Məhkəmə qərarları › İş №1(101)-195/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-195/2020

07.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-195/2020 07.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi x2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarənin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxx 1991-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonu, Alpan kəndində pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, aşkar surətdə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsə qarşı zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 20 iyul 2019-cu il tarixdə saat 21:00 radələrində spirtli içki qəbul etməsi nəticəsində alkoqol sərxoşluğu vəziyyətində həmkəndlisi Şahid2lə birlikdə yaşadığı Quba rayonu Alpan kəndində Şahid3 məxsus dükandan qayıdarkən küçədə yetkinlik yaşına çatmadığı aşkar surətdə ona bəlli olan həmkəndlisi, xx xxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə rastlaşmış, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlmiş və həmin niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxslə təklikdə qalmaq üçün Şahid2 yola salıb ayrıldıqdan sonra Zərərçəkmiş şəxs meyvə şirəsi alacağını vəd edib aldadaraq onunla birlikdə kəndin yuxarı hissəsinə getməsini təklif edib özlərinə məxsus bağ sahəsinə aparmış, orada cinsiyyət orqanını ağzına daxil etməsini Zərərçəkmiş şəxs tələb edərkən sonuncunun kəskin etirazını gördükdə sillə ilə üz nahiyyəsindən vuraraq onu yerə yıxıb zor tətbiq etməklə və müqavimət göstərəcəyi halda onu öldürəcəyi ilə hədələyib zor tətbiq etmə hədəsi ilə şalvarını və alt paltarını soyundurub üzü üstə uzandırmış, sonra öz cinsi orqanını çıxarıb onun arxa keçəcək nahiyəsinə sürtüb hərəkət etdirməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü yəni 20 iyul 2019-cu ildə kənddə keçirilən toy mərasimi onun iş yerinin qonşuluğunda olduğu üçün o, həmin gün işləməmişdir. Xalası oğlu ona şalvar göndərmiş, o, həmin şalvarı toya geyinmək üçün aparıb yığdırmış, kəndə gələn zaman kafeyə girib, orada Röyalla birlikdə içki qəbul etmiş və kafedən çıxıb Röyala gedib pivə almağı təklif etmişdir. Pivə alıb qayıdanda həmkəndlisi Sahib qabağına çıxmışdır. Sahibin kasıb uşaq olduğunu bildiyinə görə ona çöplü sok alıb vermişdir. O, Sahiblə birlikdə toy olan yerə tərəf gəlmiş, təxminən 200 metrlik məsafə keçmiş və Röyal onlardan ayrılmışdır. O, əlini Sahibin çiyninə qoyaraq, ona “kasıb uşaqsan, ananı incitmə” deyərək məsləhət vermiş, həmin vaxt o, içkili olduğundan Sahib ayağını atıb badalaq verərək onu yerə yıxmış və o, Sahibin üstünə yıxılmışdır. O, yıxılarkən əlini atanda Sahibin əynindəki köynəyi cırılmışdır. O, içkili olduğundan, Sahib ondan qaçmaq istəmiş, köynəyi cırıldıqda isə ağlamağa və qışqırmağa başlamışdır. O, Sahibə söyüş söymüş və oradan toyxanaya camaatın yanına gəlmişdir. O, toya pul nəməri yazdırmış və orada oturub yeyib-içmişdir. Bundan sonra kənddə yaşayan Samir adlı polis əməkdaşı onu yolda görüb öz maşınına əyləşdirmiş və belə bir hadisə törətməsini bildirmişdir. O, Samir müəllimə Sahibə qarşı heç nə etmədiyini demiş, Samir isə ona belə bir hadisənin olduğunu və Sahib onu tanısa həmin hadisəni onun törətdiyinin sübüt olunacağını demişdir. O, da Samirə hadisənin necə baş verdiyini danışmış və Sahibin onsuz da onu tanıyaraq, onu göstərəcəyini demişdir. Həmin vaxt qabağına Sahibin anası Zöhrə çıxmış və Zöhrə ona belə şeylər etdiyini və Sahibin başına pislik gətirmək istədiyini demişdir. O, isə ona belə hadisənin olmadığını demişdir. İçkili olduğundan Samir ona evə getməyini və bu hadisəni səhər aydınlaşdırmağı demişdir. Səhər oyanaraq saat 09:00 kimi gözləmiş və səs çıxmadığından həmin toyxananın yaxınlığında yerləşən işlədiyi yerə getmişdir. İşlədiyi zaman Samirdən onun telefonuna iki dəfə zəng gəlmiş, lakin zirzəmidə olduğundan və telefon çöldə olduğundan gələn zəngləri eşitməmişdir. Təxminən saat 13:30 radələrində nahar etmək üçün çıxmış və evə getdiyi vaxt yolda sahə müvəkkili qabağına çıxmış və onu maşına oturdub onlarla getməli olduğunu bildirmişdir. O, da onlarla razılaşmış və yolda Samirə ona hadisənin necə olduğunu danışmış, Sahibin anasının danışdığı kimi olmadığını bildirmişdir. Sahə müvəkkili isə ona belə formada şikayət verildiyini demişdir. Şöbəyə gələn zaman polislər onu 3-cü mərtəbəyə sahə müvəkkilinin otağına aparmışlar. O, polislərə Sahibin köynəyini cırdığını və onu vurduğunu demiş, polislər isə onu soyundurub, orada döyməyə başlamışlar. Sonra “rəis gələr görər, düşürdək bunu podvala” deyib onu zirzəmiyə düşürmüşlər. Zirzəmidə olanda ora gələn bütün polislər onu vurmuşlar. Onu müstəntiq Şahid6 və digər polis əməkdaşları döymüşlər. O, iyul ayının 22si tutulmuş, həmin ayın 24-də isə anası yanına gəlmişdir. Anası gələndə o, gəzə bilməmiş, belə ki, gecə onu bir ayağı üstə saxlamışlar. Ona oturmağa, yemək yeməyə və siqaret çəkməyə icazə verməmişlər. İyul ayının 24-ü axşam isə artıq onu saxlama yerinə salmışlar. Çəkiliş iyul ayının 26-sı olmuş və 27-si onu təcridxanaya gətirmişlər. Çəkiliş olan zaman da Sahib haranı göstərmişsə oranı da çəkmişlər, onun danışmasına belə icazə verməmişlər. Polis yalnız şikayətdə necə yazılıbsa həmin formada da ifadə yazmışdır. Müvəqqəti saxlanıldığı yerdə olanda, ona sənədlərə imza etməyi tapşırmışlar, o, qida qəbulu ilə bağlı imza etdiyini zənn edib həmin vərəqləri imzalamışdır. Müqavilə əsasında tutduğu vəkil Müdafiəçi1 ümumilikdə onun yanında olmamışdır. Polislər ona “onsuzda qol çəkmisən, get məhkəməyə belə danış, onsuzda bir şey olmayacaq” demişlər. O, təcridxanada olanda savadsızlığından şikayət etməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə qanuni nümayəndəsinin iştirkı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 iyul 2019-cu il tarixdə, saat 21:00 radələrində anası ilə birlikdə qonşusu Əşrəfin oğlu Ülfətin toy mərasiminə gəlmişdir. O, anasından kənarda toyxananın yaxınlığında dayanıb toya tamaşa etmiş, bir qədər sonra həmkəndlisi Xəzərin oğlu Amil ilə birlikdə toyxananın yaxınlığında yerləşən Xidməddinin marketinə özünə saqqız almağa getmişdir. Mağazadan özünə saqqız almış və Amil ilə birlikdə toya tərəf gələn zaman həmkəndliləri Şamo və Röyal qarşılarına çıxmış, Şamo sərxoş vəziyyətdə olmuşdur. Amil onun yanından aralanıb toyxanaya tərəf getmişdir. O, Şamo və Röyal ilə birlikdə dayanmış, Şamonun əlində "Hell" içkisi olmuşdur. Şamo əlində olan "Hell" içkisini ona tərəf uzadıb içməyini təklif etmiş, Röyal isə Şamoya irad bildirərək "uşağa niyə içirdirsən, lazım deyil" demişdir. Röyal Şamodan toyxanaya getməsini soruşmuş, Şamo “sən get, mənim Sahiblə işim var” deyərək Röyalı yola salmışdır. Bundan sonra Şamo ona mağazadan istədiyini almaq üçün 10 manat pul təklif etmiş, o, pulu almamışdır. Şamo da ona gözləməsini, ona şirə alıb gələcəyini demişdir. O, küçədə dayanıb gözləmiş və Şamo ona alma şirəsi alıb vermişdir. O, şirəni içmiş və Şamo onu toyxanaya aparmışdır. Toyxanaya çatan zaman Şamo ona yuxarı tərəfə qayıdaq demiş, o isə Şamoya getmək istəmədiyini demişdir. Şamo ona bağlar tərəfdə gözləməsini, ona şirə alacağını dedikdə Şamo ilə razılaşmış və Şamo onun əlindən tutub özü ilə toyxanananın yaxınlığında olan bağlar tərəfə gətirmişdir. Təxminən beş dəqiqədən sonra Şamoya toya getməli olduğunu, anasının toyxanada gözlədiyini demiş və ayağa qalxıb toyxanaya getmək istəyərkən, Şamo onun boğazından tutub sıxmağa başlamış, ardınca da köynəyinin yaxasından tutmuş, köynəyinin boynunun yanları cırılmışdır. O, qorxub qışqırmağa başlamış, lakin səsini eşidən olmamışdır. Şamo boğazını sıxdıqdan sonra onu buraxmış və şalvarını dizinə kimi soyunmuş, cinsi orqanını çıxarıb əlinə götürməsini, əks halda anasının başını kəsəcəyini demişdir. O, da Şamodan qorxub cinsi orqanını əlinə götürmüş və əli ilə Şamonun cinsi orqanını irəli-geri hərəkət etdirmişdir. Şamo ondan şalvarını çıxarmasını istəmiş, əks halda onun və anasının başını kəsəcəyini demişdir. O, da qorxudan şalvarını və tumanını soyunmuş, Şamo ona zorlayacağını deyərək cinsi orqanını ağzına almasını istəmişdir. O, bunu etməyəcəyini dedikdə, əvvəl səhərə kimi orada olacaqlarını demiş, sonra isə zarafat etdiyini demişdir. O, şalvarını geyinib qaçmaq istəmiş, bu zaman Şamo əli ilə onun sinəsindən tutub saxlamış, onu yerə yıxmış və başının sağ tərəfini yerdə olan daşa çırpmağa başlamışdır. O, qaçmağa çalışmış, lakin Şamo onu tutub saxlamış və üç dəfə sol üz nahiyyəsindən sillə ilə vurub onu yerə yıxmışdır. Şamo onunla cinsi əlaqədə olmasa onu və anasını öldürəcəyi ilə hədələmiş, o, da anasına nəsə olmağını istəmədiyindən yerdə olduğu zaman şalvarını və tumanını dizinə kimi soyunmuşdur. Şamo ondan üzü üstə yerdə uzanıqlı qalmasını istəmiş, o, da yerdə üzü üstə uzanmışdır. Şamo arxadan onun üstünə uzanmış və öz cinsi orqanını onun arxa nahiyyəsinə sürtməyə başlamışdır. O, qışqırmış və yerdə uzanıqlı vəziyyətdə olan zaman Şamo cinsi orqanını tüpürcəklə isladaraq onun arxa nahiyyəsindən salmağa çalışmışdır. O, yerdə hərəkət etdiyindən Şamonun cinsi orqanını onun arxa nahiyyəsinə salmasına imkan verməmiş və qışqırmışdır. Şamo əli ilə boğazından tutub onu saxlayaraq cinsi orqanını onun arxa nahiyyəsində irəli-geri sürtərək üstünə qurtarmış, sonra onu buraxmışdır. O, yerdən qalxıb tez paltarını geyinmiş və qaçaraq toyxanaya anasının yanına gəlmiş, Şamonun elədiyi hərəkət barədə anasına demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 20 iyul 2019-cu il tarixdə saat 21:00 radələrində oğlu Sahiblə birlikdə qonşusu Əşrəfin oğlu Ülfətin toy mərasiminə gəlmiş, toyxanada qadınların yanında əyləşmiş və Sahib də ondan kənarda toyxananın yaxınlığında dayanıb toya tamaşa etmişdir. O, toyxanada bir qədər əyləşdikdən sonra toyxanadan küçəyə çıxmış, toyxananın ətrafında Sahibi axtarmış, tapa bilməmişdir. Toyxananın ətrafında olan adamlardan Sahibi görmələrini soruşmuş və bu zaman Sahib toy məclisinin keçirildiyi yerin yaxınlığında bağlar tərəfdən onun yanına gəlmiş, yanına gələn zaman ağlamış, üzü qızarmış və əynində olan köynəyin boyun hissəsi çırılmışdır. O, Sahibdən nə baş verdiyini soruşmuş, Sahib isə Şamonun onu bağlar tərəfə aparaq, vurduğunu, qorxudaraq soyundurduğunu və onunla cinsi əlaqədə olmağa çalışdığını demişdir. O, da Şamonun Sahibə qarşı etdiyi hərəkət barədə polis şöbəsinə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, həmkəndliləridir. 20 iyul 2019-cu il tarixdə, saat 20:00 radələrində yaşadığı Quba rayonu, Alpan kəndində Vüqarın işlətdiyi kafeyə gəlmiş, kafedə əyləşib yemək yeyən zaman Şamo da kafeyə gəlmiş, Şamonun sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Şamoya onunla birlikdə əyləşməyini təklif etmiş, Şamo ilə birlikdə yemək yeyib araq içmişlər. Şamo araq içdikdən sonra özünə pivə də sifariş etmiş və xatırladığı qədər üç bakal pivə içmiş, tamamilə sərxoş vəziyyətdə olmuşdur. Sonra Şamo kafedən çıxmış və ardınca o da çıxmış, Şamo ona pivə alacağını təklif etmiş və birlikdə kənddə yerləşən Xidməddinin mağazasına gəlmişlər. Şamo mağazadan bir qutu "Vest" markalı siqaret, iki ədəd "Atom" markalı spirtli energetik içki və bir ədəd pivə almış, mağazadan çıxdıqdan sonra Ülfətin toy mərasimin keçirildiyi toyxanaya tərəf gələrkən Sahiblə qarşılaşmışlar. Şamo Sahiblə salamlaşmış, Sahibin kürəyindən tutub tumarlamağa başlamış və Sahibin yanaqlarından tutub əzizləyərək nə gözəl və nə qəşəng uşaq olduğunu demiş, əlində olan spirtli energetik içkini ona uzatmışdır. O, Şamonun hərəkətini görüb ona “uşaqdır, spirtli içki vermə, lazım deyil” demişdir. Sahib Şamoya onu tanıdığını, içkili olduğunu demiş, onun sərxoş vəziyyətdə üzərinə doğru gəlməsindən qorxaraq geri çəkilmişdir. Lakin, Şamo Sahibi üzündən, yanaqlarından tumarlayaraq əzizləməyə çalışmışdır. O, Şamodan toya gedib-getmədiyini soruşmuş, Şamo isə toya getmədiyini, Sahibə qonaqlıq verəcəyini, şirə alacağını demişdir. O, Şamonun yanından uzaqlaşıb Ülfətin toy məclisinə baxmağa gəlmiş və sonra Şamonu təxminən saat 23:00 radələrində Ülfətin toy məclisi keçirilən yerdə sərxoş vəziyyətdə görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Quba rayonu, Alpan kəndində yerləşən evinin qarşısında ərzaq mağazası işlədir, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs həmkəndliləridir. O, 20 iyul 2019-cu il tarixdə, saat 21:00 radələrində mağazada olan zaman Şamo və Röyal mağazaya gəlmiş, Şamo ondan nisyə alver etmiş, xatırladığı qədər mağazadan 6 manat 20 qəpiklik bir qutu siqaret, iki ədəd energetik içki və bir ədəd pivə almışdır. Şamo mağazadan alver etdikdən sonra çıxıb getmiş, bir qədər sonra yenidən mağazaya qayıtmış, şirə almış və getmişdir. Şamonun Sahibə qarşı törətdiyi hadisə barəsində sonradan eşitmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Quba rayonu, Alpan kəndində yerləşən Elşad Bayramov adına tam orta məktəbin 7-ci sinfində oxuyur, Sahib Ağazrayevi tanıyır və onunla münasibəti yaxşıdır. 20 iyul 2019-cu il tarixdə, saat 21:00 radələrində anası Hüsniyyə Qayıbova ilə birlikdə qonşusu Əşrəfin oğlu Ülfətin toy mərasiminə gəlmiş, toyxananın yaxınlığında Sahiblə qarşılaşmış və salamlaşmışdır. Bir qədər sonra Sahiblə birlikdə toyxananın yaxınlığında yerləşən Xidməddinin marketinə getmiş, mağazadan özünə günəbaxan tumu almış, Sahib də saqqız almışdır. Mağazadan qayıdan zaman Şamo və Röyal ilə qarşılaşmış, Sahib Şamo və Röyal ilə birlikdə küçədə dayanmış, o, isə salamlaşdıqdan sonra Sahibi gözləməmiş və toyxanaya gəlmişdir. Təxminən saat 23:00 radələrində anası ilə birlikdə evə qayıtmışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş x1 ifadəsində göstərmişdir ki, hadisə iyul ayının 20-də olmuş, lakin oğlu Təqsirləndirilən şəxs iyul ayın 22-də polis şöbəsinə aparmışlar. Onun yanında polis şöbəsində oğluna qarşı işgəncə və təyziqlər olmuş, belə ki, o, eşidə-eşidə oğlunu təhqir etmişlər. Şamoya işgəncə verən və onu döyən şəxslərdən biri müstəntiq olmuşdur. O, qanunları bilmədiyindən onlar barəsində şikayət etməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş x4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Həmin günü o, işdə olmuş, bu vaxt bibisi ağlaya-ağlaya zəng edərək bu hadisənin baş verdiyini demişdir. O, gecə polis şöbəsinə getmiş, özüylə yemək də götürmüş, lakin Şamonun yanına onu buraxmamışlar. Əsgər yoldaşının əmisi oğlu Xaçmazda polis işlədiyindən onun vasitəsilə içəri girmiş və Şamo ilə görüşmüşdür. Həmin vaxt Şamo döyüldüyündən onun heç gəzməyə də halı olmamışdır. Gətirdiyi yeməyi də yeməmiş, o, siqareti və gətirdiyi əşyaları qoyub getmişdir. O, oradan evə gəlmiş və səhərisi günü bibisi ilə birlikdə polis şöbəsinə getmişdir. Onlar polis şöbəsinin zirzəmisində Şamo ilə görüşüb ona yemək yeməyi təklif etdikdə Şamo yemək istəməmiş, suyu açıb içən zaman, polis işçisi nalayiq ifadə işlətməklə Şamonu içəri aparmışdır. O, içəri girən zaman Şamonu döydüklərini görmüşdür. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Müdafiəçi1 ifadəsində göstərmişdir ki, Quba rayon Vəkil Bürosunda vəkil işləyir. 23 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisi qismində müqavilə əsasında işə buraxılmışdır. 24 oktyabr 2019-cu il tarixdə müdafiəçi qismində Təqsirləndirilən şəxs qismində dindirilməsində, o cümlədən, ona yenidən ittiham elan edilməsində iştirak etmişdir. O, yalnız təqsirləndirilən şəxsin razılığı ilə hadisə yerinə baxışda iştirak etməmiş və bu barədə də əvvəlcədən ərizə ilə müraciət etmişdir. 26 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Quba rayon Polis şöbəsində cinayət işinin materialları ilə tanış olmuşlar. O, Təqsirləndirilən şəxslə Quba rayon Polis şöbəsində görüşmüş, hətta müstəntiqi otaqdan çıxarıb Şamo ilə təklikdə söhbət etmişdir. Həmin vaxt Şamo hər şeyi etiraf etmis, o, Şamodan ona təziq və ya təsir olmasını soruşmuş, Şamo isə ona qarşı heç bir təsir və təziq olmadığını bildirmişdir. Şamo ona döyülməyi barədə də heç bir söz deməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində müstəntiq vəzifəsində işləyir. İstintaq vaxtı təqsirləndirilən şəxsə heç bir formada təzyiq göstərilməmiş. İstintaq tam ədalətli formada aparılmış, daha sonra ittiham aktı ilə birlikdə iş prokurorluğa göndərilmişdir. Müdafiəçi1 vəkil orderini təqdim etdikdən sonra müqavilə əsasında istintaqda iştirak etmiş, müdafiəçinin iştirakı protokollarda qeyd olunmuşdur. İlk olaraq müdafiəçi qismində başqa vəkil iştirak etmiş, sonra Müdafiəçi1 müqavilə əsasında işə qoşulmuşdur. Cinayət işinin materialları ilə təqsirləndirilən şəxsin tanış olması zamanı onun müdafiəçisi də iştirak etmişdir. Müdafiəçi1 icraatında olan işlərlə bağlı gələ bilmədiyinə görə, öz ərizəsi əsasında yalnız hadisə yerinə baxış onun iştirakı olmadan keçirilmişdir. Təqsirləndirilən şəxs ona istintaq zamanı polis işçiləri tərəfindən döyülməsi barəsində heç nə deməmişdir. Təqsirləndirilən şəxs ilkin izahatından başlayaraq hadisəni etdiyini etiraf etmiş, hadisə baş verən yeri də təqsirləndirilən şəxs özü göstərmişdir. Təqsirləndirilən şəxs istintaq vaxtı müdafiəçisinin də iştirakı ilə dindirlən zaman həmin cinayəti törətdiyini etiraf etmiş və əməlindən səmimi peşman olduğunu bildirmişdir. İstintaq vaxtı alt paltarları və şalvar ekspertizaya göndərilmiş, həmin paltarları istintaqa təqsirləndirilən şəxs özü təqdim etmişdir. Təqsirləndirilən şəxsi heç vaxt, o cümlədən anası və dayısı oğlunun yanında döyməmişdir. Polis şöbəsində müşahidə kameraları vardır, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, belə hal olsa müşahidə kameralarına düşərdi. Hadisə yerinə çəkiliş etmək üçün gedərkən təqsirləndirilən şəxs onları oraya özü aparmış və hadisənin baş verdiyi yeri göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş materialların-məhkəmə ekspertizasının 14 avqust 2019-cu il tarixli, 19515 saylı görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən bir ədəd köynəyin səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə psixoloji ekspertizasının 13 sentaybr 2019cu il tarixli, 1764 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs intellektual-amnestik imkanları normaya uyğundur. Motivasiyasferası yetişkəndir. Şəxsi keyfiyyətlərin və emosional-iradi sferasının tədqiqi zamanı xarici qıcıqlara qarşı yüksək həssaslıq, emosional dayanıqsızlıq, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Hadisə baş verən zaman hərəkət və davranışını süurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 11 sentyabr 2019-cu il tarixli, 1739 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəliyin və kəmağıllığın əlamətləri qeyd olunmayıb. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməlin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, cinslərarası intim həyatın sosialpsixoloji məzmununu, etik-əxlaqi cəhətlərini izah etməkdə çətinlik çəkmir, qarşılaşdığı şəraitin mahiyyətini dərk edir. Cinsi əlaqədə olmanı, ola biləcək nəticələri düzgün izah edir, ona qarşı edilən hərəkətləri normalarla müqayisə edib məntiqi olaraq əlaqələndirmək, qiymətləndirmək bacarığına malikdir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uyfurmağa meyillilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o, qərarın təsviri hissəsində göstərilən hadisə zamanı ona qarşı edilən hərəkətləri qavrayaraq həmin hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 avqust 2019-cu il tarixli,1572 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş məhkəmə bioloji ekspertizasının 15 oktyabr 2019-cu il tarixli, 714/2019-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu ABO sistemi üzrə O alfa beta(1). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus trusikin daxili səthində sperma ləkəsi aşkar olundu. Bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. Bu antigen O (1) qrupunun əsasını təşkil etdiyindən göstərilən sperma ləkələri AB0 sistemi üzrə həmin qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus mayka, köynək üzərində spermatozoidlər aşkar olunmadı. Ekpertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, trusiküzərində vizual, sonra isə KD/L-33 lampasının ultrabənövşəyi şüaları altında baxış zamanı spermaya şübhəli hər hansı ləkə aşkar olunmadı. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etməyərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun cinayət törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 42-44-cü vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2019-cu il tarixdə müdafiəçi Rafiq Əskərovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, Zərərçəkmiş şəxs Xanməd oğlunu uzun müddətdir tanıyır və 18 yaşına çatmadığını bilir. 20 iyul 2019cu il tarixdə, saat 20:00 radələrində yaşadığı Alpan kəndində həmkəndlisi Vüqarın işlətdiyi kafedə oturub tək bir ədəd 700 ml spirtli içki olan araq içmiş, daha sonra özünə pivə sifariş etmiş və bu zaman Röyal kafeyə yanına gəlmiş və birlikdə əyləşmişlər. O, 3 bakal pivə içmiş, Röyal isə bir neçə stəkan araq içmişdir. Spirtli içki içdikdən sonra Röyal ilə birlikdə kafedən çıxıb Xidməddinin mağazasına gəlmişlər. Mağazadan özünə bir qutu "Vest" markalı siqaret və iki ədəd "Atom" markalı spitli energetik içki almış, mağazadan çıxdıqdan sonra Ülfətin toy mərasiminin keçirildiyi toyxanaya tərəf gəlmiş, bu zaman Sahiblə qarşılaşmış, salamlaşmışdır. Sahib onu tanıdığını, Şamo olduğunu və içkili olduğunu demiş, o, Sahibə qorxmamasını demişdir. Röyal yanlarından aralaşıb toyxanaya getmiş, o, Sahibə "gəl mənimlə gedək yuxarı tərəfə, qayıdarıq" demişdir. Sahib də ona inanmış və birlikdə bağlar tərəfə getmişlər. O, saat 21:00 radələrində Sahibi qolundan tutub özü ilə bağlar tərəfə gətirmiş, xatırladığı qədər Sahibin üz nahiyyəsindən bir dəfə sillə vurmuş və onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Ardnca Sahibi yerə yıxmış, Sahibin şalvarını və tumanını dizinə kimi çıxarmış, öz şalvarını və tumanını da dizinə kimi soyunub Sahibin arxa tərəfdən üstünə uzanmışdır. Öz cinsi orqanını Sahibin arxa nahiyyəsinə salmağa çalışmış, cinsi orqanı Sahibin arxa nahiyyəsinə girmədiyindən tüpürcəklə cinsi orqanını bir neçə dəfə Sahibin arxa nahiyyəsinə sürtmüş, lakin arxa keçəcəyinə cinsi orqanını salmamışdır. Cinsi orqanını Sahibin arxa nahiyyəsinin üzərində irəli-geri hərəkət etdirməklə onun arxa nahiyyəsinə boşalmışdır. Sahiblə cinsi əlaqədə olmağına Sahib razı olmamış, o, Sahiblə zorla arxa nahiyyəsindən cinsi əlaqədə olmağa çalışmışdır. Boşaldıqdan sonra Sahibin üstündən qalxmış və paltarlarını geyinməyə başlamışdır. Sahib də yerdən qalxıb paltarlarını geyinmiş və yanından qaçıb getmiş, o da toyxanaya toya baxmağa gəlmişdir. Cinayət işinin 191-193-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2019-cu il tarixdə müqavilə əsasında işə buraxılmış müdafiəçisi Müdafiəçi1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan məzmunlu ifadə verərək yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini etiraf etmişdir. Bundan başqa cinayət işinin 08-ci vərəqində olan izahatdan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2019-cu il tarixdə öz xətti ilə izahat yazaraq Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etdiyini etiraf etmiş və əməlindən peşiman olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 24 iyul 2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Quba rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamada Təqsirləndirilən şəxs qan və ağız suyu nümunəsi, ona məxsus köynək, şalvar, trusik və Zərərçəkmiş şəxs məxsus trusik, mayka və köynək məhv edilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 104,16 (yüz dörd manat on altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Quba rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamada Təqsirləndirilən şəxs qan və ağız suyu nümunəsi, ona məxsus köynək, şalvar, trusik və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus trusik, mayka və köynək məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 104,16 (yüz dörd manat on altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar