Məhkəmə qərarları › İş №1(101)-1940/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1940/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1940/2024 01.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X6 və X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əməklə məşğul olmuş, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 1 noyabr 2024-cü il tarixdə, saat 16:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 mart 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır.

2. Belə ki, Təqsirləndirilən şəxs 9 mart 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdarda 4,225 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin (bundan sonra mətndə - Suraxanı RPİ-nin 31-ci PŞ) əməkdaşları tərəfindən 12 mart 2024-cü il tarixdə, saat 11:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində yerləşən yaşadığı evin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PŞ-yə aparılmış və orada üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Davidoff” markalı siqaret qutusunun içərisində 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdarda 4,225 qram olan tünd qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 12 mart 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla hazırda yaşadığı ünvanın qarşısında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı PŞ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra 31-ci PŞ-nin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə ünvan 1 ünvanının qarşısına getmiş, saat 11:10 radələrində həmin ünvanın qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 31-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla 31-ci PŞ-yə gəlmişdir. Bundan sonra onlar xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisində şəxsiyyətini təsdiq edən sənəd olan qara rəngli dəri pul kisəsini, “Realme” markalı mobil telefonunu, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən isə içərisində 2(iki) ədəd şəffaf sellofan büküm olan 1(bir) ədəd “Davidoff" markalı siqaret qutusunu və içərisində siqaretlər olan 1(bir) ədəd “Winchester” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirmiş, baxış zamanı həmin bükümlərdə narkotik vasitəyə bənzər maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 9 mart 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada sifariş edib 100 manat ödəniş etməklə əldə edərək şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs iddia etdiyi kimi həmin narkotik vasitənin Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin cibinə guya onun tərəfindən qoyulması və narkotik vasitəni boynuna götürməyə məcbur edilməsi absurd olmaqla özünümüdafiə xarakteri daşıyır.

4. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək göstərdi ki, 12 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməsi və daşıması (qanunsuz dövriyyəsi) barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini tələb etmiş, özü barədə məlumat verdikdən sonra ona narkotik vasitələri üzərində daşımaq və gəzdirməkdə şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 31-ci PŞ-yə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən 2 ədəd sellofan bükümdə narkotik vasitə aşkar edilərək götürülmüş, həmin maddənin nə olduğu və nə səbəbə üzərində gəzdirməsi soruşulduqda bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəflərindən sonuncuya məxsus evdə deyil, yaşadığı evin yaxınlığında yerləşən Kommunist küçəsində saxlanılmış, saxlanılarkən onlara qarşı hər hansı, o cümlədən aşkar edilmiş maddə və ya həmin maddənin çəkisi ilə bağlı etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamış, ona qarşı tərəflərindən hər hansı fiziki təzyiq göstərilməmişdir. O, Suraxanı rayonu ərazisində 5 ildir işləyir, xidmət apardığı ərazi Köhnə Suraxanı ərazisi olduğundan Yeni Suraxanı qəsəbəsi ərazisini yaxşı tanımır. Bildiyinə görə Suraxanı qəsəbəsindən keçən dəmiryol xətti Kommunist küçəsini iki hissəyə bölür. Gülhəsəni Bakıdan Mərdəkan istiqamətinə doğru gedən yolun digər tərəfində saxlamışlar. Kommunist küçəsi Mərdəkan istiqamətində yerləşmir. Hadisə yerinə ** AP *** dövlət nömrə nişanlı xidməti avtomobillə getmiş, Gülhəsən saxlanılarkən yanında heç kim olmamış, saxlanıldığı yerdə üzərinə baxış keçirmək üçün şərait olmadığından orada baxış keçirilməmişdir. Gülhəsənin qonşusu Aytac adlı şəxsin polis şöbəsinə çağırılaraq izahatının alınması barədə məlumatı yoxdur. Aytac adlı şəxsin evində videomüşahidə kameralarının olmasını bilməmiş, həmin müşahidə kameralarının görüntülərini götürməmişdir. Bildiyinə görə 14 iyul küçəsi Yeni Suraxanının girişindən başlayıb yolun sonuna qədər davam edir. Lakin onun küçələrin adının dəyişməsi barədə dəqiq məlumatı olmamışdır.

5. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1lə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Gülhəsən adlı şəxsin narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsinə dair Əli Gülmaliyevə daxil olmuş əməliyyat məlumat əsasında əməliyyat qrupu yaradılaraq tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Kommunist küçəsi 2 ünvanında təxminən saat 11 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs iddia etdiyi kimi evindən deyil, küçədə olarkən saxlamış, Gülhəsənin yaşadığı yer Kommunist küçəsi adlanmış, Suraxanı qəsəbəsinin girişində olan küçə isə 14 iyul küçəsi olmuşdur. Aytac adlı şəxsin şikayəti əsasında prokurorluqda aparılan araşdırma zamanı əməliyyat tədbirinin üzvü olması ilə əlaqədar ona da suallar verilmişdir. Gülhəsən küçədə saxlanılarkən orada onların tədbirlərinə mane ola biləcək hər hansı digər şəxs olmamış, özlərinin səlahiyyəti olmadığından Gülhəsənin üzərində onu saxladıqları yerdə baxış keçirməmişlər. Şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçi iştirak etməsə də, videoçəkilişdən əvvəl Təqsirləndirilən şəxs müdafiəçi ilə görüşmüş, ona bütün hüquq və vəzifələri izah olunmuşdur. O, Fatimə İsmayılovanı şöbəyə aparmamış, ona təqdim edilmiş görüntülərdə görünən avtomobil onların avtomobili olmamış, onlara məxsus avtomobilin nömrəsi ** AP *** olmuşdur. Lakin görüntülərdəki avtomobilin nömrəsinin 275 olması görünür. Ona təqdim edilmiş görüntüdə olan şəxslərdən heç kimi tanımır. Onlar tərəfindən keçirilən əməliyyat tədbirindən əvvəl kiminsə gedib Gülhəsəni götürməsi kimi bir hadisə baş verməmişdir. Ola bilər ki, Gülhəsəndən başqa digər şəxslər barəsində də həmin küçədə başqa əməliyyat tədbirləri keçirilmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 12 mart 2024-cü il tarixdə, saat 11:25 radələrində Suraxanı RPİ-nin 31-ci PŞ-nin iki nəfər əməkdaşı, yəni baş əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 Teyyub oğlu və polis kapitanı Şahid2 PŞ-yə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər şəxsi gətirmiş və o həmin vaxt növbətçilik cədvəli üzrə xidmətdə olduğundan şöbəyə gətirilmiş şəxsin sənədləşdirilməsi ona həvalə edilmişdir. PŞ-də həmin şəxsin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra o, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrini izah etmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmazdan əvvəl Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı ilə tanış olmuş və bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X2 ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra xidməti otağında videoçəkiliş aparılmaqla 2 nəfər polis əməkdaşının iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Bu vaxt ona üzərində qanunsuz saxlanılan psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, o da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisində şəxsiyyətini təsdiq edən sənəd olan qara rəngli dəri pul kisəsini, “Realme” markalı mobil telefonunu, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən isə içərisində 2 ədəd şəffaf sellofan büküm olan 1 ədəd “Davidoff” markalı siqaret qutusunu və içərisində siqaretlər olan 1 ədəd “Winchester” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra digər polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış və Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi bükümə baxış keçirmişdir. Baxış zamanı həmin bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitədir, həmin narkotik vasitəni 9 mart 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada sifariş edib 100 manat ödəniş etməklə əldə edərək şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş bükümlər tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar da protokolda yazılanların doğru olduğunu imzaları ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmuş, lakin özü şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin iştirakından imtina etmişdir. İş materiallarına əlavə edilmiş vəkillərin siyahısı olan cədvəlin tarixinin fərqli olması texniki yanlışlıqla bağlı olmuşdur.

7. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə şübhəli və 14 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Bir müddətdir narkotik vasitə qəbul edir, hal-hazırda isə “kakos” kimi tanıdığı narkotik vasitə heroini “falqa” arasında çəkmək yolu ilə qəbul edir. 12 mart 2024cü il tarixdə, saat 11:10 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında olarkən polis geyimində olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxanı RPİ-nin 31ci PŞ-nin işçiləri olduğunu bilmişdir. Onu Suraxanı RPİ-nin 31-ci PŞ-yə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən üzərində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 242- 247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olması bildirilərək ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X2 ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla 3 nəfər polis işçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisində şəxsiyyətini təsdiq edən sənəd olan qara rəngli dəri pul kisəsini, “Realme” markalı mobil telefonunu, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən isə içərisində 2 ədəd şəffaf sellofan büküm olan 1 ədəd “Davidoff” markalı siqaret qutusunu və içərisində siqaretlər olan 1 ədəd “Winchester” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofanın içərisindəki maddə “kakos” kimi tanıdığı narkotik vasitədir. Həmin narkotik vasitəni 9 mart 2024-cü il tarixdə Masazır qəsəbəsində tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada 100 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və “Realme” markalı mobil telefon, qara rəngli dəri pul kisəsi zərfə qoyulub ayrı-ayrılıqda qablaşdırılmışdır. Qablaşdırılmış zərf 195 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 55-57; 71-73;).

8. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materiallarında olan aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.

9. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə, saat 11:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində yaşadığı evin qarşısında saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncudan 2 (iki) ədəd içərisində qəhvəyi rəngli şəffaf sellofana bükülmüş bükümün aşkar edilərək götürülməsi faktına görə 13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).

10. “Əməliyyat tədbirinin keçirilməsi barədə” 12 mart 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən “Gülhəsən” adlı şəxs barəsində daxil olmuş məlumat əsasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərək məlumatda qeyd edilən şəxsin Təqsirləndirilən şəxs olmaqla Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Suraxanı RPİ-nin 31-ci PŞ-nin rəisi, polis polkovniki Ülvi Məmmədov tərəfindən təsdiq edilərək Şahid1 Teyyub oğlunun rəhbərliyi ilə həmin şöbənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 12 mart 2024cü il tarixdə, saat 11:10-da Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində yaşadığı evin qarşısında saxlanılaraq saat 11:25-də Suraxanı RPİ-nin 31ci PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 3-11;).

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarından görünür ki, “Əməliyyat tədbirinin aparılması barədə” Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (Cild 1, i.v. 51;).

12. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun müdiri tərəfindən təsdiq edilmiş vəkillərin növbətçilik cədvəlindən görünür ki, həmin cədvəl 2022-ci ilin may ayı ərzində qeyd edilən büronun vəkillərinin növbətçilik siyahısıdır (Cild 1, i.v. 13;).

13. “Şübhəli şəxsin tutulması haqqında” 12 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Dadaşov X10 RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən həmin tarixdə, saat 13:30-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərarın və protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 12 mart 2024-cü il tarixdə, saat 11:10-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.21;22;).

14. Təqsirləndirilən şəxs müdafiəçi X1 iştirakı ilə kompüterdə tərtib edilməklə imzalanmış 12 mart 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, birinci gələcəkdə cinayət prosesi zamanı hüquqlarının keyfiyyətli müdafiə oluna bilməsi məqsədilə üzərində şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakını məqsədə müvafiq hesab etməməsinə dair təhqiqat orqanına müraciət etmişdir(Cild 1, i.v.32;).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilmiş müvafiq qərar əsasında həmin gün Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən həmin şöbənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis kapitanı Şahid2 iştirakı ilə Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində saat 13:55-dən 14:10-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində şəxsiyyət vəsiqəsi olan qara rəngli dəri pul kisəsi, “Realme” markalı telefon, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən üzərində “Davidov” yazısı olan içərisində 2 (iki) ədəd qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümlər olan siqaret qutusu və üzərində “Vinçester” yazılı içərisində siqaretlər olan siqaret qutusunu təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, bu narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn pul köçürmə yolu ilə 100 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Aşkar olunmuş maddi sübutlar sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xidməti iş otağında aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokolda “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Müdafiəçi isə sonradan protokolla tanış olmasına dair qeyd apararaq imzalamışdır (Cild 1, i.v. 30; 33-34;).

16. “Diskə baxış keçirilməsi haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis leytenantı X11 tərəfindən Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd fayldan ibarət CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 12 mart 2024-cü il tarixli və 6 dəqiqə 25 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, sonuncuya üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində şəxsiyyətini təsdiq edən sənəd olan qara rəngli dəri pul kisəsini, “Realme” markalı mobil telefonunu, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən isə içərisində 2 (iki) ədəd şəffaf sellofan büküm olan 1 (bir) ədəd “Davidoff” markalı siqaret qutusunu və içərisində siqaretlər olan 1 (bir) ədəd “Winchester” markalı siqaret qutusunu çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitədir. Həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada 100 manat müqabilinddə götürdüyünü bildirir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Baxış zamanı bir ədəd CD diskdə olan fayla baxıldıqdan sonra qablaşdırılmaqla möhürləndi və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olunmuşdur (Cild 1, i.v. 86;). Qeyd edilən videogörüntüyə məhkəmədə tərəflərin iştirakı ilə baxıldıqda müəyyən edildi ki, təhqiqatçı tərəfindən şübhəli şəxsə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90 və 246-cı maddələrinin tələblərinin izah edildiyi, bu barədə müvafiq bildirişlərin ona təqdim edildiyi bildirilsə də, real olaraq prosessual qanunvericiliyin həmin tələbləri ona izah edilməmişdir. Eyni zamanda bu barədə tərtib edilmiş protokola əsasən şübhəli şəxsə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 20 və 26-cı maddələrinin tələblərinin də izah edilməsi qeyd edilsə də, videogörüntülərə baxış zamanı həmin hal müəyyən edilmədi. Bundan başqa, videoçəkiliş zamanı şübhəli şəxsin müdafiəçisinin onun barəsində keçirilən mühüm istintaq hərəkəti zamanı iştirak etməməsinin səbəbləri və bununla bağlı şübhəli şəxsin razılığının olub-olmaması aydınlaşdırılmamış, ümumiyyətlə bu barədə hər hansı sual verilməmişdir. Həmçinin qeyd edilən videogörüntüyə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq sonradan baxılmaqla bu barədə protokol tərtib edilməsinə dair videogörüntünün olması müəyyən edilməmişdir. Göstərilənlərdən əlavə videogörüntünün elektron xronikasına dair məlumatlara nəzər saldıqda (“Properties”-“Details”-“Media created” alqoritmlərinə uyğun olaraq) həmin görüntünün 12 mart 2024-cü il tarixdə, saat 17:11-də (3/12/2024 5:11 PM) yaradıldığı müəyyən edildi.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 6/1481 saylı, 13 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 4,225 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 4,177 qram qəhvəyi rəngli tozşəkilli maddənin tərkibini mekon turşusu, kofein, asetaminofen və papaverin maddələri təşkil edir. Mekon turşusu, kofein, asetaminofen və papaverin maddələri 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarına” 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxil olmadığı üçün, təqdim edilmiş maddə narkotik tərkibli maddələrə aid deyildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 4,225 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 4,125 qram. Digər maddənin təmiz çəkisi - 4,177 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 4,077 qram. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır (Cild 1, i.v. 39-43;).

18. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 13 mart 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış ********* nömrəli cinayət işi materialları istintaqın davam etdirilməsi üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və həmin şöbənin müstəntiqi, polis leytenantı X11 tərəfindən cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 45; 48;).

19. “Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərarda göstərilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində ittihamın elan olunmamasını nəzərə alaraq sonuncu Suraxanı RPİ-nin müvəqqəti saxlama yerindən azad olunmuşdur (Cild 1, i.v. 58-59;)

20. “Əməlin tövsif edilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (Cild 1, i.v. 60-61;).

21. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham həmin tarixdə, saat 12:00-da elan edilmişdir. Həmin qərarla tanış olma və hüquq və vəzifələrin izah olunmasına dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs həmin qərarla tanış olduqdan sonra sənədi imzalayaraq imzasının üzərində “İttihamla razı deyiləm” cümləsini qeyd etmişdir (Cild 1, i.v. 63-64;).

22. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 4(010)- 92/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün almışdır. 4,225 qram narkotik vasitəni almaqda məqsədinin hər dəfə almamaq, yəni birdəfəlik alıb az-az istifadə etmək olmuşdur. Hər dəfə narkotik vasitənin alınması tutula biləcəyi üçün təhlükəlidir. Qaynaqçı işləyir, arvadı hamilədir və anası gözdən əlildir. İstintaq müddətində müstəntiq çağırarsa gəlməyə hazırdır. Göstərilənlərə əsasən verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir.” (Cild 1, i.v. 96-102;).

23. Suraxanı RPİ-nin 31-ci PŞ-nin rəisi, polis polkovniki Ülvi Məmmədovun 23 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa hər hansı cinayət əməli törətməsi müəyyən olunmamışdır (Cild 1, i.v. 114;).

24. “Telefona baxış keçirilməsi haqqında” 1 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərində ***-***-**-** simkart nömrəsi olan “Realme” markalı telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş ***-***-**-** simkart nömrəsi olan “Realme” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmalar və ya şəkillər aşkar edilməmişdir (Cild 1, i.v. 119;).

25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 3 aprel 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyun 2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 may 2013-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur (Cild 1, i.v. 120-121;).

26. “Vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixli ərizəsi əsasında vəkil X1 cinayət prosesində müdafiəçisi qismində iştirakına xitam verilmişdir (Cild 1, 122-125;).

27. “Müdafiəçinin təqsirləndirilən şəxsə təqdim edilməsi barədə” 10 may 2024-cü il tarixli protokoldan görünür ki, 28 mart 2024-cü il tarixli, 457 saylı müqavilə əsasında Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müvafiq müqavilə bağlanılmaqla bu barədə tərtib edilmiş order Suraxanı RPİ-yə təqdim edilməsinə və 2 aprel 2024-cü il tarixdə müvafiq qaydada qeydə alınmasına baxmayaraq, həmin müdafiəçi yalnız 10 may 2024-cü il tarixdə təqsirləndirilən şəxsə təqdim edilərək cinayət prosesinə buraxılmışdır (Cild 1, i.v.126-128;).

28. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini həyata keçirməsi və sonuncunun ibtidai araşdırma zamanı ilkin istintaq hərəkətləri keçirilərkən fiziki, psixi və sair zorakılığa məruz qalması, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi və zorla etirafedici ifadələr alınmasını qeyd edərək müdafiə etdiyi şəxsin onun iştirakı ilə yalnız saxlanıldığı 3 saylı istintaq təcridxanasında dindirilməsi barədə 16 aprel 2024-cü il tarixli vəsatəti Suraxanı RPİ-də müvafiq qaydada həmin tarixdə qeydə alınmışdır (Cild 1, i.v. 130;). Buna baxmayaraq, həmin tarixdən sonrakı təxminən bir ay müddət ərzində həmin vəsatətə ibtidai istintaq orqanı tərəfindən münasibət bildirilməmiş, vəkilin müraciətində göstərdiyi iş üzrə mühüm iddialar araşdırılmamış və vəkilin cinayət prosesinə buraxılması təmin edilməmişdir.

29. “Diskə baxış keçirilməsi haqqında” 20 may 2024-cü il tarixli protokolda göstərilmişdir ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında alınmış 1 (bir) ədəd DVD diskə müstəntiq M.M.İsmayılov tərəfindən baxış keçirilməsi zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlara rast gəlinməmişdir (Cild 1, i.v. 149;).

30. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 20 aprel 2024-cü il tarixli, 1070 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar edilməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, “Ona ittiham olunan əməl barədə soruşduqda ittihamla razı olmadığını, ona qarşı qərəzli hərəkətlər olduğunu vurğulayır.” (Cild 1, i.v. 153- 155;).

31. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 17 may 2024-cü il tarixli, 3407 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.157-158;).

32. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X11 tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlarla bağlı material ayrılaraq araşdırma aparılması üçün Suraxanı rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Davidoff” markalı siqaret qutusunun içərisində digər 1 ədəd şəffaf polietilen bükümdəki maddə narkotik tərkibli maddələrə aid edilmədiyindən təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 4,225 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla tədqiqatlardan sonra qalıq təmiz çəkisi 4,125 qram narkotik vasitə heroinin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil veriləcəyinin nəzərə alınması, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD disk iş üzrə əhəmiyyyət kəsb etdiyindən həmin diskin sübut növü kimi tanınmaqla iş materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması qərara alınmışdır. Həmin qərarın tarixinə nəzər saldıqda “ ” iyun 2024-cü il kimi qeyd edildiyi müəyyən edilməklə qərarın qəbul edilmə tarixini aydınlaşdırmaq mümkün olmamışdır. (Cild 1, i.v.160-172;).

33. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 6 iyun 2024-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X11 tərəfindən ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (Cild 1, i.v.175-176;).

34. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.M.İsmayılov tərəfindən 10 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 11 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.188-199;).

35. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 2680/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmiş, baxış zamanı dəri səthində hər hansı zədə aşkar edilməmişdir (Cild 2;). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

37. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 12 mart 2024-cü il tarixdə, təxminən saat 10 radələrində 7-8 nəfər mülki geyimli polis əməkdaşı onun evinə daxil olub barəsində olan şikayətlə bağlı onlarla birlikdə idarəyə getməli olduğunu bildirmiş, polis əməkdaşları evinə daxil olarkən isə o, yerində uzanıqlı olmaqla yatmış vəziyyətdə olmuşdur. Əynini geyindikdən sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evdən çölə çıxmış, küçədə 2 avtomobilin olduğunu görmüşdür. Polis əməkdaşları onu avtomobilin arxa otucağında əyləşdirərək yanında da bir nəfər polis əməkdaşı olmaqla Suraxanı RPİnin 31-ci PŞ-yə gətirmişlər. Şöbədə həmin gün təxminən axşam saat 18:00-dək saxlanılmış, saxlanıldığı dövrdə ona müdafiəçi təqdim edilməmiş, polis əməkdaşları başına kitabla vurub onu döyərək həm fiziki, həm də psixi təzyiqlərə məruz qoyaraq hədələmiş, istədiklərini etmədiyi halda həyat yoldaşını da “yükləyəcəkləri” ilə hədələmiş, bu səbəbdən sonuncuların dedikləri ilə razılaşmışdır. O, polis əməkdaşları ilə razılaşarkən sonuncular ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə sənədləşdiriləcəyini, 48 saat sonra isə azad olunacağını bildirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən evində ondan başqa arvadı, dostu və sonuncunun arvadı olmuş, özü həyət evində yaşamış, polis əməkdaşları arvadının mağazaya gedərkən qapını açıq qoymasından istifadə edib evinə girmişlər. Əvvəllər narkotik vasitə heroindən istifadə etsə də, saxlanıldığı dövrdə nadir hallarda narkotik vasitə heroindən istifadə etmiş, lakin saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Onun saxlanılmasında Əli, Orxan və adını bilmədiyi digər polis əməkdaşları iştirak etmiş, saxlanılarkən ona qarşı fiziki və psixi təzyiq olsa da, üzərində hər hansı xəsarət yaranmamışdır. O, ilkin olaraq verərkən narkotik vasitənin ona məxsus olması ilə razılaşmamış, həmin narkotik vasitəni Əli adlı polis əməkdaşı cibinə qoyaraq boynuna götürməsini tələb etmiş, videoçəkiliş zamanı polislər nəyi necə tələb etmişlərsə, elə də demiş və etmişdir. Həmçinin barəsində qətimkan tədbiri məsələsi həll edilərkən hakimə təzyiqlərə məruz qalmasını bildirmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, habelə bu barədə heç kimlə mesajlaşması olmamışdır.

38. Təqsirləndirilən şəxs davam edən məhkəmə iclaslarında ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları onu sonuncuların təqdim etdiyi narkotik vasitənin özünə məxsus olmasını boynuna götürməyəcəyi halda arvadını da idarəyə gətirəcəkləri ilə hədələdiklərindən onların dedikləri ilə razılaşıb törətmədiyi əməli boynuna götürmüşdür. O, müstəntiqə ifadə vermiş, lakin təhqiqatçıya hər hansı izahat verməmiş, həmin izahatın sonundakı imza ona məxsus olmamış, ifadəsinin sonundakı əlyazma isə özü tərəfindən yazılmışdır. Barəsində qətimkan tədbiri məsələsi həll edilərkən hakimə təzyiqə məruz qalması barədə bildirmiş, lakin sonuncu ona qulaq asmamış, qapalı məhkəmə iclası zamanı bildirdiyi bütün sözləri orada qeyd etməmişdir. Polis əməkdaşları onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini, habelə 2-3 ay həbsdən sonra azadlığa çıxacağını deyib onu aldatmış, yalnız qətimkan tədbiri məsələsi həll edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə sənədləşdirildiyini öyrənmişdir. Yaşadığı ərazinin sahə inspektoru olan Akif Məmmədzadə də onun saxlanılmasında iştirak edərək onun şöbəyə gətirildiyi avtomobili idarə etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli hesab etmədiyini bildirərək məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi.

39. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə faktiki ər-arvad münasibətlərində olsa da, nikahları rəsmi qeydə alınmamış, sonuncu ilə birlikdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5, ev 7 ünvanında yaşamışlar. Hazırda məhkəməyə təqdim etdiyi görüntüləri onlarla qonşuluqda yaşayan Aytac adlı şəxsin evinin müşahidə kamerasından özünə məxsus “X29” markalı mobil telefonu vasitəsilə çəkib diskə köçürərək saxlamışdır. O həmin görüntüləri əri Gülhəsən tutulduğu tarixdə məhkəməyə təqdim etmək üçün məhkəməyə getmiş, lakin Gülhəsənlə aralarında rəsmi nikah olmadığından qapalı məhkəmə iclasına buraxılmamışdır. Polis əməkdaşı Şahid2 onda ərinin saxlanılmasının videogörüntülərinin olmasını öyrənib onu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasının yaxınlığından birbaşa polis bölməsinə aparmış, orada polislər onda videogörüntülərin mobil telefonda olduğunu bilib mobil telefonunu zorla əlindən alaraq həmin görüntüləri silərək telefonunu “formatlamış”, lakin bu zaman həmin videogörüntülərin diskə də köçürüldüyünü bilməmişlər. Hadisə günü onların evində quraşdırılmış müşahidə kamerası işləmədiyindən qapalı məhkəmə iclası keçirilən gün saat 9-da qonşuluqda yaşayan Aytacgilin müşahidə kamerasından görüntüləri çəkdikdən dərhal sonra diskə köçürmüş, Suraxanı Rayon Məhkəməsinə də saat 14-15 radələrində getmişdir. Həmin görüntüləri əldə etdiyi qonşuları əri Gülhəsənin tutulduğunu bilməmiş, yalnız onlara gedib kömək istədikdən sonra bu barədə xəbərləri olmuşdur. Hadisədən təxminən 10 gün sonra əldə etdiyi videogörüntüləri Müdafiəçi vermişdir. O, polislərin əməlləri barədə hər hansı quruma şikayət etməmişdir. Görüntülərdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşlarının onların evinə daxil olması, habelə onun marketdən qayıdıb polislə danışıqları əks olunmuşdur. O, Akif Məmmədzadə adlı polis əməkdaşını yaşadıqları ərazinin sahə inspektoru kimi tanımış, sonuncu əri Gülhəsənin evdən tutularaq şöbəyə aparılmasında iştirak etmiş, lakin mobil telefonundakı görüntülər polis əməkdaşı Şahid2 tərəfindən ondan götürülüb silinərkən Akif orada olmamışdır.

40. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə 2010-cu ildən etibarən Suraxanı rayonu, 14 iyul küçəsində Təqsirləndirilən şəxsla eyni hasar qonşusu kimi yaşamış, sonuncunun atasını, arvadını və digər ailə üzvlərini tanımışdır. Hadisə 12 mart 2024-cü il tarixdə, təxminən saat 10-11 radələrində baş vermişdir. Gülhəsənin arvadı Fatimə İsmayılova onların evinə gəlib polislərin şikayət əsasında Gülhəsəni apardığını deyərək onların evlərindəki müşahidə kameralarının işləyib-işləmədiyini soruşduqda o, işlədiyini bildirmiş, Fatimə getdikdən sonra müşahidə kameralarındakı videogörüntülərə baxmış, həqiqətən də saat 10 radələrində baş vermiş hadisənin qeydə alındığını görmüşdür. Hadisədən iki gün sonra 14 mart 2024-cü il tarixdə Fatimə onlara gəlib Gülhəsənin narkotik vasitələrin döviyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək məhkəməyə təqdim etməsi üçün müşahidə kamerasında qeydə alınmış görüntüləri istəmiş, o da Fatimə ilə razılaşaraq müşahidə kamerasındakı görüntüləri monitorda açmış, Fatimə də həmin görüntüləri öz mobil telefonu vasitəsilə qeydə almışdır. Sonradan polislərin Fatimədə olan videonu mobil telefonundan sildiyini öyrənmişdir. Belə ki, 15 mart 2024-cü il tarixdə o, evdə olmayan vaxtda 3-4 nəfər polis əməkdaşı onların evinə gələrək valideynlərini həmin videoları Fatiməyə kimin, nəyə görə verdiyinə dair sorğu-sual etdikdən sonra atasını və videomüşahidə kamerasının görüntülərini özündə əks etdirən yaddaş qurğusunu özbaşına olaraq götürərək Suraxanı RPİ-nin 31-ci PŞ-yə aparmış, sonradan həmin polis əməkdaşlarından birinin Şahid2 adlı polis olduğunu öyrənmişdir. O, bu barədə xəbər tutduqdan dərhal sonra Suraxanı RPİ-nin 31-ci PŞ-nin növbətçi hissəsinə zəng edərək həmin polis əməkdaşını telefona çağırmış, ondan hansı səbəblə heç bir məhkəmə qərarı olmadan onun mülkiyyətində olan videomüşahidə kameralarının yaddaş qurğusunu götürüb apardığını soruşmuş, sonuncular isə ona “kompüteri yeməyəcəyik, içindəki məlumatlar silinəcək” demiş, o, cavabında 102 məlumat mərkəzinə zəng edib şikayət edəcəyini bildirdikdə ona “102-yə yığırsan, 112-yə yığırsan özün bilərsən, sizi də cəlb edəcəyik ki Gülhəsənlə əlbirsiniz” deyərək hədə-qorxu gəlmişdir. Atası həmin gün saat 12-də buraxılmış, sonradan atasından videogörüntülərin Fatiməyə verilməsinə görə 5.000 manat pul tələb edildiyini öyrənmiş, hətta bu məqsədlə Orxan adlı polis əməkdaşı atasını səhərdən axşama qədər zəng edib narahat etmişdir. Polislər videomüşahidə kameralarının yaddaş qurğusundakı bütün görüntüləri sildikdən sonra həmin qurğunu onlara qaytarmışlar. Onu ən çox narahat edən polislərin onlara məxsus şəxsi görüntülərə əlçatanlığının olmasıdır. Belə ki, yaşadığı evin dörd tərəfini əhatə edən (evin çöl tərəfi, evin arxa tərəfi, arxa darvaza və böyük bağ) ümumilikdə 4 ədəd videomüşahidə kamerası vardır. Polislərin Gülhəsənin evinə daxil olaraq sonuncu ilə birlikdə çıxmasına dair görüntü olan kamera evin ön hissəsində çöl tərəfi müşahidə edən kamera vasitəsilə qeydə alınmışdır. O həmin gün 102 məlumat mərkəzinə və Ombudsmana zəng edərək şikayət etmişdir. Onu prokurorluqdan müstəntiq Elvin Quliyev çağırıb izahat almış və söhbət zamanı ona “Siz görmüsüz ki, hansısa polisə vəzifə səlahiyyətlərindən qanunsuz istifadə etdiyinə görə cinayət işi açılsın?!” deyərək “Biz nə edə bilərik ki, edə biləcəyimiz maksimum şey odur ki, araşdırmanı göndərək polis özü araşdırsın və cəzalandırsın.” bildirmişdir. İki həftə sonra yaddaş qurğusu onlara geri qaytarılmış, lakin içərisində heç bir məlumat saxlanılmamışdır. Onların yaşadığı ərazidə oğurluq hadisələri tez-tez baş verdiyindən polis əməkdaşları lazım olduqda evlərinə gəlib onlardakı müşahidə kameralarının görüntülərindən istifadə etmişlər. Hətta polis əməkdaşları həmin görüntülərin aydın və tarixi real vaxt rejimini göstərməklə dəqiq olan görüntülərdən onların icazəsi ilə digər cinayətlərin aşkar olunması məqsədi ilə sübut kimi istifadə etmişlər. O, görüntülərdəki polislərin üzünü dəqiq görə bilməmişdir. Prokurorluqdakı araşdırmanın nəticəsində cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan polislərin ona və ailəsinə hədə-qorxu gəlmələri, habelə gənc yaşda olan qardaşının tutula biləcəyi ehtimalına görə şikayət etməmişdir. Hazırda polislər tərəfindən ona hər hansı təzyiq göstərilmir. O, 14 iyul küçəsində 14 il yaşamış, Gülhəsəni də 8 ildir tanımış, tanıdığı müddət ərzində sonuncunun narkotik vasitə qəbul etdiyini görməmişdir. Onların müşahidə kameralarındakı videogörüntülərdə əks olunan vaxt real vaxt rejiminə uyğun olmuşdur. Müşahidə kameraları öz vəsaitləri hesabına quraşdırılmışdır. O, hadisənin bu qədər ciddi hal alacağını düşünmədiyindən görüntüləri diskə köçürməmişdir.

41. Məhkəmədə müdafiəçinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, bir ildən artıq müddətdə Yeni Suraxanı qəsəbəsində sahə rəisi vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs saxlanılmasında isə iştirak etməmişdir. Xidməti avtomobil yalnız əməliyyat müvəkkilərinə verilir, sahə inspektorlarına isə xidməti avtomobil verilmir. Kommunist küçəsi 2-ci “Spar” marketdən solda yerləşir, həmin küçənin yeni adı 14 iyul küçəsidir. O, Şahid4 tanımır, habelə ona təqdim edilmiş videogörüntülərdəki şəxsləri tanımır. 12 mart 2024-cü il tarixdə, saat 10-11 radələrində harada olduğunu dəqiq xatırlamır. Adətən səhər saatlarında rəhbərlik tərəfindən iclas təşkil olunur, daha sonra 8:30-dan hamı xidməti ərazilərə cəlb olunur, əməliyyat tədbiri ilə əlaqədar olduqda əməliyyat müvəkkilləri onlara hər hansı məlumat vermir.

42. Müdafiə tərəfi cinayət işi materiallarında olan aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.

43. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun müdiri tərəfindən təsdiq edilmiş 10 aprel 2024cü il tarixli vəkillərin növbətçilik cəvdəlindən görünür ki, həmin cədvəlin başlığındakı tarix üzərində dəyişiklik edilərək “2022”-ci il tarixi “2024”-cü il tarixinə sonradan dəyişdirilmişdir. Həmin növbətçilik cədvəlinin məzmunundan görünür ki, növbətçilik cədvəli 1 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək olan müddət ərzində növbətçilik üçün nəzərdə tutulmuşdur (Cild 1, i.v. 13;).

44. “Təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında” 14 mart 2024-cü il tarixli protokolun 1-ci səhifəsində Təqsirləndirilən şəxs öz əlyazması ilə özünü təqsirli bilibbilməməsinə dair qeyd hissədə “bilmirəm” sözünü, həmin protokolun 3-cü səhifəsində isə “....çəki ilə razı deyiləm, narkotik maddəni öz şəxsi istifadəm üçün almışdım, əməlimdən peşmanam...” sözlərini öz əlyazması ilə qeyd etmişdir (Cild 1, i.v. 71-73;).

45. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs öz əlyazması ilə verdiyi əlavə ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 12 mart 2024-cü il tarixdə yaşadığı evdə, öz otağında yatmışdır. Həmin gün saat təxminən 10-11 radələrində polis əməkdaşları içəri daxil olaraq ona polis şöbəsinə getməli olduğunu bildirmişdir. Bundan sonra əynini geyinib evdən çıxmışdır. Həmin vaxt evinə təxminən 10 nəfər polis əməkdaşı gəlmişdir. O, polis əməkdaşları ilə çölə çıxmış və orada təxminən 3 ədəd avtomobil olmuşdur. Polis əməkdaşları onu “Xəzər” markalı avtomobilə əyləşdirmişdir. O, avtomobilin arxa sərnişin tərəfində oturmuş, polis əməkdaşları da onun yanında əyləşmişdir. Daha sonra onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PŞ-yə getmişdir. Polis əməkdaşları onu axşam saatlarına qədər PŞ-də saxlamış və saat 17-18 radələrində üzərinə videogörüntü ilə baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərinə narkotik vasitə götürməsini təklif etmişlər. O bundan imtina etmək istəyən zaman görmüşdür ki, əgər belə etsə polis əməkdaşları onu döyəcəklər. Ona görə də məcbur olub narkotik vasitəni boynuna götürmüşdür. Həqiqətdə isə həmin narkotik vasitə onun olmamışdır. Narkotik vasitəni əynindəki gödəkçənin cibinə Əli adlı polis əməkdaşı qoymuşdur. Bu vaxt orada 3 nəfər başqa polis əməkdaşı da olmuşdur. Xəstə olduğundan döyülməkdən qorxur. Ona görə də narkotik vasitəni üzərinə götürməyə məcbur olmuşdur. Üzərinə vəkilin iştirakı olmadan baxış keçirilmiş və vəkildən imtina etməmişdir. O, arabir narkotik vasitədən çəkmək yolu ilə istifadə etmiş, lakin heç kimə narkotik vasitə satmamışdır (Cild 1, i.v. 131-133;).

46. “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 8 iyun 2024-cü il tarixli protokolun qeyd hissəsində Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazmadan görünür ki, “...Əli adlı polis əməkdaşı üzərinə narkotik vasitə olan heroin qoymuş, o həmin heroini götürmək istəmədikdə onu bir neçə dəfə vurmaq və həyat yoldaşını da yükləyəcəyi ilə hədələyərək qorxutmuş, narkotik vasitəni götürəcəyi təqdirdə isə onu CM-in 234.1-ci maddəsi ilə tutacağını bildirmişdir, həyat yoldaşının taleyi onu narahat etdiyindən, həmçinin iç orqanlarının zədələnəcəyindən qorxduğu üçün Əli adlı polis əməkdaşı tərəfindən ona verilmiş narkotik vasitəni üzərinə götürməyə məcbur olmuş, döyülməsi nəticəsində bədənində iz qalmamışdır. Ona elan edilmiş ittihamda özünü təqsirli bilmir, günahsızdır.” ifadələri qeyd olunmuşdur (Cild 1, i.v. 182-183;).

47. X12 tərəfindən vəkil Müdafiəçi ünvanlanmış 29 mart 2024-cü il tarixli ərizədən görünür ki, 12 mart 2024-cü il tarixdə Suraxanı RPİ-nin 7 nəfərdən ibarət mülki geyimli əməkdaşı qanunsuz olaraq saat 10 radələrində yaşadığı evə daxil olmuş, həyat yoldaşı X9 yatdığı yerdən ayağa qaldırıb paltarını geyindirərək ondan guya kimsə şikayət edib deyə polis şöbəsinə aparmış, üzərinə narkotik vasitə yükləyərək qanunsuz həbs etmiş, polis əməkdaşları onların evinə qanunsuz daxil olarkən onların görüntüləri qonşu evin kamerasına düşmüş və onun tərəfindən gələcəkdə məhkəməyə təqdim etmək üçün saxlanılmışdır (Cild 2;).

48. Şahid4 məxsus “Elektron ünvan 1” elektron ünvandan “Elektron ünvan 2” və “Elektron ünvan 3” elektron ünvanlara ünvanlanmış 15 mart 2024-cü il tarixli, müvafiq olaraq saat 11:55 və 12:11-də tərtib edilmiş şikayət məzmunlu müraciətlərdə göstərilmişdir ki, 14 mart 2024-cü il tarixdə 31-ci PŞ-nin əməkdaşları (4-5 nəfər adları məlum olmayan şəxslər) ünvan 4 ünvanına qanunsuz və icazəsiz daxil olaraq mənzilin ön və arxa hissələrini çəkən nəzarət kamera aparatlarını və içərisində olan şəxsi görüntüləri götürmüşlər. Birdirmişlər ki, qonşunun şübhəli şəxs qismində cəlb olunduğu cinayət əməli ilə əlaqədar ona qurulmuş qanunsuz əməliyyat tədbiri həmin kameralara düşmüş və ona görə də həmin görüntüləri siləcəklər. Bu səbəblə götürürlər. Onlar Cinayət Prosessual Qanunvericiliyin tələblərinə müvafiq olaraq onlara yaşayış yerinə daxil olma ilə bağlı heç bir məhkəmə qərarı təqdim olunmamışdır. Ümumiyyətlə qanunauyğun aparılan bir cinayət təqibi mövcud olmamışdır. Lakin sonradan atası X16 və anam X13 bölməyə dəvət edərək həmin videogörüntülərlə bağlı izahat istəmiş, onlardan əlavə olaraq rüşvət tələb etmişlər. Onun tərəfindən 31-ci PŞ-nin növbətçi hissəsinə zəng edilmiş, əməkdaşlara bildirilmişdir ki, hadisə ilə bağlı nazirliyə və 102 qaynar xəttinə məlumat veriləcəkdir. Hal-hazırda atası və anası həmin polis bölməsində qanunsuz olaraq saxlanılır....Hazırda əsassız olaraq qonşunun şübhəli bilindiyi cinayət işi üzrə şəxsi görüntülər polis əməkdaşlarının əlindədir...(Cild 2;).

49. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparat rəhbəri Aydın Səfixanlının 19 mart 2024-cü il tarixli, 2-5/2- 7114/2024 saylı məktubundan görünür ki, həmin məktub Suraxanı rayon prokuroruna ünvanlanmaqla surəti məlumat üçün Şahid4 göndərilmişdir. Məktubda göstərilmişdir ki, “Şahid4 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları tərəfindən icazəsiz olaraq mənzilindən nəzarət kamera aparatlarının və içərisində olan şəxsi görüntülərinin aparıldığını, valideynlərinin həmin şöbəyə çağırılaraq qanunsuz saxlanıldıqlarını və onlardan rüşvət tələb edildiyini bildirmiş, qanunamüvafiq tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, .... müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə bizə məlumat verilməsini xahiş edirik.”(Cild 2;).

50. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 7 may 2024-cü il tarixli Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X19 tərəfindən 111-c-24 nömrəli material üzrə qəbul edilmiş qərarda göstərilmişdir ki, “İzahatı alınmış Şahid4 bildirmişdir ki, 14 mart 2024-cü il tarixdə saat 16 radələrində evdə olmayan zamanı Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları yaşadıqları evə qanunsuz daxil olaraq evdə olan müşahidə kameralarının aparatlarını götürmüş, atası Elnur Əliyevi isə PB-yə aparmışlar. Bildiyinə görə hadisədən bir gün qabaq Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları əməliyyat tədbiri quraraq onlarla qonşuluqda yaşayan şəxsi narkotik vasitəyə görə saxlayaraq polis bölməsinə aparmışdır. Həmin əməliyyat tədbirinin keçirilməsi onların müşahidə kameralarında görüntülənmişdir. O, əməliyyat tədbirinin qanunsuz keçirildiyinə görə polis əməkdaşları tərəfindən görüntülərin götürülərək öz əməllərini ört-basdır etməyə çalışdıqlarını düşünmüşdür. Atası gecə saat 23 radələrinə kimi polis bölməsində saxlanılmışdır. O, 31-ci PŞ-nin növbətçi hissəsinə zəng edərək qanunsuz hərəkət etdiklərini bildirib atası barəsində məlumat öyrənmək istəsədə də polis əməkdaşı ona məlumat verməmişdir. Atası axşam evə gəldikdən sonra polis əməkdaşları zəng edərək atasını yenidən izahat yazmaq üçün polis bölməsinə dəvət etmişlər. Növbəti gün səhər tezdən saat 9-da hər iki valideyni polis bölməsinə çağrılaraq orada mobil telefonları götürülmüş, o, dərsdə olduğuna görə valideynləri ilə əlaqə saxlaya bilməmiş, bundan sonra polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə müvafiq dövlət qurumlarına müraciət etmiş, daha sonra DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Bundan sonra valideynləri polis bölməsindən buraxılmışlar. Atasının sözlərindən öyrənmişdir ki, polis əməkdaşlarının qanunsuz əməliyyat tədbirini ifşa etdiyi üçün polis əməkdaşları onlardan əvəz çıxmaq istəmişdir. Onların narkotik vasitələrə görə saxlanılan şəxslə heç bir əlaqəsi olmamış, şikayətlərdən sonra polis əməkdaşları müşahidə kameralarının aparatını gətirib onlara təhvil versələr də içərisindəki görüntülər silinmiş, 31-ci PŞ-də valideynlərinə qarşı hər hansı fiziki təzyiq göstərilməsə də, əsassız yerə saatlarla orada saxlanmışlar”. Materiala əlavə edilmiş arayışdan görünür ki, telefon danışığı zamanı X22 özünün və arvadının izahat vermək üçün rayon prokurorluğuna gəlməyəcəyini, polis əməkdaşları barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 izahatından görünür ki, 12 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs qarşı əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat tədbiri keçirilmiş, sonuncu Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində tərəflərindən saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilərək Suraxanı RPİ-də barəsində cinayət işinin istintaqı aparılır. Verilmiş suallara cavab olaraq Şahid4 dediklərinin tamamilə yalan olduğunu, sonuncunun yaşadığı evə daxil olmadıqlarını, kamera görüntülərini götürmədiklərini, Elnur Əliyev və onun arvadının polis bölməsində qanunsuz saxlanılmadığını, onlardan pul tələb olunmadığını bildirmişdir. Həmin şöbənin əməliyyat müvəkkili Şahid1 Şahid2 izahatını təsdiq edərək eyni məzmunlu izahat vermişdir”. Göstərilənlərə əsasən 111-c-24 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından rədd edilmişdir (Cild 2;).

51. Azərbaycan Respublikası “X7” 9 oktyabr 2024-cü il tarixli 163 nömrəli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş 1 ədəd fləş informasiya daşıyıcısında olan tədqiqatı tələb olunan videogörüntüdə öndə dayanan avtomobilin “** AP ***” dövlət qeydiyyat nişanlı olduğu aşkar olunmuşdur (Cild 2;).

52. Müdafiə tərəfindən təqdim olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(011)-6056/2022 saylı qətnamə və “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AK-2/39515 nömrəli, 12 iyun 2018ci il tarixli müqavilədən görünür ki, Dadaşov X10 rayonu, Yeni ünvan 6 ünvana 7 may 2018-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyi paylayıcısına məxsus G4 markalı 1802AZ**********16 nömrəli qaz sayğacı quraşdırılaraq ona **********0020 abonent kodu verilmiş, məhkəmə qərarı ilə həmin ünvan üzrə (Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5, ev 7) Təqsirləndirilən şəxs hesablanmış 1944 manat məbləğində borc silinmişdir (Cild 2;).

53. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 1 iyul 2024 və 9 oktyabr 2024-cü il tarixli məktublardan görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 14 iyul küçəsi, döngə 7 hal-hazırda Vətən müharibəsi şəhidi X3 adını daşıyır. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan keçmiş Kommunist küçəsi hal-hazırda Məmmədəli Əsgərov küçəsi adlanır. Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixə qədər Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5 ünvanında qeydiyyatsız yaşamışdır (Cild 2;),

54. Müdafiə tərəfindən təqdim edilmiş bir ədəd disk və bir ədəd yaddaş qurğusunda olan videogörüntülər məhkəmə iclasında monitorlarda əks etdirilməklə tərəflərin, o cümlədən məhkəmə iclasında dindirilmiş müdafiə və ittiham tərəfinin şahidlərinin iştirakı ilə dəfələrlə baxılaraq tədqiq edilmiş və müəyyən edilmişdir ki, 12 mart 2024-cü il tarixdə, saat 9:55 radələrində iki avtomobil küçə ilə gələrək arxa-arxaya dayanır və həmin avtomobillərdən öndəki avtomobilin dövlət qeydiyyat nişanının **-AP-*** olması görünür. Həmin avtomobillərdən 7 nəfər mülki geyimli şəxslər düşərək orada olan evlərdən birinə daxil olurlar, bir neçə dəqiqədən sonra isə evdən bir nəfər şəxslə çıxaraq avtomobillərə əyləşib oradan uzaqlaşırlar. Baxışda iştirak edən Şahid4 həmin videogörüntülərin onların ünvan 4 ünvanında quraşdırılmış videomüşahidə qurğusundan mobil telefonla çəkildiyini və görüntüdə olan şəxslərin daxil olduğu evin Təqsirləndirilən şəxs yaşadığı ev olduğunu bildirdi. Baxışda iştirak edən X12 və müdafiəçi bildirdi ki, 12 mart 2024-cü il tarixdə, təxminən saat 9:55 radələrində iki avtomobillə yeddi nəfər mülki geyimli polis əməkdaşı Təqsirləndirilən şəxs yaşadığı Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsi döngə 5, ev 7-də, hazırkı adı ilə Vətən müharibəsi şəhidi X3 adını daşıyan küçədə yerləşən evin qarşısına gəlirlər və avtomobildən düşürlər. Həmin videogörüntünün 35-ci saniyəsindən görünür ki, polis əməkdaşlarından biri evin kamerasını söndürür, 1.31-ci dəqiqəsindən görünür ki, həmin vaxt saat 9:58-dir. Həmin videogörüntünün 2.11-ci dəqiqəsində Təqsirləndirilən şəxs yaşadığı evdən çıxarıldığı, 2.45-də avtomobilin arxa hissəsinə tək otuzdurulduğu, 2.31-ci dəqiqədə avtomobilin qeydiyyat nömrəsinin 99AP275 olduğu, 3.39-da həmin yerə Təqsirləndirilən şəxs həyat yoldaşı Fatimə İsmayılovanın gəldiyi, 4.34-ə qədər Təqsirləndirilən şəxs və polis əməkdaşları ilə söhbət etdiyi görünür. Başqa sözlə, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında göstərildiyi kimi 12 mart 2024-cü il tarixdə, saat 11:10 radələrində Kommunist küçəsində yaşadığı evin qarşısında saxlanılaraq 31-ci PŞ-yə dəvət edilməmiş, həmin tarixdə, saat 9:55 radələrindən 14 iyul küçəsi, döngə 5, ev 7 ünvanından (hazırkı adı şəhid Mirilham Babayev) yaşadığı evindən yatdığı çarpayısından qaldırılaraq aparılmışdır (Cild 2;) Məhkəmənin hüquqi dəyərləndirməsi:

55. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

56. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

57. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

58. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisinin vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.

59. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 234.4.3-cü maddəsi həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində nəzərdə tutulmuşdur.

60. CM-in 234.4.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanusuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.

61. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.

62. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.7-1.0.11-ci maddələr).

63. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir.

64. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) tələblərinə əsasən onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıması sübuta yetirilməli haldır.

65. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

66. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

67. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.

68. CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.

69. CPM-in 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

70. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

71. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs ittiham tərəfindən iddia edildiyi kimi guya sonuncunun yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində olarkən saat 11:10-da deyil, təxminən 10 ildir faktiki yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5, ev 7 ünvanında yerləşən evində yatdığı yerdən saat 09:55-də 7 nəfər polis əməkdaşının evinə qanunsuz daxil olaraq guya barəsində verilmiş şikayət əsasında onu polis şöbəsinə aparmasını, saxlanılarkən üzərində hər hansı qanunsuz predmetin, o cümlədən ondan aşkar edilməsi iddia edilən narkotik vasitənin olmamasını, saxlanıldıqdan sonra üzərində ən azı 4(dörd) saat sonra şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparıldığını, şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilənədək onun ümumiyyətlə cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının təmin olunmayaraq müdafiəçi təqdim edilməməsini, həmin istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə dair onun adından ərizə yazılmasını, halbuki özünün bu barədə hər hansı məlumatı olmamasını (hər hansı təklif edilməməsini), habelə həmin istintaq hərəkəti keçirilməmişdən əvvəl fiziki və psixi təzyiqlərə məruz qalmasını, o cümlədən döyülərək xəsarət alacağından qorxması, ailəsi ilə hədələnməsi və CM-in 234.1-ci maddəsi ilə sənədləşdirilərək 48 saat sonra buraxılacağı ilə aldadılması ilə əlaqədar ibtidai istintaqın ilkin mərhələlərində törətmədiyi əməli boynuna götürməsini, məhkəməyə təqdim edilən müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntülərin mobil telefondakı nüsxələrinin 14 mart 2024-cü il tarixdə onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən qanunsuz olaraq silinməsi, polis əməkdaşlarının həmin görüntüləri onlara təqdim etmiş şəxsə müvafiq təzyiqlərin göstərilməsi, məhkəmə iclasında dindirilmiş üç polis əməkdaşının müşahidə kamerasında qeydə alınmış polis əməkdaşları olmasını, habelə həmin polis əmkədaşlarından başqa da tanımadığı digər polislərin də onun saxlanılmasında iştirak etməsini və barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirlərin qanunsuz olmasını göstərmişlər.

72. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.

73. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmış, əlavə şahidlərin dindirilməsi təmin edilmiş, müdafiə tərəfindən təqdim edilmiş işin faktiki hallarına birbaşa təsir edən videogörüntülər məhkəmə iclasında tərəflərin iştirakı ilə müqayisəli şəkildə tədqiq edilmişdir.

74. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.

75. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə, saat 11:10-da deyil, həmin tarixdə, saat 09:55 radələrindən etibarən saxlanılaraq polis şöbəsinə gətirilmişdir; b) Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində deyil, 10 ildən artıq faktiki yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5, ev 7 ünvanında yerləşən evində olarkən saxlanılmışdır; c) Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5, ev 7 ünvanına iki avtomobillə (xidməti maşınla) gəlmiş ümumilikdə 7 nəfər mülki geyimli şəxs (polis əməkdaşı) hər hansı məhkəmə qərarı olmadan qanunsuz olaraq həmin ünvana daxil olaraq Təqsirləndirilən şəxs oradan götürüb aparmışdır; d) Təqsirləndirilən şəxs saxlanıldıqdan (dərhal) sonra müdafiə hüququnun təmin edilməsi üçün hər hansı şərait yaradılmamış, ümumiyyətlə sonuncunun sərbəst formada növbətçilik cədvəli üzrə vəkil siyahısından müdafiəçi seçməsi və real olaraq keyfiyyətli hüquqi yardım alması üçün hər hansı siyahı təqdim edilməmiş, habelə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən əvvəl guya Təqsirləndirilən şəxs həmin istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan aparılmasını xahiş etməsinə dair saxta ərizə hazırlanmış, hətta iş materiallarına köhnə tarixli (2022-ci ilin may ayı üçün hazırlanmış) növbətçilik cədvəli əlavə edilərək (tarix üzərində dəyişiklik edilmiş) müdafiə hüququnun hərtərəfli təmin edilməsi görüntüsü yaradılmışdır. Qeyd olunan hallar Təqsirləndirilən şəxs barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olmuşdur.

76. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər araşdırma aparılmış, bu araşdırma nəticəsində əldə edilmiş sübutları ittihamın düzgün, ədalətli və obyektiv qiymətləndirilməsi üçün kifayət hesab etmişdir.

77. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.

78. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs, habelə əlavə şahid qismində dindirilmiş X12 və Şahid4 ifadələri, xüsusilə də mötəbərliyi şübhə altına alına bilinməyən müdafiə tərəfindən məhkəməyə təqdim edilərək məhkəmə baxışı üzrə məhkəmə iclasında tərəflərin iştirakı ilə ətraflı şəkildə tədqiq edilməklə sübut qismində iş materiallarına əlavə olunmuş videogörüntülərlə Təqsirləndirilən şəxs ittihamda göstərilən yerdə, vaxtda və şəraitdə deyil, başqa yerdə, vaxtda və şəraitdə saxlanılması müəyyən edilmişdir. Belə ki, müdafiə tərəfindən məhkəməyə təqdim olunmuş müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxış keçirildikdə, 12 mart 2024-cü il tarixdə, saat 09:55 radələrində mütəxəssis rəyinə əsasən biri ** AP *** dövlət qeydiyyat nişanlı olmaqla iki avtomobillə ümumilikdə 7 nəfər mülki geyimli şəxsin Təqsirləndirilən şəxs müvafiq rəsmi sənədlərlə (bax hökmün 51-54-cü bəndlərinə) öz təsdiqini tapmış faktiki yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5, ev 7 ünvanına gəlib Təqsirləndirilən şəxs məxsus evə daxil olaraq saat 09:58-də sonuncunu evdən çıxarıb ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib şöbəyə aparması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şöbəyə aparıldıqdan təxminən 4 saat sonra şübhəli şəxs qismində cəlb edilərək (bax hökmün 13;15-16-ci bəndlərinə) üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Eyni zamanda, təqsirləndirilən şəxs və əlavə şahid qismində dindirilmiş Fatimə İsmayılovanın ifadələrində göstərdiyi xüsusatlar müdafiə tərəfindən məhkəməyə təqdim edilərək tədqiq edilmiş videogörüntülərlə yanaşı, təqsirləndirilən şəxslə hər hansı qohumluq və ya düşmənçilik, habelə sair yaxın münasibətlərdə olmayan, hazırkı cinayət işi üzrə hər hansı marağı olmayan, qanunvericiliyin tələblərinə müvafiq olaraq bilə-bilə yalan ifadə verməyə və ifadə verməkdən imtina etməyə görə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair rəsmi xəbərdarlıq edilməklə doğru ifadə verəcəyinə and içdirilmiş, Bakı Dövlət Universitetinin hüquq fakültəsində 4-cü kurs tələbəsi olan, mötəbərliyi şübhə altına alına bilməyən əlavə şahid qismində dindirilmiş Şahid4 məhkəməyə verdiyi ifadələri, sonuncunun hadisədən dərhal sonra müvafiq hüquq-mühafizə orqanına və ombudsmana etdiyi şikayətləri ilə də öz təsdiqini bir daha tapmışdır. Belə ki, Şahid4 8 ildən artıq müddətə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5 ünvanında Təqsirləndirilən şəxs və ailəsi ilə bir qonşuluqda yaşadığını, həmin ərazidə tez-tez oğurluq hadisəsinin baş verdiyini, baş vermiş oğurluq hadisələrinin kimin tərəfindən və hansı şəraitdə törədilməsinin müəyyən edilməsi məqsədilə polis əməkdaşlarının onların evinə gəlib icazələrini almaqla evlərinin dörd tərəfini əhatə edən, dəqiq və aydın şəkildə real vaxt rejiminə uyğun işləyən müşahidə kameralarına baxdıqlarını, o cümlədən həmin görüntülərdən ittiham tərəfi kimi sübut qismində istifadə etdiklərini bildirmişdir. Beləliklə, məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq, hüquq mühafizə orqanları tərəfindən Şahid4 və onun ailə üzvlərinə məxsus evdə yerləşən müşahidə kameralarından əvvəllər də müxtəlif cinayətlərin üstünün açılmasında istifadə etmələri ehtimalını bir daha videogörüntülərdə qeyd olunan vaxtın həqiqiliyinin şübhə altına alına bilməməsi qənaətinə gəlməyə əsas verir.

79. Bundan başqa, Fatimə İsmayılovanın bildirdiyi 14 mart 2024-cü il tarixdə öz evlərindəki müşahidə kameralarının işləməməsi (demələrinə görə polislər tərəfindən söndürülmüşdür), bu səbəbdən qonşusu Şahid4 müraciət edərək sonuncunun evlərində quraşdırılmış müşahidə kameralarındakı görüntüləri öz mobil telefonunda qeydə alaraq özündə saxlaması, lakin sonradan polis əməkdaşları tərəfindən həmin görüntülərin silinməsi Şahid4 ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, Şahid4 Təqsirləndirilən şəxs saxlanması görüntülərini F.Ə.İsmayılovaya verməsi ilə əlaqədar polis əməkdaşlarının evlərinə gələrək valideynlərini, habelə həmin görüntülərin əks olunduğu ona məxsus yaddaş qurğusunu götürərək şöbəyə aparmalarını, orada həmin görüntülərin silinərək valideynlərindən də rüşvət tələb edilərək bütövlükdə qanunsuzluqlara məruz qaldıqlarını iddia edərək həmin halı 15 mart 2024-cü il tarixdə müxtəlif orqanlara verdiyi şikayətlərlə təsdiq etmişdir. Belə ki, 4 mart 2024-cü il tarixdə Şahid4 müşahidə kameraları tərəfindən qeydə alınmış görüntüləri F.Ə.İsmayılovaya verdikdən sonra sonuncunun mobil telefonu ilə çəkdiyi həmin görüntülərin polislər tərəfindən silinməsi, habelə görüntülərin əsas mənbəyi hesab olunan Şahid4 evindəki kameraların yaddaş qurğusundan da silmək üçün sonuncuya məxsus evə daxil olaraq həmin qurğunu ələ keçirib sübut əhəmiyyəti kəsb edən məlumatları silmələri Şahid4 həmin tarixdə dərhal 15 mart 2024-cü il tarixdə həm İnsan hüquqları üzrə müvvəkilə (Ombudsman), həm də prokurorluq orqanlarına elektron formada məktub yazaraq şikayətlər etməsi, həmin şikayətlər əsasında “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsi Təqsirləndirilən şəxs saxlanıldığı dövrdə baş verməklə həmin hadisələr arasında müəyyən əlaqələrin olması qənaətinə gəlməyə əsas verir (inandırıcı hesab olunur).

80. Məhkəmə ittiham tərəfinin əsas sübut növü kimi göstərdiyi hallardan biri kimi məhkəməyədək icraatın ilkin mərhələsində Təqsirləndirilən şəxs verdiyi qismən etirafedici ifadələrinə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələrdə göstərilənlər elə ibtidai istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs tərəfindən dəfələrlə tamamilə inkar edilərək mübahisələndirilmiş, lakin müdafiə tərəfi iş üzrə mühüm əhəmiyyət kəsb edən mahiyyəti üzrə işə baxan hazırkı məhkəməyə təqdim edilmiş sübutları ibtidai istintaq orqanı tərəfindən məhv edilməsi təhlükəsi olmasını hesab edərək müdafiə taktikasına uyğun olaraq həmin sübutları yalnız işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim edilməsi üçün saxladıqlarını bildirmişdir. İttiham tərəfi təkidlə Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə, saat 11:10 radələrində sonuncuya məxsus evə daxil olaraq deyil, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində saxlayaraq ** AP *** dövlət qeydyyat nişanlı avtomobillə şöbəyə gətirdiklərini bildirsələr də, həmin halları təkzib edə biləcək hər hansı yeni sübut təqdim olunmamaqla yanaşı, həmin şübhələr aradan qaldırılmamış, əksinə məhkəmədə ətraflı şəkildə tədqiq olunmuş mötəbərliyi şübhə altına alına bilinməyən sübutların müqayisəli tədqiqi nəticəsində həmin hallar bütövlükdə inkar edilməklə inandırıcı hesab olunmamışdır.

81. CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına ayrı-ayrılıqda verdiyi qismən etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.

82. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri, o cümlədən “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokol və həmin protokola əlavə edilmiş 1(bir) ədəd diskdəki videogörüntü yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.

83. Əksinə yuxarıda qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində onun ifadəsində göstərdiyi halların həqiqət olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini mötəbər sübut sayır.

84. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.

85. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin tələbinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

86. Eyni zamanda, CPM-in 19-cu maddəsinin tələblərinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: - öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; - şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq.

87. Həmin məcəllənin 90-cı maddəsinin tələbinə görə müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək və öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək təqsirləndirilən şəxsin hüquqlarıdır.

88. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ərizə ilə cinayət təqibi orqanına müraciət etməsini işdən görür, lakin sözügedən istintaq hərəkəti zamanı müdafiəçinin iştirakını tələb etməməsini və müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını xahiş etməsini inandırıcı və yetərli hesab etmir.

89. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, qanunverici Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsində xüsusi hallar müəyyən edərək müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyini nəzərə almış və onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsini qadağan etmişdir. Həmin hallar mövcud olduqda, cinayət təqibini həyata keçirən orqan və ya məhkəmə müdafiəçinin mütləq iştirakını təmin etdikdən sonra istintaq və ya digər prosessual hərəkətləri həyata keçirə bilər. Eyni zamanda, qanunverici şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Lakin Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 92.3-cü maddəsində göstərilmiş bəzi hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur. Müdafiəçinin cinayət prosesində mütləq iştirakının təmin olunmaması cinayət-prosessual qanunvericiliyinin pozulması kimi qiymətləndirilə və müvafiq prosessual hərəkətin və onun nəticələrinin qanunsuz hesab edilməsinə səbəb ola bilər. Sözügedən qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz.

90. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarının 37-ci bəndində qeyd edilir ki, ... faktiki tutulmuş şəxsin müdafiəçisi olduqda və ya cinayət prosesində müdafiəçinin mütləq iştirakını müəyyən edən CPM-in 92.3-cü maddəsində göstərilən hallardan biri olduqda, o cümlədən faktiki tutulubsaxlanılma anında şübhəli şəxs müdafiəçi ilə təmin olunmasını tələb etdikdə, şübhəli şəxsin tutulduğu andan, yəni azadlığının faktiki məhdudlaşdırılmasından dərhal sonra müdafiəçiyə malik olmaq hüququnu nəzərdə tutan CPM-in 90.7.2 və 90.7.5-ci maddələrinə, habelə tutulma haqqında protokolun şəxsə müdafiəçi qismində təqdim edilməsi üçün dəvət edilmiş vəkil tərəfindən imzalanmasını təsbit edən CPM-in 147.6-cı maddəsinə, eləcə də bu Qərarın yuxarıda təsvir edilmiş müddəalarına əsasən şübhəli şəxsi tutub-saxlamış (azadlığını faktiki məhdudlaşdırmış) əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edilən (əməliyyat-axtarış tədbirinin gedişinə və nəticələrinə dair) raportda və ya protokolda tutulub-saxlanılmış şəxsə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edilməsinə dair məlumatla yanaşı, həmin şəxsin müdafiəçisinin olub-olmaması, müdafiəçi ilə təmin edilməsini tələb edib-etməməsi barədə məlumatlar da əks etdirilməli, cinayət təqibi üzrə təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə şübhəli şəxsin tutulmasının tutulma haqqında protokol ilə rəsmiləşdirilməsində müdafiəçinin və ya müdafiəçi qismində təqdim edilməsi üçün dəvət olunmuş vəkilin iştirakını təmin etməlidir. Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir. Odur ki, ... şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və münasibətini bildirməlidirlər

91. Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafiəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulması üzrə proseduran tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarış zamanı da iştirakını qaçılmaz edir. Qeyd edilənlərə, habelə iş materiallarına 2 il əvvəllə dair vəkil siyahısının əlavə edilməsi, şübhəli şəxsin üzərində tutulduqdan 4 saata yaxın müddətdən sonra müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması ilə bağlı ciddi şübhələrə əsasən məhkəmə hesab edir ki, şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirilməlidir.

92. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqsirləndirilən şəxsin hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri də kobud şəkildə pozulmuşdur.

93. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 7 nəfər mülki geyimli polis əməkdaşının Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5, ev 7 ünvanına qanunsuz daxil olaraq sonuncunu şübhəli şəxs qismində tutması və iş materiallarında həmin halların saxtalaşdırılaraq guya başqa yerdə və saatda saxlanılmasına dair tərtib edilmiş protokol əməliyyat tədbirlərinin qanunsuz şəkildə həyata keçirilməsi ilə əlaqədar yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.

94. CPM-in 17.1-ci maddəsinin tələbinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəs yaşayış yerində yaşayanların iradəsi ziddinə yaşayış yerinə daxil ola bilməz.

95. CPM-in 17.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, orada axtarış və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında məcburi həyata keçirilir.

96. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.

97. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

98. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

99. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.

100. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələr, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz.

101. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir.

102. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

103. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyindən aydın olur ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitələrin istifadəçisi olmuşdur. Lakin hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.

104. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.

105. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.

106. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi qismən etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

107. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub).

108. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən ibtidai araşdırmanın ilkin mərhələsində alınmış etirafedici ifadələr sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.

109. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.

110. CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.

111. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir.

112. CPM-in 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2, 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.

113. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasında ifadə olunan CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.

114. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir.

115. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

116. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.

117. İş üzrə maddi sübut kimi tanınmış “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd disk, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd disk, müdafiə tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs saxlanılmasının videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk və 1 (bir) ədəd yaddaş qurğusu (fləşkart) cinayət işinin materiallarında saxlanılmalıdır.

118. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,225 qram təşkil edən narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınmalıdır.

119. CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.

120. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,225 qram olan narkotik vasitə heroinin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılması və həmin predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınsın. İş üzrə 3 (üç) ədəd disk və 1(bir) ədəd yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 114(bir yüz on dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar