Məhkəmə qərarları › İş №1(101)-1939/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1939/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1939/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X4 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Sabirabad rayonunun Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 86, mənzil 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihama görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan «İbrahim» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən vaxtda külli miqdarda psixotrop maddələri əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvanlara çatdırılması üçün onun istifadəsində olan ***-***-**-** nömrəli «Samsung A52» markalı mobil telefonda «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə «İbrahim» adlı şəxsin istifadəsində olan +98-***-***-**-** nömrə ilə əlaqə saxlayıb istintaqa məlum olmayan şəxs tərəfindən müxtəlif ünvanlara qoyularaq göndərilmiş istintaqla müəyyən edilməyən yerdən külli miqdarda ümumi təmiz çəkisi 66,621 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq bir qismini üzərində, bir qismini isə kirayə yaşadığı mənzildə saxlamış, onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27 fevral 2024-cü il tarixdə saat 16:30-da ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2ləşən DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,270 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, sol yan cibindən bir ədəd «Samsung A-52» markalı və bir ədəd «Redmi» markalı mobil telefonlar aşkar edilərək götürülmüş, bunun davamı olaraq həmin tarixdə saat 19:35-də onun yaşadığı ünvan 3 ünvanında müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə mənzilə baxış keçirilərkən yataq otağındakı dolabda gizlətdiyi bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 57,351 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamin götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər də psixotrop maddələrdən istifadə etmişdir. Tutulmazdan bir müddət əvvəl özünü İbrahim adı ilə təqdim edən İran İslam Respublikasının vətəndaşı özü ona zəng etmiş, əvvəlcə guya nömrəni səhv yığdığını bildirmiş, daha sonra onlar telefonda söhbət etmişlər və o, psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra o, bir neçə dəfə həmin İran vətəndaşının təklifi ilə müxtəlif ünvanlarda yerləşdirilmiş narkotik vasitələri götürüb həmin şəxsin dediyi başqa ünvanlara yerləşdirmiş, bunun qarşılığında da həmin İbrahim adlı şəxs ona metamfetamin vermişdir. O, törətdiyi əməldən çox peşmandır. Şahid1 məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxsə verilən çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu mənzilin qarşısında deyil, evin içində tutmuşlar. Saxlanılan zaman üzərində heç bir qanunsuz maddə olmamış, üzərindən aşkar edilmiş psixotrop maddəni ona polis əməkdaşları özləri vermişlər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və şəxs “Neapol dairəsi” yaxınlığında saxlanılaraq Baş İdarəyə dəvət olunmuş, şəxsi axtarış zamanı üzərindən psixotop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddəni İİR vətəndaşından götürdüyünü, bir qisminin də evində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilən baxış zamanı şəxs yataq otağındakı dolabdan bir bükümdə metamfetaminə bənzər maddəni çıxararaq təqdim etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həyat yoldaşı evdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə münasibətləri vardır. Polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə gələrək evə baxış keçirmişlər, baxış zamanı evdən ağ sellofanda metamfetamin aşkar olunduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs belə işlərlə məşğul olmasından məlumatsız olmuşdur. O, ümumiyyətlə narkotik vasitədən istifadə etmir. Evə gələn polis əməkdaşları mülki formada olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, makler kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs yaşadığı mənzili də onun vasitəçiliyi ilə kirayə tutmuşdur. Onun hazırkı cinayət işi ilə bağlı başqa məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul olmasına dair heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 Gülhüseyn qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsindən keçən zaman polis əməkdaşları tərəfindən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsində eyni cinsili şəxs kimi iştirak etmək üçün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş və axtarışda iştirak etmişdir. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilərək hüquqları izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, əşya və ya sənədlər varsa könüllü təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli maddə olan kütləni çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğunu soruşduqda bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki psixotrop maddə metamfetamindir, həmin maddəni «İbrahim» adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində gizlədilən yerdən şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə bundan əvvəl 2 ay ərzində «İbrahim»in tapşırığı ilə 5 dəfə onun göndərdiyi narkotikləri müxtəlif yerlərə çatdırdığının əvəzində ona üzərindən aşkar edilən metamfetmini göndərmişdir. Bundan başqa, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində axtarış aparmağı ona təklif etdikdən sonra sonuncunun üzərində axtarış aparmış və əynində olan gödəkçənin sol yan cibindən bir ədəd açar, «Samsung» və «Redmi» markalı mobil telefonlar aşkar edilmişdir. Mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin psixotrop maddə elektron tərəzidə çəkilərkən çəkisi 10 (on) qram olduğu məlum olmuşdur. Bundan sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi telefon nömrələrini demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs metamfetamini özü istifadə etdiyini, Xətai rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra bu barədə müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra həmin İdarədən çıxıb getmişdir. (i/v: 156-158) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid6 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, digər Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. (i/v: 133-137) Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. O, təxminən 3-4 il olar ki, həmin mənzili maklerlər vasitəsi ilə müxtəlif şəxslərə kirayəyə verir. 2024-cü ilin yanvar-fevral aylarında İdris adlı makler onun evində kirayəçi kimi yaşaması üçün Şahid3 və onun arvadı Təqsirləndirilən şəxs gətirmiş, o da həmin şəxslərin ailə olduğunu düşünüb onlarla razılaşaraq evini həmin şəxslərə kirayəyə vermişdir. Həmin şəxslər onun evində təxminən iki ay kirayəçi kimi qalmış, bu müddət ərzində onlardan hər hansı bir şikayət almamışdır. (i/v: 147-154) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - “şəxsi axtarış və götürmə aparılması haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd açar, 01 ədəd «Samsung» və 01 ədəd «Redmi» markalı mobil telefonlar aşkar edilmişdir. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 10 qram olmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs həmin maddəni «İbrahim» adlı şəxsin qoyduğu Abşeron rayonu Xırdalan şəhəri ərazisində gizlədilən yerdən istifadə etmək məqsədilə əldə etdiyini, bundan əvvəl 2 ay ərzində «İbrahim»in tapşırığı ilə 5 dəfə sonuncunun göndərdiyi narkotikləri müxtəlif yerlərə çatdırdığını, əvəzində ona üzərindən aşkar olunan metamfetamini göndərdiyini, ***-***-**-**, ***-***-**-** və +98- ***-***-**-** “Whatsapp” nömrələrini istifadə etdiyini, Xətai rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını və saxladığı narkotik maddələri təqdim edə biləcəyini, evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. (i/v: 31-33) - «Evə baxış keçirilməsi və götürmə haqqında» 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs evdə qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yataq otağındakı dolabda gizlətdiyi içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 ədəd şəffaf sellofan paketi çıxarıb təqdim etmişdir. Paketdə olan metamfetmin elektron tərəzidə çəkilmiş və çəkisi 64 qram olmuşdur. Bundan sonra baxış keçirilmiş, lakin iş üçün əhəmiyyəti olan başqa əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. (i/v: 38-39) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disklər məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və həmin video görüntülərin «Şəxsi axtarış və götürmə aparılması haqqında» və «Evə baxış keçirilməsi və götürmə haqqında» protokolların məzmunu ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. - «Mobil telefona baxış keçirilməsi haqqında» 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***-**-** mobil telefon nömrəsi olan «Samsung Galaxy A52» markalı və üzərində ***-***-**-** mobil telefon nömrəsi olan «Redmi» markalı mobil telefonlara Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhər 13 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, «Samsung Galaxy A52» markalı mobil telefonda olan «Whatsapp» tətbiqində yaddaşda adı fars dilinə aid hərflərlə yazılmış ad altında +98 938 *** ** ** saylı nömrə qeyd edilmişdir. Bundan başqa, üzərində ***-***-**-** nömrəsi olan «Samsung Galaxy A52» markalı mobil telefonunun «Galery» tətbiqində narkotik vasitələrin və psixotrop maddələrin qablaşdırılmış şəkildə olmasına oxşar 3 ədəd fotoşəkillər aşkar edilmişdir: üzərində «28 yanvar 16:56» qeydi olan fotoşəkildə 05 ədəd, üzərində «28 yanvar 17:58» qeydi olan fotoşəkildə 9 ədəd, üzərində «6 fevral 19:23» qeydi olan fotoşəkildə isə 31 ədəd müxtəlif ölçülərdə qeyri-müəyyən formada və müxtəlif rənglərdə skotçlarla bağlanmış sellofan bağlamaların olması müşahidə olunmuşdur. Üzərində ***-***- **-** nömrəsi olan «Redmi» markalı mobil telefonunda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Tədqiq olunan protokoldan həmçinin görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, istifadə etdiyi «Samsung Galaxy A 52» markalı mobil telefonda olan fotoşəkillərdə olan bağlamalarda narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlamaların fotoşəkillərini o özü çəkib «İbrahim»ə göndərmişdir ki, «İbrahim»dən qəbul etdiyi narkotik vasitələr bunlardı. Fotoşəkillərdə olan narkotik vasitələri nə vaxt aldığını və satdığını, kimlərə satdığını dəqiq bilmir. Psixotrop maddə metamfetamini isə «İbrahim» ona narkotik vasitə qurudulmuş marixuananı aldığı və satdığı üçün gördüyü işin zəhmət haqqının ödənilməsi kimi ona göndərmiş və metamfetamini o özü qəbul etmək üçün əldə etmişdir. “Whatsapp” tətbiqində yaddaşda adı fars dilinə aid hərflərlə yazılmış +98 938 *** ** ** saylı telefon nömrəsi iranlı kimi tanıdığı «İbrahim» adlı şəxsə aiddir. Baxış zamanı protokol və fotocədvəl tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. (i/v: 178-181) - «CD diskə baxış keçirilməsi haqqında» 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrələrinə 01 noyabr 2023-cü il tarixdən 27 fevral 2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüşdür. "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskə Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhər 13 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 20:36-da Abşeron rayonu Xırdalan şəhərində, həmin gün saat 20:39-da Binəqədi rayonu, Xırdalan qəsəbəsində, xx.xx.2024-cü il tarixdə saat 20:39-da Binəqədi rayonu, Xırdalan qəsəbəsində, xx.xx.2024-cü il tarixdə saat 21:33də Abşeron rayonu Xırdalan şəhərində istifadə olunmuşdur. ***-***-**-** nömrəsi ilə olan mobil telefon isə Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 00:06-dan saat 00:59-a qədər Abşeron rayonu, Saray qəsəbəsi və Xırdalan şəhərində istifadə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Abşeron rayonuna gedəndə ***-***-**-** və ***-***-**-** mobil nömrələrini üstündə olan «Samsung Galaxy A52» və «Redmi» markalı mobil telefonları yalnız «Whatsapp» tətbiqində istifadə edirmiş, 27 fevral 2024-cü il tarixdə DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun üzərindən götürülmüş 9,270 qram psixotrop maddə metamfetamini və yaşadığı ünvan 5 ünvanında götürülmüş 57,351 qram psixotrop maddə metamfetamini Abşeron rayonu Xırdalan şəhəri ərazisindən götürmə tarixi dəqiq yadında qalmamışdır. (i/v: 172-177) - Məhkəmə-kimyəvi ekspertizası üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/1172 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərfələr üçün №7» dairəvi möhür əksi olan iki ədəd zərfdə: -üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar....» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,270 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar.... » sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində 1 (bir) ədəd selofan paketdə təmiz çəkisi 57,351 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş 1 (bir) ədəd sellofan bükümdə və 1 (bir) ədəd sellofan paketdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. (i/v: 48-53) - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3002 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: 143-144) Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan bəzi xüsusatlara qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının onu evdən tutduqlarını, saxlanılan zaman üzərindən heç bir qanunsuz maddənin olmadığını, üzərindən aşkar olunmuş psixotrop maddəni polis əməkdaşlarının onun üzərinə yerləşdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxslə qeyri-rəsmi ailə münasibətlərində olan Şahid3 öz ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə gələrək evə baxış keçirdiklərini, baxış zamanı evdən ağ sellofanda metamfetamin aşkar olunduğunu gördüyünü bildirmişdir. Başqa sözlə, həmin zaman evdə olmuş Şahid3 polis əməkdaşlarının təqsirləndirilən şəxsi evdən tutmaları ilə bağlı ifadə verməmiş, əksinə Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə evə gəldiyini, onun iştirakı ilə evə baxış keçirildiyini və evdən ağ sellofanda metamfetamin aşkar edildiyini bildirmişdir. Bundan başqa, məhkəmə, təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması, üzərindən aşkar edilmiş psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilməsi ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, cinayət işinin materiallarında olan ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin üzərindən və mənzilindən aşkar edilmiş psixotrop maddə metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Həmçinin təqsirləndirilən şəxs öz ifadəsinin davamında polis əməkdaşları tərəfindən heç bir təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi öz təsdiqini tapmamışdır. Həmçinin təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, onun mobil telefonuna və istifadəsində olan mobil telefon nömrəsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokollarla Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşının vasitəsi ilə əldə etdiyi narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində cinayətin törədilməsi üsulu və mexanizmi barədə tam təfsilatlı məlumat vermiş, məhkəmə iclasında isə bir-biri ilə ziddiyyətli və inandırıcı olmayan ifadələr verməklə, yalnız ağır cinayətin törədilməsi ilə bağlı məsuliyyətdən yaxa qurtarmağa, əməlinin daha yüngül maddəyə tövsif olunmasına nail olmağa çalışmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, ağır cinayətin törədilməsi ilə bağlı məsuliyyətdən yaxa qurtarmaq və əməlinin daha yüngül maddəyə tövsif olunmasına nail olmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilib götürülmüş psixotop maddə metamfetaminin ümumi təmiz çəkisi 66 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 66 qramdan artıq çəkidə metamfetamin əldə edib, daşıyıb saxlaması, həmin maddənin onun üzərindən və mənzilindən aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs qeyd olunan kütləni İran İslam Respublikasının vətəndaşı “İbrahim” adlı şəxsdən əldə etməsi, həmçinin təqsirləndirilən şəxsin “Whatsapp” tətbiqi vasitəsi ilə qeyd edilən şəxslə olan yazışmaları, mobil əlaqələri, təqsirləndirilən şəxsin mobil telefonunda müxtəlif vaxtlara aid paketlənmiş şəkildə olan narkotik vasitələrin fotoşəkillərinin mövcud olması təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən «İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır». Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri «birgə» olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı ittihamla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı İbrahim adlı şəxsdən əldə etməsi, onun göstərişi və tapşırığı əsasında hərəkət etməsi, götürdüyü narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməklə şəkillərini İbrahim adlı şəxsə göndərməsi ilə bağlı razılıq əldə etmələri onların cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrinə dəlalət edir. Buna görə də, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini külli miqdarda alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 113) Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs qadın olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X2 adlı bir qızı var. (i/v: 159) Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2024-cü il tarixli, 3002 saylı rəyi əsas götürülməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: 22), Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablanmışdır (i/v: 92- 97). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 66,521 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olub, Xətai RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd «Samsung Galaxy A52» və bir ədəd «Redmi» markalı mobil telefonlar təqsirləndirilən şəxsə verilməsi üçün onun yaxın qohumlarına təhvil verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində psixotrop maddələrin üzərində və evində aşkar edilib götürülməsini əks etdirlən 02 ədəd DVD disk, mobil telefonlarla ötürülən məlumatlarla olan "xxxx" MMC-dən alınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 50 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 66,521 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olub, Xətai RPİ-nin saxlanc yerində saxlanılan «Samsung Galaxy A52» və bir ədəd «Redmi» markalı mobil telefonlar təqsirləndirilən şəxsə verilməsi üçün onun yaxın qohumlarına təhvil verilsin, həmçinin Təqsirləndirilən şəxs barəsində psixotrop maddələrin üzərində və evində aşkar edilib götürülməsini əks etdirlən 02 ədəd DVD disk, mobil telefonlarla ötürülən məlumatlarla olan "xxxx" MMC-dən alınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar