o polislər tərəfindən 25-ci Polis Bölməsinə aparılmış və izahatı alınmışdır. O, bir neçə müddət narkotik vasitələrdən istifadə etmiş və narkotiki iranlıdan almışdır. Həmin iranlı ilə internet vasitəsilə tanış olmuş, əvvəllər də həmin iranlıdan narkotik almışdır. Saxlanıldığı gün üzərində “patı” olmuşdur. O, 7 qram narkotik götürmək üçün getmiş, lakin 10 qram götürmüşdür. Yazıldığı onda kimi 32 qram yox, 10 qram narkotik olmuşdur. Onun sırf özündə olan narkotik iki bükümdə olmuş, polislər ona narahat olmamasını demişlər. Hətta onun götürdüyü yer tam başqa yer olmuş, polislər ona öz dedikləri yeri, yəni Hövsandan götürməsini deməyini bildirmişlər, ona “narahat olma, səni buraxacağıq gedəcəksən” demişlər. O, videoçəkilişdə razılaşmış və üzərinə baxış keçirilərkən müdafiəçi iştirak etmişdir. Narkotik üçün istifadəçi kimi getmiş, satış məqsədi olmamışdır. Narkotik alacağı adamla ancaq alandan alana gedib danışmış, həmin adam “konum” atmış, o da gedib narkotiki götürmüşdür. Həmin şəxs iranlı olmuş, yaşayış yerini bilməmiş, ancaq telefon nömrəsini bilmiş, lazım olanda gedib almışdır. Narkotiki götürəndən bir dəqiqə sonra onu saxlamışlar. Gedib həmin yerə yaxınlaşanda onu tutmuşlar, tutulan zaman onun üzərində narkotik olmamışdır. Ona “sən bu vaxtı burada nə edirsən” demişlər, o da işinin olduğunu bildirmiş, həmin vaxt ona “sən işi olana oxşamırsan, nə üçün gəldiyini denən biz sənə köməklik edəcəyik, nə üçün gəldiyini biz bilirik, bunun üçün gəlmisən sən, narahat olma götür, biz sənə kömək edəcəyik” demişlər. Həmin vaxt narkotik yerdə olmuşdur. Narkotikin haradan oraya qoyduqlarını bilmir, polislər yaxınlaşanda narkotiki götürməmişdir. Narkotik qapının yanında ağacın dibində basdırılmışdır. Narkotiki polislər özləri ona vermişlər. Polislər onun qarşısına şərt qoymuşlar, o da həmin şərti edə bilməmişdir. Onu sorğu-sual edən telefona çəkmiş və qaldığı “Kristal Otel”in sahibinin onu buna məcbur etdiyini deməsini istəmiş, lakin o, bunu deməmişdir. Üzərində olan pulu və kartı götürmüşlər. O, tutulduğu yerdən narkotiki iki dəfə götürmüş və narkotikin pulunu iranlıya vermişdir. O, polisin öz şkafından götürüb verdiyi narkotiki təqdim etmiş, həmin polis əməkdaşının adı yadında deyil, lakin görsə tanıyar. O, “Bolt” ilə taksi sifarişi edəndə göndərilən məkana sifariş etmişdir. Narkotikin pulunu həmin gün öz kartından ödəmiş, təxminən bir il olar ki, həmin kartdan istifadə edir. İranlı ilə tanışlığı “instagram” vasitəsilə olmuş, “instagram”da narkotk yazmış və səhifə çıxmış, “instagram” səhifəsinin adı “patı, kola satışı” olmuş, onun “instagram” səhifəsinin adı isə “Ülkər” olmuşdur. İranlı ilə “Redmi” telefonu ilə saxta profillə danışmışdır. İfadəsində olan 600 manat söhbətini ona Elvin müəllim təklif etmişdir. O, bir-iki dəfə narkotik aparıb harasa qoymuş, iranlı üçün narkotiki aparıb dediyi yerə qoyanda əvəzində ona pul yox, narkotik vermişdir. Narkotik harasa qoyması çoxdan olmuş, nə vaxt olması yadında qalmamışdır. O, hər dəfə iranlıdan 10 qram olmaqla iki dəfə narkotik götürmüşdür. İş materiallarında olan şəkillər iranlının ona atdığı konumlardır, tərəzi onun özünündür, alanda onu aldatmamaları üçün çəkmişdir. İranlının göndərdiyi yerləri telefonunda saxlamış, həmin ünvanlardan özünün istifadəsi üçün narkotik götürmüşdür. Daha sonra o, bildirmişdir ki, tərəzi şəkilləri ona aid deyil, həmin tərəzi şəkillərini ona iranlı göndərmişdir. İranlı həmin narkotiklərin şəkillərini ona yollamış, o isə almamışdır. Ona fiziki təsir və zorakılıq olmamışdır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, Lənkəran rayonu Cil kəndində doğulmuşdur. O, Füzuli rayonu Horadiz şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 54A-da qeydiyyatda olmaqla Füzuli rayonu, Horadiz şəhəri, Qayıdış qəsəbəsi ev 5-də yaşamışdır. O, təxminən bir il yarım müddətdir ki, psixotrop maddə metamfetamin istifadə etmişdir. 05 mart 2024-cü il tarixdə saat 01:10 radələrində o, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində piyada hərəkət edən zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda, narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməkdə şübhəli olduğunu bildirib onu Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə gətirmişlər. Polis bölməsində olarkən otaqların birində saat 02:25-də polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O, da üzərində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 5 ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin bükümlərin içərisi açılıb baxıldıqda içərisində şəffaf rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, başqa psixotrop maddə, narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Onun polis əməkdaşına təqdim etdiyi beş ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları, vəkil və onun tərəfindən imzalanmışdır. O, üzərindən axtarış zamanı aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisinin 32,415 qram olmasını bilmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı olan İlqar adlı şəxsdən sosial internet şəbəkəsi vasitəsi ilə əldə etmişdir. O, həmin şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. O, “İnstagram” sosial şəbəkəsində olan “Ulker” adlı səhifəsindən sosial şəbəkədə qarşısına çıxan “Patı satılır” adlı səhifəyə yazaraq psixotrop maddə metamfetamin almaq istədiyini bildirmişdir. Həmin səhifənin sahibi onun mobil nömrəsini soruşması ilə o, mobil nömrəsini bildirmişdir. Bundan sonra o, “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə danışaraq həmin şəxslə tanış olmuşdur. Həmin şəxsin ona deməsi ilə İran İslam Respublikası vətəndaşı olduğunu, adının da İlqar olduğunu bilmişdir. 03 mart 2024-cü il tarixdə saat 21 radələrində o, yaşadığı Füzuli rayonu Horadiz şəhərində olduğu zaman İlqar adlı şəxslə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq psixotrop maddə metafetamin istədiyini bildirmişdir. İlqar ondan nə qədər istədiyini soruşduqda 150 manat məbləğində istədiyini demişdir. İlqar da ona ertəsi gün hazır edəcəyini, Bakı şəhəri ərazisində bir yerə qoyulacağını, ünvanını və fotoşəkillərini “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ona göndərəcəyini, əvvəlcədən pulu İlqara göndərməsini bildirmişdir. O, razılaşmış və Füzuli rayonundan Bakı şəhərinə gələcəyini demişdir. İlqar ona bank kartının fotoşəkilini “WhatsApp” sosial şəbəkəsi vasitəsilə göndərəcəyini, pulu həmin hesaba göndərməsini bildirmişdir. Bundan sonra o, yaşadığı Füzuli rayonundan taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxslə Bakı şəhərinə gəlmişdir. O, Avtovağzal dairəsi yaxınlığında yerləşən “Harmony” adlı şirniyyat evi və marketə daxil olub “MilliÖn” ödəniş terminalı vasitəsi ilə İlqarın ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərmiş olduğu bank kartı hesabına 150 manat pul göndərmişdir. O, oradan çıxıb Avtovağzal dairəsinin yaxınlığında yerləşən “Kristal” adlı hotelə getmiş, 30 manat verərək bir günlük otaq nömrəsi almış və orada qalmışdır. 04 mart 2024-cü il tarixdə saat 20 radələrində İlqar onunla “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, ona psixotrop maddənin hazır olduğunu və psixotrop maddənin qoyulmuş olduğu yerin ünvanını və fotoşəkilini göndərməsini, beş ədəd bükümdə psixotrop maddənin olduğunu bildirmişdir. O, da bundan sonra taksi sifariş verib İlqarın ona ünvanını bildirdiyi Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olan avtoyuma yerinin yaxınlığına getmişdir. O, taksidən enmiş və taksi sürücüsünü yola salmışdır. Sonra o, avtoyuma məntəqəsinin yaxınlığında olan ağacın dibindən beş ədəd siqaret qutusunu götürmüş, həmin beş ədəd qutunun hər birinin içərisində olan bir ədəd bükümü götürüb əynində olan gödəkçənin sağ yan cibinə qoymuş, siqaret qutularını da kənara atmışdır. Bundan sonra o, taksi sifariş verib avtovağzal dairəsi yaxınlığına gəlmişdir. O, “Kristal” adlı hoteldən biraz kənarda takisdən yerə enmişdir. Buna səbəb taksi sürücüsünün onun hoteldə qaldığını bilməsini istəməməyi olmuşdur. O, hotel istiqamətində bir qədər piyada hərəkət etdikdən sonra polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamağında şübhəli olduğunu bildirib onu saxlamışlar. O, əvvəllər İlqar adlı şəxsdən 3-4 dəfə psixotrop maddə metamfetamin almışdır. O, İlqar adlı şəxsdən psixotrop maddəni istifadə etmək məqsədi ilə əldə etmişdir. O, İlqar adlı şəxsin kimliyini, harada yaşamasını dəqiq bilməmiş, ona adının İlqar olduğunu və İran İslam Respublikası ərazisində yaşadığını bildirmişdir. İlqar onunla xatırlamadığı xarici operatora məxsus mobil nömrə ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. İlqar adlı şəxs xarici operatora məxsus mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrlə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. O, yalnız psixotrop maddə metamfetamin istifadə etmiş, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. “Samsung” markalı, “Redmi” markalı iki ədəd mobil telefonda büküm şəkilləri, məkan şəkilləri, həmin məkanda gizlədilmiş bükümlər və bunlara bənzər digər şəkilləri onun telefonuna ifadəsində qeyd etdiyi İran islam Respublikasının İlqar adlı vətəndaşı göndərmişdir. Belə ki, razılaşmalarına əsasən o, ilqar adlı şəxsin ona göndərdiyi məkan əsasında oraya gedib gizlədilmiş bükümdə olan metamfetamin və heroini götürmüş, “Kristal” adlı otelə aparıb orada İlqarın deməsi ilə yenidən çəkisini ölçüb qablaşdırmışdır. Bundan sonra o, həmin maddələri İranlının ona bildirdiyi yerlərdə gizlətmiş, həmin yerin fotoşəklini çəkmiş və məkanla birlikdə İlqarın telefonuna göndərmişdir. Bununla bağlı o, İlqarın təxminən 3-4 sifarişini yerinə yetirmişdir. İlqar isə onun bank kartına ümumilikdə 600 manat pul göndərmişdir. Eləcə də, o, İlqara məxsus narkotik vasitədən hər dəfə təxminən 10-15 qram götürüb istifadə etmişdir (İ cild, səh. 223-227). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, məxfi əməkdaşın məlumatı əsasında səhv etmirsə mart ayının 5-də təxminən gecə saat 1-2 radələrində R.İsmayılov küçəsində xanıma yaxınlaşaraq saxlayıb bölməyə aparmışlar, idarədə videoçəkilişlə və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən beş büküm “şüşə” çıxmışdır. Məlumat ona daxil olmuş və dövriyyə ilə bağlı olmuşdur. Əməliyyatda iki nəfər iştirak etmişlər. Aşkar edilən maddərlərlə bağlı bildirdikləri yadında deyil. Təqsirləndirilən şəxs “Kristal otel”in sahibinə qarşı ifadə alınması halları olmamışdır. Təqsirləndirilən şəxs məkanı yollayan şəxsin kim olduğunu onlar bilməmişlər, narkotikin mənbəyi haqqında onlarda məlumat olmamışdır. Onlarda olan məlumat xanımın satışla məşğul olması barədə olmuşdur. Satış edən yerdə ona görə saxlamamışlar ki, xanımın özünün də dediyinə görə satmamış, ancaq konumlara qoymuş və konumların hamısı telefonunda olmuşdur. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa zor və təzyiq olmamış, saxlanılan zaman şəxs narkotikin təsiri altında olmuşdur. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş və polis leytenantı rütbəsində olmuşdur. Lənkəran rayonu Cil kəndində anadan olmuş Füzuli rayonu Horadiz şəhəri Qayıdış qəsəbəsində yaşayan, xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 05 mart 2024-cü il tarixdə gecə saatlarında polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla rəhbərliyə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. 6-cı polis bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 mart 2024-cü il tarixdə saat 01:10 radələrində o, Şahid2la birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 11 ünvanının yaxınlığında olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs saxlayıb sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul etdiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis bölməsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparıb X6a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs polis bölməsinə aparmaqları ilə bağlı raport yazmışdır. X6 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Hacızadəyə müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Radil Xəlilova etirazının olmadığını demişdir. Bundan sonra X6 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o. polis əməkdaşı Şahid2, müdafiəçi Radil Xəlilov və Şahid3 iştirak etmişlər. Polis əməkdaşı X4 isə “Sony” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən iki ədəd mobil telefon, həmin gödəkçənin sağ yan cibindən isə lentlə sarılmış vəziyyətdə beş ədəd büküm çıxarıb təqdim etmişdir. Şahid3 Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən başqa predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs beş ədəd bükümdəki maddənin “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu, Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən 150 manata alıb əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi telefonlar “Samsung” markalı və “Redmi” markalı olmuşdur. X6 aşkar edilmiş beş ədəd bükümü bir-bir kəsib açmış və hər bir bükümün içərisində ağ rəngli kristalik formada psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. X6 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş beş ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni ağ rəngli bir ədəd zərfdə qablaşdırmış və möhürləmişdir. Onlar zərfin üzərinə imza çəkmişlər. X6 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni ekspertiza tədqiqatı üçün götürmüşdür. Sonra X6 aşkar edilmiş iki ədəd mobil telefonu ayrı-ayrılıqda iki ədəd zərfdə qablaşdırmış və möhürləmişdir. Onlar zərflərin üzərinə imza çəkmişlər. X6 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd mobil telefonu da götürmüşdür. X6 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protok lu imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,005 qram, 7,155 qram, 5,155 qram, 10,274 qram, 4,826 qram, ümumi təmiz çəkisi 32,415 qram psixotrop maddə metamfetamini haradan əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs həmin metamfetamini haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs metamfetamini 04 mart 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən 150 manat pulun müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə onun işlədiyi polis bölməsinə məlumat daxil olmuş, sonuncu 32,415 qram metamfetamini satmaq üçün əldə edib üzərində saxlamışdır (İ cild, səh. 117-120). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 05 mart tarixində Ülkər xanımın narkotik vasitələri üzərində gəzdirməsi və istifadəsi barədə qərəsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, bundan sonra raportla rəhəbərliyə müraciət olunmuşdur. Əməliyyatda onunla birlikdə əməliyyat müvəkkili Rüfət iştirak etmişdir. Daha sonra əməliyyat qrupu ilə birlikdə Biləcəri qəsəbəsində, R.İsmayılov 11 ünvanında həmin xanımı görərək yaxınlaşıb özlərini təqdim etmişlər, şəxs özünü şübhəli apardığından tərəflərindən avtopatrula əyləşdirilərək 6-cı Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs təxminən saat 1-2 radələrində saxlanılmış, üzərinə şəxsi axtarş bölmədə keçirilmiş, üzərinə axtarışda videoçəkiliş aparılmış və vəkillə təmin edilmişdir. Üzərinə baxış keçirilən zaman sol yan cibindən iki ədəd telefon və sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar edilmişdir. O, əraziyə cavabdeh olduğundan xanımın harada qalmasını soruşmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik olmaması barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs şəxsiyyətini portaldan çıxarışla müəyyən etmişlər. “Kristal otel” onun cavabdeh olduğu ərazidə yerləşir, Təqsirləndirilən şəxs həmin otelin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs Füzulidən gəldiyini və gedib oteldə qaldığını özü etiraf etmişdir. Saxlanıldıqda, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa zor və təzyiq olmamışdır. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 121-124). 9.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhərində anadan olmuş və Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı, ev 1A, mənzil 91-də yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, dolanmaq üçün fərdi əməklə məşğul olmuşdur. 05 mart 2024-cü il tarixdə gecə saatlarında yaşadığı evdə olarkən 6-cı polis bölməsinin əməkdaşları gələrək ona şübhəli şəxs qismində bir nəfər qadın tutub gətirdiklərini, üzərində şəxsi axtarış keçiriləcəyini, qadın olduğu üçün həmin istintaq hərəkətində iştirak etməyini bildirmişlər. O, polis əməkdaşlarının dəvətini qəbul edib həmin istintaq hərəkətində iştirak etməyə könüllü razılıq vermişdir. O, polis əməkdaşları ilə birlikdə 6-cı polis bölməsinə getmişdir. Polis bölməsində həmin qadının Ülkər adlı şəxs olduğunu, Ülkərin psixotrop maddə əldə edib saxlamaqda şübhəli olduğunu bilmişdir. X6 xidməti iş otağında Ülkərin üzərində video çəkilişlə şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Ülkər əynində olan gödəkçənin sol yan cibindən iki ədəd mobil telefon, həmin gödəkçənin sağ yan cibindən isə lentlə sarılmış vəziyyətdə beş ədəd büküm çıxarıb təqdim etmişdir. O, Ülkərin üzərini yoxlamış və üzərindən başqa predmet aşkar etməmişdir. Ülkər beş ədəd bükümdəki maddənin “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu, metamfetamini Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən 150 manata aldığını bildirmişdir. Ülkərin telefonları “Samsung” markalı və “Redmi” markalı olmuşdur. X6 aşkar edilmiş beş ədəd bükümü bir-bir kəsib açmış və hər bir bükümün içərisində kristalik formada metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. X6 aşkar edilmiş maddələri bükümləri ilə birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkmişdir. Bükümlərin 7,35 qram, 5,31 qram, 5,27 qram, 10,45 qram və 5,25 qram olduğu müəyyən edilmişdir. X6 Ülkərin üzərindən aşkar edilmiş beş ədəd bükümdə metamfetaminə bənzər maddəni və telefonları ağ rəngli ayrı-ayrı zərflərdə qablaşdırıb götürmüşdür. X6 Ülkərin üzərinə şəxsi axtarışın aparılmasına dair protokol tərtib etmişdir, o və digər iştirakçılar həmin protokolu imzayla təsdiq etmişdir (İ cild, səh. 132-134). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1314 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 175” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,005 qram, 7,155 qram, 5,155 qram, 10,274 qram, 4,826 qram, ümumi təmiz çəkisi 32,415 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (İ cild, səh. 48-52). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 29 aprel 2024-cü il tarixli 2787 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 180-181). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 06 may 2024-cü il tarixli, 1267 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə düzgün ifadə vermək iqtidarındadır (İ cild, səh. 182- 184). 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 05 mart 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sol yan cibindən iki ədəd biri göy rəngli “Samsung” markalı, digəri isə açıq qara rəngli “Redmi” markalı mobil telefon aparatlarını, həmin gödəkçənin sağ yan cibindən beş ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan paltarlarında qanunla qadağan olunmuş əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlələrin çəkiləri 7.35, 5.31, 5.27, 10.45 və 5.25 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 175 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütələrin özünə məxsus olduğunu və həmin psixotrop maddə hesab edilən metamfetamini 04 mart 2024-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 150 manata alaraq üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (İ cild, səh. 37-39). 14.«Telefona baxış keçirilməsi haqqında» 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı bir ədəd mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun arxa tərəfinin göy rəngli, üst tərəfinin qara rəngli şüşə, smartfon tipli, “Samsung” markalı, işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Mobil telefonun “Galereya”, “WhatsApp İmages” bölməsində yaşıl rəngli oxla işarələnmiş çoxlu sayda məkan şəkilləri, həmin məkanda içərisində hansısa maddə olan, narkotik vasitə bükümünə bənzər bükümlərin gizlədildiyi görünmüşdür (İ cild, səh. 105-108). 15.«Telefona baxış keçirilməsi haqqında» 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Redmi” markalı bir ədəd mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun arxa tərəfinin qara rəngli, üst tərəfinin qara rəngli şüşə, smartfon tipli, “Redmi” markalı, işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Mobil telefonun “Galereya”, “Şəkillər” bölməsində çoxlu sayda narkotik vasitə, psixotrop maddə bükümünə bənzər büküm, üzərində qramın miqdarı yazılmış bükümlər, elektron tərəzi üzərində büküm, tərəzi üzərində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddə şəkillərinin olduğu görünmüşdür (İ cild, səh. 109-116). 16.«Əşyanın maddi sübut hesab edilməsi haqqında» 05 mart 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd kağız paketdə qablaşdırılmış beş ədəd bükümdə olan ümumi təmiz çəkisi 32,415 qram miqdarında psixotrop maddə metamfetaminin 0,25 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış ümumi təmiz çəkisi 32,165 qramı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir (İ cild, səh. 64-65). 17.«Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında» 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin videoçəkilişini özündə əks etdirən 1 ədəd CD disk maddi sübut növü hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İstintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd “Redmi” markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir (İ cild, səh. 193-205). 18.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 25). 19.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 4(001)- 158/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 mart 2024-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 90-93). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(007)-237/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İ cild, səh. 104-105). 21.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il və xx.xx.2013-cü il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 26.Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayət əməlinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi aparılan hərtərəfli məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. 27.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 28.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, təqsirkar şəxsin psixotrop maddəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olması, həmçinin həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 29.İstintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib satışını həyata keçirmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girməsini... qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməlini törətməsi müəyyən edilməmişdir. 30.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 31.İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə əldə etmə, saxlama və daşıma ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən psixotrop maddəni şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. 32.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımasına dair digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsində iştirakını təsdiq edən sübut müəyyən olunmamışdır. 33.Məhkəmənin bu qənaəti əməlin obyektiv tərəfinə aid hərəkət və hərəkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə aid cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. 34.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 35.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 36.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 37.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 38.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 39.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 40.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 41.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 42.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 43.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 44.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 45.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 46.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 47.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 48.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 51.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 52.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 53.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 54.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 55.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 57.Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(007)-237/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır 58.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(007)- 237/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 61.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 62.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 63.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 64.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 65.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. 66.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 67.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 68.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 69.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 32,165 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı və bir ədəd «Redmi» markalı mobil telefon aparatları onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 70.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 71.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 72.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 73.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 74.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 75.Beləliklə, Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına ödənilməlidir. 76.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(007)-237/2024 nömrəli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 32,165 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı və bir ədəd «Redmi»markalı mobil telefon aparatları Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Fərid Namazov
3. Vüqar Quliyev