Məhkəmə qərarları › İş №1(101)-1945/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1945/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1945/2024 05.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, ev 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham olunmuşdur ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, ittihama əsasən Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən ümumilikdə 5 ədəd bükümdə təmiz çəkisi 10,329 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlamaqla üzərində daşımış, 20 fevral 2024-cü il tarixdə, saat 12:10-da ünvan 1 ünvanda piyada hərəkət edən zaman Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən 7-ci polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 14:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,552 qram, 2,010 qram, 2,403 qram, 2,451 qram və 1,913 qram olmaqla, ümumi təmiz çəkisi 10,329 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, mebel ustası olmuş, ailəlidir, 5,7 və 10 yaşlarında uşaqları vardır. xx.xx.2024-cü il tarixində saat 12:10 radələrində yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, ev 4-dən çıxıb “Opel Astra” markalı avtomobilinə oturub uşaqlarını oxuduğu 292 saylı tam orta məktəbdən dərsdən götürmək üçün getmək istəyən zaman onu 4 nəfər mülki geyimdə olanşəxslər saxlamış, özlərini polis əməkdaşı kimi təqdim edərək polisə ondan şikayət gəldiyini bildirib onu idarəyə aparmışlar. Orada onu rəisin otağına aparmışlar. Rəis ona bildirmişdir ki, o, dini fəaliyyətlə məşğul olduğu üçün məsuliyyətə cəlb olunacaqdır. Bundan sonra onu təhqiqatçının otağına aparmışlar, sonuncu ona 5 ədəd bükümdə metamfetamini verərək cibinə qoymasını, üzərinə baxış zamanı təqdim etməsini tələb etmişdir. Əks halda onlar evinə gedərək daha çox çəkidə narkotik tapacaqlarını bildirmişlər. Bundan sonra razılaşaraq təhqiqatçının dediyi kimi etmişdir. Onda heç bir narkotik vasitə olmamış, o, narkoman deyil və narkotikdən istifadə etmir. Sadəcə olaraq polislərin psixologi təzyiqlərindən qorxaraq onların dedikləri ilə razılaşmışdır. Sanksiyaya aparılan zaman hakimə üzərindən aşkar olunan metamfetaminin ona məxsus olmadığını və saxlanılan zaman onun üzərində heç nə olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PBnin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ona etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra küçəsi, ev 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələri gəzdirir. Rəhbərliyə məruzə etdikdən sonra tədbirin keçirilməsinə dair qərar qəbul etmiş və əmrə əsasən özünün və həmkarı Şahid2 da daxil olmaqla əməliyyat qrupu yaradılmış, elə həmin tarixdə saat 12 radələrində onlar tərəfindən Təqsirləndirilən şəxs rayonun M.Rəsulzadə qəsəbəsində saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı polis baş leytenantı Rəhim Yusubova təhvil vermişlər. Sonra baş təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində hər hansı bir qeyriqanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf rəngli şəffaf sellofana bükülmüş bükülüləri və əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Redmi 7” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ümumilikdə 05 ədəd bükümlərin içərisində psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmiş, həmin psixotrop maddə olan “metamfetamin”i tutulmamışdan təxminən 01 ay əvvəl Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən ümumilikdə 50 manata əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı istər saxlanılan, istərsə də bölməyə gətirilən zaman heç bir zor, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs dini əqidəsi ilə əlaqədar deyil, məhz psixotrop maddənin əldə edib daşıması ilə bağlı saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PBnin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra küçəsi, ev 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələri gəzdirir. Tədbirlə əlaqədar yaradılmış əməliyyat qrupuna o da daxil edilmiş, elə həmin tarixdə saat 12 radələrində o və həmkarı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs rayonun M.Rəsulzadə qəsəbəsində saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı polis baş leytenantı Rəhim Yusubova təhvil vermişlər. Sonra baş təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində hər hansı bir qeyriqanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf rəngli şəffaf sellofana bükülmüş bükülüləri və əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Redmi 7” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ümumilikdə 05 ədəd bükümlərin içərisində psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmiş, həmin psixotrop maddə olan “metamfetamin”i tutulmamışdan təxminən 01 ay əvvəl Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən ümumilikdə 50 manata əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı istər saxlanılan, istərsə də bölməyə gətirilən zaman heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı verdiyi ifadəsi ona elan edildi. Həmin ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs dini əqidəsi ilə əlaqədar deyil, məhz psixotrop maddənin əldə edib daşıması ilə bağlı saxlamışlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham öz təsdiqini tapmamışdır, bununla belə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi müəyyən edilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış və Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə ünvan 1 ünvanın qarşısında saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü və əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibində olan 01 ədəd “Redmi 7” markalı mobil telefonu təqdim etmiş və həmin bükümlərin içərisindən psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı həmin psixotrop maddə olan “metamfetamin”i təxminən 1 ay bundan əvvəl Nəsimi rayonunda yerləşən “Papanin” adlanan yerdə tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi eksipertizasının xx.xx.2024-cü il tarixli, 6/1018 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-176” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 5 ədəd bükümdə 1,552 qram, 2,010 qram, 2,403 qram, 2,451 qram və 1,913 qram olmaqla, ümumi təmiz çəkisi 10,329 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2024-cü il tarixli, 561 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dırk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dırk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji tibbi yoxlamanın xx.xx.2024cü il tarixli, 2206 nömrəli rəyindən müyyən olunur ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Cəfərov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” 22 aprel 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus «Redmi 7» markalı mobil telefon aparatı açıldıqda, içərisindən iş üçün sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil operatordan götürülmüş məlumata baxış keçirilməsi haqqında” 11 may 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-nin daxil olmuş bir ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “X5” adlı şəxsə məxsus olması müəyyən edilmiş, mobil telefon nömrəsinin anten dairələrinin yerləşdiyi ərazilərdə olması və həmin telefon nömrəsi ilə əlaqə saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, hazırkı cinayət işindən psixotrop maddənin əldə etmə mənbəni müəyyən etmək məqsədi ilə ********* saylı cinayət ayrılmşdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarından müəyyən olunur ki, ibtidai istintaq orqanının “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 10,229 qram çəkidə psixotrop maddə metamfetamin və «Redmi 7» markalı mobil telefon Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd CD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvələr məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2014, 2016 və 2018-ci il təvəllüdlü üç azyaşlı uşaqları vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Binəqədi RPİ-nin 7-ci PB-nin rəisinin adına ünvanlanmış raportda da Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə məlumat daxil olması göstərilmiş, satışı ilə məşğul olması qeyd edilməmişdir. Məhkəmə və istintaq dövründə araşdırılmış sübutlarla da şəxsin narkotik vasitənin satıışı ilə məşğul olması təsdiqini tapmamışdır. Bununla yanaşı təqsirdləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi də öz təsdiqini tapmamış, belə ki, onun ibtidai araşdırma orqanına verdiyi izahat və ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddəni tutulduqdan təxminən bir ay əvvəl Nəsimi rayonunda yerləşən “Papanin” adlanan yerdə tanımadığı şəxsdən öz isğtifadəsi üçün 50 manata almış, Təqsirləndirilən şəxsun verdiyi bu ifadəsi heç bir sübutla təkzib olunmamışdır. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizası rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış psixotrop maddənin-maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti araşdırmalar idarənin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi RPİ-nin əməkdaşları tərfindən Təqsirləndirilən şəxs qarşı qanusuz hərəkət və davranışlara yol verilməsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 20 fevral 2024-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi rayon polis idarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,229 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin matariallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bakı şəhəri Binəqədi rayon polis idarəsinin saxlanc yerinə təhvil verilmiş,Təqsirləndirilən şəxs məxsus «Redmi 7» markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 10,229 qram narkotik vasitə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Redmi 7» markalı mobil telefon aparatı yaxın qohumlarına qaytarılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar