Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-194/2023 04.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Pro Bono” Vəkil Bürosunun vəkili X18 və zərərçəkmişin hüquqi varisi X1 iştirakları ilə xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu, Süleyman Tağızadə 20 də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər tanıdığı və birlikdə dəfələrlə narkotik vasitə istifadə etdiyi Zərərçəkmiş şəxs 29 mart 2013-cü il tarixdə günün ikinci yarısında ***-***-**-** saylı mobil telefon nömrəsindən onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək narkotik vasitə əldə edib birlikdə istifadə etmələri ilə bağlı təklifini qəbul etdikdən sonra həmin gün saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, keçmiş Hüsü Hacıyev, hazırki Bakı şəhəri Azərbaycan prospekti 42 a ünvanda yerləşən hazırki “Respublika Şahmat Mərkəzi» Klubunun yaxınlığına idarə etdiyi “Hyundai Accent” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobillə yaxınlaşıb, Zərərçəkmiş şəxs avtomobilə mindirdikdən sonra özünün mobil telefon nömrəsindən əvvəllər tanıdığı və 1992-ci il tarixədək ünvan 2 ünvanında qonşuluqda yaşamış, yaxın münasibətdə oduğu narkotik vasitə istifadəçisi və satışı ilə məşğul olan X13 istifadəsində olmuş ***-***-**-** nömrəsinə saat 21:10-da zəng edərək onunla danışaraq 30 manat pul qarşılığında narkotik vasitə olan heroin lazım olduğunu, təşkil edəcəyi halda üçü bilrikdə istifadə edəcəklərini bildirmiş, Alik Bədirov bu təkliflə razılaşdıqdan sonra istifadəsində olan avtomobillə Zərərçəkmiş şəxsla birlikdə Alik Bədirovun yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 112 ünvanın gedib orada sonuncu ilə görüşərək razılaşdıqları 30 manat pulu Alik Bədirova ötürmüş, sonuncu istintaqla müəyyən edilməyən ünvana gedib qeyd olunan pul qarşılığında istintaqla müəyyən edilməyən çəkidə narkotik vasitə heroin alaraq yaşadığı ünvana qayıtmış, hər üçü birlikdə Alik Bədirovun dəvəti ilə, sonuncunun yaşadığı binanın 6-cı blok, 3-cü mərtəbəsinə qalxmaqla 84 saylı mənzildə birlikdə əldə etdikləri narkotik vasitəni qəbul etdikdən sonra, Alik Bədirovdan narkotik vasitənin artıq qalan hissəsinin Zərərçəkmiş şəxs verməsini öyrənmiş, həmin gün saat 23 radələrində Alik Bədirovun evindən çıxıb avtomobilə oturduqdan sonra əldə etdikləri narkotik vasitədən artıq qalmış hissəsini ondan gizlətməsini Zərərçəkmiş şəxs irad tutarkən bununla bağlı avtomobildə aralarında yaranmış mübahisənin gedişində, sonuncunun onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər işlətməsi ilə bağlı idarə etdiyi avtomobili Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən 1 saylı uşaq evinin qarşısında saxlayaraq maşından düşüb ön sərnişin oturacağında əyləşmiş və maşından enməyə çalışan Zərərçəkmiş şəxs yaxınlaşıb söyüş söyməsinin səbəbini aydınlaşdırarkən, sonuncu yenidən onun anası barədə söyüş söydüyündən həmin söyüşlərə görə sonuncunu cəzalandıraraq ondan qisas almaqla qəsdən öldürmək qərarına gəlib bunu arzu etməklə, özündə cinayət törətmək qətiyyətini yaradıb törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə ayaqları asfaltda olmaqla yarımoturulu vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə təpiklə zərbələr vurmuş da sonra üzərinə çökərək sonuncunun kürəyini avtomobilin oturacağına sıxmaqla sağ əlinin iki barmağı ilə Zərərçəkmiş şəxs boğazından, sol əli ilə dəstək verərək boğmağa başlamış, ona müqavimət göstərməyə çalışan sonuncu əlləri və ayaqları ilə çırpınıb qalxmaq istəsə də, o buna imkan verməyib boğmasını təxminən 2 dəqiqə ərzində davam etdirərək Zərərçəkmiş şəxs küt əşyanın təsirindən ölümündən qısa müddət əvvəl törənmiş istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərəvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol bazunun arxa səthində, döş qəfəsinin arxa səthində solda qançır, çənəaltı, döş qəfəsinin arxa səthində, sol diz oynağı, sol baldırda sıyrıq, ağ ciyərdə ocaqlı qansızma, ağ ciyərdə alveollararası arakəsmələrin qopması kimi xəsarətlər, habelə sağ və sol çənəaltı nahiyyədə, boynun yumşaq toxumasına dilaltı sümük ətrafında qansızmanın mexaniki asfiksiya yaratdığından canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək boyun üzvlərinin 1/3-in əl barmaqları ilə yaranmağa xarakterik sıxılması nəticəsində mexaniki asfiksiya fonunda baş verən və ölümünə səbəb olan xəsarət yetirərək 29 mart 2013-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs qəsdən öldürmüş, öldüyünə əmin olub sonuncunu idarə etdiyi avtomobilin ön sərnişin oturacağına uzatmaqla hərəkətini davam etdirib Neftçilər dairəsini keçərək, Bəkir Çobanzadə küçəsinin kəsişməsini düz keçərək Rüstəm Rüstəmov küçəsi ilə hərəkətini davam etdirib, Rüstəm Rüstəmov küçəsi ilə Oqtay Vəliyev küçələrini birləşdirən dairəni keçərək, Babək prospektinə çatmış, həmin prospektlə hərəkətini davam etdirərək Bakı şəhər Baş Polis İdarəsinin qarşısından keçərək X3 inzibati binasının yerləşdiyi ünvandan sağa dönərək Səməd Vurğun parkının yaxınlığı ilə hərəkət edərək Nizami kino teatrının yerləşdiyi ünvana çatmış, oradan da sağa hərəkətini davam etdirərək 30 mart 2013-cü il tarixdə keçən gecə saat təxminən 00:00-00:20 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Yasmal rayonu, Cəfərov Qardaşları 1 ünvanda yerləşən evə çatmış, orada təxminən bir-iki saat vaxt keçirdikdən sonra 30 mart 2013-cü il tarixə keçən gecə təminən saat 01-02 radələrində yenidən hərəkətini davam etdirib Nəriman Nərimanov heykəlinin qarşısından keçməklə Zülfü Adıgözəlov küçəsi ilə Çingiz Mustafayev küçələrinin kəsişməsinə çataraq, küçədə heç kimin olmadığına əmin olduqdan sonra, Zərərçəkmiş şəxs meyitinin sonuncunun yaşadığı evin yaxınlığında tapılması zamanı ondan keç kimin şübhələnməyəcəyinə əmin olub və narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyərkən Zərərçəkmiş şəxs üst geyim forması olan göy rəngli gödəkcəsi və uzunqol köynəyi əynindən çıxmış, ətrafdan kimsənin görməməsi və vaxt itirməməsi səbəbindən yalnız gödəkcəni yenidən əyninə geyindirib uzanıqlı formada orada qoyaraq hadisə yerindən uzaqlaşmış, törətmiş olduğu cinayətin izlərini itirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus içərisində ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr olan adı istintaqa məlum olmayan markaya mənsub olan iki ədəd mobil telefonları və uzunqol köynəyini istintaqla müəyyən edilməyən yerlərə ataraq digər şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanımış, onunla birlikdə dəfələrlə narkotik vasitələri qəbul etmişdir. Dəqiq yadında qalmamış, 9 il bundan əvvəl şahmat klubunun yanında dayanan zaman, İsmayıl onun yanına gəlmiş bir az ağrıdığını bildirərək hardan mal tapmaq olar deyə soruşduqda bilmədiyini demişdir. Ondan çox xahiş etdikdə o 8-ci klometrdə Alik adlı dostuna zəng etmiş Alik də ona gəlmələrini demişdir. O, İsmayılla birlikdə Alikin yanına getmiş, Aliki blokun qarşısında görmüşlər. O İsmayıla 10 manatlıq benzin almasını dedikdə İsmayıl 15 manat çıxarıb onun cibinə qoymuşdur. Sonra İsmayıla 30 manat verməsini demiş, İsmayıl 30 manat vermiş o da həmin pulu Alikə vermiş, Alik narkotik üçün gedərkən hara getdiyini soruşduqda, vərəm dispanserinin yanına gedtdiyini bildirmişdir. Gedəndən sonra iy gəldiyini hiss etmiş, İsmyıldan içki içdiyini soruşmuş, İsmayıl az miqdarda pivə içdiyini bildirmişdir. Yarım saat sonra Alik gəlmiş, onların evinə gəlmişlər. Orada narkotikanı istifadə etmişlər, Alik onları yola salmağa çıxanda, İsmayılın dayanıb dizlərini yerə qoyduğunu görmüşdür. Qaçıb İsmayılı tutmaq istəsədə tuta bilməmiş, İsmayıl pilləkanlardan yerə yıxılmışdır. Alik qaçıb su gətirmiş, nə etsələr də onu özünə gətirə bilməmişlər. Alik ondan xahiş etmişdir ki, İsmayılı necə gətirmisən apar. İsmayılı maşına mindirib aparmış, özünü itirdiyindən bir də görmüşdür ki, Babək prospektindədir. Babəklə düz gəlmiş həyətə qalxmış evə fikirləşmişdir ki, nə etsin, evlərini də tanımamışdır. Birdən yadına düşmüşdür ki, İsmayıl maşını yudurmuşdu onların qapısında demşdir ki, bacısı burada yaşayır. Maşını sürüb İsmayılın bacısının qapısına gəlmiş, 3-4 dəfə yumrula qapını vurmuşdur ki, qapını açsınlar, İsmayılıda qoymuşdur qapının yanına çıxıb getmiş, daha sonra qapını açıb-açmadıqlarını bilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin vəsatəti əsasında təkrarən məhkəmə iclasında dindirmə zamanı ifadəsində göstərmişdir ki, səhər radələrində idarə etdiyi taksiyə müşdəri əyləşmiş, müştərini mikrarayona aparmış qayıdanda ona zəng gəlmişdir. İsmayıl ondan harada olduğunu soruşmuş, o, obyektə gəldiyini bildirmişdir. Obeyktə gəlmiş, İsmayılı orada görmüş, daha sonra birlikdə 8 km-ə Alikgilə getmişlər. Orda narkotik vasitə qəbul edəndən sonra düşəndə o Aliknən sağolaşanda İsmayılın piləkanlardan yıxıldığını görüb tez qaçıb İsmayılı tutmuş, sonra Alikdə gəlib ona kömək etmişdir. Alik su gətirmək üçün yuxarı qalxarkən həmin ərəfədə əlini İsmayılın nəbzinə qoymuş və nəbzini his etməmiş, demə avto qəzadan sonra İsmayılin başında xəsarəti olmuş və narkotik vasitə istifadə edədnən sonra İsmayılın başı əsmişdir. Alik ona demişdir ki, İsmayılı apar burdan. Blokda bir nəfər şəxs onunla koməkləşdik İsmayılı aparıb onun avtomobilinə və İsmayılı aparıb evlərinə kapılarını döymüş qapını açan olmamış, İsmayılı qapılarında yerə qoyub və çıxıb getmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilib, ifadəsində göstərmişdir ki, 29 mart 2013-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs axşam saat təxminən 21:00 radələrində zəng edərək narkotik vasitə olan heroin istifadə etmək istədiyini bildirmişdir. Əvvəllər də İsmayılla birlikdə dəfələrlə heroin istifadə etmiş, heroini hər zaman qol nahiyəsindən dəri altına, İsmayıl isə iynəyə çəkərək damarına vurmaqla qəbul etmişdir. İsmayıl ona zəng etdiyi zaman sonuncuya onu Bakı şəhərində yerləşən keçmiş Hüsü Hacıyev küçəsindəki Şahmat məktəbinin qarşısında, yəni 2013-cü ildə orada dayanıb taksi fəaliyyəti ilə məşğul olduğu ünvanda gözləməsini demişdir. Danışıqdan bir az sonra o, mikrorayona müştəri aparıb geri qayıdaraq həmin ünvana gəlmiş və orada İsmayılı görmüşdür. Həmin zaman İsmayıl ona maaş aldığı üçün üzərində pulu olduğunu bildirmiş, haradan heroin tapa biləcəklərini soruşmuşdur. O da həmin zaman, yəni xx.xx.2013-cü il tarixdə saat təxminən 21:00-21:10 radələrində dostu, əvvəllər birlikdə narkotik istifadə etdiyi, 20-25 il əvvəl, təxminən 1992-ci ilə qədər ünvan 5 ünvanında qonşu olduğu Alik Bədirovun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək dostu İsmayılla heroin vurmaq istədiklərini bildirmiş və heroin təşkil etməsini istəmişdir. Alik də ona heroin tapa biləcəyini dedikdən sonra istifadəsində olan Hyundai Accent markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayılla birlikdə təxminən axşam saat təxminən 10-a işləmiş Alikin yaşadığı Nizami rayonu ərazisində yerləşən evinə getmişdir. İsmayıl həmin vaxt ona 15 manat maşın sürdüyü üçün, 10 manat benzin almaq üçün, 30 manat isə heroin üçün vermişdir. Pulu verdikdən sonra o, keçmiş Hüsü Hacıyev küçəsindəki Şahmat məktəbinin qarşısından keçmiş Boksovet, indiki İçəri şəhər metrosunun qarşısından düşərək Azneft dairəsi ilə Dəniz kənarı bulvarın yanından sürərək davam edərək keçmiş Moskva, hazırkı, Heydər Əliyev prospekti ilə hərəkət edərək keçmiş Əzizbəyov, indiki Koroğlu metrosunun yanından sağa dönmüş, oradan da körpünün üstündən Neftçilər metrosunun yaxınlığındakı körpünün üzərindən keçmiş və Nizami rayon İcra hakimiyyətinin qarşısından sola dönmüş və Alikin yaşadığı ünvan 6 ünvana çatan zaman, yəni təxminən axşam saat 10-da Alik yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 112 ünvanında blokun qarşısında onları gözləyən Aliklə görüşmüşlər. Həmin zaman Alik ilə İsmayıl ilk dəfə idi görüşmüşdür. Orada olarkən İsmayıl 30 manat pulu heroin alması üçün Alikə vermiş. Alik də onlara gözləmələrini, heroini alıb gələcəyini bildirmişdir. Sonra Alik öz idarə etdiyi Kia Rio markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobillə sonuncunun deməsinə görə Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən "Vərəm dispanserinin yanına getmiş və oradan 0,5 qram heroin alaraq təxminən 25- 30 dəqiqə sonra geri qayıtmışdır. Alik həmin vaxt heroini kimdən aldığını onlara deməmişdir. Alik gələnə qədər, o, İsmayılla birlikdə Alikgilin yaşadığı binanın qaşırısında ayaq üstə sonuncunun gəlməsini gözləmişlər. Sonra Alik gəldikdən sonra onlar narkotiki vurmaq üçün sonuncunun təklifi ilə İsmayıl və Aliklə birlikdə, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 112 ünvanındakı binanın 6-cı blokunun 3cü mərtəbəsinə qalxmışlar. Həmin vaxt Alikin anası, yaşlı qadın olan Nina qonaq otağında olmuşdur. Onlar Nina ilə salamlaşaraq mətbəxə keçmiş, evdə Alikin anasından başqa evdə heç kim olmamışdır. Orada Alik aldığı heroni çıxartmış və ampulaya tökərək çaxmaq ilə qızdırmışdır. Sonra o, İsmayıl və Alik ampuladan heroini iynəyə çəkərək inyeksiya yolu ilə vurmuşlar. Belə ki, heroini dəri altına vurmuş, İsmayılla Alik isə qol nahiyyədən damarlarına vurmuşlar. Heroini su ilə qataraq hərəsi təxminən 15 milli (toçka) qram şprisə çəkərək vurmuşlar. Alik əvvəlcə telefonla danışarkən ona şpris almamasını bildirdiyindən, İsmayılla Alikgilə gedərkən Nizami metrosunun yaxınlığında yerləşən aptekdən özünə və İsmayıla 2 ədəd şpris almışdır. Alikin evində təxminən 15-20 dəqiqə bu proses davam etmiş. Daha sonra onlar mətbəxdən koridora çıxan zaman su istədiyinə görə mətbəxə geri dönmüş su içərək təkrar koridora qayıtmışdır. Həmin zaman Alik və İsmayıl koridorda olmuşdur. Bu zaman İsmayıl Aliklə sağollaşaraq ayaqqabılarını geyinərək qapıdan bloka çıxmışdır. İsmayıl çıxdıqdan sonra Alik ona aldığı heroindən təxminən 1 dəfə istifadə üçün heroin artıq qaldığını, həmin heroini İsmayıla verdiyini demişdir. Orada onlar Aliklə sağollaşaraq onun idarə etdiyi avtomobilə minərək getmişlər. Onlar oradan çıxanda saat 11-12 radələri olmuşdur. Təxminən biraz yol getdikdən sonra o, İsmayıla nəyə görə Alikin verdiyi heroin barədə ona məlumat vermədiyini, gizlətdiyini, onu Alikin yanında başını aşağı etdiyini soruşmuş, ona dediyi təqdirdə əlavə heroin tapa biləcəyini bildirmişdir. İsmayıl da ona heroinin pulunu “özüm vermişəm”, “özüm bilərəm”, "əcəb edirəm” ifadələrini deyərək söymüşdür. Bu zaman o, avtomobili idarə edərək birlikdə artıq Nizami rayon icra hakimiyyətinin arxasında yerləşən 1 saylı uşaq evinin qabağına çatmışlar. İsmayılın söyüş söyməsi ona pis təsir etdiyindən sonuncu söyüş söyən zaman o, avtomobili dayandırmış və avtomobildən düşərək İsmayılın oturduğu qabaq oturacağın yanına gəlmişdir. Həmin zaman İsmayıl qapını açmış və ayaqlarını avtomobildən çıxardaraq yerə qoymuş və üzünü ona tərəf çevirmişdir. Daha sonra İsmayıl onun anasını söymüş, o da ona həmin söyüşlə cavab vermiş və İsmayılı öldürmək qərarına gəlmişdir. Həmin zaman o, narkotik vasitənin təsiri altında olmuşdur. İsmayıl onun anasını söydükdən sonra o, ayağıyla qarın nahiyəsinə 2 dəfə möhkəm şəkildə təpik vurmuşdur. Həmin zaman o, İsmayılın qarnından sancı tutduğunu hiss etmişdir. Həmin zaman İsmayılın qarın nahiyyəsini tutaraq dayanmış və boğazından 2 əllə tutaraq sıxmışdır. Təxminən 1 dəqiqə, 1 dəqiqə yarım iki əliylə İsmayılın boğazını sıxıb saxlamışdır. Bundan sonra İsmayılın artıq tərpənmədiyini görmüşdür. Bu zaman o, İsmayılın üzərindən duraraq avtomobili tərk etmişdir. Həmin zaman İsmayılın meyitinin ayaqları avtomobildən bayırda, özü isə qabaq sərnişin oturacaqda, baş nahiyəsi isə sürücünün oturacağında olmuşdur. O, İsmayılın meyitini qabaq sərnişin oturacağına uzatmaq üçün həmin oturacağın arxa hissəsini açaraq oturacağı düzləşdirmişdir. Həmin zaman avtomobilin yanından keçən, bir nəfər tanımadığı, təxminən orta boylu, orta bədən quruluşlu cavan oğlana yalandan maşında uzanmış şəxsin özünü pis hiss etdiyini bildirmiş və həmin şəxsdən sərnişin oturacağına uzatmaq üçün ona kömək etməsini xahiş etmişdir. Həmin şəxs ona heç bir sual verməyərək razılaşdıqdan sonra o, arxa oturacağa keçərək qabaqdakı iki oturacağın arasından İsmayılın meyitini qabaq sərnişin oturacağına uzatmaq üçün hər iki çiyin nahiyəsindəki paltarından tutaraq dartmışdır. Həmin zaman İsmayılın əynində göy rəngli materialından olan gödəkçə, boz rəngli köynək olmuşdur. O, İsmayılın meyitini dartaraq uzadarkən boz rəngli köynəyi və göy rəngli gödəkçəsi əynindən çıxmışdır. O, paltarları arxa oturacağa qoymuşdur. Daha sonra o, kömək etdiyinə görə təşəkkürünü bildirdikdən sonra həmin şəxs avtomobildən uzaqlaşaraq bilmədiyi istiqamətə getmişdir. Sonra o, avtomobili ilə Nizami rayon icra hakimiyyətinin qarşısından Neftçilər dairəsini keçərək, Babək prospektinə çatmış, həmin prospektlə hərəkətini davam etdirərək Bakı şəhər Baş Polis İdarəsinin qarşısından keçərək X3 inzibati binasının yerləşdiyi ünvandan sağa dönərək Səməd Vurğun parkının yaxınlığı ilə hərəkət edərək Nizami kino teatrının yerləşdiyi ünvana çatmış, oradan da sağa hərəkətini davam etdirərək 30 mart 2013-cü il tarixdə keçən gecə saat təxminən 00:00-00:20 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Cəfərov Qardaşları 1 ünvanda yerləşən evə çatmışdır. Yaşadığı evə gəlməkdə məqsədi orada biraz vaxt keçirərək meyiti küçəyə qoyduğu zaman bunu heç kimin görməməsi üçün küçədə adam olmaması olmuşdur. Sonra yaşadığı evə qalxmış, İsmayılın meyiti isə maşının qabaq oturacağında uzanıqlı formada qalmışdır. Həmin gün hava yağışlı olduğundan, yəni maşının içərisi görünmədiyindən İsmayılın meyitini maşında qoyub rahat evə getmişdir. Evdə heç kim olmamış, anası isə qonşuda olmuşdur. Təxminən 1-2 saat evdə gözlədikdən sonra evdən çıxarkən anası evə gəlmiş, ondan hara getdiyini soruşmuşdur. Anasına avtomobili dayanacaqda saxlayıb gələcəyini bildirmiş, lakin İsmayılı öldürdüyü barədə heç nə deməmişdir. Daha sonra avtomobilinə əyləşmiş, meyit isə avtomobildə olmuşdur. Avtomobili sürərək Nəriman Nərimanov heykəlinin qarşısına, oradan da aşağı düşərək Zülfü Adıgözəlov ilə Çingiz Mustafayev küçəsinin kəsişməsinə- İsmayılın bacısı ilə yaşadığı evin yaxınlığına gəlmişdir. Həmin yerə çatdıqda avtomobili yolun kənarında saxlamış və ətrafa nəzər yetirmişdir. Həmin vaxt yaxınlıqda “cip” avtomobil dayansa da həmin avtomobilin içi boş olmuşdur. Orada təxminən 2 dəqiqə gözlədikdən və heç kimin gəlməməsindən əmin olduqdan sonra avtomobildən enərək qabaq sərnişin qapısına yaxınlaşmış, qapını açaraq İsmayılın bədənindən tutaraq dartmışdır. İsmayılın qabaq tərəfindən çiyinlərinin altından tutaraq dartmış, avtomobildən başını çıxartdıqdan sonra arxa tərəfinə keçərək, arxa tərəfdən çiyinlərinin altından tutaraq avtomobildən dartaraq bayıra çıxartmışdır. Həmin zaman İsmayılın bədəninin üst hissəsi lüt, alt hissəsində isə şalvar və ayaqqabı olmuşdur. Təxminən 2 metr məsafədə İsmayılın meyitini asfaltın üstündə dartaraq səkinin kənarında yerə uzatmışdır. Sonra gödəkçəsini əyninə geyindirmiş, köynəyi isə avtomobilin arxa oturacağında qalmışdır. Sonra o, avtomobilinə əyləşərək Cəfərov qardaşları küçəsinə gəlmiş və evə qalxmışdır. O, yenə də anasına bu barədə heç bir söz söyləməmişdir. Həmçinin bu barədə o, həmin gündən sonra da heçkimə məlumat verməmişdir. Çünkü bunu danışmaqdan ehtiyat etmişdir. İsmayılı öldürdüyü gündən sonra növbəti gün sonuncunun köynəyinin və telefonlarının 20 manat da pulunun maşında qaldığını görmüşdür. O da 20 manatı maşının saxlanc yerinə qoymuş, telefonları isə bateriyalarını çıxardaraq hərəsini bir tərəfə atmışdır. Bundan sonra o, heçnə olmamış kimi evə getmişdir. Təxminən 2 ay sonra, yəni may ayının sonlarında o, Alikin yaşadığı evə gedən zaman orada sonuncuya İsmayılla arasında artıq qalmış heroinə görə mübahisə düşdüyünü və İsmayılı boğaraq öldürdüyünü bildimişdir. Həmin zaman Alikin anası Nina evdə olmuş, lakin qonaq otağında olmuş, onlar isə mətbəxdə söhbət etmişlər. Alik ona cinayətin üstü açıldığı təqdirdə sonuncunun evində narkotik istifadə etdiklərini deməməsini xahiş etmiş, o da narahat olmamasını, çağırdıqları halda adını heç yerdə çəkməyəcəyini demişdir. 2013-cü ilin iyun ayında Bakı şəhər prokurorluğunun müstəntiqi onu dəvət edərək İsmayılın ölümü ilə bağlı dindirilən zaman törətdiyi cinayəti gizlətmək üçün yalan ifadə vermişdir. X7 heykəlinin yaxınlığında düşürdərək getdiyini, sonra hara getməsindən məlumatı olmadığını bildirərək törətdiyi cinayəti gizlətmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, zərərçəkmişin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və digər istintaq protokolları ilə tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, mərhum onun qardaşıdır, qardaşı onunla birgə yaşamışdır, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. 2013-cü ilin mart ayının 29-da qardaşını işə yola salmışdır. Qardaşı evə gəlməyib səhərisi günü məhəllədən qardaşının meyidi tapılıb. Araşdırılıb morqda yoxlanılıb aydın olmuşdur ki, əllə boğulub öldürülmüşdür. Gözünün qabağında analizlər götürülüb sonra demişlər ki, qardaşı döyülüb boğulub öldürülmüşdür. Qardaşımın bütün dostlarını tanıyır, Təqsirləndirilən şəxs tanımır. O morqda meyidin üzərində əl izlərini görmüş, boğazında barmaq izləri, bədənində əl izləri, çənəsində sıyrıq izləri, təpik izləri kimi izləri görmüşdür. Qardaşını öldürən adamın cəzalandırılmasını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımır, bu işlə bağlı da heç bir şeyin şahidi olmamışdır. Onu istintaq zamanı Zaurla üzləşdirmişlər, orada da bildirmişdir ki, o, nə təqsirləndiriləni nə də mərhumu tanımır, istintaq zamanı vermiş olduğu ifadəsini tam təsdiq edir. Şahid6 ibtidai istintaq zamanı vermiş oluduğu ifadəsi elan olunarkən müəyyən olunmuşdur ki, o, 1991-ci ilin dekabr ayının əvvəllərindən 1993-cü ilin sentyabr ayının 3dək Qarabağ müharibəsində iştirak etmişdir. Həmin ilin sentyabr ayının 3-də Ağdam rayonunun Sırxəvənd kəndində minaya düşüb yaralanmışdır. İİ qrup əlil və Prezident təqaüdçüsüdür. 1992-ci ildə yaralandıqdan sonra hərbi hospitalda 2 ay qalarkən yüksək dozalı psixotrop maddələr qəbul etmiş və bundan narkotik maddəyə aludəçiliyi yaranmışdır. Həmin vaxtdan son 3 ilə qədər narkotik vasitə qəbul etmiş, hazırda isə müalicə aldıqdan sonra istifadə etmir. Adətən narkotik vasitəni “papanın”, “kubinka’, “Əmircan" ərazilərində hazırda adını xatırlamadığı narkotik satan şəxslərdən almışdır. Təxminən 2007-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr ərazisində keçmiş “Qaya” restoranın yaxınlığında yerləşən binadan döyüşdə iştirak etdiyinə görə dövlət tərəfindən 2 otaqlı ev hədiyyə verilmişdir. Orada yaşayarkən üzbəüz binada yaşayan X24 ilə tanış olmuş, sıx münasibəti olmuşdur. Sonradan Alikin də narkotik vasitə istifadəçisi olduğunu bilmiş və birlikdə bəzən onun evində, bəzən də Alikgilin evində narkotik vasitə qəbul etmişlər. Narkotik vasitəni qəbul edərkən yalnız ikisi olmuşlar, kənar şəxs olmamışdır. Adətən narkotik vasitəni Alik almış, çünki əlil olduğundan yeriməkdə çətinlik çəkmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Hazırda da həmin nömrəni istifadə edir. Telefon istifadə etdiyi vaxtdan həmin nömrəni işlətmiş, başqa nömrəsi olmamışdır. Nömrə öz adına olmaqla təxminən 15 ildir ki, istifadəsindədir. X13 ümumiyyətlə ətrafından heçkəsi tanımamış və münasibəti olmamışdır. İstifadəsində olan 050-361- 12-18 saylı mobil nömrə ilə Alik Bədirova məxsus ***-***-**-** saylı mobil nömrə arasında 29 mart 2013-cü il tarixdə gün ərzində hansı mövzuda danışdığını xatırlamır. Yəqin Bədirovla gündəlik hal-əhval tutmaq üçün yığmış, yəni təkcə narkotik vasitə üçün yığmamışdır, adi gündəlik hal-əhval tutmaq və yəqin ki, bir- biriləri evinə dəvət etmək üçün yığmışdır. Narkotik vasitə olan heroini gündə bir dəfə şprislə damara vurmuşdur. Heroin 15 manatlıq olmaqla, təxminən 0,3 qram olmuşdur. Aliklə birlikdə həm sonuncunun evində həm də öz üvlərində qonaq otağında şprislə narkotik vasitə olan heroini qəbul etmişlər. Adətən adlarını bilmədiyi anası və həyat yoldaşı evdə olduğu üçün əksər vaxtları heroini yaşadığı evin qonaq otağında qəbul etmişlər. Alik ona ölüm hadisəsi barədə heçnə danışmamışdır. Alikin narkotiki hardan və kimlərdən alması barədə məlumatı yoxdur. Çünki həmişə narkotik almağa tək, istifadəsində olan KİA RİO markalı avtomobilinə əyləşərək getmişdir. Bildiyinə görə Alik Bədirov həm də narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Aliki sonuncu dəfə təxminən 7-8 il bundan qabaq görmüş, Keşlə qəsəbəsinə gələrək ondan 30 manat borc almışdır. Ailə üzvlərindən anası və arvadını məhlədən tanısa da adlarını bilmir. Eşitdiyinə görə Alikin yoldaşı milliyyətcə erməni olmuşdur. ********** saylı mobil telefon nömrəsinin sahibinin kim olduğunu xatırlamır, həm onunla həm Aliklə nə əlaqəsi olduğunu hazırda xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zauru iş yoldaşı kimi tanımış, belə ki, onlar taksi sürücüsüdürlər. Şahmat məktəbinin yanında dayanıb müştəri gözləmişdir. Mərhum İsmayıl gəlib Təqsirləndirilən şəxs soruşmuş, o, demişdir ki, müştəri aparıb indi gələr. Beş dəqiqə keçməmiş Zaur gəlmiş və mərhum İsmayıl da Zaurun maşınına minmiş və çıxıb getmişlər. Təqsirləndirilən şəxs ondan, prokurorluqda, guya onun 29 mart 2013-cü il tarixdə axşam saat 21 radələrində Azərbaycan prospektində Zərərçəkmiş şəxs öz avtomobilinə mindirərək Nərimanov heykəlinin yaxınlığına aparıb düşürdərək daha sonra həmin yerə qayıtması barədə ifadə verməsini xahiş etmişdir. O da prokurorluğa dəvət olunarkən Zaurun kimisə öldürəcəyini düşünmədiyindən, həmçinin İsmayılı apardıqdan sonra Şahmat məktəbinin yanına geri qayıtmasının şahidi olmasa da bir yerdə işlədiyi sürücü yoldaşı kimi onun hər hansı problem yaşamasını istəmədiyi üçün ifadə verərək Zaurun İsmayılı apardıqdan təxminən 15-20 dəqiqə sonra Şahmat məktəbinin yanına geri qayıtdığını çbklbhvbilbh. Şahid3 ibtidai istintaq zamanı vermiş oluduğu ifadəsi elan olunarkən müəyyən olunmuşdur ki, 1988-ci il tarixdən Bakı şəhərində taksi sürücü kimi çalışır. Hazırda da 2012-ci ilin mart ayında aldığı “Chevrolet Aveo” markalı, 99-BP- 364 dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. 2012-2013-ci illər ərzində taksi fəaliyyəti ilə məşğul olduğu qeyd edilən avtomobil ilə adətən Bakı şəhəri, Yasamal rayonu, Azərbyacan prospekti, Vidadi küçəsinin tinində yerləşən, Şahmat məktəbinin qarşısında dayanaraq müştəri gözləmiş, müştəriləri getməli olduqları ünvanlara apardıqdan sonra yenidən gəlib orada dayanmışdır. Həmin vaxt orada ondan başqa Tahir, Məmmədəli, Abdulla, Elşən, Faiq, Eynulla və hazırda adını xatırlamadığı taksi sürücüləri də işləmişlər. Onunla birlikdə “Reno” markalı avtomobil ilə taksi sürücüsü kimi işləyən Təqsirləndirilən şəxs adlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs təxminən 2000-ci il tarixdən taksi sürücüsü kimi tanımış, bildiyinə görə o, ailəsindən ayrılmış, Yasamal rayonu ərazisində müxtəlif ünvanlarda kirayədə yaşayan və tüfeyli həyat tərzi keçirən şəxs olmuşdur. Zaur həmişə narkotik vasitələrin təsiri altında olmuş, yəni hərəkətlərindən belə halları müşahidə etmək çətin olmamışdır. Habelə Zaurun yanına müxtəlif adamlar, yəni narkotik vasitəsi audəçiləri gələrək, hətta danışıqlarından eşitdiyi qədəri ilə Zaur həmin şəxslərə narkotik vasitələrin əldə edilməsində köməklik də etmişdir. Lakin Zaurun narkotik vasitəsini haradan əldə etməsi və necə qəbul etməsi barədə onun məlumatı olmamışdır. Zərərçəkmiş şəxs adlı şəxsi bir neçə dəfə Təqsirləndirilən şəxsla bir yerdə görmüşdür. Lakin onun İsmayıl ilə heç bir münasibəti olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs bir neçə dəfə “Şahmat” məktəbinin qarşısına gələrək Təqsirləndirilən şəxs gözləmiş, Zaur gəldikdən sonra isə birlikdə harasa getmişlər. İsmayıl həmişə dayandıqları yerə gələn zaman, Zaur olmayanda ondan harda olduğunu soruşmuş və gəlməyini gözləmişdir. Bildiyi qədəri ilə İsmayıl Zaurla təkcə taksi sürücüsü müştəri münasibətlərində olmamışlar. Çünki İsmayıl heç vaxt taksidən istifadə etmək məqsədilə dayandıqları yerə gəlməmişdir, əgər həmin məqsədlə gəldiyi halda Zaurdan başqa orada onunla birlikdə digər taksi sürücüləri ilə də gedərdi. İsmayıl həmişə ora gələndə ancaq uzun müddət də olsa Zauru gözləyir və ancaq sonuncuyla birlikdə harasa getmişdir. Təxminən 29 mart 2013-cü il tarixdə axşam saatlarında yenə həmişəki kimi qeyd etdiyi “Şahmat” məktəbinin qarşısında müştəri gözləmək üçün dayanan zaman hazırda saatı dəqiq xatırlamasa da təxminən 20 radələrində Zərərçəkmiş şəxs ora gəlmiş, hardasa 5-10 dəqiqə gözlədikdən sonra ona yaxınlaşaraq Zaurun harada olduğunu soruşmuş, o da Zaurun müştəri ilə getdiyini, harda olsa müştəri gözləmək üçün bura qayıdacağını bildirmişdir. Bundan bir müddət keçəndən sonra Zaur gəlmiş və İsmayıl sonuncunun avtomobilinə minərək birlikdə harasa getmişlər. O, həmin vaxt sonuncuların şəxslərin hara hansı məqsədlə getmələrini bilməmişdir. Zaurun həmin vaxt İsmayılla hara getdiklərini və nə vaxt qayıtdığının şahidi olmamışdır. Zərərçəkmiş şəxs qəsdən öldürülməsi faktına görə ifadə verməsi üçün Bakı şəhər Prokurorluğuna dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs, guya sonuncunun 29 mart 2013- cü il tarixdə axşam saat 21 radələrində Azərbaycan prospektində (keçmiş Hüsü Hacıyev küçəsi) Zərərçəkmiş şəxs öz avtomobilinə mindirərək Nərimanov heykəlinin yaxınlığına aparıb düşürdərək daha sonra həmin yerə qayıtması barədə prokurorluğa dəvət olunarkən ifadə verməsini xahiş etmişdir. O da prokurorluğa dəvət olunarkən Zaurun kimisə öldürəcəyini düşünmədiyindən, həmçinin İsmayılı apardıqdan sonra Şahmat məktəbinin yanına geri qayıtmasının şahidi olmasa da bir yerdə işlədiyi sürücü yoldaşı kimi sonuncunun hər hansı problem yaşamasını istəmədiyi üçün ifadə verərək Zaurun İsmayılı apardıqdan təxminən 15-20 dəqiqə sonra Şahmat məktəbinin yanına geri qayıtdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 (Şahid1) ilkin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçiliyi yoxdur. Əvvəllər Zaur onun iş yerinə gəlmiş, Zaurun hər hansı bir cinayət etməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə saxlanılarkən onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmişlər. Ona demişlər ki, guya Təqsirləndirilən şəxs adam öldürüb, o isə xəbəri olmadığını, bilmədiyini və görmədiyini bildirmişdir. Onu orada döyüb məcbur etmişlər ki, desin ki, Təqsirləndirilən şəxs adam öldürmüşdür. Sonra ona öz yazdıqlarına imza etdirmişlər. İbtidai İstintaq zamanı Təqsirləndirilən şəxsla aralarında üzləşmə aparılmamışdır. Şahid qismində dindirilmiş X27 (Şahid1) daha sonra məhkəmə iclasına gələrək yenidən ifadə verərək əvvəlki ifadəsini təsdiq etməyərək ifadəsində göstərmişdir ki, Zauru 2004-2005-ci ildən tanıyır. Zaurla narkotik vasitədən istifadə etmişlər. Narkotik vasitəni Sovetiski deyilən yerdən narkotikanı almış orada bir yerdə narkotikanı qəbul etmişlər, bir neçə dəqiqə keçəndən sonra Zaur demişdir ki, «Akif sənə deyirəm ürəyimi sənə açıram başqa heç kimə deməmişəm, 2013-cü ildə Alikgilin evində İsmayıl ilə birlikdə Razin tərəfdə İsmayılla narkotikanı alıb qəbul edəndən sonra aralarında mübahisə yaranıb İsmayıl anamı söyüb, məndə əsəbləşib İsmayılı boğub öldürmüşəm. Üstündən 10 ildən çox müddət keçib artıq kimsə məni axtarmaz». O əvvəlki ifadəsini təhlükəsizliyi baxımından yalan vermiş, Zaurun anası Zivər xanım qohumları hamısı ona hədə qorxu gəlmişlər, onu evlərində saxlamışlar, indi də onların evindən çıxıb gəlir. Şahid X20 (Şahid1) ibtidai istintaq zamanı vermiş oluduğu ifadəsi elan olunarkən müəyyən olunmuşdur ki, xx.xx.1984-cü il tarixdə Şəki rayonunda anadan olmuş. Uşaq yaşlarından kimliklərini bilmədiyi valideynləri onu Şəki şəhərində yerləşən 2 nömrəli uşaq evinə yerləşdirmiş və 18 yaşı tamam olanadək həmin uşaq evində yaşamışdır. Daha sonra 2000-ci il tarixdə həm yaşamaq həm də işləmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan da fərdi qaydada muzdlu işçi kimi müxtəlif şəxslərə müxtəlif işlərin görülməsində köməklik göstərmiş və bu günədək göstərdiyi xidmət müqabilində şəxslərin verdikləri pul ilə dolanmışdır. Onun daimi yaşayış yerim olmamış və adətən Bakı şəhərində Yasamal rayonu ərazisində “Sovetski” kimi tanınan yerdə uçurdulmuş binaların birində gecələyir. Qohumlarının da kimlər olmasını bilməmişdir. Təqsirləndirilən şəxs təxminən 2017-ci il tarixdən tanıyır. Belə ki, həmin ərəfədə daimi olaraq gün ərzində Bakı şəhərində İçərişəhər metrostansiyasının yaxınlığında olaraq həmin ərazidə müxtəlif şəxslərə görüləsi işlərdə köməklik etmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs da işlədiyi ərazidə görüb hazırda xatırlaya bilmədiyi təsadüfü zəmində tanış olmuş və aralarında yaxşı münasibətlər yaranmışdır. Təqsirləndirilən şəxsla aralarında yaxın münasibətlər yarandıqdan sonra Zaurun mütəmadi olaraq ineksiya yolu ilə heroin adlanan narkotik vasitəsindən istifadə etdiyini öyrənmişdir. Lakin, dəqiqliklə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən, haradan və hansı üsulla əldə etməsindən məlumatı olmamışdır. Daha sonralar tarixini dəqiq unutsa da Təqsirləndirilən şəxs təklifi ilə o da ineksiya yolu ilə heroin adlanan narkotik vasitəsindən istifadə etməyə başlamışdır. Onun üçün də narkotik vasitəni Təqsirləndirilən şəxs bilmədiyi mənbədən əldə edərək gətirmiş və adətən onlar birlikdə “Sovetski” adlanan ərazidə uçurdulmuş köhnə binaların qalıqlarının daxilində həmin narkotik vasitədən istifadə etmişlər. Təqsirləndirilən şəxs özü də “Sovetski” adlanan ərazidə rəsmi ünvanı bilməsə də yerini tanıdığı fərdi yaşayış evində kirayədə anası Zivər adlı qadınla birlikdə yaşayır. Təxminən 2022-ci ilin mart ayının ortalarında günorta saatlarında o, Bakı şəhərində İçərişəhər metrostansiyasının yaxınlığında olarkən Təqsirləndirilən şəxs onun işlədiyi yerə yanına gələrək ona üzərində heroin adlanan narkotik vasitənin olduğunu bildirərək birlikdə “Sovetski” adlanan əraziyə gedərək həmin narkotik vasitəni qəbul etmələrini təklif etmişdir. O da Zaurun təklifi ilə razılaşdıqda birlikdə piyada şəkildə qeyd etdiyi əraziyə getmiş və səhv etmirəsə saat 14-15 radələrində adətən birlikdə narkotik vasitə qəbul etdikləri, sökülmüş binanın olduğu yerə çatmışlar. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs özü ilə gətirdiyi heroin adlanan narkotik vasitəni ineksiya yolu ilə qol nahiyəsindən qəbul etmişlər. Həmin narkotik vasitə dəqiq çəkisini bilməsə də adətən 10 manata satılan həcm və çəkidə olmuşdur. Onlar narkotik vasitəni qəbul etdikdən sonra siqaret çəkən zaman Təqsirləndirilən şəxs söhbət açaraq 2013-cü ilin mart ayında dostu Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində 8-ci kilometr qəsəbəsində Alik adlı tanışının evində narkotik vasitə olan heroin qəbul etdiklərini, daha sonra Alikin evindən ayrıldıqdan sonra Zərərçəkmiş şəxs özündə olan heroini gizlədib vermədiyini, buna görə aralarında mübahisə yarandığını, mübahisə zamanı isə Zərərçəkmiş şəxs əlləri ilə boğaz nahiyəsində sıxmaqla öldürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs boğaraq öldürdüyünü desə də, ona həmin cinayəti dəqiqliklə harada törətdiyini, hər hansı şəxsin hadisənin şahidi olub- olmadığı, hadisədən sonra konkret olaraq hansı hərəkətlər etdiyini, hadisə zamanı Zərərçəkmiş şəxs müqavimət göstərib-göstərməməsi, habelə həmin vaxtadək məsuliyyətdən necə yayınması barədə heç nə bildirməmiş, o da göstərdiyi hallar barədə hər hansı sual verməmişdir. Həmin məzmunda aralarında söhbət olduqdan sonra onlar sağollaşıb ayrılmışlar. Sonrakı tarixlərdə Təqsirləndirilən şəxs ona qəsdən adam öldürməsi ilə bağlı bildirdiyi hadisə barədə heç bir şəxsə, o cümlədən hüquq mühafizə orqanına məlumat verməmişdir. Belə ki, dəqiqliklə Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi ilə bağlı dediklərinin həqiqət olduğunu əmin olmamışdır. Zərərçəkmiş şəxs, habelə Alik adlı şəxsi tanımamış və həmin şəxslərlə hər hansı münasibəti olmamışdır. Həmçinin göstərdiyi vaxtadək Təqsirləndirilən şəxs hər hansı şəxsi, o cümlədən Zərərçəkmiş şəxs öldürməsindən onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hər hansı psixi və ya psixoloji xəstəlikdən əziyyət çəkib-çəkməməsindən onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ifadəsində göstərmişdir ki, o, əvvəl taksi sürücüsü iləmiş, Təqsirləndirilən şəxs da o zamandan tanımışdır. O, Təqsirləndirilən şəxs yaxşılıqdan baqa bir əməlini görməmişdir. Onun bu hadisədən xəbəri olmamış, onu polislər tutub gətirmişlər bölməyə orada saçını yolmuşlar. Onun Zaurla taksi sürücüsü kimi aralarında salam sağol münasibəti olmuşdur. O zaman ona şəkil göstərmişlər, tanımadığını demiş, Zauru tanıdığını soruşduqda, dost olduqlarını, bir yerdə işlədiklərini demişdir. İbtidai İstintaq zamanı Təqsirləndirilən şəxsla aralarında üzləşmə aparılmamışdır. Şahid2 ibtidai istintaq zamanı vermiş oluduğu ifadəsində göstərmişdtir ki, təxminən 20 ildir ki, Bakı şəhəri ərazsində taksi sürücüsü kimi işləyir. Hazırda “Daevo Gentra” markalı avtomobili icarəyə götürərək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2008-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu ərazisində Şahmat məktəbinin qarşısında dayanaraq onunla birlikdə müştəri gözləyən taksi şoferi kimi tanımışdır. Zaur həmin vaxt Hyundai markalı avtomobil ilə taksi sürücüsü kimi işləmişdir. Zaurla həmin vaxtdan yaxın, ailəvi münasibətləri yaranmış, günün çox hissəsini bir yerdə olmuşlar. Təxminən 1992-ci il tarixdən o, narkotik vasitə qəbul edir. Zaurla da bərabər dəfələrlə narkotik vasitə qəbul etmişlər. Uzun illər narkotik vasitə qəbul etdiyindən həmin vasitələrin alınmasını da Zaur təşkil etmişdir. Zaur narkotik vasitələrini Bakı şəhərində həmin vaxt “Kubinka” deyilən ərazidən hazırda şəxsiyyətini xatırlamadığı şəxslərdən əldə etmişdir. Zaur ondan pu! vəsaitini alaraq narkotik vasitələrini əldə edir, sonra birlikdə çox vaxt maşında narkotik vasitələrini bərabər qəbul etmişlər. Hazırda ağrıları olduğundan psixotrop maddə olan metadon preparatını istifadə edir. Şahid2 ifadəsində əlavə olaraq göstərmişdir ki, 2013-cü ilin iyul ayında, xatırlamadığı tarixdə, saat təxminən 14 radələrində çay içmək məqsədilə Zaurla əlaqə saxlasa da, telefonuna zəng çatmamışdır. Adətən həmişə Zaurun telefonuna zəng çatdığına görə ona maraqlı gəlmiş və təxminən saat 16 radələrində yenidən zəng zaman harada olduğunu soruşmuş, sonuncu da beşmərtəbə dairəsinin yaxınlığında, Şahmat məktəbinin yanında, digər taksi sürücüləri ilə birlikdə həmişə dayandığı yerdə olduğunu bildirmişdir. Elə o da həmin vaxt yaxınlıqda olduğundan müştərini ünvana çatdırdıqdan sonra beşmərtəbə istiqamətdə hərəkət etmiş, Şahmat məktəbinin yanında Zaurun idarə etdiyi «Hyundai Accent» markalı avtomobili görmüşdür. Avtomobilini Zaurun avtomobilinin yaxınlığında saxlamış, aşağıya enərək yaxınlaşdıqda Zaurun avtomobilinin yanında dayandığını Tahir, Məmmədəli, Böyükağa, Vidadi, Məşədi, Ceyhun adlı taksi sürücüləri ilə söhbət etdiyini görmüşdür. O da adətən Mərkəzi Univermağm yanında dayanıb taksi gözlədiyinə görə, Zaur kimi Şahmat məktəbinin yanında dayanan adlarını çəkdiyi taksi sürücüləri ilə münasibəti olmuşdur. Tahir, Məmmədəli, Məşədi və Ceyhun adlı şəxslər vəfat emiş, Vidadi isə sağdır, hələ də taksi sürücüsüdür. Bundan əlavə Zaurun avtomobilin içərisində arxa oturacaqda anası Zivər xanım da oturmuşdur. Zaur evə getdiyi üçün, yol üstü taksi sürücülərini görüb saxlamış, nəsə haqqında danışmışdır. Zaurdan nə baş verdiyini soruşduqda sonuncu onu kənara çəkib, birbaşa «adam öldürmüşəm» sözünü demişdir. Həmin vaxt Zaurun kefi olmasa da, lakin buna baxmayaraq sonuncunu zarafatcıl biri kimi tanıdığına görə bu dəfə də ciddi olmadığını düşünmüşdür. Zaurdan nə üçün telefonuna zəng çatmadığını soruşan zaman sonuncu adam öldürməsi ilə bağlı Bakı şəhər prokurorluğunda ifadə verməkdən gəldiyini, ona görə də telefonuna zəng çatmadığını bildirmişdir. Zaur adam öldürdüyü və bununla bağlı prokurorluqda olduğu halda hələ də tutulmadığından həmin vaxt sonuncunun dediyinə inanmamışdır. Buna görə də, Zaurun sözlərinə əhəmiyyət verməmiş, avtomobilə minib çıxıb getmişdir. Zaurun sözlərini qeyriciddi qəbul etdiyinə görə, həmin söhbətdən sonra Zauru görəndə heç vaxt bu barədə maraqlanmamış və hüquq- mühafizə orqanlarına məlumat verməmişdir. Təqsirləndirilən şəxs adam öldürməsi barədə ona heç bir söz deməmiş, sadəcə onun «nə baş verib?» sualına «adam öldürmüşəm.» cavabını vermişdir. Qeyri-ciddi qəbul etdiyi üçün bu barədə sonuncudan heç bir şey soruşmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs anası Zivər avtomobilin içərisində, avtomobilin şüşələri isə açıq olmuşdur. Ona görə də, Zivər xanımın həmin sözü eşidib-eşitməməsini barədə onun məlumatı olmamışdır. Zaur bu sözü onu kənara çəkib dediyi üçün güman edirə ki, digər taksi sürücüləri bu sözü eşitməmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, hadisə yerinə baxış keçirilən zaman o da ekspert kimi iştirak etmişdir. Hadisə yerinə baxış zamanı təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmiş, təqsrləndiriliən şəxs könüllü ifadə vermişdir. Təqsirləndirilən şəxsi ilk dəfə hadisə yerində görmüş, hadisə yerində hadisənin necə baş verdiyini göstərmiş, harada görüşdüklərini daha sonra hara getdiklərini və mübahisənin nəyə görə başladığı barədə ifadə vermişdir. Mübahisəyə narkotik vasitə səbəb olmuşdur. Təqsirləndirilən şəxs bildirdiyinə görə o, zərərçəkmiş şəxslə narkotik vasitə istifadə etmişlər, narkotik vasitəni əldə etdikləri şəxs narkotik vasitənin qalan hissəsinin zərərçəkmiş şəxsdə olduğunu soyləmiş və zərərçəkmiş şəxs narkotik vasitənin onda olmadıqını dedikdə aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs öncə zərərçəkmiş şəxsə ayağı ilə zərbə endirdiyini daha sonra boğduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin ölümü boğulma səbəbindən baş vermişdir. Zaur sonar bildirmişdir ki, zərərçəkən öldükdən sonra nəqliyat vasitəsini sovetski deyilən əraziyə sürüb, səhər saat 05:00 radələrində heçkimin olmadığı bir ərazidə təkbaşına maşından düşürdüb yerə uzandırıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Nəsimi bazarının yanında «Rokfor» adlı kafedə aşbaz işlmişdir. İş vaxtı saat 11-də başlayır, işdən isə adətən gecə saat 1-dən sonra kafe bağlandığı vaxt çıxaraq təxminən saat 2-ə yaxın evə gedir. 30 mart 2013-cü ilə keçən gecə saat 02 radələrində işdən evə gəlmişdir. Həmin gecə yuxusu gəlmədiyindən, evdə bir qədər oturub televizora baxandan sonra Çingiz Mustafayev küçəsində olan internet kluba gedərək kimdənsə siqaret almaq məqsədilə evdən çıxmışdır. Yaşadığı evin yaxınlığında gecə işləyən obyektlər yoxdur. Çingiz Mustafayev küçəsi yaşadığı küçəyə paralel küçədir, təxminən 150 metr aralı məsafədə yerləşir. Həmin vaxt hava soyuq olmuş, əynində gödəkçə olmuşdur. Saat təxminən 4 radələrində evdən çıxıb küçə ilə aşağı düşmüş və Zülfü Adıgözəlov küçəsi ilə Çingiz Mustafayev küçəsinə doğru getməyə başlamışdır. Çingiz Mustafayev küçəsinə çatmamış yolun sağ tərəfində, orada olan mağazanın divarına paralel yerə arxası üstə uzanmış bir kişi görmüş, kişinin baş nahiyyədi Çingiz Mustafayev küçəsinə, ayaqlan isə Zülfi Abdullayev küçəsinə doğru olmuşdur. Həmin kişiyə yaxınlaşmadan təxminən 5-6 metr aralıdan bir neçə saniyə yerdə uzanmış kişiyə baxan zaman hərəkət etmədiyini görmüşdür. Həmin kişinin ölmüş olduğunu zənn etdiyinə görə yerə uzanmış kişiyə yaxınlaşmadan öz mobil telefonundan «102» Xidmətinə zəng vurmuş və Zülfü Abdullayev və Çingiz Mustafayev küçəsinin kəsişdiyi yerdə yerə uzanmış huşsuz kişi olduğunu demişdir. Məlumat verəndən sonra bir qədər geri, Vidadi küçəsinə doğru getmişdir. Təxminən 5 dəqiqədən sonra xidməti avtomaşınla polis işçilərinin gəldiyini görmüşdür. Polislərin gəlməsini görüb yaxınlaşmış, polis işçilərindən heç birini tanımamışdır. Polis işçiləri yerə uzanmış kişiyə yaxınlaşıb toxunmadan səsləsələr də cavab verən olmamışdır. Polis işçiləri həmin şəxsin öldüyünü bildirmişlər. Yaxınlaşıb ölən kişiyə baxan zaman tanımamış, meyitin sinəsi isə açıq olmuş, döş nahiyyəsində paltarları olmamış, amma şalvarı əynində olmuşdur. Meyitin ətrafında heç bir qan ləkələri görməmişdir. Təxminən 10- 15 dəqiqədən sonra minik avtomobilində iki nəfər mülki paltarda olan tanımadığı şəxs gəlmiş, polis işçiləri ilə söhbət etməyə başlamışlar. Bundan sonra təxminən 5 dəqiqə kənarda dayanıb baxdıqdan sonra polis işçiləri ilə xudafizləşib evə getmişdir. 1-2 gündən sonra ölən şəxsin elə meyit tapılan yerin yanında yaşayan Mehriban adlı qadının qardaşı olduğunu öyrənmişdir. Mehriban əvvəllər mənzil istismar sahəsində işlədiyinə görə tanısa da qardaşını tanımamış, hadisədən sonra qardaşının adının İsmayıl olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2013-cü il tarixli hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ilə Zülfü Adıgözəlov küçəsinin kəsişməsində səkidə divardan 20 sm aralıqda arxası üstə uzanmış kişi meyiti vardır. Meyitin üzərində göy rəngli uzun qollu gödəkcə, qəhvəyimtil rəngdə şalvar, boz rəngdə tursik, qəhvəyi rəngdə dəri materiallarından olan kəmər qara rəngdə corablar, qara rəngdə ayaqqabı vardır. Meyit düzgün bədən quruluşludur, kafi qidalıdır. Meyiti əllə əllədikdə tam soyumuşdur. Meyit ləkələri bədənin arxa səthində bənövşəyimtil rəngdə yerləşir. Barmaqla təztiq etdikdə rəngi itir, 20 saniyədən sonra öz rənginə gəlir. Meyid qacıması zəif dərəcədə çənə nahiyyədə qeyd olunur. Göz bəbəkləri simmetrikdir, təxminən 03 sm-dir. Burun sümükləri və qığırdaqları əllədikdə tamdır. Burun və və xarici qulaq keçəcəkləri sərbəstdir və təmizdirlər. Meyitin ağzı qapalıdır, görünən dişləri təbii rəngdədir, tamdırlar. Dili azacıq diş xətdindən dişlərin arasında sıxılıb öndədir. Döş qəfəsi simmetrik, qarnı döş qəfəsi ilə eyni səviyyədə yerləşmişdir, şişməmişdir. Xarici cinsiyyət üzvləri kişi tiplidir. Meyiti əllədikdə yoxlanılan sklet sümükləri tamdırlar. Meyitin xarici baxışı zamanı onun əynindəki paltarları qismən soyundurduqda bədən səthində gözlə görünən hər hansı xəsarət aşkar edilmədi. Meyitin əynində olan göy rəngli gödəkçənin yan cibindən 1 ədəd salafan torbaya bükülmüş Yasamal RPİ tərəfindən xx.xx.2004-cü ildə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi, 1 ədəd AB 32126 nömrəli sürücülük vəsiqəsi, 1 ədəd “X30” CDİ markalı, **-VH- *** nömrə nişanlı avtomobilin ABN 907650 saylı avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti, həmin avtomobilin idarə edilməsi üçün xx.xx.2012-ci il tarixdə verilmiş ƏN- İİN4450095 saylı etibarnamənin surəti, 1 ədəd Zərərçəkmiş şəxs məxsus 1 ədəd012679 saylı pensiya vəsiqəsi, 1 ədəd YSM 012679 nömrəli bank kartı və 1 ədəd AON0455470 hərbi bilet və şalvarının yan cibindən halqaya salınmış, üzərində mercedes markasının loqosu olan avtomobil açarı və 1 ədəd qapı açarı aşkar edilərək götürülmüşdür. Bundan başqa hadisə yerindən əhəmiyyət kəsb edən hər hansı əşya götürülməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2013cü il tarixli, 41 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində sağ çənəaltı nahiyədə çənə bucağı proyeksiyasında, çənəaltı nahiyədə orta xəttdən bir qədər sola, sol bazunun arxa səthində, döş qəfəsinin sol arxa səthində qançırlar, çənəaltı nahiyədə döş qəfəsinin arxa səthində, sol diz oynağında, sol baldırda sıyrıqlar, dilaltı sümüyü ətrafı toxumalarda qansızmalar, ağ ciyərlərdə ocaqlı qansızmalar, ağ ciyərlər alviollararası arakəsmələrin qopması vardır. Qeyd edilən xəsarətlər həyati olub ölümündən bir az əvvəl (dəqiqələr, saniyələr ölçü vahidi ilə) bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənməsi qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2013-cü il tarixdə törənməsi inkar olunmur. Dərəcələrinə görə çənəaltı nahiyədə olan qançırların bərk küt əşyanın yerli təsirindən törənməklə mexaniki asfiksiyaya səbəb olduğu üçün canlı şəxslərdə həyat üçün təhlükəli sağlamlığa AĞİR zərər vurmaya, digər qançırlar və sıyrıqlar ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin bərk küt əşyanın yerli təsirindən sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, mərhumun ölümü meyitin meyitxanada müayinəsindən 10-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs sol diz oynağının ön-iç səthində olan əzilmiş yara meyitin meyidxanada müayinəsindən 5-7 gün əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və daxili üzv hissələrində məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcəyindən götürülmüş tampon və yaxmada spermatozoidlərin təyini hal-hazırki vaxta kimi ekspertizaya daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2013cü il tarixli, T 145/2013 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin hadisə yerində xx.xx.2013-cü ildə müayinəsi zamanı paltarları qismən soyundurulduqda bədən səthində gözlə görünən hər-hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2013-cü ildə mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı sağ və sol çənəaltı nahiyədə, sol bazunun arxa səthində, döş qəfəsinin arxa səthində solda qançır, çənəaltı, döş qəfəsinin arxa səthi, sol diz oynağı, sol baldırda sıyrıq, boynun yumşaq toxumasına dilaltı sümük ətrafında qansızma, ağ ciyərlərdə ocaqlı qansızma, ağ ciyərlərdə alveollararası arakəsmələrin qopması müəyyən edilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin xx.xx.2013-cü ildə ekshumasiyası zamanı kəskin çürümə dəyişiklikləri fonunda boynun yuxarı 1/3-də sıyrıq müəyyən edilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin ilkin müayinəsi zamanı götürülmüş biomaterialın təkrar histoloji müayinəsi zamanı baş beyinin qişası və toxumasına xırda ocaqlı qansızmalar, ağ ciyər toxumasına qansızmalar, qaraciyərdə xroniki qeyri-aktiv hepatit müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların)-bilavasitə təsirindən ölümdən qısa müddət əyvəl törənmişdir. Dərəcəsinə görə çənəaltı nahiyədəki qançır, yumşaq toxumaya qansızma mexaniki asfiksiya yaratdığından canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər sıyrıq və qançırlar isə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin məhdud səthə malik küt əşya ilə sıxılmasından yaranmış mexaniki asfiksiya olmuşdur ki, bu da meyitdən götürülmüş biomaterialın ilkin və təkrari histoloji müayinəsinin nəticələri ilə təsdiq edilir. Qeyd edilən ilkin meyit əlamətlərinə əsasən ölüm meyitin meyitxanada müayinəsindən 8-12 saat əvvəl baş verməsinə uyğun gəlir. Boynun yuxarı 1/3-də qeyd edilən xəsarətlərin xarakteri sıxılmanın əl barmaqları ilə yaranmasını göstərir. Lakin onun sol və ya sağ əl barmaqları ilə olması haqqında qəti fikir söyləmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs boynunda sıxılmanın bir neçə dəfə aparılmasını, o cümlədən qarnın və döş qəfəsinin sıxılmasını göstərən əlamətlər müəyyən edilmədi. Mərhum Zərərçəkmiş şəxs mexaniki asfiksiyaya məruz qaldığı anda ağzı üstə olan vəziyyətdən başqa, digər vəziyyətlərdə ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs sol bazu və kürək nahiyəsindəki sıyrıqlar öz xarakterinə görə sürtünmə nəticəsində yaranmağa uyğun gəlir. Xəsarət nahiyəsində xəsarət yetirən alətin xüsusi əlamətləri özünü büruzə vermədiyindən bu haqda daha dəqiq fikir söyləmək mümkün deyildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3275 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə - psixiatrik və psixoji ekspertizasının xx.xx.2022-ci il tarixli 1560 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar edilməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən ediən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə (narkotik vasitəni ondan xəbərsiz əldə etməsi, bununla əlaqədar aralarında yaranmış mübahisə) əlaqədar olar ola bilərdi. Təqsirləndirilən şəxs fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt öz hərəkətlərini tam dərk etmək, hrəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2022- ci il tarixli 549 №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin ilkin müayinəsi zamanı rəyin təsviri hissəsində göstərildiyi kimi, sidik kisəsi boş olduğu təqdirdə ekspertin göndərişdə sidik götürməsi yanlışdır, lakin götürülmüş daxili üzvlərin məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda və daxili üzvlərinin hissələrinin məhkəmə-kimya tədqiqatında etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Bu qəbul edilən narkotik maddənin növündən, miqdarından, qəbul edilmə vaxtından və orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq müəyyən edilir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və daxili üzv hissələrində narkotik maddələrinin aşkar olunmamasının səbəbini məhkəmə-kimya tədqiqatım aparmış ekspertlə araşdırılmaq məqsədyönlüdür. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşkar edilən xəsarətlərin Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı göstərdiyi şəraitdə yaranması mümkündür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022ci il tarixli, 1021 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində hərhansı xəsarət və xəsarət izi aşkar olunmamışdır. Telefon məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş əməliyyat- texniki tədbirlər nəticəsində əldə edilmiş məlumatları özündə əks etdirən CD daşıyıcıya baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-**-37 saylı mobil telefon nömrəsinin xx.xx.2013-cü il tarixdə saat 21:10:03-də “MULER1” Bakı şəhəri, Yasamal rayonu, N Nərimanov prospekti “5 MULLER Firmasi” (N.Nərimanov heykəli ətrafı), saat 21:11:40-da Bəşir Səfəroğlu küçəsi Poltexnikin köhne korpusu, saat 21:18:14-də “TEATR2” Bakı şəhəri, M.Hüseyn küçəsi Teleteatrın binası, saat 21:18:56-da “KABAC1” Baki Sabail rayonu M.Hüseyn 88 “KABACOK” restoranı, saat 21:27:41-də “HTEXC2” Bakı şəhəri, X23 ətrafı, saat 21:29:06-da Bakı şəhəri Heydər Əliyev prospekti Saat qülləsi, saat 21:30:23-də “MOSKV3” H.Əliyev prospekti, saat 21:34:00-da Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, “1 CASPİ YİLDİZ” Holding, saat 21:35:02-də AZNYA1 Azneftyanacaq zavodu, saat 21:35:17-də “PLNET3” Bakı şəhəri Nizami ray 8-ci km Məhsəti 3, saat 23:10:32-də AZNYA2 Azneftyanacaq zavodu, saat 23:12:32-də “SARİG3” Sarı Gəlin şadlıq evi metro X21 arasında, saat 23:13:00-da “ALTUN8” ünvan 9 ünvanlarında anten dairələrində qeydə alınmışdır. Bu mərhum Zərərçəkmiş şəxs X5 Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospektində (keçmiş Hüsü Hacıyev küçəsi) yerləşən Şahmat məktəbinin qarşısına, yəni Təqsirləndirilən şəxs ilə görüşdüyü ünvana gəldiyi yol trayektoriyasın, orada onu gözləməsini, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, yəni birlikdə narkotik vasitə qəbul etmək üçün Alik Bədirovun yaşadığı ünvana, yəni Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 112 ünvanına gəldikləri yolun trayektoriyasını təsdiq edir. Bundan başqa Zərərçəkmiş şəxs istifadəsində olmuş 051- 580-73-73-37 saylı mobil telefon nömrəsinin xx.xx.2013-cü il tarixdə saat 23:28:18- də “DEBUT8” Debut bank (Neftçilər metrostasniyası yaxınlığı), saat 00:00:03-də “TEMES6” ünvan 11 ünvanlarında anten dairələrində qeydə alınmışdır. X6 mərhum Zərərçəkmiş şəxs və Alik Bədirov ilə birlikdə Nizami rayonu, E.Süleymanov 112 ünvanında narkotik vasitə qəbul etdikdən sonra, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, yəni Zərərçəkmiş şəxs ilə birlikdə hərəkət etdikləri yolun trayektoriyasına uyğun gəlir və həmin xüsusatı təsdiq edir. Bununla yanaşı Zərərçəkmiş şəxs istifadəsində olmuş digər, yəni ***-***-**-** saylı mobil telefon nömrəsi 29 mart 2013-cü il tarixdə saat 21:14:33-də Bakı şəhəri, Yasamal rayonu N.Nərimanov meydanı 5, saat 21:20:42-də Bakı şəhəri, Sabail rayonu, Bülbül prospekti, saat 21:22:33-də Bakı şəhəri, Neftçilər prospekti 4, saat 21:27:13-də Bakı şəhəri H Əliyev prospekti 101, saat 21:27:48-də Bakı şəhəri, H.Əliyev prospekti 95, Beynəlxalq Ticarət Mərkəzi, saat 21:35:28-də Bakı şəhəri, Nizami rayonu Məhsəti küçəsi, 1 8 Km Meriya, 23:01:35-də Bakı şəhəri, Nəsimi küçəsi 25, saat 23:11:16-da Bakı şəhəri, Nizami rayonu Çobanzadə küçəsi 24/13, saat 23:16:13-də Bakı şəhəri, NZS yaşayış sahəsi, Reshid Bağırov küçəsi ev 43, saat 23:29:53-də Baki şəhəri, Nəsimi rayonu Puşkin 26, saat 23:42:05-də Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 40, saat 23:49:08-də Bakı şəhəri, Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi, saat 23:49:08-də ünvan 12 ünvanlarında anten dairələrində qeydə alınmışdır. X6 ifadəsində göstərdiyi, Zərərçəkmiş şəxs ilə birlikdə hərəkət etdiyi yol trayektoriyasını ünvanına gəldikləri yolun trayektoriyasını təsdiq edir. Bakcell MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, BKC/LGL- 22844/21 nömrəli məktuba əlavə edilmiş CD daşıyıcıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda, həmçinin xx.xx.2013-cü il tarixdə saat 20:45-də 125 saniyə, həmin tarixdə saat 20:49-da 8 saniyə, saat 21:03- də 10 saniyə, saat 21:09-da 37 saniyə, saat 21:12-də 18 saniyə müddətində danışıqların olduğu müəyyən edilmişdir. Bu Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisə günü axşam saat 21 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək narkotik vasitə istifadə etmələri təklifi, Bakı şəhəri Yasal rayonu Azərbaycan prospektində yerləşən (keçmiş Hüsü Hacıyev küçəsi) Şahmat məktəbinin qarşısında görüşmək üçün vədləşmələri barədə xüsusatı təsdiq edir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X13 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2013-cü il tarixdə saat 11:29-da 64 saniyə, həmin tarixdə saat 11:31-də 13 saniyə, saat 12:03-də 17 saniyə, saat 12:17- də 15 saniyə, saat 15:47-də 20 saniyə, xx.xx.2013-cü il tarixdə saat 10:08-də 21 saniyə, həmin tarixdə saat 10:10-da 20 saniyə, xx.xx.2013-cü il tarixdə saat 11:39- da 36 saniyə, xx.xx.2013-cü il tarixdə saat 21:10-da 20 saniyə, həmin tarixdə saat 21:11-də 12 saniyə, xx.xx.2013-cü il tarixdə saat 21:57-də 5 saniyə, xx.xx.2013-cü il tarixdə saat 11:54-də 35 saniyə müddətində danışıqların olduğu müəyyən edildi. Bu Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi X24 ilə birlikdə dəfələrlə narkotik vasitə qəbul etmələri üçün əlaqədə olmaları, xx.xx.2013-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs ilə danışdıqdan sonra narkotik vasitə təşkil etməsi üçün Alik Bədirova zəng etməsi barədə xüsusatını təsdiq edir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 6767 nömrəli məktuba əlavə edilmiş CD daşıyıcısına baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2013-cü il tarixdə saat 21:11:34-də ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 19 saniyə, həmin nömrə İlə saat 21:12:42-də 13 saniyə, saat 21:41:28-də ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 35 saniyə, saat 22:14:06-da ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 34 saniyə 9 saniyə, saat 22:19:14-də saylı mobil telefon nömrəsi ilə 17 saniyə, 22:20:02-də ***-***-**-** saylı telefon nömrəsi ilə 8 saniyə, saat 22:22:31-də ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 8 saniyə müddətində danışıqların olması müəyyən edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş ölüm haqqında akt qeydlərdən görünür ki, 27.11,1960-cı il təvəllüdlü X24 xx.xx.2020-ci il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı, dəqiq və dəqiqləşdirilməmiş qaraciyər sirrozu diaqnozu ilə, xx.xx.1938-ci il təvəllüdlü X26 xx.xx.2014- cü il tarixdə "ürək dayanması” diaqnozu ilə, xx.xx.1964-cü il təvəllüdlü X16 isə “T02.8 Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar” diaqnozu ilə ölmüşdür. Azərbaycan Respublikası Səhiyə Nazirliyinin Respublikas Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx-8044 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müailəcədə olmamış və qeydiyyatda yoxdur Respublika Psixiatriya Xəstəxanası PHŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 4876 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamış və qeydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Eləcə də məhkəmə iş üzrə şahid qismində dindirilmiş X27 (Şahid1) və Şahid2 məhkəmə istintaqı zamanvı vermiş olduqları ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, həmin şahidlər məhkəmədə ibtidai istintaq zamanı vermiş olduqları ifadələrindən fərqli ifadələr verərək və cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair məlumatlarının olmadığını bildirməkdə yalnız Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər, məhkəmə onların məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrinə tənqidi yanaşaraq inandırıcı hesab etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işindən narkotik vasitə olan heroinin mənbəyinin, təqsirləndirilən şəxs tərəfindən əldə edilmə şəraitlərinin bu əməllərə aidiyyəti olan bütün şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi, X27 (Şahid1) və Şahid2 Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qəsdən öldürülməsi cinayətinin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə, habelə bütün digər xüsusatlarla bağlı Azərbaycan Respublikasının CM-nin 234.2 və 307.1-ci maddələri ilə ********* №-li cinayət işi ayrıca icraata ayrılmışdır. Buradan da hesab etmək olar ki, şahidlər Şahid1 Abakoviç və Şahid2 Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqədi ilə yanaşı onlar öz barələrində ayrılmış cinayət işi üzrə məsuliyyət daşıya biləcək ehtimallarını da nəzərə alıb belə ifadə vermələri başa düşülür. İbtidai istintaq zamanı X27 (Şahid1) və Şahid2 Təqsirləndirilən şəxs ilə üzləşdirmələrini əks etdirən videoçəkilişidən də müəyyən olunur ki, onların arasında üzləşdirmə keçirilmiş, şahidlər üzləşmə zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi barədə onlara məlumat verdiyini onun üzünə demişlər. Yuxarıda sadalanan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin istintaq zamanı vermiş olduğu ifadəsi, üzləşdirmə protokolları və digər təkzib olunmaz sübutlarla tam öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif etməklə iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv və əsaslı hüquqi nəticəyə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin hazırda qüvvədə olan sanksiyası 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur, həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən qeyd olunan cinayət xüsusilə ağır cinayət sayılır və CM-nin 56.1.3-cü maddəsinə əsasən həmin cinayət əməlini törədən şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin 20 iyun 2014-cü il tarixə dək qüvvədə olmuş sanksiyası 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutmuş, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qeyd olunan cinayət ağır cinayət sayılmış və CM-nin 56.1.2-ci maddəsinə əsasən həmin cinayət əməlini törədən şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs öz cinayət əməlini 29 mart 2013-cü ildə törətdiyinə görə ona CM-nin 120.1-ci maddəsinin xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş sanksiyası həddində cəza təyin edilməli, və o, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Səbail rayon məhkəməsinin xx.xx.2002-cİ il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnitsiya qərarı əsasında xx.xx.2003-cü il tarixdə əsas cazadan azad edilmişdir. Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən –az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş onun məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran hal yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 23 may 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: "xxxx" MMC-dən daxil olmuş CD disk, "xxxx" MMC- dən daxil olmuş CD disk, "xxxx" MMC-dən daxil olmuş CD disk və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadə verərkən, Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirilən zaman və Təqsirləndirilən şəxs ilə Şahid2 üzləşdirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı üç ədəd DVD disk, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı videoçəkilişlərin qeydə alındığı bir ədəd flaskart yaddaş qurğusu iş materiallarında saxlanılmalıdır. Baş Prokurorluğun İstintaq idarəsində saxlanılan Zərərçəkmiş şəxs əyində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd trusik, 01 cüt corab, 01 cüt ayaqqabı məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Pro Bono» Vəkil Bürosunun vəkili X11 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (20 iyun 2014-cü il tarixədək qüvvədə olmuş redaksiyada) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Pro Bono» Vəkil Bürosunun vəkili X11 90 (doxsan) manat pul ödənilsin. İş üzrə maddi sübutlar: "xxxx" MMC-dən daxil olmuş CD disk, "xxxx" MMC- dən daxil olmuş CD disk, "xxxx" MMC-dən daxil olmuş CD disk və üzləşmə zaman videoçəkilişlərin qeydə alındığı üç ədəd DVD disk və ifadənin yerində yoxlanılması zamanı videoçəkilişlərin qeydə alındığı bir ədəd flaskart yaddaş qurğusu iş materiallarında saxlanılsın. Baş Prokurorluğun İstintaq idarəsində saxlanılan Zərərçəkmiş şəxs əyində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd trusik, 01 cüt corab, 01 cüt ayaqqabı məhv edilsin. İş üzrə ekspertiza xərcləri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-194/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-194/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver