Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1938/2022 26.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1990-cı ildə Ağdam rayonu Əlimədətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 7, mənzil 16-da qeydiyyatda olub, Xəzər rayonu Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamış, X1 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 6 sentyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində Xəzər rayonu Binə qəsəbəsi, Südçülük Sovxozunda köhnə ferma adlanan yerdə Zərərçəkmiş şəxs ilə sonuncunun onun qardaşının ünvanına nalayiq ifadə işlətməsi ilə əlaqədar şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla qəsdən bir dəfə vuraraq bədəninin sol tərəfli pnevmohematoraks, sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi xarakterizə edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə bir neçə ildir ki, dostluq edir. 6 sentyabr 2022-ci il tarixdə, təxminən saat 20 radələrində Loğman onun mobil telefonuna zəng etmiş və o, zəngə cavab verib Loğmanla salamlaşmışdır. Bundan sonra sonuncu dərhal söyüş söymüşdür. O, Loğmandan kimi söydüyünü soruşmuş, sonuncu: «yox, səninlə deyiləm, sənin yanındakı bicbalanı söyürəm»-deyə bildirmişdir. Həmin vaxt onun yanında qardaşı Orxan olmuşdur. O, Loğmandan yanında kimin olduğunu bilib-bilmədiyini soruşmuş, sonuncu da cavabında onun yanında Orxanın olduğunu bildiyini demişdir. Məsələyə aydınlıq gətirmək üçün Loğmanı Binə qəsəbəsində «köhnə ferma» adlanan əraziyə dəvət etmişdir. Əvvəlcə qardaşı Orxanı yola salmış və evdən meyvə bıçağını götürüb, həmin yerə yola düşmüşdür. Deyilən yerə çatanda Loğman da orada olmuşdur. Sonuncu qorxutmaq üçün cibindən meyvə bıçağını cibindən çıxarıb, Loğmana doğru hərəkət etdirmişdir. Bu zaman bıçaq Loğmanın sol qabırğa hissəsinə dəymişdir. Həmin vaxt ondan xəbərsiz arxasınca gələn qardaşı Orxan da onlara çatmışdır. Sonuncu Loğmanın bədəninin sol tərəfindən qan axdığını görüb, kömək etmək üçün Loğmanı onun Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evinə aparmışdır. Evdə yaranın dərin olduğunu görmüşlər. Qardaşı Orxan və yeznəsi Şəhriyar tanımadıqları taksi ilə Loğmanı xəstəxanaya aparmışlar. Loğmanı vurduğu bıçağı xatırlamadığı yerdə tullamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə dost olmuşdur. 6 sentyabr 2022-ci il tarixdə, saat təxminən 19 radələrində Orucla mobil telefon vasitəsilə danışarkən aralarında anlaşılmazlıq yaranmışdır. Belə ki, o, Orucun yanında olan şəxsi zarafatla söymüş və sonradan həmin şəxsin Orucun qardaşı olduğunu bilib üzr istəmişdir. Həmin vaxt Oruc onu görüşə çağırmış və onlar köhnə ferma adlanan yerdə görüşmüşlər. Ətrafda başqa heç kim olmamışdır. Yaxınlaşan kimi Oruc qəflətən əlində tutduğu bıçaqla onu vurmuşdur. Həmin vaxt Orucun qardaşı Orxan da ora gəlmişdir. Onu əvvəlcə evə, daha sonra isə taksi ilə xəstəxanaya aparmışlar. Orucun qardaşı tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun qardaşı, zərərçəkmiş şəxs isə onun oğlunun kirvəsidir. 6 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində qardaşı Oruc ilə Binə qəsəbəsində olmuşlar. Bu vaxt Orucun telefonuna zəng gəlmiş və sonuncu telefona cavab vermişdir. Zəng edən Loğman söhbət əsnasında Oruca «yanındakı bicbalaya salam de»-dyə bildirmişdir. Buna görə telefonda mübahisə yaranmış və Oruc ondan aralanıb Loğmanla söhbət etməyə getmişdir. O, Orucla birlikdə getmək istəsə də, sonuncu ona icazə verməmişdir. Odur ki, gizlincə Orucun arxasınca getmişdir. X4 qəsəbəsində «köhnə ferma» adlanan ərazidə görüşmüşlər. Onların yanına çatanda Loğmanın sol qabırğa nahiyəsindən qan axdığını görüb, qardaşının Loğmanı bıçaqla vurduğunu başa düşmüşdür. Yardım etmək üçün sonuncunu Orucun evinə aparmışdır. Orada sarğı ilə qanaxmanın qarşısını kəsmiş və qohumu Şəhriyara zəng edib çağırmışdır. Sonuncu gəldikdən sonra Loğmanı taksi ilə xəstəxanaya aparmışlar. Hadisə zamanı orada Loğman və Oruc olmuş, ətrafda başqa heç kim olmamışdır. O, hadisə baş verdikdən sonra həmin yerə çatmışdır. Orucun bıçağı hara atmasını bilmir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Oruc və qardaşı Orxan onun qohumlarıdır. 6 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində Orxan ona zəng edib qardaşı Orucun Loğman adlı şəxsi bıçaqla vurduğunu və xəsarət yetirdiyini bildirib, sonuncunu xəstəxanaya aparmaqda köməklik etməsini xahiş etmişdir. O, Orucun yaşadığı evə getmiş, daha sonra onlar Loğmanı taksi ilə xəstəxanaya aparmışlar. O, hadisənin şahidi olmamışdır. Məhkəmə-tibb ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 1241 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol tərəfli pnevmohematoraks, sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər deşicikəsici təsirə malik əşya (alət, ola bilsin bıçaq) təsirindən onun X2 X3 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 6 sentyabr 2022-ci il tarixdə törənməsi istisna olunmur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlərini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Məhkəmə tibbi-bioloji-kriminalistik ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 484- MKTŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-döş qəfəsinin sol yarısının sol plevra boşluğuna (daxilinə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara, ekspertizaya təqdim edilmiş köynəyin ön səthində bir ədəd dəlib-keçən zədə ilə nisbi uyğun gəlir. Məhkəmə-psixiatrik ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 2746 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respulikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 69-cu vərəqindəki geyim əşyasına baxış keçirilməsi haqqında 9 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya bir ədəd qara rəngli qısaqol köynəkdir. Köynəyin ön səthində solda, aşağıda bir ədəd deşib-keçən zədə vardır. Həmin zədə iti uclu deşici-kəsici alətin təsirindən yaranmaya xarakterikdir. İşin 117-120 və 121-ci vərəqlərindəki sübutların qiymətləndirilməsi haqqında qərar və raportdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli qısaqol köynək maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xəzər RPİ-yə təhvil verilmişdir. İşin 27-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 sentyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 65-66-cı vərəqlərindəki qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşin 90-cı vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 113-cü vərəqindəki Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq, onu bağışlamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 8 sentyabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) ay 18 (on səkkiz) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Lakin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Odur ki, Azərbaycan Respublikası CMnin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Maddi sübut: Xəzər RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 357.0.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən 8 sentyabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) ay 18 (on səkkiz) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən onun üzərində saxlanılan 4 (dörd) il 8 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclasında həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xəzər RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1938/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1938/2022
26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver