Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1936/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Qanunçulluq» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narotik vasitə hesab olunan tiryəki əldə edib üzərində saxlamaqla daşımış, 21 fevral 2024-cü il tarixdə saat 11:35-də Qaradağ RPİ-nin 38-ci PB-nin və Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qaradağ rayonu, Sahil qəsəbəsi, 21-ci məhəllə, ev 2A ünvanının qarşısında saxlanılaraq saat 11:45-də Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmiş, saat 13:20-də Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılarkən üzərində qanunsuz olaraq saxlayıb daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış, iki hissədən ibarət ayrı-ayrılıqda təmiz çəkiləri 26,018 qram və 36,106 qram, ümumi təmiz çəkisi 62,124 qram kimyəvi komponent tərkibinə görə eyni olan, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryək aşkar edilərək protokolla götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, polis işçiləri qeyri-qanuni olaraq ona yaxınlaşmışlar, onun üzərindən narkotik vasitə çıxmamış, onu qanunsuz olaraq tutmuşlar. Evdən çıxıb maşına minəndə onun qabağını kəsmişlər və bölməyə getməli olduqlarını demişlər. Orada yerində nə onun üzərinə, nə də avtomobilinə baxış keçirilməmişdir. Onu bölməyə aparandan sonra qolunu bağlamışlar və qollarından asaraq heç nə demədən vurmağa başlamışlar. Ona “sən getməlisən” demişlər, həmin vaxt o, “hansı əsaslı səbəbə görə deyirsiniz, mənim qabağıma qoyun, bilim nəyə görə gedirəm” bildirmiş, heç bir şey olmadan onu qardaşı ilə təhdid etmişlər. Onun maşınına külli miqdar nakotik qoymaqla təhdid etmişlər, halbuki, oraya öz maşını ilə getmişdir. Onun üzərinə narkotik qoymuşlar, o da məcbur olaraq qardaşına və ailəsinə görə üzərinə götürüb qol çəkmişdir. O, narkotik vasitələrin istifadəçisi deyil. O, maşın alğı-satqısı ilə məşğul olmuşdur. Onu tutan polis əməkdaşlarından Xəyyamı əvvəldən qəsəbə sakini kimi tanımış, həmin polis əməkdaşı ilə şəxsi ədavəti olmamışdır. İndiyə kimi heç kim nə üçün ona qarşı belə hərəkət olduğunu izah etməmişdir. Videoçəkilişdə ona olan hədə-qorxuya görə polislərin dediyini bildirmiş və videoçəkiliş zamanı müdafiəçi iştirak etmişdir. Onu videogörüntüyə kimi təhdid etmişlər. Sanksiya məhkəməsində necə varsa o cür də demişdir. Döyülməyi ilə bağlı harasa şikayət etməmiş, səbəbi ona hədə qorxu gəlmələri olmuşdur. Ona hədə qorxu gəldikləri üçün xəsarətləri olsa da bildirməmişdir. MSY-də olanda onun yanına gələrək harasa şikayət etməməsi üçün hədə qorxu gəlmişlər. Onun maşını **-EG-*** nömrəli “BMW” markalı öz maşını olmuş, dörd nəfər polis əməkdaşları onun maşınına oturmuşlar və onlarla bir yerdə polis bölməsinə getmişlər. Onun avtomobilini bölmənin həyətinə kimi sürmüşlər və avtomobil orada olmuşdur. Nə yaşadığı ünvana, nə də ki, avtomobilə hansısa baxış keçirilməmişdir. Bölmədə onu ikinci mərtəbəyə qaldırmışlar, qolunu qandallayıb asmışlar və həmin otaqda ona işgəncə vermişlər. Ona konkret olaraq ya narkotik, ya silah götür deyib hədə qorxu gələn şəxslər Ruslan və Xəyyam olmuş, əsas işgəncələri Rasim göstərmişdir. Onu döyəndən sonra aşağıya düşürmüşlər və orada narkotik vasitəni onun üzərinə qoymuşlar. Tutulmağından sonra, bölməyə gətiriləndə, daha sonra döyülməyi proseslərində vəkil iştirak etməmiş, vəkili yalnız çəkiliş vaxtı görmüşdür. MSY-də olduğu dövrdə hansısa vəkil görməmiş,vəkili ancaq 21-i videoçəkilişdə, bir də 23-ü barəsində həbs qətimkan tədbiri seçiləndə görmüşdür. İbtidai istintaq dövründəki ifadəsində olan imza onun imzasıdır, o, ifadəni oxumadan imzalamışdır. Onu MSY-dən təkrar çıxarıb ikinci mərtəbəyə aparmışlar, orada Ruslan onu təzədən döymüş və Ruslan ona “ifadəyə qol çəkməlisən, çəkməsən səni təzədən ikinci mərtəbəyə qaldıracam” demişdir. O, döyülməsini müstəntiqə bildirmişdir.
4. Məhkəmə iclas zalında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:45 radələrində qardaşı Murad Orucəliyevin qız övladlarını 253 saylı məktəbdən evə gətirmək üçün yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, 21-ci məhəllə, ev 2A, mənzil 27 ünvanından çıxıb binanın qarşısında saxladığı BMW markalı **-EY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşmişdir. O, avtomobili işə salmış və bir qədər gözlədikdən sonra hərəkətə başlamışdır. Bu zaman “KİA RİO” markalı və digərinin markasını bilmədiyi iki avtomobil onun qarşısında saxlamış və həmin avtomobillərdən 4 nəfər şəxs yerə düşmüşdür. O, həmin şəxslərdən yalnızca Qaradağ RPİ-nin 38- ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyən Xəyyamı tanımışdır. Həmin şəxslərdən 3 nəfəri onun avtomobilinin qarşısını kəsmiş və ona polis bölməsinə getməli olduğunu bildirmişlər. Bundan sonra həmin şəxslərdən sonradan adının Ruslan olduğunu öyrəndiyi şəxs onun avtomobilinin sağ qapısını açaraq sərnişin oturacağında, digər iki şəxs isə arxa oturacaqlarda oturmuşlar. O, onlardan nə üçün polis bölməsinə getməli olduğunu soruşmuş və bildirmişdir ki, məktəbdən qardaşının övladlarını götürməlidir. Buna baxmayaraq onlar ona bildirmişlər ki, hər bir halda onlarla polis bölməsinə getməlidir. O, təkrar olaraq onlardan onu nə üçün polis bölməsinə apardıqlarını soruşduqda həmin şəxslər ona “gedək bölmədə bilərsən” demişdirlər. Bundan sonra o, avtomobili Qaradağ RPİ-nin 38-ci PB-nə sürmüşdür. Polis bölməsinin qarşısında çatanda Ruslan adlı şəxs ona bildirmişdir ki, maşını bölmənin həyətinə sürsün, o, da məcbur olub avtomobili bölmənin həyətinə sürüb orada saxlamışdır. Bundan sonra o və onunla gələn şəxslər avtomobildən yerə düşmüşlər. Bu zaman həmin şəxslər cəld şəkildə onun qollarını buraraq açarı ondan almışlar və onu polis bölməsinin ikinci mərtəbəsində yerləşən pilləkanların qarşısındakı otağa oradan isə digər bir otağa aparmışdırlar. O, nə baş verdiyini anlamadığı üçün dəfələrlə həmin şəxslərə nə üçün onunla bu formada davrandıqlarını soruşmuş, lakin onlar ona heç bir cavab verməmişdirlər. Onlar qeyd olunan otağa daxil olduqdan sonra içəriyə bölmənin rəis müavini olan Rasim adlı şəxs daxil olmuş və onunla söhbət etməyə başlamışdır. Rasim və Ruslan adlı şəxslər onunla bir qədər söhbət etmiş, ona dini və kriminal aləmlə əlaqələrinin olub-olmaması barədə sual-cavab etdikdən sonra Rasim adlı şəxs ona bildirmişdir ki, o, ya narkotik ya da silahla sənədləşdirilib cinayət məsuliyyətinə cəlb edilməlidir. O, buna etiraz etmiş və bildirmişdir ki, “mən nə üçün tutulmalıyam?”. Bundan sonra Rasim adlı şəxs otaqda olan 4 nəfər şəxsə göstəriş vermişdir və onlar onun əllərini skoç yapışqanla bağlayaraq əlinə qandal keçirmiş sonra isə onu otaqdan asılan qarmağa keçirib yerdən ayaqlarını üzmüşlər. Bundan sonra həmin şəxslər onun əsasən qarın nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq ondan razılaşmağını tələb etmişlər. Buna baxmayaraq onların dediyini etməyəcəyini bildirmişdir. Bundan sonra Rasim adlı şəxs otaqdakı polis əməkdaşlarına göstəriş vermişdir ki, onlar onun şalvarını çıxarsınlar və ona nalayiq hərəkət etsinlər, bu zaman polislərdən biri yaxınlaşaraq onun şalvarının qabağını açıb soyundurmaq istəyəndə ona bildirilmişdir ki, razılaşmadığı halda onun avtomobilindən kilo ilə heroin çıxarıb vəziyyətini daha da çətinləşdirəcəklər. Bundan sonra o, çıxış yolunun olmadığını dərk edərək Rasim adlı şəxsin dedikləri ilə razılaşmışdır. Rasim adlı şəxs onun şalvarının cibinə bir büküm nə olduğunu bilmədiyi əşyanı qoyaraq birinci mərtəbəyə düşürüb dəhlizin sol tərəfindəki sonuncu otağa aparıb orada ona videoçəkiliş olacağını və onun cibində olan əşyanın özünə məxsus olmasını deməyini bildirdilər, əks halda onu yenidən ikinci mərtəbəyə qaldırıb işgəncə verəcəklərini demişdirlər. O, məcbur olub onların dediyi kimi etmişdir. Həmin otaqda videoçəkiliş aparılmış və o, cibində olan bir ədəd sellofana bükülmüş bükümü çıxarıb formal olaraq təqdim etmiş və ona əvvəlcədən deyildiyi kimi həmin bükümün içərisində narkotik olduğunu demiş, sonra isə məcbur olub izahat və ifadələrə imza atmışdır. Bundan sonra Qaradağ RPİ-nin əməkdaşları onu Qaradağ RPİ-nin MSY-nə yerləşdirmişdirlər (İ cild, səh. 261-263). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 21 fevral 2024-cü il tarixdə qəsəbə sakini Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Sahil qəsəbəsindəki yaşadığı ünvana getmişlər, sonradan zahiri əlamətləri ilə yaxınlaşanda tanıyaraq narkotiklə bağlı şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə və vəkilin iştirakı ilə baxış keçirilmiş, üzərindən təsbeh, telefon kimi əşyalar və sağ cibindən tirəyəkə bənzər qara rəngdə maddə çıxmış, narkotiki özü təqdim etmiş, həmin maddə zərfə qoyulub qablaşdırılandan sonra ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məlumat ona daxil olmuş, narkotikin istifadəsi və daşınması ilə bağlı olmuşdur. Əməliyyatda üç nəfər iştirak etmişlər, əməliyyat qrupuna rəhbərliyi o etmiş, Ruslan adlı əməkdaşları həmin əməliyyatda iştirak etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi polis əməkdaşları tərəfindən bölmədə zor tətbiq edilməsi ilə bağlı əməli boynuna alması halları olmamışdır. Şəxslə bağlı birinci dəfə idi ki, belə bir məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs 21 fevral tarixində saat 11-12 radələrində tutmuşlar, şəxsi saxlamağa onun “KİA RİO” markalı avtomobili ilə getmişlər, digər maşın “Toyota” olmuş, həmin maşının nömrəsi yadından çıxmışdır. Zərbəlini onun maşını ilə bölməyə gətirmişlər, Zərbəlinin maşının harada olmasından onun məlumatı olmamışdır. Zərbəlinin maşını həmin vaxt bölmənin həyətinə onlar tərəfindən gətirilməmişdir. Zərbəlinin maşını bölmənin həyətində olmuş, qardaşı Zərbəlinin arxasınca gələndə gətirmişdir. Maşının açarlarını Zərbəliyə kimin qaytarması barədə məlumatı yoxdur. Tutmanın üzərindən çox keçdiyindən məlumat daxil olduqdan sonra şəxsi nə qədər gözləmələrini xatırlamır. O, təxminən 6 ay, 1 il olar ki, Zərbəlini tanımışdır. Təqsirləndirilən şəxsin avtomobil ticarəti ilə məşğul olması barədə onun məlumatı yoxdur. Hansısa bir işlə məşğul olması barədə də məlumatı olmamışdır. Saxlanıldıqdan sonra, həmçinin bölməyə gətirildikdən sonra təqsirləndirilən şəxsə qarşı hansısa zor və təzyiq göstərilməmişdir. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 21 fevral 2024-cü il tarixdə PB-də xidmətdə olduğu zaman Qaradağ rayonu, Sahil qəsəbəsi, 21-ci məhəllə, ev 2A, mənzil 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən müvafiq qaydada PB-nin rəhbərliyinə məruzə edildikdən sonra onun, Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. O və əməliyyat qrupunun digər üzvləri xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, 21-ci məhəllə, ev 2A ünvanın qarşısına getmişdirlər. Bir qədər sonra zahiri əlamətləri Təqsirləndirilən şəxs oxşar olan şəxsin qeyd olunan ünvanda hərəkət etdiyini görmüş və ona yaxınlaşıb özlərini təqdim edib ondan anket məlumatlarını soruşmuşdurlar. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirmişdirlər və daha sonra Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-nə gətirərək raportla məruzə etmişlər. Daha sonra Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Vəkilov Ramin Yusif oğlu tərəfindən xidməti otaqda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa könüllü surətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin yan ciblərindən bir ədəd “İPHONE 12 PRO” markalı mobil telefonu, bir ədəd təsbehi, bir ədəd avtomobil açarını və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd dəri pul qabını, sağ yan cibindən isə qarışıq rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Həmin büküm açılarkən içəsirində qara rəngli spesifik iyi olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Şıxov adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hər-hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib edilərək imzalanmışdır (İ cild, səh. 113-115). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımamış, bir-iki dəfə qəsəbədə avtomobillə görmüş, şəxsin evinin harada olması barədə əvvəlcədən məlumatları olmuş və səhər saat 11 radələrində evinin qarşısında şəxsi saxlamışlar. Əməliyyat tədbirində o, Xəyyam və Vüsal iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış bölmədə təhqiqatçının otağında videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş, əynində olan cins şalvarın cibindən narkotik maddə aşkar edilmişdir. Tədbirdə Şahid3 adlı polis əməkdaşı iştirak etməmişdir. O, Vüsal və Xəyyam birlikdə bölmədən Xəyyamın maşını ilə getmişlər, Zərbəlini Xəyyamın “KİA RİO” markalı maşını ilə bölməyə gətirmişlər. Həmin maşında o, Zərbəli ilə arxada oturmuşdur. O, Zərbəlinin nəqliyyat vasitəsi “BMW”-ni qəsəbədə görmüş, deyəsən Zərbəlini gətirəndən sonra qardaşı maşını ilə gəlmişdir. Zərbəlini ünvanda saxlayanda orada kənar vətəndaş olmamışdır. Videoçəkilişin Zərbəlinin bölməyə aparıldıqdan neçə saat sonra aparıldığını xatırlamır. Saxlanılan zaman, şöbəyə gətirildikdən sonra təqsirləndirilən şəxsə hansısa zor və təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 88- 90). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, şəxsi əvvəllər tanımamış və şəxsi münasibətləri olmamışdır. Sadəcə olaraq üzərində narkotik vasitələri daşıması barədə məlumat daxil olmuş, daha sonra təxminən günorta saat 12-nin yarısı yaşadığı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim edib bölməyə gətirmişlər. Həmin tədbirdə o, Xəyyam və Ağasim olmuş, şəxsi qara rəngli “KİA RİO” markalı maşınla bölməyə gətirmişlər. Bölməyə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, üzərindən telefonu, təsbehi və sağ yan cibindən qara rəngli şəffaf sellofana bükülü tiryəkə bənzər narkotik vasitə aşkar edilmişdir. Haradan əldə etdiyini bilmir, amma səhv etmirsə 20 manata əldə etdiyini demişdir. Tədbirdə Şahid3 adlı polis əməkdaşı iştirak etməmişdir. O, öz şəxsi maşını, nömrəsinin sonu 707 olan “Toyota Corolla” ilə getmiş, böyük ərazi olduğundan orada gəzmişdir. Zərbəlinin idarə etdiyi qara maşını qəsəbədə görməsi yadında qalmamışdır. Həbs ediləndən sonra qardaşı maşını bölmənin həyətinə gətirmişdir. O, Zərbəlinin qardaşı ilə görüşməmişdir. Onun maşını Zərbəlini saxladıqları yerdə qalmış, proses bitəndən sonra gedib maşınını götürüb evinə getmişdir. Təqsirləndirilən şəxs Xəyyamın maşınında gətirilmiş, o, özü də Xəyyamın maşınında gəlmişdir. O, şəxsin avtomobilindən külli miqdarda narkotik çıxarılacağı ilə təhdid olunmasının şahidi olmamışdır. Saxlanılan zaman, bölməyə gətirildikdən sonra təqsirləndirilən şəxsə hansısa zor və təzyiq göstərilməmişdir. 10.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 98- 100). 11.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin saxlanılmasında o iştirak etməmişdir. Onun bu barədə hansısa məlumatı yoxdur. Onu dəvət etmişlər və MSY-də ifadə vermiş, istintaq dövründəki ifadəsində də əməliyyat tədbirində iştirak etməməyi ilə bağlı ifadə vermişdir. Şəxsi tanımır, tutulması ilə bağlı heç bir əməliyyat tədbirində iştirak etməmişdir. O, təqsirləndirilən şəxsin nə tutulmasında iştirak etmiş, nə də döyməmişdir. Şəxsin barəsində məlumatın kimdən daxil olması, bu barədə hansı tədbirlərin keçirilməsindən məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsində də iştirak etməmişdir. Ümumiyyətlə təqsirləndirilən şəxsin yaşadığı ünvanı tanımır, ora əraziləri olduğu üçün ola bilər ki, xidmətlə bağlı həmin ərazilərdə olsun. 21 fevral tarixində o, 38-ci Polis Bölməsində olmamışdır. Ola bilər ki, həmin bölmədə xidməti ilə bağlı olmuş, amma bu işlə bağlı olmamış, tam olaraq orada olduğunu xatırlamır. O, Təqsirləndirilən şəxs Müvəqqəti Saxlama Yerində görmüş və onu oraya üzləşdirməyə dəvət etmişlər. 12.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, fevral ayının 21-də onların əməkdaşlarına şəxsin narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olmuşdur. Raportla rəhbərliyə müraciət etmişlər, icazə verilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu üç nəfərdən ibarət olmuşdur. Əməkdaşlar tədbirə getmişlər və təxminən yarım saatdan sonra Növbəçti Hissə adam gətirilməsi barədə məlumat vermişdir. Əksər hallarda o, özü gələn şəxsi qarşılayır. Həmin vaxt Növbətçi Hissənin yanına düşərək şəxsi görmüş, şəxsə kim olması, nə işlə məşğul olması barədə bir iki sual vermiş və şəxs özü narkotik vasitədən istifadə etdiyini, üzərində də narkotik vasitə olduğunu bildirmişdir. Sonra təhqiqatçıya təhvil vermişlər və göstəriş vermişdir ki, sənədləşdirməni aparsınlar. Təhqiqatçı vəkil çağırmışdır. Sonraki prosesdə iştirak etmədiyindən inzibati otaqda nəyin danışılmasından məlumatı yoxdur. O, öz otağına qalxmışdır. Təhqiqatçı videoçəkilişlə sənədləşməni aparmış, üzərindən narkotik vasitə tiryək aşkar edimiş və daha sonra istintaqa təhvil vermişlər. Təqsirləndirilən şəxs ifadəsində üzərində narkotik vasitə olmamasını özünün müdafiəsi üçün deyir. Təqsirləndirilən şəxsin avtomobili barədə hansısa məlumatı yoxdur. Şəxsi əməliyyatçılar öz avtomobilləri ilə gətirmişlər. Şəxsin avtomobilinin sonradan gətirilməsindən onun hansısa məlumatı yoxdur. O, Zərbəlinin maşının açarını kiməsə təhvil verməmişdir. “BMW” markalı nəqliyyat vasitəsinin onların binasının yanında olmasından onun heç bir məlumatı olmamışdır. Bölmənin həyətinə kənar maşın girə bilir, ona qadağa qoymamışlar. Bölmənin qarşısında maşın saxlamaq üçün yer yoxdur deyə girib içəridə saxlamaları üçün şərait yaratmışlar. Bölmənin rəis müavini olduğundan əvvvəlcə ona məlumat verirlər. Zərbəlinin saat neçədə gətirilməsi dəqiq yadında deyil, səhər saatları məruzə edilmiş, raport yazılmış, sonra da əməliyyatçılar təxminən yarım saata gedib gətirmişlər. Əməliyyat axtarış tədbirinin keçirilməsi barədə ilk növbədə adətən ona, o da rəisə məruzə edir. Əməliyyat tədbirinə rəhbərliyi əməliyyatçı Şahid4, Ağasif İbadov, bir də idarənin narkomaniyaya qarşı mübarizənin əməkdaşı Vüsal həyata keçirmişlər. Əməliyyatda bu üç şəxsdən başqa şəxs iştirak etməmişdir. Əməliyyat məlumatı şəxsin satış etməsi barədə yox, istifadə etməsi və üzərində gəzdirməsi barədə olmuşdur. Təhqiqatçıya veriləndən sonra təqsirləndirilən şəxsi görməmişdir. O, adətən istər cinayət törətməkdə şübhəli olsun, istərsə də digər hüquqpozmalarda şübhəli olsun hansısa neqativ hal olmasın deyə düşüb şəxsən vətəndaşla maraqlanır. Tanış olmağı aşağıda növbətçi hissənin qarşısında olur. Şəxsin üzərində hər hansı xəsarət izi və etiraz etmə görməmişdir. Qətiyyən təqsirləndirilən şəxsə qarşı zərrə qədər də olsun toxunan olmamışdır. Təqsirləndirilən şəxsə qarşı hansısa psixi zorakılığın da şahidi olmamışdır. Təqsirləndirilən şəxsin şəxsiyyəti barədə ona hansısa dərindən məlumat verilməmiş, şəxsin kriminal aləm və ya dini aləmlə bağlılığı barədə də ona hansısa məlumat verilməmiş, əməliyyat məlumatında bu barədə nə isə olmamışdır. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra şəxsə qarşı hansısa zor və təzyiqin şahidi olmamışdır. Hansısa zor tətbiq edilən adam çəkilişdə dərhal görünər. 13.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ayın 21-də qardaşının ad günü idi, ayın 20-sindən maşının açarını istəyərək səhər gedəsi yerlərinin olduğunu demişdir. Səhər pəncərəyə siqaret çəkməyə çıxanda qardaşının maşını qızdırıb cərgədən çıxanda saxladıqlarını və yanına oturduqlarını görmüşdür. Həmin vaxt qardaşına zəng etmiş və qardaşı ona əməliyyatçılar olduqlarını, rəisin danışmaq istədiyini demiş, bu zaman o, qardaşına “get gəlirəm” demişdir. Qardaşıgil getmiş, o da maksimum 7 dəqiqəyə oraya çatmışdır. O, yoldan keçən maşını saxlayıb oraya getmişdir. Axşama kimi bölmənin qarşısında gözləmiş və axşam saat 5-də qoluna qandalı vurub apardıqlarını görmüşdür. Bölmənin həyətindən maşını o götürmüş, deyəsən rəis müavini açarı ona vermiş, faylın içində də kaşelok və təsbeh olmuş, təhvil verəndə şəkil də çəkmişdir. Qardaşının nə ilə bağlı aparıldığını heç kim deməmişdir. Qardaşı maşın alqı-satqısı ilə məşğuldur. Onlar olanlarla bağlı hər yerə şikayət etmişlər. 14.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs qonşusudur. Fevral ayının sonları həyətdə olarkən qara bir maşın gəlib həyətə girmiş, həmin vaxt həyətdə ikinci maşın da olmuşdur. Zərbəli öz maşınına minib oradan çıxanda ikinci maşından iki nəfər düşərək Zərbəlinin yanına oturub getmişlər. İkinci gələn qara maşın da onların arxasınca getmişdir. Sonradan gələrək öz maşınlarını da götürüb getmişlər. Sonra da axşam Zərbəlinin tutulduğunu demişlər. Zərbəlini zorla aparmamışlar, Zərbəlinin maşınına oturub birlikdə getmişlər. Zərbəli öz maşınını özü sürmüşdür. Həmin vaxt maşının pəncərəsi açıq olmamışdır. Saxlayan şəxslərin neçə dəqiqə dayanaraq Zərbəlinin yanında telefonla danışmalarını xatırlamır. Gələn adamların əməliyyatçı olduqlarını bilməmiş, həmin şəxslər mülki geyimdə olmuşlar. Zərbəlinin tutulduğunu eşidəndə həmin şəxslərin əməliyyatçılar olduqlarını bilmişlər. Zərbəlinin maşını qara rəngli “BMW”, gələnlərdən birində “KİA”, digərlərində isə “Corolla” markalı maşınlar oılmuşdur. 15.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, həmin vaxt mağazadan gəlmiş və hadisə zamanı söhbət edərkən Zərbəlinin maşının dayandığını görmüşdür. İki nəfər yaxınlaşıb Zərbəlinin maşınına minmişlər, həmin maşın boz rəngdə olmuşdur. Bir maşın isə onların binasının qarşısında dayanmışdır. İki-üç dəqiqə dayandıqdan sonra Zərbəlinin maşını getmiş, nömrəsinin sonu 241 olan o biri maşın da onların arxasınca getmişdir. Maşınlardan biri getmiş, digəri isə qalmışdır. 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1036 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindən “Azərbaycan Respublikası DİN Zərflər üçün №47“ dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə, iki hissədən ibarət ayrı-ayrılıqda təmiz çəkiləri 26,018 qram və 36,106 qram, ümumi təmiz çəkisi 62,124 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (İ cild, səh. 37-40). 17.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin Ambulator X2 barədə 20 aprel 2024-cü il tarixli, 2548 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 202-203). 18.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 15 aprel 2024-cü il tarixli, 1002 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 200-201). 19.«Şəxsi axtarış və götürmə haqqında» 21 fevral 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah edilməklə axtarış və götürmə istintaq hərəkətinin videoçəklişlə aparılacağı barədə xəbardarlıq edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 070 *** ** ** sim nömrəsi olan 0001 şifrəli bir ədəd İpone 12 markalı qara rəngli mobil telefon, gödəkcənin sol yan cibindən bir ədəd BMW markalı avtomaşına aid açar, bir ədəd qara rəngli təsbeh, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən qara rəngli dəri pul kisəsi, pul kisəsinin içərisində onun şəxsiyyətini təsdiq edən vəsiqə və şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümün içərisinə baxdıqda iki hissədən ibarət qara rəngli daş şəklində “tiryəkə” bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən tiryək olduğunu, xx.xx.2024-cü il tarixdə Şixov dəniz kənarı ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümün içərisində olan qara rəngli, daş şəkilində maddələr zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 30-31). 20.«DVD diskə baxış keçirilməsi barədə» 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunur. O, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “İPHONE 12 Pro” markalı mobil telefonu, gödəkçənin sol yan cibindən bir ədəd avtomobilə aid elektron açarını, bir ədəd qara rəngli təsbehi, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli dəri pul kisəsini və şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoyaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman orada iki hissədən ibarət qara rəngli daş şəkilli kütlə aşkar edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, təqdim etdiyi şəffaf sellofan bükümün içərisindəki maddə narkotik vasitə olan tiryəkdir və xx.xx.2024- cü il tarixdə Şıxov adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almışdır. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və zərfin üzərinə imzalar edilir (İ cild, səh. 138). 21.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 14 may 2024-cü il tarixli, 6194 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 193). 22.«Sübutların qiymətləndirilməsi haqqında» 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm, iki hissədən ibarət hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 26.018 qram və 36.106 qram, ümumi təmiz çəkisi 62.124 qram tünd qəhvəyi rəngli xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və 01 ədəd DVD disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınması, 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 62.024 qram narkotik vasitə tiryək bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 229-240). 23.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol budun arxa səthində, sol aşağı ətrafın içəri topuq nahiyəsində və sol baldırın aşağı 1/3-nin arxa səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. 24.Məhkəmə-tibbi ekspertizasının 06 mart 2024-cü il tarixli, 140 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır (İ cild, səh. 110-112). 25.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar məlumat əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 447-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunlmuşdur (İ cild, səh. 164-166). 26.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 22-23). 27.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 4(002)- 48/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 21 fevral 2024-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 70-72). 28.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 167-168). 29.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü bir uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 30.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 31.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 32.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 33.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 34.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 35.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 36.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 37.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 38.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 39.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 182-ci bəndinə görə 50 qram və yuxarı həddə narkotik vasitə olan tiryək külli miqdar hesab hesab edilir. 40.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryək əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 41.Məhkəmə, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 42.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 43.Belə ki, Məhkəmə-tibbi ekspertizasının 06 mart 2024-cü il tarixli, 140 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol budun arxa səthində, sol aşağı ətrafın içəri topuq nahiyəsində və sol baldırın aşağı 1/3-nin arxa səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. 44.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar məlumat əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 447-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunlmuşdur. 45.Məhkəmə həmçinin müdafiəçinin vəsatətinə əsasən dinidirilmiş şahidlər Murad Orucəliyev, Çingiz Qubadov və Ceyhun Məmmədovun ifadələrinə münasibətdə qeyd edir ki, onların təqsirləndirilən şəxsin xeyrinə müdafiə xarakterli ifadə vermələri istisna olunmur. Həmin ifadələr iş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. 46.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 47.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 48.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 49.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 50.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 51.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 54.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 57.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 58.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 59.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 60.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 61.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 62.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 63.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. 64.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 66.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 62,024 qram qram çəkidə narkotik vasitə tiryəkin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 67.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 68.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 69.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 70.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Maddi sübut olaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 62,024 qram çəkidə narkotik vasitə tiryək məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev