Məhkəmə qərarları › İş №1(101)-194/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-194/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-194/2025 03.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonunun Çinarlı qəsəbəsində qeydiyyatda olan, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Kooperasiya Universitetinin yaxınlığında yerləşən “Pikasso” restoranını və Bakı şəhəri, Yasamal rayonu, X8 yerləşən “Jalə” restoranını icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, Kooperasiya Universitetinin yaxınlığında yerləşən “Pikasso” restoranında 2500 manat, 2022-ci ilin iyun ayının sonlarında isə Bakı şəhəri, Yasamal rayonu, X8 yerləşən “Jalə” restoranında 11500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 14000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 sonuncunun oğlu Seymur Abdinovu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına tələbə kimi qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 27 iyul 2022-ci il tarixdə 40000 manat, 2022-ci ilin avqust ayında isə iki dəfə 10000 manat olmaqla, cəmi 20000 manat pulu Bakı şəhəri, Xətai rayon ərazisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 60000 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Yasamal rayonu, X8 yerləşən “Jalə” restoranını icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin sentyabr ayının sonlarından 18 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhər ərazisində müxtəlif yerlərdə 10100 manat, sonuncu dəfə isə 18 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Army” marketdə olan ödəmə terminalı vasitəsilə 4098 5844 6544 0137 nömrəli “Leo bank” bank kartına 1000 manat pul köçürülməsinə nail olub, ümumilikdə 11100 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 sonuncunun qohumu X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına tələbə kimi qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 10 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən notariat ofisində 16000 manat, 13 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən “Mayak” kafesində 40000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 56000 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Georgian point” restoranını icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq, 11 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Shaurma” restoranında 2000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs7 2000 manat maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Moxito” restoranını və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Georgian point” restoranını icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq, 21 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Cəviz çay” evində 7900 manat, 22 mart 2023-cü il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 55 ünvanda yerləşən “Şokolad Tover" binasının qarşısında 2000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 9900 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının çıxışında yerləşən obyekti icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq, 30 aprel 2023-cü il tarixdə 4098 5844 7155 4087 nömrəli “Leo bank” bank kartına 400 manat, 01 may 2023-cü il tarixdə isə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 48/54 ünvanda yerləşən “Bazar Store” mağazasında olan ödəmə terminalından 4098 5844 7155 4087 nömrəli “Leo bank” bank kartına 350 manat pul köçürülməsinə nail olub, Zərərçəkmiş şəxs4 ümumilikdə 750 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus 14000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsi ilə əlaqədar ona elan edilmiş ittihamı qəbul etmir. Belə ki, onlar şərik olmuşdur. Əvvəl “Jalə” restoranını birlikdə icarəyə götürmək istəmişlər, lakin bəzi səbəblərdən həmin əmlakın icarəyə götürülməsi mümkün olmamışdır. Sonra onunla 04 ay müddətinə “Pikasso” və “Everest” restoranını şərikli işlətmişdir. “Everest” restoranına görə ödənilən icarə haqqı 4500 manat təşkil etmiş, həmin pulun 2500 manatını o, 2000 manatını isə Azadxan vermişdir. “Pikasso” restoranın icarə haqqı 2000 manat olmuş və həmin pulu o özü vermişdir. Yerdə qalan 11500 manat Azadxan tərəfindən ona verilməmiş, obyektin işlək vəziyyətə gətirilməsi üçün xərcləmişdir. Həmin obyektə o özü də xərc qoymuşdur. Azadxanın pulu xərcləməsinə dair qəbzlər mövcuddur. Seymur Abidinovun oğlunun Polis Akademiyasına işə düzəldilməsi ilə bağlı sonuncunun 60000 manat pulunu ələ keçirməsi ilə əlaqədar ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs bildirmişdir ki, o Seymur Abidinovdan aldığı 60000 manat pulu Azadxana qaytarmışdır. Azadxan pulları özü xərcləyib onun üzərinə atmışdır. Zərərçəkmiş şəxs1 oğlunun Polis Akademiyasına düzəldilməsi ilə bağlı 56000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə əlaqədar olan edilmiş ittiham barəsində təqsirləndirilən şəxs qeyd etmişdir ki, Anarı bir-iki dəfə görmüşdür. Bütün danışıqlar Şahid4lə olmuşdur. Rahib Hüseynovu tələbə kimi Polis Akademiyasına düzəldəcəyi barədə heç kimə vəd verməmişdir. Şahid4 16500 manat pulu hissə-hissə almışdır. 10000 manat ona 2023-cü ilin qış aylarında Günəşli ərazisində, 3000 manat “Ay İşığı” restoranının qarşısında, 3000 manat isə “Xəzri” restoranında verilmişdir. 40000 manat pul isə Şahid4 alınmamışdır. “Mayak” kafesində onların görüşünün məzmunu ondan ibarət olmuşdur ki, o, Kamrana “siz mənə 40000 manat pul verməlisiniz” demiş, onlar da ona vərəq verərək “sən qeyd edilən məbləği bura yaz” deyə bildirmişlər. Kamrangil tərəfindən təqdim edilən sənədə 40000 yazsa da Yasamal ərazisində yerləşən notariusda 1 saatdan çox gözləmiş, lakin 40000 manat ona verilməmişdir. Zərərçəkmiş şəxs7 məxsus 2000 manat məbləğin ələ keçirilməsi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs vurğulamışdır ki, “Georgian Pub” obyektinə görə ödənilməli olan pul məbləği 9000 manat təşkil etmişdir. Cavad ona “Georgian Pub” obyektini icarəyə götürmək üçün 2000 manat təşkil edən beh məbləğini “Hüseyn Cavid” parkının içindəki “Şaurma” restoranında vermişdir. O, Cavada müqavilə bağlanmasını təklif etdikdə isə Cavad ona həmin obyektin aylıq icarə haqqı çox olduğu üçün obyekti ala bilməyəcəyini demişdir. Buna görə də həmin 2000 manat behi qaytarmamışdır. Adı çəkilən obyekt dostu Ramiz Uğurova məxsus olmuşdur. Zərərçəkmiş şəxs3 məxsus 9900 manat pul vəsaitinin əldə edilməsi ilə əlaqədar elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 9000 manat məbləğində pul Zərərçəkmiş şəxs3 icarə haqları ilə bağlı alınmışdır. Həmin pulları qaytarmamışdır. Zərərçəkmiş şəxs4 məxsus 750 manat pulun ələ keçirilməsi ilə bağlı ona elan edilmiş ittihamı qəbul etməyərək Təqsirləndirilən şəxs qeyd etmişdir ki, verilmiş 400 manatı özünə götürmüş, 350 manatı isə maklerlik edən Şahid1 təqdim etmişdir. Həmin obyektin kirayə verilməsini Şahid1 ona təklif etmişdir. Bu səbəbdən o, 350 manatı Natiqin kartına atmış, 400 manat isə onda qalmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, o, Azadxanla şərik olmuş, əvvəlcə Jalə restoranının icarəyə götürülməsi ilə bağlı aralarında razılıq olmuşdur. “Jalə” restoranın aylıq icarəsi 2000-2200 manat təşkil etmişdir. “Jalə” restoranının sahibi icarə haqqının bir neçə ayını öncədən istədiyi üçün 11500 manat pul lazım olduğunu Azadxana bildirmişdir. “Jalə” restoranının icarəsi baş tutmadığına görə Azadxan ona təklif etmişdir ki, onun tanışlarının “Pikasso” və “Everest” restoranlarını icarəyə götürüb birlikdə işlətsinlər. Azadxan həmin obyektlərə 11500 manat pul qoymuşdur. Belə ki, aralarında olan razılaşmaya əsasən “Pikasso” obyektinin xərclərini Azadxan, icarə haqqını isə o, ödəmişdir. O, özü də “Pikassoya” 8000 manat xərc çəkmişdir. Azadxan 8000 manat ziyan etdiyi üçün ona qarşı belə bir tələb irəli sürmüşdür. “Jalə” restoranının icarəsi ilə bağlı İsrail vətəndaşı Olqa xanımla da danışıqlar etmişdir. Olqa Zərərçəkmiş şəxs5 anasıdır. Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitinin əldə edilməsi ilə əlaqədar ona elan edilmiş ittihamı üzrə özünü təqsirli bilir. Zərərçəkmiş şəxs6 oğlunun polis orqanlarına işə düzəldilməsi üçün vəd verib pul almamışdır. Zərərçəkmiş şəxs5 ona notarial qaydada 7000 manat pulu icarə haqqı kimi vermişdir. Etibarnaməsi olmasa da “Jalə” restoranını makler müqaviləsi əsasında icarəyə vermişdir. Həmin sənəd möhürləndikdən sonra qarşı tərəf sənədi notarial qaydada təsdiqlətdirmişdir. Möhür ilə əlaqədar işləri Natiq adlı makler həll etmişdir. X18 Akademiyasına düzəltmək üçün ittiham aktında qeyd olunan məbləğdə pul almamışdır.X14 Akademiyasına düzəldilməsi üçün qəti söz verməmişdir. 16500 manat ona bu işin görülməsi üçün beh kimi verilmişdir. Zərərçəkmiş şəxslərə hər hansı tanışı olduğunu bildirməmiş, Xətai rayon Polis İdarəsində sürücü işlədiyinə görə Polis Akademiyasına düzəlmək üçün ona müraciət edilmişdir. “Georgian Point” restoranın sahibi Ramiz Uğurov ona “restoranı özün icarəyə ver” demiş, o da həmin restoranı Zərərçəkmiş şəxs7 icarəyə vermək istəmişdir. Ona verilən pulu restoranın sahibinə verməmişdir. O, restoranın sahibinə beh aldığını və pulları şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Zərərçəkmiş şəxs7 ona 2000 manat beh vermişdir. Sonradan Zərərçəkmiş şəxs7 şərikinin restoranı icarə götürmək istəmədiyini bildirmiş və o da 2000 manat behin artıq batdığını bildirmişdir. Zərərçəkmiş şəxs3 “Moxito” restoranına görə 9000 manat pul almışdır. Zərərçəkmiş şəxs3 ilk olaraq “Georgian Point” restoranını icarəyə vermək istəsə də sonradan “Moxito” restoranını icarə vermək qərarına gəlmişdir. Əldə etdiyi pulları şəxsi ehtiyacları üçün sərf etmişdir. Zərərçəkmiş şəxs4 750 manat pulunu Şahid1 alsa da, o, pulu Zərərçəkmiş şəxs4 qaytaracaq. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 ona Bakı şəhəri, Nərimanov rayonu, Kooperasiya Universitetinin yaxınlığında yerləşən “Pikasso” restoranını və Bakı şəhəri, Yasamal rayonu, X8 yerləşən “Jalə” restoranını icarəyə vermək adı ilə, 2022-ci ilin may ayında və 2022-ci ilin iyun ayında hissə-hissə olmaqla, ümumilikdə 14000 manat pul almışdır. Bundan başqa X1 oğlu Seymur Abidinovu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına tələbə kimi qəbul olunmasına köməklik göstərmək adı ilə 2022-ci ilin iyul ayında Azadxanın vasitəsilə hər dəfə Xətai rayonunda olmaqla, hissəhissə ümumilikdə 60000 manat pul almışdır. Bundan başqa 2022-ci ilin avqust ayının axırlarında tanışı Həsən ona bildirmişdir ki, özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Jalə” kafesini aylıq 2500 manat olmaqla icarəyə vermək istəyir və bu səbəbdən də adam olsa ona məlumat verməyini bildirmişdir. Bu barədə makler işləyən tanışı Natiq adlı şəxsə bildirdikdə sonuncu bu barədə elan yazaraq şəhərin müxtəlif yerlərinə yapışdırmışdır. Təxminən bir ay sonra, yəni 2022-ci il sentyabr ayının axırlarında Natiq ona zəng edərək qeyd olunan kafeni icarəyə götürmək istəyən bir nəfər xanım olduğunu bildirmiş və birlikdə Bakı şəhəri, Nizami rayonundakı metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən hazırda adını xatırlamadığı kafelərdən birində görüşmüşlər. Görüş zamanı orada özü, Natiq, adını sonradan bildiyi X16 və Ceyhun adlı şəxs olmuşdur. Görüş zamanı Olqa həmin obyekti icarəyə götürmək istədiyini bildirmiş, lakin aylıq qiymətin baha olmasını demişdir. Bu səbəbdən Həsənlə telefonla danışdıqdan sonra Həsənin razılığı ilə ilk beş ayı 1700 manat, yəni ümumilikdə 8500 manat olmaqla, daha sonra isə aylıq 2000 manatdan obyektin icarəyə veriləcəyini bildirmişdir. Olqa onunla razılaşdıqdan 4-5 gün sonra 8500 manatın 4000 manatını Bakı şəhəri, Nizami rayonundakı metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən hazırda adını xatırlamadığı kafelərdən birində ona vermiş, özü də həmin puldan müştəri tapdığı üçün 1500 manatını makler işləyən Natiqə vermişdir. Çünki obyekti sosial şəbəkəyə yerləşdirən və reklam edən Natiq olmuşdur. Bundan sonra 2600 manat pulu onun kartına göndərmişlər. Yerdə qalan 4500 manat pulu isə Olqa bir ay ərzində hissəhissə olmaqla ona məxsus «LeoBank» plastik kart hesabına göndərmişdir. Bundan sonra Olqa ilə aralarında müqavilə bağlanmışdır. Lakin müqavilə bağlandıqdan sonra Həsən obyekti icarəyə vermək fikrindən yayınmışdır. Olqa ondan obyekt barədə soruşduqda, ona obyektin sahibinin bu fikrindən yayındığını bildirmiş və sonuncu ondan pulunu geri tələb etmişdir. Lakin həmin pulu şəxsi ehtiyaclarına xərclədiyindən pulu qaytara bilməmişdir. Həmin puldan 1500 manatını Natiqə vermiş, çünki Natiq makler olduğuna görə həmin obyektlə bağlı elanları Natiq paylaşmışdır. Natiq müştəri olanda ona demiş, müştəridən aldığı puldan isə Natiqə gördüyü işlərə görə ödəniş etmişdir. Olqa adlı xanım da Natiqin sosial şəbəkələrdə paylaşdığı elanları görməsi nəticəsində müştəri kimi obyekti icarəyə götürmək üçün gəlmişdir. Buna görə də Natiqə obyektə müştəri tapıb gətirdiyi üçün pul vermişdir. Lakin Natiqin onun həmin pulları ələ keçirməyindən xəbəri olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 sonuncunun qohumu Kamran vasitəsi ilə tanımış, onunla bir neçə dəfə oturub yeyib içmişdir. Sonuncu dəfə Kamran və Anar ilə görüşən zaman Anar ona bir nəfər şəxsə borcunun olduğunu bildirib onun iştirakı ilə bir yazılı kağız yazmağını xahiş etmişdir. Heç bir etiraz etməmiş, guya Anardan 40000 manat pul alıb onun qohumunu Polis Akademiyasına düzəldəcəyinə dair kağıza qeyd etmişdir. Həmin kağızı yazan zaman Anar onu öz telefonu ilə çəkiliş etdikdə ondan çəkilişin hansı səbəbdən olduğunu soruşduqda Anar ona həmin çəkilişi borcu olan şəxsə göstərəcəyini bildirmişdir. Bundan başqa Anar ona 10 fevral 2023-cü il tarixdə zəng edərək əvvəldən dediyi borc məsələsinə görə guya əmisi oğlu Kamranın ona pul verdiyini rəsmiləşdirmək üçün notarial qaydada müqavilə bağlamağı xahiş etmişdir. Anardan notarial qaydada müqavilənin nəyə lazım olduğunu soruşduqda, o borc sahiblərinə rəsmi sənəd göstərmək lazım olduğunu bildirmişdir. Bundan sonra Anarın təklifi ilə razılaşmış və ona etiraz etməyərək Anarın qohumu Kamran ilə birlikdə 19 saylı vəkil bürosuna gedərək orada Kamrandan 16000 aldığını imza ilə təsdiq etmişdir. Kamran həqiqətən də ona orada 16000 manat pul vermiş, lakin rəsmiləşdirmə bitdikdən sonra həmin pulu Kamrana geri qaytarmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Rəvan adlı makler ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Georgian Point” adlı restoranı icarəyə götürmək istəyən olduğunu demişdir. Həmin restoran dostu X7 məxsusdur.Ramiz həmin restoranın icarə məsələsi ilə maraqlanmağını ona tapşırmışdır. Rəvanla razılaşandan sonra xx.xx.2023-cü il tarixdə X8 yerləşən “Şaurma” restoranında Rəvan, Cavad və Cavadın tanışı ilə birlikdə görüşmüşlər. Cavad həmin oğlanın şəriki olduğunu bildirmişdir. Obyekti göstərdikdən sonra Cavad ilə razılaşaraq 2000 manat beh almışdır. xx.xx.2023-cü il tarixdə Cavad ona zəng vuraraq şəriki ilə razılaşmadığı üçün obyekti icarəyə götürməkdən imtina etdiyini bildirmiş və pulu geri istəmişdir. Bu zaman ona bildirmişdir ki, həmin pulu beh olaraq verib və razılaşmanı da Cavad pozduğuna görə pulu geri qaytarmayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Cavad ona zəng edərək bildirmişdir ki, pulu obyekt sahibinə vermiş olsa belə özündən 2000 manat pul təqdim edərək notarial qaydada borc müqaviləsi bağlasınlar. Həmin puldan 300 manat pulu makler faizi olaraq Rəvana vermiş, Cavad obyekti aylıq 8000 manata icarəyə götürəcəkdi. Beh olaraq Cavaddan aldığı 2000 manat puldan 300 manatını maklerə, 1700 manatını isə öz ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Moxito” restoranını və Bakı şəhəri, Yasamal rayonu ərazisində yereləşən “Georgian point” restoranını icarəyə verəcəyi adı ilə 2023-cü ilin mart ayında hissə-hissə olmaqla ümumilikdə 9900 manat pul almışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının çıxışında yerləşən obyekti icarəyə verəcəyi adı ilə 2023-cü ilin aprel ayının sonlarından 2023-cü ilin may ayının əvvəllərinədək hissə-hissə olmaqla, istifadəsində olan 4098 5844 7155 4087 nömrəli “Leo bank” bank kartına köçürtməklə ümumilikdə 750 manat pul almışdır. Yuxarıda qeyd olunanlar faktlar üzrə həmin şəxslərin pullarını ələ keçirmək barədə Natiq, Rəvan, Ramiz, Azadxan və ümumiyyətlə hər hansı bir şəxslə əvvəlcədən heç bir razılaşması və sövdələşməsi olmamışdır. Aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 2023-cü ilin yanvar ayında əmisioğlu ilə Bayıl qəsəbəsində “Mayak” kafesində olarkən ona bir qohumunun öz oğlunu Polis Akademiyasına düzəltmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da orada olmuşdur. Elcan onlara “narahat olmayın mən həmin şəxsi Polis Akademiyasına düzəldə bilərəm” demişdir. Elcan onun əmisioğlu ilə bir yerdə ortaq tanışları vasitəsilə tanış olmuşlar. Bir neçə gün sonra Elcan onlara zəng edərək işə başlamaq üçün 16000 manat pul lazım olduğunu demişdir. Əmisioğlu Kamrana notarius qaydasında Elcana 16000 manat pul verməyini bildirmişdir. Notarius qaydasında Elcana pul verildikdən 3-4 gün sonra Elcan zəng edərək 40000 manat da pulun lazım olduğunu demişdir. O, Elcana əlində o qədər pul olmadığını, həmin uşağın atası ilə danışıb ona məlumat verəcəyini demişdir. Onlar Bayılda görüşdükdə Elcana avtomobildə “sən pulu burada sayandan sonra mən kafedə sənə pulu verməyimlə bağlı səni videogörüntüyə çəkəcəyəm” demişdir. Elcan bununla razılaşdıqdan sonra onlar prosesləri həyata keçirmişlər. Elcan işə götürülməsinə dair vəd etdiyi gənci Kəlbəcər rayon Polis İdarəsinə yönləndirmiş, Polis İdarəsindən qeydiyyatda olduğu ərazi üzrə sənədlərini təqdim etməsi bildirilmişdir. O, Elcana müraciət edərək verilən pulların qaytarılmasını tələb etdikdə Elcan müxtəlif bəhanələrlə onları aldatmağa çalışmışdır. 2023-cü ilin fevral ayının 20-də Elcana onu Polis İdarəsinə şikayət edəcəyini demişdir. 2023-cü ilin mart ayının 1-də Rusiyadan ona zəng edib Elcana pulu ödəməsi üçün vaxt verməyini bildirmişlər. Bir müddət vaxt verildikdən sonra pulun qaytarılması istiqamətində hər hansı hərəkətlilik müşayiət etmədiyindən o, Səbail rayon Polis İdarəsinə şikayət etmişdir. Ona vurulan zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Polis Akademiyasına düzəlməli olacaq şəxs onun yaxın qohumunun oğludur. Həmin şəxsin adı Rahib Hüseynovdur.16000 manatı verən zaman notarius qaydasında borc müqaviləsi kimi imzalanmışdır. Onunla Elcan arasında borc münasibətləri olmamışdır.40000 manat verilərkən ancaq videogörüntü çəkilmişdir. Elcan birinci onlara “Polis Akademiyasına 100 000 manata işə düzəltsələr də mən bu işi sizin üçün 90 000 manata görəcəyəm” demişdir. Elcan onlara istənilən işi həll edə biləcəyini demişdir. Elcan “Range Rover” markalı avtomobili əmisioğluna verib “sən bu avtomobili satıb Zərərçəkmiş şəxs1 verərsən. Sizinlə haq-hesabım bitər” demişdir. Səhərisi gün avtomobilin sahibi gəlib avtomobili həyətdən aparmışdır. Elcan ona pulların hamısını “Ağsaqqala” verdiyini demişdir. Pulları Rahibin adından o, vermişdir. 16 000 manat onun pulu olmuş, 40000 manatı isə ona Rahibin atası vermişdir. Rahibin atasının adı Şahindir.O, Elcana verdiyi 40000 manatdan 28000 manatı Şahinə qaytarmışdır. 40000 manatı avtomobildə verdikdən sonra Elcana izahatı kafedə yazdırmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Rəvan adlı makler vasitəsilə tanımışdır. Elcan özünü “Georgian Point” restoranının sahibi kimi təqdim etmiş, onlara həmin restoranın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vərəqəsini təqdim etmişdir. Tərəfindən Elcana 2000 manat behi Rəvan və İbrahim adlı şəxsin iştirakları ilə “Hüseyn Cavid” parkının içərisində olan restoranda vermişdir. Zərərçəkmiş şəxs7 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, Elcana həmin restorana baxmaq istədiyini desə də Elcan restoranın hal-hazırda icarədə olduğunu, indi ora baxmağın düzgün olmadığını bildirmişdir. Sonradan restoranın Elcana aid olmadığını və restoranın çıxarışının saxta olduğunu anlamışdır.Ramazan ayı bitdikdən sonra onlar restoranı işlətməli olsalar da, Ramazan ayından sonra sonuncu ilə əlaqə saxlamaq mümkün olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, restoran işlətmək üçün icarəyə verilən sahə axtarmış, həmin vaxt Natiq adlı makler vasitəsilə Elcanı tanımışdır. Bu məqsədlə o, “Georgian Point” restoranın icarəsi üçün Elcana əvvəlcə “Cəviz” çay evində 200 manat, daha sonra isə ümumilikdə 9900 manat miqdarında pul vermişdir. Makler kimi Natiq həmin məbləğdən özünə çatan 900 manat pul vəsaitini qaytarsa da 9000 manat Elcan tərəfindən ona ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, Elcanı Natiq adlı şəxs vasitəsilə tanımışdır. Natiq Elcanı onlara obyekt icarəyə verə bilən şəxs kimi təqdim etmişdir. Onlar Əhmədlidə kafedə görüşüb pulu Elcana vermişlər. Elcan onları bir neçə müddət gözlətdikdən sonra artıq Elcanın onları aldatdığını başa düşmüşlər. Onlar Natiq adlı şəxslə də əlaqə saxlasalar da Natiq “bu iş mənlik deyil” demişdir. Onlar Elcan endirim etsin deyə sonuncuya 5 aylıq icarə haqqı vermişlər. Elcana 8500 manat nağd şəkildə, 1500 manat terminalla ödəniş etmişlər. Elcana ümumilikdə 11100 manat pul vermişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadə verərək göstərmişdir ki, oğlu Polis Akademiyasına verilən imtahanları keçə bilməmiş, Azadxan ona oğlunu Polis Akademiyasına düzəldə biləcəyini demişdir. Azadxanla bu barədə söhbət edərkən Elcan da orada olmuşdur. O, Azadxana 60000 manat verib “nəsə olsa mən səni tanıyıram” demişdir. Zərərçəkmiş şəxs6 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, Azadxan Elcanı ona “iş düzəldən” şəxs kimi tanıtmışdır. Azadxan ona X12 köməkçisi olduğunu bildirmiş, pulu verdikdən sonra oğlunun dərsə gedə biləcəyini qeyd etmişdir. Azadxan ona 44000 manat pul vermiş, qalan 16000 manat ona ödənilməmişdir. 16000 mana pul vəsaitinin ödənilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, ticarət fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə kafe axtardığı ərəfədə Natiq adlı maklerin vasitəsilə “Pikasso” restoranına getmişlər. Elcan özünü həmin restoranın sahibi kimi təqdim etmiş və Həsən adlı şəxsin tanışı olduğunu bildirmiş, bir həftə ərzində restoranın ona icarəyə veriləcəyinə vəd vermişdir. Bir həftə sonra Elcan onlara metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında ona və qardaşı Xəyyama məxsus “Jalə” adlı restoranı təklif etmişdir. X15 köməkçisi və obyektlərin sahibi kimi tanımışlar. “Jalə” restoranının aylıq icarəsi 5000 manat olmuş, onlar həmin yerin bir aylıq icarəsini versələr də ora daxil ola bilməmişlər. Sonradan Elcan onları “Everest” adlı restorana aparıb Ramiz adlı şəxslə tanış etmişlər. Elcan onlara “Jalə” restoranının Həsən Həsənovun qohumuna icarəyə verilməsini bildirərək bir müddət “Everest” adlı restoranı işlətməklərini təklif etmişdir. O, Elcana əlində olan pulları əvvəlki iki restorana qoyduğunu bildirmişdir. Bundan sonra Elcan Ramizlə danışmışdır ki, restoranın aylıq icarə haqqı ödənilməsin, qazancın 60 faizi bir tərəfə, 40 faizi isə bir tərəfə verilsin. “Everest” adlı restoranın bir hissəsini təmir etdirmişdir. Elcan və Ramiz ona departamentə pul vermək lazım olduğunu deyib ondan 5000 manat da almışlar. Həmin pul da ona qaytarılmamışdır. Həmin ərəfədə Elcan onların ailə dostu Zərərçəkmiş şəxs6 oğlunu Polis Akademiyasına düzəldəcəyini bildirib sonuncunu aldatmışdır. O, Zərərçəkmiş şəxs6 60000 manat pul almışdır. X22 Nərimanovun ona 3000 manat borclu olduğunu, onu öz yanından qovduğunu demişdir. Elcanın dayısı Hidayət adlı şəxs ona zəng edərək şikayətini geri götürməyini bildirmişdir. “Pikasso”, “Jalə” və “Everest” restoranlarına görə Elcan ona 30000 manat zərər vurmuşdur. Zərərçəkmiş şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, Təqsirləndirilən şəxs ümumilikdə çəkdiyi xərcləri saymasa 20000 manat pul vermişdir. İbtidai istintaq dövründə ona “sən Elcana nə pul vermisənsə biz onu qeyd edəcəyik” bildirilmiş, ona görə də ona vurulan zərər az göstərilmişdir. Zərərçəkmiş şəxs6 ona güvəndiyi üçün Elcana 60000 manat pul vermişdi. Sonradan Zərərçəkmiş şəxs6 pulları Elcandan ala bilməyəcəyini düşünüb pulunu ondan tələb etməyə başlamışdır. 30000 manatı həmin restoranların daxilində qardaşının yanında Elcana vermişdir. Birinci “Pikasso” obyekti üçün iki aylıq icarə haqqını, “Jalə” restoranı üçün isə iki aylıq icarə haqqını ödəmişdir. Pulları verərkən hansısa sənədləşmə olmamışdır. Makler pulu kimi Natiqə də pul vermişlər. “Pikasso”ya daxil olmaq üçün onların 7000 manat xərci çıxmışdır. Həmin ərəfədə Elcana inandığı üçün “Jalə” restoranı üçün aylıq 5000 manat pul vermişdir. “Everest” adlı restoranı işlətməyi heç iki həftə çəkməmişdir. Azadxan tərəfindən 60000 manat iki dəfəyə (40000 manat və 20000 manat) Elcana verilmişdir. Ona vurulan zərər ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, Natiq adlı maklerə dostunun dönər biznesi ilə məşğul olduğunu və biznesini böyütmək istədiyini bildirmişdir. Natiq onu Elcan adlı şəxslə tanış etmiş, Elcan ona obyektin ünvanını göstərmişdir. O, həmin obyektin yaxşı işlədiyini və müştərisinin olduğunu görmüşdür. Elcanla “Razin” ərazisində çay içən zaman sonuncu ona “mən böyük adamların işlərini görürəm” demişdir. Elcan həmin obyektlərin böyük adamlara məxsus olduğunu, həmin obyektdəki şəxslərin çıxarılmasını onun öhdəsinə buraxmağını bildirmiş, ondan beh verilməsini tələb etmiş, Mahir onda pulun olmadığını, Elcana onun əvəzindən beh kimi pul verməyini xahiş etmişdir. O, həmin obyektin əldən çıxmasını istəmədiyi üçün Elcanın kartına təxminən 700-800 manat pul göndərmişdir. O, pulu Şahid3 adından vermişdir. Obyektin icarə haqqı onlara 1500 manata təklif edilmişdir. Ona vurulan zərər ödənilməmişdir. O, sonradan Natiqə zəng edib bu barədə məlumat verdikdə Natiq onu təhqir etmişdir. O, bundan sonra polisə şikayət etmişdir. Məhkəmə iclasında Şahid4 ifadə verərək göstərmişdir ki, 2023-cü ilin yanvar ayında “Nərimanov” ərazisində Qorxmaz adlı tanışı ilə ailəvi kafedə əyləşmişlər. Həmin vaxt Elcan Qorxmaza yaxınlaşıb görüşmüş, bundan sonra Elcanla münasibətləri yaranmışdır. 10-15 gün sonra Elcan ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Bayıl ərazisindəki “Mayak” restoranında yemək yeyən zaman əmisioğlu Zərərçəkmiş şəxs1 də həmin restorana gəlib onlarla birlikdə əyləşmişdir. Anar söhbət zamanı qohumunun oğlunun Polis Akademiyasına düzəltmək üçün adam axtardığını bildirdikdə Elcan bunu həll edə biləcəyini bildirmişdir. Elcan Anarın mobil nömrəsini götürmüşdür. Bir neçə gün sonra Anar ona zəng edərək Elcanın onun yanına gələcəyini, ona notarial qaydada 16000 manat pul verməyini, evə gələn zaman onun Elcana verdiyi pulu geri qaytaracağını bildirmişdir. O da notarial qaydada Elcana 16000 manat pul vermişdir. Bir neçə gün sonra Anarın Elcana 40000 manat da pul verdiyini eşitmişdir. Sonradan Anar aldadıldığını bilib Elcana zəng edərək pulunu istədikdə Elcan Anara müxtəlif vədlər verməyə başlamışdır. O, 50000 manatlıq “Range Rover” markalı avtomobil almaq istəmişdir. Elcan ona “tanış avtosalon var, sən həmin pulu Zərərçəkmiş şəxs1 ver mən avtomobili sənə verəcəyəm” demişdir. Elcan avtomobili 58000 manata vermiş, o, Elcana 800 manat beh vermişdir. Elcan avtomobili gətirib onların qapısında saxlamış və birinci gün alqı-satqı edəcəyini bildirmişdir. Birinci gün avtomobilin qapıda olmadığını görmüş, Elcan ona başqa avtomobil verəcəyini, bu satışın alınmadığını demişdir. Qorxmaz ona Elcanın rəhbər şəxslərlə şəkillərini göstərdikdə onun Elcana inamı yaranmış, sonradan həmin şəkillərin fotoşop olduğunu bilmişlər. 16000 manatı Anar ona geri qaytarmışdır. Məhkəmə iclasında Şahid5 ifadə verərək göstərmişdir ki, şəhərin mərkəzində əmlak alqı-satqısı ilə məşğul olur.Təqsirləndirilən şəxs özünü “Pikasso”, “Georgian Pub”, “Everest” və “Moxito” əmlaklarının məsul şəxsi kimi ona təqdim etmişdir. Azadxan adlı müştərisi onu Təqsirləndirilən şəxsla tanış edərək onun obyektlərini icarəyə verilməli olduğunu bildirmişdir. “Pikasso” restoranına baxış keçirən zaman Təqsirləndirilən şəxs həmin obyektdə ayağını stolun üzərinə qoyaraq işçilərə göstəriş vermiş, ona görə də Elcanın həmin obyektin məsul şəxsi olduğunu düşünmüşdür. “Georgian Pub” restoranına baxış keçirtməmişlər. “Georgian Pub” restoranını Zərərçəkmiş şəxs7 təklif etmişlər və Cavadla icarə barədə razılaşmışlar. Elcan Cavadı inandırdıqdan sonra onun yanında Cavaddan 2000 manat beh almışdır. Elcan ona həmin puldan 300 manat pul vermişdir. O, həmin pulu sonradan Cavada qaytarmışdır. Məhkəmə iclasında Şahid3 ifadə verərək göstərmişdir ki, onun xahişi üzrə Ənvər adlı şəxs dönərxana işlətmək üçün yer tapdığını, lakin həmin obyekt üçün 700 manat məbləğində beh verilməsinin lazım olduğunu bildirmişdir. Ənvərə həmin məbləğdə pul vəsaitini onun əvəzindən verilməsini xahiş etmişdir. Ənvər tərəfindən həmin pulun Təqsirləndirilən şəxs kartına göndərilməsindən ona göstərilən çekə əsasən məlumatlı olmuşdur. Sonradan o, pulu Ənvər adlı tanışına göndərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, makler fəaliyyəti ilə məşğuldur. Elcan adlı şəxsi təxminən 3-4 ildirki, tanıyır. İlk dəfə obyektlərini icarə vermək üçün Elcan ona zəng edib bildirmişdir ki, obyektləri var və icarəyə vermək lazımdır. Həmin obyekt Razində yerləşmişdir. Elcan ilə həmin obyekti 3000 manata icarəyə verəcəyi təqdirdə icarə pulunun 30%-ni alacağı barədə razılaşmışlar. Bundan sonra həmin obyektin şəkillərini çəkib internetdə yerləşdirmiş, bir müddət sonra bir xanım müştəri kimi ona zəng edib bildirmişdir ki, həmin obyekti icarəyə götürmək isdəyir. Elcana zəng edib bu barədə məlumat vermiş, Elcan da həmin obyektə gəlmişdir. Həmin xanım Elcan ilə danışdıqdan sonra aylıq 2500 manata razı olmuşlar. Bundan sonra obyektin sahibi Əli adlı şəxs gəlmiş və onlar müştəri ilə razılaşdıqdan sonra müqavilə bağlanmışdır. Müştəri aylıq ödənişi etdikdən sonra obyektin sahibi əmək haqqı olaraq 750 manat pulu ona vermişdir. Bundan sonra dəfələrlə Elcan ilə bu formada işlər görmüş və obyektlərə müştəri tapdığı zaman həmin obyektin aylıq icarə pulunun 30%-ni gördüyü işlərə görə almışdır. Sonuncu dəfə bundan 6-7 ay əvvəl Elcan ona zəng edərək Razində yerləşən “Moxito” adlı obyektin icarəyə verildiyini və elan yerləşdirməyini demiş, o da obyektin şəkillərini çəkib internet səhifələrində elan yerləşdirmişdir. Bundan bir müddət sonra Orxan adlı şəxs müştəri qismində ona zəng etmiş və həmin obyektin icarəyə verilib-verilmədiyini soruşduqda ona bildirmişdir ki, bu barədə danışıb ona məlumat verəcəkdir. Bundan sonra Elcana zəng etmiş və obyektin icarəyə verilməsi barədə məlumat almışdır. Elcan isə bildirmişdir ki, həmin obyekt icarəyə verilməmişdir. Bundan sonra Orxana zəng edib obyektin icarəyə verilmədiyini bildirmiş və Orxan obyektə baxmaq istədiyini demişdir. Vaxt təyin edib Elcan, Orxan və Səxavət adlı şəxs birlikdə həmin obyektə getmişlər. Onlar obyektə baxdıqdan sonra aylığı 2500 manata razılaşmışlar. Bundan sonra ümumilikdə Orxan və Səxavət Elcana 9000 manat pul vermişlər. Özünün makler kimi əmək haqqı olaraq Orxan ona 900 manat pul vermişdir. Bundan sonra Elcan ilə Orxan müqavilə bağlamış, bir müddət sonra Orxan ona zəng edib bildirmişdir ki, Elcan onları aldatmışdır. Orxana Elcanın onları aldatması ilə bağlı heç bir əlaqəsinin olmadığını demiş, obyektləri icarəyə vermək üçün elan yerləşdirib müştəri tapdığını, müştəri çıxdıqda həmin şəxsi Elcan ilə görüşdürdüyünü, geri qalan məsələlərə isə qarışmadığını bildirmişdir. Elcanla dəfələrlə bu formada iş görmüş, lakin heç vaxt belə bir problem olmamışdır. İlk dəfə Oxran adlı şəxs ona zəng vuranda bilmişdir ki, Elcan müştəri kimi gələn şəxslərdən pul alaraq onları aldadıb pulunu ələ keçirmişdir. Bundan başqa Morqan Olqa adlı xanım onun yanında 8500 manat pulu oobyekt icarəsi üçün Elcana vermişdir. Daha sonra obyekti icarəyə verdiyinə makler kimi müştəri tapdığı üçün Elcan ona 1500 manat əmək haqqı vermişdir. Sonradan həmin xüsusatlarla bağlı heç bir məlumatı olmamışdır (cild 2, iş vərəqə 193-196). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 göstərmişdir ki, X9 təxminən 30 ildir ki, tanıyır. Tanışlıqlarına səbəbi odur ki, Olqa ilə müxtəlif kommersiya fəaliyyəti ilə məşğul olmuşlar. Beləliklə də, 2022-ci ilin sentyabr ayında Olqa Morqanla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən “Məkan” kafesində çay içən zaman “Məkan” kafesini Olqa Morqan icarə müqaviləsində işlətmişdir. Olqa ilə aralarında olan söhbət əsnasında sonuncu ona bildirmişdir ki, hazırda fəaliyyət göstərdiyi kafenin sahibi ismaric göndərib ki, kafeni təhvil versin. Ona görə də başqa obyekt icarəyə götürmək istəyir və ona təklif etmişdir ki, yeni götürmək istədiyi kafeni birlikdə şərik işlətsinlər.Olqa ilə razılaşdıqdan sonra sonuncu sosial şəbəkə vasitəsi ilə Yasamal rayon ərazində yerləşən “Jalə” kafesinin icarəyə verilməsini müəyyən etmişdir. Sosial şəbəkədə “Arenda.az” saytında Natiq adlı şəxslə Olqanın tanışılığı var idi. Sonradan həmin kafenin müdiri kimi özünü təqdim edən Elcan adlı şəxslə görüşmüşlər. Bir müddət sonra Elcan və Natiq adlı şəxslə Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasmm yaxınlığında yerləşən kafedə görüşmüş, həmin zaman yanlarında Sevinc və Elmar adlı şəxslər də olmuşdur. Olqa Morqan həmin vaxt Elcana 8500 manat pul vermiş, bundan sonra isə 2600 manat pul Elcan adlı şəxsin kart hesabına köçürülmüşdür. Həmin 2600 manat pulun, Olqa Morqanın kartında pul olmadığına görə 1500 manatını özünə məxsus bank kartı vasitəsilə Təqsirləndirilən şəxs hesab kartına köçürmüşdür. Yerdə qalan 1100 manat pulu isə X23 qəsəbəsində yerləşən “Army” marketdə, “eManat” ödəmə terminalı vasitəsilə Elcanın kart hesabına köçürmüşdür. Beləliklə də, Elcan adlı şəxs Olqa Morqana məxsusi 1100 manat pulu dələduzluq yolu ilə ələ keçirilmişdir. Lakin özünün Elcana göndərdiyi 1500 manat pulu Olqa Morqan ona geri qaytarmışdır (cild 2, iş vərəqə 198-200). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi barədə 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Olqa Morqan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Army” marketdə olan ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs 11100 manat pul köçürdüyünü bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edimişdir (cild 1, iş vərəqə 62-64). Obyektin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, sahəsi 230 km təşkil edən, Yasamal rayonu, metronun “Elmlər Akademiyası” stansiyası, X8 yerləşən obyekt Təqsirləndirilən şəxs tərəfindən X10 icarəyə verilir. Müqavilənin şərtlərinə görə 8500 manat təşkil edən 5 aylıq icarə haqqı əvvəlcədən icarəçi tərəfindən icarəyə verənə ödənilir.Həmin müqavilədə edilmiş qeyddən görünür ki, Təqsirləndirilən şəxs öz yazısı ilə 5 aylıq 8500 manat icarə haqqını təhvil aldığını bildirmişdir (Cild 1, iş vərəqə 67-68). 18 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, X17 ünvan 6 ünvanında yerləşən “Army” Marketdən “eManat” vasitəsilə 1100 manat pul vəsaitini Təqsirləndirilən şəxs istifadə etdiyi “Leobank” bank kartına ödəmişdir (cild 1, iş vərəqə 73). Hadisə yerinə baxış keçirilməsi barədə 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs pul Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən “Mayak” adlı restoranın qarşısında verilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 152-154). Cinayət işinin materiallarına əlavə edilmiş ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs öz yazısı ilə Zərərçəkmiş şəxs1 sonuncunun dostunun oğlunun Daxili İşlər Nazirliyi Polis Akademiyasına düzəldilməsi məqsədilə 40000 manat pul aldığını, bu məsələnin avqust ayının sonuna qədər həll olunacağını, həmin məbləği sentyabr ayının 10-na kimi qaytaracağını, əgər qaytarmasa hüquq mühafizə orqanlarına şikayət edilməsinə etirazının olmadığını göstərmişdir (cild 1, iş vərəqə 156) 10 fevral 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, 16000 manat pul məbləği notariusun iştirakı ilə sonuncu tərəfindən təsdiqlənməklə Şahid4 tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. Təqsirləndirilən şəxs həmin pul məbləğini 01 aprel 2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. (cild 1, iş vərəqə 157) Obyektin icarəyə verilməsi haqqında 21 mart 2013-cü il tarixli müqavilədən görünür ki, sahəsi 2000 km2 təşkil edən, Sabunçu rayonu, ünvan 7 ünvanda yerləşən obyekt Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 Ağababa oğluna icarəyə verilir. Müqavilənin şərtlərinə əsasən kirayəçi tərəfindən 7000 manat təşkil edən 2 aylıq icarə haqqı əvvəlcədən kirayə verənə ödənilir. Həmin müqavilədə edilmiş qeyddən görünür ki, Elcan Nərimaov öz yazısı ilə 2 aylıq 7000 manat icarə haqqını təhvil aldığını bildirmişdir (cild 1, iş vərəqə 237). Həmçinin Zərərçəkmiş şəxs3 Ağababa oğlu tərəfindən ibtidai istintaq orqanına təqdim edilən Təqsirləndirilən şəxsla aralarında olan yazışmaların surətindən görünür ki, Təqsirləndirilən şəxs ona icarəyə verilmək üçün vəd etdiyi obyektə görə aldığı 9000 manat pul vəsaitini qaytarmamışdır (cild 1, iş vərəqə 243-256). 05 may 2023-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (cild 2, iş vərəqə 31) Hadisə yerinə baxış keçirilməsi barədə 05 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvandır. Zərərçəkmiş şəxs4 sonuncu dəfə “Bazar Store” mağazasında yerləşən ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs pul göndərdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edimişdir (cild 2, iş vərəqə 57-58). 30 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsində bildirdiklərini əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, iş vərəqə 86-87). 21 avqust 2023-cü il tarixli 10700 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 141). 04 avqust 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 143-145). İbtidai istintaq zamanı Şahid1, Zərərçəkmiş şəxs1 və Şahid4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı ifadələrində göstərdikləri xüsusatları bir daha biri-birilərinin üzünə qarşı təsdiq etmişlər (cild 2,iş vərəqə 226-236). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. 23 senyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin 1308 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsində tibbi tədbirlərə cəlb edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü i tarixdən hərarətin yüksək olması və kəskin respirator infeksiya əlaməti izlənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən daxil olmuş 08 avqust 2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 135-136). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Qeyd edilən əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsi həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən külli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə, Təqsirləndirilən şəxs Seymur Abdinovdan aldığı 60000 manat pul vəsaitini Azadxana qaytarması, Azadxanın həmin pulları xərcləyib onun üzərinə atması, Şahid4 cəmi 16000 manat pul vəsaiti alması, Zərərçəkmiş şəxs7 isə cəmi 2000 manat beh qismində alması, Cavadın özünün müqavilə bağlamaqdan imtina etməsi nəticəsində həmin behin qaytarılmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ümumilikdə 14000 manat, Zərərçəkmiş şəxs6 60000 manat, Zərərçəkmiş şəxs5 11100 manat, Zərərçəkmiş şəxs1 56000 manat, Zərərçəkmiş şəxs7 2000 manat, Zərərçəkmiş şəxs3 9900 manat, Zərərçəkmiş şəxs4 750 manat məbləğində maddi ziyanın vurulması ilə dələduzluq əməli törətməsi cinayət işi materialları ilə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara – cinayət işi materiallarına əlavə edilmiş müqavilələrə, həmin müqavilələrdə nəzərdə tutulmuş qeydlərə, ödəniş qəbzlərinə, üzləşdirmə protokollarına əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə təkrarən külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə əlaqədar irəli sürülmüş itiham yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs "xxxx" diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda göstərilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması prinsipi rəhbər tutulmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə tutulmuş (cild 01, iş vərəqə 222), Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 228-230). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 85 (səksən beş) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 510 (beş yüz on) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 19 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı 85 (səksən beş) iş saatı üçün dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 510 (beş yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar