Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-195/2021 27.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8 və müdafiəçi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakı ilə, 8 yanvar 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşımışdır: belə ki, o, tanışı X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə qazanc əldə etmək niyyəti ilə narkotik vasitə və psixotrop maddələrin alınıb-satılmasına dair əvvəlcədən aralarında olan razılaşmaya əsasən 2020-ci ilin mart ayının əvvəlində Əjdər Hüseynovun istintaqla müəyyən edilməyən tarixdə və mənbədən əldə etdiyi, bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 576,115 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə cəmi çəkisi 7,587 qram külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, habelə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,119 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini ayrı-ayrı bükümlərə qablaşdıraraq bir hissəsini yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 a saylı evə, digər hissəsini isə icarə əsasında istifadəsində olan “Hyundai Elantra” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobilinə daşıyaraq saxlamış, 14 mart 2020-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Qaradağ RPİ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 a saylı fərdi yaşayış evinin yataq otağında masanın üzərində “Rafaello” yazısı olan şokolad qutunun içində saxladığı iki bükümdən ibarət ayrı-ayrılıqda çəkiləri 0,983 və 0,420 qram, ümumi təmiz çəkisi 1,403 qram, psixotrop maddə metamfetamin, evin qonaq otağının pəncərəsinin qarşısında göy rəngli “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı 1 ədəd bükümdə 0,057 qram və həmin pəncərənin qarşısında saxladığı 0,042 qram, ümumi təmiz çəkisi 0,099 qram heroin, həmin otaqda girişdən sağ tərəfdə yerləşən dolabın üst hissəsində dəsmala bükülmüş vəziyyət olan dəmir qabın içərisində saxladığı 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 26,115 qram narkotik vasitə heroin və 8 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,867, 0,960, 0,882, 0,916, 0,882, 0,388, 0,405 və 0,884 qram, ümumi çəkiləri 6,184 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra davam edən təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkətləri nəticəsində həmin gün saat 19:50 radələrində icarə əsasında istifadəsində olan qara rəngli “Hyundai Elantra” markalı **-ZE- *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücünün qapısının əl tutacaq hissəsində olan boşluqda 1 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş 0,020 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sürücünün oturacağının alt hissəsində isə “Avromed” yazısı olan sellofan torbanın içində bir ədəd digər sellofan torbada 550 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 14 mart 2020-ci il tarixdə saat təxminən 23:00 radələrində polis əməkdaşları onun evinə heç bir məhkəmə qərarı təqdim etmədən və onun icazəsi olmadan daxil olmuş, evində axtarış apararaq ona məxsus olan, öz istifadəsi üçün əldə etdiyi və «Rafaello» şokolad qutusunda içərisində saxladığı metamfetamini aşkar etmişlər, evində başqa narkoik vasitə aşkar olunmamış, həmçinin avtomobilində də narkotik vasitə aşkar olunmamış, polis əməkdaşları evində ona təzyiq göstərmişlər, bundan sonra onu polis bölməsinə aparmışlar, orada təxminən 8 saat saxladıqdan sonra yenidən evinə apararaq evindən guya narkotik vasitələr aşkar olunmasını çəkmişlər, evindən “Rafaello” şokolad qabının içərisindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, satmaq fikri olmamışdır. Təqsirləndirilən şəxs ibtidai isntintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq olunan ifadəsindən görünür ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşamış; ruhi-əsəb xəstəliyindən və ya hər hansı bir psixi xəstəlikdən əzab çəkmir; fərdi əməklə məşğul olur; narkotik vasitə istifadəçisi, yəni aludəçisidir; narkotik vasitənin adətən narkomanlar arasında “ot” adlanan mariuxuana növündən siqaretin tütününü boşaldıb, həmin boşaltdığı hissəyə doldurub çəkməklə (kazbek formasında), “kokos” adlanan heroin və “şüşə” adlanan metamfetamin növündən isə iyləməklə istifadə edir; təxminən 3-4 il olar ki, narkotik vasitələrin “kokos” adlanan heroin və “şüşə” adlanan metamfetamin növünün satışı ilə məşğul olmuşdur; satışını həyata keçirdiyi narkotik vasitələri qəsəbə sakini kimi tanıdığı, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yaşayan X2 götürmüşdür, belə ki, halhazırda icarə əsasında yaşadığı evi də narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün ona Əjdər kirayə tutmuş, Əjdər narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün tez-tez kirayə yaşadığı evləri dəyişdirdiyindən narkotik vasitələri onun yaşadığı evə özü gətirərək satışını hansı yolla həyata keçirməyini ona bildirmişdir; narkotik vasitə olan “kokos” adlanan heroinin satışını qramı 30 manatdan olmaqla, “şüşə” adlanan metamfetaminin satışını isə qramı 70 manatdan olmaqla həyata keçirmiş, həmin narkotik vasitələrin satışından əldə etdiyi pulu isə bir yerdə toplayıb Əjdərə vermiş və Əjdər də satdığı narkotik vasitənin hər qramına görə ona 5 manat pul vermişdir; Əjdərin satmaq üçün gətirdiyi narkotik vasitələrdən özü də istifadə edirmiş, icarə əsasında işlətdiyi “Hundai” markalı “Elantra” modelli qara rəngli, **-ZE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və icarə əsasında qaldığı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 a saylı evin icarə pulunu da narkotik vasitələrinin satışını həyata keçirdiyi Əjdər ödəmişdir; narkotik vasitələrin satışı işində ona hər hansı bir şəxs köməklik etməmiş, Əjdərin ona verdiyi narkotik vasitələri yaşadığı evdə çəkərək ayrı-ayrı hissələrə, yəni bükülülərə ayırmış və həmin narkotik vasitələrin çəkisini müəyyən etmək üçün isə evində axtarış aparılan zaman aşkar edilən tərəzilərdən istifadə etmişdir; yaşadığı qəsəbədə onu “Paşa” deyib çağırmışlar; 14 mart 2020-ci il tarixdə saat 17:50-də narkotik vasitəni satmaq üçün ona verən Əjdərin oğlu Şahid4la yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 a saylı evin qarşısında söhbət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, “Paşa” olub-olmadığını soruşmuş, həmin şəxslərə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, qarşısında dayandığı həyət evində yaşadığını bildirmiş, bundan sonra ona yaxınlaşmış şəxslər xidməti vəsiqələrini çıxarıb, Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün barəsində axtarış elan edildiyini, bunun üçün də birlikdə Bakı şəhər, Qaradağ rayon polis idarəsinə getməyini bildirmişlər; polis əməkdaşlarından yayınmağın mənasız olduğunu fikirləşib, birlikdə Bakı şəhər, Qaradağ rayon polis idarəsinə gəlmiş, idarədə ona şübhəli şəxs qismində tutularaq, üzərinə baxış keçiriləcəyi bildirilmiş, bunun üçün təqdim edilmiş siyahıdan könüllü olaraq, seçdiyi və buna görə də dəvət edilmiş müdafiəçi ona təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olubolmadığı soruşulmuşdur; polis əməkdaşlarına hüquq və vəzifələrinin videoçəkilişlə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və etirazının olmadığını bildirdikdən sonra üzərinə dəvət edilmiş müdafiəçinin və iki nəfər polis əməkdaşının iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir; baxış zamanı üzərində qanunsuz hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq, təqdim etməyi təklif edilmiş, polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmiş, daha sonra isə könüllü olaraq, narkotik vasitənin istifadəçisi və satışı ilə məşğul olduğunu bildirib, həmin narkotik vasitələri də icarə əsasında yaşadığı ünvan 2 ünvanında yerləşən evində saxladığını bildirmişdir; üzərinə baxış başa çatdıqdan sonra polis əməkdaşlarının evində axtarış aparmalarına dair şikayət və ya etirazının olmaması barədə ərizə yazmış, bundan sonra isə evində axtarış aparılması haqqında qərar ona təqdim edilmiş, daha sonra isə evində olan narkotik vasitəni təqdim etməyi üçün polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 A saylı evə gəlmişdir; evində axtarış vəkilinin və iki nəfər polis əməkdaşının iştirakı ilə videoçəkiliş vasitəsilə aparılmış, baxış başlamamışdan əvvəl bir daha hüquq və vəzifələri ona izah edilərək evində axtarışın videoçəkilişlə aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, polis əməkdaşlarına videoçəkilişlə evində axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir; bundan sonra polis əməkdaşları evində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq, təqdim etməyini təklif etmiş, bundan sonra isə iki otaq və bir mətbəxdən ibarət olan evinin yataq otağındakı stolun üzərində narkotik vasitə olduğunu bildirib, həmin narkotik vasitəni göstərmək üçün polis əməkdaşları və vəkili ilə birlikdə yataq otağına keçib, həmin otaqda olan stolun üzərindəki qırmızı rəngli “Rafaello” qutusunun içərisində olan 1 ədəd ağ kağıza bükülümüş içərisində isə 2 ədəd sellofanda olan “şüşə” adlı narkotik vasitəni götürüb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları tərəfindən həmin bükülülər açılıb, içərisinə baxış keçirilərək, götürülmüşdür; bundan başqa, polis əməkdaşlarına «kokos” və “şüşə” çəkməkdə istifadə etdiyi əşyaları, yəni “şüşə”ni yandırmaq üçün istifadə olunan folqaqa, iyləmək üçün istifadə edilən bir manat bükülüsü, narkotik vasitəni damarına vurmaq üçün istifədə etdiyi şpritsləri də təqdim etmiş və həmin əşyalar da polis əməkdaşları tərəfindən götürülmüşdür; bundan sonra polis əməkdaşları ilkin olaraq yataq otağında əlavə axtarış, daha sonra isə mətbəxdə axtarış aparmış və həmin yerlərdə qanunsuz hər hansı başqa bir əşya aşkar edilməmişdir; bundan sonra baxış keçirmək üçün yaşadığı evin qonaq otağına keçilmiş, polis əməkdaşlarına qonaq otağında hər hansı bir qanunsuz əşyanın olmamasını bildirmiş, lakin polis əməkdaşları həmin otaqda əlavə axtarış aparmışlar; axtarış zamanı qonaq otağının giriş hissəsi ilə üzbəüz üç metr məsafədə yerləşən pəncərənin qarşısında narkotik vasitələrin satışı zamanı həmin maddələrin çəkisini müəyyən etmək məqsədilə istifadə etdiyi iki ədəd mikrotərəzi, şəxsi istifadəsi üçün pəncərənin qarşısında göy rəngli “Sobiranie” markalı siqaret qutusunun içərisində saxladığı 1 ədəd siqaretin gümüşü rəngli kağızına və həmin pəncərənin qarşısında 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan narkotik vasitə heroin, yəni “kokos” aşkar edilərək içərisi açılıb baxış keçirildikdən sonra polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür; bundan sonra həmin otağa bir daha baxış keçirilmiş, baxış zamanı qonaq otağına daxil olarkən sağ tərəfdə iki metrlikdə yerləşən dolabın üst hissəsində dəsmala bükülmüş vəziyyətdə üzəri şəkilli qab aşkar edilmiş, həmin qab açılmış, qabın içərisindən isə 8 ədəd sellofan bükülüdə satış üçün qablaşdırdığı “şüşə” adlanan metamfetamin və 1 ədəd sellofan bükülüdə qablaşdırdığı ”kokos” adlanan heroin aşkar edilmiş və həmin bükülülər açılıb, içərilərinə baxış keçirildikdən sonra polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür; bundan sonra əlavə axtarış zamanı həmin otaqdan iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş; evindən aşkar edilmiş narkotik vasitələr zərflərdə qablaşdırılmış, zərf baxışda iştirak edən şəxslər tərəfindən imzalanmış, baxış barədə protokol tərtib edilmiş, protokol da baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır; daha sonra polis əməkdaşları istifadəsində olan icarə əsasında işlətdiyi qara rəngli “Hundai” markalı “Elantra” modelli **-ZE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirəcəklərini, avtomobilə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmadığını soruşmuş, polis əməkdaşlarına avtomobilinə baxış keçirmələrinə dair hər hansı bir şikayətinin olmadığını bildirib, bu barədə ərizə yazmış, ona avtomobilində axtarış aparacaqlarına dair qərar göstərilmiş, bundan sonra isə vəkilinin və iki nəfər polis əməkdaşının iştirakı ilə videoçəkilişlə avtomobilə baxış keçirilmiş, baxış başlamamışdan əvvəl hüquq və vəzifələri izah edilmiş, bundan sonra isə avtomobilinə baxışın videoçəkilişlə aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, polis əməkdaşlarına istifadəsində olan nəqliyyat vasitəsinə videoçəkilişlə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirmişdir; daha sonra baxış başlamış, polis əməkdaşları ilk olaraq, avtomobilinin sürücü hissəsinə baxış keçirmiş, həmin hissəyə baxış keçirən zaman sürücü tərəfdə, qapının əl tutacaq hissəsində olan boşluqdan, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan «kokos” adlanan narkotik vasitə heroin bükülüsü aşkar edilmiş, həmin büklülünü öz şəxsi istifadəsi üçün qeyd edilən yerdə gizlətmişdir; sonra həmin hissəyə əlavə baxış keçirilmiş, baxış zamanı sürücü oturacağının alt hissəsindən bir ədəd üzərində “Avromed” yazısı olan sellofan torba tapılmış, həmin torba açıldıqda içərsində bir ədəd başqa bir sellofan torba aşkar edilmiş və polis əməkdaşları həmin sellofan torbanı açdıqda isə satış üçün əldə edərək avtomobilin sürücü oturacağının aşağı hissəsində gizlətdiyi narkotik vasitə «kokos” adlanan heroin aşkar edilib, baxış keçirilmiş və qablaşdırılaraq, götürülmüş; daha sonra avtomobilinin digər hissələrinə baxış keçirilmiş, lakin həmin hissələrdən heç bir qanunsuz əşya aşkar edilməmiş; idarəsində olan avtomobildən aşkar edilmiş narkotik vasitələr zərflərdə qablaşdırılmış, zərf baxışda iştirak edən şəxslər tərəfindən imzalanmış, avtomobilə baxış barədə protokol tərtib edilmiş, protokol da baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır; evinin qonaq otağında olan dolabın üst hissəsində dəsmala bükülmüş vəziyyətdə olan qabdan aşkar edilmiş 1 ədəd şəffaf sellofan torbada olan narkotik vasitə «kokos” adlanan heroini, istifadəsində olan avtomobilin sürücü oturacağının alt hissəsindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan torbada olan narkotik vasitə «kokos” adlanan heroini, yaşadığı evin yataq və qonaq otağından aşkar edilmiş ümumilikə 10 ədəd bükümdə olan “şüşə” adlanan narkotik vasitə metamfetamini satmaq üçün 2020-ci ilin mart ayının əvvəllərində Əjdər yaşadığı evə gələrək bir sellofan torbada təxminən 1 (bir) kiloqram çəkidə «kokos” adlanan narkotik vasitə heroini və bir sellofan bükülüdə təxminən 10 (on) qram çəkidə psixotrop maddə olan “şüşə” adlanan metamfetamini satmaq üçün ona vermişdir; evinin qonaq otağında olan pəncərənin qarşısında göy rəngli “Sobiranie” markalı siqaret qutusunun içərisində olan 1 ədəd siqaretin gümüşü rəngli kağızına və həmin pəncərənin qarşısında 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülülər və avtomobilinin sürücü hissəsinin qapısının əl tutacağında olan boşluqdan çıxmış 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan «kokos” adlanan heroin bükülüsünü də 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Sovetski” adlanan ərazidə hal-hazırda xatırlamadığı yerdə, anket məlumatları və əlamətlərini bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün bir sellofan bükülüdə xırda çəkidə alıb, iki-üç dəfə istifadə etmək üçün ayrı-ayrı hissələrə bölmüşdür; videoçəkilişlə üzərinə baxış zamanı evində yarım qram çəkidə öz istifadəsi üçün narkotik vasitənin olduğunu, narkotik vasitənin satışını həyata keçirmədiyini, sadəcə olaraq canı ağrıyan xəstə və narkotik vasitəni qəbul etmək istəyən şəxslərdən narkotik vasitənin pulunu alıb, əldə edərək həmin şəxslərə verdiyini, həmçinin nəqliyyat vasitəsində narkotik vasitənin olmadığını və evinin yataq otağında aşkar edilmiş şpritslərin sadəcə müalicə məqsədli olmalarını bildirməyi, tərəzilərdən aldığı narkotik vasitələri çəkməyini bildirməyi, ümumiyyətlə bu kimi məsuliyyətdən yayınmaq üçün dediklərinin hamısı yalan sözlər olmuş, həmin sözləri demək səbəbi isə qorxmağı və məsuliyyətdən yayınmaq istəyi olmuşdur. Lakin hal-hazırda ifadəsində göstərdiklərinin həqiqətə uyğun olduğunu, narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olduğunu etiraf edir və bu hərəkətlərini edərkən nə zamansa məsuliyyətə cəlb ediləcəyini bildiyini etiraf edir; evindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələri satış və şəxsi istehlak məqsədilə əldə etmiş, yataq otağında aşkar edilmiş şpritsləri «kokos” adlanan narkotik vasitə heroini damarına vurmaq üçün istifadə etmiş, tərəziləri isə satışını həyata keçirdiyi narkotik vasitələrin çəkisini müəyyən etmək üçün əldə edib, yaşadığı evdə istifadə etmək üçün saxlamışdır; X9 yaşadığı Lökbatan qəsəbə sakini kimi tanıdığını, Rövşənlə bir neçə dəfə birlikdə narkotik vasitə “ot” adlanan marixuana qəbul etdiyini, lakin Rövşənlə aralarında narkotik vasitələrin alış-satışı ilə bağlı hər hansı bir münasibətin olmadığını bildirmişdir; X5 ifadəsində göstərdiyi xüsusatların tamamilə yalnış olduğunu, narkotik vasitələrin «kokos” adlanan heroin və “şüşə” adlanan metamfetamin növünün satışı ilə məşğul olduğunu, marixuana növünün satışını isə həyata keçirmədiyini və bu səbəbdən də Rövşən Məlikova heç bir vaxt narkotik vasitə marixuana satmadığını bildirmişdir; həmçinin Rövşənin ifadəsində göstərdiyi vaxt Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Topaz”ın binasının sonuncu mərtəbəsində hər hansı bir qızla yaşamamış və istifadəsində olan nəqliyyat vasitəsi isə qara rəngli “Hundai” markalı “Elantra” modelli **-ZE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuşdur; X6 yaşadığı Lökbatan qəsəbə sakini kimi tanımış, Əjdərin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmiş, təxminən bir il bundan əvvəl qış aylarında Əjdərlə görüşmüş, narkotik vasitələrin satışı işində köməklik etməyini, bunun müqabilində qazanc əldə etməyini bildirmiş və həmin vaxtdan da Əjdərlə razılaşıb, verdiyi narkotik vasitələrin satışını həyata keçirmişdir; Şahid4 verdiyi narkotik vasitənin satışını həyata keçirdiyi Əjdərin oğludur; heç vaxt Ümüddən narkotik vasitə almamış, Əjdərin oğlu Ümüdlə birlikdə narkotik vasitə satıb-satmadığı haqqında hər hansı bir məlumatı olmamış, o və Əjdər heç vaxt Ümüdün yanında narkotik vasitənin alış-verişini etməmiş və Ümüd elə zənn etmişdir ki, atası ilə dostluq etmişdir; Ümüd narkotik vasitələrin satışı, istifadəsi ilə məşğul olduğunu, evində və avtomobilində narkotik vasitə saxladığını bilməmişdir; X10 icarə əsasında yaşadığı evin sahibi olduğu üçün tanımış, Rəfail onun narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olmağını bilməmiş və evin kirayə tutulmasını isə Əjdər Rəfaillə danışmışdır; Rəfail evində və avtomobilində narkotik vasitə saxladığını bilməmişdir; X1 üçün gətirdiyi narkotik vasitələrdən istifadə etmiş, istifadə etdiyi narkotik vasitələrin «dadını dəyişmək» üçün ara-bir 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Sovetski” adlanan ərazidə xatırlamadığı şəxsdən narkotik vasitə almışdır; sifətində olan xəsarətləri tutulduğu gündən əvvəlki gün evdə təmir işləri apararkən almış, polis əməkdaşları onu saxlayarkən, üzərinə, evinə və avtomobilinə baxış keçirərkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərməmiş və xəsarət yetirməmişlər; narkotik vasitələri şəxsi istifadəsi və satış məqsədilə yaşadığı evdə saxlamış, ailə üzvlərinin və qohumlarının narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmağı haqqında, həmçinin icarə əsasında yaşadığı evdə və istifadəsində olan avtomobildə narkotik vasitə saxlamasından məlumatları olmamışdır; narkotik vasitələri satdığı şəxslərin anket məlumatları, xarici əlamətləri, mobil telefon nömrələri və s. digər məlumatları haqqında hər hansı bir məlumatının olmadığından bu barədə hər hansı bir məlumat verə bilməyəcəyini bildirmişdir; şəxsi istifadəsi üçün 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Sovetski” adlanan ərazidə narkotik vasitə aldığı şəxsin anket məlumatları, xarici əlamətləri, mobil telefon nömrəsi və s. digər əlamətləri haqqında, həmçinin həmin narkotik vasitənin çəkisi və aldığı konkret yer və ünvanı xatırlamadığı üçün heç bir məlumat verə bilməyəcəyini bildirmişdir; həmin vaxt istifadəsində (070) 203-77-70 saylı mobil nömrənin olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsindən başqa hər hansı bir digər cinayət əməli törətmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli hesab edir, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun hesab edir Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir, Bakı şəhəri Qaradağ rayonu RPİ-nin istintaq şöbəsində X5 üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı olan cinayət işi üzrə Rövşən Məlikovun narkotik vasitələri aldığı şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9a saylı fərdi evdə yaşayan Təqsirləndirilən şəxs müəyyən edilmiş, o, 14 mart 2020-ci il tarixdə saat 14:50 radələrində iş yoldaşı İdarənin cinayət-axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid3la birlikdə Təqsirləndirilən şəxs kirayə yaşadğı evin qarşıında saxlamış, sonuncuya narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər, bundan sonra Pərviz Qaradağ RPİ-yə dəvət olunmuş, üzərinə videoçəkilişlə baxış keçirilmiş, üzərində qanunsuz predmet aşkar edilməmiş, Pərviz özü könüllü etiraf edərək narkotik vasitələrin istifadəçisi və satıcısı olduğunu demiş, narkotik vasitələri kirayə yaşadğı evdə saxladığını bildirmiş, onlar Pərvizin yaşadığı evə getmiş, orada vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Pərvizin evinə baxış keçirilmiş, baxış zamanı Pərviz evinin yataq otağına keçmiş, həmin otaqda olan stolun üzərindəki qırmızı rəngli “Rafaello” qutusunun içərsində olan 1 ədəd ağ kağıza bükülmüş içrisində isə 5 ədəd sellofanda olan “şüşə” adlı psixotrop maddəni onlara təqdim etmiş, qonaq otağının giriş hissəsi ilə üzbəüz üç metr məsafədə yerləşən pəncərənin qarşısında iki ədəd mikrotərəzi, “Sorbraniye” siqaret qutusunun içəirisində 1 ədəd siqaretin gümüşü rəngli kağızına, pəncərənin də qarşısında bir ədəd siqaretin gümüşü kağızına bükülmüş «kakos» adlı nakrotik vasitə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən siqaretin gümüşü kağızına bükülmüş kakos adlanan narkotik vasitə heroin aşkar edilmiş, bütün bunlar barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş X14 ifadə verərək göstərmişdir ki, X11 atasıdır, Təqsirləndirilən şəxs isə atasının dostudur, Təqsirləndirilən şəxslə aralarında dostluq münasibəti olmuşdur; 14 mart 2020-ci il tarixdə Pərvizin evində olarkən, oraya polis əməkdaşları daxil olmuş, onu və Pərvizi yerə yıxmışlar və onları orada döyməyə başlamışlar, bundan sonra onları polis idarəsinə aparmışlar. Polis idarəsində onu bir gün saxladıqdan sonra buraxmışlar; Pərvizin narkotik vasitələrin istifadəsi, satışı ilə məşğul olması, Pərvizin evində və istifadəsində olan avtomobilində narkotik vasitə olmasından və həmçinin atası Əjdər Hüseynovun da narkotik vasitələrin satışı ilə məşğul olması haqqında hər hansı bir məlumatım olmamışdır. İş üzrə şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, nə o Təqsirləndirilən şəxs, nə də ki, Təqsirləndirilən şəxs ona narkotik vasitələr satmamış, barəsində olan cinayət işinin, nə də Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxslə üzləşdirilməmiş, Təqsirləndirilən şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir əlbirliyi olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə kimyəvi ekspertiza üzrə 15 mart 2020-ci il tarixli 6\194 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza vardır) Təqsirləndirilən şəxs...” və s. qeydlər olan 6 ədəd zərfdəki: “1“ saylı zərfdə olan 1 ədəd bükümdəki təmiz çəkisi 0,020 qram qəhvəyi rəngli tozşəkilli maddə və “2“ saylı zərfdə olan 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,057 qr. və 0,042 qr., ümumi təmiz çəkisi 0,099 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir; həmin heroinlərin ümumilikdə təmiz çəkisi 0,119 qramdır; “3“ saylı zərfdə olan 2 ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,983 qr. və 0,420 qram, ümumi təmiz çəkisi 1,403 qram ağ rəngli kristallik maddələr və “4“ saylı zərfdə olan 8 ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,867qr., 0,960 qr., 0,882 qr., 0,916 qr., 0,882 qr., 0,388 qr., 0,405 qr., 0,884 qram, ümumi təmiz çəkisi 6,184 qram ağ rəngli kristallik maddələr Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan eyni tərkibli psixotrop maddə - metamfetamindir; “5“ saylı zərfdə olan 1 ədəd bükümdə təmiz çəkisi 26,115 qram qəhvəyi rəngli maddə kütləsi və “6“ saylı zərfdə olan 1 ədəd bükümdə təmiz çəkisi 550 qram olan qəhvəyi rəngli maddə kütləsi ümumi təmiz çəkisi 576,115 qram təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir; “1“ və “2“ saylı zərflərdəki ümumi təmiz çəkisi 0,119 qram olan heroinlər, “5“ və “6“ saylı zərflərdəki ümumi təmiz çəkisi 576,115 qram heroinlərdən tərkib komponentlərinə görə fərqlidirlər (1-ci cild iş vərəqi 183-187). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 18 may 2020-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan amfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (3-cü cild iş vərəqi 15-16). İşdə olan 14 mart 2020-ci il tarixli şəxsi axtarış, baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı, hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir; Təqsirləndirilən şəxs yaşadığı evdə və istifadəsində olan nəqliyyat vasitəsində narkotik vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitənin olduğunu bildirmişdir. (1-ci cild iş vərəqi 151-152). İşdə olan 14 mart 2020-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs icarə əsasında yaşadığı ünvan 2 ünvanında yerləşən evində axtarış aparılmış, axtarış zamanı evin yataq otağından ağ kağıza bükülmüş içərisində 2 ədəd sellofan bükülüdə olan ağ rəngli kristal hissəciklər aşkar edilmişdir; həmin otaqda əlavə axtarış zamanı başqa bir əşya və ya predmet aşkar edilməmişdir; daha sonra evin mətbəxində axtarış aparılmış, mətbəxdən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir; evin qonaq otağında axtarış aparılarkən iki ədəd mikrotərəzi aşkar edilmiş, daha sonra evin qonaq otağında olan pəncərənin kənarından iki ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir; daha sonra həmin otaqda olan dolabın yuxarı hissəsində olan dəsmala bükülmüş qabdan 8 ədəd sellofan bükülüdə olan ağ rəngli kristal hissəciklər və 1 ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir; bundan başqa, yaşadığı evdən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir (1-ci cild iş vərəqi 158-160). İşdə olan 14 mart 2020-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs icarə əsasında idarə etdiyi qara rəngli, “Hundai” markalı “Elantra” modelli **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı avtomobilin sürücü hissəsinin qapısının şitindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə qəhvəyi rəngli toz şəkilli maddə, sürücü oturacağının alt hissəsində isə 1 ədəd şəffaf torbanın içərisindən qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 166-168). İşdə olan 14 mart 2020-ci il tarixli şəxsi axtarış, baxış və götürmə keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd CD diskə keçirilmiş 13 may 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2020-ci il tarixdə saat 17:50 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən 9 a saylı evin qarşısında Bakı şəhər, Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq İdarənin istintaq şöbəsinə gətirilmiş, şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə Bakı şəhər, Qaradağ RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid3, həmin şöbənin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 və bundan başqa Təqsirləndirilən şəxs razılığı ilə hüquqlarının müdafiəsi üçün dəvət olunmuş Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə üzərinə baxış keçirilmişdir; baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını, yaşadığı evdə narkotik vasitənin olduğunu bildirmişdir, bundan sonra üzərində aparılmış əlavə axtarış və baxış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir (2-ci cild iş vərəqi 120). İşdə olan 14 mart 2020-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskə keçirilmiş 13 may 2020-ci il tarixli baxış protokolundan görünür ki, 14 mart 2020-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Bakı şəhər, Qaradağ RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid1, həmin şöbənin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 və bundan başqa Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə icarə əsasında yaşadığı evdə axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək, izah edilmiş hüquq və vəzifələrinin ona aydın olunması, evində axtarışın videoçəkilişlə keçirilməsi bildirilərək, buna dair şikayət və etirazının olub-olması soruşulmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin tam aydın olduğunu, videoçəkilişlə icarə əsasında yaşadığı evdə baxış keçirilməsinə dair şikayət və etirazının olmadığını bildirmişdir; daha sonra ona yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə isə könüllü olaraq, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında narkotik vasitənin olduğunu bildirmiş, evin yataq otağına keçilmiş, Təqsirləndirilən şəxs həmin otaqda olan stolun üzərində “Rafaello” adlı şkolad qutusunun içərisində olan iki ədəd şəffaf sellofan torbaya bükülmüş psixotrop maddə “şüşə” adlanan metamfetamini təqdim etmişdir; daha sonra o, həmin otaqda stolun üzərində olan «kokos” və “şüşə” çəkməkdə istifadə etdiyi əşyaları, yəni “şüşə”ni yandırmaq üçün istifadə olunan folqa, iyləmək üçün istifadə edilən bir manat bükülüsü, narkotik vasitəni damarına vurmaq üçün istifadə etdiyi şipritsləri təqdim etmiş, həmin əşyalar da götürülmüşdür; daha sonra həmin otaqda əlavə və evin mətbəxində isə axtarış aparılmış, həmin otaqlarda axtarış aparılarkən qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir; bundan sonra evin qonaq otağına keçilmiş, həmin otaqda axtarış aparılmışdır; evin qonaq otağında axtarış aparılarkən iki ədəd mikrotərəzi, daha sonra evin qonaq otağında olan pəncərənin kənarından iki ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir; daha sonra həmin otaqda olan dolabın yuxarı hissəsində olan dəsmala bükülmüş qabdan 8 ədəd sellofan bükülüdə olan ağ rəngli kristal hissəciklər və 1 ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir; bundan başqa, yaşadığı evdən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir; evin yataq otağında olan stolun üzərindəki qırmızı-qara rəngli “Rafaello” qutusunun içərisindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan torbaya bükülmüş bükülülər, folqa, bir manat bükülüsü, şprits, evin qonaq otağından aşkar edilmiş iki ədəd mikrotərəzi, qonaq otağında olan pəncərənin kənarından aşkar edilmiş iki ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə qəhvəyi rəngli, toz şəkilli maddə, həmin otaqda olan dolabın yuxarı hissəsində olan dəsmala bükülmüş qabdan 8 ədəd sellofan bükülüdə olan ağ rəngli kristal hissəciklər və 1 ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli toz şəkilli maddə iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq, götürülmüşdür (2-ci cild iş vərəqi 122). İşdə olan 14 mart 2020-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskə keçirilmiş 9 iyun 2020-ci il tarixli baxış protokolundan görünür ki, 14 mart 2020-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Bakı şəhər, Qaradağ RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid1, həmin şöbənin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 və bundan başqa Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə icarə əsasında istifadəsində olan qara rəngli “Hundai” markalı “Elantra” modelli **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək, izah edilmiş hüquq və vəzifələrinin ona aydın olması, icarə əsasında istifadəsində olan nəqliyyat vasitəsinə axtarışın videoçəkilişlə keçirilməsi bildirilərək, buna dair şikayət və etirazının olub-olması soruşulmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin tam aydın olduğunu, videoçəkilişlə icarə əsasında istifadəsində olan nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair şikayət və etirazının olmadığını bildirmişdir; daha sonra ona icarə əsasında istifadəsində olan nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə isə könüllü olaraq, təqdim etməsi təklif edilmiş, o, icarə əsasında istifadəsində olan nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirmiş, bundan sonra onun nəqliyyat vasitəsinə əlavə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs icarə əsasında istifadəsində olan qara rəngli “Hundai” markalı “Elantra” modelli **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü hissəsinin qapısının şitindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə qəhvəyi rəngli toz şəkilli maddə, sürücü oturacağının alt hissəsində isə 1 ədəd şəffaf torbanın içərisindən qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilərək götürülmüşdür; avtomobilin qapısının şitindən aşkar edilmiş 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə qəhvəyi rəngli toz şəkilli maddə və sürücü oturacağının alt hissəsində 1 ədəd şəffaf torbanın içərisində olan qəhvəyi rəngli toz şəkilli maddə iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq, götürülmüşdür (3-cü cild iş vərəqi 5). İş üzrə Təqsirləndirilən şəxs icarə əsasında yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən 9 A saylı evindən və icarə əsasında istifadəsində olan qara rəngli, “Hundai” markalı, “Elantra” modelli, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilmiş kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 576, 234 qram çəkidə narkotik vasitə heroin və 7,587 qram psixotrop maddə metamfetaminin, həmçinin iş üzrə Təqsirləndirilən şəxs 14 mart 2020-ci il tarixdə icarə əsasında yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən 9 A saylı evdə axtarış və götürmə aparılarkən aşkar edilərək götürülmüş narkotik vasitələrin qəbul edilməsində istifadə edilən 6 ədəd kiçik ölçülü və 1 ədəd iri ölçülü (rulonda) folqa bükülülərinin, üzərində “Set İnjetct” markalanması olan 2 ədəd şpritsin “F50467731” seriya nömrəli və üzəri şəffaf sellofanla bağlannış bir manat bükülüsünün, 1 ədəd üzərində “Adler” markalanması olan və 1 ədəd də üzərində hər hansı bir markalanma olmayan tərəzilərin iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən Bakı şəhər, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X12 17 mart 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalmış ümumilikdə 576,134 qram narkotik vasitə heroin və ümumilikdə 7,487 qram psixotrop maddə metamfetaminin, həmçinin narkotik vasitələrin qəbul edilməsində istifadə edilən 6 ədəd kiçik ölçülü və 1 ədəd iri ölçülü (rulonda) folqa bükülülərinin, üzərində “Set İnjetct” markalanması olan 2 ədəd şpritsin, “F50467731” seriya nömrəli və üzəri şəffaf sellofanla bağlanmış bir manat bükülüsünün, 1 ədəd üzərində “Adler” markalanması olan və 1 ədəd də üzərində hər hansı bir markalanma olmayan tərəzilərin isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxarılanadək saxlanılması üçün 24 iyun 2020-ci il tarixli raportla Bakı şəhəri, Qaradağ RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (1-ci cild iş vərəqi 122). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən alınmış 26 mart 2020-ci il tarixli tələbnamədən və Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 27 sentyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 29 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 oktyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (2-ci cild iş vərəqi 40-41). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs son məhkumluğu üzrə məhkum olunduğu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 14 mart 2020-ci il tarixdə yəni, sonuncu məhkumluğu üzrə cəzasını çəkib qurtardıqdan 4 il 4 ay 16 gün sonra törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 14 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 143). İşdə olan Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 16 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxs kimi cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 197; 223-226). İşdə olan Qaradağ rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaradağ rayon Məhkəməsi tərəfindən 17 mart 2020-ci il tarixdə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 254- 255). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 7,587 qram olduğundan külli miqdar, narkotik vasitə heroinin ümumi təmiz çəkisi 576, 234 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı həbs olunduğu 14 mart 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının əvvəlinin 14 mart 2020-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 18 may 2020-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan amfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Qaradağ RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 576,134 qram narkotik vasitə heroin və ümumilikdə 7,487 qram psixotrop maddə metamfetamin, həmçinin narkotik vasitələrin qəbul edilməsində istifadə edilən 6 ədəd kiçik ölçülü və 1 ədəd iri ölçülü (rulonda) folqa bükülüləri, üzərində “Set İnjetct” markalanması olan 2 ədəd şprits, “F50467731” seriya nömrəli və üzəri şəffaf sellofanla bağlanmış bir manat bükülüsü, 1 ədəd üzərində “Adler” markalanması olan və 1 ədəd də üzərində hər hansı bir markalanma olmayan tərəzilər məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Qaradağ RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 576,134 qram narkotik vasitə heroin və ümumilikdə 7,487 qram psixotrop maddə metamfetamin, həmçinin narkotik vasitələrin qəbul edilməsində istifadə edilən 6 ədəd kiçik ölçülü və 1 ədəd iri ölçülü (rulonda) folqa bükülüləri, üzərində “Set İnjetct” markalanması olan 2 ədəd şprits, “F50467731” seriya nömrəli və üzəri şəffaf sellofanla bağlanmış bir manat bükülüsü, 1 ədəd üzərində “Adler” markalanması olan və 1 ədəd də üzərində hər hansı bir markalanma olmayan tərəzilər məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-195/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-195/2021
27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver