Məhkəmə qərarları › İş №1(101)-195/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-195/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-195/2024 21.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Universal Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 9 dekabr 1985-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, “Bolt” taksi şirkətində sürücü işləmiş, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana ərazisində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 fevral 2024-cü il tarixdə, saat 10:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,221 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 7 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana ərazisində saxlanılaraq 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,221 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 7 sentyabr 2022-ci il tarixdə, səhər saat 9-10 radələrində evindəki hamam otağında olarkən evin həyətinə kimlərinsə daxil olaraq “Evdə kim var?” sualının verildiyini eşitmişdir. Belə ki, həyət evində yaşadığından evin və həyətin qapısı adətən açıq olmuşdur. Hamam otağından çıxdıqdan sonra evdə təxminən 10 (on) nəfər polis əməkdaşı olduğunu görmüş, sonuncular birlikdə polis bölməsinə getməli olduğunu, evdə narkotik vasitə varsa təqdim etməsini bildirmişlər. O, narkotik vasitə istifadəçisi olsa da, evdə narkotik vasitə saxlamamışdır. Polislər evə baxış keçirdikdə hər hansı narkotik vasitə tapmadıqlarından ailə üzvlərini başqa otağa keçirərək onu döyməyə başlamışlar. O, narkotik vasitələri 2-3 gündən bir almaqla istifadə edir, lakin nə üzərində, nə də evində narkotik vasitə olmadığını polis əməkdaşlarına bildirmişdir. Paltarını geyindikdən sonra polislər onun ailə üzvləri ilə görüşməsinə icazə vermədən qara rəngli mülki avtomobilə əyləşdirmişlər. O, saxlanılan zaman onlarla eyni məhlədə yaşayan Şahid5 adlı şəxs də saxlanılmışdır. O, post patrul xidmətinin avtomobilində, Şahid5 isə qara rəngli “Dodge” markalı avtomobildə əyləşdirilmişdir. Polis əməkdaşları evindən təxminən bir kilometr məsafə uzaqlıqda onunla eyni adlı Ceyhun adlı başqa bir şəxsin evinə daxil olmuş, lakin Ceyhun pəncərədən tullanıb qaçdığından onu tuta bilməmiş, sonuncunun qeyri-rəsmi münasibətdə olduğu xanım isə tutularaq yanında əyləşdirilmişdir. Polis bölməsinə gətirildiyi gün onunla birlikdə təxminən 30-40 nəfər saxlanılan olmuşdur. Həmin şəxslərin hamısı ilə birlikdə polis rəisinin müavini Süleyman adlı şəxsin otağına gətirildikdən sonra onları sıraya düzərək, sanki nəyisə bölüşdürürlərmiş kimi “5 qram sənə, 8 qram sənə, 10 qram sənə veriləcək” bildirmişlər. Bundan sonra o, Şahid4 olduğu otağa aparıldıqda ona narkotik vasitə təqdim edilərək üzərinə qoymasını, videoçəkiliş edilərək suallar veriləcəyi bildirilmişdir. Ona videoçəkiliş zamanı üzərində qanunla qadağan olunmuş nə varsa təqdim edilməsi sual edildikdə onların verdikləri narkotik vasitəni cibindən çıxarmaqla masanın üzərinə qoyması öyrədilmişdir. Bununla razılaşmadıqda isə 7-8 nəfər polis əməkdaşı onu yerə uzatmaqla sağ və sol qolunun üzərindən bir nəfər ayağı ilə, başından isə başqa bir nəfər ayağı ilə yerə sıxmış, digərləri isə təpik, yumruq və polis kəməri ilə 15- 20 dəqiqə ərzində döymüşlər. Təzyiq və döyülməyinə baxmayaraq polislərin dedikləri ilə razılaşmamışdır. Rəis müavini Süleyman adlı şəxs otağa gəldikdən sonra polislər ona nə baş verdiyini məruzə etdikdə Süleyman sonunculara “Bir ədəd rezin dəyənək və bir ədəd sellofan gətirin, onda razı olacaq” demişdir. Onun az-çox həyat təcrübəsi olduğundan Süleyman adlı şəxsin məqsədini başa düşmüş, məcbur qaldığına görə onlarla razılaşmışdır. Onlar tərəfindən təqdim edilmiş narkotik vasitəni cibinə qoyduqdan sonra videoçəkiliş aparılmış, sənədləşmə işləri həyata keçirilmiş, tərtib olunmuş sənədləri imzalamamaq imkanı olmadığından həmin sənədləri imzalamışdır. 7 sentyabr 2023-cü il tarixdə, axşam saat 6 radələrində vəkil gələrək bütün sənədləri imzalamışdır. Həmin vaxtadək o, vəkili görməmişdir. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edildiyi, sonradan “zaminliyə” buraxılacağı deyilmişdir.

3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, ona təqdim olunmuş sənədləri polis bölməsində imzalamışdır. Belə ki, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra ailə üzvləri onun təzyiqlərə məruz qalaraq döyülməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə və “Ombudsmana” məlumat vermişlər. Eyni zamanda ibtidai istintaq dövründə verdiyi ifadələri təzyiq altında verməsi barədə istintaq təcridxanasına getdikdən təxminən bir ay sonra Azərbaycan Respublikasının Baş Prokuroruna ərizə göndərmiş, ailə üzvləri isə Sabunçu Rayon Prokurorluğuna müraciət etmişdir. İstintaq təcridxanasına daxil olarkən üzündə və bədən nahiyəsində ciddi xəsarətlər aşkar olunmamışdır. O, saxlanıldığı gün Balaxanı kəndi ərazisində olmamışdır. “Kakos” adlanan narkotik vasitənin bir qramını 40 (qırx) manata almışdır. Belə ki, ibtidai istintaq dövründə müqavilə üzrə vəkili olmadığından polis əməkdaşlarından ehtiyat edərək təzyiqlərə məruz qalması barədə hər hansı orqana şikayət etməmiş, yalnız müqavilə üzrə vəkili olduqdan sonra etirazlarını bildirmişdir.

4. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, 15 yaş ondan böyük olan Vahid adlı şəxsin sadə mobil telefonu olmuş, sonuncu bəzən onun mobil telefonunu alıb “Whatsapp” proqramı vasitəsilə başqa şəxslərlə mesajlaşmış, mesajları yazdıqdan sonra sildiyindən onların məzmununun nə barədə olmasını bilməmişdir. Üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı iştirak edən polis əməkdaşları onu saxlayan şəxslər olmuşdur. Evə zəng edərək müstəntiqlə görüşmək istəmiş, lakin sonuncu onun yanına gəlməmişdir. O, etap edilməyi tələb etdiyindən 5 oktyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin MSY-yə köçürülmüş, bundan sonra müstəntiqlə görüşmüş, sonuncu ona məsələnin qanuni yolla həll ediləcəyini izah etmişdir.

5. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, o, tutulmamışdan 15 dəqiqə əvvəl Şahid5 adlı şəxs tutulmuşdur. Belə ki, Şahid5 əvvəlcə post patrul xidməti avtomobilinə əyləşdirmiş, onu sonradan həmin avtomobilə əyləşdirdikdən sonra isə Şahid5 həmin avtomobildən düşürüb “Dodge” markalı başqa avtomobilə əyləşdirmişlər. O, post patrul xidməti avtomobilinin arxasında xüsusi yerdə olarkən orada ondan başqa heç kim olmamışdır. Daha sonra polislər qeyri-rəsmi münasibətdə olduğu qızla yaşayan başqa Ceyhun adlı şəxsin evinə getmiş, lakin Ceyhun adlı həmin şəxs yaşadığı evin pəncərəsindən tullanaraq qaçdığından sonuncunu tuta bilməmiş, qızı isə saxlayaraq avtomobilə əyləşdirmişlər. Post patrul xidməti avtomobilindən düşürüldükdə Şahid5 “Dodge” markalı avtomobildən düşürdüklərini görmüşdür. O, müvəqqəti saxlama yerində Şahid5la birlikdə olmuşdur. Üzərində şəxsi axtarış keçirilərkən Taryellə birlikdə olmamışdır. Belə ki, barəsində aparılan cinayət işi üzrə şahidlər Şahid5 saxlayan şəxslərdir. Şahid5la onun evi arasındakı təxminən 5 dəqiqəlik məsafə vardır.

6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 7 sentyabr 2022-ci il, 8 sentyabr 2022 və 9 sentyabr 2022-ci il tarixlərində müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, 7 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Rövşən adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat ödəməklə narkotik vasitə kimi tanıdığı “kakos” adlanan narkotik vasitə olan heroin alaraq üzərində daşımışdır. 7 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada yaşadığı evə tərəf hərəkətdə olan zaman polis əməkdaşlarını görüb özünü itirmiş, özündən asılı olmayaraq həyəcanlanmışdır. Həmin şəxslər ona yaxınlaşaraq özlərini Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün (bundan sonra mətndə - Sabunçu RPİnin PPXB) əməkdaşları kimi təqdim edərək üzərində şəxsiyyət vəsiqəsinin olubolmamasını soruşmuşlar. O, üzərində hər hansı sənədinin olmadığını dediyindən Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə (bundan sonra mətndə - PŞ-nə) dəvət edilərək onlarla birlikdə PŞ-yə getmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq və fiziki təsir tətbiq edilməmişdir. 12-ci PŞ-nin binasında 7 saylı Vəkil Bürosunun vəkili dəvət edilərək sonuncunun iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkiliş aparılacağı təhqiqatçı tərəfindən bildirilmişdir. O, öz istəyi ilə üzərində şəxsi axtarış aparılmasında vəkilin iştirakının olmasına etiraz etmişdir. Bundan sonra polis əməkdaşları və təhqiqatçının iştirakı ilə üzərində 12-ci PŞ-nin inzibati binasında yerləşən otaqlardan birində şəxsi axtarış aparılmışdır. Üzərində olan narkotik vasitələri şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə tünd-qəhvəyi rəngli maddəni çıxarıb otaqdakı masanın üzərinə qoymuşdur. Üzərində aşkar edilmiş narkotik vasitələr və mobil telefon kağız zərfə qoyularaq 159 saylı möhür vurulmaqla qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş maddəni aldığı şəxslə hər hansı əlaqəsi olmamış, sonuncunu üzdən tanımış, anket məlumatlarını bilməmişdir. Balaxanı qəsəbəsinə tez-tez gedib-gəlmişdir, həmin şəxslə rastlaşan zaman ondan narkotik vasitə almışdır. O, heç vaxt narkotik vasitə satmamış, kiməsə pay verməmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olduğundan vəkilin onu yaxşı müdafiə edə bilməyəcəyini düşündüyündən sonuncunun istintaq hərəkəti zamanı iştirak etməsini istəməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 31-32; 43-45; 58-60).

7. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı da hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi2 iştirakı ilə məhkəməyədək icraat zamanı 2 fevral 2023-cü il tarixdə verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Ağdam rayonu Ağdam şəhəri, M.Məmmədov küçəsi ev 22-də qeydiyyatda olsa da, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Sovxoz Ramana qəsəbəsi nömrəsiz evdə yaşayır, evlidir. Rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə, yəni gündəlik tikintilərdə fəhləlik etməklə məşğul olub maddi ehtiyaclarını ödəyir. Bir ildən artıq müddətdir narkotik vasitə istifadə edir və Bakı şəhərində müxtəlif ərazilərdən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxslərdən narkotik vasitə alaraq istifadə edir. Narkotik vasitə olan heroini Bakı şəhəri ərazisində müxtəlif ünvanlardan tanımadığı şəxslərdən 20 manata alaraq istifadə edir. 7 sentyabr 2022-ci il tarixdə evdə arvadı Leyla və iki azyaşlı qızı ilə olmuş, həmin gün saat 11 radələrində yuxudan durub sanitar qovşağa keçmiş, orada olan zaman ayaq səsləri eşitmiş, sanitar qovşaqdan çıxanda evdə olan otaqlarda əşyaları polis əməkdaşlarının axtarıb dağıtdığını görmüşdür. Ona adını və anket məlumatlarını sonradan bildiyi Məhəmməd, Vəli, Cəmil və digər polis əməkdaşları döymüş, “Evdə narkotikin var gətir demiş”, o evdə narkotik vasitə olmadığını dediyi üçün əynini geyinib onlarla getməyini demişlər. Qoluna qandal vurub Ceyhun adlı başqa bir şəxsi də tutmaq üçün başqa məhləyə aparmışlar. Həmin ünvanda Ceyhun adlı şəxs olmadığı üçün adını və anket məlumatlarını bilmədiyi qadını saxlayıb onun yanında PPX-nə aid avtopatrulda otuzdurub PŞ-nə aparmışlar. PŞ-də onun üzərinə təhqiqatçı tərəfindən axtarış və baxış keçirilməzdən əvvəl “Sənin üzərinə video çəkiiş edilməklə axtarış və baxış keçiriləcək. Çəkiliş zamanı deyərsən ki, Balaxanı qəsəbəsində narkotik vasitəni “Rövşən” adlı şəxsdən almısan.” kimi deməsi tələb edilmişdir. Lakin o, razılaşmamış, buna görə onu saxlayan həmin polis əməkdaşları və Məhəmməd adlı polis əməkdaşı onu döymüş, üzündən başqa hər yerindən vurmuş, nəticədə fiziki və psixoloji təsir altında qalaraq çəkiliş zamanı 7 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan “Rövşən” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat ödəməklə narkotik vasitə kimi tanıdığı “Kakos” kimi tanınan narkotik vasitə olan heroin alaraq üzərində daşımasını bildirmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, bundan əvvəl verdiyi izahat və ifadəsində, ilkin təhqiqat zamanı üzərinə keçirilmiş axtarış və baxışı əks etdirən çəkilmiş video görüntüdə törətdiyi əməli etiraf etməsi polis əməkdaşlarının fiziki və psixi təsiri altında olduğu üçün etmiş, istintaq zamanı döyülməsi barədə ona köməklik edə bilməcəyini düşünərək müstəntiqə məlumat verməmiş, hazırda müqavilə əsasında müdafiəçisi olduğundan döyülməsi barədə məlumat vermişdir. **********88 saylı mobil telefon nömrə tanışı Vahidin olmuş, sonuncu da narkotik vasitə istifadə edir. Ondan soruşulmuş digər mobil telefon nömrələrinin sahibini tanımır, həmin şəxslərlə yazışmasını xatırlamır. **********78 mobil telefon nömrəsini isə özü işlətmişdir (Cild 1, i.v. 206-209;).

8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs 7 sentyabr 2022-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər hər hansı münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Xidməti zərurətlə əlaqədar olaraq ərazidə polis nəfəri Şahid1 ilə birlikdə xidmətdə olan zaman saat 16 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana kimi tanınan ərazidə bir nəfərin özünü şübhəli aparmaqla gəzdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, şəxsiyyət vəsiqəsini təsdiq edən sənədinin olub olmaması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs adlı şəxs şəxsiyyətini təsdiq edən sənədinin olmamasını deyib şübhəli hərəkətlər etmiş, buna görə də onlarla birlikdə 12-ci PŞ-nə getməyi təklif etmişlər. 12-ci PŞ-nə getdikdən sonra xidməti otaqlardan birində baş təhqiqatçı, polis mayoru Fərid Nəsibov tərəfindən dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri elan edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə keçiriləcək axtarış və baxışda vəkilin iştirak etməsini istəmədiyini bildirmiş, bundan sonra digər polis əməkdaşının və onun iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümdə narkotik vasitə hesab edilən maddəni çıxarıb otaqdakı masanın üzərinə qoymuş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Qeyd olunan maddəni haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 7 sentyabr 2022-ci il tarixdə, 10 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını və telefon nömrəsini bilmədiyi Rövşən adlı şəxsdən 20 manat ödəməklə aldığını, həmin gündən saxlanıldığı vaxta qədər üzərində gəzdirdiyini, 7 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya aşkar olunmamışdır. Aşkar olunmuş həmin bir bükümdə olan maddə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, axtarışda iştirak edən polis əməkdaşlarının, həmçinin onun iştirakıyla zərfə qoyulub qablaşdırılmış, möhürlənib götürülmüş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imza etmiş, o da hamı kimi həmin protokolu və zərfi imzalamış, şəxsi axtarış zamanı, habelə protokol tərtib edilərkən heç bir şikayət daxil olmamışdır.

11. Verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid4 ifadəsinə əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs guya yaşadığı evdə saxlanılması ilə bağlı verdiyi ifadəsi tamamilə yalnışdır. Belə ki, onların Təqsirləndirilən şəxs evinə daxil olmaq səlahiyyətləri olmamış, sonuncunu küçədə, sahibsiz evlər deyilən ərazidə 7 sentyabr 2022-ci il tarixdə, təxminən günorta saat 4 radələrində saxlamışlar. Həmin tarixdə başqa şəxsləri, o cümlədən Taryel və digər Ceyhun adlı şəxsləri saxlamamış, o, sonuncuları tanımamışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni Balaxanı kəndində tanımadığı şəxsdən 20 manat ödəməklə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, əvvəllər sonuncunun narkotik vasitə satıbsatmaması barədə məlumatı olmamışdır. 7 sentyabr 2022-ci il tarixdə üzərilərində vətəndaşların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən xüsusi qurğu olmadığından Təqsirləndirilən şəxs şəxsiyyətini saxlanıldığı yerdə dəqiqləşdirə bilməmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən əlinə qandal vurulmamış, videoçəkiliş keçirilərkən müdafiəçinin iştirak etməsindən özü könüllü imtina etmişdir.

12. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, xidməti ərazidən tanıdığı Təqsirləndirilən şəxsla “salam-sağ ol” münasibətindən başqa ünsiyyətləri olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həyəcanlı şəkildə onları gördükdə əlini cibinə salaraq üzünü çevirməsi kimi hərəkətlər edərək özünü şübhəli apardığından ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs tanısa da, şübhəli olduğundan polis bölməsinə aparmalı olmuşdur. Təqsirləndirilən şəxsla bağlı cinayət işi aparılarkən sonradan sonuncunun anası onlardan şikayət etmiş, bununla bağlı araşdırma aparılmış, iddialar öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs qarşı hər hansı təsir, təzyiq göstərilməmiş və pis rəftara məruz qalmamışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məqsədli əldə etməsi barədə soruşmamışlar.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, hadisə zamanı evdə olmamışdır. Belə ki, 6 sentyabr 2022-ci il tarixdə baldızı Tamellanın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən evlərinə getmiş, həmin gün bacısıgildə qalmışdır. Ceyhun və ailəsi isə özlərinə məxsus Ramana qəsəbəsində yerləşən həyət evində qalmışlar. 7 sentyabr 2022-ci il tarixdə, saat 11-ə 20 dəqiqə işləmiş evə gəldikdə gəlini Şahid2 və uşaqlarının ağladığını görmüş, Leyla ona polis əməkdaşlarının Ceyhunu apardığını bildirmişdir. Belə ki, o, saat 11-ə işləmiş evə daxil olarkən Ceyhun artıq aparılmış, polis əməkdaşlarını isə görməmişdir. Hamam otağı evin daxilində yerləşir. Axşam vaxtı evin və həyətin qapısını bağlasalar da, hadisədən əvvəl gəlini Leyla nəvəsini çörək almağa göndərdiyindən qapıları açıq olmuşdur. Ceyhun 3-4 gündən sonra evə zəng edərək onu narkotik vasitə istifadəçisi kimi sənədləşdirildiyini bildirmişdir. Övladı Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, həmin mobil telefon nömrəsi saxlanıldığı günə qədər Ceyhunun istifadəsində olmuşdur.

14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 7 sentyabr 2022-ci il tarixdə əri Ceyhun yataq otağında yatarkən təxminən saat 10-11-ə işləmiş onu yuxudan oyadıb çörək almaq üçün pul verməsini istədikdə sonuncu pulu cibindən götürməsini söyləmişdir. Həmin pulu götürüb uşaqlara çörək almaları üçün vermiş, onlar da çörək alıb gəlmişlər. Həyətlərinin qapısı xarab olduğundan bağlanmamışdır. Ceyhun yuxudan oyanıb hamam otağına keçdikdən təxminən 2 dəqiqə sonra evə 4-5 nəfər polis əməkdaşları daxil olaraq Ceyhunu soruşmuş, o da Ceyhunun hamam otağında olduğunu bildirmişdir. Polis əməkdaşları ona otağın qapısını bağlamağını bildirdikdə o, qapını bağlamış, lakin arabir qapını açıb baxmışdır. Ceyhun hamamdan çıxdıqdan sonra 2 nəfər polis əməkdaşı onu yataq otağına keçirib paltarlarını geyindirmiş, bundan sonra isə itələməklə aparılmışdır. Belə ki, Ceyhunu yataq otağına aparan, üzlərini xatırlamadığı polis əməkdaşlarından biri hündürboy, digəri isə ortaboy olmuşdur.

15. Verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid2 ifadəsinə əlavə olaraq göstərdi ki, Ceyhunun şalvarının cibindən pul götürərkən şalvarın bir cibində pul olmuş, digər cibi isə boş olmuşdur. Ceyhun aparıldıqdan sonra zəng edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tutulduğunu söyləmiş, lakin ona təzyiq olunması barədə məlumat verməmişdir. Qayınanası Şahid3 polislər Ceyhunu apardıqdan bir neçə dəqiqə sonra evə gəlmiş, Şahid3 hadisədən sonra işlə bağlı xatırlamadığı tarixdə şikayətlər etmişdir. O, Ceyhunu aparmış polis əməkdaşlarını tanımır, ümumiyyətlə sonuncuların üzlərini xatırlamır, üzlərini görsə də onları tanıya bilməz. O, Daxili işlər nazirliyinə şikayət etməmişdir. Tariyel Abbasov adlı şəxsi tanımır.

16. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, barəsində əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış, lakin sonradan həmin iş üzrə icraata bəraətverici əsaslarla xitam verilərək icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs ilə eyni məhlədə yaşadıqlarından sonuncunu tanımaqla ünsiyyətləri olmuşdur. 7 sentyabr 2022-ci il tarixdə, səhər saat 10-11 radələrində evdə yatdığı zaman Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları onun evinə daxil olub əynində təkcə alt paltarları olarkən döyərək **- AP-*** nömrəli avtomobilə əyləşdirmişlər. Polis əməkdaşları tərəfindən döyülməsi qonşunun kameralarına düşmüşdür. Onların tutulmasına səbəb avtomobili idarə edən Cəmilin qaynının narkotik vasitələrin satışı ilə məşğul olması olmuş, həmin şəxs cinayət məsuliyyətindən kənarda saxlanılmış, onlar isə tutulmuşdur. Belə ki, onu tutub avtomobilə mindirib əllərini qandalladıqdan sonra həmin avtomobili Təqsirləndirilən şəxs yaşadığı evinin qabağında saxlayaraq 5-6 nəfər polis onun evinə getmişlər. Evin içərisində nə baş verdiyini görməsə də, Ceyhunun döyə-döyə çölə çıxarıldığını görmüşdür. Onu qara rəngli “Dodge” markalı avtomobilə əyləşdirmişlər. Daha sonra digər Ceyhun adlı şəxsi tutmaq istəsələr də sonuncu qaçmış, onunla birlikdə yaşayan qızı isə tutmuşlar. Onların evi ilə Ceyhungilin evi arasındakı təxminən 1-1,5 kilometr məsafə olmuş, “Dodge” markalı avtomobilə mindirildiyi yer ilə Ceyhungilin evi arasındakı məsafə isə təxminən 600 metr olmuşdur. O, Təqsirləndirilən şəxsla həm bölmədə, həm müvəqqəti saxlama yerində, həm də “Kürdəxanıda” istintaq təcridxanasında birlikdə saxlanılmışdır. Bölmədə “reşotka”da olarkən Təqsirləndirilən şəxs onu tutdurmadığını dedikdə sonuncu onları kimin tutdurduğunu bildiyini bildirmişdir. İdarəyə gətirildikdən sonra Süleyman adlı rəisin yanına gətirilmişlər. Lakin həmin otağa Ceyhunla birlikdə daxil olmamışdır. Təqsirləndirilən şəxs onun atasının dostu olmuş, lakin onun Ceyhunla ilə dostluğu olmamışdır. Ceyhunu bir nəfər qadınla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə “Dobro” markalı avtomobillə, o isə “Dodge” markalı avtomobillə aparılmışdır.

17. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə Şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onların qonşusu olmaqla böyük oğlu ilə dostluq münasibətlərində olmuşdur. "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil telefon nömrəsi onun qardaşına məxsus olmaqla özünün istifadəsində olmuşdur. “Əmi 1 qramını mənə neçəyə verərsən” məzmunlu mesajı “əmi” və “şöşü” ləqəbli, gürcüstanlı, 6-7 ay əvvəl vəfat etmiş Vahid adlı şəxsə yazmış, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə həmişə Vahid adlı şəxslə danışmışdır. Ceyhundan heç vaxt narkotik vasitə əldə etməmiş, onun narkotik vasitələrdən istifadə edib-etməməsi barədə məlumatı olmamışdır. Qeyd edilən nömrənin Ceyhunun istifadəsində olmasını bilməmiş, həmin nömrə ilə mütəmadi olaraq Vahid adlı şəxslə danışmışdır. Belə ki, o, əvvəllər üç ay narkotik vasitə heroindən istifadə etmiş, Vahidə isə heroin almaq üçün mesaj yazmışdır. Vahid sadə smartfon mobil telefon işlətmiş, onun bahalı telefonları da olmuşdur. 2022-ci ilin iyun ayında Vahid sağ olmuş, onunla görüşdükdə sms yazdığı nömrəni işlədəcəyini demişdir.

18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

19. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 7 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 1 (bir) ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə olan maddə aşkar edilməsi faktına görə Sabunçu RPİnin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X11 tərəfindən 8 sentyabr 2022-ci il tarixdə, saat 20:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

20. Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibov tərəfindən tərtib edilmiş 8 sentyabr 2022-ci il tarixli raportdan və toplanmış materialdan görünür ki, 7 sentyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,221 qram olan narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür (Cild 1, i.v. 3).

21. Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid4 və Şahid1 tərəfindən tərtib edilmiş 7 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin şübhəli olduğunu görərək onu saxlamışlar. Həmin şəxsə özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsini xahiş etdikdə həmin şəxsin sənədlərinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Bu onlarda həmin şəxsin nəsə gizlətməsi barədə şübhələr yaratmışdır. Həmin şəxs onlara dağınıq cavablar verdiyindən onun nədənsə narahat olmasını və tez bir zamanda onlardan yayınaraq getmək istədiyini görmüşlər. Onun üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin 9 sentyabr 1985-ci il təvəllüdlü, Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (Cild 1, i.v.4).

22. “Şübhəli şəxsin tutulması haqqında” 7 sentyabr 2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli bilinərək Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 7 sentyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş, həmin tarixdə, saat 16:50-də Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 7 sentyabr 2022-ci il tarixdə, 16:00 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, 13-14).

23. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 7 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 17:20-dən 17:35-dək Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibov tərəfindən həmin İdarənin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid4 və Şahid1 iştirakı ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində Rövşən adlı şəxsdən 20 manata alaraq şəxsi istifadə üçün üzərində saxladığını, 1 il yarımdır narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azəraycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda istintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə çəkilmiş videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ, protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Müdafiəçi İlqar Qədirov sonradan həmin protokolla tanış olaraq imzalamışdır (Cild 1, i.v. 23-25).

24. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 7 sentyabr 2022-ci il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq bir ədəd müddəti 4 dəqiqə 21 saniyə olan həmin videogörüntünün əks olunduğu diskə müstəntiq C.Ə.Əhmədov tərəfindən baxış keçirilməsinə dair 15 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 101;)

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) 6/4900 saylı, 8 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə...saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdi-iki imza; Tərtib etdi: Təhqiqatçı - Fərid Nəsibov – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi – 3,221 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 3,221 qram, tədqiqata sərf edildi –0,05 qram, qalıq – 3,171 qram. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır (Cild 1, i.v. 33-37;).

26. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 4(008)-750/2022 saylı, 9 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 7 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmiş, müdafiəçi İ.Qədirov da həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmamasını xahiş etmişdir (Cild 1, i.v. 67-69).

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 21 sentyabr 2022-ci il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətər Məhkəməsinin 1(101)-269/2020 saylı, 17 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, 9 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti bitdiyindən Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır (Cild 1, i.v. 85-86; Cild 2).

28. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan, Təqsirləndirilən şəxs ailə üzvləri və özü ilə bağlı təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı - xx xxxxxx 1986-cı il təvəllüdlü Şahid2, övladları – 1 mart 2017-ci il təvəllüdlü Lalə Pənahova və 5 aprel 2014-cü il təvəllüdlü Nərgiz Pənahovadan ibarət olmuşdur (Cild 1, i.v. 87-92; Cild 2).

29. Seriya AA 400166 nömrəli “Məcburi köçkün” vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür (Cild 1, i.v. 92;).

30. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 4(008)-974/2022 saylı, 3 dekabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri bir ay müddətə uzadılmışdır. Həmin qərarın təsviri-əsaslandırcı hissəsindən görünür ki, Müdafiəçi2 iştirak etdiyi məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ittiham elan edilmiş cinayətdə özünü təqsirli bilərək, təqdimatın təmin olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxmış, Müdafiəçi2 isə təqdimatın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir (Cild 1, i.v. 108-109).

31. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 8 oktyabr 2022ci il tarixli, 5879 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi-narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 118-119).

32. Müdafiəçi2 8 dekabr 2022-ci il tarixdə ibtidai istintaq orqanına yazılı vəsatət verərək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə ötürülmüş məlumatların və anten dairələrinin götürülməsini xahiş etmiş, həmin vəsatət istintaq orqanı tərəfindən təmin edilərək müvafiq məhkəmə qərarı ilə qeyd edilən mobil telefon nömrəsi ilə aparılmış danışıqlar və digər məlumatlar əldə edilmişdir (Cild 1, i.v. 122-124;127-130;138- 140).

33. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 17 oktyabr 2022-ci il tarixli, 2762 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onunla istintaq hərəkətlərini həyata keçirmək mümkündür. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Həmin rəyin təsviri-əsaslandırı hissəsində göstərilmişdir ki, “Ona ittiham olunan əməl barədə soruşduqda özünü qismən müdafiə etməyə çalışır. Saxlanılarkən üzərində narkotik vasitə deyil, dərman kimi istifadə etdiyi “metadon” olduğunu bildirir.” (Cild 1, i.v. 155-156).

34. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 4(008)-1049/2022 saylı, 31 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri iki ay müddətə uzadılmışdır. Həmin qərarın təsviri-əsaslandırcı hissəsindən görünür ki, Müdafiəçi2 iştirak etdiyi məhkəmə iclasında Təqsirləndirilən şəxs onun barəsində aparılan istintaq hərəkətlərinin düzgün aparılmadığını, onun daimi yaşayış yeri olduğunu bildirərək vəsatətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmiş, Müdafiəçi2 isə Təqsirləndirilən şəxs daimi yaşayış yeri olduğunu və istintaqdan yayınmaq ehtimalının olmadığını bildirərək vəsatətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir (Cild 1, i.v. 158-162).

35. "xxxx" MMC-dən təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında alınmış 1 (bir) ədəd CD diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən **********50 saylı mobil nömrəyə 10 iyul 2022-ci il tarixdə, saat 00:42:49-da “Ramin menem ceyhundu.setdende cixmisan eger bugun alinmiyacaqsa indiden de men bilim.sora ozumde agrida qalaram.eger bugun alinmiyacaqsa de mene”, 12 iyul 2022-ci il tarixdə, saat 04:08:40-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Vahid biyaqdan niye nala mixa vurursan niyr yene mene yalan deyirsen deyirem ne qeder pulun vae deyirsen 15 var niye yalan danisrsan 50 yasin var”, 15 avqust 2022-ci il tarixdə, saat 18:11:01-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəyə “Ziyad menem ceyhundu qaqa patıda var orda”, 27 avqust 2022-ci il tarixdə, saat 17:51:31-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəyə “qaqa menem ceyhundu qudretgilden cixiram dediler elsennen cixdi.yiguram qaqa ver qudrete qadanalaram.yada denen meni yigsin.qaqa qedrete de menenn oyun o”, 8 iyul 2022-ci il tarixdə, saat 09:33:16-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “Emi 1 qramın mrne necije bersrn”, 12 avqust 2022-ci il tarixdə, saat 04:06:50-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “aqryiram saat onda teli qeri qoturecem”, 12 iyul 2022-ci il tarixdə, saat 04:06:49-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “qaqaw utanerem zenk elef demaya mesaj atdim 15 manat qoturajeydim vermediler bayax 50 manat boruc verdim o aqore seher daat ona kimi telefonmu saxlem ola”, 12 iyul 2022-ci il tarixdə, saat 04:06:49-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “rmi aqryiram saat onda teli qeri qoturecem”, 1 sentyabr 2022-ci il tarixdə, saat 02:33:38-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “AXSMİ.XEYR.KARTİV.KOD.ATMENE.SABA.ONKD.TELFON.ACK.SAXL.PUL.A.TACXL” məzmununda narkotik vasitələrin istehlakı və satışı ilə bağlı çoxsaylı sms-mesaj mətnləri və yazışmalar müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Eyni zamanda, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş telefonun anten dairəsi saxlanılan zaman ***-***-**-** GPRS 7 sentyabr 2022-ci il tarixdə, saat 11:04:45-də 1284 LABS 0322O3/LABS0322 Dekorativ tingli 2 “Yeni Ramana yaşayış massivi” Sabunçu olmuşdur. Dindirmə zamanı Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinin öz istifadəsində olduğunu təsdiq edərək ***-***-**-** saylı mobil telefon nömrəsinin narkotik vasitələrdən istifadə edən tanışı Vahid adlı şəxsin istifadəsində olduğunu, digər nömrələrin sahiblərini tanımadığını və onlarla yazışmasının xatırlamadığını bildirmişdir (Cild 1, i.v. 141-142).

36. 2 fevral 2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid2 və Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı sonuncular istintaq zamanı verdikləri ifadələri təsdiq etməklə bir-birlərini əvvəlcədən tanımadıqlarını, habelə Şahid2 Şahid4 onların evinə gələn polislərin arasında ola biləcəyini, Şahid4 isə Şahid2 ifadəsinin ona aid olan hissəsinin yalan olduğunu bildirmişdir (cild 1, i.v.170-172).

37. Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Yunis Ələsgərovun həmin X6 baş müstəntiqi, polis mayoru Cavid Əhmədovun əməliyyat tapşırığına 2 fevral 2023-cü il tarixli cavab məktubundan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqla yaşadığı ərazidə narkotik vasitələrin satışını da həyata keçirilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri kimlərə satması tərəflərindən müəyyən edilməsə də, həmin istiqamətdə tədbirlər davam etdirilir (Cild 1, i.v. 176).

38. 2 fevral 2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı sonuncular istintaq zamanı verdikləri ifadələri təsdiq etmiş, Təqsirləndirilən şəxs Şahid4 digər polis əməkdaşları ilə birlikdə onu evinin içərisindən döyə-döyə götürdüklərini, Şahid4 isə Təqsirləndirilən şəxs dediklərinin tamamilə yalan olduğunu bildirmişdir (Cild 1, i.v.177- 178).

39. “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işindən ayrıca ayrılması haqqında” 2 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 3,221 qram narkotik vasitə heroinin maddi sübut hesab edilməklə tədqiqatlardan sonra qalıq çəkisi 3,171 qram heroinin Sabunçu RPİ-nin maddi sübutların saxlancına verilməsi, şahidlər Şahid4 və Şahid1 ifadələri, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünün əks edildiyi 1 (bir) ədəd disk və həmin diskə baxış keçirilməsi protokolu, məhkəmə-kimyəvi, məhkəmə-psixiatrik, ambulator məcburi-narkoloji ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokol, "xxxx" MMC-dən alınmış 31 yanvar 2023-cü il tarixli AZF/LGL-2119/23 nömrəli məltuba əlavə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatların sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işindən narkotik vasitənin mənbəyi barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır (Cild 1, i.v. 179-187).

40. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi haqqında” 2 fevral 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Cavid Əhmədov tərəfindən ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işindən narkotik vasitənin mənbəsi barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmaqla icraata qəbul edilmişdir (Cild 1, i.v. 190-193).

41. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 2 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan olunaraq mahiyyəti izah edilmişdir (Cild 1, i.v.195-196;).

42. X15 8 fevral 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 3,221 qram narkotik vasitə heroinin tədqiqatlardan sonra qalıq çəkisi 3,171 qram olan hissəsi Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (Cild 1, i.v.218;).

43. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq C.Ə.Əhmədov tərəfindən 8 fevral 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 9 fevral 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.219-225;).

44. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 mart 2023-cü il tarixli Sabunçu rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşunas X19 tərəfindən 101-C-23 nömrəli material üzrə qəbul edilmiş qərardan və müvafiq materialdan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasında Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması və barəsində olan cinayət işinin gedişatına etiraz əlaməti olaraq özü-özünə xəsarət yetirməsi ilə bağlı aparılmış araşdırma zamanı cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs izahatında 7 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evində olarkən Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq PŞ-yə gətirilməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs PŞ-də olan zaman Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəis müavini Süleyman Abbasovun, PPXB-nin əməkdaşları Cəmil və Məhəmməd adlı şəxslərin orada ona məxsus olmayan narkotik maddəni boynuna götürməsini tələb etmələrini, bununla razı olmadığı üçün ona qarşı fiziki güc tətbiq etmələrini, rezin dəyənəklə döyərək sonunda məcbur qaldığı üçün həmin narkotik maddəni boynuna götürməsini qeyd etmişdir...Təqsirləndirilən şəxs izahatında ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi lə ittiham irəli sürüləcəyi bildirilsə də, sonradan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilməsini, istintaqın düzgün aparılmamasına etiraz olaraq 4 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin MSY-də olan zaman kəsici alətlə, ülgüclə qollarına və qarın nahiyəsinə xəsarətlər yetirmişdir. Material üzrə izahatı alınmış X5 Təqsirləndirilən şəxs izahatında göstərdiklərinin tamamilə yalan olduğunu, ona qarşı hər hansı zorakılıq və pis rəftar göstərilmədiyini qeyd etmişdir. Qərardan görünür ki, Sabunçu RPİ-nin MSY-nin 8 sentyabr 2022-ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 12-ci PŞ-nin əməkdaşları tərəfindən Sabunçu RPİ-nin MSY-nə təhvil verilmiş və sonuncunun üzərinə baxış zamanı onun bədəni üzərində heç bir xəsarətin, eləcə də, qadağan olunmuş əşyanın aşkar edilməsi müşahidə edilməmişdir. Material üzrə izahatı alınmış Sabunçu RPİ-nin MSY-nin növbətçisi, polis serjantı X8 8 sentyabr 2022-ci il tarixli aktın doğruluğunu təsdiq edərək, Təqsirləndirilən şəxs 2 fevral 2023-cü il tarixdə BİT-dən Sabunçu RPİ-nin MSY-nə gətirilərək orada saxlanan zaman 4 fevral 2023-cü il tarixdə istintaqın gedişatına etiraz olaraq alışqanın dəmiri ilə özünə xəsarət yetirdiyini və bu barədə müvafiq akt tərtib edildiyini göstərmişdir (cild 2;).

45. “Cinayət işinin icraatına hissəvi xitam verilməsi və icraatın dayandırılması haqqında” 3 noyabr 2022-ci il tarixli Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X13 tərəfindən qəbul edilmiş qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə bəraətverici əsasla xitam verilmiş, cinayət işinin istintaq materiallarına maddi sübut kimi əlavə edilmiş təmiz çəkisi 3,330 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və təmiz çəkisi 5,266 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin əldə edildiyi mənbə müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 2).

46. Müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus əmək kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 1 aprel 2016-cı il tarixdən 7 avqsut 2019-cu il tarixədək "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi Heydər Əliyev X2 Xidmətində hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizəsi üzrə keşikçi vəzifəsində işləmişdir (Cild 2).

47. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 7952/2022 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitabçada göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirilmiş, həm özünün deməsinə, həm də müayinəyə əsasən üzərində hər hansı yeni zədə və xəsarət izləri aşkar olunmamış, hər hansı şikayəti olmamışdır(Cild 2).

48. Bakı şəhəri, Sabunçu RPİ-nin MSY-nin növbətçisi, polis serjantı Şirxan Mirzəyev tərəfindən tərtib edilmiş 8 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı onda heç bir xəsarət aşkar olunmamışdır (Cild 2).

49. Bakı şəhəri, Sabunçu RPİ-nin MSY-nin növbətçisi, polis baş serjantı X16 tərəfindən tərtib edilmiş 4 fevral 2023-cü il tarixli aktdan görünür ki, 2 fevral 2023-cü il tarixdə, saat 14:50-də Bakı İstintaq Təcridxanasında Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədovun qərarı ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə saxlanılan vət. Pənahov X9 RPİ-nin MSY-ə köçürülmüşdür. 4 fevral 2023-cü il tarixdə, saat 10:10-da MSY-də saxlanıldığı kamerada özünə xəsarət yetirmiş, ona dərhal müdaxilə edilərək ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs özünə nə səbəbə xəsarət yetirməsi soruşulduqda o, istintaqın aparılmasına etiraz əlaməti olaraq özünə xəsarət yetirdiyini bildirmişdir (Cild 2).

50. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Şahid5 barəsində həbs qətimkan tədbiri seçilərkən və sonradan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərkən məhkəmə nəzarəti qaydasında toplanmış materiallardan görünür ki, Şahid5 7 sentyabr 2022-ci il tarixdə, saat 14:00-da Sabunçu RPİ-nin 12-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Afət Nəbiyev və həmin İdarənin PPXB-nin polis nəfəri, polis serjantı Mirəli Əmirəliyev tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş, həmin tarixdə , saat saat 14:50-də 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Əvəz Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş və saat 15:15-dən 15:30-dək üzərində şəxsi axtarış və götürmə keçirilmişdir (Cild 2). Əməlin tövsifi və digər hüquqi məsələlər:

51. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

52. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

54. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

55. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

56. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

57. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

58. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 3,221 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 21 dəfə, külli miqdarından isə təxminən 1,6 dəfə artıq olması, habelə istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş və çıxmış narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair sms-mesaj yazışmaların müəyyən edilməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

59. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən səhər saatlarında evində olarkən tutulması, Şahid5 və digər çoxsaylı şəxslərin onunla eyni vaxtda tutularaq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmələri və orada onlar arasında narkotik vasitələrin bölüşdürülməsi, fiziki təzyiq və zorakılığa məruz qaldığından ona verilmiş narkotik vasitəni boynuna alması, lakin sonradan müqavilə üzrə müdafiəçisi olduğundan həqiqəti danışaraq üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmadığını bildirməsi, mobil telefonundan aşkar edilmiş sms-mesajların onun tərəfindən deyil, Vahid adlı artıq vəfat etmiş şəxs tərəfindən yazılması və daha sonra sonuncu tərəfindən silindiyindən həmin mesajların məzmunu barədə məlumatının olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

60. Məhkəmə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs onunla birlikdə eyni polis əməkdaşları tərəfindən tutularaq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilməsi və sair xüsusatlarla bağlı ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq Şahid5 ifadəsinin həmin hissələri işin faktiki hallarına uyğun olmadığından və başqa hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən rədd edir. Məhkəmə eyni zamanda qeyd edir ki, hökmün təsviri hissəsində göstərilənlərə əsasən (hökmün 50-ci bəndi) Şahid5 7 sentyabr 2022-ci il tarixdə radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi ünvanında nömrəsiz fərdi evin qarşısında Sabunçu RPİ-nin 12-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Afət Nəbiyev və həmin İdarənin PPXB-nin polis nəfəri, polis serjantı Mirəli Əmirəliyev tərəfindən saxlanılması, yəni Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşlarının deyil, başqa polis əməkdaşları tərəfindən saxlanılması nəzərə alındıqda Şahid5 məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə verdiyi ifadələri başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından həmin ifadəyə tənqidi yanaşılmalı olması qənaətinə gəlir.

61. Məhkəmə həmçinin şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Şahid3 Təqsirləndirilən şəxs anası olmaqla özünün ifadəsində göstərdiyi kimi ümumiyyətlə hadisənin şahidi olmamış, yalnız sonradan gəlini Şahid2 dediklərinə istinad edərək ifadəsində göstərdikləri də işin faktiki halları tam inkar olunur. Bundan başqa, Şahid2 Təqsirləndirilən şəxs arvadı olmaqla onun ifadəsinə məhkəmə kolegiyası tənqidi yanaşaraq qeyd edir ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla ərinin ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq məqsədi daşıyır.

62. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsinə tənqidi yanaşaraq Habil Seyidovun özünün də bildirdiyi kimi narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsini, guya Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon ilə məhz artıq vəfat etmiş Vahid adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmasını inandırıcı hesab etmir. Belə ki, hökmün 35-ci bəndində göstərilənlərə əsasən həmin mobil telefon nömrəsinin mütəmadi olaraq məhz Təqsirləndirilən şəxs istifadəsində olması, sonuncunun əsasən müxtəlif tanışları ilə danışması və yazışması müəyyən edilməklə, hətta qeyd edilən mobil telefon nömrəsinin hansısa müddət ərzində başqa şəxsə verildiyi təqdirdə belə Habil Seyidovun məhz həmin vaxtlarda Vahidlə yazışmasına dair ifadəsi absurd olmaqla işin faktiki halları ilə tam inkar edilir. Məhkəmə kollegiyası Habil Seyidovun həmin ifadəsi ilə əslində həqiqətdə olmayan halları qeyd etməklə qonşusu Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə məsuliyyətdən azad olunmasına cəhdi kimi qiymətləndirir. Eyni zamanda Habil Seyidov ifadəsində göstərdiyi kimi Vahid adlı şəxsin istifadəsində kifayət qədər yüksək dəyəri olan “smartfon” mobil telefonun olmasına baxmayaraq, özünə məxsus ayrıca mobil telefon nömrə almamasının səbəbini izah edə bilməmişdir. X7 ifadəsində guya məhz artıq ölmüş şəxs kimi Vahid adlı şəxslə yazışmasını bildirməsi, hökmün 35-ci bəndində qeyd edilmiş 12 iyul 2022-ci il tarixdə, saat 04:08:40-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Vahid biyaqdan niye nala mixa vurursan niyr yene mene yalan deyirsen deyirem ne qeder pulun vae deyirsen 15 var niye yalan danisrsan 50 yasin var” sms-mesaj mətni ilə də tamamilə inkar edilir. Belə ki, həmin sms-mesajın məzmunundan da göründüyü kimi Təqsirləndirilən şəxs Vahid adlı şəxsə müraciət edərək 50 yaşı olmasına baxmayaraq, ona yalan danışmasını irad bildirir. Başqa sözlə ***-***-**-** mobil telefon nömrəsinin Vahidin istifadəsində olması qəbul edilsə, onun özü-özünə mesaj yazması məntiqə uyğun olmamaqla tamamilə absurddur. Bununla yanaşı həmin sms-mesajın mətnindən də göründüyü kimi Vahid adlı şəxsin istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Həmin faktı Təqsirləndirilən şəxs ifadəsində təsdiq etmişdir. Məhkəmə hesab edir ki, məhz müdafiə tərəfinin vəsatəti əsasında istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə ötürülmüş məlumatlar mobil operatordan məhkəmə qərarı ilə əldə edilərək baxış keçirilmiş, baxış zamanı sonuncunun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair çoxsaylı sms-mesajların müəyyən edilməsindən sonra isə müdafiə tərəfi həmin smsmesajların guya ölmüş Vahid adlı şəxs tərəfindən yazılmasını iddiasını irəli sürmüşdür.

63. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

64. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

66. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

67. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

68. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış müxtəlif sms-mesaj yazışmaların aşkar edilməsi və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

69. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

70. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmiş, əksinə onun polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonrakı müddətdə üzərində hər hansı xəsarətin olmamasına dair kifayət qədər mötəbər hesab edilən sübutlar hər hansı digər sübutlarla inkar edilə bilməmişdir (bax hökmün 26;30;34;44;47-49; bəndləri). Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində 6 fevral 2023-cü il tarixdə aşkar edilmiş xəsarətlərin onun özü tərəfindən barəsində aparılan ibtidai istintaqın gedişinə etiraz əlaməti olaraq yetirilməsi nəzərə alınmalıdır. Məhkəmə xüsusi vurğulamaqla qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə təkidlə üzərində ümumiyyətlə hər hansı narkotik vasitə olmaması və ona qarşı fiziki zorakılıq və pis rəftar göstərilməsini qeyd etsə də, hökmün 26, 30 və 34-cü bəndlərində göstərildiyi kimi barəsində qətimkan tədbiri seçilməsi və seçilmiş qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən özünü qismən təqsirli bilərək ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsini bildirməmişdir. Nəzərə alınmalıdır ki, seçilmiş qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən, məhkəmə icraatı zamanı da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 iştirak etmişdir.

71. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

72. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

73. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

74. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

75. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

76. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

77. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

78. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

79. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

80. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən məcburi köçkün həyatı keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

81. CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur.

82. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.

83. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

84. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

85. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

86. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

87. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

88. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 7 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 7 sentyabr 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 3 dekabr 2022 və 31 dekabr 2022-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti 2 (iki) ay müddətə uzadılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.13; 67-69; 108-109; 158-162).

89. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 7 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır.

90. Məhkəmə hökmün 31-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

91. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

92. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

93. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 3,171 qram olan narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd disk olmaqla, cəmi 2 (iki) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

94. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

95. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

96. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

97. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

98. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

99. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 7 sentyabr 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 3,171 qram olan narkotik vasitə heroin məhv edilsin, 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs oğluna isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar