Məhkəmə qərarları › İş №1(101)-1935/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1935/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1935/2025 28.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 03 avqust 2001-ci il tarixdə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 229/2025 saylı, 07 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 17 iyul 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanlarda kirayədə yaşamış, ünvan 3l 2025-ci il tarixli qərarına əsasən barəsində əvvəli 01 iyul 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan albir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs istintaqda şəxsiyyətini müəyyən etmək mümkün olmayan SMSlər göndərilməsi ilə qarşılıqlı mobil telefon əlaqəsi yaratdığı adı istintaqa "Yasin" kimi məlum olmaqla İran İslam Respublikası vətəndaşı olduğunu bildirən şəxslə və şəxsiyyətini müəyyən etmək mümkün olmayan digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halnda ona göstərəcəyi xidmətə görə sonradan ödəniləcək müəyyən məbləğdə pul müqabilində "WhatsApp"sosial şəbəkə vasitəsilə istifadəsində olan ***-***-**-** saylı mobil telefonundan istintaqla istifadəçisini müəyyən etmək mümkün olmayan +**********61 saylı mobil telefon nömrəsinə zəng edib əlaqə saxladıqdan sonra +**********61 saylı nömrədən "WhatsApp" sosial şəbəkəsi vasitəsilə psixotrop maddəni qoyduğu yerin fotoşəkilini göndərərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində dəqiq yerini müəyyən etmək mümkün olmayan sahədə əvvəlcədən gizlədilmiş yerdən küllü miqdarda psixotrop maddə metamfetamini götürəcəyi halda onu daşıyaraq aparıb qoyacağı yeri sonradan bildiriləcəyi şərtilə razılaşaraq, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satıs məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 10,339 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamini əldə edib satış məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkisi 0,774 qram olan hissəsini 01 ədəd göy rəngli sellofana, təmiz çəkisi 9,565 qram olan hissəsini isə 01 ədəd ağ rəngli sellofana bükməklə qablaşdıraraq cəmi 02 ədəd bükümdə olmaqla qara rəngli parçaya büküb əynindəki boz rəngli şalvarının sağ yan cibində üzərində saxlamaqla 01 iyul 2025-ci il tarixdə satış məqsədi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisindəki Ə.İsazadə küçəsində yerləşən binə körpüsünün yaxınlığına daşımış, həmin gün saat 02:00 radələrində cinayətdən xəbərsiz tanışı Şahid1 ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsindəki binə körpüsünün yaxınlığında piyada hərəkətdə olduğu vaxt Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən qeyd olunan ərazidə oğurluq hadisələrinin törədilməsində şübhəli şəxs kimi saxlanılaraq həmin PŞ-nin inzibati binasına gətirilərək növbətçi hissəyə təhvil verildiyi vaxt həmin növbətçi hissə otağında vidoçəkiliş aparılmaqla növbətçi polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli şalvarının sağ yan cibində qara rəngli parçaya bükülmüş halda satış məqsədi ilə gizlədib saxladığı ümumi təmiz çəkisi 10,339 qram olan kustar sulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkisi 0,774 qram olmaqla 01 ədəd göy rəngli sellofana, təmiz çəkisi 9,565 qram olmaqla 01 ədəd ağ rəngli sellofana bükülməklə qablaşdırılmış halda cəmi 02 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin məsul növbətçisi Şahid2 ifadəsində göstərmişdir ki, 01 iyul 2025-ci il tarixdə saat təxminən 02:20 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 və 3-cü PŞ- nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4la xidməti ərazidə baş vermiş və baş verəcək oğurluqlara qarşı profilaktika məqsədi ilə xidmət apararkən iki nəfər şəxsin oları gördükdə özünü şübhəli apardığını görüb onlara yaxınlaşaraq 3-cü polis şöbəsinə dəvət etdiklərini bildirmişdir. 3-cü PŞ-nin növbətçi hissəsində videoçəkilişlə onların üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu, həmin şalvarın sağ yan cibindən qara rəngli parça parça bükümün içərisində 01 ədəd göy rəngli 01 ədəd ağ rəngli sellofan bükümlərdə olan cəmi 02 bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə nə olduğu soruşulduqda həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini “Yasin” adlı İran vətəndaşının sifarişi ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən körpünün yaxınlığından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə saxlanılaraq polis şöbəsinə gətirilmiş Şahid1 üzərinə baxış keçirilərkən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra nəticəyə dair akt tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Onlara qarşı polis şöbəsində heç bir fiziki və psixoloji təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, 01 iyul 2025-ci il tarixdə saat təxminən 02:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən körpünün yaxınlığında o, Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və 3-cü PŞ-nin YYÇ-nin inspektoru Şahid5lə xidməti ərazidə baş vermiş və baş verəcək oğurluqlara qarşı profilaktika məqsədi ilə xidmət apararkən iki nəfər şəxsin onları gördükdə özünü şübhəli apardığını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərdən də özlərini təqdim etməsini istədikdə biri özünü Təqsirləndirilən şəxs, digəri isə Abutalıb Gündiizov kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsləri oğurluqda şübhəli olduqları üçün 3-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etmədən onlarla birlikdə 3-cü PŞ-ə gəlmişlər. 3-cü PŞ-nin növbətçi hissəsində videoçəkilişlə onların üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu, həmin şalvarın sağ yan cibindən qara rəngli parça bükümün içərisində 01 ədəd göy rəngli 01 ədəd ağ rəngli sellofan bükümlərdə olan cəmi 02 bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə nə olduğu soruşulduqda həmin bükümlərdə psixotrop maddə metamletamin olduğunu, həmin metamfetamini “Yasin” adlı İran vətəndaşının sifarişi ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən körpünün yaxınlığından əldə etdiyini bildirmişdir. Bundan sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. O, müdafiəçi ilə görüşdükdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxsa üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman polis əməkdaşları onun üzərindən götürüb qablaşdırdıqları psixotrop maddəyə bənzər maddəni çıxarıb təqdim etmişlər. Təqsirləndirilən şəxs də həmin bükümün ona məxsus olduğunu və həmin psixotrop maddəni “Yasin” adlı iran vətəndaşının sifarişi ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən körpünün yaxınlığından götürərək üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və əlavə qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və Xəzər RPİ-nin 3-cü PŞ-nin YYÇ üzrə inspektoru polis baş leytenantı Şahid5 Şahid3 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 23:30 radələrində Yasamal rayonundakı kafelərdən birinin qarşısından keçərkən tanışı Kənanı görmüşdür. Onunla hal-əhval tutduqdan sonra Kənan ona Binə qəsəbini tanıyıbtanımadığını soruşmuşdur. O, da ona tanıdığını bildirmişdir. Kənan ondan xahiş etdi ki, onunla birlikdə həmin ünvana getsin. Onlar birlikdə Kənanın ona göstərdiyi ünvana taksi ilə getmişlər. Binə qəsəbəsində körpünün yaxınlığında taksidən düşdülər. Bu zaman Kənan ətrafda nəyisə axtarmağa başladı. O, Kənandan nə axtardığını soruşduqda səbirli olmağı istədi. O, dayanıb qıraqdan ona baxırdı. Bir neçə dəqiqə keçməmişdi ki, Kənan yenidən ona yaxınlaşdı və onu əsas yolun qırağına çıxarmağı istədi. Onlar birlikdə əsas yola doğru hərəkət etdikdən bir neçə dəqiqə sonra 3 nəfər mülkü geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını, oğurluqda şübhəli olduqlarını və onlarla birlikdə bildirilərək polis şöbəsinə getməli olduqlarını bildirdilər. Onlara etiaz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə yaxınlaşdıq. Növbətçi hissəyə təhvil verərkən üzərlərinə baxış keçirilməsinin zəruriliyi izah olundu. Bundan sonra videoçəkilişlə üzərlərinə baxış keçirlidi. Baxış zamanı üzərlərində hər hansı əşya varsa təqdim etmələri istənildi. Bu zaman o, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu çıxarıb təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya varsa təqdim edilməsi istənildikdə o, üzərində saxladığı iki bükümdə narkotik vastəni, mobil telefonunu və üzərindəki pulu çıxarıb təqdim etmişdir. Bundan sonra həmin büküm qablaşdırıldı. Ondan həmin psixotrop maddənin Kənana Ağayev tərəfindən haradan əldə edildiyini bilib-bilmədiyi soruşulduqda o, bu haqda heç bir məlumatı olmadığını, Kənana sadəcə yolu tanıdığı üçün kömək etdiyini, polis şöbəsində olarkən Kənanın hansı məqsədlə Binə qəsəbəsinə gəldiyini bildiyini bildirmişdir. Ona qarşı saxlanılarkən və ya polis şöbəsində olarkən hər hansı psixoloji və fiziki təsir olmmadığını bildimişdir. Cinayət işinin materiallarında olan 01 iyul 2025-ci il tarixli “ təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 iyul 2025-ci il tarixdə, saat 02:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, “binə” körpüsünün yaxınlığında ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli kimi saxlanılmış, PŞ-nə gətirilmiş və PŞ-nin növbətçi hissəsində videogörüntü ilə üstü yoxlanılan zaman üzərindən 02 ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilərək qablaşdırılmışdır. Təqdim olunan 02 ədəd bağlamaya və bir ədəd DVD-ə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərində olan zərfdən 02 ədəd ağ və göy rəngli sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlələr, 01 ədəd “Redmi” markalı mobil telefon, 41 manat pul aşkar olundu. Sonra aşkar olunan kütlələr yenidən qablaşdırılıb möhürləndi. Mobil telefon əhəmiyyət kəsb etdiyindən götürüldü və 41 manat pul vətəndaşın özünə qaytarıldı. Daha sonra bir ədəd DVD-ə Samsung markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş 01 iyul 2025-ci il tarixli, 6/2340 nömrəli materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş “ Azərbaycan Respublikası DİN zərflər üçün №244...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, dörd imza; tərtib etdi: R.Cavadov- imza...”yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri -0,774 qram, 9,565 qram, ümumi təmiz çəkisi 10,339 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan qustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan 01 iyul 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları 3- cü PŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs və Şahid1 üzərində qanunsuz hər hansı əşya və predimet olması sorğu-sual edildikdə Şahid1 əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu, 41 manat nağd pulu, sağ yan cibindən bir ədəd qara rəngli, bir ədəd göy rəngli bükümü təqdim edərək içərisində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu və həmin psixotrop maddə metamfetamini “Yasin” adlı iran vətəndaşının sifarişi ilə götürüb göstərilən ünvana çatdırmaq üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümlər açılıb içərisinə baxıldıqda qara rəngli bükümdə içərisində şəffaf rəngli büküm görünmüşdür. Ondan götürülmüş həmin bükümlər qablaşdırılaraq aidiyyəti üzrə təhvil veriləcəyi bildirilir. Təqdim edilmiş 2-ci diskə baxış zamanı Xəzər RPİ-nin 3-cü PŞ-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçiriləcəyi bildirilir. Bundan sonra polis əməkdaşlarının təhqiqatçıya təqdim etdikləri zərf açılaraq içərisindəki bükümlərin kimə aid olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün ona aid olmasını bildirir. Ondan hansı məqsədlə həmin bükümləri üzərində saxlaması və gəzdirməsi soruşulduqda “Yasin” adlı iran vətəndaşının sifarişi ilə götürüb göstərilən ünvana çatdırmaq üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan 01 iyul 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, telefonun menyusunda mesajlara, ”Votsap” sosial şəbəkəsinə və qaleriya qovluğuna daxil olunmuşdur. “Mesajlar” qovluğunda hər hansı bir qeyri-qanuni məlumat aşkar edilməmişdir. “Votsap” sosial şəbəkəsinə daxil olduqda “zənglər” bölümündə +**********61 mobil nömrəsi ilə xx.xx.2025-ci il tarixdə saat 00:35-də 3 dəq 44 saniyə daxil olmuş zəng, həmin gün saat 01:22-də həmin nömrədən 2 dəq 33 saniyə daxil olmuş zəng olduğu görünür. “Qaleriya”ya daxil olduqda naməlum ünvanda yerləşən zibil qablarının yanında bir ədəd işarələnmiş yer olan fotoşəkil, bir ədəd büküm olan şəkil, bir ədəd əldə tutulmuş ağ rəngli büküm və bir ədəd əldə tutulmuş qara rəngli büküm olan şəkil aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin fotoların ilk ikisini “Yasin” adlı iran vətəndaşının göndərdiyini, digr ikisini isə psixotrop maddəni götürdükdən sonra özü əlində tutaraq çəkib “Yasin” adlı şəxsə göndərdiyini bildirdi. Mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən mobil telefonun ona məxsus olmasını təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 oktyabr 2025-ci il tarixli, 6538 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 oktyabr 2025-ci il tarixli 3537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu (F60.3) aşkar olunur. X4 emosional davamsiz şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də "emosional davamsız şəxsiyyət pozuntusu" qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlar idare etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X7 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)-229/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü madəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 iyul 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Yasamal rayonunda yerləşən kafedə çay içərkən düşüncəli olduğunu görən bir nəfər orada olan şəxs ona yaxınlaşaraq isti münasibət göstərib səmimiyyət yaratmışdır. Sonra söhbət əsasında sıxıntının nə olduğunu soruşduqda o həmin şəxsə anasının xəstə olduğunu bildirib ona dərmanlar lazım olduğunu, lakin dərman almağa pulunun olmadığını bildirmişdir. Bu zaman həmin şəxs ona bir nəfərin nömrəsini verəcəyini və onun dediklərini edəcəyinin müqabilində ona pul verəcəyini bildirmişdir. Bundan sonra o, +**********61 mobil nömrəsini verib onunla əlaqə saxlamağını bildirmişdir. O da həmin nömrə ilə əlaqə saxladıqda həmin şəxslə tanış olduqda, o, adının Yasin olduğunu bildirmişdir. Yasin ona bir neçə dəqiqə sonra “Vatsap” vastəsilə konum göndərərək həmin konumdakı yerdə psixotrop maddə olduğunu bildirib həmin paketi onun deyəcəyi ünvana çatdırdıqda 300 manat məbləğində pul verəcəyini bildirmişdir. Bundan sonra o, taksi sifarişi vermiş və kafedən çıxmışdır. Bu zaman tanışı Abutalıbın küçə ilə hərəkət etdiyini görmüşdür. Ona həmin konumu göndərib bu ünvanı tanımadığını bildirib onunla birlikdə həmin ünvana getməsini xahiş etmişdir. O da onunla razılaşmışdır. Onlar birlikdə sifariş etdiyi taksi ilə həmin ünvana doğru hərəkət etmişlər. 01 iyul 2025-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, "Binə" körpüsünün yaxınlığında ətrafa göz gəzdirib Yasin adlı şəxsin ona göndərdiyi şəkilə baxıb həmin yeri tapmışdır. Bu zaman Abutalıb ondan bir az aralıda onu gözləmişdir. O, Yasinin göndərdiyi şəkildəki yerdən iki ədəd bağlamada olan həmin psixotrop maddəni götürüb əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Sonra Abutalıba yaxınlaşıb həmin bükümləri ona göstərərək bunun üçün Binə qəsəbəsinə gəldiklərini bildirib əsas yola doğru hərəkət etmişlər. Onlar yola çıxdıqdan sonra yenidən taksi sifariş etmək istəyən zaman 3 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlara ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli olduqlarını bildirərək polis şöbəsinə dəvət etmişlər. Yol boyu polislərin nəzəri onların üzərlərində olduğundan üzərindəki psixotrop maddələri ata bilməmişdir. Bundan sonra onları polis şöbəsinə gətirmişlər. Onunla fərdi söhbət zamanı oğurluq etmədiyini, lakin, üzərində psixotrop maddə olduğunu məcbur qalıb etiraf etdiyini bildirmişdir. Bundan sonra polis şöbəsində olarkən onun üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onu yoxlamağa başladıqda növbətçi hissənin əməkdaşı üzərində olan psixotrop maddəni aşkar ediləcəyini görüb üzərində olan maddəni təqdim etmişdir. Əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara parçaya bükülmüş, içərisində ağ sellofan olan bükümdə və 01 ədəd göy sellofona bükülmüş içərisində ağ kristal şəkilli psixotrop maddə metamfetamini, həmin şalvarin sol yan cibindən 01 ədəd Redmi markalı mobil telefonu, 41 (qırx bir) manat pulu təqdim etmişdir. Sonra üzəri yoxlanılmışdır. Yoxlama zamanı bundan başqa heç bir əşya, predmet aşkar edilməmişdir. Həmin kütlə və mobil telefon qablaşdırılmış, pul ona geri qaytarılmış, o və polis tərəfindən imzalanaraq götürülmüşdür. Ondan narkotik vastəni hansı məqsədlə əldə edib üzərinizdə gəzdirməsi barədə sual verildikdə o, “Yasin” adlı şəxsin dediyi yerdən həmin psixotrop maddələri götürüb sonrakı ünvana qoymağının qarşılığında 300 manat alacağı səbəbindən həmin psixotrop maddəni üzərində daışıdığını bildirmişdir. Ondan Şahid1 cinayətdən xəbərinin olub-olmaması soruşulduqda o, Abutalıbın cinayətdən xəbəri olmadığını bildirmişdir. Ondan əldə etdiyi psixotrop maddə metamfetamini götürdüyü yeri göstərə bilib-bilməyəcəyi soruşulduqda həmin yeri tanımadığını, həmin yeri konum vastəsilə tapdığını, odur ki, həmin yeri xatırlamadığından göstərə bilməyəcəyini bildirmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. O, üzərində aşkar olunan başqa heç bir yerdə narkotik vastə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 11 aydır ki, “şüşə” kimi tanıdığı narkotik vasitədən istifadə etdiyini, əvvəllər heç kəsə narkotik vasitə satmadığını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 234.4.3. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 83.3.3. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Maddə 99-1.2. məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 28.5. Şəxslərin cinayət törətməkdə təqsirli olmalarına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən psixotrop maddə metamfetaminin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar 400 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 06 may 2022-ci il tarixli Qərarında qeyd edilir ki, iştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaradır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin Qərarda qeyd edilir ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı: Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarı: Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı: Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Avropa Məhkəməsinin president hüququ: B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikasının CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmənin hüquqi dəyərləndirməsi: Bununla da, məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetirilir. Amma məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma epizodu üzrə cinayətinin törədilməsi faktı kimi qiymətləndirilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin tövsifedici əlaməti kimi Azərbaycan Respublikasının CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan Yasin adlı İİR-ın vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarından da müəyyən olunduğu kimi cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində məhz birgə icraçı kimi iştirak etməsi zəruri olduğu halda, cinayət işinin materiallarında olan heç bir mötəbər sübutla ittihamda adı qeyd edilmiş şəxsiyyəti istintaqa məlum olmayan Yasin adlı İİR vətəndaşının Təqsirləndirilən şəxs ilə cinayətin törədilməsində birgə icraçı qismində iştirakı təsdiq edilmədiyindən, sonuncunun törətməkdə ittiham olunduğu hazırki cinayət əməlində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətinin mövcudluğu da sübut olunmur. Belə ki, cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəllənin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak edərək satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini təsdiq edən hər hansı sübut, yəni tərəflərin qabaqcadan sövdələşməsini təsdiq edən mobil telefon vasitəsilə danışıqları, hər-hansı səs yazısı, sms məlumatları, foto şəkillər və sair müəyyən edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “istintaqa məlum olmayan Yasin adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda psixotrop maddə metamfetamini əldə edib, saxlama, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gələrək əldə edib saxlayaraq daşıması kimi” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə əldə etməmiş, narkotik vasitəni birlikdə daşımamış və satmamış, narkotik vasitənin satışından əldə olunan gəliri kiminləsə bölməmiş və bununla bağlı hər hansı şəxsə vəd verməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxslərə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayəti kimi deyil, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı bəndin, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmçinin residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini sonuncunun cəzasını yüngülləşdirən hal qismində qəbul edir. Məhkəmə həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)-229/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.4-cü madəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 iyul 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 iyul 2024-cü ildə cəzanın sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədən, yəni 01 iyul 2025-ci ildə yenidən qəsdən ağır cinayət törətmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halları, cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edildiyindən cəzaçəkmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 01 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 10,189 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (yüz on) manat məbləğində vəsait “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ümumilikdə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 10,189 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (yüz on) manat məbləğində vəsait “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar