Məhkəmə qərarları › İş №1(101)-194/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-194/2020

04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-194/2020 04.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx xxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abidin küçəsi, ev 163-də qeydiyyatda olub, Abşeron rayonuXırdalan şəhəri, «Kristal Abşeron» yaşayış massivi 2, bina 9, mənzil 185-də kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri, xx xxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəriNəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, bina 24A, mənzil 58-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Katibliyinin kiçik inspektoru (məxfiçilik üzrə) vəzifəsində, ədliyyə baş giziri rütbəsində xidmət edərkən 2015-ci ilin mart-iyul ayları ərzində Bakı və Xaçmaz şəhərlərində əri Təqsirləndirilən şəxs2 ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olduğu qrupda yaxın münasibətlərdə olduqları Xaçmaz rayon sakini Şahid1 Penitensiar xidmətə işə qəbul olunmaq istədiyini yəqinliklə bilib, qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə Şahid1lə dəfələrlə görüşüb sonuncunun əmlakını qanunsuz olaraq ələ keçirmək niyyəti ilə özünü Penitensiar xidmətin rəhbərliyi ilə yaxın münasibətdə olan şəxs kimi təqdim edərək geniş səlahiyyət və nüfuza sahib olduğunu bildirib, həmin qurumun vəzifəli şəxslərinə pul verməklə Şahid1 Penitensiar Xidmətin Quba və ya Xaçmaz rayonunda yerləşən müəssisələrindən birinə zabit qismində işə qəbul etdirə biləcəyinə inandıraraq, bu məqsədlə vəzifəli şəxslərə 6.000 (altı min) manat məbləğində rüşvət verməyə sövq edib, öz qulluq mövqeyindən istifadə etməklə 2015-ci ilin mart ayında qrup üzvü Təqsirləndirilən şəxs2 Şahid1 etibarından sui-istifadə edərək 3.000 (üç min) manat məbləğində pulu sonuncudan Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsində, 2015-ci ilin may ayında 1.300 (min üç yüz) manat pulu Şahid1 atası Şahid2 onun yaşadığı ünvan 1 ünvanda, 2015-ci ilin iyul ayında 1.700 (min yeddi yüz) manat pulu özünün yaşadığı ünvan 2 ünvanda şəxsən alaraq, ümumilikdə Şahid1 6.000 (altı min) manat məbləğində pulunu qəbul edib şəxsi ehtiyaclarına sərf edərək xeyli miqdarda ziyan vurmaqla, özgənin əmlakını əvəzsiz olaraq dələduzluqla ələ keçirib, Şahid1 vəzifəli şəxsə qanunsuz hərəkətlərinə görə xidməti vəzifələrin icrası ilə əlaqədar rüşvət verməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 2015-ci ilin mart-iyul ayları ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Katibliyinin kiçik inspektoru (məxfiçilik üzrə) vəzifəsində, ədliyyə baş giziri rütbəsində xidmət edən arvadı Təqsirləndirilən şəxs1 ilə birgə Bakı və Xaçmaz şəhərlərində özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olduğu qrupda yaxın münasibətlərdə olduqları Xaçmaz rayon sakini Şahid1 Penitensiar xidmətə işə qəbul olunmaq istədiyini yəqinliklə bilib, qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Şahid1lə dəfələrlə görüşüb sonuncunun əmlakını qanunsuz olaraq ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 Penitensiar xidmətin rəhbərliyi ilə yaxın münasibətdə olan şəxs kimi təqdim edərək geniş səlahiyyət və nüfuza sahib olduğunu bildirib, həmin qurumun vəzifəli şəxslərinə pul verməklə Şahid1 Penitensiar Xidmətin Quba və ya Xaçmaz rayonunda yerləşən müəssisələrindən birinə zabit qismində işə qəbul etdirə biləcəyinə inandıraraq, bu məqsədlə vəzifəli şəxslərə 6.000 (altı min) manat məbləğində rüşvət verməyə sövq edib, 2015-ci ilin mart ayında Şahid1 etibarından sui-istifadə edərək 3.000 (üç min) manat məbləğində pulu sonuncudan Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsində, 2015-ci ilin may ayında 1.300 (min üç yüz) manat pulu Şahid1 atası Şahid2 onun yaşadığı ünvan 1 ünvanında, Təqsirləndirilən şəxs1 isə 2015-ci ilin iyul ayında 1.700 (min yeddi yüz) manat pulu yaşadığı ünvan 2 ünvanında alaraq, ümumilikdə Şahid1 6.000 (altı min) manat məbləğində pul vəsaitini qəbul edib şəxsi ehtiyaclarına sərf edərək xeyli miqdarda ziyan vurmaqla, özgənin əmlakını əvəzsiz olaraq dələduzluqla ələ keçirib, Şahid1 vəzifəli şəxsə qanunsuz hərəkətlərinə görə xidməti vəzifələrin icrası ilə əlaqədar rüşvət verməyə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1999-cu ildən etibarən Penitensiar xidmətdə müxtəlif vəzifələrdə işləmiş, 2019-cu ilin oktyabr ayında təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs2 onun keçmiş həyat yoldaşıdır. 2010-cu ilin mart ayında sonuncu ilə ailə qurmuş, birgə nikahdan Nihat Əlizadə adlı oğlu dünyaya gəlmişdir. xx xxx 2015-ci il tarixdə rəsmi qaydada boşanmışlar. Uşağı saxlamağa maddi imkanı olmadığından onu Əhmədli qəsəbəsində yerləşən «SOS» uşaq evinə yerləşdirmişdir. Şahid1 2013-2014-cü illərdə Rövşənin dostu kimi tanımış, sonuncu bir neçə dəfə onlarda qonaq qalmışdır. Penitensiar Xidmətdə işləyərkən Xaçmaz rayonunda 1 saylı məntəqə tipli çəzaçəkmə müəssisəsinin kargüzarlığını yoxlamaq üçün ezamiyyətə gedəndə, Rövşənlə birlikdə Fuadın Xaçmaz rayonunda yerləşən evində qonaq olmuşdur. 2015-ci ildə Rövşən avtomobillə qəzaya düşmüş, sonuncu digər nəqliyyat vasitələrinə dəymiş ziyanı ödəmək üçün Fuaddan borc pul almışdır. Rövşən aldığı borcu qaytara bilmədiyinə görə Fuaddan gizlənməyə başlamışdır. Bu səbəbdən Fuad bir neçə dəfə ona zəng edib Rövşənin yerini soruşmuş, hətta bir dəfə onun Biləcəridəki evinə də gəlmişdir. Fuada Rövşənlə boşandıqlarını və heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. Fuad maddi imkanı aşağı olduğundan Rövşəndən pul ala bilməyəcəyini başa düşüb, əsassız olaraq güya onun işə düzəltmək adı ilə pul aldığı barədə Penitensiar xidmətə şikayət etmişdir.Nə birbaşa, nə də Rövşənin vasitəsi ilə işə düzəltmək adı ilə Fuaddan pul almamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittihamlarüzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2010-cu ildə Təqsirləndirilən şəxs1 ilə ailə qurmuş və 2015-ci ildə boşanmışlar. Həmin nikahdan bir övladı vardır. Evli olduqları müddət ərzində Gülnarənin Biləcəri qəsəbəsində yerləşən evində qalmışdır. Şahid1 təxminən 2005-2006-cı illərdən tanımış, onlar eyni küçədə kirayə yaşamışlar. Fuadın kirayə yaşadığı evində usta işləri görmüşdür. Sonradan aralarında ailəvi dostluq münasibətləri yaranmışdır. Gülnarə ilə evləndikdən sonra Fuad onların qaldığı evə gəlmiş, onlar da sonuncunun Xaçmaz şəhərindəki evinə qonaq getmişlər. 2015-ci ildə Bakı şəhərində «Şamaxinka» adlanan ərazidə istifadəsində olan «Saipa» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmiş, nəticədə «Lexus» və «Nissan Pathfinder» markalı avtomobillər əzilmişdir. Yaxınlıqda yol polisi olmadığına görə onlar məsələni öz aralarında həll etmişlər. O, hər iki avtomobilin təmirini öz öhdəsinə götürmüşdür. Buna görə də hadisə rəsmi qeydiyyata alınmamışdır. Ziyanın həcmi 4300 manat olmuşdur. Çətin vəziyyətə düşdüyünü bildirib Fuaddan borc istəmişdir. Sonuncu ertəsi gün «Şamaxinka» adlanan ərazidə ona 2.500 manat borc vermiş, o da həmin pulu söz verdiyi şəxslərə çatdırmışdır. 2-3 gündən sonra Fuad ona əlavə 1.800 manat göndərmişdir. Həmin pulu da avtomobillərini vurduğu sürücülərə vermişdir. Qəza baş verdiyinə görə avtomobilinin kreditini ödəyə bilməmişdir. Buna görə də təxminən bir həftə sonra Xaçmaz rayonuna gedərək Fuaddan əlavə 700 manat da borc almışdır. Bununla da Fuada 5.000 manat borcu yaranmışdır. Sonuncu tez-tez onunla telefonla danışıb, pulunu tələb etmiş, o işlərinin yaxşı getmədiyini, əlinə pul düşdükcə borcunu hissə-hissə ödəyəcəyini demiş, lakin Fuad pulu bütöv qaytarmasını istəmişdir. Sonradan Fuad onun pulu qaytara bilmədiyini görüb polisə şikayət edəcəyini demişdir. O, polisə şikayət etməməsini, notariusda aldığı borcu təsdiq edən müqavilə bağlamalarını bildirsə də, Fuad razılaşmamışdır. Fuadın atası Mənsur da işə qarışmış, pulu arvadı Gülnarədən almağını təklif etmişlər. O isə sonunculara boşandığını bildirmişdir. Beləliklə, onun pulu qaytara bilmədiyi görən Fuad, onun və Gülnarənin barəsində həqiqətə uyğun olmayan müraciətlər etmişdir. Həmin şikayətlərdə güya onun Gülnarə ilə birlikdə işə düzəltmək adı ilə Fuaddan 6.000 manat pul almaları qeyd edilmişdir. Gülnarənin bu məsələlərdən xəbəri olmamışdır. Fuaddan aldığı pulun 4.300 manatını avtomobillərini vurduğu şəxslərə vermiş, 700 manatını isə öz istifadəsində olduğu avtomobilinin kreditinə xərcləmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs2 2005-ci ildə tanımışdır. Həmin vaxt sonuncu ilə qonşu olmuşdur. Təqsirləndirilən şəxs2 onun kirayə yaşadığı evdə təmir işləri aparmışvə aralarında yaxınmünasibətləryaranmışdır.Sonradan Rövşən Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməkdaşı Təqsirləndirilən şəxs1 ilə ailə qurmuşvə sonuncunun Biləcəridə yerləşən evində yaşamışdır. Onların ailəvi münasibətləri olmuşdur. Gülnarə ona Penitensiar xidmətin məxfi hissəsinin rəis müavini vəzifəsində işlədiyini, baş leytenant rütbəsində olduğunu bildirmişdir. 2013-cü ildə işə düzəlmək istəmiş, bunun üçün bir sıra dövlət qurumlarına müraciət etsə də, işi alınmamışdır. Onun bu istəyi barədə Rövşənlə Gülnarənin də məlumatı olmuşdur. Təxminən 2014-cü ildə Gülnarə Təqsirləndirilən şəxs2lə Quba şəhərində yerləşən Pentensiar xidmətə aid müəssisədə yoxlama aparmaq üçün ezamiyyəyə gəlmişdir. Sonuncular həmin vaxt onun Xaçmaz şəhərində yaşadığı evdə qonaq olmuşlar. Söhbət əsasında Gülnarədən Penitensiar xidmətə işə düzəlmək üçün nə lazım olduğunu soruşduqda, sonuncu zabit kimi işə düzəlmək üçün 20.000-25.000 manat verməli olduğunu demişdir. O qədər pulu olmadığından söhbəti uzatmamışdır. 2015-ci ilin mart ayında Rövşən ona zəng edərək Gülnarənin onunla danışmaq istədiyini deyib, telefonu sonuncuya vermişdir. Gülnarə Penitensiar xidmətə zabit kimi işə düzəlmək istədiyi halda, təcili pul tapıb verməli olduğunu bildirmişdir. Gülnarəyə 20.000-25.000 manat pulunun olmadığını demişdir. Gülnarə Penitensiar xidmətin rəhbərliyinə müəyyən işlərdə köməklik etdiyini, buna görə də onun üçün müstəsna imkanlar yaradıldığını və onu 6.000 manata xidmətə zabit kimi işə düzəldə biləcəyini bildirmişdir. Sonuncu pulun 5.000 manatını rəhbərliyə verəcəyini deyib, 1.000 manatını isə özü üçün istəmişdir. Gülnarənin təklifi ilə razılaşmışdır. Sonuncu əvvəlcə pulun yarısını təcili olaraq Rövşənə çatdırmasını tapşırmışdır. Atası Şahid2 tanışlarından 3.000 manat borc pul götürüb ona vermiş, o da ertəsi gün həmin pulu Bakı şəhərində Rövşənə çatdırmışdır. İki aydan sonra, 2015-ci ilin may ayında Rövşən Gülnarənin tapşırığı ilə Xaçmaz rayonuna gəlib, ondan 1.300 manat pul götürmüş, iyun ayında isə pulun qalan 1.700 manatını Bakı şəhərində Gülnarənin evində sonuncuya vermişdir. Bundan sonra Rövşən onun bacısının toyunda iştirak etmişdir. Toydan bir müddət sonra o, işi ilə maraqlanmaq üçün Gülnarənin evinə getmişdir. X6 ilə bağlı qəbulun müvəqqəti dayandırıldığını, xidmətə qəbul bərpa ediləndən sonra işinin həll olunacağını bildirmişdir. Bu minvalla 2016-cı ilin aprel ayına qədər gözləmiş, işin alınmadığını görüb, verdiyi pulları tələb etməyə başlamışdır. Gülnarə avqust ayının 21-də məsələnin öz həllini tapacağını deyib, onu sakitləşdirmişdir. Həmin tarixdən sonra Gülnarə ona pul verilməsini danıb, pulu Rövşəndən istəməsini bildirmişdir. Aldadıldığını başa düşüb dostu Şahid6la birlikdə Bakı şəhərinə gəlib Rövşənlə görüşmüşdür. Sonuncu Gülnarədən pul istəməməsini xahiş edib, sentyabr ayının 15-dək pulu qaytaracağını bildirmişdir. Həmin tarixdə isə Rövşən zənglərə cavab verməmişdir. Odur ki, yenidən Gülnarə ilə görüşüb, pulunu tələb etmiş, sonuncu ona cəmi 1.500 manat pul çatdığını, həmin pulu da qaytarması üçün Rövşənə verdiyini demişdir. O, pulunu qaytarmayacaqları təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəyini demişdir. Təxminən 2017-ci ilin yanvar ayında Rövşən Xaçmaz rayonuna atası Şahid2 iş yerinə gəlib, pulu mart ayında qaytaracağını bildirmişdir. Bununla belə Rövşən yenə də onun pulunu qaytarmamışdır. Odur ki, Penitensiar xidmətə və digər hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 onun oğludur. Təqsirləndirilən şəxs2 və sonuncunun keçmiş arvadı Təqsirləndirilən şəxs1 Fuadla yaxın münasibətləri olmuşdur. Rövşən və Gülnarə ilk dəfə 2014-cü ilin yay aylarında onların Xaçmaz rayonundakı evində qonaq olmuşlar. Belə ki, Gülnarə Penitensiar xidmətin əməkdaşı kimi Quba rayonunda yerləşən həmin xidmətə məxsus müəssisəni yoxlamaq üçün ezamiyyətə gəlmişdir. Gülnarə onlara baş leytenant olmaqla Penitensiar xidmətin məxfi hissəsinin rəis müavini vəzifəsində işlədiyini bildirmişdir. Sonuncu oğlu Fuadın iş axtardığını bilib, onu Penitensiar xidmətə 20.000-25.000 manat pul müqabilində işə düzəldə biləcəyini demiş, lakin onun həmin məbləğdə pulu olmamışdır. 2015-ci ilin mart ayında Rövşən Fuada zəng edib, oğlunu Gülnarə ilə calaşdırmışdır. Danışıq zamanı Gülnarə Fuadı 6.000 manat müqabilində Penitensiar Xidmətə işə düzəldəcəyini bildirmiş, belə fürsətin bir də ələ düşməyəcəyini deyib, pulu səhər təcili olaraq əri Rövşənə çatdırmasını tapşırmışdır. Fuad bu söhbəti ona danışıb, Gülnarə ilə Rövşənə etibar etdiyini bildirib, ondan pul istəmişdir. Onun pulu olmasa da, oğlunu işə düzəltmək üçün Xaçmaz rayon sakini Əli adlı şəxsdən 3.000 manat borc pul alıb oğlu Fuada vermişdir. Sonuncu pulu Bakı şəhərində Rövşənə vermişdir. Bundan iki ay sonra 2015-ci ilin may ayında Rövşən və Gülnarə Fuada zəng edib, işin tez həll olunması üçün təcili 1.300 manat çatdırmasını demişdir. O, həmin pulu qardaşı Şahid5 borca götürmüşdür. Həmin vaxt Fuadın ayağı zədələndiyindən Bakıya gedə bilməmişdir. Odur ki, Rövşən Xaçmaz rayonuna gəlib, pulu onlardan götürmüşdür. 2015-ci ilin iyul ayında Rövşən və Gülnarə oğluna zəng edib, qalan 1.700 manatını istəmişlər. Fuad pulu olmadığından ona müraciət etmiş, o da mərhum qardaşı Bəhruz Quliyevdən 1.700 manat borc alıb, oğluna vermişdir. Fuad 2-3 gündən sonra Bakı şəhərinə gedib, pulu Gülnarənin evində sonuncunun özünə vermişdir. Həmin ərəfədə Gülnarə ölkədə keçirilən Avropa Oyunları ilə əlaqədar olaraq Penitensiar xidmətə qəbulun müvəqqəti olaraq dayandırıldığını, 2015-ci ilin oktyabr ayında isə xidmətin rəhbərliyinin dəyişdirilməsi ilə əlaqədar olaraq məsələnin yubandığını bildirmişdir. Sonralar Gülnarə və Rövşən müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışlar. 2016-cı ildə Gülnarə əvvəlcə pul almadığını bildirib, pulu Rövşəndən tələb etmələrini bildirmiş, daha sonra isə ona cəmi 1500 manat pul çatdığı, həmin pulu da qaytarması üçün Rövşənə verdiyini bildirmişdir. Bundan sonra aldadıqlarını başa düşmüş, Penitensiar xidmətə və digər orqanlara şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid1 həmyerli kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə Fuadın yaxın dostları kimi tanımışdır. 2015-ci ildə Fuad dostu Təqsirləndirilən şəxs2 və onun arvadı Təqsirləndirilən şəxs1 Penitensiar xidmətə işə qəbul olunmaq üçün hissə-hissə 6.000 manat pul verdiyini və yaxın vaxtda işə başlayacağını bildirmişdir. Lakin Fuad işə düzələ bilməmişdir. 2016-cı ilin aprel ayında Fuadla görüşlərinin birində sonuncu Təqsirləndirilən şəxs2lə arvadı Təqsirləndirilən şəxs1 onu aldatmalarından şübhələndiyini bildirmişdir. Bir müddət sonra Şahid1 qardaşı Şahid3 öz mobil telefonundan Gülnarənin mobil telefonuna zəng edib danışarkən sonuncularla birlikdə olmuşdur. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs1 Faiqə Fuadın tezliklə Penitensiar xidmətə işə düzələcəyini bildirmişdir. Hətta bir dəfə o, Fuadın xahişi ilə sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs2 Bakı şəhərində 4-cü mikrorayon ərazisində yaşadığı evə də getmişdir. Fuad həmin vaxt Rövşəndən pulunu tələb etmiş, sonuncu pulu qaytaracağını bildirib, Gülnarədən pul istəməməsini xahiş etmişdir. 2016-cı ildə dərs ilinin başlanması ərəfəsində Şahid1 onun yanında Təqsirləndirilən şəxs2 zəng etmiş, lakin sonuncu zəngə cavab verməmişdir. Odur ki, Fuadın xahişi ilə birlikdə Bakı şəhərinə getmişlər. Rövşəni tapa bilmədiklərinə görə, Gülnarənin evinə gedib onunla görüşmüşlər. Fuad Gülnarədən pulunu tələb etmiş, Gülnarə isə pulun əsas hissəsinin Rövşəndə olduğunu, sonuncunun ona cəmi 1.500 manat pul verdiyini bildirmişdir. Bundan bir müddət sonra, 2017-ci ilin yanvar ayında Rövşən Xaçmaz rayonuna Şahid2 iş yerinə gəlib, pulu tezliklə qaytaracağını demişdir. Sonradan Fuaddan eşitmişdir ki, pulu qaytarmadığına görə Gülnarə ilə Rövşənin hərəkətləri barədə müvafiq orqanlara şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki,Şahid2 onun həmyerlisidir. 2015-ci ilin mart ayında Xaçmaz rayonunda Mənsurla iş yerində görüşərkən sonuncu, ona təcili olaraq 3.000 manat borc pul lazım olduğunu demişdir. Mənsur rayonda xüsusilə hörmətli kişi olmuş və nadir hallarda kimdənsə borc pul istəmişdir. Odur ki, elə həmin gün evdən pul götürüb, Mənsura 3.000 manat borc vermişdir. Mənsur ona pulu oğlu Fuadın Penitensiar xidmətə işə düzəlməsi üçün verəcəyini bildirmişdir. Sonradan Mənsur oğlunu Penitensiar xidmətə işə düzəltmək üçün hansısa ər və arvada 6.000 manat pul verdiyini və işinin alınmadığı bildirmişdir. Buna baxmayaraq Mənsur onun pulunu hissə-hissə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid5 şahidlər Şahid6 və Şahid7 ifadələrinə oxşar ifadə verdilər. İbtidai istintiq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid Şahid4 ifadəsindən görünür ki, oğlu Şahid1 Bakı şəhərində ali məktəbdə oxuyarkən 4-cü mikrorayon ərazisində ünvanını bilmədiyi binada kirayədə yaşayarkən həmin bina sakini Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Onların bu tanışlığı sonradan yaxın dostluq münasibətinə çevrilmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə ailə qurandan sonra dəfələrlə Xaçmaz şəhərinə onlara qonaq gəlmişdir. Sonuncunun Penitensiar Xidmətdə işlədiyi barədə məlumatı olmuşdur. Gülnarə Fuadın iş axtardığını bilib onu Penitensiar xidmətə işə düzəldə biləcəyini demiş və bu işin 20.000-25.000 manata başa gələcəyini bildirmişdir. Sonuncuya deyilən məbləğə güclərinin çatmayacağını bildirmişdir. 2015-ci ilin mart ayında Gülnarə Fuadla telefonda danışaraq, onu Penitensiar xidmətə zabit kimi işə qubul edilməsi üçün 6.000 manat pul istəmiş, həmin puldan 5.000 manatın Penitensiar xidmətin rəisinə, 1000 manatın isə şirinlik kimi özünə çatacağını, 3000 manatı əvvəlcədən, yerdə qalan 3000 manatı isə əmr veriləndən sonra çatdırılmalı olduğunu bildirmişdir. Fuad bu barədə evdə danışmış və onlar razılaşmışlar. Bundan sonra əri Mənsur tanışından 3000 manat borc pul götürüb oğluna vermişdir. Həmin günün səhərisi Fuad Bakı şəhərinə gedib, həmin məbləğdə pulu Rövşənə çatdırmışdır. 2015-ci ilin may ayında Rövşən və Gülnarə Fuada zəng edib, təcili 1300 manat pul çatdırmaq lazım olduğunu demişdir. Əri Mənsur qardaşı Mehmandan həmin məbləğdə borc pul götürmüşdür. Səhərisi günü Rövşən Xaçmaz rayonuna onlara gəlmiş və əri Mənsur qardaşı Mehmandan borca götürdüyü 1300 manat pulu onun və digər ailə üzvlərinin yanında Rövşənə vermişdir. 2015-ci ilin iyul ayında Rövşən və Gülnarə oğluna zəng edib, işinin artıq həll olunduğunu, pulun qalan 1.700 manatını da vermək lazım olduğunu bildirmişdir. Mənsur rəhmətlik qardaşı Bəhruz Quliyevdən 1700 manat borc pul götürüb Fuada vermiş və sonuncu təxminən 2-3 gün sonra həmin məbləğdə pulu Bakı şəhərində Gülnarəyə çatdırmışdır. Bundan sonra əri dəfələrlə Rövşən və Gülnarəyə zəng edib oğlunun işi ilə maraqlanmış, sonuncular hər dəfə bir bəhanə gətirib işin yubandığını bildirmişlər. Rövşən və Gülnarə tərəfindən aldadıldıqlarını başa düşüb Penitensiar xidmətə və başqa qurumlara şikayətlər etmişdir. İşin 1-ci cildinin 204-209, 2-ci cildinin 56-63-cü vərəqələrindəki protokollar və fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs Şahid1 ifadəsi yerində yoxlanılarkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 onlarda qonaq olan zaman gecələdikləri otağı və Təqsirləndirilən şəxs2 pulu verdiyi masanı göstərmişdir. İşin 1-ci cildinin 198-203-cü vərəqələrindəki protokol və fotocədvəldən görünür ki, Şahid2 ifadəsi yerində yoxlanılarkən göstərdiyi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlarda qonaq olan zaman gecələdikləri otağı və Təqsirləndirilən şəxs2 pulu verdiyi masanı göstərmişdir. İşin 1-ci cildinin 193-197-ci vərəqələrindəki protokol və fotocədvəldən görünür ki, Şahid6 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə görüşdüyü kafeni və söhbət etdikləri masanı göstərmişdir. İşin 2-ci cildinin 85-159-cu vərəqələrindəki baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, Şahid1 istifadəsində olan ***-***-**-**, Şahid6 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-**, Şahid3 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək aparılmış danışıqlar, SMS ismarıclarının mətnləri, habelə həmin nömrələrə zəng edən və zəng olunan, eləcə də sms yazılan nömrələrin abonentlərinə dair məlumatlar, SMS ismarıcları göndərilən və danışıqlar aparılan zaman olduqları yer üzrə antena əhatə dairəsi haqqında «Azərcell», «Azərfon» və «xxxxxxx» MMC-dən sorğu əsasında götürülmüş məlumatlara keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid1 ***-***-**-** mobil telefon nömrəsi arasında 2015-ci ilin dekabr ayından etibarən sorğu olunan dövr ərzində mütəmadi, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid3 ***-***-**-** mobil telefon nömrəsi arasında 2016-ci ilin avqust ayından etibarən mütəmadi, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid2 ***-***-**-** mobil telefon nömrəsi arasında 2017-ci ilin iyul ayından, Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil telefon nömrəsi ilə isə 2016-cı ilin fevral ayından etibarən mütəmadi, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** nömrəsi ilə Şahid6 ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərində müvafiq olaraq 72 və 223 saniyəlik, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** nömrəsi ilə Şahid6 ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2015-ci il və xx.xx.2015ci il tarixlərində müvafiq olaraq 372 və 36 saniyəlik, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsi ilə Şahid2 ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarxlərində müvafiq olaraq 65 və 77 saniyəlik, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid1 ***-***-**-** mobil telefon nömrəsi arasında 2015-ci ilin mart ayından etibarən mütəmadi olaraq telefon danışıqları qeydə alınmışdır. İşin 2-ci cildinin 84-cü vərəqəsindəki protokoldan görünür ki, Şahid2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 Penitensiar xidmətə işə qəbulu ilə bağlı istifadə üçün onlara verilmiş suallar toplusuna keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, suallar toplusu A 4 formatlı kağızda, qara hərflərlə çap üsülü ilə yazılmış və 20 vərəqədən ibarət olmuşdur. Topluda olan sullar mövzular üzrə sıralanmışdır ki, ilk mövzü Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı mövzü olmuşdur. Digər suallar «Ombudsman», «Avropa Penitensiar qaydaları», «Beynəlxalq qızıl xaç komitəsi», «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya», «Cəzaçəkmə müəssisələrinin X5», «Mülki Müdafiə-mürəkkəb suallar», «Sıra Nizamnaməsindən test- müərrəkəb suallar», «Mürəkkəb suallar», «Peşə hazırlığı üzrə test (zabit heyəti)» başlığı altında olmaqla həmin mövzuları əhatə etmişdir. İşin 2-ci cildinin 161-178-ci vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, İş üzrə Şahid2 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 Penitensiar xidmətə işə qəbulu ilə bağlı istifadə üçün onlara verilmiş suallar toplusu maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 88-95-ci vərəqələrindəki sərhəd keçmə haqqında hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törətdikləri 2015-ci ilin mart-iyul ayları ərzində Azərbaycan Respublikası hüdudlarından kənarda olmamışlar. İşin 1-ci cildinin 210-214-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşin 1-ci cildinin 221-222-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxxxx 2019-cu il tarixli 72557-1219 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmələri barədə məlumat yoxdur. Həmçinin onların adlarına mülkiyyətçi kimi nəqliyyat vasitələri qeydiyyata alınmamışdır. İşin 1-ci cildinin 234-241-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2019-cu il tarixli 17/912068 nömrəli məktubundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan işə düzəltmək adı ilə pul almaları barədə müraciət etmişdir. Şahid1 Penitensiar xidmətə qulluğa qəbulu ilə bağlı müraciəti daxil olmamışdır. İşin 1-ci cildinin 110-cu vərəqəsindəki 6500 saylı Mühafizə alayının komadirinin xx xxxx 1999-cu il tarixli 144 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığından müddətdən artıq həqiqi hərbi xidmət etmək üçün gəldiyindən xidmətə qəbul edilərək alayın Kommunal məişət xidmətinin məsul icracısı vəzifəsinə təyin olunmuş və ona «kiçik çavuş» xüsusi rütbəsi verilmişdir. İşin 1-ci cildinin 112-ci vərəqəsindəki 6500 saylı Mühafizə alayının komadirinin xx xxxx 1999-cu il tarixli 155 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin alayın məxfi hissəsinin məsul icraçısı vəzifəsinə təyin olunmuşdur. İşin 1-ci cildinin 109-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Nazim Ələkbərovun xx xxxxxxxx 2007-ci il tarixli 698 ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, ədliyyə baş giziri Məmmədova X1 xidmətin Mühafizə alayında tutduğu vəzifədən azad olunaraq Penitensar xidmətin katibliyinin kiçik inspektoru (məxfiçilik üzrə) vəzifəsinə təyin olunmuşdur. İşin 1-ci cildinin 106-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənovun xx xxxx 2017-ci il tarixli 345 ş/h nömrəli əmrindən çıxarışından görünür ki, ədliyyə baş giziri Məmmədova X2 xidmətin katibliyinin kiçik inspektoru (məxfiçilik üzrə) vəzifəsindən azad olunub, həmin xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. İşin 1-ci cildinin 107-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənovun xx xxxxxx 2019-cu il tarixli 48 ş/h nömrəli əmrindən çıxarışından görünür ki, ədliyyə baş giziri Təqsirləndirilən şəxs1 həmin xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsindən azad olunub xidmətin Həbsxanasında eyni vəzifəyə təyin edilmişdir. İşin 2-ci cildinin 200-202 və 223-225-ci vərəqələrindəki qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nizami oğlu barələrində xx xxxxxxx 2019-cu il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 104-cü vərəqəsindəki Penitensiar xidmətin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xasiyyətləndirilmişdir. İşin 1-ci cildinin 246-247-ci vərəqələrindəki Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin xx xxxxxx 2019-cu il tarixli 083-10438-1219 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yaşamaqla barəsində təqsirləndirici material yoxdur. O, qonşuları və həmyaşıdları arasında müsbət xarakterizə olunur. İşin 1-ci cildinin 228-229-cu vərəqələrindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 2 nömrəli Kliniki psixiatriya xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli 1/959 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanaya stasionar müalicə üçün müraciət etməmişlər. İşin 1-ci cildinin 244-245-ci vərəqələrindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respubika Psixiatriya xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli 5736 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanaya müalicə üçün müraciət etməmişlər. İşin 1-ci cildinin 230-231-ci vərəqələrindəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx xxxxxx 2019-cu il tarixli **********78 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlərini təkzib edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmədə özünü təqsirli bilmədi, Təqsirləndirilən şəxs2 isə özünü qismən təqsirli bildi. Onların ittiham olunduqları cinayətləri törətmələri məhkəmə dindirilmiş şahid ifadələri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı sənədlər və işin digər faktiki halları ilə tam təsdiq olunduğundan, məhkəmə ifadələrinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birinə uyğun gələn sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə CM-nin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilməklə, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayələrində bir azyaşlı uşaqlarının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-nin 32.4, 312.2-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini CM-nin 61.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 32.4, 312.2-ci maddəsi ilə əlavə cəza da təyin edilməli və o, müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməlidir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 32.4, 312.2-ci maddəsi cərimə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən cəzaları tam toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və cərimə cəzaları təyin edilməli, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, təyin edilmiş cəzaların icrası Abşeron rayon İcra və probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Şahid2 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 Penitensiar xidmətə işə qəbulu ilə bağlı istifadə üçün onlara verilmiş suallar toplusu iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 61 (altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 178.2.1, 178.2.3, 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 8.000 (səkkiz min) manat cərimə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 8.000 (səkkiz min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaların icrası Abşeron rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Şahid2 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 Penitensiar xidmətə işə qəbulu ilə bağlı istifadə üçün onlara verilmiş suallar toplusu iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 61 (altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar