Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1938/2025 06.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X20 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, sonuncu dəfə Xaçmaz rayon Məhkəməsinin 1(067)- 119/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, fərdi qaydada əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:8XYVC7J) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 6 mart 2026-cı il tarixdə, saat 11:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə məlum olmayan tarixdə, vaxtda və məlum olmayan mənbədən külli miqdarda 1030 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla müvəqqəti yaşadığı, cinayət barədə məlumatı olmayan bacanağı Şahid3 məxsus ünvan 3 ünvanına qədər daşıyaraq orada saxlayıb gizlətmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 iyul 2025-ci il tarixdə, saat 01:55-də Xaçmaz rayonu Xaçmaz-Xudat yolunda “Lukoil” X13 yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılıb üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar edilməsə də, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə vermiş olduğu məlumat əsasında həmin gün, saat 04:34-də Bakı şəhəri Sabunçu rayonu Yeni Balaxanı ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, evin zirzəmisindən 1 (bir) ədəd polietilen torbanın içərisində təmiz çəkisi 1030 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 dekabr 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. O, 21 yanvar 2026-cı il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, arvadının müalicəsi ilə əlaqədar sonuncunu Respublika Onkologiya Mərkəzinə hər gün aparmalı olduğundan Xaçmaz rayonuna dost-tanışdan müalicə üçün pul yığmağa getmişdir. Polis əməkdaşları tərəfindən 7 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz rayonunda saxlanılaraq Bakı şəhərinə gətirilmiş, saxlanılarkən üzərindən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. O, polislər tərəfindən saxlanılmazdan iki gün əvvəl arvadını onkoloji xəstəliyinə görə sonuncunun qardaşının, yəni onun bacanağının evinə gətirmişdir. Polis əməkdaşları hasardan keçib bacanağının evinə daxil olaraq onun şəxsiyyətinə sığmayan hərəkətlər etmiş, ondan qanunsuz predmetlərin özünün olmasına dair boynuna almasını tələb etmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham veriləcəyini bildirmişlər.
3. Dövlət ittihamçısı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, aşkar olunan narkotik vasitə qurudulmuş marixuana onun özünə məxsus olmuş, həmin narkotik vasitəni tapmışdır. O, arvadını xəstəxanaya aparıb-gətirməyin rahat olması üçün bacanağının Bakı şəhərində yerləşən evini kirayə götürmüş, 1030 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı da həmin evdə saxlamış və məqsədi həmin narkotik vasitədən istifadə etmək olmuşdur. Evin zirzəmisindən aşkar edilmiş narkotik vasitəni polis əməkdaşları qoymamış, sonuncular tərəfindən ona qarşı təzyiq göstərilməmişdir.
4. Müdafiəçi və sədrlik edən tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, polis əməkdaşları tərəfindən evə baxış keçirilərkən arvadının üzərində olan yorğanı götürməklə onun şəxsiyyətinə sığmayan hərəkətlər etmələri səbəbindən o, narkotik vasitənin özünə məxsus olması ilə razılaşmış, həqiqətdə isə həmin narkotik vasitələr ona məxsus olmamış, ümumiyyətlə üzərində narkotik vasitə olmamışdır. O, polis əməkdaşlarına arvadını narahat etməyəcəkləri halda onların dedikləri ilə razılaşacağını bildirmişdir. Onun üzərində və ya bacanağının evində narkotik vasitə olmamış, məhz polis əməkdaşları evə daxil olduqdan sonra həmin narkotik vasitələr ortaya çıxmışdır. Narkotik vasitə bacanağına məxsus olmamış, sonuncunun həmin məsələ ilə ümumiyyətlə əlaqəsi olmamışdır. O, narkotik vasitə istifadə etdiyindən polis əməkdaşlarının onu saxlamaq məqsədi olmuşdur. O, narkotik vasitələri yalnız öz şəxsi istehlakı məqsədi ilə əldə etmiş, həmin maddələrin satışı ilə ümumiyyətlə məşğul olmamışdır. İbtidai istintaq dövründə polis əməkdaşlarının tələb etdiyi formada ifadə vermişdir. Üzərindən aşkar olunmuş pul vəsaiti özünə məxsus olmuşdur. O, narkotik vasitə əldə etmək üçün yalnız “əmi” adlı şəxslə deyil, bir çox insanla danışmışdır. ***-***-**- ** mobil telefon nömrəsi onun özünə məxsus olmuş, SMS-lər vasitəsilə arvadının müalicəsi ilə əlaqədar ayrı-ayrı şəxslərdən pul istəmiş, yazışmaları da məhz bununla bağlı olmuşdur. ***-***-**-** mobil telefon nömrəsinə yazılan SMS-lər onun tərəfindən icra olunmamışdır. Şahid1 və Şahid5 tanımamışdır. Polis əməkdaşları onu 7 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz rayonunda saxlamışlar. O, tutulmazdan əvvəl Xaçmaz rayonundakı evində yaşamış, həmin evdə hər hansı narkotik vasitə saxlamamış, o cümlədən polis əməkdaşları tərəfindən həmin evə baxış keçirilməmişdir. Polis əməkdaşları onu “VAZ 2103” markalı avtomobilindən düşərkən saxlamış, həmin avtomobil saxlanıldığı yerdə qalmışdır. Polis əməkdaşları üzərindən aşkar olunmuş pulu ona geri qaytarmışdır. Bacanağı Şahid3 məhkəmə iclasında verdiyi ifadəsi doğrudur.
5. Davam edən məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Şahid4 onun saxlanılmasında iştirak etmiş, sonuncu onu avtomobilindən düşərkən avtomobilin arxasında dayandıran polis əməkdaşlarından biri olmuşdur. Polis əməkdaşları ilə əvvəlcədən evin içərisinə baxış keçirilməməsi barədə razılığa gəlinsə də, onlar evin içərisinə girərək səthi formada baxış keçirmiş, yoldaşı da qorxusundan yorğanı başına çəkmişdir. O, polis əməkdaşlarına cinayət əməlini boynuna alacağını bildirərək evə baxış keçirilməməsini xahiş etmişdir. Müstəntiq tərəfindən bacanağının da həbs olunacağı barədə ona hədə-qorxu gəlinmiş, lakin onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları tərəfindən eyni formada hədəqorxu gəlinməmişdir. Ona qarşı hər hansı fiziki təzyiq olmamışdır. Polis əməkdaşları onu saxlayarkən qollarına qandal vurulmuşdur. Evin zirzəmisindən aşkar olunmuş narkotik vasitələr onun özünə məxsus olmuşdur. Xaçmazda üstünün yoxlanılması zamanı üzərindən hər hansı qanunsuz maddə aşkar olunmamış, həmin yoxlamada üzərindən 2158 manat pul çıxmış, polis əməkdaşları həmin pulu ona geri qaytarmışdır. Xaçmaz rayonunda üstü yoxlanıldıqdan sonra Bakı şəhərinə aparılmış, videoçəkilişlə baxış zamanı Sabunçu rayonunda yerləşən evin qapısını açan şəxs bacanağı olmuş və narkotik vasitəni çıxardığı yer isə evin alt hissəsində yerləşən zirzəmisidir.
6. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, onun danışdığı iranlı “Əmi” adlı şəxsin soyad və ata adı, yaşadığı yer və şəxsiyyətinə dair hər hansı məlumatı yoxdur. Xaçmaz rayonunda üzərindən aşkar olunmuş pulu ona “Əmi” adlı şəxs verməmiş, həmin pulu Xaçmaz rayonunda qohumlardan borc olaraq almışdır. Onun hər iki mobil telefonunun üzərində nömrələr olmuşdur. İbtidai istintaq zamanı verdiyi ilkin ifadəsini oxumamış, müdafiəçisindən ifadəsini oxumasını istəmiş, sonuncu ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verildiyini bildirdiyindən həmin ifadəsini imzalamış, yalnız dörd ay sonra ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verildiyini öyrənmişdir. ***-***-**-** mobil telefon nömrəsi özünə məxsusdur. Rəhilə adlı şəxs yaşlı qadındır. O, mesajlarda yazıldığı kimi hər hansı şəxsə 40 kq mal sifariş verməmişdir. ***-***-**-** mobil telefon nömrəsinin kimə məxsus olduğunu bilmir. O həmin vaxtlarda çox insanı aldatmışdır. ***-***-**-** mobil telefon nömrəsi də ona məxsus olmuşdur. Ona tanışları arasında “Fizi” deyə müraciət edilmişdir. O, gəmidə işləməmişdir. Kimsə ona narkotik vasitə qarşılığında anasının təzə aldığı mobil telefonunu verməmişdir. Mesajlarda “torpaq” kimi qeyd olunmuş jarqon ifadə narkotik vasitə heroindən istifadəni nəzərdə tutur. X21 və X15 tanımır. O, uzun müddət əvvəl narkotik vasitə olan “nəşə”dən istifadə etdikdən sonra “Kamaz” idarə edərkən yolun kənarında olan avtomobili vurub qəza törətmişdir. Arvadı ildə bir dəfə onkoloji xəstəlikdən müalicə və müayinə olunur. Bildiyinə görə arvadına cərrahiyyə əməliyyatından sonra xərçəng hüceyrələri yenidən inkişaf edəcəyi halda kimyaterapiya qəbul edilməsinin vacib olması izah edilmişdir. Sonuncu dəfə məhkum olunduğu Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə bağlı ona amnistiya tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkdiyini, narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istədiyini, himayəsində onkoloji xəstəlikdən əziyyət çəkən arvadı və biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını və ailədə yeganə gəlir gətirən şəxsin özünün olmasını bildirərək məhkəmədən ona özünü təqsirli bildiyi əmələ münasibətdə ən aşağı həddə cəza təyin edilməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
7. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin, o cümlədən 23 oktyabr 2025-ci il tarixdə müqavilə üzrə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrdə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayır. Təxminən 20 ildən artıqdır narkotik vasitələr qəbul edir, narkotik vasitələri adlarını və anket məlumatlarını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. Bir neçə dəfə məhkəmənin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 2020-ci ildə internet sosial şəbəkəsində özünü iran İslam Respublikası vətəndaşı “Əmi” kimi təqdim etmiş şəxslə tanış olmuş, söhbət əsnasında həmin şəxsə narkotik vasitələr qəbul etdiyini bildirmiş, “Əmi” adlı şəxs də narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. Günlərin bir günü söhbət əsnasında “Əmi” adlı şəxs İran İslam Respublikasından narkotik vasitələr göndərməsi, onun da Azərbaycan Respublikasında satışını təmin etməsini, əvəzində ona yaxşı pul və istifadəsi üçün narkotik vasitə verəcəyini təklif etmişdir. Maddi imkanı zəif olduğundan və arvadı xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün onunla razılaşmışdır. Beləliklə, “Əmi” adlı şəxsin göndərdiyi, sonra ona “WhatsApp” proqramı vasitəsi ilə məkan atdığı ünvanlardan gedib narkotik vasitələri götürüb satışını həyata keçirib, pulunu “Əmi” adlı şəxsə ödəmə terminalları vasitəsi ilə 4098 5844 9217 8866 nömrəli bank kartına göndərmişdir. Əvəzində “Əmi” adlı şəxs ona müəyyən məbləğlərdə pul və istifadəsi üçün narkotik vasitə göndərmişdir. “Əmi” adlı şəxsin narkotik vasitələri kimin və ya kimlərin vasitəsi ilə Azərbaycana çatdırması barədə məlumatı olmamışdır. Ondan narkotik vasitələr alan şəxslərin adlarını və anket məlumatlarını bilmir, telefon nömrələrini xatırlamır. “Əmi” adlı şəxslə istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. “Əmi” adlı şəxs +**********60 saylı mobil nömrədən istifadə edir. Sonuncu dəfə saxlanılmamışdan bir neçə gün öncə “Əmi” adlı şəxsin satış üçün göndərdiyi narkotik vasitə marixuananı Bakı şəhəri Qaradağ rayonu ərazisindən gedib götürüb yaşadığı bacanağı Şahid3 məxsus ünvan 3 ünvanında zirzəmidə gizlədib saxlamışdır. Bu barədə Rahibin və ailə üzvlərinin heç birinin məlumatı olmamışdır. Evin zirzəmisində saxlamasına səbəb müştəri tapıb satışını təmin etmək, əldə edilmiş pulu “Əmi” adlı şəxsə göndərmək, əvəzində isə qazanc əldə etmək olmuşdur. 7 iyul 2025-ci il tarixdə şəxsi işləri ilə bağlı Xaçmaz rayonuna getmişdir. 8 iyul 2025-ci il tarixdə, saat 01:55-də Xaçmaz rayonu Xaçmaz-Xudat yolunda “Lukoil” X13 yaxınlığında dayanıb Bakı şəhərinə getmək üçün avtomobil gözləyərkən ona mülki geyimli bir neçə şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını demiş, əməliyyat yolu ilə narkotik vasitələrin satışı, üzərində və yaşadığı ünvanda saxlaması barədə məlumat əldə etdiklərini deyərək ona hüquq və vəzifələri izah olunmaqla üzərinə şəxsi axtarış keçirilməsi zərurəti olduğunu bildirmişlər. Etiraz etməmiş, bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın sağ yan cibindən özünə məxsus 2158 manat pul, şalvarının arxa sol cibindən 1(bir) ədəd “İnfinix” markalı daxilində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan mobil telefon və şalvarının arxa sağ cibindən 1 (bir) ədəd “Redmi” markalı daxilində nömrəsi olmayan mobil telefon aşkar edilmişdir. Pul sayılıb ona qaytarılmış, telefonlar isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş pul Xaçmaz rayonunda tanışından arvadının müalicəsi üçün borca götürdüyü pul olmuşdur. ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” proqramını “Redmi” markalı mobil telefonda yazıb həmin telefonla “Əmi” adlı şəxslə əlaqə saxlamışdır. Polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmet saxlayıb-saxlamadığını soruşduqda onlara bacanağı Şahid3 məxsus yaşadığı evin zirzəmisində “Əmi” adlı şəxsin göndərdiyi narkotik vasitə marixuananı saxladığını deyib, həmin maddəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Bakı şəhərinə gəlib, Rahibə məxsus evdə baxış keçirilmişdir. Baxış zamanı evin zirzəmisində saxladığı narkotik vasitə marixuana bağlamasını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümə baxış keçirib müvafiq qaydada qablaşdırıb götürmüşdür. Səmimi olaraq narkotik vasitəni kimdən və nə məqsədlə alıb gizlətdiyini etiraf etmişdir. Məsuliyyətini yüngülləşdirmək üçün birinci dəfədir “Əmi” adlı şəxsdən narkotik vasitə aldığını demişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki zor tətbiq olunmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olması, bacanağı Rahibə məxsus evdə narkotik vasitə saxlaması barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. Digər ünvanda narkotik vasitə saxlamır. İstifadəsində olmuş ***-***- **-** mobil telefon nömrəsi ilə aparılmış sms-mesaj yazışmaları ilə bağlı verilmiş suala cavab olaraq göstərmişdir ki, xeyli müddət keçdiyindən həmin sms-mesajların məzmununu, mobil telefon nömrələrinin sahibləri, istifadəçiləri, ***-***-**-** saylı mobil nömrənin sahibi X8, X23, X21 və X9, ***-***-**-** saylı mobil nömrənin hansı qayda istifadəsinə keçməsini xatırlamır, həmin şəxslərlə münasibətlərinin xarakteri barədə hər hansı fikri yoxdur (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 44-45; 64-66; 78-80; 200-202; 226-228;). Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müqavilə üzrə müdafiəçisinin iştirakı ilə verdiyi 23 oktyabr 2025-ci il tarixli ifadəsinin sonunda əlyazma ilə “Qeyd etmək istəyirəm ki, narkotik vasitəni öz istifadəm üçün əldə etmişəm. Satışı ilə məşğul deyiləm. İranlını aldadıb əldə etmişəm. Düzdür, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeydini etmişdir.
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
10. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Xaçmaz rayonu və Bakı şəhəri Sabunçu rayonu ərazilərində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 3 ünvanında külli miqdarda narkotik vasitə gizlədib saxlaması barədə tərəflərindən məlumat əldə olunmuşdur. Məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair BNMİ-nin rəisinə məruzə olunmuşdur. Rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı tərtib olunmuş qərar və əmr təsdiq olunaraq, ondan, BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid4, baş əməliyyat müvəkkili polis kapitanı Şahid5, əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb bu barədə BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabova məlumat verilmiş, sonuncu da öz növbəsində məlumatlı olduğu üçün Bakı şəhəri 38 saylı Vəkil Bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermiş və tədbir zamanı müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Xaçmaz rayonu ərazisində olduğu müəyyən edilib həmin rayonu gedilmiş, 8 iyul 2025-ci il tarixdə, saat 01:55-də Xaçmaz rayonu Xaçmaz-Xudat yolunda “Lukoil” X13 yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib, saxlanılmasının səbəbi ətraflı izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində nə kimi əşyalar varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan şalvarın sağ yan cibindən 8(səkkiz) ədəd 100 manatlıq, 13 (on üç) ədəd 50 manatlıq, 31 (otuz bir) ədəd 20 manatlıq, 5(beş) ədəd 10 (on) manatlıq, 6 (altı) ədəd 5 (beş) manatlıq, 8(səkkiz) ədəd 1(bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 2158 (iki min yüz əlli səkkiz) manat pulu, şalvarın arxa sol cibindən daxilində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 1 (bir) ədəd “İnfinix” markalı mobil telefonu və şalvarın arxa sağ cibindən daxilində nömrə olmayan 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən digər əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən 2(iki) ədəd mobil telefonlar götürülmüş, pullar isə maraq kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra tərəflərindən hər hansı bir ünvanda narkotik vasitə saxlayıb- saxlamaması ilə bağlı verilmiş suala Təqsirləndirilən şəxs bacanağı Şahid3 yaşadığı ünvan 3 ünvanında narkotik vasitə marixuana saxladığını, həmin maddəni təqdim edə biləcəyini bildirmişdir. Əməliyyataxtarış tədbirinin davamı olaraq tərəflərindən Təqsirləndirilən şəxslə birlikdə ünvan 3 ünvanına yollanmış, həmin ünvanda özünü Şahid3 kimi təqdim etmiş şəxsə özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Təqsirləndirilən şəxslə nə kimi münasibətdə olması soruşulmuşdur. Şahid3 Feyzullanın onun bacanağı olmasını, ara-sıra ailəsi ilə birlikdə onun yaşadığı evdə qonaq qalmasını bildirmişdir. Şahid3 bacanağı Feyzulla Vəlyevin saxlanılmasının səbəbləri izah edildikdən sonra yaşadığı evdə narkotik vasitə marixuananın gizlədildiyi barədə məlumat əldə etdiklərini deyib evdə baxış keçirilməsi zərurəti olduğunu bildirmişlər. Şahid3 evə baxış keçirilməsinə etiraz etməmiş və onlar evə daxil olmuşlar. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs evdə gizlətdiyi narkotik vasitə marixuananı çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də evin zirzəmisindən 1 (bir) ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Torbanın içərisinə baxış keçirildikdə 1 (bir) ədəd bağlamanın olduğu, bağlamanın içərisinə baxış keçirdikdə içərisində açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin büküm müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs hansı məqsədlərlə və hansı qaydada həmin maddəni əldə etməsi kimi sualına əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı tərəfindən göndərildiyini, maddənin qoyulduğu ünvan barədə məlumatlandırıldıqdan sonra maddəni Qaradağ rayonu ərazisindən götürüb bacanağı Şahid3 evinə gətirib zirzəmidə gizlədib saxladığını, bu barədə Şahid3 və digər şəxslərin məlumatı olmadığını, satışdan əldə olunmuş puldan ona hörmət ediləcəyini, evdə başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmet gizlətmədiyini bildirmişdir. Daha sonra Şahid3 razılığı ilə evə baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan edilən başqa hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Qeyd olunan hərəkətlər videoçəkilişlə aparılmış və həmin görüntülər yaddaş daşıyıcısına köçürülmüşdür. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs BNMİ-yə aparılıb təhvil verilmişdir. Araşdırmanı aparan Yelmar Vahabova görüntüləri əks etdirən 2(iki) ədəd yaddaş daşıcısını, 2(iki) ədəd mobil telefonları və aşkar edilib götürülmüş içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan 1(bir) ədəd bağlamanı təqdim etmişlər. Təhqiqatçı tərəfindən bir daha xidməti otaqda Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi, hüquq və vəzifələri izah edildikdən sonra təqdim etdikləri bükümə, telefonlara və görüntülərə baxış keçirilmişdir. Aşkar edilib götürülmüş narkotik vasitəyə bənzər kütləni haradan, hansı tarixdə əldə etməsi, nə məqsədlə gizlədib saxlaması barədə təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı “Əmi” kimi özünü təqdim etmiş şəxs tərəfindən göndərildiyini, maddənin qoyulduğu ünvan barədə məlumatlandırıldıqdan sonra maddəni Qaradağ rayonu ərazisindən götürüb bacanağı Şahid3 evinə gətirib zirzəmidə gizlədib saxladığını, bu barədə Şahid3 və digər şəxslərin məlumatı olmadığını, satışdan əldə olunmuş puldan ona hörmət ediləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən büküm, telefonlar və yaddaş daşıyıcılar müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Qeyd olunanlarla bağlı protokollar tərtib ounmuş, ucadan oxunmuş, əlavə və düzəlişlər daxil olmamış, doğruluğu Təqsirləndirilən şəxs, onun və əməliyyat-axtarış tədbirində iştirak etmiş əməkdaşlar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamış, o törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edib, gizlədib saxladığı narkotik vasitəni təqdim etmişdir.
11. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs Xaçmaz və Sabunçu rayonu ərazilərində narkotik vasitənin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu 8 iyul 2025-ci il tarixdə, gecə saat 02:00 radələrində Xaçmaz rayonu Xudat yolunda piyada olarkən tək halda saxlanılmış, saxlanılarkən hər hansı etiraz bildirməmiş, əksinə narkotik vasitələri Bakı şəhəri Sabunçu rayonu Yeni Balaxanı qəsəbəsində yerləşən bacanağına məxsus evdə saxladığını etiraf etdikdən sonra saat 04:00 radələrində həmin evə baxış keçirilmiş, bu zaman narkotik vasitələri Feyzullanın özü polis əməkdaşlarına göstərmiş, aşkar olunmuş narkotik vasitənin çəkisi və növü ilə bağlı isə hər hansı etiraz və ya narazılıq etməmişdir. Evə baxış zamanı Feyzullanın bacanağı Rahib evdə olmuş, lakin Təqsirləndirilən şəxs arvadı evdə olmamışdır. Xaçmazda olarkən Təqsirləndirilən şəxs Xaçmazdakı evdə narkotik vasitə olub-olmaması barədə sual verdikdə sonuncu orada hər hansı qanunsuz predmet olmadığını, yalnız Sabunçu rayonunda yaşadığı evdə narkotik vasitə saxladığını bildirdiyindən onun Xaçmaz rayonunda yerləşən evinə baxış keçirməmişlər. Onlarda Təqsirləndirilən şəxs Bakı şəhərində yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə dəqiq məlumat olmuşdur. Təqsirləndirilən şəxs Sabunçu rayonunda yaşadığı evə baxış zamanı evdə olan digər sakinlər iştirak etmiş və onlara qarşı hər hansı narazılıqlarını bildirməmişlər. Daxil olmuş əməliyyat məlumatında ümumi olaraq narkotik vasitələr qeyd olunmuşdur. Təqsirləndirilən şəxs onun özünə və arvadına təzyiq göstərilməsi bağlı bildirdikləri həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni Qaradağ rayonu ərazisindən İran İslam Respublikası vətəndaşının məlumatı əsasında əldə etdiyini, onu İranlının dediyi yerlərə qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs birbaşa yanacaq doldurma məntəqəsində deyil, yaxınlığında piyada olarkən saxlanılmış, saxlanılarkən avtomobildə olmamış, sonuncunun üzərindən aşkar olunmuş 2158 manat pul onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul barədə soruşduqda birinci həmin pulu narkotik vasitələrin satışından əldə etmədiyini, özünün şəxsi pulu olduğunu bildirmişdir. Onlar iki avtomobillə Xaçmaz rayonuna getmişlər.
12. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid4, polis kapitanı Şahid5 və əməliyyat müvəkkili polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə əsasən eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla hazırda Bakı şəhəri Sabunçu rayonu X39 Əliyev küçəsi ev 11 ünvanında arvadı Rəvanə və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliklərindən əziyyət çəkmir, narkotik vasitələrdən istifadə etmir, bununla bağlı heç bir tibb müəssisəsində müayinə və müalicə olunmamış, qeydiyyatda deyildir, əvvəllər məhkumluq həyatı yaşamamışdır. Təqsirləndirilən şəxs onun bacanağıdır. Təqsirləndirilən şəxs arvadı Yeganə və iki azyaşlı uşaqları ilə birlikdə Xaçmaz rayonunda yaşamış, 2025-ci ilin iyun ayının ikinci ongünlüyündən Feyzullanın arvadı Yeganədə xərçəng xəstəliyi aşkar olunduğu üçün Feyzulla arvadını müayinə və müalicə etdirmək məqsədi ilə evində qalması və lazım olduqda isə rahat Bakı şəhərindəki tibb müəssisələrinə aparıb-gətirə bilməsi üçün uşaqları ilə birlidikdə onun yaşadığı evə gətirmişdir. Feyzulla özü də ara-sıra onun yaşadığı evdə uşaqları ilə birlikdə qalmışdır. Feyzulla tez-tez Xaçmaz rayonuna gedib gəlmişdir. Feyzulla narkotik vasitələrdən istifadə etdiyi və bir neçə dəfə məhkum olunduğu üçün onun evində qalmasına narazı olsa da, arvadının səhhəti ilə bağlı məcburiyyət qarşısında heç bir söz deyə bilməmişdir. 8 iyul 2025-ci il tarixdə, saat 04:34-də yaşadığı evə polis əməkdaşları Feyzulla ilə birlikdə gəlib ona əldə etdikləri məlumat əsasında evində Feyzulla tərəfindən narkotik vasitə saxlanılması və evə baxış keçirilməsi zərurətinin yarandığını bildirib ondan evə baxış keçirilməsinə razılıq alıb şərait yaradılmasını xahiş etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları tərəfindən evə baxış keçirilmişdir. Baxış zamanı Feyzulla evinin zirzəmisinə düşüb oradan 1 ədəd polietilen torba çıxarıb, polis əməkdaşlarına təqdim edərək həmin torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı İran İslam Respublikası “Əmi” adlı şəxsdən satışını həyata keçirmək üçün əldə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin torbanın içərisinə baxış keçirilmiş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı evdən başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Bununla bağlı polis əməkdaşı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, doğruluğu onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Feyzullanın deməsindən bilmişdir ki, sonuncu İran İslam Respublikası vətəndaşı “Əmi” adlı şəxslə əvvəlcədən danışıb razılaşmışdır ki, “Əmi” adlı şəxs Feyzullaya narkotik vasitələr göndərəcək, Feyzulla Azərbaycan Respublikası ərazisində həmin maddəni satıb, əldə olunmuş pulu “Əmi” adlı şəxsə göndərəcək, “Əmi” adlı şəxs də əvəzində Feyzullaya həm özü istifadə etmək üçün narkotik vasitə, həm də pul verəcəkdir. Təqsirləndirilən şəxs onun yaşadığı evin zirzəmisində narkotik vasitə qurudulmuş marixuana saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi İran İslam Respublikası vətəndaşı “Əmi” adlı şəxsi tanımır, onunla münasibəti olmamış və yoxdur.
14. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, hadisə günü işdən evə gəlib yatmış, 8 iyul 2025-ci il tarixdə səhər saatlarında qapı döyülmüş və bacanağı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə evə daxil olmuş, sonuncular Təqsirləndirilən şəxs saxladığı narkotik vasitənin harada olması barədə soruşduqdan sonra Feyzulla evin zirzəmisindən narkotik vasitələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs özü onların evində daimi yaşamamış, birincinin arvadı xəstə olduğundan yay aylarında müvəqqəti olaraq onların evində qalmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, həmin maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamış, ümumiyyəltə Təqsirləndirilən şəxslə müntəzəm münasibətdə və yaxın ünsiyyətdə olmamışdır. Səhər saatlarında həyətlərində bağlı olan itin səsinə həyətə çıxmış və qapının döyüldüyünü eşitmişdir. Polis əməkdaşlarının hasardan keçərək həyətə daxil olması kimi hallar baş verməmişdir. Təqsirləndirilən şəxs bağlamada olan narkotik vasitələri evin zirzəmisinə özünün qoyduğunu və bu barədə kiminsə xəbərinin olmadığını bildirmişdir. Polis əməkdaşları ondan könüllü şəkildə yazılı razılıq ərizəsi ilə icazə aldıqdan sonra evə baxış keçirmiş, baxış zamanı evdə özü, arvadı və uşaqları, Təqsirləndirilən şəxs arvadı və uşaqları olmuş, həmin vaxt qadınlar və uşaqlar evin kiçik otağında olmuş və otaqdan çıxmamış, bir nəfər polis əməkdaşı isə onların olduğu otağa daxil olub baxış keçirmişdir. Videoçəkilişdə ailə üzvləri görünməmiş, lakin evə baxış keçirilməsinin şahidi olmuşlar. Polis əməkdaşlarının evinə baxış keçirməsinə narazılığı olmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri özü zirzəmiyə qoymuş, polis əməkdaşları evə daxil olarkən əllərində hər hansı bağlama olmamış, o cümlədən Təqsirləndirilən şəxs aşkar olunmuş bağlama ilə bağlı etirazını bildirməmiş, ona və ailəsinə təzyiq olması barədə hər hansı narazılıq etməmişdir. O, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə təzyiq olması kimi hallara şahid olmamışdır. Valideynləri dindar olduğundan Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadəsi ilə əlaqədar həbs olunması səbəbindən onların evində mütəmadi qalmasına narazılıq bildirmişlər. Polis əməkdaşları evə fasiləsiz videoçəkilişdən istifadə etməklə baxış keçirmişdir.
15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
16. “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 8 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 8 iyul 2025-ci il tarixdə, saat 01:55-də Xaçmaz rayonu Xaçmaz-Xudat yolunda “Lukoil” X13 yaxınlığında piyada hərəkət edən zaman BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmış və yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən evin zirzəmisindən 1(bir) ədəd polietilen torbanın içərisində təmiz çəkisi 1030 qram bitki mənşəli kütlə tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktına görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin (bundan sonra mətndə - Sabunçu RPİ) İstintaq şöbəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X16 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
17. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 7 iyul 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Xaçmaz rayonu və Bakı şəhəri Sabunçu rayonu ərazilərində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 3 ünvanında külli miqdarda narkotik vasitə gizlətməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmış, həmin qərar BNMİ-nin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin Baş İdarənin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid4, polis kapitanı Şahid5 və əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 8 iyul 2025-ci il tarixdə, saat 01:55-də Xaçmaz rayonu Xaçmaz-Xudat yolunda “Lukoil” X13 yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq BNMİ-yə gətirilmişdir (Cild 1, i.v. 5-8;).
18. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 8 iyul 2025-ci il tarixli protokoldan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən həmin Baş İdarənin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid4, polis kapitanı Şahid5 və əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə həmin gün saat 02:00-dan 02:05-dək aparılmış əməliyyat-axtarış tədbirləri ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üstünün yoxlanılması həyata keçirilmişdir. Protokoldan görünür ki, 8 iyul 2025-ci il tarixdə, saat 01:55-də BNMİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonu Xaçmaz-Xudat yolunda “Lukoil” X13 yaxınlığında piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs saxlanılaraq hüquq və vəzifələri izah olunmaqla paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstü yoxlanılmağa başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 2158 (iki min yüz əlli səkkiz) manat pulu, şalvarının arxa sol cibindən 1 (bir) ədəd “İnfinix” markalı üzərində ***-***-**-** və ***-***-**- ** nömrələri olan mobil telefonu və şalvarının arxa sağ cibindən 1 (bir) ədəd “Redmi” markalı üzərində nömrəsi olmayan mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 2158 (iki min yüz əlli səkkiz) manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Üstünü yoxlama Xaçmaz rayonu Xaçmaz-Xudat yolu “Lukoil” YDM-nin yaxınlığında həyata keçirilmişdir. Protokolda üstünü yoxlama tədbirinin “İphone” markalı mobil telefon vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid5 tərəfindən videoçəkilişlə aparılması qeyd olunmuşdur. Protokolun yerində tərtib edilməsi üçün şərait olmaması səbəbindən bu barədə həmin tarixdə, saat 05:30-dan 06:00-dək BNMİ-nin inzibati binasında protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur (Cild 1, i.v. 11-13;).
19. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” 8 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3 yazılı razılıq ərizəsi əsasında BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən həmin Baş İdarənin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid4, polis kapitanı Şahid5 və əməliyyat müvəkkili polis leytenantı Şahid2, həmçinin Şahid3 iştirakı ilə həmin gün saat 04:34-dən 04:51-dək aparılmış əməliyyat-axtarış tədbirləri ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs ünvan 10 ünvanında narkotik vasitə saxladığı evə baxış keçirilmiş, həmin ünvanda narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, bundan əvvəl sözügedən evdə olması ehtimal edilən külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin zirzəmisində olan 1(bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 1(bir) ədəd bağlamada açıq-yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 1(bir) kq 75 (yetmiş beş) qram olması müəyyən edilmiş, həmin kütlə qablaşdırılaraq imzalanmış, möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq evdən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Qaradağ rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə atdırmaq məqsədi ilə əldə etdiyini, evdə narkotik vasitə saxlaması ilə bağlı heç kimin məlumatının olmadığını bildirmişdir. Şahid3 verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitədən xəbərsiz olduğunu qeyd etmişdir. Daha sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı “İphone” markalı mobil telefon vasitəsilə BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolun yerində tərtib edilməsi üçün şərait olmaması səbəbindən bu barədə həmin tarixdə, saat 06:05-dən 06:40-dək BNMİ-nin inzibati binasında protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur (Cild 1, i.v. 14-17;).
20. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 8 iyul 2025-ci il tarixli qərar və protokoldan görünür ki, BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X24 tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun yaşadığı evdən aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş 2 (iki) ədəd mobil telefon, 1 (bir) ədəd sellofan torbaya və 2 (iki) ədəd DVD diskə həmin tarixdə, saat 06:50-dən saat 06:57-dək BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 və əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı üzərində Təqsirləndirilən şəxs imzası olan sellofan torbadan 1 (bir) ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə yenidən qablaşdırılmaqla möhürlənmişdir. Daha sonra 2(iki) ədəd DVD-yə baxış zamanı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Əmi” kimi müraciət etdiyi şəxsin vasitəsilə 2 (iki) gün əvvəl Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə həmin şəxsin ona 4000-5000 (dörd-beş min) manat pul verəcəyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmiş və 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə 8 iyul 2025-ci il tarixdə, saat 07:00-dən saat 07:20dək protokol tərtib edilmişdir (Cild 1, i.v. 20-22;).
21. “Şübhəli şəxsin tutulması haqqında” 8 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin təhqiqatçısı polis mayoru X24 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X17 iştirakı ilə həmin tarixdə, saat 08:15-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 8 iyul 2025-ci il tarixdə, saat 01:55-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 36;).
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 8 iyul 2025-ci il tarixli, 7/938 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs....” yazı və imzalar olan bir ədəd polieten bağlamada olan 1 (bir) ədəd üzəri skoçlu qara rəngli sellofanda təmiz çəkisi 1030 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 1030,0 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1029,95 qram. Aparılmış tədqiqatın dəyərinin 70 (yetmiş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 49-53;).
23. “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” 8 iyul 2025-ci il tarixli protokollarda əks olunan əməliyyat-axtarış tədbirləri videoçəkilişlə aparılmış və bununla bağlı 2 (iki) ədəd “DVD” formatlı disklər istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 4 dəqiqə 57 saniyə və 16 dəqiqə 10 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq Məhəmmədəli Cümşüdov tərəfindən baxış keçirilməsinə dair 8 iyul 2025-ci il tarixli (müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə) protokollarla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyataxtarış tədbirləri, habelə üzərinin yoxlanılması və evinə baxış keçirilməsi zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş yoxlama və evinə baxış keçirilməsi zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi müəyyən edilməklə, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1; i.v 67-68;).
24. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 8 iyul 2025-ci il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 6 dəqiqə 34 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq Məhəmmədəli Cümşüdov tərəfindən baxış keçirilməsinə dair 9 iyul 2025-ci il tarixli (müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə) protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır (Cild 1, 81-82;).
25. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 9 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (Cild 1, i.v. 69-70;).
26. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 9 iyul 2025-ci il tarixli, 4(008)-326/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 8 iyul 2025-ci il tarixdən hesablanmaqla 4(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini göstərərək məhkəmədən təqdimatın təqdim edilməməsini xahiş etmişdir. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4 noyabr 2025-ci il tarixli, 4(008)-505/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 23 noyabr 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 93-98;).
27. “Maddi sübut kimi tanınma haqqında” 9 iyul 2025-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən təmiz çəkisi 1030 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla ekspert tədqiqatından sonra qalıq çəkisi 1029,95 qram olan narkotik vasitə qurudulmuş marixuana qorunub saxlanılması üçün Sabunçu RPİ-nin Növbətçi Hissəsinin saxlanc yerinə təhvil verilmişdir (Cild 1, i.v. 109-110; 112;).
28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş tələbnamənin 16 iyul 2025-ci il tarixli cavabından və müvafiq hökmlərin və eləcədə göstərişin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 7 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarı tətbiq edilərək cəzası 6 (altı) ay azaldılmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 30 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin iş üzrə məhkumluğu ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 1(067)-119/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm 13 noyabr 2025-ci il tarixdə qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir (Cild 1, i.v. 134-135; 155-158; 171-182;).
29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “2 nömrəli X7” tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd edilən xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v. 139;).
30. “Diskə baxış keçirilməsi haqqında” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara (Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə ötürülmüş məlumatlar) baxış keçirilmiş, baxış zamanı 7 iyul 2025-ci il tarixdə, saat 02:33:07-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “40 klo mal dastafka eləmişəm sen ama qor neler elədin yaranmasında” məzmununda sms mesajın göndərilməsi aşkar edilmişdir. Qeyd olunan sms mesajdan başqa iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 142;).
31. “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X37 24 iyul 2025-ci il tarixli, 18-1-43/2- 1096/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada hər hansı xəstəliklə əlaqədar stasionar müalicə almamış, həkim-psixiatrın qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs “Xroniki narkomaniya” diaqnozu ilə qeyd olunan xəstəxanada həkim-narkoloqun qeydiyyatındadır (Cild 1, i.v. 151;).
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X37 28 iyul 2025-ci il tarixli, 3-28-29/2-7225/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 152;).
33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X37 28 iyul 2025-ci il tarixli, 19/518238 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə müalicədə olmamış, xx.xx.2022-ci il tarixdən “Xaçmaz Rayon Xəstəxanası”nda narkoloji qeydiyyatdadır (Cild 1, i.v. 153;).
34. “Diskə baxış keçirilməsi haqqında” 15 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara (Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə ötürülmüş məlumatlar) baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı mobil nömrə ilə SMS mesajların göndərildiyi aşkar edilmişdir: 18 fevral 2025-ci il tarixdə, saat 23:30:22-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Fizi duzeldide 45 mat gelem”; 19 fevral 2025-ci il tarixdə, saat 00:02:28-də 051 ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Burda hele 20 mal var ki ay yetim”; 9 mart 2025-ci il saat 19:59:31-də ***-***-**-** saylı mobil nömrədən 077- 557 01-14 saylı mobil nömrəyə “Fizi dayi zeng eliyib gemiye gedir 3 ayliq 100 manat atmaq isdeyir 45 birde 60 liq isdeyir”; 1 aprel 2025-ci il tarixdə, saat 20:30:36-da ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Fiz salam necesen virat rehmandi esi qild qalan oqlan send imkan varsa sen qardasva el tut 10 mant pul var vezyet visdi”; 10 may 2025-ci il tarixdə, saat 10:16:53-də ***-***-**-** saylı mobil nömrədən 077-557- 01-14 saylı mobil nömrəyə “Qaqas menem faiq 25manat pul var neyise eliye bilerug”; 28 may 2025-ci il tarixdə, saat 17:39:55-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Fiz menem rehman men esqild qalmram 3 qundu cixmsam qubada anamin yaninda qalram anam irsad telkomdan telfo nokya alib 3 qundu 120manttez qubdyam eyer neyinse varisa qelim yaninda elyim qedim super telfond qorusen cox beyenesen”; 8 iyun 2025-ci il tarixdə, saat 14:12:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Fizi emindi.20m var torpaq alindirmaq olar qardaşim”; 18 iyun 2025-ci il tarixdə, saat 00:02:34-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gəl binaya biraz kola verim sənə tema şər duzeliceg 2 dənə meti getirde gelende”. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**- ** saylı mobil nömrə ünvan 11 ünvanında qeydiyyatda olan X10, ***-***-**-** saylı mobil nömrə Xaçmaz rayonu Susayqışlaq kəndində qeydiyyatda olan X6 adına qeydə alınmışdır (Cild 1, i.v. 161;).
35. “Mobil telefona baxış keçirilməsi haqqında” 16 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd “İnfinix” və 1 (bir) ədəd “Redmi” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 162;).
36. Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Yunis Ələsgərovun 14 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması faktı müəyyən edilsə də, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi İran İslam Respublikası vətəndaşı “Əmi” adlı şəxsin, Təqsirləndirilən şəxs narkotik vasitələr almış şəxslərin şəxsiyyətlərini və olduqları yerin müəyyən edilməsi mümkün olmamışdır (Cild 1, i.v. 167;).
37. “Ambulator məhkəmə psixiatrik ekspertizasının” 14 iyul 2025-ci il tarixli, 2264 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində soruşduqda qərarın təsviri hissəsində göstərilənlərlə (1030 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi) razılaşdığını söyləmişdir (Cild 1, i.v. 183-186;).
38. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 14 iyul 2025-ci il tarixli 4173 nömrəli rəyindən görünür ki, müayinə zamanı X1 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitə marixuanadan çəkməklə istifadə edir (Cild 1, i.v. 187- 188;).
39. “Sübutların qiymətləndirilməsi haqqında” 23 oktyabr 2025-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək ona həmin maddələrlə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı bacanağı Şahid3 məxsus fərdi yaşayış evinin zirzəmisindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1030 qram narkotik vasitə qurudulmuş mariuxananın maddi sübut kimi tanınmasının nəzərə alınmaqla ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1029,95 qram olan narkotik vasitə qurudulmuş marixuananın məhkəmənin hökmü qanuni qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi, əməliyyat-axtarış tədbirinin, şəxsin üzərinə şəxsi axtarış, evə baxış, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 3(üç) ədəd DVD yaddaş daşıyıcıları, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 2(iki) ədəd CD yaddaş daşıyıcılarının iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə olunması, iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd “Redmi” və 1(bir) ədəd “İnfinix” markalı mobil telefonlar maddi sübut kimi tanınmadan Feyzulla Babayevin ailə üzvlərinə qaytarılması, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana satmış şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxsin şəxsiyyəti və olduğu yer müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılıb istintaqının aparılması qərara alınmışdır (Cild 1, i.v. 203-215; 238;).
40. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 217- 218;).
41. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata qəbul edilmişdir (Cild 1, i.v. 232-234;).
42. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.E.Cümşüdov tərəfindən 28 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 31 oktyabr 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.241-256;).
43. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 1(101)-1938/2025 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 5285/2025 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı sağ qasıq büküşündə köhnə çapıq toxuması aşkar olunmuşdur. Həmin kitabçanın 17-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 15 ildir marixuana istifadə etmişdir (Cild 2;).
45. Müdafiə tərəfindən təqdim olunmaqla iş materiallarına əlavə edilmiş xəstəlik tarixindən çıxarışdan (epikriz) və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs faktiki birgə yaşadığı arvadı X2 ilk dəfə 30 iyun 2025-ci il tarixdə “D24-Süd vəzisinin xoşxassəli yenitörəməsi” diaqnozu qoyulmuşdur. Diaqnoz qeydi: hər iki süd vəzin axacaqdaxili papilloması (Cild 2;).
46. “Azemis” elektron informasiya sistemindən əldə edilmiş məlumatlardan, “Doğum haqqında” AZ-İİİ 039315 və AZ-İİİ 039314 nömrəli şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 29 avqust 1989-cu il təvəllüdlü arvadı X12, uşaqları - 18 sentyabr 2012-ci il təvəllüdlü oğlu Rza Vəliyev və 11 iyul 2011-ci il təvəllüdlü qızı Həmidə Vəliyevadan ibarətdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
47. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
49. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
50. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
51. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
52. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
53. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
54. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, CM-in və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
55. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
56. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.
57. CPM-in 145.1, 145.2 və 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
58. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
59. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Əmi” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlama, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gəlib, “Əmi” adlı şəxsin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərdiyi Qaradağ rayonu ərazisindən istintaqa məlum olmayan dəqiq ünvandan ümumi çəkisi 1030 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla müvəqqəti yaşadığı, cinayət barədə məlumatı olmayan bacanağı Şahid3 ünvan 3 ünvanına qədər daşıyaraq orada saxlayıb gizlətmiş, BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 iyul 2025-ci il tarixdə, saat 01:55-də Xaçmaz rayonu Xaçmaz-Xudat yolunda “Lukoil” X13 yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılıb üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar edilməsə də Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə vermiş olduğu məlumat əsasında həmin gün saat 04:34-də Bakı şəhəri Sabunçu rayonu Yeni Balaxanı ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, evin zirzəmisindən 1 (bir) ədəd polieten torbanın içərisində təmiz çəkisi 1030 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
60. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Əmi” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlanması, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gəlib, “Əmi” adlı şəxsin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərdiyi Qaradağ rayonu ərazisindən istintaqa məlum olmayan dəqiq ünvandan əldə edilməsi” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
61. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
62. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
63. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Eyni zamanda, CPM-in 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
64. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir.
65. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
66. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.
67. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı 1030,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın çəkisinin həmin növ narkotik vasitənin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən təxminən 206 dəfə, külli miqdar daxil olmaqla aşağı həddindən isə təxminən 2,06 dəfədən artıq olması, istifadəsində olmuş mobil telefon nömrələrindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən pul və sair maddi nemətlər qarşılığında satışına dair çoxsaylı daxil olan və çıxan sms yazışmalarının aşkar edilməsi, videoçəkilişlə həyata keçirilmiş üstünün yerində yoxlanılması və evinə baxış keçirilməsi əməliyyat tədbirləri və təqdim olunan əşyaya baxış və götürmə istintaq hərəkəti zamanı, habelə müdafiəçisinin iştirakı ilə aparılmış dindirmə (həmçinin sonradan müqavilə üzrə müdafiəçisinin iştirakı ilə aparılmış əlavə dindirmələr) istintaq hərəkətləri zamanı arvadının ağır xəstəliyi və maddi vəziyyətinin zəif olması ilə əlaqədar əldə etdiyi narkotik vasitələrə müştəri tapmaqla satışını həyata keçirərək, eləcə də narkotik vasitələri ona bildirilmiş ünvanlara yerləşdirməklə qazanc əldə etmək məqsədinin olması ilə bağlı verdiyi etirafedici ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
68. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
69. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
70. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
71. Hökmün 70-ci bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
72. Qeyd edilənlərə əsasən, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək bacanağı Şahid3 məxsus ünvan 3 ünvanına qədər daşıyaraq həmin evin zirzəmisində saxlayaraq gizlətməsi, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsinə (narkotik vasitələrin sifarişinə) dair istifadəsində olan mobil telefona (birbaşa onun özünün ünvanına) daxil olmuş sms-mesajlardan, həmçinin həmin narkotik vasitə qurudulmuş marixuana vasitəsilə qazanc əldə etmək məqsədinin olması barədə fasiləsiz videoçəkilişlə aparılmış əməliyyat-axtarış tədbirləri və istintaq hərəkəti, müdafiəçisinin (o cümlədən müqavilə üzrə müdafiəçisinin) iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.
73. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, ittihamda göstərilən şəraitdə piyada hərəkətdə olarkən deyil, avtomobildən düşərkən saxlanılması, polis əməkdaşlarının onun Bakı şəhərindəki müvəqqəti yaşayış yerinə hasardan keçərək daxil olmaqla ailə üzvlərini narahat etməsi, gah müvəqqəti yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olması (şəxsi istehlakı məqsədi ilə), gah da həmin qanunsuz predmetin ona məxsus olmamaqla polis əməkdaşlarının evə baxış keçirməsindən sonra “meydana çıxması”, habelə arvadının narahat edilməməsi, o cümlədən bacanağının da həbs olunmaması üçün aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmasını boynuna almasına dair etirafedici məzmunda ifadələr verməyə məcbur edilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
74. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
75. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 70-ci bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə) cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
76. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq ehtimal əsasında “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Əmi” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlanması, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gəlib, “Əmi” adlı şəxsin “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərdiyi Bakı şəhəri Qaradağ rayonu ərazisindən istintaqa məlum olmayan dəqiq ünvandan əldə etməsini” göstərməklə kifayətlənmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə qənaətə gələrkən yalnız təqsirləndirilən şəxsin qeyri-müəyyən və hər hansı digər mötəbər sübutla təsdiq olunmayan sözlərinə əsaslanmış, cinayət əməlində “əlbirlik” əlamətinin konkret olaraq öz təsbitini hansı epizodlarda tapması, eləcə də “əlbir olduğu” naməlum şəxs və ya şəxslərin şəxsiyyəti müəyyən edilməmiş, o cümlədən qeyrimüəyyən şəxslərlə aralarında real şəkildə birgə cinayət törədilməsinə dəlalət edən hər hansı danışıqların aparılmasına (hər hansı tapşırığın verilməsi, vəzifə bölgüsünün təşkili və sair) dair sübut təqdim edə bilməmiş, əksinə təqsirləndirilən şəxsin yalnız özünün təkbaşına şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hallara istinad etmişdir. Həmçinin ittiham tərəfinin məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin əməllərində CM-in 234.4.1-ci maqddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edə biləcək hər hansı tutarlı dəlil təqdim edə bilməməsi nəzərə alınmalıdır.
77. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
78. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
79. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
80. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
81. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
82. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Əmi” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlanması, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gəlib, “Əmi” adlı şəxsin “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərdiyi Bakı şəhəri Qaradağ rayonu ərazisindən istintaqa məlum olmayan dəqiq ünvandan əldə etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
83. Məhkəmə eyni zamanda müdafiə tərəfinin təkidlə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə videoçəkilişlə sonuncunun yaşayış yerində həyata keçirilmiş əməliyyat-istintaq hərəkətlərinin CPM-in tələblərinin kobud pozulmaqla yerinə yetirilməsinə dair iddialarının işin faktiki halları və prosessual qanunvericiliyin tələbləri baxımından tam olaraq təkzib edildiyini qeyd edir.
84. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
85. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
86. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
87. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
88. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 18-20, 23-24 və 26-cı bəndlərində qeyd edildiyi kimi fasiləsiz videoçəkilişlə üzərində yerində üstünün yoxlanılması və evinə baxış keçirilməsi əməliyyat tədbirləri, təqdim olunan əşyaya baxış və götürmə keçirilməsinə dair istintaq hərəkəti həyata keçirilərkən, barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə qapalı məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 18-20, 23-24, 26 və 44-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra özünün iddia etdiyi kimi hər hansı psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (həmçinin sonradan müqavilə üzrə müdafiəçisinin iştirakı ilə verdiyi əlavə ifadələrində) və videoçəkiliş vasitəsilə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkəti zamanı verilən suallara ətraflı cavablar verməklə evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı maddi imkanının aşağı olması ilə əlaqədar ona bildirilən ünvanlara qoymaqla narkotik vasitə və müəyyən məbləğlərdə qazanc (4000-5000 manat) əldə edəcəyini xüsusi vurğulayaraq fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı məlumat verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı guya polis əməkdaşları tərəfindən pisixi təzyiqlərə məruz qalaraq sonuncuların onun ailə üzvlərini narahat etməsi, habelə polis əməkdaşlarının evə baxış keçirmək üçün hasardan tullanaraq içəri daxil olmalarına dair bildirdikləri xüsusatlar evə baxış keçirilməsinə dair əməliyyat tədbirində birbaşa iştirak etmiş, həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş qohumu (bacanağı) Şahid3 ifadələri ilə tamamilə təkzib edilərək həqiqətə uyğunluğu inkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrinə digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi və hər hansı digər sübutla öz təsdiqini tapmayan ifadələrinə tənqidi yanaşılmaqla sübut kimi qiymətləndirilmədən rədd edilməlidir.
89. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
90. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.
91. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur
92. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
93. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
94. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
95. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
96. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
97. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1(bir) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində 1(bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, arvadının ağır onkoloji xəstəlikdən əziyyət çəkməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, narkomaniya xəstəliyindən müalicə olunmaqla tam sağalaraq normal həyat tərzinə geri qayıtmaq istəməsini, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini və 43 yaşında olmaqla məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
98. CM-in 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
99. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 2.3-cü maddəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, bu Qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 (bir) ildən artıq olmayan şəxslər (məhkumlar) cəzadan azad edilirlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.2-ci maddəsinə əsasən məhkəmələr bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) (5.2.1-ci bənd); bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) (5.2.2-ci bəndi); bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) (5.2.3-cü bəndi).
100. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 7 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilərək CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarı tətbiq edilərək cəzası 6 (altı) ay azaldılmaqla CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 30 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qeyd edilən iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 1(067)-119/2025 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs az ağır cinayət əməlinin törədilməsinə görə Xaçmaz Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 1(067)- 119/2025 nömrəli hökmü ilə təyin edilmiş bir ildən artıq olmayan azadlıqdan məhrum etmə cəzası hökmün 99-cu bəndində göstərilənlərə əsasən amnistiyanın təsiri altına düşməsinə baxmayaraq, qeyd edilən amnistiya hazırkı tarixədək ona tətbiq edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16, 2.3 və 5.2-ci bəndlərinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 1(067)-119/2025 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilməlidir.
101. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.
102. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
103. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
104. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
105. CM-in 56.1.2-ci maddəsinin tələbinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
106. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
107. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
108. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 8 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 9 iyul 2025-ci il tarixli, 4(008)-326/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutularaq saxlanıldığı 8 iyul 2025-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 4 noyabr 2025-ci il tarixli, 4(008)-505/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 23 noyabr 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
109. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 8 iyul 2025-ci il tarixdən hesablanmalıdır.
110. Məhkəmə hökmün 38-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
111. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
112. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-nin saxlanma kamerasında saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1029,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” əməliyyat tədbirləri və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü 3 (üç) ədəd, "xxxx" və "xxxx" MMC-dən götürülmüş 2 (iki) ədəd, ümumilikdə 5 (beş) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
113. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
114. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
115. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
116. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
117. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X14 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
118. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 8 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16, 2.3 və 5.2-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 1(067)-119/2025 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilsin. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1029,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və 5 (beş) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.