Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-195/2022 18.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07.11.2014-cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu A.Səhhət küçəsi, ev 79-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 108-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Mansur” adlı İran Respublikasının vətəndaşı ilə əlbir olub cinayət əlaqəsinə girərək 09.03.2021-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən istifadəsində olan mobil telefonunun votçap proqramından istifadə edib «Mansur» adlı şəxslə əlaqə yaradaraq sonuncunun kart hesabına «Milli Ön» aparatı vasitəsi ilə pul ödədikdən sonra saat 12:30 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Binəqədi rayonu 1-ci mədəndə yerləşən Lallar fabriki adlanan yerin yaxınlığına gedərək orada yolun kənarında səkinin bardür dışının altında «Mansur» adlı şəxs tərəfindən gizlədilmiş 1,400 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda ümumilikdə 6,46 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra psixotrop maddəni və heroinin bir hissəsini o, digər hissəsini Təqsirləndirilən şəxs2 üzərində saxlayıb daşıyarkən həmin tarixdə saat 19:10 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən Lallar fabriki adlanan yerin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,283 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, onun isə əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sarı rəngli sellofan bükümündə olan təmiz çəkisi 1,400 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf rəngli sellofan bükümdə olan külli miqdarda təmiz çəkisi 4,177 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09.03.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitə almaq məqsədilə onunla görüşmüşdür. Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə dayanan zaman iki nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərilərində narkotik vasitə və psixotrop maddə olmasından şübhə edildiyi üçün şəxsi axtarış aparılması məqsədi ilə onları Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Onları Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə aparmışlar. Orada polis əməkdaşları ona bildirmişlər ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan ediləcək və o, tez bir zamanda azadlığına qovuşacaqdır. O, bu fikirlə qətimkan tədbiri seçilmək üçün Binəqədi rayon məhkəməsinə getdikdə Təqsirləndirilən şəxs2 polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilmiş, ona isə 4 ay həbs qətimkan tədbiri seçilmişdir. İlk olaraq barəsində cinayət işi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunsa da, daha sonra Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. O, özü narkotik vasitələrin istifadəçisidir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, bir neçə dəfə avtomobillə qəzaya ugradığı üçün bədənində ağrılar olurdu, bu səbəbdən narkotik vasitələrdən istifadə edirmiş. Əvvəllər “kakos” adlanan narkotik vasitədən istifadə edirmiş, daha sonra “şüşə” adlanan əsl adı metamfetamin olan psixotrop maddədən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 mart 2021-ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə dayanan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə və psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PByə dəvət etmişlər. Bundan sonra onu razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə aparılmış, orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən biri sarı, digəri şəffaf rəngli olmaqla iki ədəd sellofan bükülüləri, həmin gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli kaburada Xiomi Redmi markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ondan üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, üzərində hər hansı bir əşya olmadığını bildirmiş, ondan sonra qara rəngli şalvarının, qara rəngli gödəkçənin ciblərini açmağı tələb olunmuş, şalvarının və gödəkçəsinin ciblərində hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamış, üzərindən aşkar olunmuş sarı və şəffaf rəngli sellofan bükülülər iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman sarı rəngli sellofan bükülüdə ağ rəngli kristal şəkilli maddə, şəffaf rəngli sellofan bükülüdən isə qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuş, həmin ağ rəngli kristal şəkilli maddənin psixotrop maddə olan metamfetamin olduğunu, qəhvəyi rəngli toz şəkilli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin narkotik vasitə olan metamfetamini və psixotrop maddə olan heroini həmin gün saat 12:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Lallar fabrikinin yaxınlığında Mansur adlı İran Respublikası vətəndaşından qabaqcadan “Vatsap” proqramı vasitəsi ilə razılaşdıqları qaydada Mansurun göndərdiyi karta milliön vasitəsi ilə pul vurduqdan sonra o, ona “Lallar” fabrikinin yanında malı qoyduğu yeri demiş və o da dostu Ehtiramla ora gedib həmin malı götürmüşlər. Aldığı metamfetamini 60 manata, heroini isə 100 manat olmaqla ümumilikdə 160 manatı Mansurun göndərdiyi karta vurmuş, Ehtiramın isə öz istifadəsi üçün aldığı heroinə görə 60 manat pulu karta vurduğunu bildirmişdir. İran Respublikası vətəndaşı Mansurdan bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitələr aldığını, hamısınıda onun göndərdiyi karta pul vurduqdan sonra onun dediyi yerə gedib ordan götürdüyünü, həmin şəxsi canlı görmədiyini, onunla vatsap proqramı vasitəsi ilə danışdığını bildirmişdir. Polislər tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edərək, qəbul etmələri və üzərlərində gəzdirmələri barədə Binəqədi RPİ-nin 43-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə saat 19:10-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə yerləşən «Lallar» adlanan fabrikin yaxınlığına gəlmişlər və orada xarici görünüşcə Gündüzə və Ehtirama oxşar iki nəfər şəxsi saxlamışlar. Orada Gündüzə narkotik vsitələrin qanunsuz dövriyyəsində şübhəli olması, həmin yerdə isə şərait olmadığından polis bölməsinə getməklərini, polis bölməsində videokameradan istifadə etməklə videoçəkiliş altında onların üzərinə şəxs axtarış keçiriləcəyi tərəfindən bildirilmiş, Gündüz və Ehtiram isə heç bir etirazlarının olmadığını bildirmişlər, birlikdə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə gəlmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, vətəndaş Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən biri sarı, digəri şəffaf rəngli iki ədəd sellofan bükülüləri, həmin gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli kaburada Xiaomi Redmi markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra Gündüzə üzərində başqa hər-hansı bir qanunsuz əşyanın olub-olmaması soruşulmuş, o, üzərində heç bir başqa əşya olmadığını bildirmiş, daha sonra Gündüzün üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmiş, bundan sonra Gündüzün üzərindən aşkar olunmuş həmin bükümlərə baxış keçirilən zaman sarı rəngli sellofan bükülüdə ağ rəngli kristall şəkilli maddə, şəffaf rəngli sellofan bükülüdə isə qəhvəyi rəngli toz şəkilli maddə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş sellofan bükülülərdəki kütlələrin nə olduğu soruşulduqda o, həmin ağ rəngli kristall şəkilli maddənin psixotrop maddə olan metamfetamin olduğunu və qəhvəyi rəngli toz şəkilli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin maddələri həmin gün saat 12:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi «Lallar» adlanan fabrikin yaxınlığında Mansur adlı İran Respublikası vətəndaşından qabaqcadan telefon vasitəsi ilə razılaşdıqları qaydada özü üçün metamfetamini 60 (altmış) manata, heroini isə 100 (yüz) manata olmaqla cəmi 160 (yüz altmış) manata şəxsi istifadəsi üçün aldığını, tanışı Ehtiramın isə 60 (altmış) manata şəxsi istifadəsi üçün bir bükülüdə heroin aldığını bildirmiş, sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bükülülərin içərisində olan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələrin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, bütün hərəkətlər sənədləşdirilərək protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzaları ilə təsdiq edildiyini bildirmişdir. Onlar xidməti işləri lə bağlı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsində iştirak edə bilməmişlər. Sonradan ona Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə heroin aşkar edilərək götürüldüyü məlum olmuşdur. Onun Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında Gündüzlə birlikdə Mansur adlı İran Respublikası vətəndaşından qabaqcadan telefon vasitəsi ilə razılaşdığı qaydada özü üçün 60 manata şəxsi istifadəsi üçün narkotik vasitə aldığını bilmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və üzərlərinə şəxsi axtarış keçirilərkən onlara qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,o, Binəqədi RPİ-nin 43-cü PB-də CA-üzrə kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09 mart 2021-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı bölmənin əməkdaşları tərəfindən o, saxlanılaraq PB-nə gətirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, bundan savayı üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Qara rəngli şalvarının, qara rəngli gödəkçəsinin ciblərini açması tələb olunmuş, onun şalvarının və gödəkçəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamış, ayağında olan qəhvəyi rəngli ayaqqabını çıxararaq içərisini göstərmiş, ayaqqabının içərisindən heç nə aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş şəffaf rəngli bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs2 həmin qəhvəyi rəngli toz şəkilli maddələrin narkotik vasitə olan heroin olduğunu bildirmiş və həmin narkotik vasitə olan heroini həmin gün saat 12:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Mansur adlı İran Respublikası vətəndaşından 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bir ədəd şəffaf rəngli sellofan bükülü içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş və əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş, həmin zərfin içərisinin boş olduğu müəyyən edildikdən sonra isə içərisində narkotik vasitə olan bir ədəd şəffaf rəngli sellofan büküm zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün möhürlə möhürlənmiş, hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Sonra təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunulmuş, onlar və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid Rza Məmmədos ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə protokolundan görünür ki, 09 mart 2021-ci il tarixdə saat 21-10-da onun tərəfindən Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkilləri, inspektor krminalistin vasitəsi ilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildiyi, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyduğu, bundan savayı üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildiyi, həmin şəxs üzərində təqdim etdiyi bükülüdən savayı hər hansı bir əşya olmadığını bildirdiyi, qara rəngli şalvarının, qara rəngli gödəkçəsinin ciblərini açması tələb olunduğu, onun şalvarının və gödəkçəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmadığı, ayağında olan qəhvəyi rəngli ayaqqabını çıxararaq içərisini göstərdiyi, ayaqqabının içərisindən heç nə aşkar olunmadığı, üzərindən aşkar olunmuş şəffaf rəngli bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunduğu, Təqsirləndirilən şəxs2 həmin qəhvəyi rəngli toz şəkilli maddələrin narkotik vasitə olan heroin olduğunu bildirdiyi, həmin narkotik vasitə olan heroini həmin gün saat 12:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə Mansur adlı İran Respublikası vətəndaşından 60 manat şəxsi istifadəsi üçün aldığını bildirdiyi, həmin bir ədəd şəffaf rəngli sellofan bükülü içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildiyi, əvvəlcə zərfin içərisi iştirakçılara göstərildiyi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildiyi, içərisində narkotik vasitə olan bir ədəd şəffaf rəngli sellofan büküm zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün möhürlə möhürləndiyi və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalandığı qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Fuad Alıyev tərəfindən tərib edilmiş şəxsi axtarış və götürmə protokolundan görünür ki, 09 mart 2021-ci il tarixdə saat 20-40-da onun tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildiyi, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən biri sarı, digəri şəffaf olmaqla iki ədəd sellofan bükülülərini, həmin gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli kaburada Xiomi Redmi markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyduğu, bundan əlavə üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildiyi, həmin şəxs üzərində təqdim etdiyi bükülüdən başqa hər hansı bir əşya olmadığını bildirdiyi, qara rəngli şalvarının, qara rəngli gödəkçəsinin ciblərini açmasının tələb olunduğu, onun şalvarının və gödəkçəsinin ciblərindən hər hansı qanunla qadağan olunmuş əşyanın aşkar olunmadığı, ayağında olan qara rəngli ayaqqabını çıxararaq içərisini göstərdiyi, ayaqqabının içərisindən heç nəyin aşkar olunmadığı, üzərindən aşkar olunmuş sarı və şəffaf rəngli bükülülər iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman sarı rəngli sellofan bükülüdə ağ rəngli kristall şəkilli maddə, şəffaf rəngli sellofan bükülüdən isə qəhvəyi rəngli toz şəkilli maddənin aşkar olunduğu, Təqsirləndirilən şəxs1 həmin ağ rəngli kristall şəkilli maddənin psixotrop maddə olan metamfetamin olduğunu, qəhvəyi rəngli toz şəkilli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirdiyi, X2 həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini həmin gün saat 12:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə Lallar fabrikinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Mansur adlı İran Respublikası vətəndaşından qabaqcadan telefon vasitəsi ilə qazılaşdıqları qaydada özü üçün metamfetamini 60 manata, heroini isə 100 manat olmaqla ümumilikdə 160 manata şəxsi istifadəsi üçün aldığını bildirdiyi, tanışı Ehtiramın isə 60 manata şəxsi istifadəsi üçün bir bükülüdə heroin aldığını bildirdiyi, həmin bir ədəd sarı rəngli və bir ədəd şəffaf rəngli sellofan bükülülər içərisində olan narkotik vasitənin və psixotrop maddəyə bənzər maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildiyi, əvvəlcə zərfin içərisi iştirakçılara göstərildiyi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildiyi, içərisində narkotik vasitə və psixotrop maddə olan bir ədəd sarı rəngli və bir ədəd şəffaf rəngli sellofan bükümlər zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürləndiyi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzərinin imzalandığının səsli görüntüləri müəyyən edildi. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəməkimyəvi ekspertizanın 10 mart 2021-ci il tarixli, 6/958 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 4,177 qram olan qəhvəyi rəngli maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,400 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəməkimyəvi ekspertizanın 10 mart 2021-ci il tarixli, 6/959 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,283 qram olan qəhvəyi rəngli maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmənarkoloji ekspertizanın 14 iyun 2021-ci il tarixli 1887 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq (naromaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 məhkəmədə vermiş olduğu ifadəsində özünü qismən təqsirli bilməsi və narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməməsi barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «şəxsi axtarış və götürmə haqqında» protokollarda göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 07.11.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını çəkib qurtardığı gündən yeddi il keçdiyinə görə o, məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 11.03.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4,127 qram olan narkotik vasitə heroin, 1,350 qram psixotrop maddə metamfetamin və 2,233 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Xiomi Redmi» markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs1 və qeyrisindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X3, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4,127 qram olan narkotik vasitə heroin, 1,350 qram psixotrop maddə metamfetamin və 2,233 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış – Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Xiomi Redmi» markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs1 və qeyrisindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X3, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-195/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-195/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver