Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1944/2021 14.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X22 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1983-cü il tarixdə Ucar rayonu, Alpoud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 oktyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarı ilə cəzasının qalan hissəsini çəkməkdən azad edilmiş), məhkumluğu ödənilməmiş, Ucar rayonu, Alpoud kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2121-ci ilin avqust ayının əvvəllərində narkotik vasitə əldə etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan əraziyə gələrək orada Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncuya bu məqsədlə ümumilikdə 21 manat pul vermiş, lakin Zərərçəkmiş şəxs narkotik vasitəni gətirmədiyinə görə aldadıldığını başa düşdükdən sonra 13 avqust 2021 -ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişməsində yerləşən “Məşədi Dadaş” məscidinin yaxınlığında Zərərçəkmiş şəxs yaxınlaşaraq narkotik vasitə almaq üçün verdiyi pulun qaytarılmasını tələb etmiş, sonuncu pulu qaytarmayacağını deyərək yanından uzaqlaşdıqdan sonra, həmin gün saat 15:16-da məscidinin qarşısında yenidən ona yaxınlaşaraq narkotik vasitə verməsini və ya pulunun geri qaytarmasını tələb edərək, bunu bəhanə etməklə öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs sol döş nahiyəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək ürəyin zədələnməsi ilə müşayiət olunan yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamışdır. 2008-ci ildə Azərbaycan Respublikasının CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2015-ci ildə isə azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra müxtəlif yerlərdə fəhlə kimi 2-3 il işləmişdir. 2015-ci ildən narkotik vasitədən istifadə etmişdir. 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan əraziyə narkotik vasitəni əldə etmək üçün getmişdir. Həmin vaxt daim üzərində gəzdirdiyi qara rəngli cib bıçağı yenə üzərində olmuşdur. Kubinka ərazisində adını dəqiq bilmədiyi dükanın qarşısında ağrıları olduğu üçün dayanmış, 10-15 dəqiqədən sonra adını sonradan bildiyi “Dadaş” adlı şəxs yaxınlaşaraq, nə isə lazım olduğunu soruşduqda ona narkotik vasitə, yəni “kokos” istədiyini bildirmişdir. Buna görə də sonuncuya 13 manat pul vermişdir. Dadaş ona orada dayanıb gözləməyini bildirmiş, lakin narkotik vasitəni kimdən alacağı barədə heç nə deməmişdir. Pulu Dadaşa verdikdən sonra sonuncu oradan uzaqlaşmışdır. O, bir müddət gözləsə də, Dadaş geri qayıtmamışdır. Bundan sonra Dadaşı axtarmış, lakin tapa bilmədiyindən məcbur olub oradan çıxıb getmişdir. 12 avqust 2021-ci il tarixdə həmkəndlisi olan Aydın adlı şəxs istifadəsində olan +**********65 nömrəyə zəng edərək “Ağ şəhər” adlanan yerdə tikinti aparıldığını, buna görə fəhlə lazım olduğunu bildirmişdir. O da Aydınla birlikdə orada işləməyə razı olmuşdur. 13 avqust 2021-ci il tarixdə səhər saatlarında narkotik vasitə almaq üçün yenidən Kubinka ərazisinə getdikdə orada yenidən Dadaşla qarşılaşmışdır. Əvvəl Dadaşdan verdiyi pulun müqabilində narkotik vasitəni niyə vermədiyini soruşduqda sonuncu polislər tərəfindən tutulduğunu bildirmişdir. Həmin vaxt üzərində 8 manat pul olduğunu, ağrıdığını, narkotik vasitəyə ehtiyacı olduğunu Dadaşa söyləmiş və 8 manat pulu sonuncuya vermişdir. Bundan sonra Dadaş yanından uzaqlaşmışdır. Həmin gün günorta saatlarına qədər Dadaşın narkotik vasitəni gətirməsi üçün həmin ərazidə sonuncunu axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra dostu Aydına zəng vuraraq “Kubinka” adlanan ərazidə olduğunu bildirmiş və Aydınla birlikdə gedib iş axtarmaq üçün sonuncunu oraya çağırmışdır. Təxminən saat 15 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Məşədi Dadaş” məscidinin yaxınlığında Dadaş adlı şəxsi görüb sonuncuya yaxınlaşmışdır. Dadaşdan ya verdiyi pulu geri qaytarmasını, ya da narkotik vasitəni verməsini tələb etmişdir. Dadaş ilk öncə, verdiyi pulu qaytaracağını söyləsə də, sonradan üzərində pul olmadığını, geri qaytarmayacağını demiş və yanından uzaqlaşmışdır. Dadaşın onu aldatdığını görüb cəzalandırmaq üçün cibində olan bıçağı çıxardıb onun üzərinə getmişdir. Həmin vaxt Dadaş əlindəki bıçağı görüb özünü müdafiə etmək üçün əllərini qabağa versə də, əlində olan bıçaqla bir dəfə onun ürək nahiyəsinə vurmuşdur. Bundan sonra Dadaş ondan aralaşmağa başlamışdır. Həmin vaxt dostu Aydın artıq ora gəlmişdir. Dadaşı vurduqdan sonra Aydın onları ayırmışdır. Dadaşı bıçaqla vurduğu üçün sonuncunun boynuna girib taksi tapıb xəstəxanaya aparmaq üçün bir qədər irəliləmişdir. Dadaşın ürək nahiyəsindən qan axdığını görməmişdir. Dadaşa cəmi bir dəfə bıçaqla xəsarət yetirmiş, bundan başqa nə bıçaqla, nə də ki başqa bir alətlə vurmamışdır. Hadisə vaxtı küçədə dayanan nömrəsini dəqiq bilmədiyi “Toyota Prius” markalı taksiyə yaxınlaşmış və həmin vaxt adlarını orada eşitidiyi, tanımadığı “Vasif’ və “Jalə” adlı şəxslər Dadaşı taksiyə əyləşdirməyə köməklik etmişlər. Bundan sonra taksi sürücüsünə 1 saylı şəhər KTM-ə sürməsini söyləmişdir. Taksi getdikdən sonra Aydınla birlikdə oradan uzaqlaşmışdır. Dadaşı vurduğu bıçağı özü ilə birlikdə götürərək yaşadığı ünvana getmiş və bununla bağlı heç kimə məlumat verməmişdir. 14 avqust 2021-ci il tarixdə səhər saatlarında Nizami rayonu ərazisinə özünə iş axtarmağa getmişdir. Orada yerləşən müxtəlif tikinti şirkətlərinə yaxınlaşaraq iş axtardığını bildirsə də, iş tapa bilməmişdir. Həmin gün günorta saatlarına kimi iş axtarmışdır. Daha sonra isə yaşadığı evə getmişdir. Bundan sonra qeyri-rəsmi nikah münasibətində yaşadığı Aygün adlı xanımın işlədiyi Nizami rayonu, 8-ci kilometrdə yerləşən kafesinə getmişdir. Həmin gün axşam saatlarına kimi orada olmuşdur. Bundan sonra polis əməkdaşları gəlib orada onu tutmuşlar. Həmin vaxt üzərində Dadaşı vurduğu qara rəngli cib bıçağını, “Nokia” markalı mobil telefonunu, şəxsiyyət vəsiqəsini, qara rəngli cib kitabçasını təhvil vermişdir. Tutulan zaman polis əməkdaşları ona Dadaşın öldüyünü bildirmişlər. Bıçaqla Dadaşın ürək nahiyəsinə bir dəfə zərbə vurmuş, daha sonra “Aydın” adlı şəxs yaxınlaşıb onları ayırmışdır. Dadaş onu bir dəfə aldatmışdır. Belə ki, həmin vaxt ona pul versə də, Dadaş müqabilində ona narkotik vasitə verməmişdir. İkinci dəfə Dadaşla görüşdükdə bir daha pul verərək narkotik vasitəni Dadaşdan istəmiş, lakin Dadaş yenidən onu aldatdığına görə üzərində gəzdirdiyi bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs onu aldatdığına görə cəzalandırmaq qərarına gəlmiş və bir dəfə Dadaşın ürək nahiyəsinə bıçaqla zərbə vurmuşdur. Dadaşın ürəyinə bir dəfə bıçaqla xəsarəti özü yetirmiş, həmin vaxt ona heç kim kömək etməmişdir. Zərərçəkmiş şəxs ürəyindən vuran zaman yanında heç kim olmamışdır. Sonradan Aydın gəlib onları aralamışdır. Cinayətin aləti olan bıçaq dəstəyi və tiyəsi qara rəngli dəmir materialdan, ümumi uzunluğu təxminən 16-17 sm, tiyəsinin uzunluğu təxminən 6-7 sm olmuşdur. Həmin bıçağı üç ilə yaxındır ki, Nizami rayonu, 8 mikrorayon bazarından 7 manata almışdır. Narkotik vasitə olan marixuananı xatırlamadığı yaban halda bitən yerdən götürərək çəkmişdir. Narkotik vasitədən istifadə etdiyi müddətdə heç kimin bundan xəbəri olmamışdır. Hər dəfə təxminən 1 qrama yaxın istifadə etmişdir. Hadisə baş verən tarixdə narkotik vasitədən istifadə etməmişdir. X12 həmkəndlisi olan Aydının anasıdır. 13 avqust 2021-ci il tarixdə, saat 14 radələrində Aydının istifadəsində olan telefonda kifayət qədər məbləğ olmadığına görə, sonuncu onun ********** saylı nömrəsindən anası Leyla Məmmədovaya məxsus ********** saylı telefon nömrəsinə zəng edib telefonda anası Leylaya rayona gəlmək istədiyini deyərək Leyladan pul göndərməyini istəmişdir. Leyla da təxminən saat 17 radələrinə kimi Aydına pul göndərəcəyini bildirmişdir. Bundan başqa heç bir mövzuda telefon danışığı olmamışdır. Dadaş ondan pul alıb narkotik vasitə gətirməmişdir. Hadisəyə səbəb Dadaşın onu aldatması olmuşdur. Mərhum zərərçəkmişə narkotik vasitə verməsi üçün ümumilikdə 21 manat pul vermişdir. Bıçaq həmişə üzərində olmuşdur. Dadaş üstünə gələn zaman onu qorxutmaq üçün bıçağa əl atmışdır. Mərhuma bıçaqla 1 dəfə xəsarət yetirmişdir. Dadaşın ona narkotik vasitə gətirməsini təxminən 2 saat gözləmişdir. Dadaşı taksiyə mindirən zaman ona kömək edən şəxsləri tanımır. Hadisə zamanı Dadaş ünvanına nəlayiq ifadələr işlətmişdir. Ona heç kim fiziki və ya psixi təsir göstərməmişdir. Hadisə zamanı ətrafda Aydından başqa heç kim olmamışdır. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Dadaşı vurduqdan sonra xəstəxanaya çatdırması üçün onu taksiyə mindirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs 7 dəfəyə yaxın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum edilmiş, sonuncu dəfə 2019-cu il tarixdə azadlığa çıxmışdır. Dadaş həmin vaxt yaşadıqları mənzilə gəlib mənzilin bank tərəfindən əllərindən alındığını gördükdən sonra çıxıb getmişdir. Bundan sonra qardaşı tüfeyli həyat tərzi yaşamağa başlamışdır. Daha çox “Qış” parkının yaxınlığında yerləşən “Senaqoq” məscidinin yanında olmuşdur. Azadlığa çıxandan sonra da narkotik vasitədən istifadə etməyə davam etmişdir. Sonuncu dəfə 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs əvvəllər yaşadıqları ünvan 1 ünvanında mənzilin yaxınlığında görmüşdür. Həmin vaxt qardaşı ona tüfeyli həyat tərzi yaşadığını və çöllərdə yatdığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs görməmişdir. Qardaşı 2019-cu il tarixdə azadlığa çıxdıqdan sonra telefon işlətməmişdir. 13 avqust 2021-ci il tarixdə evdə olan zaman əvvəl yaşadığı mənzildə olan qonşusu Kamran zəng edib, həmçinin +**********43 saylı nömrədən sms yazaraq qardaşı Dadaşın bıçaqlandığını və xəstəxanaya aparıldığını bildirmişdir. Əvvəlcə 1 saylı KTM-ə getsə də, Zərərçəkmiş şəxs oraya gətirilmədiyini bildirmişlər. Daha sonra isə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatanda əvvəlki mənzildə qonşusu olan Nazimi görmüşdür. Nazim qardaşı Dadaşın bıçaqlandıqdan sonra müvəqqəti yaşadığı adını dəqiq bilmədiyi xanımın yanına getdiyini, daha sonra isə TTYS-nın köməyi ilə xəstəxanaya gətirildiyini bildirmişdir. Həmin vaxt adını dəqiq bilmədiyi xanım da orada olmuşdur. Həmin xanım Zərərçəkmiş şəxs xəstəxanaya gətirdiyini bildirib oradan çıxıb getmişdir. Orada qalan Nazim xəstəxananın giriş hissəsinə yaxınlaşıb tez-tez qardaşı Dadaşın vəziyyətini öyrənmişdir. Nazim qardaşı Dadaşın kimdənsə narkotik vasitə aldığını, qarşılığında pulunu vermədiyini, həmin şəxs də sonuncunu bıçaqla öldürəcəyi ilə hədələdiyini demişdir. Bundan sonra Nazim ona yaxınlaşıb hər şeyin yaxşı olacağını, nə lazım olsa zəng etməyini dedikdən sonra oradan çıxıb getmişdir. Bundan sonra xəstəxanadan Dadaşın əməliyyatdan sonra öldüyünü bildirdilər. Qardaşı Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi barədə heç bir məlumatı olmamışdrı. Qardaşı Zərərçəkmiş şəxs kiminləsə düşmənçiliyi, şəxsi ədavəti və ya dava-dalaşı olması barədə heç nə eşitməmişdir. Dadaşın heç kimlə işi olmamışdır. Qardaşı Zərərçəkmiş şəxs həbs edilməmişdən qabaq münasibətdə olduğu xanımın olduğunu demişdir. Həmin xanımın adı yadında qalmamışdır. Qardaşı Zərərçəkmiş şəxs dostluq etdiyi şəxsləri tanımamışdır. Zərərçəkmiş şəxs onlarla münasibəti çox yaxşı olmuşdur. Həmçinin Dadaşa lazım olan əşyaları özü alıb vermişdir. Dadaş iki dəfə narkoloji dispanserdə müalicə almışdır. Müalicələrdən sonra 3-4 gün özünü yaxşı hiss etsə də, bundan sonra yenidən narkotik vasitədən istifadə etməyə başlamışdır. Zərərçəkmiş şəxs heç kimdən maddi, xidməti və sair asılılığı olmamışdır. Nazim adlı şəxs ünvan 2 ünvanında yaşadıqları müddətdə qonşuları olmuşdur. Qardaşı Dadaş uzun müddətdir ki, Nazim adlı şəxsin dükanında satıcı işləmişdir. Dadaş spirtli içki qəbul etməmiş, siqaret çəkməmiş, ancaq narkotik vasitədən istifadə etmişdir. Hadisə barədə qonşusu Kamran sms yazaraq məlumat vermişdir. Kamran smsdə qardaşı Dadaşın bıçaqlandığını yazmışdır. Kamran smsdə Dadaşın bıçaqlanma səbəbini yazmamışdır. Qardaşı uzun müddət narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxslə barışmamış, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə uzun müddət qonşu olmuşdur. Dadaşgilin evləri bank tərəfindən alındıqdan sonra oradan çıxıb getmişdir. Buna baxmayaraq Dadaş tez-tez məhəlləyə gəlib-getmişdir. Dadaş dəfələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum edilmiş, sonuncu dəfə 2019-cu il tarixdə azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra Dadaş yenə də narkotik vasitədən istifadə etmişdir. Dadaş ən çox “Kubinka” adlanan ərazidə “söküntü” deyilən yerə gedib orada qalmışdır. Dadaşın bacısı Sevinci tanıyır və Sevincin istifadəsində olan ***-***-**-** telefon nömrəsini bilir. Aradabir Sevinclə əlaqə saxlayıb sonuncunun hal-əhvalını soruşmuşdur. 13 avqust 2021-ci il tarixdə axşam saat 20 radələrində işdən evə gələn zaman məhəllədə adlarını dəqiq bilmədiyi uşaqlar ona Dadaşın bıçaqlandığını və xəstəxanaya aparıldığını demişlər. Həmin şəxslərdən Dadaşın kim tərəfindən bıçaqlandığını soruşduqda tanımadıqlarını bildirmişlər. O, dərhal Sevincə zəng etsə də, sonuncu telefonu açmamışdır. Bundan sonra Sevincə “WhatsApp” proqramı vasitəsi ilə sms yazıb Dadaşın bıçaqlandığını və xəstəxanaya aparıldığını demişdir. Təqsirləndirilən şəxs tanımır. Zərərçəkmiş şəxs kiminləsə düşmənçiliyi, şəxsi ədavəti və ya dava-dalaşı olmamışdır. Zərərçəkmiş şəxs dostluq etdiyi və ya münasibətdə olduğu şəxslər barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs onunla münasibəti normal olmuşdur. Ümumiyyətlə, məhəllədə hamının Dadaşla arası yaxşı olmuşdur. Zərərçəkmiş şəxs spirtli içki qəbul etməmiş, ancaq narkotik vasitədən istifadə etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 oğlu ifadəsində bildirdi ki, 2010-cu il tarixdə Hacıqabul şəhərindən Bakı şəhərinə gəlib Babək prospektində yerləşən “maşın bazarı” adlanan yerdə kafedə ofisiant işləməyə başlamışdır. Təqsirləndirilən şəxs təxminən 7 ildir tanıyır. Məhəmmədin onunla qeyri-rəsmi münasibəti olmuşdur. Məhəmməddən nəyə görə əvvəllər həbs olunduğunu soruşduqda sonuncu bu barədə ona heçnə deməmişdir. Həmin vaxtlarda Məhəmməd narkotik vasitədən az-az istifadə etmişdir. Bunu bildikdən sonra Məhəmmədi narkotikdən uzaqlaşdırmışdır. Məhəmmədin heç vaxt ailəsi olmamışdır. Məhəmməd 2015-ci ildən 2021-ci ilin avqust ayına kimi Bakı şəhərində müxtəlif vaxtlarda fəhlə kimi işləmişdir. 13 avqsut 2021-ci il tarixdə səhər saatlarında işə getmək üçün evdən çıxmışdır. Həmin vaxt Məhəmməd də ona Masazır qəsəbəsində işlədiyini bildirərək onunla birlikdə evdən çıxmışdır. Hər gün Məhəmmədə 10 manat yol pulu vermişdir. Evdən çıxdıqdan sonra maşın bazarı istiqamətinə getmiş, Məhəmməd isə digər istiqamətə yola düşmüşdür. Həmin gün axşam saat 23 radələrində Məhəmməd evə gəlmişdir. Məhəmmədin üzərində ağ rəngli 3 düymə köynək və cins şalvar olmuşdur. Məhəmməd evə gələn kimi yorulduğunu və paltarlarını yumaq üçün paltaryuyan maşına atdığını demişdir. O da həmin paltarları yuyub sərmişdir. Daha sonra Məhəmməd çay içib yemək yedikdən sonra yatmağa getmişdir. 14 avqust 2021-ci il tarixdə səhər saatlarında yenə Məhəmmədə 10 manat yol pulu vermiş və işə getmişdir. Məhəmməd də işə getmək adı ilə onunla birlikdə evdən çıxmışdır. Həmin gün axşam saatlarında oğlu ilə işdə olan zaman polis əməkdaşları yaxınlaşıb Məhəmmədi tanıyıb-tanımadığını soruşmuşlar. O da polis əməkdaşlarına həmin şəxsi tanıdığını bildirmişdir. Bundan sonra işdən çıxıb evə getmiş, oğlu isə işdə qalıb işinə davam etmişdir. Təxminən 3-4 saat keçdikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs işlədiyi bazarın yanında polis əməkdaşları tərəfindən tutulmuşdur. Polis əməkdaşlarından Məhəmmədi hansı səbəbə görə tutduqlarını soruşduqda Məhəmmədin adam öldürdüyünü, axtarışda olduğunu bildirmişlər. Zərərçəkmiş şəxs tanımır. Məhəmmədin hansı səbəbə görə Zərərçəkmiş şəxs vurduğunu bilməmişdir. Təqsirləndirilən şəxs heç kimlə düşmənçiliyi, şəxsi ədavəti və ya dava-dalaşı olmamışdır. Məhəmmədin dostluq etdiyi şəxsləri tanımır. Məhəmmədin onunla münasibəti çox yaxşı olmuş, aralarında heç vaxt problem olmamışdır. Məhəmməd siqaret çəkmiş və narkotik vasitədən istifadə etmiş, spirtli içki qəbul etməmişdir. Məhəmməd sadəcə çox yorulduğunu demiş və gedib yatmışdır. Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə üzərində olan və yumaq üçün verdiyi ağ rəngli üç düymə köynəyin və cins şalvarın üzərində hər hansı qan ləkəsini görməmişdir. 13 avqust 2021-ci il tarixdə axşam saatlarında evə gələn zaman Məhəmməd həmin gün harada olduğunu və nə etdiyini deməmişdir. Məhəmmədin narkotik vasitədən istifadə etdiyini bilmişdir. Məhəmmədin hansı səbəbə görə Zərərçəkmiş şəxs vurduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. 2017- ci il tarixdə Bakı şəhərinə gəlmiş və müxtəlif yerlərdə kirayə yaşayaraq tikinti yerlərində fəhlə işləmişdir. 2021-ci il avqust ayında Ucar rayonundan Bakıya gəlib fəhlə kimi işləməyə başlamışdır. Arabir Kubinka adlanan əraziyə gedib orada tanımadığı şəxslərdən narkotik vasitə alıb orada istifadə edərək evə qayıtmışdır. Həmin vaxtlarda Məhəmməd ona zəng edib Bakıya gəldiyini və görüşmək istədiyini bildirmişdir. Məhəmmədlə şəhərdə bir neçə dəfə görüşmüş və Məhəmmədin qeyrirəsmi yaşadığı Aygün adlı xanımın evinə gedib çay içib söhbət etmişlər. 12 avqust 2021-ci il tarixdə Məhəmmədə zəng edib “Ağ şəhər’’ adlanan yerdə tikinti aparıldığını, oraya fəhlə lazım olduğunu bildirib işləmək istəyib-istəmədiyini soruşmuşdur. Məhəmməd işləmək istədiyini bildirib təklifini qəbul etmişdir. Onlar ağ şəhər adlanan yerdə tikintiyə getmişlər, lakin onları işə götürməmişlər. 13 avqust 2021 -ci il tarixdə səhər saat 7 radələrində Məhəmməd kirayə yaşadığı mənzilə gəlib onu səsləmiş, o isə Məhəmmədin səsini eşitməyib yuxudan durmamışdır. Həmin gün saat 10 radələrində narkotik vasitə almaq üçün Kubinka adlanan əraziyə gedib “söküntü” adlanan yerə yaxınlaşmışdır. Həmin vaxt Məhəmməd də orada olmuşdur. Məhəmməddən bura nəyə görə gəldiyini soruşduqda sonuncu ona narkotik vasitə almaq üçün “Dadaş” adlı şəxsə 8 manat pul verdiyini və sonuncunu gözlədiyini bildirmişdir. “Söküntü” adlanan yerdə Jalə və adlarını bilmədiyi digər şəxslər də olmuşdur. Jalə adlı şəxsi narkotik vasitə almaq üçün oraya gedəndə həmin vaxtlarda görmüşdür. Bundan sonra Məhəmmədlə birlikdə Kubinka ərazisində Dadaşı axtarmağa getmişlər. Xeyli axtardıqdan sonra Dadaşı tapa bilməyib “söküntü” adlanan yerə geri qayıdanda Dadaşın orada olduğunu görmüşlər. Məhəmməd Dadaşdan nəyə görə pul alıb narkotik vasitəni gətirmədiyini soruşduqda Dadaş ona 8 manat pulunu geri qaytaracağını bildirmişdir. Həmin vaxt Dadaş “Kubinka” küçəsinə düşüb pul axtarmağa başlamış, o da Məhəmmədlə birlikdə Dadaşın arxası ilə getmişdir. Dadaş “Kubinka” adlanan ərazidə yerləşən “Məşədi Dadaş” məscidinin yanında bir nəfərdən pul istəmiş, lakin həmin şəxs Dadaşa pul verməmişdir. Həmin vaxt Məhəmməd yanında dayanmışdır. Bundan sonra Dadaş məscidin qarşı tərəfinə getməyə başlamışdır. Həmin vaxt Məhəmməd yanından ayrılıb Dadaşın olduğu istiqamətə getmişdir. Məhəmməd Dadaşın yanına çatmağına az qalmış cibində olan bıçağı çıxarmışdır. O da həmin vaxt Məhəmmədin olduğu yerə getməyə başlamışdır. Bundan sonra Məhəmmədin Dadaşa çatan kimi əlində olan bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə vurduğunu görmüşdür. Bu zaman Dadaş geri çəkilməyə başlamışdır. Məhəmməd isə Dadaşın üzərinə gedən zaman sonuncuya yaxınlaşıb qolundan tutub geri çəkmişdir. Bundan sonra Məhəmməd əlində olan bıçağı bağlayıb cibinə qoymuşdur. Dadaşın ürək nahiyəsinə baxdıqda bir bıçaq xəsarətinin olduğunu görmüşdür. Lakin qan gəlməmişdir. Həmin vaxt arxadan Vasif adlı şəxs də gəlib Məhəmmədə “bunu niyə belə vurdun” demişdir. Məhəmməd də Vasifə Dadaşın onu aldatdığını, buna görə də onu cəzalandırdığını bildirmişdir. Bundan sonra Dadaş həmin vəziyyətdə Məhəmmədə “gedək söküntüyə mən sənin pulunu tapıb verəcəm” sözlərini demişdir. Təxminən 100-150 metr getdikdən sonra Dadaş yerə yıxılmışdır. Amma huşu özündə olmuşdur. Məhəmməd həmin vaxt Dadaşın qoluna girib qaldırmış və söküntü deyilən tərəfə aparmışdır. Dadaşın vəziyyətinin pisləşdiyini görən Məhəmməd ona söküntüyə gedib orada kim varsa köməyə çağırmağını bildirmişdir. O da söküntüyə gedib orada tanımadığı şəxslərə Məhəmmədin Dadaşı vurduğunu bildirmişdir. Həmin vaxt Dadaşın yanında Məhəmmədlə birlikdə Vasif qalmışdır. Söküntüdən adlarını bilmədiyi şəxslər Jalə və Elgün çıxmışlar. Həmin vaxt oradan nömrəsini bilmədiyi “Toyota prius” markalı taksini Jalə saxlatmış və “Semaşka” adlanan xəstəxanaya getmək lazım olduğunu bildirmişdir. Dadaş taksidən onu xəstəxanaya yox söküntüyə aparmasını istəmişdir. O, Məhəmməd və Jalə Dadaşı taksiyə əyləşdirməyə kömək etmişlər. Bundan sonra taksiyə Jalənin oturduğunu görmüşdür. Daha sonra Məhəmmədlə birlikdə “Nizami” metrostansiyası istiqamətinə gedib oradan o öz yaşadığı mənzilə, Məhəmməd isə öz yaşadığı mənzilə getmişdir. 14 avqust 2021-ci il tarixdə saat 17 radələrində Məhəmmədlə birlikdə narkotik vasitə almaq üçün “Nizami” metrostansiyasına tərəf gəlmişlər. Lakin həmin vaxt oranı nə qədər gəzsələr də, narkotik vasitə ala bilməmişlər və yaşadıqları mənzilə qayıtmışlar. O həmin gün saat 20 radələrində Ucar rayonuna getmişdir. Rayonda olan zaman televizorda Təqsirləndirilən şəxs tutulduğunu görmüşdür. Bundan sonra ailə üzvlərinə narkotik vasitədən qurtulmaq istədiyini bildirdikdə onu Bakı şəhər Respublika Narkoloji Dispanserə aparmışlar. Orada müalicə aldıqdan sonra yaşadığı mənzilə geri qayıtmışdır. Dadaş “Söküntü” adlanan yerdə kömək istədikdə Jalə onunla birlikdə gəlmişdir. Arxasınca isə adını sonradan bildiyi Elgün asta-asta gəlmişdir. Dadaşın oradan haraya aparıldığını bilməmiş və həmin vaxt Dadaşın öləcəyini düşünməmişdir, çünki Məhəmməd Dadaşa 1 bıçaq zərbəsi vurmuşdur. Əgər Dadaşın ölüm vəziyyətində olduğunu görsə idi, Məhəmmədə gedib polisə təslim olmasını bildirər və ya hadisə barədə polis orqanına özü məlumat verərdi. 2021-ci ilin avqust ayından narkotik vasitədən istifadə etməyə başlamışdır. 26 avqust 2021-ci il tarixdə narkotik vasitədən uzaq dayanmaq üçün Narkoloji dispanserə gedib müalicə almışdır. Təqsirləndirilən şəxs onunla münasibəti çox yaxşı olmuşdur. Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmiş, ancaq narkotik vasitədən istifadə etmişdir. Dadaşın telefonu olmamışdır. Məhəmmədin isə telefon nömrəsi yadında qalmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə ürək nahiyəsindən bıçaqla vurduğunu görmüşdür. Hadisə vaxtı söküntü deyilən yerə gedib Məhəmmədin Dadaşı bıçaqladığını və kömək lazım olduğunu bildirmişdir. Dadaşla birlikdə taksiyə “Jalə” adlı şəxs oturmuş, Vasifin maşına mindiyini dəqiq görməmişdir. Dadaş narkotik vasitə vermək üçün Məhəmməddən pul alıb onu aldatmışdır. Məhəmmədi aldadıb narkotik vasitəni vermədiyinə görə sonuncu Dadaşı cəzalandırmaq üçün bıçaqla vurmuşdur. Dadaşı avtomobilə əyləşdirəndə xəstəxanaya getmək istəmədiyini, söküntü deyilən yerə aparılmağını bildirmişdir. Məhəmmədin nə Dadaşla, nə də başqa bir şəxslə düşmənçiliyi və ya şəxsi ədavəti olmamışdır. Hadisə zamanı ətrafda ondan başqa 1- 2 nəfər də olmuşdur. Məhəmməd Dadaşın onun pulunu qaytarmasını təxminən 2 saat gözləmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X6 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, uşaqlıqda valideynləri onun adını Rüqayə qoysalar da hamı ona “Jalə” deyərək müraciət etmişdir. Beş ilə yaxındır ki, narkotik vasitədən istifadə etmişdir. Zərərçəkmiş şəxs iki ilə yaxındır ki, tanımış, sonuncu ’’Kubinka” adlanan ərazidə yaşamışdır. O, narkotik vasitədən istifadə etmək üçün “Kubinka” adlanan ərazidə yerləşən söküntü (uçuq) adlanan yerə getmişdir. Zərərçəkmiş şəxs də narkotik vasitədən istifadə etmiş, ən çox söküntü deyilən yerdə olmuşdur. O, 13 avqust 2021-ci il tarixdə səhər saatlarında Elgün və adlarını bilmədiyi digər şəxslərlə birlikdə söküntü adlanan yerdə olmuşlar. Həmin zaman adını sonradan bildiyi Məhəmməd adlı şəxs söküntüyə yaxınlaşıb Dadaşı axtardığını və sonuncuya narkotik vasitə almaq üçün pul verdiyini bildirmişdir. Bundan sonra adını orada eşitdiyi Məhəmmədin dostu Aydın adlı şəxs də oraya gəlmişdir. Məhəmməd Aydınla birlikdə Dadaşı axtarmağa getmişlər. Biraz keçdikdən sonra onlar söküntü deyilən yerə geri qayıtmış və Dadaşı tapa bilmədiklərini bildirmişlər. Elə həmin zaman Dadaş oraya gəlmişdir. Məhəmməd orada Dadaşdan niyə narkotik vasitəni alıb gətirmədiyini soruşduqda, sonuncu verdiyi pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra Dadaş oradan getmişdir. Məhəmmədlə Aydın da Dadaşın arxası ilə getmişdir. O, Elgün və adını bilmədiyi digər şəxslərlə birlikdə söküntü deyilən yerdə qalmışdır. Həmin gün günorta saatlarında Aydın söküntü deyilən yerə yaxınlaşıb Məhəmmədin Dadaşı bıçaqla vurduğunu bildirmişdir. Elgünlə birlikdə söküntü deyilən yerdən çıxıb Aydınla birlikdə təxminən 100-150 metr məsafə getdikdən sonra Dadaşın yanına çatmışlar. Dadaşın yanına çatanda Məhəmməddən Dadaşın hansı nahiyəsindən vurduğunu soruşmuş, Məhəmməd Dadaşın ürək nahiyəsində 1 dəfə bıçaqla vurduğunu demişdir. O, Dadaşın ürək nahiyəsində xəsarət olan yerə baxmış, amma oradan qan gəldiyini görməmişdir. Dadaşın vəziyyətinin ağır olduğunu görüb yoldan nömrəsini və hansı şirkətə məxsus olduğunu dəqiq bilmədiyi “Toyota prius” markalı taksiyə əl edib saxlamış və “Semaşka” xəstəxanasına getmək lazım olduğunu bildirmişdir. Həmin zaman Dadaşın huşu özündə olmuş, ona xəstəxanaya getmək istəmədiyini və söküntü deyilən yerə aparmalarını bildirmişdir. Bundan sonra Məhəmməd ona Dadaşı avtomobilə əyləşdirməyə köməklik etmişdir. O, daha sonra avtomobilə əyləşmiş və oradan uzaqlaşmışdır. Avtomobil 100 metr getdikdən sonra Dadaş xəstəxanaya getmək istəmədiyini və vəziyətinin yaxşı olduğunu, sonuncunu söküntü deyilən yerə aparmağını tələb etmişdir. O, avtomobili söküntü deyilən yerə sürdürmüş və Dadaşı həmin yerə aparmışdır. Dadaşın köynəyini çıxartmış və köhnə çarpayının üzərinə uzatmışdır. Bundan sonra söküntü deyilən yerdə olan lakin adını dəqiq bilmdiyi şəxs Dadaşın vəziyətinin pisləşəcəyini bildirib TTYS-nin 103 xidmətinə zəng edib həkim çağırmışdır. Həkimlər gəldikdən sonra Dadaşı müayinə etmişlər və xəstəxanaya aparmaq lazım olduğunu bildirmişlər. Daha sonra Dadaşı TTYS-nin maşınına əyləşdirib 3 saylı Şəhər Kliniki Xəsatəxanasma aparmışlar. Həmin vaxt o, da avtomobildə Dadaşla birlikdə getmişdir. Xəstəxanada olan zaman Dadaşın çoxlu qan itirdiyini bildirmişlər. Orada olan zaman “Kubinka” adlanan ərazidən tanıdığı Nazim adlı şəxs də oraya gəlmiş və tez-tez Dadaşın vəziyyətini soruşurmuşdur. Bundan sonra Dadaşı əməliyyata aparmışlar. Orada olanda Dadaşın adını dəqiq bilmədiyi bacısı da oraya gəlmişdir. Bacısı Dadaşın xəstəxanaya kim tərəfindən gətirildiyini soruşduqda, sonuncuya Dadaşı xəstəxanaya TTYSnin maşını ilə birlikdə gətirdiyini bildirmişdir. Daha sonra o, oradan çıxıb getmişdir. Bir neçə saat sonra “Kubinka” deyilən yerdə yaşayan sakinlərdən Dadaşın öldüyünü eşitmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə heç nə bilməmiş, həmin zaman söküntü deyilən yerdə olmuş, həmçinin Məhəmmədin Dadaşı bıçaqla vurmasını görməmişdir. Zərərçəkmiş şəxslə iki ilə yaxındır söküntü deyilən yerdə tanış olmuşdur. Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdən tanımış, həmin vaxtı sonuncu söküntü deyilən yerə gəlib Dadaşı axtardığını bildirmişdir. Bundan əvvəl Məhəmmədi görməmiş və tanımamışdır. Dadaşın nə Məhəmmədlə, nə də başqa şəxslərlə düşmənçiliyi və ya şəxsi ədavəti olmamşdır. Onun Dadaşla münasibətləri çox yaxşı olmuşdur. Elgün adlı şəxsi söküntü deyilən yerdən bir ilə yaxındır ki, tanımışdır. Zərərçəkmiş şəxs TTYS-nin maşınına yerləşdirilən zaman onun üzərində şalvar olmuş, sonuncunun üzərində olan köynəyi çıxarıb söküntü deyilən yerə atmışdır. Dadaş telefon işlətməmişdir. Nazim adlı şəxs Kubinka adlanan ərazidə yaşamış, sonuncunu orada görmüş və oradan tanımışdır. O, Məhəmmədlə birlikdə Dadaşı avtomobilə əyləşdirməyə köməklik etmiş, daha sonra həmin taksiyə əyləşib oradan xəstəxanaya getmək üçün uzaqlaşmışdır. Lakin, yolda Dadaş xəstəxanaya getmək istəmədiyini və söküntüyə getmək istədiyini bildirmiş və sonuncunu oraya aparmağı tələb etmişdir. Bundan sonra Dadaşı söküntü deyilən yerə aparmışdır. Həmin vaxtı onun ürək nahiyəsindən qan gəldiyini görməmişdir. Avtomobildə olarkən Dadaşın yanında tək olmuş, Vasif adlı şəxs onlarla birlikdə getməmişdir (cild 2, iş vərəqə 45-49). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 Elbəy oğlunun ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, şahid X2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 83-87). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan bəri tanımış, əvvəllər qonşu olmuşlar. Dadaşın bacısı Sevinc və qardaşı Maarif olmuşdur. Dadaş və Maarif narkotik vasitədən istifadə etmiş, bu səbəbdən dəfələrlə həbs edilmişlər. Dadaşın yaşadığı ünvan 1 ünvanında yerləşən evlərini 2015-ci il tarixdə banka girov qoyub bunun qarşılığında 23000 ABŞ dolları pul götürmüşlər. Lakin 2019-cu il tarixdə həmin pul məbləğini ödəyə bilmədiklərindən yaşadıqları ev bank tərəfindən əllərindən alınmışdır. Ondan sonra Dadaşın bacısı Sevincgil yaşamaq üçün başqa yerə köçmüşlər. Dadaş isə küçələrdə yaşamağa başlamışdır. Dadaş ən çox “Kubinka” adlanan ərazidə söküntü deyilən yerdə yaşamışdır. 13.08.2021-ci il tarixdə Dadaş onun yaşadığı mənzilə gələrək üzərində 40 manat olduğunu və narkotik vasitə axtardığını bildirmiş, ondan narkotik vasitə satan kimisə tanıyıb-tanımadığını soruşmuş, sonuncu Dadaşa elə birini tanımadığını bildirmişdir. Bundan sonra Dadaş onun yanından uzaqlaşmışdır. Həmin gün saat 16 radələrində məhəllədə olan zaman adlarını dəqiq bilmədiyi şəxslərdən Dadaşın bıçaqlandığını eşitmişdir. O, dərhal TTYS-nin 103 xidmətinə zəng edib Dadaşın hansı xəstəxanaya aparıldığını soruşmuş, sonuncunun 3 saylı saylı Şəhər Kliniki Xəstəxanasına aparıldığı bildirilmişdir. O, dərhal Dadaşın vəziyyətini öyrənmək üçün xəstəxanaya getmişdir. Xəstəxanaya çatdıqda ona Dadaşın əməliyyatda olduğunu bildirmişlər. Həmin vaxtı məhəllədən tanıdığı Jalə adlı şəxs də orada olmuşdur. Jalə Dadaşın bıçaqlandıqdan sonra onun köməyi ilə xəstəxanaya gətirildiyini demişdir. Onlar orada olan zaman Dadaşın bacısı Sevinc də xəbər tutub gəlmiş, həmin vaxt Jalə oradan çıxıb getmişdir. O, Sevincə Dadaşın bıçaqlanması barədə bildiyi hər şeyi demişdir. Daha sonra orada dayanmağın heç bir əhəmiyyəti olmadığına görə Sevincə nəsə lazım olsa zəng edə biləcəyini demiş və oradan getmişdir. Biraz vaxt keçdikdən sonra məhəllə sakinlərindən Dadaşın öldüyünü eşitmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bıçaqlanması ilə bağlı heç bir məlumatı olmamış, Dadaşın kim tərəfindən bıçaqlanmasını bilməmiş, Dadaşın ətrafında olanlar ancaq narkotik vasitədən istifadə edən şəxslər olmuşdur. Dadaşın kiminləsə düşmənçiliyi, şəxsi ədavəti və ya dava-dalaş olması barədə heç bir məlumatı olmamış, Dadaşın dostluq etdiyi şəxsləri tanımamışdır. Jalə adlı şəxsi yaşadığı məhəllədən tanımış və sonuncunu orada görmüşdür. Dadaş spirtli içki qəbul etməmiş, ancaq narkotik vasitədən istifadə etmişdir (cild 1, iş vərəqə 33-36). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 14 sentyabr 2021-ci il tarixli 92 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası (2,5x1 sm ölçüdə tibbi sənədə əsasən) aşkar edilmişdir. Yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa və bir qədər aşağıdan-yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar zədələnmiş və yara daxilə nüfuz edib perikardı zədələyərək ürəyin boşluğuna sirayət etmişdir. Qeyd edilən xəsarət həyatidir. Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən 13.08.2021-ci il tarixdə deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, ölümlə birbaşa səbəbli əlaqəlidir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol yarısının Ön səthinin daxilə nüfuz edərək ürəyin zədələnməsi ilə müşaiyət olunan deşilmişkəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümü 13.08.2021ci il tarixdə saat 21:00- də X18 PHŞ-də baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda, qaraciyərdə və mədə möhtəviyyatmda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisİlatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş- kəsilmiş yara yetirilərkən o, xəsarət yetirən şəxslə münasibətdə ayaqüstü, yarımoturaq və ya oturaq vəziyyətdə ola bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş yara iti ucu və kənarı olan əşyanın (alətin), ola bilsin ki, bıçağın təsirindən əmələ gələ bilərdi (cild 2, iş vərəqə 79-82). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Elmi-Təcrübi və Tədris Birliyinin 28 sentyabr 2021-ci il tarixli 629/2021-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus boz rəngli şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigem alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Oalfa,beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs Usubah oğluna məxsus bir ədəd cins şalvar, qısaqol köynək və 1 ədəd bıçaq üzərində qan aşkar olunmadı (cild 2, iş vərəqə 111-115). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Elmi-Təcrübi və Tədris Birliyinin 28 sentyabr 2021-ci il tarixli 452/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs bədəninin döş qəfəsinin ön səthinin sol yarısında aşkar edilmiş bir ədəd deşilmiş- kəsilmiş yara onun paltarı (şalvar) üzərində öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir (cild 2, iş vərəqə 101-105). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 27 sentyabr 2021-ci il tarixli 3648 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqə 116-117). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Elmi-Təcrübi və Tədris Birliyinin 13 noyabr 2021-ci il tarixli 2 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına X18 PHŞ-də tərtib olunmuş xəstəlik tarixində təsvir olunan deşilmiş-kəsilmiş yaranın ölçüsünü, lokalizasiyasını, xarakterini və ekspertizaya təqdim olunmuş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin yaranın ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin deşici- kəsici təsirindən törənməsi inkar edilmir (cild 2, iş vərəqə 156-159). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 31 avqust 2021-ci il tarixli 1988 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə cinayət əməlini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs hazırda da hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd edilmir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasından iştirak edə bilər. Təqsirləndirilən şəxs hal-hazırda da özhərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs eqosentrizm, inadkarlıq, başqalarının hiss və həyacanlarma qarşı laqeyd, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisəni törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halm yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı hərəkətlərinə, dərk etməsinə əhəmiyyətli dərəcədə təsir edə bilən psixi-emosional vəziyyətdə olmuşdur (cild 2, iş vərəqə 107-109). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Qrubanov küçəsi ilə İ.Əbilov küçəsinin kəsişməsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısına hal şahidlərinin iştirakları ilə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı əvvəlcə Nəsimi rayonu, A.Qurbanov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin üzərində quraşdırılmış videomüşahidə kameralarından görüntülərə baxış keçirilmiş, müəyyən edilmişdir ki, 18.08.2021-ci il tarixdə 15.11.07 saniyədə 1 nəfər kişi cinsli şəxs A.Qurbanov küçəsi ilə yolu keçib Məşədi Dadaş məscidi istiqamətinə gedir. Onun arxası ilə saat 15.11.21 saniyədə eyni istiqamətdə digər kişi cinsli şəxs yolu keçib Məşədi Dadaş məscidinin binasının qarşısında dayanır. Saat 15.11.40 saniyədə A.Qurbanov küçəsi ilə ağ qısaqol köynəkli kişi cinsli şəxs məscid tərəfə keçməmiş yolun kənarında dayanır. Bundan sonra ondan əvvəl yolu keçən şəxs onun yanına gəlir. Bundan sonra ağ paltarlı şəxs məscid tərəfə gedir saat 15.16.39 saniyədə Zərərçəkmiş şəxs olması ehtimal olunan şəxs A.Qurbanov küçəsi ilə məscid tərəfdən əks istiqamətə yolu keçib İ.Əbilov küçəsi 108-in kəsişməsindəki yola qayıdarkən ağ köynəkli şəxs saat 15.16.57-də ona yaxınlaşıb əlindəki alətlə (bıçaq olması ehtimal edilən) ona bir dəfə vurur. Sonra arxadan gələn qara paltarlı şəxs vuran şəxsi qolundan tutub onu geriyə çəkir. Sonra ikisi birlikdə A.Qurbanov küçəsi istiqamətilə gedirlər. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən videomüşahidə kameralarından görüntülər müvafiq qaydada götürülərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 19-25). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü şəkildə istintaqa təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs ürək nahiyəsindən vurduğu 1 ədəd qara rəngli cib bıçağına baxış keçirilərək götürülmüş, müəyyən edilmişdir ki, bıçaq-qatlanan tiplidir, tiyə və dəstəkdən ibarətdir, işlək vəziyyətdə ümumi uzunluğu 175 mm-dir. Bıçağın tiyəsi qara rəngli metal materialdan hazırlanmışdır. Tiyəsinin uzunluğu 73mm, eni 22 mm, ortası 18 mm, ucunda isə 1 mm-dir. Bıçağın dəstəyi qara rəngli metal korpusdandır, üzərində keçmə dəmir var. Dəstəyin bütün səthi qara rəngli boya ilə boyalanmışdır, uzunluğu 102 mm, eni 18 mm-dən 25 mm-ə qədər, qalınlığı 11 mm-dir. Bıçağın üzərində heç bir ləkə izləri aşkar edilmədi (cild 1, iş vərəqə 76- 77). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etmiş, 13 avqust 2021-ci il tarixdə təxminən saat 15 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Məşədi Dadaş” məscidinin yaxınlığında Zərərçəkmiş şəxs görüb sonuncuya yaxınlaşdığını, ondan ya verdiyi pulu geri qaytarmağını, ya da narkotik vasitəni verməsini tələb etdiyini, Dadaş ona verdiyi pulu qaytaracağını söyləsə də, sonradan üzərində pul olmadığını və geri qaytarmayacağını dediyini və yanından uzaqlaşmağa başladığını, həmin gün saat 15:16-da Nəsimi rayonu, A.Qurbanov küçəsi ilə və İ.Əbilov küçəsinin kəsişməsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısına gəldiyini və Zərərçəkmiş şəxs bıçaqla ürək nahiyəsindən vurduğu yeri əyani şəkildə göstərmiş, ifadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 94-99). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin içərisində olan görüntü Məşədi Dadaş məscidinin giriş qapılarım çəkir və 01:46 saniyyəlik görüntü görünür. Həmin görüntüdə 13.08.2021-ci il tarix saat 15:11-15:17 vaxt aralığı qeyd olunmuşdur. 15:1 l:08-də boz rəngli şalvar və qısaqol köynək geyinmiş şəxs A.Qurbanov küçəsində yolu keçib Məşədi Dadaş məscidi istiqamətinə gedir. Onun arxası ilə qara rəngli şalvar və köynək geyinən şəxs də Məşəsi Dadaş məscidinin yanında dayanır. 15:11:40-da isə ağ rəngli köynək geyinən şəxs həmin küçə ilə gəlmiş məscid tərəfə keçəmiş yolun kənarında dayanır. Bundan sonra ondan əvvəl yolu keçən qara rəngli köynək geyinən şəxs onun yanına gəlir. Bundan sonra ağ köynək geyinən şəxs məscid tərəfə gedir. Saat 15:16:41-də boz şalvar geyinən şəxs İ.Əbilov küçəsi istiqamətə yəni Məşəsi Dadaş məscidinin qarşısına gəlir. Həmin zaman ağ köynək geyinən şəxs əlindəki alətlə( bıçaq olunması etimal edilən) həmin şəxə yaxınlaşan kimi onun sol ürək nahiyəsi istiqamətindən bir dəfə vurur. Sonradan qara köynək geyinən şəxs onun arxası ilə gələrək qolundan tutub geri çəkir. Ondan sonra onlar A.Qurbanov küçəsi ilə istiqamətinə gedirlər. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə 15:16:43-də birinci gələn boz rəngli şalvarda olan şəxsin Zərərçəkmiş şəxs, onun arxası ilə ağ rəngli köynəkdə gələn şəxsin Özü olduğunu, onun arxası ilə qara rəngli köynəkdə gələn şəxsin isə Şahid3 olduğunu bildirdi. O, əlindəkinin bıçaq olduğunu və Zərərçəkmiş şəxs həmin bıçaqla 1 dəfə vurduğunu qeyd etdi (cild 1, iş vərəqə 117-120). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 16 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus boz rəngli şalvar, hadisə yerinə baxış zamanı götürülmüş video müşahidə kameralarının görüntülərini özündə əks etdirən 1 ədəd disk, Təqsirləndirilən şəxs könüllü istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş ağ rəngli üç düymə köynək, göy rəngli cins şalvar, 1 ədəd qara rəngli cib bıçağı, 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd məlumat kitabçası, mobil telefon məlumatlarının köçürüldüyü 1 ədəd kompakt disk maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 165-166). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 oktyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarı ilə cəzasının qalan hissəsini çəkməkdən azad edilmişdir (cild 1, iş vərəqə 215-216 və 225-232). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər təsnifatına aiddir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-cü maddəsinin tələbinə görə “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən xüsusilə ağır cinayət törətməsi cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinin tələbinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən xüsusilə ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin dörddə üçündən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 61). Cinayət işinin materiallarında olan Nəsimi rayon məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 avqust 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 126-130). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusilə təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4 və 56.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının bir hissəsini həbsxanada çəkməli, onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi olduğundan cəzasının qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Nəsimi rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus boz rəngli şalvar, Təqsirləndirilən şəxs könüllü istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş ağ rəngli üçdüymə köynək, göy rəngli cins şalvar, 1 ədəd qara rəngli cib bıçağı, 1 ədəd məlumat kitabçası məhv edilməli; -1 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməli; -hadisə yerinə baxış zamanı götürülmüş videomüşahidə kameralarının görüntülərini özündə əks etdirən 1 ədəd disk və mobil telefon məlumatlarının köçürüldüyü 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: -Nəsimi rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus boz rəngli şalvar, Təqsirləndirilən şəxs könüllü istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş ağ rəngli üçdüymə köynək, göy rəngli cins şalvar, 1 ədəd qara rəngli cib bıçağı, 1 ədəd məlumat kitabçası məhv edilsin; -1 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin; -hadisə yerinə baxış zamanı götürülmüş videomüşahidə kameralarının görüntülərini özündə əks etdirən 1 ədəd disk və mobil telefon məlumatlarının köçürüldüyü 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1944/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1944/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver