Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1946/2023 04.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12 sentyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Səbail Rayon Məhkəməsinin 09 aprel 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 07 iyun 2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 30, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamış və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, 03 mart 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,242 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 17:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ağ Saray” dairəsinin yaxınlığında Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 65 saylı ünvanda yerləşən 6-cı PB-nə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 0,242 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 05 aprel 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində şəxsiyyəti naməlum “Aynur” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 14,485 qram çəkidə narkotik vasitə qurudulmuş marixunana və külli miqdarda 2,032 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 20:00-da Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “VİP” çay evinin qarşısında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Binəqədi Rayon Polis idarəsinin 6-cı Polis Bölməsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 14,485 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 2,032 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən, yəni, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin marixuana növündən istifadə edir. Onun üzərində narkotik vasitə heroin olmamışdır. O, 3 dəfə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmışdır. Birinci dəfə 13 fevral 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 30 saylı bina evinin qarşısında piyada hərəkətdə olan zaman mülki geyimdə olan tanımadığı şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib onu Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar, polis bölməsində hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zaman cibində olan marixuananı təqdim etmişdir. Lakin, polis əməkdaşları həmin bükümdəki marixuananı heroinlə dəyişdirmişlər. Lakin, əməlində cinayət tərkibi olmadığından və qarnında yarıq izləri olduğundan o azadlığa buraxılmışdır. 2-ci dəfə 03 mart 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ağ saray” dairəsinin yaxınlığında piyada hərəkətdə olan zaman olan polis əməkdaşları onu Binəqədi RPİ-nin 6-cı PB-nə apamışlar, polis bölməsində hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zaman cibində olan mariuxananı təqdim etmişdir. Lakin polis əməkdaşları yenə həmin bükümdəki marixuananı heroinlə dəyişdirmişlər. Lakin əməlində cinayət tərkibi olmadığından və qarnında yarıq izləri olduğundan o azadlığa buraxılmışdır. 3-cü dəfə 05 aprel 2023-cü il tarixdə saat 20 radələrində Aynur adlı şəxsin evində olarkən bir nəfər polis əməkdaşı qapını itələməyə çalışmışdır. O, qapını kilidləyib pəncərədən baxdıqda 20 nəfərə yaxın polis əməkdaşını görmüşdür. O, bir qədər düşünüb qapını açmışdır. Polis əməkdaşları tərəfindən evin pəncərəsi də sındırılmışdır. Polis əməkdaşları onun qolunu qandallamışlar. Polis əməkdaşları Mamed adlı şəxsin üzərindəki heroin və marixuananı götürüb onun üstünə qoymuşlar. Polis əməkdaşları evdə olan Mamed adlı şəxsi tutmamışlar. O, protokollara imza çəkərkən elə bilirmiş ki, o, AR CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittihama imza çəkmiş, lakin, sonradan bilmişdir ki, ona AR CM-nin 234.1, 234.1-1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 05 aprel 2023-cü il tarixdə Mamed adlı şəxs Aynurun evinə gələndə onun üzərində marixuana və heroin var imiş. Lakin o Mamedin üzərində narkotik vasitə olmasından xəbərsiz imiş. Mamed evə girəndən sonra polis əməkdaşları evə girməyə çalışmışdır. Mamed adlı şəxsi polis əməkdaşları tərəfindən tutulmamış və azadlığa buraxılmışdır. Elan olunmuş cinayət işinin 37-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları onu aldadaraq AR CM-nin 234.1-ci maddəsi ilə ona ittiham irəli sürüləcəyini dediyindən, o, protokola imza çəkmişdir. O, protokolu təsdiq etmir. Elan olunmuş cinayət işinin 173-175-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları onu aldadaraq AR CM-nin 234.1-ci maddəsi ilə ona ittiham irəli sürüləcəyini dediyindən, o, protokola imza çəkmişdir. O, protokolu təsdiq etmir. Elan olunmuş cinayət işinin 179-181-ci vərəqəərində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları onu aldadaraq AR CM-nin 234.1-ci maddəsi ilə ona ittiham irəli sürüləcəyini dediyindən, o, protokola imza çəkmişdir. O, protokolu təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu izahatı və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, izahatın sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 53-54, 74-77, 135-136, 143-145, 191-192, 209-210. 230- 231, 295-296, 329-331-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... 13 fevral 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 30 saylı bina evinin qarşısında piyada hərəkətdə olan zaman mülki geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmışdır. ...Daha sonra isə xidməti otaqda ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyriqanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm və həmin cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung Galaxy A6” markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd “LD” markalı tütün məmulatı, həmin cins şalvarın arxa cibindən 9 ədəd 1 manatlıq pul əskinaslarını çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan üzərindən aşkar olunmuş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin narkotik maddəni 12.02.202-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi şosesində tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa o, 03 mart 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ağ saray” dairəsinin yaxınlığında piyada hərəkətdə olan zaman olan polis əməkdaşları ona yaxınlaşaraq ona bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və xidməti otaqların birində hüquq və vəzifələri izah olunduqdan və nədə şübhələnildiyi barədə ona məlumat verildikdən sonra hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Daha sonra isə xidməti otaqda ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın qabaq sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, o, 05 aprel 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “VİP” çay evinin qarşısında piyada hərəkətdə olan zaman mülki geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və xidməti otaqların birində hüquq və vəzifələri izah olunduqdan və nədə şübhələnildiyi barədə ona məlumat verildikdən sonra hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Daha sonra isə xidməti otaqda ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığım bildirmişdir. Ondan üzərindən aşkar olunmuş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdəki qəhvəyi rəngli maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin narkotik vasitə olan “heroin”, şəffaf rəngli sellofana bükülmüş bükümdəki maddənin isə narkotik vasitə olan “qurudulmuş marixuana” olduğunu bildirmiş və o, həmin narkotik maddələri xx.xx.2023-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Aynur” adlı şəxsdən ümumilikdə 110 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları onu aldadaraq AR CM-nin 234.1-ci maddəsi ilə ona ittiham irəli sürüləcəyini dediyindən, o, protokola imza çəkmişdir. O, protokolu təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Elqan oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 03 mart 2023-cü il tarixdə saat 17:00 radələrində polis serjantı X2 ilə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibat ərazisində avtopatrulda xidmət aparan zaman, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ağ Saray” dairəsinin yaxınlığında bir nəfər şəxsin hərəkətdə olduğunu görmüşlər. Şəxs onları görüb istiqamətini dəyişmək istəmişdir. Şəxsin bu hərəkəti şübhə doğurduğundan şəxsə yaxınlaşıb şəxsiyyətini müəyyənləşdirməyə çalışmışlar. Şəxs verdikləri suallardan da yayınmağa çalışmışdır. Onlar portal vasitəsilə şəxsi yoxladıqda şəxsiyyət vəsiqəsi çıxmadığından, şəxsiyyətini təsdiq edən sənədi şəxsdən tələb etdikdə onun üzərində sənəd olmadığından onlar şəxsi ərazi üzrə Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxslə Polis Bölməsində hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı əynindəki cins şalvarının cibindən 01 ədəd bükümü və 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sellofana bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs onlardan yayınmağa çalışmışdır. Məhkəmə iclasında şahdi qismində dindirilmiş X2 eyni məzmunlu ifadə verərək Şahid6 Elqan oğlunun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 aprel 2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 05 aprel 2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “VİP” çay evinin qarşısında olarkən «Əliheydər» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək onu 6-cı Polis Bölməsinə aparmışlar. Polis Bölməsində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, o, həmin maddələrin narkotik vasitə olan “heroin" və narkotik vasitə olan “qurudulmuş marixuana” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri xx.xx.2023-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Aynur” adlı şəxsdən ümumilikdə 110 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs “VİP” çay evinin qarşısında olarkən ona yaxınlaşmışlar, onlar yaxınlaşarkən tək imiş. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı könüllü şəkildə müdafiəçidən imtina etmişdir. Təqsirləndirilən şəxs küçədə dayanarkən saxlamışlar. Mamed adlı şəxsi tanımır. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı fiziki təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 98-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri Vüsal Əlquluyev və Şahid5 03 mart 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb yaxınlaşan zaman, həmin şəxs yayınmağa cəhd etdiyindən, onun narkotik vasitə istifadəçisi olmasından şübhələnərək Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər, PBdə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 123-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın qabaq sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan heroini 20 manata Binəqədi rayonu ərazisindən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş büküm və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Məhkəmə prosesində 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilərək, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməsi təklif edilir, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın qabaq sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan heroini 20 manata Binəqədi rayonu ərazisindən şəxsi istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş büküm və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 130-133-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 04 mart 2023-cü il tarixli, 6/1310 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-170” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut, şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,242 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 05 aprel 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 05 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 aprel 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Təqdim edilmiş bükümlərdən birinin içərisində narkotik vasitə heroinə bənzər maddə, digərində isə narkotik vasitə olan “qurudulmuş marixuana”ya bənzər maddə olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs heroini 30 manata, marixuananı 80 manata Biləcəri qəsəbəsində yaşayan Aynur adlı şəxsdən istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə prosesində 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməsi təklif edilir, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edir. Təqdim edilmiş bükümlərdən birinin içərisində narkotik vasitə heroinə bənzər maddə, digərində isə narkotik vasitə olan “qurudulmuş marixuana”ya bənzər maddə olması aşkar edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs heroini 30 manata, marixuananı 80 manata Biləcəri qəsəbəsində yaşayan Aynur adlı şəxsdən istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülür. Cinayət işinin 41-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 06 aprel 2023-cü il tarixli, 6/1990 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-175” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 2,032 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələlər»- in İ siyahısına daxildir. Cinayət işinin 48-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizanın 06 aprel 2023-cü il tarixli, 7/484 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində -Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi - 14,485 qram olan bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin 283-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 iyul 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd “Samsung” markalı və 01 ədəd “Samsung Galaxy A6” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 284-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş 23 iyul 2023-cü il tarixli, 060- 405-1223 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 312-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulovun 26 iyul 2023-cü il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə ittiham elan edərkən yuxarıda qeyd olunan iki epizod üzrə iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş 13 fevral 2023cü il tarixdə saxlanılan zaman sonuncunun üzərindən 0,466 qram narkotik vasitə heroin aşkar edilməsi epizodu çıxarılmalıdır. Belə ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi şosesində naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,466 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 22:20-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 30 saylı evinin qarşısında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 65 saylı ünvanda yerləşən 6-cı PB-nə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş halda təmiz çəkisi 0,466 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin epizodla əlaqədar məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 30 saylı bina evinin qarşısında piyada hərəkətdə olan zaman mülki geyimdə olan tanımadığı şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib onu Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar, polis bölməsində hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zaman cibində olan marixuananı təqdim etmişdir. Lakin, polis əməkdaşları həmin bükümdəki marixuananı heroinlə dəyişdirmişlər, yəni həmin tarixdə onun üzərində narkotik vasitə heroin olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı rütbəsində işləyir. Binəqədi RPİ-nin 6-cı PB-nə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. 13 fevral 2023-cü il tarixində o və Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis mayoru Şahid4 Feruz oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. 13 fevral 2023-cü il tarixində saat 22:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 30 saylı bina evinin qarşısında olarkən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb, özlərini təqdim etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək onu saxlayıb 6cı Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümdə nə olduğu soruşulduqda həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu, həmin narkotik maddəni 12 fevral 2023-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi şosesində tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 Feruz oğlunun ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək, Şahid3 dediklərini təsdiq etmişdir. Cinayət işinin 151-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 13 fevral 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 152-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 13 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 176-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 179-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 fevral 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm, şalvarın sol cibindən 01 ədəd Samsung Galaxy A6 markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd tütün məmulatı və 09 ədəd 1 manatlıq pul əsginaslarını təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə kokos olduğunu, həmin narkotik maddəni Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 187-189-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 14 fevral 2023-cü il tarixli, 6/890 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,466 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Lakin, məhkəmə istintaqında sübutların araşdırılması zamanı, cinayət işi materiallarına əlavə edilmiş və üzərində Təqsirləndirilən şəxs üzərinə 13 fevral 2023cü il tarixdə keçirilmiş şəxsi axtarışın əks etdirildiyi CD disk olması göstərilən, 01 ədəd CD diskə baxış keçirilən zaman, video başlayarkən, şəxsi axtarışı həyata keçirən təhqiqatçının özünü Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Yaqublu Ümid kimi, barəsində şəxsi axtarış aparılması nəzərdə tutulan şübhəli şəxsin isə X1 təqdim etməsi, həmçinin, şübhəli şəxsin özünü təqdim edərkən ad soyadının X5 olduğunu bildirməsi, həmin şəxsi axtarış və götürmənin isə 15 iyun 2023-cü il tarixdə rəsmiləşdirilməsi müəyyən edilmişdir. Həmçinin, həmin CD diskə baxış keçirilən zaman, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxsin hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xarici görkəm cəhətdən də oxşarlığının olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 245.3-cü maddəsinə görə, müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs üzərinə 13 fevral 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı hal şahidləri iştirak etməmiş, təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin videoçəkiliş qeydə alınmaqla aparılması göstərilsə də, cinayət işi materiallarına bununla bağlı hər hansı videogörüntünü özündə əks etdirən daşıyıcı əlavə edilməmişdir. Təqsirləndirilən şəxs özü bildirir ki, həmin tarixdə onun üzərində narkotik vasitə heroin olmamışdır. İbtidai istintaq orqanı həmin epizodla bağlı hər hansı digər sübut növü də əldə etməmişdir. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Yesoers Belçikaya qarşı (27DR61) məhkəmə işində Komissiya qərara alır ki, 6cı məddənin 3b bəndi ilə birlikdə götürülmüş tərəflərin bərabərliyi prinsipi məhkəmə, prokurorluq və istintaq orqanlarının üzərinə belə bir vəzifə qoyur ki, onların ixtiyarında olan və ya onlar üçün əlçatan olan, təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmasına və ya ittiham hökmünün yumşaldılmasına kömək edə bilən istənilən material əldə edilsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, subutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibdtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxmaq hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə 13 fevral 2023-cü il tarixdə saxlanılan zaman sonuncunun üzərindən 0,466 qram narkotik vasitə heroin aşkar edilməsi epizodu çıxarılmalıdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin marixuana növündən istifadə edir, 05 aprel 2023-cü il tarixində saxlanılan zaman isə ümumiyyətlə onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları onu aldadaraq AR CM-nin 234.1-ci maddəsi ilə ona ittiham irəli sürüləcəyini dediyindən, o, protokollara imza çəkmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə təhqiqat və istintaq orqanına verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən narkotik vasitə olan “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, “qurudulmuş marixuana”nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 255-257-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 181.2.1, 181.2.2, 181.2.5ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12 sentyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; cinayət işinin 258-264-cü vərəqələrində olan Səbail Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 07 iyun 2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 15 aprel 2023-cü il tarixli, 4807 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 245-246-cı vərəqələrində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin Ambulator X4 məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-cü il tarixli, 1305 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 22-ci vərəqəsində olan 05 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 83-88-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 4(001)-348/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan təsbiri seçilmişdir. Bundan başqa, cinayət işinin 169-cu vərəqəsində olan 13 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 213-214-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun 15 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina edilmişdir. Cinayət işinin 215-ci vərəqəsində olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X8 15 fevral 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərarından görünür ki, Mehdiyev X3 RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 217-218-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X8 15 fevral 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 113-cü vərəqəsində olan 03 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 234-235-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun 05 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina edilmiş və Mehdiyev X3 RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 236-cı vərəqəsində olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulovun 05 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün, 03 mart 2023-cü il tarixdən 05 mart 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,146 qram narkotik vasitə heroin, 14,435 qram narkotik vasitə qurudulmuş marixuana, 0,192 qram və 1,982 qram narkotik vasitə heroin məhv edilməli, 03 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 347 (üç yüz qırx yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün, 03 mart 2023-cü il tarixdən 05 mart 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə 13 fevral 2023-cü il tarixdə saxlanılan zaman sonuncunun üzərindən 0,466 qram narkotik vasitə heroin aşkar edilməsi epizodu çıxarılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,146 qram narkotik vasitə heroin, 14,435 qram narkotik vasitə qurudulmuş marixuana, 0,192 qram və 1,982 qram narkotik vasitə heroin məhv edilsin. 03 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 347 (üç yüz qırx yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1946/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1946/2023
04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver