Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1937/2023 19.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1998-cı il tarixdə Lənkəran rayonu Yeni-Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il hökmü ilə CM-ni 126.1-ci maddəsi ilə təqsirli bilinib 02 il sınaq müddəti müəyyən edilməklə 03 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Yeni-Nüvədi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Çiləgər yaşayış sahəsində nömrəsiz fərdi yaşayış evində yaşamış , barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Nasir» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Nasir» adlı şəxs və qeyriləri tərəfindən «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 10162,4 qram (10 kiloqram 162,4 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki «Günəş Petrol» yanacaq doldurmasının yaxınlığında, istintaqla dəqiq müəyyən edilməmiş yerdə qara rəngli əl çantasında yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verildikdən sonra 26 yanvar 2023-cü il tarixdə saat 22:00 radələrində həmin əraziyə gedib şəxsiyyəti istintaqa məlum olmayan «Nasir» adlı şəxsin tapşırığına əsasən istintaqa məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş idman bel çantasmdakı 10162,4 qram narkotik vasitə olan heroini götürüb qanunsuz olaraq üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 26 yanvar 2023-cü il tarixdə saat 22:10-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «İdeal» şadlıq evinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə 27 yanvar 2023-cü il tarixdə, saat 00:01-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman çiynindən asdığı bir ədəd qara rəngli idman bel çantasının içərisindən 05 ədəd qara rəngli sellofan bağlamalarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ayrıayrılıqda təmiz çəkiləri 2049,5 qram, 2020,0 qram, 2060,1 qram, 2003,5 qram 2029,3 qram olmaqla ümumi təmiz çəkisi 10162,4 (10 kiloqram 162,4 qram) qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, özü narkotik vasitə istifadəçisidir. İranlı ilə 600 manat pul müqabilində 600 qram malı götürüb Xırdalanda hansısa bir ünvana qoymağı barədə danışmışdır. Narkotikdən asılılığı müharibədən sonra yaranmışdır. Pula ehtiyacı olduğu üçün iranlı ilə razılaşmışdır. Narkotiki götürməyə gedərkən, hələ çatmamış onu yolda saxlamışlar. Üstündə heç nə olmamışdır. İdarədə çantanı qarşısına qoyub həmin çantanın arxasıca getdiyini deməsini istəmişlər. İndiyə qədər belə birşey etməmişdir. Banditizmdə ona 10 kilo narkotiki boynuna götürməsi üçün təzyiq etmişlər. Halbuki heç narkotiki götürə bilməmişdir. İranlı ilə vatsap vasitəsilə əlaqə saxlayırmış. İstintaqda ifadə verərkən narkotik vasitənin təsiri altında olmamışdır, sadəcə olaraq özündə deyilmiş. 10 qramı da öz istifadəsi üçün götürəsi imiş. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs İran Respublikası vətəndaşından külli miqdarda narkotik vasitə alması və saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid2, Şahid1, Şahid3 və o cəlb olunmuşlar. 26 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yerin Yasamal rayon ərazisi olduğu məlum olmuş və əməliyyat qrupu tərəfindən saat təxminən 22 radələrində keçirilən əməliyyat tədbiri nəticəsində Şərifzadə küçəsi ərazisində çiynində idman çantası ilə saxlanılmış və idarəyə gətirilmişdir. Baş idarədə üzərinə baxış zamanı 01 dəd sellofan torbanın içərisində 5 ədəd sellofan bükümdə heroinə bənzər maddə aşkar edilib götürülmüşdür. Saxlayan zaman polis əməkdaşı olduqlarını bilib qaçmağa cəhd etmiş, ancaq ayağı ilişib yıxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1, Şahid3 digər Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs kürək nahiyəsindən asmış olduğu çantada "kakos" və “patı”adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan boz rəngli şalvarının sol yan cibində olan 01 ədəd “Samsung" markalı mobil telefonu və kürək nahiyəsindən asılı vəziyyətdə olan 01 ədəd qara rəngli idman çantasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi idman çantası açıldıqda çantanın içərisində 01 ədəd qara rəngli, sellofan bağlama aşkar edilmişdir. Daha sonra həmin qara rəngli bağlama açıldıqda içərisində 05 ədəd qara rəngli sellofan bağlamaların olması müşahidə edilmişdir. Bağlamalar tək-tək açılmış və 05 ədəd sellofan bağlamaların hər birində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd qara rəngli sellofan bağlamalarda olan narkotik vasitə heroinə oxşar maddələri xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Günəş petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığından "Nasir” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin şəxsin digər anket məlumatlarını bilmədiyini, onu təxminən 2 aydır ki tanıdığını, həmin şəxsi heç bir zaman görmədiyini və yalnız “Vatsapp” ani mesajlaşma proqram vasitəsi ilə əlaqə saxladığını, üzərindən aşkar edilmiş vasitələri Yasamal rayonu ərazisindən götürüb Xırdalan şəhərinə aparmalı olduğunu, bunun üçün “Nasir” adlı şəxsin ona 600 manat pul və şəxsi istifadə üçün həmin vasitələrdən 10 qram verəcəyini, “Nasir” adlı şəxslə olan danışıqları telefonundan sildiyini, əvvəllər də narkotik vasitədən bir neçə dəfə istifadə etdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 ədəd qara rəngli sellofan bağlamalarda olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd idman çantasında qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusu, boz rəngli şalvarının sol arxa cibindən isə 01 ədəd ödəniş qəbzi aşkar edilmişdir. Aşkar edilmiş siqaret qutusuna baxış xamam qutunun içərisində 01 ədəd siqaret və 01 ədəd alışqan olması müəyyən edilmişdir. Axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və ödəniş qəbzi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 27 yanvar 2023-cü il tarixli, 6/494 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No6” dairəvi əksi olan, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantadan aşkar edilmiş heroinə oxşar maddələr” yazısı və imzalar olan qara rəngli çantadakı 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2049,5 qram, 2020,0 qram, 2060,1 qram, 2003,5 qram 2029,3 qram, ümumi təmiz çəkisi 10162,4 qram (10 kq, 162,4 qr) qəhvəyi rəngli tozşəkilli maddələr tərkibindəki kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 10162,15 qram təşkil etimişdir. Heroinin ümumi təmiz çəkisi 10162,4 qram, tədqiqata sərf edildi: 0,25 qram, qalıq 10162,15 qram. (Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, iş üzrə götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung J2 Prime» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefon aparatının abunəçilər bölümündə İran İslam Respublikasının mobil operatoruna məxsus +98914 *** **** nömrə «Baba» kimi, +98 994 *** **** nömrə «DosTuM BİR» kimi qeyd edilmişdir. Mobil telefon aparatının «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, sistemində adı «DosTuM BİR» kimi qeyd edilən +98 994 *** **** nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs həmin nömrə ilk dəfə xx.xx.2022-ci il tarixdə əlaqə saxlayaraq öz şəxsiyyət vəsiqəsinin fotoşəkillərini göndərmişdir. xx.xx.2023-cü il saat 01:30-da Təqsirləndirilən şəxs «DosTuM BİR» kimi qeyd edilən istifadəçiyə «qaqa bu da yalan söhbət oldu he?» məzmunlu yazılı mesaj göndərmiş, saat 10:32-də Cənubi Azərbaycan ləhcəsi ilə danışan «DosTuM BİR» adlı istifadəçi Təqsirləndirilən şəxs «canın üçün yalan yox. 100 faiz həll edəcəyəm» məzmunlu səsli mesaj, saat 10:32-də Təqsirləndirilən şəxs «yaxşı qardaşım gözdüyürüm də» məzmunlu yazılı mesaj, saat ll:42-də «DosTuM BİR» adlı istifadəçi Təqsirləndirilən şəxs «başına dönüm tələsmə sənə xəbər edəcəm qardaş?» məzumlu səsli mesaj, saat 12:52-də Təqsirləndirilən şəxs «yaxşı qardaşım» məzmunlu, saat 18:17-də «DosTuM BİR» adlı istifadəçi Təqsirləndirilən şəxs «qaqa hazırsan?» məzmunlu, saat 19:40- da «atacam Binəqədiyə» məzmunlu, saat 19:41-də Təqsirləndirilən şəxs «Binəqədiyə?» məzmunlu, saat 19:43-də «DosTuM BİR» adlı istifadəçi Təqsirləndirilən şəxs «ha» məzmunlu yazılı mesaj, saat 19:43- də «qardaşımsan 2 kilo daşdı, 2 kilo torpaq, 2 kilo da otdu, götürdün, gələssən Xırdalana, mən ünvan deyəcəm atassan ora» məzmunlu, saat 19:43-də Təqsirləndirilən şəxs «haçan inşallah atrısan brat, dəqiq cavab var, dədiq bilinir nə vaxt atılacaq?» məzmunlu, saat 19:59-də «DosTuM BİR» adlı istifadəçi Təqsirləndirilən şəxs «qardaşımsan bir saata, bir saat yarıma uzaq başı atıram, bir dəki getdin götürdün mənə xəbər elə, camahatın malıdı ha, yanı allaha and olsun məni bilirsən də burda neyniyərlər, məni öldürərlər burda, mal mənim deyil, onun hərəsinin üstündən 10 qram götürərsən» məzmunlu, saat 21:01-də Təqsirləndirilən şəxs «qardaşım bildim də başına dönərəm, mən səni gözləyirəm, narahat olma, ürəyin büz kimi olsun mənim barədə» məzmunlu, saat 21:02- də «yaxşı qardaşım sənə 5 dəqiqəyə deyirəm» məzmunlu, saat 21:08-də «DosTuM BİR» adlı istifadəçi «yenə saxladılar sabaha bunlar, neyniyək qalsın sabaha, görək sabah nə deyəcək bunlar, özüm 5-6 qram mal atam özümüz işləyərdik, qoy görüm sabah neynirlər bunlar, məni də doluyublar bunlar, mənə də təcili pul lazımdı» məzmunlu, saat 23:43-də Təqsirləndirilən şəxs «hə yaxşı qardaşım, gözdüyürm də brat, alınmasa da sənlik bir şey yoxdu, görürəm çox əlləşirsən, alınması əgər qardaşına mal at özümüz işləyək, qardaş canı mən səni pis vəziyyədə qoymaram» məzmunlu, 23:49-da «DosTuM BİR» adlı istifadəçi «qardaşımsan inşallah sabaha qədər gözlə görək nə olur» məzmunlu səsli mesaj, xx.xx.2023-cü il tarixdə saat 20:08-də «DosTuM BİR» adlı istifadəçi «salam, hazırsan? Yasamala atacaq» məzmunlu yazılı mesaj, saat 20:10-da «qardaşımsan bir azdan atacam, hazır ol, bu söhbət dəqiqdi, götürüb gətirəcəksən Xırdalana qoyacaqsan» məzmunlu, 20:12-də «DosTuM BİR» adlı istifadəçi «Yasamalda olacaq ha qardaşım, bildindmi?» məzmunlu səsli meaj, saat 21:21-də Yasamal rayonu, Şərifzadə küçəsində, Günəş Pterol yanacaq doldurma məntəqəsinin yaxınlığındakı ərazinin kordinatlarmı və işarələnmiş 5 ədəd fotoşəkli, «Yasamal rayonu Şərifzadə küçəsi ilə Günəş Petrol tərəfdən 20 yanvar tərəfə gedəndə yolun ağ təəfındə yoldan 60 metr kənarda zaborun dibində qara sumka» məzmunlu, saat 21:50-də «noldu götürdün» məzmunlu yazılı mesaj, saat 21:53-də «qardaşın da böyründəyəm, bir tez ol götürdün bizə de» məzmunlu, saat 21:52-də Təqsirləndirilən şəxs «yaxşı qardaşım götürən kimi deyəcəm» məzmunlu yzılı mesaj, saat 22:09-dan, saat 22:34-dək «DosTuM BİR» adlı istifadəçi Təqsirləndirilən şəxs «noldu?, götürdün qaqa?, mal qalıb hamarda, noldu?, aya noldu?, qaqa noldugötürdün malı?, noldu, qara sumkada, ac bax səhf qoyarla, nə qədər torpaq var Seymur?, qaqa noldu?, ağır maldı, cavab ver də Seymur, götürmüsən?, adam göndərim?, qaqa noldu bir cavab ver də» məzmunlu yazılı mesajlar göndərmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-131/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 yanvar 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-161/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 1809 saylı rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-1873/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən sorğu edilərək əldə olunan xx.xx.2023-cü il tarixli, 21-1-329514-11 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatacaqdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Həmin məcəllənin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 26 yanvar 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs medallarla təltif olunmasının cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə cinayətlərin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və cinayət işi materiallarında olan bir ədəd «Samsung J2 Prime» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalı, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10162,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1873/2021 saylı, 03 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və həmin hökm üzrə olan cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 26 yavar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və cinayət işi materaillarında olan bir ədəd «Samsung J2 Prime» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10162,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1937/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1937/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver