Məhkəmə qərarları › İş №1(101)-1942/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1942/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1942/2022 19.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:50-də Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər məktəbəqədər Təhsil Müssəsisələri və Uşaq evləri İdarəsinin 6 saylı uşaq evində operator- paltaryuyan işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında Azərbaycan Respublikasında şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə xeyli miqdarda mobil telefon və aksessuarlarının X18 Dubay şəhərindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup halında cinayət əlaqəsinə girmiş, qabaqcadan əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 16 mart 2022-ci il tarixdə X9 Dubay şəhərində olarkən istintaqa məlum olmayan yerdən ətdə etdiyi ümumilikdə cəmi xeyli miqdarda 188 350,00 (yüz səksən səkkiz min üç yüz əlli) manat dəyərində 1 ədədinin qiyməti 2480 manat olan 12400 manat dəyərində 5 ədəd üzərində “Desgned bu Apple in California in China” markalı yazısı olan “İphone 13 Pro Max" markalı “A2484” (256 GB) markalı komplektli, 1 ədədinin qiyməti 2300 manat olan 4600 manat dəyərində 2 ədəd üzərində “Desgned bu Apple in California in China” markalı yazısı olan “İphone 13 Pro Max” markalı “A2484" (128 GB) markalı komplektli, 1 ədədinin qiyməti 2300 manat olan 4600 manat dəyərində 2 ədəd üzərində “Desgned bu Apple in California in China” markalı yazısı olan “İphone 13 Pro Max” markalı “A2483" (256 GB) markalı komplektli, 1 ədədinin qiyməti 2150 manat olan 27950 manat dəyərində 13 ədəd üzərində “Desgned bu Apple in California in China" markalı yazısı olan “İphone 13 Pro Max” markalı “A2483” (128 GB) markalı komplektli, 1 ədədinin qiyməti 2150 manat olan 6450 manat dəyərində 3 ədəd üzərində “Desgned bu Apple in California in China” markalı yazısı olan “İphone 13 Pro Max” markalı “A2639” (128 GB) markalı komplektli, 1 ədədinin qiyməti 2330 manat olan 20970 manat dəyərində 9 ədəd üzərində "Desgned bu Apple in California in China” markalı yazısı olan “İphone 13 Pro Max” markalı “A2484” (256 GB) markalı qutusuz aksessuarsız, 1 ədədinin qiyməti 2200 manat olan 22000 manat dəyərində 10 ədəd üzərində “Desgned bu Apple in California in China” markalı yazısı olan "İphone 13 Pro Max” markalı “A2484" (128 GB) markalı qutusuz aksessuarsız, 1 ədədinin qiyməti 2150 manat olan 30100 manat dəyərində 14 ədəd üzərində “Desgned bu Apple in California in China" markalı yazısı olan “İphone 13 Pro Max” markalı “A2483” (256 GB) markalı qutusuz aksessuarsız, 1 ədədinin qiyməti 2000 manat olan 58000 manat dəyərində 29 ədəd üzərində “Desgned bu Apple in California in China” markalı yazısı olan “İphone 13 Pro Max” markalı “A2483” (128 GB) markalı qutusuz aksessuarsız mobil telefonları, 1 ədədinin qiyməti 10 manat olan 80 manat dəyərində 8 ədəd "İphone” markalı mobil smartfonun elektrik qidalandırıcısı kabeli və 1 ədədinin qiyməti 300 manat olan 1200 manat dəyərində 4 ədəd “AirPods Pro" markalı qulaqcığı X7 Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirmək məqsədi ilə özünə məxsus olan çamadana yerləşdirərək 17 mart 2022-ci il tarixdə saat 17:30-da J2 012 saylı Dubay-Bakı aviareysi ilə X7 Azərbaycan Respublikasına gəlmiş və gömrük nəzarətindən yayınmaqla cinayətkar niyyətini həyata keçirmək üçün həmin mobil telefon və aksessuarların olduğu çamadanı eyni reys ilə Bakı şəhərinə gələn dayısı X11 verərək sonuncu vasitəsi ilə həmin çamadanın əl yükü olmasına baxmayaraq, bunkerdə gömrük nəzarətindən keçmiş mal görüntüsü yaratmaq məqsədi ilə hava limanının gəliş zalındakı baqaj lentinin üzərinə qoyulmasını təmin etmiş, daha sonra “TerminaM” gömrük postu ətrafında hərəkət edərək lentin üzərində olan çamadanı götürüb gömrük nəzarətinə təqdim etməyərək çamadanın sahibsiz olması görüntüsünü verməklə cinayətin törədilməsindən xəbəri olmayan "xxxx" QSC-nin Baqaj axtarışı və sərnişinlərin qarşılanması üzrə növbə rəisi Şahid7 tərəfindən götürülməsinə və xidməti otağının qarşısında olan sahibsiz əşyalar üçün nəzərdə tutulmuş yerə qoyulmasına nail olmuş, daha sonra həmin əraziyə yaxınlaşaraq göstərilən çamadanı cinayətin törədilməsindən xəbəri olmayan "Azərbaycan Hava Yolları” QSC-nin digər əməkdaşı Sərnişin daşınma şöbəsinin baqaj axtarışı üzrə agenti Şahid8 götürərək həmin tarixdə saat 19 radələrində ümumilikdə xeyli miqdarda 188 350,00 (yüz səksən səkkiz min üç yüz əlli) manat dəyərində mobil telefon və aksessuarlarını Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən “Heydər X15“nda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin “X26 Limanı“ gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən elektron və kağız üzərində yazılı formada bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə tamah məqsədi ilə qəsdən keçirmiş və həmin tarixdə aparılmış gömrük yoxlaması zamanı qeyd edilən xeyli miqdar dəyərində mobil telefon və aksessuarlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, maddi imkanı yaxşı olmadığına, himayəsində 2 azyaşlı övladı olduğuna görə müxtəlif vaxtlarda Bakı şəhərində elektronik malların sifarişini götürərək ayda təxminən 3-4 dəfə Dubay şəhərinə getmiş, oradan əşyaları alıb Bakı şəhərinə gətirmiş, Dubay şəhərindən İstanbul şəhərinə müxtəlif vaxtlarda mobil telefonların daşınmasını həyata keçirmişdir. O, 10 mart 2022-ci il tarixində yenidən Dubay şəhərinə getmiş, Dubayda olarakən, mağazadan 43 ədəd qutusu və aksesuarları olmayan 'İphone 13 Pro" markalı, 18 ədəd qutuda “İphone 13 Pro" markalı, 19 ədəd qutusu və aksesuarları olmayan “İphone 13 Pro Max” markalı, 7 ədəd qutuda “İphone 13 Pro Max" markalı mobil telefonları almış, həmin malların dəyərini 26000 ABŞ dollarını nəğd ödəmiş, qalan məbləği isə mağazanın sahibini tanıdığı üçün nisyə götürmüşdür. Orada olarkən 87 ədəd mobil telefonu əl çantasına qoymuş, həmin mobil telefonları İstanbul şəhərinə aparmaq istəmiş, lakin, əl çantası böyük olduğu üçün X35 təyyarə bələdçisi çantanı təyyarəyə buraxmamış və o, məcbur qalıb telefonları Dubay aeroportunda saxlamış və telefonların oğurlanmaması üçün orada olan tanışlarına təhvil vermiş, daha sonra İstanbula, oradan da Bakı şəhərinə gəlmiş, 12 mart 2022-ci il tarixində yenidən İntiqam Musayevlə birlikdə Dubaya getmişdir. Həmin vaxt Dubaya getməkdə məqsədinin orada qalan mobil telefonları aeroportun ərazisindən çıxardıb Dubay şəhərinin özündə olan mağazaya yerləşdirmək olmuş, 87 ədəd mobil telefonu müvəqqəti olaraq Dubay şəhərinə tanıdıqları mağazaya qoymuşdur. O, ifadəsində özü və bir çox insanların Dubaya biznes fəaliyyəti məqsədilə getdiyini, bəzi hallarda onlar Dubaydan Bakı şəhərinə gələn kimi həmin gün də gətirdikləri malları təhvil verərək Dubaya qayıtdığını qeyd etmişdir. Bakı-Dubay reysi ilə elektronik malların ticarəti ilə məşğul olan şəxslərin hamısı bir-birilərini tanımış, İntiqam Musayevlə də ticarətlə məşğul olan şəxs kimi tanış olmuşdur, 16 mart 2022-ci il tarixində Dubaya gedərkən İntiqam Musayev ticarətlə məşğul olan şəxs olduğu üçün onunla birlikdə və öz işi olduğuna görə getmişdir. Dubayda olarkən 1 ədəd çamadanı əl yükü kimi özü ilə birgə təyyarənin salonuna gətirmiş və Türk Hava yollarından fərqli olaraq çantanı Azal hava yollarına gələn zaman təyyarənin salonuna aparmış, saat təxminən 17:30- da təyyarə Bakıya enmişdir. Dubay-Bakı reysi ilə Bakı aeroportuna endikdən dərhal sonra təyyarəni tərk etməzdən əvvəl salonda olarkən İstanbula uçuşla əlaqədar bileti onlayn qaydada satın almışdır. 17 mart 2022-ci il tarixdə Dubayda təyyarədə olarkən dayısı Təravəti görmüş, dayısı Təravət Mirzəli də ticarətlə məşğul olduğuna görə Bakı şəhərindən Dubaya getmiş və geri qayıtmış, həmin vaxtı o geyimi ilə əlaqədar olaraq dayısından çamadanı götürməyini və aşağıda ona təhvil verməsini xahiş etmişdir. Dövlət sərhədini keçdikdən sonra o, İntiqam Musayevdən çamadanın harada olduğunu soruşmuş və ilk olaraq İntiqam Musayev ona həmin şəxsi görmədiyini bildirmiş, daha sonra isə çamadanın yerini göstərmişdir. Onun Türkiyə Respublikası İstanbul şəhərinə bileti olmuş, hətta o, 7 mart 2022-ci il tarixdə Dubay-Bakı-İstanbul reysi üçün bilet almış, lakin həmin bilet üzrə Dubayda ona məxsus olan yüklərin salona keçirilməsi mümkün olmadığı üçün İstanbula gedə bilməmiş, məcburən həmin telefon və aksessuarları AZAL-la Bakı şəhərinə gətirməyə, oradan da İstanbula aparmağa məcbur olmuşdur. O, hava limanında olan zaman əl yükündə olan telefon və aksessuarları gömrük orqanına bəyan etmək üçün orada olan Zaur adlı gömrük əməkdaşına yaxınlaşmış və əl yükündə 70-80 ədəd telefonların olduğunu və həmin telefonları İstanbul şəhərinə aparmaq istədiyini bildirmişdir. Zaur adlı şəxs isə ona həmin malların karqoya göndərilməli olduğunu, aktlaşdırılmalı olduğunu və səhəri gün Türkiyə Respublikasına aparılmasının mümkün olduğunu bildirmişdir. Həmin vaxt Zaur adlı şəxs ona həmin telefonları yazılı bəyan etməli olduğunu bildirməmişdir. Bundan sonra gömrük əməkdaşları onu əl yükü ilə birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına aparmış və video çəkilişlə həmin 87 ədəd “iphone" markalı mobil telefonlar və aksessuarları ondan götürmüşlər. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina etməsinə baxmayaraq, 18 mart 2022-ci il tarixli izahatında 16 mart 2022-ci il tarixində X9 Dubay şəhərinə yollandığını, Dubay şəhərinə getməkdə məqsədinin mobil telefonları İstanbul şəhərinə və ya Bakı şəhərinə gətirmək olduğu, anası Ruhəngiz Mirzəyevə ilə telefon vasitəsilə əlaqə saxladığını, məsləhətləşdiyini, hər şeyi onun məsləhəti ilə elədiyini, X27nın məsləhəti ilə 87 ədəd “İphone 13" markalı mobil telefonları Bakı şəhərinə gətirməli olduğunu, mümkün olduqda gömrükdən rüsumsuz keçirməli, mümkün olmayacağı təqdirdə İstanbul şəhərinə aparmalı olduğunu bildirmişdir. Dubayda olarkən 1 ədəd çamadanını əl yükü kimi özü ilə birlikdə təyyarənin salonuna gətirmiş, saat təxminən 17:30-da təyyarə eniş etmiş, o, təyyarədə adını sonradan bildiyi Təravət adlı şəxslə tanış olmuş, təyyarədən enərkən ondan çantanı gömrükdən keçirməyi xahiş etmiş, Təravət adlı şəxs isə ona etiraz etməmişdir. O, izahatında sərhəd nəzarətini keçdikdən sonra aşağıya - ayaqyoluna düşdüyünü, 15 dəqiqədən sonra oradan çıxdığını, həmin şəxsi axtardığını, lakin tapa bilmədiyini, əl çantasının da olmadığını, bir müddət sonra İntiqam Musayevin liftin yanında olan çantanın ona məxsus olduğunu bildirdiyini, təyyarədən enərkən onun çantasını Təravət adlı şəxsin götürməli olduğunu və Təravət adlı şəxsin içində 87 ədəd "İphone’’markalı çantanı gömrük nəzarətindən keçirməli olduğunu qeyd etmişdir. Bunu etməkdə əsas məqsədinin özünün gömrük əməkdaşları tərəfindən tanınmaması olmuşdur. Təravətin həmin çantanın “Qırmızı kanal” vasitəsilə gömrük nəzarətindən çıxaracağı halda baqaj yükü yoxlanmamalı, çünki baqajın üzərində qırmızı lentlə yoxlanılmalı olan baqaj işarəsi olmamış və çantanın üzərində baqaj yüklərinə aid yapışqan kağız sökülmüşdür. Təravət adlı şəxs çantanı “Yaşıl kanal” vasitəsilə gömrük nəzarətindən çıxardacağı halda onu saxlayıb yoxlanılacağını ehtimalının az olduğunu bilmiş, lakin ayaqyolundan qayıtdıqdan sonra həmin şəxsin çantanı özü ilə çıxartmadığı görmüş, X27 ilə telefon vasitəsilə əlaqə saxlamış və onunla vəziyyəti bölüşmüşdür. Ruhəngiz Mirzəyeva onunla bir müddət danışdıqdan sonra səbirli olmağını demiş, ardından yenidən zəng edərək malları gömrük orqanına bəyan etməyini söyləmişdir. O, həmin malları gömrük əməkdaşına bəyan edərək İstanbul şəhərinə biletinin olduğunu qeyd etmiş, həmin mobil telefonları İstanbul şəhərinə aparacağını bildirmiş, daha sonra gömrük idarəsinə gətirilmişdir. Dubay şəhərinə getməkdə məqsədi mobil telefonları Bakı şəhərinə gətirmək olmuşdur. O, ilkin izahatında Təravətin malların keçirilməsində ona köməkçi ola biləcəyini, həmin şəxs baqajı gömrük nəzarətindən çıxaracağı halda Hava Limanın ərazisinin çölündə olan tanışları ilə əlaqə saxlayıb həmin yükün götürülməsini onlardan xahiş edəcəyini, Təravət adlı şəxsi əvvəllər bir dəfə gördüyünü, şəxsi tanışlığının olmadığını, ayaqyolundan çıxdıqdan sonra həmin şəxsi axtardığını, lakin tapa bilmədiyini, Təravət adlı şəxsin nə səbəbə görə baqajı lentə qoyması barədə məlumatının olmadığını, çantanın yerinin İntiqam Musayev tərəfindən göstərildiyini, İntiqam Musayevin də özünün çantası olduğu üçün ona məxsus olan baqajın daşımasını ondan xahiş etmədiyini qeyd etmişdir. Bununla yanaşı, o, izahatında bildirmişdir ki, çantanın X27nın xahişi ilə həmin şəxs tərəfindən lentə qoyulması və anası X10 adlı şəxslə tanışlığının olması barədə məlumatı olmamış, həmçinin baqaj-axtarış məntəqəsinin əməkdaşını tanımamışdır. O, izahatında çantanı götürən şəxsin - Təravətin çantada qanunsuz mal olduğunu təxmini bildiyini, lakin malın dəqiq sayını və malın çeşidini bilmədiyini göstərmişdir. X19 telefon almasından məlumatı olmamış, mobil telefonları gömrük nəzarətindən Təravət adlı şəxsin çıxara bilməyəcəyi təqdirdə İstanbul şəhərinə aparmaq fikri olmuşdur. Əvvəllər bu formada Dubay şəhərindən Azərbaycan Respublikasına, oradan isə İstanbul şəhərinə mobil telefon aparmamış, Dubay şəhərindən birbaşa İstanbul şəhərinə mobil telefon aparmamış, X28 mobil telefonları gömrük nəzarətindən bir neçə dəfə də keçirmişdir. Bundan başqa, ibtidai istintaq zamanı 18 iyul 2022-ci il tarixdə şahid qismində dindirilən X17 məhkəmədə verdiyi ifadəsi ilə eyni məzmunlu ifdə vermiş və əlavə olaraq ifadəsində bildirmişdir ki, ondan aşkar edilərək götürülmüş mobil telefonlara görə ödədiyi 26 000 ABŞ dolları özünə məxsus olmuş, həmin telefonları satın aldığı Dubay şəhərində yerləşən mağaza ilə aralarında etibarlı münasibət olduğundan bəzən ordan borc pula almış, bəzən də artıq pul vəsaiti olduqda mağazada avans kimi saxlamış və həmin 26 000 ABŞ dolları vəsaitini birbaşa olaraq deyil, hissə-hissə aparmışdır. O, ifadəsində Təravət Mirzəlinin onun dayısı olduğunu bildirmiş, 18 mart 2022-ci il tarixli izahatında Təravət Mirzəlini əvvəllər tanımadığına dair məzmunda izahat verməsinə onun X27 ilə dayısı Təravət Mirzəlinin arasında olan ailə-məişət zəmində münaqişə ilə bağlı olmuşdur. X27 ilə dayısı Təravət Mirzəlinin arasında münaqişə olmasına baxmayaraq, onunla dayısı Təravət Mirzəli arasında münasibətləri normal olmuşdur. İstintaq zamanı xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Bakı aeroportunda Təqsirləndirilən şəxs gömrük nəzarət zonasında qeydə alınan video görüntüləri ona təqdim edilmiş, həmin video görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs təyyarədən enən zaman özü ilə gətirdiyi əl yükünü gəliş zalında quraşdırılmış hərəkətdə olan lentin üzərinə qoyduğu, həmin yükün guya gömrük nəzarətindən keçmiş baqaj yükü olduğu görüntüsü verdiyi, daha sonra portye tərəfindən həmin yükün götürülərək "Yaşıl” kanal vasitəsi ilə çıxarıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin görüntülərlə tanış olduqdan sonra bir neçə dəfə bu üsulla malları gömrük nəzarətindən yayındırdığını, çamadanında ətir, parfumeriya malları, yaxud proteinlər olduğunu, bunları da gömrük orqanı aşkarladıqda həmin malları anbara verdiyi üçün həmin üsulla malları gömrük nəzarətindən yayındırdığını, lakin gətirilən malın 10 dirhəm dəyərində ətir olduğunu, həmin malların içərisində telefon olmadığını bildirmişdir. Bundan başqa, ibtidai istintaq zamanı 16 avqust 2022-ci il tarixdə şahid qismində dindirilən X17 gömrük əməkdaşlarının təkidinə baxmayaraq ona məxsus olan çamadandakı mobil telefon və aksessuarları monitora qoymayaraq 17 mart 2022-ci il tarixdə yazılı və ya elektron bəyannamə təqdim etməməsinin səbəbi bağlı bildirmişdir ki, hadisə baş verən zaman ilk olaraq post rəisinin müavini Şahid2 yaxınlaşmış, əl yükündə telefonların olduğunu bildirmiş, lakin telefonların sayı barədə məlumat verməmişdir, Şahid2 ona həmin malların bəyan edilməli olduğunu bildirmiş, lakin elektron və ya yazılı bəyannamə verməli olduğunu bildirməmişdir. Daha sonra o, digər post rəisinin müavini Şahid1 yaxınlaşmışdır. Həmin şəxs ona əl yükünü monitora qoymağı təklif etmişdir. Həmin vaxtı o, Şahid1 telefonla danışdığını görmüş, orada olan Əməliyyat şöbəsinin rəisi Şahid6 yaxınlaşaraq əl yükündə telefonların olduğunu, həmin telefonları bəyan etmək istədiyini bildirmişdir. Əməliyyat şöbəsinin rəisi Elvin adlı şəxs isə onu tutaraq aparacağını bildirmiş, o da Şahid6 əməlinin qanunsuz olduğunu qeyd etmişdir. Daha sonra yenidən Şahid1 yaxınlaşaraq əl yükündə telefonların olduğunu, tranzit olaraq Türkiyə Respublikasına getməli olduğunu bildirmişdir. Şahid1 isə malların monitora qoyulmasını, bəyan edilməsinin zəruriliyini bildirmiş, həmin malların karqoya göndərilməli olduğunu, bileti dəyişməli olduğunu, növbəti günə bileti alıb Türkiyə Respublikasına apara biləcəyini bildirmişdir. O isə Şahid1 dediklərinə əməl edəcəyi ilə bağlı "qarantiya" istəmişdir. Şahid1 isə ona malları monitora qoyub bəyan etsə, karqoya verildikdən sonra həmin malları növbəti gün götürə biləcəyinə söz vermişdir. Əməliyyat şöbəsinin rəisi Elvinin onu aparacağından ehtiyat edərək kənara çəkilmiş, əl yükünü monitora qoymamışdır. Bundan başqa, ibtidai istintaq zamanı 26 sentyabr 2022-ci il tarixdə şahid qismində dindirilən X1 Ruhəngiz Teyyub qızının istifadəsində olan ***-***-**-** nömrədən hadisə baş verən zamanı, yəni xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan 050- ***-**-** nömrəyə “Səni göndərəcəklər”, “İstn tranzit”, “elə dedi, Ərşada cavab ver”, daha sonra həmin gün “De Dubaya qaytarıram malı” məzmunlu mesajlar göndərilməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, Ərşad adlı şəxs onun hüquqşünası olmuş, problem olanda hər zaman Ərşad adlı şəxslə danışmış, həmin vaxtı telefonunda problem olduğuna görə anası Ruhəngiz Ərşadla danışmış, onun İstanbul şəhərinə Bakıdan tranzit keçməklə gedəcəyini ona heç kim əvvəlcədən deməmiş, mobil telefonların gömrükdə buraxılmadığını gördükdən sonra anası X13 ona həmin malları X5ytarmalı olduğunu gömrük əməkdaşlarının diqqətinə çatdırmağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X33” gömrük postunun rəis müavini vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 17 mart 2022-ci il tarixdə gündəlik iş rejimi üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xidmətdə olmuşdur. Saat 17 radələrdində J2012 saylı Dubay-Bakı aviareysi ilə ölkəyə gələn sərnişinlərin əl yüklərinə gömrük nəzarətini həyata keçirmək üçün Heydər Əliyev adına Beynəlxalq Aeroportun “Terminal 1” Postunda olmuşdur. Xidmətdə olduğu müddətdə gəliş zalında “Yaşıl” və “Qırmızı” kanalların keçidi üçün nəzərdə tutulan ərazilərdə sərnişinlərin hərəkətlərini izləmiş, onunla birlikdə orada post rəsinin müavini Şahid2, postun digər bir neçə əməkdaşı xidmət aparırmışlar. Həmin vaxt salonda olan Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxs əvvəldən tanımış, ticarətlə məşğul olmuş, mütəmadi olaraq Dubay- Bakı və Bakı-Dubay aviareysləri ilə gedib gəldiyi barədə müəyyən məlumatı olmuşdur. Onu tanımağının səbəbi mütəmadi ticarətlə məşğul olmaqla gömrük qaydalarını pozulması ilə əlaqədar riskli sərnişinlərdən olması olmuşdur. Həmin ərəfədə “Qırmızı” kanalın qarşısında monitorun yanında olarkən post rəisinin müavini Şahid2 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs ona yaxınlaşıb tranzit olaraq İstanbul şəhərinə gedəcəyini, səhvliklə zala daxil olduğunu, baqajında hansısa “mal” olduğunu deyərək nəzarət altında İstanbul şəhərinə uçmaq üçün növbəti reysin başlanacağı qeydiyyat masasına getməyi xahiş etdiyini bildirmişdir, dövlət sərhədindən keçdiyinə görə tranzit qaydada üçüncü ölkəyə yalnız gömrük nəzarəti aparıldıqdan sonra getməyin mümkündür. Əslində o, ya Dubay şəhərində olarkən qabaqcadan bağlamanı tranzit məqsədi ilə qeydiyyatdan keçirməli, ya da hazırda bəyan etdikdən sonra ticarət məqsədi ilə gətirilən mal kimi karqo terminalında yönəldildikdən sonra başqa rejim altında rəsmiləşdirilməli idi, Şahid2 özü də bunları və digər gömrük qaydalarını Təqsirləndirilən şəxs izah etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yenidən “Qırmızı” kanalın qarşısına gələrək təkrarən tranzit yükü olduğunu ona demiş, Şahid1 isə ona yüklərinin olduğu bağlamanı monitora qoymağı təklif etmiş, tərəddüd edən Təqsirləndirilən şəxs onun təklifindən imtina edərək uzaqlaşmış, bir daha ona yaxınlaşdıqda isə baqajında 25 ədəd qablaşdırılmış və 25 ədəd isə qutusuz “İphone” markalı mobil telefonu olduğunu demişdir. O, ona yenidən baqajı monitora qoymağı təklif etmiş, Təqsirləndirilən şəxs telefonları saxlanca qoymağı xahiş etdikdə, ona saxlanc anbarında sadəcə şəxsi istifadə əşyalarının saxlanmasının mümkün olduğunu, ona görə həmin telefonları sərnişin xəttindəki saxlanc anbarına verməyin mümkünsüz olduğunu, yalnız karqo terminala yönəldilməli olduğu izah etmişdir. Təqsirləndirilən şəxs mübahisə edərək tranzit gətirdiyi malı karqoya göndərsə də, rüsum ödəniləcəyini, ona görə də, o, telefonları karqoya vermək istəmədiyini bildirmişdir. Gündəlik iş saatı 19 radələrində bitdiyinə görə oranı tərk etmiş, daha sonra isə əməliyyat müvəkkilləri tərəfindən həyata keçirilən tədbirlər ilə Təqsirləndirilən şəxs saxlanılmışdır. Daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Dubay-Bakı reysi ilə müntəzəm hərəkət edir və texniki avadanlaqların Dubaydan Bakı şəhərinə gətirilməsini təmin edir. Həmin şəxsin özünün yazılı və elektron bəyannamələri təqdim edə bilir və qanunvericiliyin tələblərindən kifayət qədər məlumatlıdır. xx.xx.2022-ci il tarixdə hava limanında olan zaman ona qanunvericiliyin tələblərini tam şəkildə izah etmiş və yazılı bəyannamə təqdim edilməsinin zəruriliyini nəzərinə çatdırmışdır. Həmin malların karqoya göndərilməsinin zəruriliyini bildirmişdir. Bununla yanaşı, qeyd etmişdir ki, həmin şəxs ona 25 qutuda və 25 qutusuz halda olan mobil telefon gətirdiyini və həmin mobil telefonları Türkiyə Respublikasına aparacağını bildirmişdir. Həmin şəxs əl yükündə 75-80 ədəd mobil telefon olması barədə məlumat verməmişdir. Həmin şəxs onlara yaxınlaşdıqdan sonra ona əl yükünü rentgen qurğusuna qoymağı tələb etsə də, Təqsirləndirilən şəxs əl yükünün yoxlanılmasından imtina etmiş və həmin əl yükünün tranzit olaraq Azərbaycan Respublikasından keçməklə Türkiyə Respublikasına aparacağını bildirmişdir. Onlar isə Təqsirləndirilən şəxs izah etmişlər ki, tranzit yükdaşıma zamanı qabaqcadan bağlama tranzit məqsədi ilə qeydiyyatdan keçirilməli, ya da hazırda bəyan etdikdən sonra ticarət məqsədi ilə gətirilən mal kimi karqo terminala yönəldildikdən sonra başqa rejim altında rəsmiləşdirilməlidir. Onda olan məlumata əsasən həmin şəxs məhz hava limanında olan zaman Türkiyə Respublikası İstanbul şəhərinə aviabilet almışdır. Tranzit yükdaşıma zamanı şəxslər dövlət sərhəddini keçmədən neytral zonadan digər xarici ölkə istiqaməti üzrə hərəkət edən hava nəqliyyatına minməklə hərəkətini davam etdirir. Həmin şəxslərin təyyarədə olan yükləri-baqajları şəxs tərəfindən götürülmədən digər hava nəqliyyatına keçirilir. Əl yükü isə neytral zonada olsa belə nəzarət altında digər təyyarəyə aparılır. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə heç bir xarici ölkəyə tranzit getməmişdir. Həmin şəxs dövlət sərhədini keçərək neytral zonada çıxmış, lakin gömrük nəzarəti zamanı əl yükündə olan malların monitora yerləşdirdiyi təqdirdə həmin malların aşkar ediləcəyini görərək həmin malları Türkiyə Respublikasına aparacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X33” gömrük postunun rəis müavini Şahid2 və Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Şahid5 Şahid1 ifadəsi ilə eyni ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Hava Yolları” QSC-nin “X34" filialının Sərnişin daşınma şöbəsinin baqaj axtarışı və sərnişinlərin qarşılanması üzrə növbə rəisi vəzifəsində işləyən Şahid7 ifadəsində bildirmişdir ki, 17 mart 2022-ci il tarixdə reys qurtardıqdan sonra lentin üzərində sahibsiz yük görmüş, həmin yükü liftin yanına, xidməti otağın qarşısına aparmışdır. İş prinsiplərinə əsasən yük sahibləri yükünü görməsi məqsədi ilə və bütün sahibsiz yüklər reysin sonunda yığıldıqdan sonra xidməti otağa apardıqlarını, növbə qurtardıqdan sonra rəsmiləşdirdiklərini bildirmişdir. Ona təqdim edilmiş video görüntüdən göründüyü kimi sonra Təqsirləndirilən şəxs Azərbaycan Hava Yolları QSC-nin ASQ filialının sərnişin daşınma şöbəsinin baqaj axtarışı və sərnişinlərin qarşılanması üzrə agenti vəzifəsində olan Şahid8 yaxınlaşmış və əl yükünü götürərək oranı tərk etmişdir. Daha sonra özü həmin əraziyə gələrkən liftin qarşısında əl yükünün olmadığını görmüş və sahibinin həmin yükü götürdüyünü düşünmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" QSC-nin “X34" filialının sərnişin daşınma şöbəsinin baqaj axtarışı üzrə agenti vəzifəsində işləyən Şahid8 ifadəsində bildirmişdir ki, 17 mart 2022-ci il tarixdə reys qurtardıqdan sonra liftin qabağında, xidməti otağın yanında sahibsiz yük görmüş, həmin vaxt bir xanım yaxınlaşaraq yükün ona məxsus olduğunu bildirmiş, o da yükün üzərində olan birkaya baxaraq sahibinə təhvil vermişdir. Lakin həmin yükün Şahid7 və ya başqa şəxslər tərəfindən xidməti otağın qarşısına qoyulduğunu görməmişdir. Xidməti vəzifəsini yerinə yetirərək sahibsiz əl yükünü birkanı yoxladıqdan sonra xanıma təhvil vermişdir. Həmin yükün günün sonunda sahibi çıxmadığı halda sahibsiz yük kimi rəsmiləşdiriləcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində bildirmişdir ki, 17 mart 2022-ci il tarixdə saat 17 radələrdində J2012 saylı Dubay-Bakı aviareysi ilə ölkəyə gələn sərnişinlərin əl yüklərinə gömrük nəzarətini həyata keçirmək üçün Heydər Əliyev adına Beynəlxalq Aeroportun "Terminal 1” Postunda olmuşdur. Xidmətdə olduğu müddətdə gəliş zalında "Yaşır və “Qırmızı” kanalların keçidi üçün nəzərdə tutulan ərazilərə sərnişinlərin hərəkətlərini izləmiş, xidmət zamanı Təqsirləndirilən şəxs gömrük əməkdaşları tərəfindən yüklərinin monitora qoyulmasının və yazılı, elektron bəyannamə təqdim edilməsinin təklif edildiyini, həmin şəxsin isə bundan imtina etdiyini müşahidə etmişdir. Onda olan məlumata əsasən Təqsirləndirilən şəxs özü ilə gətirdiyi əl yükündə olan mobil telefonları gömrük nəzarətindən keçirilməsinə mane olmaq məqsədi ilə həmin əl yükünü lentə qoyduraraq gömrük nəzarətindən keçmiş mal kimi göstərməyə çalışmışdır. Dubay Bakı reysi əsasən gömrük nəzarətindən yayınma baxımından riskli reys olduğuna görə həmin gün daha da ciddi nəzarətə götürülmüş, bu baxımdan həmin şəxs əl yükünü monitora qoymadan gömrük postundan çıxara bilməyəcəyini düşünüb müxtəlif bəhanələrlə həmin malları xarici ölkəyə aparacağını bildirmiş, lakin Təqsirləndirilən şəxs əl yükünü monitora qoymadığına görə, yazılı və elektron bəyannamə təqdim etmədiyinə görə rəhbərliyin tapşırığına əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına aparılmış, əl yükünə Şahid3 və gömrük əməkdaşı Abbas Ələkbərlinin iştirakı ilə baxış keçirilmiş, gömrük orqanına bəyan edilməmiş 87 ədəd “İphone” markalı mobil telefon və digər akssesuarlar aşkar edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı həmin ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Əməliyyat və təhqiqat idarəsi Əməliyyat şöbəsinin rəis müavini vəzifəsində işləyir. 2022-ci ili mart ayının 17-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xidmətdə olmuş, həmin vaxt 17 mart 2022-ci il tarixdə 19 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi Əməliyyat şöbəsinin əməkdaşı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs və onun müşayiət etdiyi əl yükünü Baş idarənin inzibati binasına gətirmiş və Əməliyyat və təhqiqat idarəsinin rəhbərliyinin göstərişinə əsasən Abbas Ələkbərlinin iştirakı ilə Təqsirləndirilən şəxs əl yükünə onun, Təqsirləndirilən şəxs və Abbas Ələkbərlinin iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həmin əl yükündən gömrük oqanına yazılı və ya elektron bəyan edilməmiş 14 ədəd “İphone 13 Pro Max" markalı “A24884” (256GB), 12 ədəd "İphone 13 Pro Max” markah “A2484" modellı (128GB), 16 ədəd “İphone 13 Pro” markalı “A2483” modelli (256GB), 42 ədəd "İphone 13 Pro” markalı "A2483" modelli (128GB) və 3 ədəd "İphone 13 Pro" markalı "A2639” modelli (128GB) mobil smartfonlar və 8 ədəd "İphone’’ markalı mobil smartfonun elektrik qidalandırıcı kabeli, 4 ədəd "AirPods Pro” markalı qulaqcıq aşkar edilmiş və onun tərəfindən protokol tərtib edilmiş və Abbas Ələkbərli, Təqsirləndirilən şəxs və onun tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı həmin ifadəsi tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi Əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı-Dubay reysi üzrə intensiv hərəkət edən və oradan elektronik mallar gətirərək satışını təşkil edən şəxs kimi tanımışdır. 17 mart 2022-ci il tarixdə Dubay-Bakı reysi ilə gələn zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əl yükündə mobil telefon olması barədə ona məlumat verməmiş, Təqsirləndirilən şəxsm ifadəsində göstərdikləri, onun guya Təqsirləndirilən şəxs tutacağı ilə hədələməsi ilə bağlı deyilənlər tamamilə yalan və uydurmadır. Dubay-Bakı reysi qaçaqmalıçılıq fəaliyyəti üzrə riskli reys olduğuna görə sərnişinlərə nəzarət daha da gücləndirilmiş, 17 mart 2022-ci il tarixdə saat 17 radələrində Dubay-Bakı reysi ilə gələn sərnişinlərə də nəzarəti həyata keçirmək üçün həmin tarixdə orada olmuşdur. Təqsirləndirilən şəxs əlində yük olduğunu, lakin həmin yükü monitora qoymayaraq "Qırmızı" və “Yaşıl kanal"ın ortasında qaldığını, həmin vaxtı Təqsirləndirilən şəxs post rəisinin müavinləri Şahid2 və Şahid1 yaxınlaşdığını, onların təkidinə əsasən də, əl yükünün monitora qoymadığını görmüşdür. Həmin vaxt İntiqam Musayev ona yaxınlaşaraq Təqsirləndirilən şəxs əl yükündə mobil telefonların olduğunu, həmin mobil telefonları tranzit aparamaq istədiyini bildirmiş, o da İntiqam Musayevə Təqsirləndirilən şəxs posta yaxınlaşmasını tövsiyə etmişdir. Lakin təxminən 2 saata yaxın müddət ərzində Təqsirləndirilən şəxs dövlət sərhəddini keçməsinə baxmayaraq, əl yükünü monitora qoymadığını, yazılı və elektron bəyannamə vermədiyini görərək bu barədə rəhbərliyə məruzə edərək gömrük əməkdaşları tərəfindən inzibati binaya dəvət edilmiş, əl yükünə baxış keçirilməsi təmin edilmiş və video çəkilişlə həyata keçirilən baxış zamanı həmin şəxsin əl yükündən 14 ədəd “İphone 13 Pro Max” markalı “A24884” (256GB), 12 ədəd “İphone 13 Pro Max” markalı “A2484" modelli (128GB), 16 ədəd “İphone 13 Pro” markalı “A2483” modelli (256GB), 42 ədəd “İphone 13 Pro” markalı “A2483” modelli (128GB) və 3 ədəd “İphone 13 Pro” markalı “A2639” modelli (128GB) mobil smartfonlar və 8 ədəd “İphone” markalı mobil smartfonun elektrik qidalandırıcı kabeli, 4 ədəd “AırPods Pro” markalı qulaqcıq aşkar edilərək götürülmüş və müvafiq protokol tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2022-ci il tarixli, 5/426 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məxsus “İphone 13 Pro Max” markalı A2644 modelli mobil telefon işlək vəziyyətdədir, lakin həmin mobil telefonun ekran kilidinin düzgün kodunu mobil telefonun yaddaşında olan məlumatları silmədən müəyyən etmək və ləğv etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 iyun 2022-ci il tarixli, 5/427-9/2514 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 14 ədəd “İphone 13 Pro Max" markalı “A2484” (256GB), 12 ədəd “İphone 13 Pro Max” markalı “A2484” modelli (128GB), 16 ədəd “İphone 13 Pro" markalı “A2483" modelli (256GB), 42 ədəd “İphone 13 Pro” markalı “A2483” modelli (128GB) və 3 ədəd “İphone 13 Pro” markalı “A2639” modelli (128GB) mobil smartfonlar, 8 ədəd “İphone” markalı mobil smartfonun elektrik qidalandırıcı kabeli və 4 ədəd “AirPods Pro" markalı qulaqcıq işlək vəziyyətdədir, istifadə üçün yararlıdır, həmin mobil telefon və aksessuarların 17 mart 2022-ci il tarixə orta bazar qiyməti 188 350,00 (yüz səksən səkkiz min üç yüz əlli) manat təşkil edir. Cinayət işi materiallarında olan “Yoxlama, əşya və sənədlərin götürülməsi” haqqında 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərinə “SYED JEE” sözləri yazılmış qara rəngli çamadana video çəkilişlə baxış keçirilən zaman ümumilikdə 87 ədəd “İphone” markalı mobil telefonlar və aksessuarlar aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan “CD diskə baxış keçirilməsi” haqqında 18 iyul 2022ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş üzərinə “xx.xx.2022 Pərvanə", digərinin üzərinə “xx.xx.2022”, “xx.xx.2022” sözləri yazılmış, Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçməsinə dair və işə əvvəlcədən əlavə olunmuş video görüntülərə baxış keçirilmiş və müyyən edilmişdir ki, 17 mart 2022-ci il tarixdə saat 17:40-dən başlanılmaqla H.Əliyev adına Beynəlxalq aeroportunda qeydə alınan görüntülərdə Təravət Mirzəli çiynində idman çantası və əli ilə dartaraq daşıdığı baqaj ilə təyyarədən çıxışdan sonra hərəkət edir, onun arxası ilə isə Təqsirləndirilən şəxs əlində qadın əl çantası və sellofan torba ilə hərəkət edir, təyyarənin çıxış sahəsini aeroporta birləşdirən koridordan sonra keçiddə Təravət Mirzəli dayanaraq Təqsirləndirilən şəxs gözləyən zaman sonuncu ona əli ilə uzaqlaşmasını işarə edir və əlində telefonu işlədərək hərəkətini davam etdirir. Növbəti kadrlarda İntiqam Musayevin əlində çanta və sellofan torba ilə hərəkət etməsi, onun arxasınca Təqsirləndirilən şəxs əlində çanta və sellofan torba ilə sərnişinlərin hərəkət xətti ilə getmələri, burada bir neçə saniyə söhbət etdikdən sonra öz hərəkətlərini davam etdirmələri müşahidə olunur. Növbəti kadrlarda Təravət Mirzəli pasport qeydiyyatından keçdikdən sonra onun arxasında İntiqam Musayev və Təqsirləndirilən şəxs pasport qeydiyyatından keçirlər. Həmin şəxslər pasport qeydiyyatından keçməklə dövlət sərhəddini keçirlər. Təravət Mirzəli lift ilə aşağı mərtəbəyə düşdükdən sonra baqajı lentin üzərinə qoyur. Lentin yanına İntiqam Musayev gələrək özü ilə gətirdiyi baqajı lentin yanına qoyaraq, lentin digər tərəfinə keçir. Təravət Mirzəli isə İntiqam Musayevin qoyduğu baqajı götürür və Yaşıl kanaldan keçməklə oranı hər hansı gömrük nəzarəti aparılmadan tərk edir. Bundan sonra başqa bir kişi cinsinə mənsub şəxs lentin üzərindən baqaj götürərək yanına qoyur, baqajın üstünə baxdıqdan sonra oradan gedir. İntiqam Musayev lentin ətrafı ilə hərəkət edir, Təqsirləndirilən şəxs isə ikinci mərtəbədən eskolatorla düşür. Təqsirləndirilən şəxs lentin üzərində hərəkət edən boz rəngli üzərində gömrük nəzarətindən keçməyə dair bağlanılmış lent olması ehtimal olunan baqajı oradan götürür. Daha sonra İntiqam Musayev ilə Təqsirləndirilən şəxs liftin yanında görüşürlər, X30 İsmayılovadan baqajı götürərək arabanın üzərinə qoyur və daşıyır, Təqsirləndirilən şəxs isə arabada qəhvəyi rəngli baqajla onun arxasınca hərəkət edir. Bütün bunlardan sonra lentdə bir ədəd qara rəngli baqajın qaldığı müşahidə olunur. Növbəti kadrlarda aeroportun işçilərindən bir nəfər həmin baqajı götürərək lentdən kənara aparır, bundan bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs AZAL-ın əməkdaşına yaxınlaşaraq baqajı götürür. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əl yükündə olan mobil telefonlar barədə gömrük orqanına yazılı və ya elektron formada müraciət etmək imkanı olduğu halda o, əl yükünün ona aid olmadığı görüntüsünü yaratmış, daha sonra Təravət Mirzəli vasitəsi ilə lentə yerləşdirərək gömrük nəzarətindən keçmiş mal kimi göstərmiş, bir müddət həmin əl yükününü götürməyərək həmin yükün ona aid olmadığı görüntüsünü yaratmaqla əlverişli şərait axtarmış, daha sonra əl yükünü başqa şəxs vasitəsi ilə əldə edərək “Qırmızı” və “Yaşıl" kanal ətrafından keçərək həmin kanallara daxil olmayaraq həmin ərazini gəzərək ətrafı müşahidə etmiş, lakin həmin kanalların ətrafından gömrük nəzarətini həyata keçirən bir sıra əməkdaşın olduğunu, eləcə də xüsusi geyimdə olan “könüllü” gömrükçülərin olduğunu görərək həmin əl yükünün yoxlamaya cəlb ediləcəyini düşünərək həmin ərazini tərk etməmişdir. Baxış zamanı 13 mart 2022-ci il tarixdə saat 17:40-da Dubay şəhərindən Bakı şəhərinə gələrkən eyni üsüldan istifadə etməklə, yəni Təqsirləndirilən şəxs özü ilə gətirdiyi baqajı - boz rəngli əl yükünü lentin üzərinə qoyaraq gömrük nəzarətindən keçmiş yük görüntüsü verdiyi müşahidə olunur. Daha sonrakı kadrlarda portyenin-kuryerin lentə yaxınlaşdığı, lentin üzərində olan və Təqsirləndirilən şəxs tərəfindən lentin üzərinə qoyularaq gömrük nəzarətindən keçmiş baqaj görüntüsü yaradılmış boz rəngli yükü götürərək araba ilə bu baqajları hər hansı gömrük nəzarətindən keçmədən “Yaşıl kanal” vasitəsilə keçirdiyi, Təqsirləndirilən şəxs isə ilk görüntülərdəki parça çanta ilə 2 karton qutu, bir baqajla birlikdə “Qırmızı kanal" ilə keçdiyi və tam gömrük nəzarəti aparıldıqdan sonra gömrük ərazisini tərk etdiyi müəyyən olunur. Cinayət işinin materiallarında olan “Sərhədkeçmə hesabatına baxış keçirilməsi” haqqında 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, İAMAS-dan çıxarılmış sərhədkeçmə hesabatına baxış keçirilmiş və keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs (əvvəlki soyadı-Məmmədova) 2011-ci ilin iyun ayından etibarən 2022-ci ilin mart ayının 16-dək müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə ümumilikdə 312 dəfə ölkə ərazisini tərk edərək, geri qayıtmışdır. O, ölkə ərazisini tərk edərək 240 dəfə Dubaya getmiş, daha sonra geri qayıtmışdır. O, sonuncu dəfə 16 mart 2022- ci il tarixdə saat 08:39-da Azərbaycan Respublikası Heydər X15 sərhəd nəzarət məntəqəsindən keçməklə X12 getmiş və 17 mart 2022-ci il tarixdə saat 17:33-də X18 istiqamətindən Azərbaycan Respublikası Heydər X15 sərhəd nəzarət məntəqəsindən keçməklə Respublika ərazisinə geri qayıtmışdır. Cinayət işi materiallarında olan “X21 inzibatı binasına baxış keçirilməsi” haqqında 8 sentyabr 2022-ci il tarixli protokoldan görünür kı, 8 sentyabr 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “Termina 1” gömrük postunun yerləşdiyi Heydər Əliyev adına X21 inzibati binasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, X21 inzibati binasında təyyarədən enən sərnişinlər üçün 2 keçid mövcuddur, 1-ci keçid sol istiqamət üzrə - Azərbaycan Respublikasına gəlmiş şəxslər üçün, 2- ci keçid isə sağ istiqamət üzrə Azərbaycan Respublikasının dövlət sərhədini keçmədən digər xarici ölkəyə gedişlə bağlı tranzit keçidi nəzərdə tutan ‘Transfer sərnişinlər” üçün nəzərdə tutulmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, sərnişinlər 1-ci keçidlə sol istiqamət üzrə hərəkət edərkən Azərbaycan Respublikası dövlət sərhədinə daxil olur və dövlət sərhədini keçdikdən sonra “Terminal-1” gömrük postu ərazinə daxil olur, bəyan edilməyəcək yükü olduqda “Yaşıl” kanal üzrə hərəkət edir, bəyan ediləcək yükü olduqda isə “Qırmızı” kanal üzrə hərəkət edir. Sərnişinlər 2-ci keçidlə hərəkət etdikdə isə Azərbaycan Respublikası dövlət sərhədinə daxil olmadan, gömrük nəzarətindən keçmədən “Transfer sərnişinlər” üçün nəzərdə tutulmuş keçidlə hərəkət edərək Azərbaycan Respublikasından tranzit keçməklə təyyarəyə minərək uçuşu davam etdirir. Bununla yanaşı, baxış zamanı müəyyən edilmişdir ki, sərnişinlər Azərbaycan Respublikası dövlət sərhədini keçidikdən sonra Azərbaycan Respublikasına gəlmiş hesab edilir və həmin şəxslərin gömrük postundan müvafiq olaraq “Yaşıl” və “Qırmızı” kanallardan keçməsi zəruridir. Azərbaycan Respublikası dövlət sərhədini keçmiş şəxs digər ölkəyə getmək istədiyi təqdirdə həmin şəxs gömrük postundan keçməklə X21 inzibati binasını “Çıxış” qapısından keçməklə tərk etməli, daha sonra “Giriş” qapısı vasitəsi ilə X21 inzibati binasına daxil olmalı və yenidən gömrük postu və dövlət sərhədindən keçməklə ölkə ərazisini tərk etməlidir. Cinayət işi materiallarında olan “CD-diskə baxış keçirilməsi" haqqında 19 sentyabr 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 avqust 2022-cu il tarixli 5(004)-840/2022 nömrəli qərarına əsasən “Azercell Telekom" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və X3 istifadəsində olan 050- ***-**-** mobil nömrələrdən daxil və xaric olan zənglərə, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə X3 istifadəsində olan ***-***-**-** və X4 istifadəsində olan ***-***-**-** nömrə arasında intensiv olaraq uzunmüddətli danışıqlar həyata keçirilmişdir. Bununla yanaşı, X13 istifadəsində olan ***-***-**-** nömrədən hadisə baş verən zamanı, yəni 17 mart2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** nömrəsinə “Səni göndərəcəklər”, “İstn tranzit” ,“elə dedi, Ərşada cavab ver", daha sonra həmin gün “De Dubaya qaytarıram malı" məzmunlu mesajlar göndərmişdir. Cinayət işi materiallarında olan "xxxx" QSC tərəfindən göndərilmiş 27 may 2022-ci il tarixli, 11/2321 nömrəli sorğuya cavab məktubundan görünür ki, J2 012 saylı Dubay-Bakı aviareysi ilə gələn zaman Təqsirləndirilən şəxs həmin reysdə 19H, Təravət Mirzəli 21 A, İntiqam Musayev isə 19L yerində əyləşmişdir. Cinayət işi materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, xx/xx/032006 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildən etibarən X7 Azərbaycan Respublikasına gələn zaman gətirdiyi mallarla bağlı gömrük orqanına X2 Sistemi vasitəsi ilə (VAİS) 48 dəfə elektron formada “Fiziki şəxslər tərəfindən verilən saxələşdirilmiş bəyannamə" təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarın 19-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə iş üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmədə və ibtidai istintaq zamanı verdikləri ifadələrini və eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda mobil telefon və aksessuarları Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X8 vardır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olnmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və həyat yoldaşının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamınının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı davranışını, habelə cəzasını yüngülləşdirən halları nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına vaxtında gəlmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməl və ya başqa hüquq pozuntusu törətməmiş, öz davranışı ilə onu cinayət törətməyə sövq etmiş antisosial meylliliyin dərin olmadığına, onun cəmiyyət üçün təhlükə yaratmadığına və onun artıq islah yolunda olduğuna inam yaratmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Odur ki, məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməli, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarın 27-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, GM-nin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan isfadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CM-nin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). Cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsindən görünür ki, dövlətə vurulmuş 41646,65 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsilə ( Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) dövlət büdcəsinə ödənilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gömrük orqanına bəyan edilməyən 188350 manat dəyərində olan mobil telefon və aksessuarlarına görə ödəniləcək əməliyyat haqqı 300 manat, idxal gömrük rüsumu 17349, 85 manat, əlavə dəyər vergisi 23996,80 manat, ümumilikdə gömrük ödənişləri 41646,65 manat təşkil edir. Odur ki, məhkəmə qeyd edilən mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddia ərizəsi təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 41646,65 manat məbləğində pul tutularaq Dövlət Gömrük Komitəsi ( Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) vasitəsilə dövlət büdcəsinə ödənilməlidir. Mülki iddia Təqsirləndirilən şəxs tərəfindən tam ödənildikdən sonra maddi sübut kimi Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 14 ədəd "İphone 13 Pro Max" markalı “A24884” (256GB), 12 ədəd “İphone 13 Pro Max” markalı “A2484” modelli (128GB), 16 ədəd “İphone 13 Pro” markalı "A2483” modelli (256GB), 42 ədəd “İphone 13 Pro” markalı “A2483” modelli (128GB), 3 ədəd “İphone 13 Pro” markalı “A2639” modelli (128GB) mobil smartfonlar, 8 ədəd “İphone” markalı mobil smartfonun elektrik qidalandırıcı kabeli və 4 ədəd “AirPods Pro” markalı qulaqcıq sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Maddi sübut kimi Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 1 ədəd çemodan sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 213 (iki yüz on üç) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-354, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01( bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddia ərizəsi təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 41646,65 manat məbləğində pul tutularaq Dövlət Gömrük Komitəsi vasitəsilə ( Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) dövlət büdcəsinə ödənilsin. Mülki iddia Təqsirləndirilən şəxs tərəfindən tam ödənildikdən sonra maddi sübut kimi Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 14 ədəd "İphone 13 Pro Max" markalı “A24884” (256GB), 12 ədəd “İphone 13 Pro Max” markalı “A2484” modelli (128GB), 16 ədəd “İphone 13 Pro” markalı "A2483” modelli (256GB), 42 ədəd “İphone 13 Pro” markalı “A2483” modelli (128GB) , 3 ədəd “İphone 13 Pro” markalı “A2639” modelli (128GB) mobil smartfonlar, 8 ədəd “İphone” markalı mobil smartfonun elektrik qidalandırıcı kabeli və 4 ədəd “AirPods Pro” markalı qulaqcıq sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Maddi sübut kimi Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 1 ədəd çemodan sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 213 (iki yüz on üç) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar