Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-194/2021 22.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlunda ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1982-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, məhəllə 1987, mənzil 21-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 5119,892 qram, külli miqdarda narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək əldə edib bükümlərə ayıraraq, üzərində və idarə etdiyi özünə məxsus «Jeep Wrangler» markalı **- KP-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə Nizami rayon X1 Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 saylı ünvanın yaxınlığında saxlanılaraq avtomobili ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 71 saylı ünvanda yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilib, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən həmin narkotik vasitədən bir ədəd qırmızı şəffaf sellofan bükümündə 73,042 qram, inzibati binanın həyətində isə idarə etdiyi «Jeep Wrangler» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı, avtomobilin yük yerindən qara rəngli, üzərində qızılı rəngli hərflərlə «DECHRMAK» sözləri yazılmış 1 ədəd sellofan torbanın içərisində 04 ədəd sellofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1994,5 qram, 1757,2 qram, 998,2 qram, 296,95 qram, cəmi 5046,85 qram, ümumilikdə isə təmiz çəkisi 5119,892 qram külli miqdarda narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan heroin və tiryək qəbul edir. Təxminən 14 ay əvvəl Astara rayonun İstisu kəndində yerləşən Məscidin qarşısında olan zaman orada qara rəngli sellofan torba olduğunu görüb, həmin torbanın içərisinə baxdıqda özü istifadə etdiyindən tanıdığı narkotik vasitə olan tiryək olmasını görüb həmin narkotik vasitəni götürüb, idarə etdiyi “Jepp-Wrangler” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra həmin narkotik vasitənin içərisinə baxarkən torbada olan narkotik vasitənin 4 hissəyə bölünərək qablaşdırıldığını görüb və həmin torbanı içindəki bükümlərlə avtomobilin yük yerinə qoyub və daha sonra bir qismini isə sellofan bükümdə götürüb üzərində saxlamışdır ki, ehtiyacı olduğu təqdirdə istifadə etsin. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində 85 saylı ünvanın yaxınlığında olan zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq onu idarə etdiyi “Jepp-Wrangler” markalı dövlət qeydiyyat nişanlı **-KP-*** olan avtomobili ilə polis idarəsinə gətirmişlər. Polis idarəsində xidməti otaqların birində videoçəkilişlə polis əməkdaşlarının və tanımadığı iki nəfər hal şahidlərinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmişlər. O isə əynində olan tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibində qırmızı selefona bükülmüş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryəkdir özünə məxsusdur, özü qəbul edir, həmin narkotik vasitəni təxminən 14 ay bundan əvvəl Astara rayonun İstisu kəndində yerləşən məscidin qarşısından tapmış, həmin narkotik vasitə olan tiryəkin bir hissəsi idarə etdiyi avtomobilin yük yerində qara selefon torbanın içərisindədir. Bundan sonra polis əməkdaşları tərəfindən “Jepp-Wrangler” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı avtomaşınının yük yerindən qara rəngli sellofan torbanın içərisində olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. O, polis əməkdaşlarına bir daha həmin bağlamadakının narkotik vasitə olan tiryək olmasını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, onun heç vaxt narkotik vasitəni satmaq fikri olmamışdır, aşkar olunan narkotik vasitəni uzun müddətə istifadə etmək fikri olmuşdur. Çünki narkotik vasitə istifadəçisi olduğu üçün lazım olanda narkotik vasitəni əldə etməyi çətinlik yaradır. Bu səbəbdən ona narkotik vasitənin satışı ilə bağlı verilmiş ittihamda özünü təqsirli bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Nizami RPİ-nin NMB-nə «Pərviz» adlı şəxsin mütəmadi olaraq narkotik maddələri əldə etməsi, saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı Nizami RPİ-nin rəisinə məruzə edilərək müvafiq əmrə əsasən əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair razılıq alındıqdan sonra, həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Pərviz» adlı şəxsin Nizami rayonu, Babək prospekti 85 saylı ünvanın yaxınlığında olması müəyyən edildikdən sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin ünvana getmişlər. Orada xarici əlamətləri «Pərviz» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olmasını görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək Nizami RPİ-nin NMBnin əməkdaşları olduqlarını bildirib həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, daşımaqla satması barədə məlumat daxil olmasını bildirərək, birlikdə Nizami RPİ-nə getməsini təklif etmişlər və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə idarə etdiyi avtomaşınla Nizami RPİ-nin inzibati binasına gəlmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilərək Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı elan edilərək, üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etmədən, əynindəki tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən qırmızı selefona bükülmüş bükülünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryəkdir, özünə məxsusdur, özü qəbul edir, həmin narkotik vasitəni təxminən 10 ay bundan əvvəl Astara rayonun İstisu kəndində yerləşən məscidin qarşısından təxminən çəkisi 5 kiloqram olan qara rəngli sellofan torbanın içərisindən tapmışdır, həmin narkotik vasitə olan tiryəkin bir hissəsi idarə etdiyi avtomobilin yük yerində qara sellefon torbanın içərisindədir. Bundan sonra onlar tərəfindən bükülüyə baxış keçirildikdə bükülüdə spesifik iyə malik tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilərək aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış və daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə ona məxsus olan və idarə etdiyi “Jepp- Wrangler” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin yük yerindən qara rəngli üzərində qızılı rəngli hərflərlə «DECHRMAK» sözləri yazılmış 1 ədəd sellofan torbanın içərisində 04 ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin bağlamalara baxış keçirildikdə bağlamaların hər birində spesifik iyə malik tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs bir daha həmin bağlamadakının narkotik vasitə olan tiryək olmasını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryək qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolla bağlamaların üzəriləri onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən Nizami RPİ-nin inzibati binasının qarşısından keçən zaman polis əməkdaşları tərəfindən hal şahidi qismində dəvət olunmuş və dəvətlə razlaşdıqdan sonra dəvət olunmuş digər hal şahidi ilə birlikdə Nizami RPİ-nin inzibati binasının otaqlarının birində onlara hüquq və vəzifələri izah edildikdən sonra, aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı elan edilərək, üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən qırmızı selefona bükülmüş bükülünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryəkdir, özünə məxsusdur, özü qəbul edir, həmin narkotik vasitəni təxminən 10 ay bundan əvvəl Astara rayonun İstisu kəndində yerləşən məscidin qarşısından təxminən çəkisi 5 kiloqram olan qara rəngli sellofan torbanın içərisindən tapmışdır, həmin narkotik vasitə olan tiryəkin bir hissəsi idarə etdiyi avtomobilin yük yerində qara sellefon torbanın içərisindədir. Bundan sonra onlar tərəfindən bükülüyə baxış keçirildikdə bükülüdə spesifik iyə malik tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilərək aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış və daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə sonuncuya məxsus “Jepp-Wrangler” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin yük yerindən qara rəngli 1 ədəd sellofan torbanın içərisində 04 ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin bağlamalara polis əməkdaşları tərəfindən baxış keçirildikdə bağlamaların hər birində spesifik iyə malik tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs bir daha həmin bağlamadakının narkotik vasitə olan tiryək olmasını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryək qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolla bağlamaların üzəriləri onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 saylı ünvanda saxlanılaraq Nizami RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynində olan göy rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd qırmızı şəffaf sellofana bükülünü təqdim edərək həmin bükülüdəkinin narkotik vasitə olan tiryək olmasını, həmin narkotik vasitəni 10 ay əvvəl Astara rayonu İstisu kəndində yerləşən Məscidin yanından tapmasını və narkotik vasitənin bir qisminin idarə etdiyi avtomaşında olmasını bildirmişdir. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş«Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı “Jepp- Wrangler” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən bir ədəd torbanın içərisindən 4 ədəd şəffaf ağ rəngli sellofanlara bükülmüş maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş«Videogörüntüyə baxış keçirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Mehrac Niftəliyev tərəfindən şəxsi axtarış və götürmə aparılan zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd qırmızı sellofan büküm təqdim edir və bükümdəkinin narkotik vasitə olan tiryək olmasını, həmin narkotik vasitəni 10 ay əvvəl Astara rayonu rayonu İstisu kəndi ərazisindəki məscidin yanından tapdığını, narkotik vasitənin bir qisminin özünə məxsus “Jepp-Wrangler” markalı avtomaşının yük yerində olmasını bildirir. Bundan sonra video görüntü davam etdirilərək Nizami RPİ-nin inzibati binasının həyətində saxlanılmış “Jepp-Wrangler” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs avtomobilin yük yerini açaraq oradan bir ədəd sellofan paketdə olan 4 ədəd bükümləri çıxarıb asfalt üzərinə tökərək həmin bükümlərdəkinin də narkotik vasitə olan tiryək olmasını bildirir. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4783 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs …» yazısı olan qara rəngli «DECHRMAK» markalı p/e torbadakı 04 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1994,5 qram, 1757,2 qram, 998,2 qram, 296,95 qram, ümumilikdə təmiz çəkisi 5046,85 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi və üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs…» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 73,42 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir. Tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 5/32 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs…» yazısı olan qara rəngli «DECHRMAK» markalı p/e torbadakı 04 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1994,44 qram, 1757,14 qram, 998,14 qram, 296,89 qram, ümumilikdə təmiz çəkisi 5046,61 qram tiryək kütlələri və üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs…» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 72,982 qram tiryək kütləsi xarici əlamətlərinə və tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. İlkin tədqiqatın nəticələri barədə xx.xx.2020-ci il tarixli 4783 saylı ekspert rəyində verilmişdir. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş Səhiyyə Nazirliyi Respublika X2 məcburi-narkoloji tibbi yoxlama Mərkəzinin xx xxxx 2020-ci il tarixli 637 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ümumi xalis çəkisi 5119,892 qram narkotik vasitə olan tiryəkin tədqiqatdan sonrakı 5119,392 qram qalıq hissəsi xx xxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilmiş, “Nəqliyyat vasitəsinə baxış keçirilməsi” haqqında və “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx xxxxxx 2020-ci il tarixli prosesual hərəkətlərin videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə edib, saxlamaqla daşıması kimi göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun göstərdiyi həmin dəlillər məhkəmədə dindirilmiş şahidlərin ifadələri, axtarış keçirilməsi barədə protokollarda göstərilənlərlə, maddi sübutlarla, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərilən həmin xüsusatlara tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə göstərilmiş dəlillər kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və özündə saxlaması tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı çəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.”. Hazırki cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs əldə etmiş olduğu eyni kimyəvi komponent tərkibli narkotik vasitə tiryəkin bir bükümdə deyil, ayrı-ayrı bükümlərdə olması, ayrı-ayrılıqda və ümumi çəkisinin 5 kiloqramdan artıq olmaqla külli miqdarda olması məhz onun tərəfindən qeyd edilən narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, daşınmasını və üzərində saxlamasını təsdiq edir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində azyaşlı uşağı vardır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5119,392 qram çəkidə narkotik vasitə olan tiryək məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış – 1 ədəd baxış keçirilməsi zamanı videogörüntüləri özündə əks etdirən CD disk, 3 ədəd “Bakcell” “Azərcell” və “xxxx” MMC-dən götürülmüş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətini əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5119,392 qram çəkidə narkotik vasitə olan tiryək məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış – 1 ədəd baxış keçirilməsi zamanı videogörüntüləri özündə əks etdirən CD disk, 3 ədəd “Bakcell” “Azərcell” və “xxxx” MMC-dən götürülmüş CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-194/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-194/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver