Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-195/2025 15.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X38 və X22, tərcüməçilər – X33, Lamiyə Vaqif qızı, X16 və X17, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Dürdağ oğlunun, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Türkiyə Respublikasının Hatay şəhərində doğulmuş, orta təhsilli, subay, Türkiyə Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, X58 prospekti, Yeni Məhəllə, 116-cı küçə, N:6, Reyhanlı ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, xx xxxx 1978-ci il tarixdə Misir Respublikasının İsgəndəriyyə şəhərində doğulmuş, ali təhsilli, evli, Türkiyə Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, İstanbul şəhəri, Sancaqtəpə qəsəbəsi, Atatürk məhəlləsi, Sarıevlər yaşayış kompleksi, bina 118AA, mənzil 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 1nda yerləşən “GM City otel”-də yaşayan, barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, xx xxxx 1973-cü il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, xx xxxx 1978-ci il tarixdə Ağstafa rayonu, Poylu kəndində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Poylu kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini əldə edib satış məqsədilə saxlama və xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.
İşin faktiki halları
2. İttiham aktına görə, Təqsirləndirilən şəxs1 2023-cü ilin iyun ayının ortalarında Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4, həmçinin sonuncunun vasitəsilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ilə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçmədən külli miqdarda dərman vasitələrini Türkiyə Respublikasında əldə edib satış məqsədilə saxlama və xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 18 iyun 2023-cü il tarixədək olan müddət ərzində İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən birlikdə əldə eldikləri qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1 qutusunun qiyməti 74 manat olmaqla 370 manat dəyərində 5 qutu “Mirena 52 mg” (Bayer), 1393 manat dəyərində 1 qutu (63 kapsul) “Valamor 200 mg” (Farmanova) markalı dərman vasitələri və “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd boş qutunu o, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qulu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 501 manat dəyərində 1 qutu (60 həb) "Citovir 450 mg” (Farmatek), 1 flakonun qiyməti 381 manat olmaqla 4953 manat dəyərində 13 flakon “Herceptin 150 mg”, 1 qutusunun (63 kapsulun) qiyməti 1393 manat olmaqla 5572 manat dəyərində 4 qutu “Valamor 200 mg” markalı, dövlət qeydiyyatından keçmiş 1 qutusunun qiyməti 1833 manat olmaqla 3666 manat dəyərində 2 qutu “Perjeta 420 mg/14 ml” (Roche) markalı dərman vasitələri, “Herceptin 150 mg” markalı dərman vasitəsinə aid 17 ədəd boş qutu və “Herzuma 150 mg” markalı dərman sasitəsinə aid 10 ədəd istifadə kağızını Teymur Marghany, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atelias), 1 qutusunun qiyməti 501 manat olmaqla 1503 manat dəyərində 3 qutu “Citovir 450 mg” (Farmatek), 1 flakonun qiyməti 133 manat olmaqla 4256 manat dəyərində 32 flakon “Zirabev 100 mg 4 ml”, 1 flakonun qiyməti 550 manat olmaqla 5500 manat dəyərində 10 flakon “Eylea 40 mg/ml” (Bayer), 1 flakonun qiyməti 381 manat olmaqla 1524 manat dəyərində 4 flakon “Herceptin 150 mg”, 1 flakonun qiyməti 1325 manat olmaqla 3975 manat dəyərində 3 flakon “Opdivo 100 mg/10 ml”, 1 flakonun qiyməti 624 manat olmaqla 3120 manat dəyərində 5 flakon “Mvası 400 mg/16 ml”,1 qutusunun qiyməti 624 manat olmaqla 1248 manat dəyərində 2 qutu “Веvах 400 mg/16 ml” markalı, dövlət qeydiyyatından keçmiş 1 flakonun qiyməti 1833 manat olmaqla 7332 manat dəyərində 4 flakon “Perjeta 420 mg 14 ml” markalı, dövlət qeydiyyatından keçməsi müəyyənləşdirilməmiş 1 flakonun qiyməti 381 manat olmaqla 6477 manat dəyərində 17 flakon “Herzuma 150 mg” markalı dərman vasitələri və “Herceptin 150 mg” markalı dərmanlara aid 17 ədəd istifadə kağızını Təqsirləndirilən şəxs3 öz əl yüklərinə yerləşdirərək onlardan ümumilikdə külli miqdarda, 37893 manat dəyərində dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini satış məqsədilə saxlamış, 18 iyun 2023-cü il tarixdə TK 332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına birgə gətirib saat 12:00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev X32 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X45 gömrük postunda (hazırda sərnişin şöbəsi) ümumilikdə xeyli miqdarda, 55368 manat dəyərində qeyd edilən malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı sözügedən predmetlər saxlanıldıqları yerlərdən aşkar edilərək götürülmüşdür.
3. İttiham aktına görə, Təqsirləndirilən şəxs2 2023-cü ilin iyun ayının ortalarında Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4, həmçinin sonuncunun vasitəsilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ilə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 501 manat dəyərində 1 qutu (60 həb) “Citovir 450 mg” (Farmatek), 1 flakonun qiyməti 381 manat olmaqla 4953 manat dəyərində 13 flakon “Herceptin 150 mg”, 1 qutusunun (63 kapsulun) qiyməti 1393 manat olmaqla 5572 manat dəyərində 4 qutu “Valamor 200 mg” markalı, dövlət qeydiyyatından keçmiş 1 qutusunun qiyməti 1833 manat olmaqla 3666 manat dəyərində 2 qutu “Perjeta 420 mg 14 ml” (Roche) markalı dərman vasitələri, “Herceptin 150 mg” markalı dərman vasitəsinə aid 17 ədəd boş qutu “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd istifadə kağızını o, qanunla dövlət qeydiyyatı tələb olunun, lakin dövlət qeydiyyatından keçməyən 1 qutusunun qiyməti 74 manat olmaqla 370 manat dəyərində 5 qutu “Mirena 52 mg” (Bayer), 1393 manat dəyərində 1 qutu (63 kapsul) “Valamor 200 mg” (Farmanova) markalı dərman vasitələri və “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd boş qutunu Təqsirləndirilən şəxs1, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 1 qutusunun qiyməti 501 manat olmaqla 1503 manat dəyərində 3 qutu “Citovir 450 mg” (Farmatek), 1 flakonun qiyməti 133 manat olmaqla 4256 manat dəyərində 32 flakon “Zirabev 100 mg 4/ml”, 1 flakonun qiyməti 550 manat olmaqla 5500 manat dəyərində 10 flakon “Eylea 40 mg ml” (Bayer), 1 flakonun qiyməti 381 manat olmaqla 1524 manat dəyərində 4 flakon “Herceptin 150 mg”, 1 flakonun qiyməti 1325 manat olmaqla 3975 manat dəyərində 3 flakon “Opdivo 100 mg/10 ml”, 1 flakonun qiyməti 624 manat olmaqla 3120 manat dəyərində 5 flakon “Mvası 400 mg/16 ml”, 1 qutusunun qiyməti 624 manat olmaqla 1248 manat dəyərində 2 qutu “Bevax 400 mg/10 ml” markalı, dövlət qeydiyyatından keçmiş 1 flakonun qiyməti 1833 manat olmaqla 7332 manat dəyərində 4 flakon “Perjeta 420 mg/14 ml” markalı, dövlət qeydiyyatından keçməsi müəyyənləşdirilməmiş 1 flakonun qiyməti 381 manat olmaqla 6477 manat dəyərində 17 flakon “Herzuma 150 mg” markalı dərman vasitələri və “Herceptin 150 mg” markalı dərmanlara aid 17 ədəd istifadə kağızını Təqsirləndirilən şəxs3 öz əl yüklərinə yerləşdirərək onlardan ümumilikdə külli miqdarda, 37893 manat dəyərində dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini satış məqsədilə saxlamış, 18 iyun 2023-cü il tarixdə TK 332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına birgə gətirib saat 12:00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev X32 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X45 gömrük postunda (hazırda Sərnişin şöbəsi) ümumilikdə xeyli miqdarda, 55368 manat dəyərində qeyd edilən malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı sözügedən predmetlər saxlanıldıqları yerlərdən aşkar edilərək götürülmüşdür.
4. İttiham aktına görə, Təqsirləndirilən şəxs3 2023-cü ilin iyun ayının ortalarında Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 və onun vasitəsilə Türkiyə Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçmədən külli miqdarda dərman vasitələrini Türkiyə Respublikasında əldə edib satış məqsədilə saxlama və xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 18 iyun 2023-cü il tarixədək olan müddət ərzində İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən birlikdə əldə etdikləri qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 1 qutusunun qiyməti 501 manat olmaqla 1503 manat dəyərində 3 qutu “Citovir 450 mg” (Farmatek), 1 flakonun qiyməti 133 manat olmaqla 4256 manat dəyərində 32 flakon “Zirabev 100 mg 4/ml”, 1 flakonun qivməti 550 manat olmaqla 5500 manat dəyərində 10 flakon “Eylea 40 mg/ml” (Bayer), 1 flakonun qivməti 381 manat olmaqla 1524 manat dərərində 4 flakon “Herceptin 150 mg”, 1 flakonun qiyməti 1325 manat olmaqla 3975 manat dəyərində 3 flakon “Opdivo 100 mg/10 ml”, 1 flakonun qiyməti 624 manat olmaqla 3120 manat dəyərində 5 flakon “Mvası 400 mg/16 ml”, 1 qutusunun qiyməti 624 manat olmaqla 1248 manat dəyərində 2 qutu “Bevax 400 mg/16 ml” markalı, dövlət qeydiyyatından keçmiş 1 flakonun qiyməti 1833 manat olmaqla 7332 manat dəyərində 4 flakon “Perjeta 420 mg/14 ml” markalı, dövlət qeydiyyatından keçməsi müəyyənləşdirilməmiş 1 flakonun qivməti 381 manat olmaqla 6477 manat dəyərində 17 flakon “Herzuma 150 mg” markalı dərman vasitələri və “Herceptin 150 mg” markalı dərmanlara aid 17 ədəd istifadə kağızını o, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 501 manat dəyərində 1 qutu (60 həb) “Citovir 450 mg” (Farmatek),1 flakonun qiyməti 381 manat olmaqla 4953 manat dəyərində 13 flakon “Herceptin 150 mg”, 1 qutusunun (63 kapsulun) qiyməti 1393 manat olmaqla 5572 manat dəyərində 4 qutu “Valamor 200 mg” markalı, dövlət qeydiyyatından keçmiş 1 qutusunun qiyməti 1833 manal olmaqla 3666 manat dəyərində 2 qutu “Perjeta 420 mg/14 ml” (Roche) markalı dərman vasitələri, “Herceptin 150 mg” markalı dərman vasitəsinə aid 17 ədəd boş qutu və “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd istifadə kağızını Teymur Marghany, qanunla dövlət qevdiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1 qutusunun qiyməti 74 manat olmaqla 370 manat dəyərində 5 qutu “Mirena 52 mg” (Bayer), 1393 manat dəyərində 1 qutu (63 kapsul) “Valamor 200 mg” (Farmanova) markalı dərman vasitələri və “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd boş qutunu Təqsirləndirilən şəxs1 öz əl yüklərinə yerləşdirərək onlardan ümumilikdə külli miqdarda, 37893 manat dəyərində dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini satış məqsədilə saxlamış, 18 iyun 2023-cü il tarixdə TK 332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına birgə gətirib saat 12:00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev X32 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X45 gömrük postunda (hazırda Sərnişin şöbəsi) ümumilikdə xeyli miqdarda, 55368 manat dəyərində qeyd edilən malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı sözügedən predmetlər saxlanıldıqları yerlərdən aşkar edilərək götürülmüşdür.
5. İttiham aktına görə, Təqsirləndirilən şəxs4 oğlu 2023-cü ilin iyun ayının ortalarında Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ilə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçmədən külli miqdarda dərman vasitələrini Türkiyə Respublikasında əldə edib satış məqsədilə saxlama və xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 18 iyun 2023-cü il tarixədək olan müddət ərzində İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən birlikdə əldə eldikləri qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 501 manat dəyərində 1 qutu (60 həb) “Citovir 450 mg” (Farmatek), 1 flakonun qiyməti 381 manat olmaqla 4953 manat dəyərində 13 flakon “Herceptin 150 mg”, 1 qutusunun (63 kapsulun) qiyməti 1393 manat olmaqla 5572 manat dəyərində 4 qutu “Valamor 200 mg” markalı, dövlət qeydiyyatından keçmiş 1 qutusunun qiyməti 1833 manat olmaqla 3666 manat dəyərində 2 qutu “Perjeta 420 mg/14 ml” (Roche) markalı dərman xasitələri, “Herceptin 150 mg” markalı dərman vasitəsinə aid 17 ədəd boş qutu və “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd istifadə kağızını Teymur Marghany, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1 qutusunun qiyməti 74 manat olmaqla 370 manat dəyərində 5 qutu “Mirena 52 mg” (Bayer), 1393 manat dəyərində 1 qutu (63 kapsul) “Valamor 200 mg” (Farmanova) markalı dərman vasitələri və “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd boş qutunu Təqsirləndirilən şəxs1, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 1 qutusunun qiyməti 501 manat olmaqla 1503 manat dəyərində 3 qutu “Citovir 450 mg” (Farmatek), 1 flakonun qiyməti 133 manat olmaqla 4256 manat dəyərində 32 flakon “Zirabev 100 mg/4 ml”, 1 flakonun qiyməti 550 manat olmaqla 5500 manat dəyərində 10 flakon “Eylea 40 mg/ml” (Bayer), 1 flakonun qiyməti 381 manat olmaqla 1524 manat dəyərində 4 flakon “Herceptin 150 mg”, 1 flakonun qiyməti 1325 manat olmaqla 3975 manat dəyərində 3 flakon “Opdivo 100 mg/10 ml”, 1 flakonun qiyməti 624 manat olmaqla 3120 manat dəyərində 5 flakon “Mvasi 400 mg/16 ml”, 1 qutusunun qiyməti 624 manat olmaqla 1248 manat dəyərində 2 qutu “Bevax 400Mg/16 ml” markalı, dövlət qeydiyyatından keçmiş 1 flakonun qiyməti 1833 manal olmaqla 7332 manat dəyərində 4 flakon “Perjeta 420 mg/14 ml” markalı, dövlət qeydiyyatından keçməsi müəyyənləşdirilməmiş 1 flakonun qiyməti 381 manat olmaqla 6477 manat dəyərində 17 flakon “Herzuma 150 mg” markalı dərman vasitələri və “Herceptin 150 mg” markalı dərmanlara aid 17 ədəd istifadə kağızını Ayləkin Bəxtiyarovanın öz əl yüklərinə yerləşdirərək onlardan ümumilikdə külli miqdarda, 37893 manat dəyərində dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satış məqsədilə saxlanılmasına və 18 iyun 2023-cü il tarixdə həmin şəxslər tərəfindən TK 332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına birgə gətirilib saat 12:00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev X32 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X45 gömrük postunda (hazırda Sərnişin şöbəsi) ümumilikdə xeyli miqdarda, 55368 manat dəyərində qeyd edilən malların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, daxil olmuş məlumat əsasında həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı sözügedən predmetlər saxlanıldıqları yerlərdən aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxslərə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmalarından ötrü Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin rəis müavini X34, həmin şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 8-9)
7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş diskdən, xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən, xx.xx.2023-cü il tarixli “DVD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Marghany Teymur ona məxsus olan yükləri baqaj lentinin üzərindən götürdükdən sonra “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən ona məxsus olan yüklərin gömrük nəzarətindən keçirilməsi məqsədilə gömrük əməkdaşları tərəfindən “Qırmızı Kanal” buraxılış sisteminə dəvət olunmuş, Marghany Teymur ona məxsus olan yükləri rentgen qurğusunun lentinin üzərinə yerləşdirmiş, daha sonra rentgen qurğusunun monitorunda dərman vasitələrinə dair cizgilər müəyyən edilmiş, bu səbəbdən ona məxsus olan yüklərə yoxlama keçirilməsi üçün Marghany Teymur yoxlama otağına dəvət olunmuş, yoxlama zamanı Teymur Marghanyə məxsus olan üzərində “Loocks” yazısı olan qara rəngli çamadanın içərisində olan üzərində “Duty free” yazısı olan sellofan paketin içərəsindən 2 blok (20 qutu) “X46” markalı siqaretlər, 1 ədəd üzərində “Xtreme 4+ X30” yazısı olan qutunun içərisindən 10 ədəd “Herzuma 150 MG” adlı dərman vasitəsinə aid olan istifadə kağızı, hər birinin içərisində 63 kapsul olmaqla 4 qutu “Valamor 200 MG” markalı dərman vasitəsi, 2 qutu “Perjeta 420 MG/14 ML” markalı dərman vasitəsi, 1 ədəd sarı rəngli karton qutunun içərisindən 13 flakon “Herceptin 150 MG” markalı dərman vasitəsi, 1 qutu “Citovir 450 MG 60 tablet” markalı dərman vasitəsi, 1 ədəd üzərində “Pierre Cardin” yazısı olan qəhvəyi rəngli əl çantasının içərisindən 17 ədəd “Herceptin 150 MG” markalı dərman vasitəsinə aid olan qutular, 1 ədəd üzərində “Xtandi Enzalutamid 40 MG” olan qutunun içərisindən hər birində 28 kapsul olmaqla 4 qablaşdırmada ümumilikdə 112 kapsul “Xtandi Enzalutamid 40 MG” markalı dərman vasitəsi aşkar edilərək protokol əsasında götürülmüşdür. (Cild 1, iş vərəqə 16-18; 60-66; Cild 2, iş vərəqə 74)
8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş diskdən, xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən, xx.xx.2023-cü il tarixli “DVD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona məxsus olan yükləri baqaj lentinin üzərindən götürdükdən sonra “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən ona məxsus olan yüklərin gömrük nəzarətindən keçirilməsi məqsədilə gömrük əməkdaşları tərəfindən "Qırmızı Kanal” buraxılış sisteminə dəvət olunmuş, Marghany Teymur ona məxsus olan yükləri rentgen qurğusunun lentinin üzərinə yerləşdirmiş, daha sonra rentgen qurğusunun monitorunda dərman vasitələrinə dair cizgilər müəyyən edilmiş, bu səbəbdən ona məxsus olan yüklərə yoxlama keçirilməsi üçün Təqsirləndirilən şəxs1 yoxlama otağına dəvət olunmuş, yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus olan üzərində “Kozan since 1973” yazısı olan tünd qəhvəyi rəngli bel çantasının içərisindən 10 ədəd “Herzuma 150 MG” markalı dərman vasitəsinə aid olan qutular, 1 qutu “Valamor 200 MG 63 kapsul” adlı dərman vasitəsi, 5 qutu “Mirena 52 MG” markalı spirallar aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 92-94; 134-136; Cild 2, iş vərəqə 75)
9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş diskdən, xx.xx.2023cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən, xx.xx.2023-cü il tarixli “DVD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 ona məxsus olan yükləri baqaj lentinin üzərindən götürdükdən sonra “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən ona məxsus olan yüklərinin gömrük nəzarətindən keçirilməsi məqsədilə gömrük əməkdaşları tərəfindən “Qırmızı Kanal” buraxılış sisteminə dəvət olunmuş, Təqsirləndirilən şəxs3 ona məxsus olan yükləri rentgen qurğusunun lentinin üzərinə yerləşdirmiş, daha sonra rentgen qurğusunun monitorunda dərman vasitələrinə dair cizgilər müəyyən edildiyindən ona məxsus olan yüklərə yoxlama keçirilməsi üçün Təqsirləndirilən şəxs3 yoxlama otağına dəvət olunmuş, yoxlama zamanı Təqsirləndirilən şəxs3 məxsus olan üzərində “Ayla Bag” yazısı olan qara rəngli bel çantasının içərisindən 1 ədəd sarı rəngli karton qutunun içərisindən 17 ədəd şüşə qablaşdırmada “Herzuma 150 MG” markalı dərman vasitəsi, 1 ədəd sarı rəngli karton qutunun içərisindən 32 ədəd şüşə qablaşdırmada “Zirabev 100 MG/4 ML” markalı dərman vasitəsi, 2 ədəd karton qutuda “Perjeta 420 MG/14 ML”, 2 ədəd qutusuz şəkildə “Perjeta 420 MG/14 ML” markalı dərman vasitəsi, 1 ədəd sarı rəngli karton qulunun içərisindən 10 ədəd “Eylea 40 MG/ML” və 5 ədəd “Mvasi Bevacizumab 25 MG/ML” markalı dərman vasitəsi, 4 ədəd “Herceptin 150 MG” markalı dərman vasiləsi, 3 ədəd “Opdivo nivolumat 100 MG/10ML” markalı dərman vasitəsi, 2 ədəd qutunun içərisində hər birində 1 flakon olmaqla ümumilikdə 2 flakon “Веvах 400 MG/16 ML” markalı dərman vasitəsi, 3 ədəd qutunun içərisində “Citovir 450 MG/60 Tablet” markalı dərman vasitəsi, 1 ədəd üzərində “Xtandi Elzalutamid 40 MG” olan qutunun içərisində hər birində 28 kapsul olmaqla 4 qablaşdırılmada ümumilikdə 112 kapsul “Xtandi Enzalutamid 40 MG” markalı dərman vasitəsi və 17 ədəd “Herceptin” markalı dərman vasitəsinə aid olan istifadə kağızları aşkar edilmişdir. Bunlardan başqa qadının üzərindən şəxsi istifadəsində olduğunu bildirdiyi qızıllar, bir ədəd üzük, bir cüt sırğanı təqdim etmişdir. Təqsirləndirilən şəxs3 əl çantasından isə bir ədəd boyunbağı, iki ədəd qolbaq və iki ədəd üzük olmaqla 14 qram ona hədiyvə qismində verilən qızıllarla birlikdə ümumilikdə 95 qram qızıl zinət əşyaları, gömrük nəzarətinə təqdim edilən bir ədəd “İphone 14 pro” markalı mobil telefonun və sellofan paketin içərisindən 30 qutu “Parliament” markalı siqaret olduğu məlum olmuş, Təqsirləndirilən şəxs3 məxsus əşyalar protokol əsasında götürülmüşdür. (Cild 1, iş vərəqə 159-162; 218-226; Cild 2, iş vərəqə 76)
10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli, 6/3440, 9/4731 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Türkiyə Respublikası vətəndaşı Marghany Teymur...” sözləri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus bir ədəd parça torbadakı dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildirlər. Tədqiqata təqdim edilmiş 5 adda dərman preparatlarının xx.xx.2023-cü il tarixinə orta qiyməti təxminən 15288,00 manat müəyyən edilir. Təqdim edilmiş dərman preparatlarından 1 ədəd tablet, kapsul, məhlullardan 0,5 ml həcmində, tozlardan 0,5 qram çəkidə nümunələr ekspertiza tədqiqatına sərf edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 181,82 (bir yüz səksən bir manat səksən iki qəpik) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 44-47)
11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4947 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 qutu "Valamor 200 MG" markalı dərman preparatının xx.xx.2023-cü il tarixə orta qiyməti təxminən 1277,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 51-54)
12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/3770-7/1008-9/5295 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 və 2 saylı cədvəllərdə göstərilən dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildirlər və həmin preparatların istifadə müddətləri bitməmişdir. Tədqiqata təqdim edilmiş aksiz markası olmayan 20 qutu “X46” filtrli siqaretlər istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş dərman preparatlarının və siqaretlərin xx.xx.2023-cu il tarixinə ümumilikdə orta qiyməti təxminən 16821,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 360 (üç yüz altmış) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 69-73)
13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/3441, 9/4732 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1...” sözləri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus bir ədəd parça torbadakı dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildirlər. Təqdim edilmiş dərman preparatlarından 1 ədəd tablet nümunə götürülmüşdür. Tədqiqata təqdim edilmiş 2 adda dərman preparatlarının xx.xx.2023-cü il tarixinə orta qiyməti təxminən 1689,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 181,82 (bir yüz səksən bir manat səksən iki qəpik) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 118-121)
14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4946 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 qutu “Mirena 52 mg” markalı dərman preparatının (spiral) xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 68,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 137-140)
15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/3778-9/5298 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 və 2 saylı cədvəllərdə göstərilən dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və “Güclü təsir edən maddələr yə onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildirlər və həmin preparatların istifadə müddətləri bitməmişdir. Tədqiqata təqdim edilmiş 2 adda dərman preparatlarının xx.xx.2023-cü il tarixə orta qiyməti təxminən 1763,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 143-146)
16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3442, 9/4733 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3...” sözləri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus bir ədəd parça torbadakı dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildirlər. Tədqiqata təqdim edilmiş 11 adda dərman preparatlarının xx.xx.2023-cü il tarixə orta qiyməti təxminən 29694,00 manat müəyyən edilir, təqdim edilmiş dərman preparatlarından 1 ədəd tablet, kapsul, məhlullardan 0,5 ml həcmində, tozlardan 0,5 qram çəkidə nümunələr ekspertiza tədqiqatına sərf edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 181,82 (bir yüz səksən bir manat səksən iki qəpik) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 179-182)
17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4948 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 12 adda dərman preparatlarının xx.xx.2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 9578,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 204-207)
18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/3536-9/4985 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların 80,93 qramının metalı 750 əyarlı, 12,72 qramının metalı 585 əyarlı qızıla uyğundur, məmulatlar üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 9577,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 209-212)
19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/3769-7/1007-9/5294 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş adları 1 və 2 saylı cədvəllərdə göstərilən dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildirlər və həmin preparatların istifadə müddətləri bitməmişdir. Tədqiqata təqdim edilmiş aksiz markası olmayan 30 qutu “X46” filtrli siqaretlər istifadəyə уararlıdırlar. Tədqiqata təqdim edilmiş 10 adda dərman preparatlarının və 30 qutu siqaretin xx.xx.2023-cü il tarixinə orta qiyməti təxminən 37134,00 manat müəyyən edilir. Təqdim edilmiş dərman preparatlarından 1 ədəd tablet, kapsul, məhlullardan 0,5 ml həcmində, tozlardan 0,5 qram çəkidə nümunələr götürülmüşdür. Aparılmış ekspertiza tədqiqatının dəyəri 360 (üç yüz altmış) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 229-233)
20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/907-9/4986 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş sensor ekranı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “İphone 14 Pro” markalı “A2889” modelli mobil smartfon hal hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsi”-nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş bir ədəd “İphone 14 Pro” markalı “A2889” modelli mobil smartfon istifadə (aktix edilmişdir) olunmuşdur. Təqdim edilmiş bir ədəd “İphone 14 Pro” markalı “A2889” modelli “JXVV71 P2DM” seriya nömrəli mobil smartfonun https://iunlocker.com/check_imei.php” internet resursunda qeyd olunan texniki göstəricilərinə görə 128 GB yaddaş tutumuna malik olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone 14 Pro” markalı “A2889” modelli, 128 GB yaddaş tutumuna malik, uyğunluq sertifikatı, qeydiyyatı, zəmanəti, aksessuarları və qutusu olmayan mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 1500,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 160 (bir yüz altmış) manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 238-242)
21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Mobil telefonun götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 məxsus olan 1 ədəd ağ rəngli “İphone 12” markalı mobil telefon götürülmüşdür. (Cild 1, iş vərəqə 98)
22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə saat 18:01-də Heydər Əliyev adına X13 Respublikasının İstanbul şəhərinə getdiyi, xx.xx.2023-cü il tarixdə saat 02:37-də Heydər Əliyev adına Beynəlxalq Aeroportu vasitəsilə ölkəyə qayıtdığı, həmçinin xx.xx.2023-cü il tarixdə saat 04:30-da eyni qaydada İstanbul şəhərinə getdiyi və xx.xx.2023-cü il tarixdə saat 11:20-də Sədərək DSBM vasitəsilə ölkəyə qayıtdığı müəyyən edilir. (Cild 2, iş vərəqi 56-60)
23. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs3 məxsus “Samsung A50” markalı mobil telefonda iş üçün aşağıdakı əhəmiyyətli məlumatlar aşkar edilmişdir. Telefonun üzərində ***-***-**-** və ***- ***-**-** mobil nömrələri vardır. Mobil telefonda mövcud olan “Whatsapp” tətbiqi ***-***-**- ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Telefonda mövcud olan “Whatsapp” tətbiqinin mesajlar bölməsində Təqsirləndirilən şəxs3 ilə adı qeyd edilməmiş ***-***-**-** nömrəsinin istifadəçisi arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir: 26 iyun 2023-cü il tarixli mesajlaşma mətnindən: “***-***-**-**”: Men ayhan yeni nomram 05 iyul 2023-cü il tarixli mesajlaşma mətnindən: “Aytəkin”: Salam. Biz gəlirik ее. gəlib yolda qalmışıq tıxacda. X60 prospektində dəhşət tıxac var. gəlirik. Harda qaldınız. Ne zaman gelirsen “***-***-**-**”: (Fermadan 24 ədəd şəkil atır). İstiqamətlənmiş: 5 mvası 2 kutusuz perjeta 4 kutulu perjeta 3 optivo 17 herzuma 32 zirabev 10 eylea 4 citovir 5 valamur 2 xlandı 2 bevax 17 herceptin” 10 iyul 2023-cü il tarixli mesajlaşma mətnindən: “Aytəkin”: Salam Ayhan, Ayhan biz səni gözləyirik ее. İsin qurtarmadı. Biz seni gözləyirik. Tez gel. Ayhan mən səndən xəbər gözləyirəm. Bir dənə işim var səninlə təcili. Ona görə görüşmək istəyirəm səninlə hə - yox? Ondan sonra işimi bilim. Hardasan. Niye cavab vermirsen. Alo. Tez bura gəl da. Gelirsen ya yox” “***-***-**-**” Yok “Aytəkin”: Gəl bu işlərivi qurtar da. dərmanlar sənindi, məni gətirib zibilə salıbsan. Gəl dərmanlarıvı götür da. Elə şey olur? Mən gedib ifadələrimi dəyişdirəcəm, hamısını yazacam ki dərmanlar sənin özünündü. Sən artıq düzgün hərəkət eləmirsən. Mobil telefonda mövcud olan “Whatsapp” mobil tətbiqinin mesajlar bölməsində Ayləkin Bəxtiyarova ilə “Besti” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin istifadəçisi arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir: 21 iyun 2023-cü il tarixli mesajlaşma mətnindən: “Besti”: Mənə bax ay Aytən, indi qızıla görə şey deyilsə gəlim gedək orda mənim qızılım bəlli bir şeydi. mən hədiyyəlik üçün almışam. Mən gedib yarım kilo, 1 kilo, 100 qram qızılım yoxdu ki, 1 qolbaqdı, 1 üzükdü, 1 dənə də sepdi hədiyyəlikdi. Biz də insanıq ее. mən demirəm belə. Biz bir-birimizə xətir-hörmətimiz olub. Vallah mən onu silərəm də sənə görə.... Aytən siqareti hara verim maşinarda satanara. “Aytəkin”: Sən elə başa düşürsən ki, yəqin mən sənin malını götürmüşəm, neyləmişəm. nəqayırmışam. Ay qız mənə lazım deyil, mənim ondan da çox qızılım var. Mən sadəcə sənə kömək olsun deyə, qızılın çoxuydu deyə götürdüm. Mənə lazım deyildi vallah nə qızıl götürmək, nə şey eləmək. Ehtiyac da deyildi. Nə qədər desən əlimizdə qızıl var idi. 25 iyun 2023-cü il tarixli mesajlaşma mətnindən: “Besti”: Aytən götürdün ürəyim “Ayləkin”: Yox Hele “Besti”: Bəs indi bu gün goturə bilmiyəsən. Mən olara desim. Axşam gəlin aparın. Nələr oiacag Aytən “Aytəkin”: Vallah bilmirəm “Besti”: Aytən qurban olum gor neyniyirsən. Olurə valah. Məni cox sixilar. Hə olar həm evdən Mobil telefonda mövcud olan “Whatsapp” tətbiqinin mesajlar bölməsində Təqsirləndirilən şəxs3 ilə “Leyla Metis” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin istifadəçisi arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir: 16 iyun 2023-cü il tarixli mesajlaşma mətnindən: “Aytəkin”: (Türkiyə Respublikası İstanbul şəhərində olan ünvanlardan birinin məkanını (konumu) göndərir) “Leyla Metis”: (Türkiyə Respublikasının İstanbul şəhərində olan ünvanlardan birinin məkanını (konumu) göndərir) 17 iyun 2023-cü il tarixli mesajlaşma mətnindən: “Aytəkin”: (İsoptin 5 mg/2 ml dərman vasitəsinin qutusunun şəklini göndərir) Mobil telefona baxış zamanı qeyd edilənlərdən əlavə iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. (Cild 2, iş vərəqə 81-82)
24. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus "Samsung Galaxy Notc8" markalı mobil telefona keçirilmiş baxış zamanı iş üçün aşağıdakı əhəmiyyətli məlumatlar aşkar edilmişdir: Telefonda mövcud olan “Whatsapp” tətbiqindən +90-***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçilmişdir. “Whatsapp” tətbiqinin mesajlar bölməsində Təqsirləndirilən şəxs1 ilə “furkan Yigen 8” adı ilə qeyd edilmiş +90-***-***-**-** nömrəsinin istifadəçisi arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir: 18 iyun 2023-cü il tarixli mesajlaşma mətnindən: “Furkan Yigen 8": 5 mvası 2 kutusuz perjeta 4 kutulu perjeta 3 optivo 17 herzuma 32 zirabev 10 eylea 4 citovir 5 xalamor 2 xlandı 2 bevax 17 herceptin "Təqsirləndirilən şəxs1": İstiqamətlənmiş: 5 mvası 2 kutusuz perjeta 4 kutulu perjeta 3 optivo 1 7 herzuma 32 zirabev 10 eylea 4 citovir 5 valamor 2 xlandı 2 bevax 17 herceptin. Digərləri olanlar. “Whatsapp” tətbiqinin mesajlar bölməsində Axhan Sakin ilə “Erşen Deyyüs” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsinin istifadəçisi arasında olan söhbətin məzmununda aşağıdakılar qex d edilmişdir: 18 iyun 2023-cü il tarixli mesajlaşma mətnindən: "Erşen Deyyüs“: Sadəcə resept təşkil edirəm "Təqsirləndirilən şəxs1": Hadi cnm "Erşen Deyyüs": Nə deyirlər "Təqsirləndirilən şəxs1’’: Biz gözləyirik. Qadin içəridə "Erşen Deyyüs": Necə yəni? Niyə təkcə qadını alıblar içəri sizi yox? "Təqsirləndirilən şəxs1”: İfadə alırlar. Bizi sonra çağıracaqlar. Haradasan "Erşen Deyyüs": (Azərbaycan Respublikası vətəndaşı X6 məxsus şəxsiyyət vəsiqəsi, resept, tibbi arayışların şəklini göndərir). Valamor bu xəstənindi. Xəstəxana sənədləri, şəxsiyyət vəsiqəsi, resepti. Nooldu. Bununla yanaşı Təqsirləndirilən şəxs1lə “Erşen Deyyüs” adı ilə qeyd edilmiş ***-***- **-** nömrəsinin istifadəçisi arasında 2023-cü ilin iyun ayının 7, 9, 10, 12, 14, 15, 16-da, həmçinin xx.xx.2023-cü il tarixdə saat 00:07-də 4 dəqiqə 04 saniyə, saat 00:25-də 6 dəqiqə 24 saniyə, sual 14: 19-da 2 dəqiqə 28 saniyə danışıq aparılmışdır. Bundan başqa “Whatsapp” tətbiqinin zənglər bölməsində Təqsirləndirilən şəxs1 ilə “X37” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsinin istifadəçisi arasında 16 iyun 2023-cü il tarixdə saat 19:40-da 57 saniyə, 17 iyun 2023-cü il tarixdə saat 11:20-də 2 dəqiqə 46 saniyə (görüntülü), saat 11:23-də 51 dəqiqə 26 saniyə (görüntülü) danışıq aparılmışdır. Bundan əlavə “Whatsapp” tətbiqinin zənglər bölməsində Təqsirləndirilən şəxs1 ilə “X61” adı ilə qeyd edilmiş +90-***-***-**-** nömrəsinin istifadəçisi arasında 16 ıyun 2023cü il tarixdə saat 21:38-də 1 dəqiqə 22 saniyə, saat 22:50-də 3 dəqiqə 42 saniyə (görüntülü), 17 iyun 2023-cü il tarixdə saat 15:15-də 2 dəqiqə 58 saniyə (görüntülü), saat 17:32-də 1 dəqiqə 50 saniyə, 18 iyun 2023-cü il tarixdə saat 00:56-da 2 dəqiqə 41 saniyə (görüntülü), saat 00:59-da 2 dəqiqə 53 saniyə danışıq aparılmış, həmçinin saat 13:04-də cavabsız zəng qeydə alınmışdır. Qeyd edilənlərdən başqa mobil telefonun zənglər bölməsində Təqsirləndirilən şəxs1 ilə “X61” adı ilə qeyd edilmiş +90-***-***-**-** nömrəsinin istifadəçisi arasında 2023-cü ilin iyun ayının 7, 9, 10, 12, 14, 15, 16-da, həmçinin xx.xx.2023-cü il tarixdə saat 00:52-də 5 dəqiqə 17 saniyə, saat 14:47-də 1 dəqiqə 3 saniyə, saat 22:31-də 28 saniyə, xx.xx.2023cü il tarixdə saat 02:13-də 15 saniyə, saat 02:14-də 2 dəqiqə 54 saniyə, saat 02:18-də 6 saniyə danışıq aparılmışdır. Bundan əlavə “Whatsapp” tətbiqinin zənglər bölməsində Təqsirləndirilən şəxs1 ilə Teymur Marghanynin istifadəsində olan +90-***-***-**-** nömrəsi arasında 2023-cü ilin iyun ayının 7, 9, 10, 12, 14, 15, 16-da, həmçinin xx.xx.2023-cü il tarixdə saat 09:39-da 3 dəqiqə 49 saniyə, saat 14:51-də 29 saniyə, xx.xx.2023-cü il tarixdə saat 01:23-da 41 saniyə, saat 03:23-də 6 saniyə, saat 07:10-da 28 saniyə, saat 07:26-da 22 saniyə danışıq aparılmışdır. Mobil telefona baxış zamanı qeyd edilənlərdən əlavə iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. (Cild 2, iş vərəqə 83-84)
25. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş Teymur Marghanyə məxsus “İphone” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üçün aşağıdakı əhəmiyyətli məlumatlar aşkar edilmişdir: Mobil telefonda mövcud olan “Whatsapp” mobil tətbiqindən “+190-***-***-**-**” nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. “Whatsapp” tətbiqinin mesajlar bölməsində Teymur Marghany ilə “Erşen Azeri” adı ilə qeyd edilmiş “***-***-**-**” saylı mobil nömrəsinin istifadəçisi arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir: 03 aprel 2023-cü il tarixli mesajlaşma mətnindən: "Teymur Marghany": (16 qutu “Alımta” dərman vasitəsinin şəkilini göndərir) 290 $ İstanbul! "Erşen Azeri": (audio səs) Qardaş sənə zəhmət bir dənə içinin videosunu ata bilərsən? Tam ətraflı şəklini, bir də qutusunu sənə zəhmət, at mənə adama göstərim xahiş edirəm. "Teymur Marghany": (11 şəkil olmaqla "Femara", "Casodex", "İlomedin", "Esbriet", "Estrofem", "Nexıum", "Cetrotide". "Caelyx". "Navelbıne", "Prolia", "Alımta" dərman vasitələrinin fotosunu göndərir). 06 iyun 2023-cü il tarixli mesajlaşma mətnindən: “Erşen Azeri”: Salam Necəsən qardaş. Nə edirsən. Ayhan qardaşa denə mənə zəng etsin. Vacib bir şey deyəcəm. Qardaşım Ayhan qardaşa denə mənə zəng etsin da “Whatsapp” tətbiqinin mesajlar bölməsində Teymur Marghany ilə “Türan Karadağ” adı ilə qeyd edilmiş +90-***-***-**-** nömrəsinin istifadəçisi arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir: 31 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: "Teymur Marghany": 7.000 tl aldım (istiqamətlənmiş. “Xtandı 40 mg” dərman vasitəsi qutusunun şəklini göndərir) Nə vaxt 07 fevral 2023-cii il tarixli mesajlaşma mətnindən: "Teymur Marghany": Necəsən? (istiqamətlənmiş: “Xtandı 40 mg” dərman vasitəsi qutusunun şəklini göndərir) Nə vaxt “Whatsapp” tətbiqinin mesajlar bölməsində Teymur Marghany ilə “Mustafa Sakin” adı ilə qeyd edilmiş +90-***-***-**-** nömrəsinin istifadəçisi arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir: 26 iyul 2023-cü il tarixli mesajlaşma mətnindən: “Mustafa Sakin”: (“Caprelsa” dərman vasitəsi qutusunun şəklini göndərir) Vardır? 27 iyul 2023-cü il tarixli mesajlaşma mətnindən: “Mustafa Sakin”: Valamor vardır?. Gadovist 15 mg vardır? 28 iyul 2023-cü i! tarixli mesajlaşma mətnindən: “Mustafa Sakin”: Botox vardır?. Biktarvy vardır? (“Tazverik” dərman qabının şəklini göndərir) 29 iyul 2023-cü il tarixli mesajlaşma mətnindən: “Mustafa Sakin”: (“Beriate” dərman vasitəsi qutusunun şəklini göndərir) Vardır? 31 iyul 2023-cü il tarixli mesajlaşma mətnindən: “Mustafa Sakin”: Simponi pen vardır? Zaltrap vardır? (“Regenon” dərman vasitəsi qutusunun şəklini göndərir) Vardır? Bununla yanaşı Teymur Marghany ilə “Mustafa Sakin” adı ilə qeyd edilmiş +90-***- ***-**-** nömrəsinin istifadəçisi arasında 2023-cü ilin iyun ayının 18-də saat 20:23-də 2 dəqiqə 13 saniyə, saat 21:26-da 1 dəqiqə 9 saniyə danışıq aparılmışdır. Bundan başqa “Whatsapp” tətbiqinin zənglər bölməsində Teymur Marghany ilə “Furkan Sakin” adı ilə qeyd edilmiş +90-***-***-**-** nömrəsinin istifadəçisi arasında 18 iyun 2023-cü il tarixdə saat 20:19-da 52 saniyə danışıq aparılmışdır. Bundan əlavə “WhatsApp” tətbiqinin zənglər bölməsində Teymur Marghany ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +90-***-***-**-** nömrəsi arasında 2023-cü ilin iyun axının 9, 10, 12, 14, 15, 16-da, həmçinin xx.xx.2023-cü il tarixdə saat 09:39-da 3 dəqiqə 49 saniyə, saat 14:51-də 29 saniyə, xx.xx.2023-cü il tarixdə saat 01:23-da 41 saniyə, saat 03:23-də 6 saniyə, saat 07:10-da 28 saniyə, saat 07:26-da 22 saniyə danışıq aparılmışdır. Mobil telefona baxış zamanı qeyd edilənlərdən əlavə iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. (Cild 2, iş vərəqə 97-98)
26. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, onun təqsirləndirilən şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. 18 iyun 2023-cü il tarixdə bir neçə şəxs TK-332 saylı İstanbul-Bakı aviareysi ilə qanunsuz olaraq dərman preparatlarını Azərbaycan Respublikasının ərazisinə qeyri-qanuni yolla keçirtmək istəmələri barədə əməliyyat məlumatı daxil olduğundan, ilk öncə Aytəkin adlı xanım saxlanılaraq xanım inspektora təhvil verilmişdir. Onlar isə digər şəxsləri gözləmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-bir saxlanılaraq yoxlama otağına yönləndirilmiş, həmin şəxslərin çantalarından bəyan edilməmiş dərman preparatları aşkarlanmışdır. Hadisənin üzərindən uzun müddət keçdiyindən aşkar olunmuş dərman preparatlarının adları və siyahısını dəqiq xatırlamır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsləri saxlayarkən ondan başqa Şahid1 və Şahid4 də iştirak etmiş, əməliyyat məlumatı əsasında həmin şəxslər saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk öncə bir-birlərini tanımadıqlarını, aşkarlanmış dərman vasitələrindən məlumatlarının olmadığını söyləsələr də, sonradan birlikdə olduqlarını təsdiqləmiş, Təqsirləndirilən şəxs3 onkoloji xəstə olduğunu, sonuncuya aid olan dərmanı tapmaqda kömək etdiyinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xahişləri əsasında sonunculara məxsus dərmanların keçirilməsini həyata keçirdiyini söyləmiş, həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çantalarından bəyan olunmamış dərman preperatları aşkarlanmış, Təqsirləndirilən şəxs3 aşkar olunmuş dərman vasitələri ilə bağlı verilmiş suallara qeyri-səmimi cavablar vermiş, təqsirləndirilən şəxslər ilk əvvəl bir-birlərini tanımadıqlarını desələr də, fakt qarşısında qaldıqdan sonra aralarında olan əlaqələrini etiraf etmiş, təqsirləndirilən şəxslər eyni anda saxlanılmamış, ilk əvvəl Təqsirləndirilən şəxs3, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1, sonuncudan 2-3 dəqiqə sonra isə Təqsirləndirilən şəxs2 saxlanılmışdır.
27. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X45" gömrük postunun (hazırki Sərnişinin şöbəsinin) inspektoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. 18 iyun 2023-cü il tarixdə TK-332 saylı İstanbul-Bakı aviareysi gələn zaman əməliyyatçı Şahid1 ona yaxınlaşaraq yoxlama aparılmasına zərurət yaranacağını və onu çağıracağını bildirmişdir. Təqsirləndirilən şəxs3 saxlanıldıqdan sonra sonuncunu “Yaşıl kanal”-dan “Qırmızı kanal”-a keçirib üzərinə baxış keçirməsi üçün onu dəvət etmişlər. Təqsirləndirilən şəxs3 üzərindən heç nə aşkarlanmasa da, sonuncunun çantasından qeyri-qanuni dərman preparatları aşkarlanmışdır. O, videoçəkiliş vasitəsilə çantadan qeyri-qanuni dərman preparatlarının adlarını çəkərək çıxarıb nümayiş etmişdir. Həmin dərman vasitələri xərçəng xəstələri üçün istifadə olunan dərmanlar olmuşdur. Əslində həmin dərmanlar resept əsasında gətirilən dərmanlar olsa da, Təqsirləndirilən şəxs3 üzərindən daha çox və fərqli adlarda dərman preparatları aşkarlanmışdır. Normalda xəstələrə həmin dərman vasitələrdən hər hansısa biri yazılır. Lakin Təqsirləndirilən şəxs3 çantasında fərqli növ dərmanlar olmuşdur. Həmin dərman vasitələrinin adlarını ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir, hal-hazırda isə həmin dərman preparatlarından bir neçəsinin adı yadındadır. Təqsirləndirilən şəxs3 çantasından “Herzuma”, “Herceptin”, “Mvasi” və digər dərman vasitələri, bundan başqa bir ədəd qızıl üzük, bir ədəd qızıl sırğa, bir ədəd boyunbağı olmaqla, ümumilikdə 95 qram qızıl-zinət əşyaları, “İphone 14 pro” markalı mobil telefon və 30 qutu “Parliament” markalı siqaret aşkar olunmuşdur. Şahid3 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs3 qadın olduğuna görə, sonuncunun üzərinə onun tərəfindən baxış həyata keçirilmiş, Təqsirləndirilən şəxs3 aşkarlanmış dərman vasitələri barədə soruşduqda sonuncu onkoloji xəstə olduğunu bildirsə də, dərmanlara dair müvafiq sənəd tələb edildikdə hər hansı sənəd təqdim etməmiş, Təqsirləndirilən şəxs3 aşkar olunmuş dərmanların adları ilə bağlı, habelə çantasına baxış keçirilməzdən əvvəl dərman preparatlarının miqdarı haqqında heç nə deməmiş, çantasına baxış keçirilən zaman aşkarlanmış dərman preparatlarının kiməsə məxsus olması barədə Təqsirləndirilən şəxs3 nəsə deyib-demədiyini xatırlamamışdır.
28. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin baş inspektoru Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. 18 iyun 2023-cü il tarixdə əməliyyatçı Şahid1 yaxınlaşaraq 332-TK İstanbul- Bakı reysi ilə şübhəli şəxslər gələcəyini bildirdikdən sonra ilk öncə Təqsirləndirilən şəxs3 “Yaşıl kanal”-dan “Qırmızı kanal”-a yönləndirilmiş, sonuncunun yüklərinə gömrük xidmətinin xanım əməkdaşları tərəfindən baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq üzərlərində və yüklərində baxış aparılmışdır. Təqsirləndirilən şəxs3 üzərindən qızıl-zinət əşyaları, mobil telefon və ümumilikdə hər üç şəxsin üzərindən onkoloji xəstəliklə əlaqədar dərman preparatları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dərman vasitəsi tapmaqda ona köməklik etdiyi üçün sonunculara məxsus dərman preparatlarını keçirdiyini söyləmişdir. Şahid4 həmçinin bildirmişdir ki, hər üç şəxsin üzərlərindən aşkarlanmış dərman vasitələrinin sayı çox olmuş, həmin dərman vasitələrinin qabları əzilmiş, bundan əlavə 3 blok siqaret də aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 ilk öncə aşkarlanmış dərman vasitələrinin özünə məxsus olmadığını bildirsə də, sonradan özünün onkoloji xəstə olduğunu, dərman tapa bilmədiyini, buna görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dərman tapmaqda kömək etdiyi üçün sonunculara dərman vasitələrini keçirməkdə kömək etdiyini söyləmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir.
29. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs1 X59 vasitəsilə hava limanına gələrkən saxlanıldıqdan sonra sonuncunun bel çantasına baxış keçirildikdə külli miqdarda dərman preparatları aşkarlanmış, həmin dərman preparatları qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs1 “yaşıl” dəhlizə daxil olarkən artıq barəsində əməliyyat məlumatı mövcud olmuş, Təqsirləndirilən şəxs2 qırmızı rəngdə olan çantasından dərman preparatları aşkarlanmış, Təqsirləndirilən şəxs3 da çantasından dərman preparatları aşkar edilmiş, təqsirləndirilən şəxslər fərqli vaxtlarda saxlanılmış, fərqli-fərqli vaxtlarda təqsirləndirilən şəxsləri saxlamış, əvvəlcədən əlbir olmalarına dair əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs3 saxlanılmasında iştirak etsə də, üzərinə baxış keçirilməsində iştirak etməmişdir.
30. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Türkiyə Respublikasında olarkən Təqsirləndirilən şəxs3 ad günü münasibətilə təbrik etmək üçün mobil telefonla əlaqə saxlayarkən, İstanbul şəhərində olduğunu dediyindən, görüşmək qərarına gəlmişlər. O, Türkiyə Respublikasında olarkən qızıllar almış, lakin üzərində həmçinin başqa qızıllar da olduğundan aldığı həmin qızılları Azərbaycan Respublikasına keçirməsi üçün Təqsirləndirilən şəxs3 vermişdir. Daha sonra, o, Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlamaq istədikdə sonuncu ona saxlanıldığını və yazmamasını demişdir. Şahid5 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs3 İsbanbul şəhərində yaşadığı otelə onunla görüşmək məqsədilə gəldikdə yanında Təqsirləndirilən şəxs4 da olmuş, lakin qızıllarını Təqsirləndirilən şəxs3 verərkən Təqsirləndirilən şəxs4 orada olmamışdır. Bakı şəhərinə gəldikdən sonra Təqsirləndirilən şəxs3 ona bəzi problemlərinin olduğunu, həll etdikdən sonra qızıllarını qaytaracağını demiş, İstanbul şəhərində Təqsirləndirilən şəxs3 ilə təxminən 5 dəqiqə müddətində görüşmüş, sonuncu ona ölkəyə tək qayıdacağını, Türkiyə Respublikasına həkimə getmək məqsədilə gəldiyini demişdir.
31. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə Türkiyə Respublikasının İstanbul şəhərində tanış olmuşdur. Dəqiq xatırlamadığı tarixdə, Dövlət Gömrük Komitəsinə dərman vasitələrinin aşkar olunması üçün çağırıldıqda, o, həmin dərman vasitələri ilə əlaqəsinin olmadığını söyləmişdir. Şahid9 həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə Bakı şəhərində “Gənclik Mall”-un yaxınlığında görüşüb 10- 15 dəqiqə söhbət etmiş, digər təqsirləndirilən şəxsləri tanımamışdır. O, təxminən 5-6 ildir ki, Təqsirləndirilən şəxs1 tanımış, sonuncunun dərman vasitələri alıb-satması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs1 ilə heç vaxt dərman vasitələri barədə söhbət etməmiş, Elşən adlı şəxsi tanısa da, sonuncunun Təqsirləndirilən şəxs1 ilə arasındakı əlaqəni bilməmişdir.
32. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımışdır. Xalasının əri onkoloji xəstəsi olduğundan dərman vasitəsi lazım olduğuna görə, həmin dərman vasitələrini Təqsirləndirilən şəxs1 köməkliyi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs1 dərman vasitələrini alıb başqa bir şəxsə vermiş, həmin dərman vasitələrini adını xatırlamadığı şəxs ona Bakı şəhərində çatdırmışdır.Təqsirləndirilən şəxslərlə başqa heç bir əlaqəsi olmamışdır. Şahid10 həmçinin bildirmişdir ki, dərman vasitələrini nə zaman gətirdiyini xatırlamamış, Təqsirləndirilən şəxs1ı Türkiyədən Elşən adlı şəxs vasitəsilə tanımışdır.
33. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 Türkiyə Respubikasında təhsil aldığı dövrdən tanımış, sonuncu ilə İstanbul şəhərində tanış olmuşdur. Həmin dövrdə bacısı ağır xəstə olduğundan, dərman vasitələrini Təqsirləndirilən şəxs1 vasitəsilə almışdır. 2023-cü ilin noyabr ayında tanışlarından birinin yoldaşı ağır xəstə olduğundan o, dərman vasitələrinin Türkiyədən alıb göndərilməsini Təqsirləndirilən şəxs1 xahiş etmiş və sonuncuya dərman vasitələrinin alınması məqsədilə 1100 manat pul vəsaiti yollamışdır. Sonradan Azərbaycan Respublikasına gələn zaman gömrük əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 saxlanılmasını eşitmişdir. Şahid6 həmçinin bildirmişdir ki, həmin dərman vasitələrini Azərbaycana Təqsirləndirilən şəxs1 gətirmiş, Təqsirləndirilən şəxs2 tanımış, sonuncu ilə mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamaq məqsədi ilə danışmış, sonuncudan 2 dəfə dərman vasitəsi almış, Təqsirləndirilən şəxs2 heç bir dərman vasitəsi almamış, aldığı dərman vasitələrinin adını bilməmiş, Təqsirləndirilən şəxs1 ilə 5-6 il əvvəl tanış olmuş, dərman vasitələrinin satışı ilə məşğul olmamış, dərman vasitələrindən “Valamor” adlı dərman vasitəsinin adını xatırlamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanımamış, Təqsirləndirilən şəxs1 dərman vasitəsini almaqda xüsusi səbəb olmamış, əldə etdiyi dərman vasitələrini heç bir yerdə satmamışdır.
34. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. xx.xx.2023-cü il tarixdə Heydər Əliyev adına X31 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində Teymur Marghany, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aşkarlanmış mallar barədə heç bir məlumatı yoxdur. Şahid6 isə həmkəndlisi kimi tanıyır, sonuncu hazırda Bakı şəhərində yaşayır. Təxminən 2023-cü ilin yay aylarının birində o, Şəki şəhərində usta işləyən Əhməd adlı şəxsin yanına gedərək maşınını təmir etməsini xahiş edərkən Əhmədin əhvalruhiyyəsinin yaxşı olmadığını görüb sonuncudan bu barədə soruşduqda Əhməd ona arvadının sümük xərçəng xəstəliyindən əziyyət çəkdiyini, arvadının müalicəsində istifadə olunan dərmanlardan birini hazırda apteklərdən tapa bilmədiyini, deyilənlərə görə həmin dərmanı Türkiyədən almağın mümkün olduğunu bildirmiş, o da Əhmədə köməklik məqsədilə əvvəllər Türkiyədə təhsil aldığı və orada tanışlarının ola biləcəyini nəzərə alaraq bu barədə Şahid6 bildirmiş, Elşən də cavabında onlara bu barədə köməklik edə biləcəyini söyləmişdir. Bundan sonra o, Elşənin mobil nömrəsini Əhmədə vermiş və beləliklə onları bir-biriləri ilə əlaqələndirmişdir. Əhmədin sonradan ona bildirməsinə görə Şahid6 Əhməddən həmin dərman vasitəsinə dair həkim reseptini ona göndərməyi istəmiş, Əhməd də həmin reseptin şəkilini çəkərək Elşənə göndərmişdir. Həmin vaxtdan bir müddət keçmişdir ki, Əhməd ona həmin 1 qutu dərmana görə Elşənə 1100 manat pulu 1-2 aydır göndərməsinə baxmaraq, Elşənin dərmanı hələ də ona çatdırmadığını bildirmişdir. Bundan bir qədər də sonra Əhmədlə rastlaşan zaman sonuncu ona Elşənin həmin 1 qutu dərmanı ona çatdırdığını bildirmişdir. Qeyd etdiyi haldan başqa o, Elşəndən nə özü üçün, nə də başqa şəxslər üçün dərman vasitəsi təşkil etməsini xahiş etməmişdir. Şahid6 onun xahişinə əsasən Əhməd adlı şəxsə 1100 manat dəyərində həmin 1 qutu dərman vasitəsini haradan və nə vaxt əldə etməsi, ölkə ərazisinə nə vaxt və necə gətirməsi barədə dəqiq məlumatı yoxdur. Lakin Əhmədin ona bildirməsinə görə Elşən Əhmədə həmin dərmanı ölkəyə gətirdiyini, lakin hazırda gömrükdə olduğunu, hələ ki gedib onu gömrükdən götürmədiyini, onu gömrükdən götürüb Əhmədə göndərəcəyini bildirmişdir. Onun vasitəsilə Əhməd tərəfindən Elşəndən xahiş edilmiş 1 qutu dərmanın xx.xx.2023-cü il tarixdə gömrük orqanları tərəfindən saxlanılmış dərmanların arasında olub-olmadığını bilmir. O, həmin dərmanın adını hazırda xatırlamır. Elşənin Əhmədə 1100 manat müqabilində 1 qutu dərmanı çatdırmasını ona Əhməd demişdir. Elşənin həmin dərmanı necə əldə edib Əhmədə çatdırması barədə heç bir məlumatı yoxdur.
35. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Şəki şəhərinin mərkəzində yerləşən avtomobil təmiri sexində usta işləyir. Təqsirləndirilən şəxsləri tanımır. xx.xx.2023-cü il tarixdə aşkar edilmiş faktla bağlı heç bir məlumatı yoxdur. X26 təxminən 2 ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Arvadının müalicəsi ilə bağlı həkimlər digər dərmanlarla yanaşı Valamor adlı dərman vasitəsini də təyin etmişdirlər. O, həmin dərmanı Bakı şəhərində yerləşən apteklərdən baha qiymətə, yəni 1 qutusunu hər ay təxminən 1200-1300 manata almışdır. 2023-cü ilin yay aylarında həmyerlisi olan Şahid7 öz nəqliyyat vasitəsini təmir etdirmək məqsədilə onun işlədiyi sexə gəlmiş, həmin vaxt söhbət əsnasında o, Rasimə həmin dərmandan bir qədər ucuz qiymətə haradan tapa biləcəyini maraqlanmış, bu vaxt Rasim ona həmyerliləri kimi bildirdiyi Şahid6 zəng etmiş və sonuncuya bu barədə bildirmişdir. Elşən də buna öz razılığını verdiyindən Rasim Elşənin mobil nömrəsini ona vermişdir. Bundan sonra o, Elşənlə telefon vasitəsilə əlaqə saxlamış və Elşən həmin dərmandan Türkiyə Respublikasından əldə edib 1100 manat müqabilində ölkəyə gətirə biləcəyini ona bildirmişdir. O da Elşənlə razılaşmış və sonuncunun dediyi bank kartına 1100 manat pulu köçürmüşdür. Bundan bir müddət sonra Elşənlə əlaqə saxlayan zaman Elşən ona həmin dərmanın gömrükdə saxlanıldığını bildirmişdir. Lakin onun sonradan təkidləri nəticəsində Elşən ona 1 qutu “Valamor” dərman vasitəsini göndərmişdir. Şahid6 ona 1100 manat müqabilində həmin 1 qutu dərman vasitəsini haradan və nə vaxt əldə etməsi, ölkə ərazisinə nə vaxt və necə gətirməsi barədə məlumatı yoxdur. Onun üçün əsas olan həmin dərman vasitəsini əldə etmək olduğundan Elşəndən həmin dərmanı necə və haradan əldə etməsini soruşmamışdır. O, Elşəni şəxsən görməmiş, sonuncu ilə heç vaxt görüşməmişdir. Elşənin başqa şəxslərə dərman vasitəsi satıb-satmaması barədə heç bir məlumatı yoxdur. O, Şahid6 başqa şəxslərin vasitəsilə ölkə ərazisinə dərman vasitələri gətirilməsini təmin etməmiş, aldığı dərman vasitələrinin hamısını ölkə ərazisində rəsmi fəaliyyət göstərən apteklərdən əldə etmişdir.
36. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid11 Səfər oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs4 təxminən 2 il bundan əvvəl tanımış, Leyla ilə tanışlıqları həmin vaxtlar Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binalardan birində 2 otaqlı mənzilin satışa qoyulması və onun həmin mənzilə müştəri olaraq gedib baxmağı zamanı yaranmışdır. Belə ki, həmin vaxt mənzilin sahibi ölkədə olmadığından və Leyla ilə qohum olduqlarından mənzili ona Leyla göstərmişdir. Həmin vaxtdan Leyla ilə səmimi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs4 Nərimanov rayonunda yerləşən geyim əşyalarının satışı mağazasını işlədir. Həmin mağazada satılan malları “Sədərək” və “Binə” kimi iri ticarət mərkəzlərindən, bəzi hallarda isə Türkiyə Respublikasının İstanbul şəhərindən əldə edir. Təqsirləndirilən şəxs4 ilə münasibəti olduğundan sonuncu ilə müxtəlif mövzularda telefon danışıqları olmuşdur. Digər təqsirləndirilən şəxsləri tanımır. Təqsirləndirilən şəxs1, Teymur Marghany və Təqsirləndirilən şəxs3 qarşılıqlı əlaqələri, xx.xx.2023-cü il tarixdə onlardan aşkar edilmiş predmetlərin kimə məxsus olması, ölkə ərazisinə hansı məqsədlə gətirilməsi, hansı səbəbdən gömrük orqanına bəyan edilməməsi barədə məlumata malik deyildir. Lakin Leyla ilə söhbətlərinin birində Leyla ona bildirmişdir ki, özünə məxsus bir qədər qızıl və qızı Aytənə aldığı 1 ədəd “İphone” markalı mobil telefonu Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gətirməsi üçün bir qadına vermiş, həmin qadın da Bakıda hava limanında həmin mallara və dərman vasitələrinə görə saxlanılmışdır. Təqsirləndirilən şəxs4 həmin qızılları və mobil telefonu nə üçün özünün ölkə ərazisinə gətirməməsi barədə ona heç nə bildirməmişdir. Levla Nəbiyeva ona Təqsirləndirilən şəxs1, Teymur Marghany və Təqsirləndirilən şəxs3 tanıyıb-tanımaması barədə heç nə bildirməmiş, lakin söhbətlərin birində Leyla ona bildirmişdir ki, Aytəkindən aşkar edilərək götürülmüş dərman vasitələri türklərə məxsusdur. O, Leylanın “türklər” dedikdə kimləri nəzərdə tutduğunu bilmir. Təqsirləndirilən şəxs4 ona həmin dərman vasitələrinin “türklər”-ə məxsus olduğunu bildirdikdə bunu haradan bildiyi, nəyə əsasən həmin dərmanların “türklər”-ə məxsus olduğunu deməsi barədə ətraflı izah verməmişdir.
37. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, dindirilməzdən təxminən 1-2 ay əvvəl Təqsirləndirilən şəxs1lə Nərimanov metrostansiyası tərəflərdə görüşmüşdür. Ayhanla görüşməyinə və tanış olmağına səbəb Təqsirləndirilən şəxs3 olmuşdur. Belə ki, o, həmin ərəfələrdə Təqsirləndirilən şəxs3 evində usta işləmişdir. Aytəkinin həmin vaxtlar ona bildirməsinə görə Aytəkin 2023-cü ilin iyun ayında Türkiyə Respublikasının İstanbul şəhərində olan vaxt rəfiqəsi Leyla adlı qadın vasitəsilə Ayhanla tanış olmuş və həmin şəxslərin xahişi əsasında Ayhana məxsus dərman vasitələrini Bakıya gətirərkən hava limanında saxlanılmışdır. 1-2 ay bundan əvvəlki görüş də Aytəkinin bu məsələ ilə bağlı Ayhanla görüşüb söhbət etməsi ilə əlaqədar olmuşdur. Həmin vaxt Aytəkin Ayhanla görüşməyə tək getməkdən ehtiyat etdiyi üçün ondan xahiş elmişdir ki, o da Aytəkinin yanında həmin yerə getsin. O da Aytəkinin xahişinə əsasən sonuncu ilə birlikdə Nərimanov metrostansiyası tərəfə gedərək orada Ayhanla görüşmüşlər. Görüş zamanı Aytəkin dərmanlarla bağlı yaranmış narahatçılığın nə zaman qurtaracağını Ayhandan soruşduqda, Ayhan Aytəkinə narahat olmamasını, özünün məsələni danışıb həll edəcəyini bildirmişdir. Bundan sonra onlar Ayhandan kənarlaşıb getmişlər. Ondan sonra özünün Ayhanla heç bir əlaqəsi olmamışdır. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrə arasında xx.xx.2023cü il tarixdə saat 23:30-da aparılmış 343 saniyə və həmin gün saat 23:42-də aparılmış 207 saniyə telefon danışıqları onun telefonu vasitəsilə Aytəkinlə Ayhanın arasında baş vermişdir. Belə ki, Ayhan Aytəkinin telefon zənglərinə cavab vermədiyi üçün Aytəkin onun telefonu vasiləsilə Ayhana zəng edərək dərmanlarla bağlı yaranmış problemi həll etməyi tapşırmış, Ayhan isə Aytəkinə narahat olmamasını, özünün məsələni həll edəcəyini bildirmişdir. Onunla Təqsirləndirilən şəxs4 nömrəsi arasında olan xx.xx.2023-cü il tarixli telefon danışığı da Aytəkin tərəfindən aparılmışdır. Belə ki, Aytəkin onun telefonu ilə Leylanın telefonuna zəng edərək Leylaya Ayhanı tapmasını, məsələni həll etmələrini bildirdikdə Leyla telefonu söndürmüş və bir daha zənglərə cavab verməmişdir. O, Türkiyə Respublikası vətəndaşı Teymur Marghany barəsində Aytəkindən eşitmiş, sonuncunun deməsinə görə Teymur da onlarla birlikdə İstanbuldan Bakıya dərman vasitələri gətirən zaman saxlanılmış, həmin dərmanlar da Ayhana məxsus olmuşdur. Aytəkinin ona bildirməsinə görə, 18 iyun 2023-cü il tarixdə aşkar edilmiş bütün dərmanlar Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Ayhanın və Leylanın xahişinə əsasən həmin dərmanların bir qismini Aytəkin, bir qismini Teymur Marghany, digər hissəsini isə Ayhanın özü İstanbuldan Bakıya gətirmişlər. Həmin dərmanların İstanbuldan Bakıya gətirilməsini xahiş edən zaman Leyla və Ayhan həmin dərmanların Bakı şəhərində qazilərin müalicəsində istifadə ediləcəyini bildirdiklərindən, həmçinin Leylanın qızı vasitəsilə Aytəkinə İstanbuldan Bakıya aviabilet aldıqlarından sonuncu da həmin şəxslərin xahişini qəbul etmişdir. O, həmin malların hansı səbəbdən gömrük orqanına bəyan edilməməsi barədə məlumata malik deyildir. Aytəkin bununla bağlı ona heç nə deməmişdir.
38. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Bakı şəhərinə gələrkən burada Ceyhun adlı şəxsin “Nizami Mall”-un yaxınlığında yerləşən obyektindən dırnaq boyası alıb, apararaq Türkiyə Respublikasında satışını həyata keçirir. 18 iyun 2023-cü il tarixdə yenə eyni məqsədlə təxminən 17 ildir ki, dostu olan Teymur Marghany ilə birlikdə İstanbuldan Bakı şəhərinə gəlmişlər. Onun təxminən 10 ildən artıqdır ki, Bakı şəhərində tanıdığı Elşən adlı dostu vardır. Elşən tikinti məmulatlarının satışı ilə məşğul olur. 2023-cü ilin iyun ayının ortalarında telefonla danışan zaman Elşən ona bildirmişdir ki, hansısa tanışının anası xərçəng xəstəliyindən əziyyət çəkir, müalicəsində istifadə olunan 1 qutu “Valamor 200 MG 63 kapsul” adlı dərman vasitəsini İstanbuldan Bakı şəhərinə gətirməyi xahiş etmişdir. O da Elşənin xahişinə əsasən həmin dərman vasitəsini İstanbul şəhərində yerləşən apteklərin birindən almışdır. Həmin vaxt dərmanın pulunu Elşən hansısa formada aptekə ödəmişdir. Türkiyə Respublikasında tanış olduğu və İstanbul şəhərində yaşayan azərbaycanlı Rauf adlı dostu təxminən 2023-cü ilin fevral ayında özü ilə birlikdə müxtəlif dərmanları İstanbuldan alaraq Bakı şəhərinə gətirmişdir. Həmin dərmanlara aid olan qutular isə baqajda əlavə yer tutduğu üçün Rauf həmin qutuları saxlamağı və gələcəkdə lazım olarsa, sonuncuya verməsi üçün ona vermişdir. Raufun ona bildirməsinə görə həmin dərmanların istifadəçiləri dərmanların qutularını da tələb eldiyindən bu dəfə Bakı şəhərinə gələrkən onları da gətirməyini xahiş etmişdir. Bu səbəbdən o, Raufun ona vermiş olduğu 10 ədəd “Herzuma 150 MG” markalı dərman vasitəsinə aid olan qutuları Bakı şəhərinə gətirmək məqsədilə özünə məxsus olan çantaya yerləşdirmişdir. Həmçinin Bakıda yaşayan qadın tanışlarına gətirmək üçün hamiləlik testi olan 5 qutu “Mirena 52 MG” markalı spiralları alıb çantasının içərisinə yerləşdirmişdir. Beləliklə o, Bakıya gəlmək üçün yaşadığı evin yaxınlığında Teymurla görüşmüş və birlikdə İstanbulda hava limanına, oradan isə təyyarə ilə Bakı şəhərinə gəlmişlər. Bakı X45na çatdıqdan sonra baqajlarını götürərək “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək üçün hərəkət edərkən gömrük orqanı əməkdaşları onları “Qırmızı Kanal” buraxılış sisteminə dəvət elmiş, daha sonra isə yoxlama otağına dəvət olunmuş və onlara məxsus olan yüklərə yoxlama keçirilmişdir. Yoxlama zamanı ona məxsus olan üzərində “Kozan since 1973” yazısı olan tünd qəhvəyi rəngli bel çantasının içərisindən 10 ədəd “Herzuma 150 MG” markalı dərman vasitəsinə aid olan qutular, 1 qutu “Valamor 200 MG 63 kapsul” adlı dərman vasitəsi, 5 qutu “Mirena 52 MG” markalı spirallar aşkar edilmiş və protokol əsasında götürülmüşdür. Rauf İstanbuldan Bakı şəhərinə yola düşərkən Bakıda gömrükdə problem yaranmasın deyə dərmanları özü ilə götürmüş, qutuları isə ondan Bakıya gələrkən gətirməyini xahiş etmiş, 1 qutu “Valamor 200 MG 63 kapsul” markalı dərman vasitəsi isə dostu Elşənin hansısa tanışının arvadına məxsusdur, digər 5 qutu “Mirena 52 MG” markalı spiralları isə Bakıda yaşayan qız tanışları üçün gətirmişdir. O, həmin malların gömrük orqanına bəyan edilməli olduğunu bilmədiyindən, bəyan etməmişdir. Həmin dərman vasitəsini Elşənin xahişinə əsasən qardaşının oğlu X42 aptekdən alıb onun çantasına qoymuş və o, həmin dərmanı Elşənin hansısa tanışının xərçəng xəstəliyindən əziyyət çəkən anası üçün gətirmişdir. Rauf “Whatsapp” tətbiqi üzərindən +90-***-***-**-** mobil nömrəsini istifadə edir. Azərbaycan Respublikası vətəndaşıdır. Hazırda Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır və tekstil sahəsi ilə məşğul olur. Onunla eyni vaxtda “TK 332” saylı İstanbul - Bakı aviareysi ilə gələn Teymur Marghany-nin özü ilə birlikdə dərman vasitələri gətirməsi barədə əvvəlcədən məlumatı olmamışdır. Teymur Marghany-dən götürülmüş dərmanların və siqaretlərin heç biri ona məxsus deyil. Onun Təqsirləndirilən şəxs3 ilə heç bir əlaqəsi yoxdur. Aytəkini ilk dəfə 18 iyun 2023-cü il tarixdə Heydər Əliyev adına X32 gömrük yoxlaması zamanı görmüş, həmin vaxta qədər Aytəkinlə heç bir tanışlığı olmamışdır. Eləcə də Aytəkinin ölkəyə gətirdiyi həmin malları kimdən, nə vaxt və hansı şərtlər altında əldə etməsi, onları hansı məqsədlə ölkə ərazisinə gətirməsi və hansı səbəbdən həmin malları gömrük orqanına bəyan etməməsi barədə heç bir məlumatı yoxdur. Onun bildiyinə görə Aytəkinlə Teymur bir-birilərini tanımırlar. Təqsirləndirilən şəxs3 aşkar edilrək götürülmüş dərman vasitələri ona məxsus deyildirlər. Təqsirləndirilən şəxs3 18 iyun 2023-cü il tarixdə ona hansısa məsələni həll etməyi tapşırmamışdır. O, Təqsirləndirilən şəxs4 tanıyır. Leyla ilə təxminən 2023- cü ilin mart ayında Türkiyə Respublikası İstanbul şəhərində otellərin birində tanış olmuş, həmin vaxtdan sevgili olaraq İstanbulda dəfələrlə görüşmüşlər. Təxminən həmin ilin may ayında o, Leyla ilə əlaqəsini kəsmişdir. Leylanın nə iş gördüyünü bilmir. Leyla ilə əlaqəsini kəsdiyi üçün mobil nömrəsini də mobil telefonundan silmiş, hazırda sonuncunun mobil nömrəsini xatırlamır. Leyla ilə Teymur Marghany-nin münasibətinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. Mobil telefonunda “X61” adı ilə qeyd edilmiş +90-***-***-**-** nömrəsinin istifadəçisi həmin şəxsdir. 2023-cü ilin iyun ayında, o cümlədən 16-18 iyun 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs4 ilə hansı mövzularda danışdığını xatırlamır. Təqsirləndirilən şəxs3 aşkar edilmiş dərmanlar onun deyil. O, Aytəkini İstanbulda hava limanında görməmiş, sonuncunun çantasına heç nə qoymamışdır. 10 ədəd “Herzuma 150 MG” markalı dərman vasitəsinə aid olan qutuların ona məxsus olan çantada həmin dərman vasitəsinə aid olan istifadə kağızlarının dostu Teymur Marghany-ə məxsus olan yüklərin içərisində, həmin dərman vasitələrinin isə Təqsirləndirilən şəxs3 məxsus olan yüklərin içərisində olmasınının hansı səbəbdən olduğu barədə heç bir məlumatı yoxdur. “Furkan Yigen 8” adı ilə qeyd edilmiş “+90-***-***-**-**” mobil nömrəsinin istifadəçisi Furkan Sakinin ona 18 iyun 2023-cü il tarixdə “5 mvasi 2 kutusuz perjeta 4 kutulu perjeta 3 optivo 17 herzuma 32 zirabev 10 eylea 4 citovir 5 valamor 2 xlandı 2 bevax 17 herceptin” məzmunlu mesajları nəyə görə göndərməsi, özünün də həmin məzmunlu mesajı yenidən Furkana hansı səbəbdən göndərdiyini xatırlamır. Telefonunda "X37” adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrəsinin istifadəçisi ondan Türkiyə Respublikasından “Valamor” dərman vasitəsini alıb gətirməyini xahiş edən şəxsdir. Elşənlə aralarında olan danışıqların hamısı Elşənin ondan xahiş etdiyi “Valamor” dərman vasitəsi ilə bağlı olmuşdur. X55 ilə uzun müddətdən bəri dostluq münasibəti vardır. Teymurla aralarında qeydə alınmış telefon danışıqları müxtəlif mövzularda, əsasən gündəlik məişət mövzularında olmuşdur. Mustafa Sakin onun qardaşının oğludur. O, Teymur ilə dost olduğu üçün Mustafanın Teymurla da əlaqəsi yaranmışdır. Şahid10 Şahid6 yanında görüb tanımış, lakin Rövşənlə heç bir münasibəti yoxdur. O, Rövşənə heç vaxt dərman vasitəsi verməmişdir. O, Şahid6 dərman vasitəsi satdığını unutmuş, hazırda bu barədə heç nə xatırlamır. Onun 18 iyun 2023-cü il tarixdə çantasından aşkar edilmiş 1 qutu Valamor dərman vasitəsi Elşənə məxsusdur. Bundan başqa o, nə vaxtsa Elşən üçün Azərbaycan Respublikasına dərman vasitəsi gətirməsini xatırlamır, Şahid9 təxminən 3-4 il bundan əvvəl Türkiyədə təhsil alan zaman tanış olmuş, bir dost olaraq sonuncu ilə arabir görüşüb söhbətləşmişlər. O, heç vaxt Şahid9 dərman vasitəsi satmamış, o cümlədən hazırda gətirilmiş dərman vasitələrinin kimə məxsus olduqlarını bilmir. O, heç vaxt Azərbaycan Respublikasına satış məqsədilə dərman vasitəsi gətirməmiş və onların satışını həyata keçirməmişdir.
39. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır, rəsmi heç bir yerdə işləmir. Türkiyə Respublikasından İordaniya, Misir, Səudiyyə Ərəbistanı və X3, dərman vasitələri, qida məhsulları kimi malların ixracı ilə məşğul olur. 2023-cü ilin fevral ayından etibarən 7-8 dəfə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə ilk gəlişi gəzmək, növbəti gəlişləri isə iş görmək-ticarət qurmaq məqsədilə olmuşdur. O, Təqsirləndirilən şəxs1lə birlikdə ferma almaq qərarına gəldiyindən bir neçə dəfə bununla bağlı Azərbaycan Respublikasına gəlmişdir. O, 2023-cü ilin iyun ayında ailəsi ilə birlikdə istirahət məqsədilə Misir Respublikasına getmək istəsə də, lakin Təqsirləndirilən şəxs1 16 iyun 2023-cü il tarixdə ona Azərbaycan Respublikasında ucuz bir ferma tapdığını, bir günlük təcili gedib baxdıqdan sonra beh vermək lazım olduğunu dedikdə razılaşıb Misirə getməyi təxirə salmışdır. Təqsirləndirilən şəxs1 özü ilə yanaşı onun da biletini 18 iyun 2023-cü il tarixə almış, həmin tarixdə İstanbul şəhərindən Bakı şəhərinə gəlmək üçün Təqsirləndirilən şəxs1la İstanbul şəhərinin “Ağsaray” deyilən ərazisində görüşüb birlikdə avtobus ilə hava limanına getmişlər. Hava limanına gedərkən Təqsirləndirilən şəxs1 əlində bir ədəd sellofan torba və 1 ədəd bel çantası, onun əlində isə yalnız şəxsi əşyalarını yığdığı 1 ədəd çanta olmuşdur. Hava limanına çatdıqda Təqsirləndirilən şəxs1 ona müraciət edib əlində olan sellofan torbadakı dərman vasitələrini vermiş və həmin dərmanların Bakı şəhərində yaşayan qazi tanışlarına apardığını, həmin dərmanların reseptlərinin olduğunu, özünün bel çantasında yer olmadığını bildirərək həmin dərman vasitələrini çantasına qoymasını ondan xahiş etmişdir. O da sellofan torbadakı dərmanlara baxdıqdan sonra dərmanları çantasına yerləşdirmişdir. O, həmin torbaya baxan zaman torbada dərmanlardan əlavə 2 blok siqaretin də olduğunu görmüş, Təqsirləndirilən şəxs1 həmin siqaretlərin özünə məxsus olduğunu bildirmişdir. 18 iyun 2023-cü il tarixdə saat 12 radələrində İstanbul-Bakı aviareysi vasitəsilə Bakı şəhərinə gəlmişlər. Hava Limanında “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk edib getmək istəyən zaman gömrük əməkdaşları onu və Təqsirləndirilən şəxs1 saxlayıb yoxlama otağına dəvət etmişlər. Orada keçirilmiş yoxlama zamanı onun çantasından 1 qutu “Xtandi 40 mg”, 1 qutu “Citovir 450 mg”, 2 qutu “Perjeta 420 mg”, 13 flakon “Herceptin 150 mg” və 4 qutu “Valamor 200 mg” markalı dərman vasitələri, həmçinin “Herceptin 150 mg” markalı dərmanlara məxsus 17 ədəd boş qutu, “Herzuma 150 mg” markalı dərmanlara aid 10 ədəd istifadə kağızı, 20 qutu “X46” markalı siqaretlər, Təqsirləndirilən şəxs1 müşayiət etdiyi bel çantasından 5 qutu “Mirena 52 mg” və 1 qutu “Valamor 200 mg” markalı dərman vasitələri, həmçinin “Herzuma 150 mg” markalı dərmanlara məxsus 10 ədəd boş qutu aşkar edilərək götürülmüşdür. Yoxlanıldıqdan sonra təhqiqatçının yanına aparılmış, həmin vaxt orada Aytəkin adlı bir qadından da dərman vasitələri aşkar edildiyi üçün sonuncunun da təhqiqat orqanına gətirildiyini görmüş, həmin vaxt Aytəkin Təqsirləndirilən şəxs1 yaxınlaşaraq bu məsələni həll etməsini tapşırıb oradan uzaqlaşmışdır. O, Ayhandan bu barədə soruşduqda sonuncu Aytəkin adlı qadından aşkar edilərək götürülmüş dərmanların da özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin dərmanları Aytəkinə nə vaxt, harada, hansı məqsədlə verdiyini soruşmamış, lakin o, İstanbul şəhərində Ayhanla görüşüb Bakı şəhərinə gələnə qədər sonuncu onun yanında heç kimə, o cümlədən Aytəkinə dərman vasitəsi verməmişdir. O, İstanbul şəhərində hava limanında olanda siqaret çəkmək üçün bir müddətliyinə Ayhandan ayrılıb getmiş, həmin vaxt Ayhanın həmin dərmanlan Aytəkinə verib-vermədiyini bilmir. O, Aytəkini ilk dəfə Bakıda gömrükdə təhqiqat orqanında görmüş, onun Aytəkinlə heç bir əlaqəsi yoxdur. O, Təqsirləndirilən şəxs4 isə ümumiyyətlə tanımır və sonuncu ilə heç vaxt əlaqəsi olmamışdır. O, özündən aşkar edilmiş həmin dərmanları X44 Təqsirləndirilən şəxs1 almışdır. O, İbrahim adlı şəxsi tanımır və sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Rövşən adlı şəxsi isə Təqsirləndirilən şəxs1 tanışı olaraq tanıyır, lakin həmin şəxslə də heç bir əlaqəsi yoxdur. “Herzuma 150 MG” markalı dərman vasitəsinə aid istifadə kağızlarının ona məxsus olan çantada, həmin dərman vasitələrinin Təqsirləndirilən şəxs3 qızma məxsus olan yüklərin içərisində, həmin dərman vasitələrinə aid qutuların Təqsirləndirilən şəxs1 məxsus olan yüklərin içərisində hansı səbəbdən olmasının izahını verə bilmir, bunun hansı səbəbdən baş verdiyi ona da məlum deyildir. Onun və Təqsirləndirilən şəxs1 əl yüklərindən eyni növ dərman vasitəsinin, yəni “Valamor 200 mg” markalı dərman vasitələrinin, onlarla birlikdə gələn Təqsirləndirilən şəxs3 əl yüklərindən eyni növ “Xtandi 40 mg”, “Citovir 450 mg”, “Herceptin 150 mg”, “Perjeta 420 mg/14 ml” markalı dərman vasitələrinin və ya onlara məxsus qutuların aşkar edilməsinin hansı səbəbdən baş verdiyi barədə heç nə bilmir. Onun Bakıya gətirdiyi dərmanları ona Təqsirləndirilən şəxs1 vermiş, həmin dərmanlar Ayhana məxsus olmuşdur. Telefonunda “Elşen Azeri” adı ilə qeyd etdiyi ***-***-**-** mobil nömrənin istifadəçisi Elşən adlı şəxsdir. Elşəni Təqsirləndirilən şəxs1 görə tanımış, Bakıya gələndə Elşən onlara bələdçilik etmişdir. Elşənin nə iş gördüyünü bilmir. O, Türkiyədə dərman vasitələrinin ixracı ilə məşğul olduğundan Elşən onunla əlaqə saxlayaraq satdığı dərmanlardan bəzilərinin şəklini çəkib sonuncuya göndərməsini və qiymətlərini bildirməsini, sərf edəcəyi təqdirdə həmin dərmanlardan gətirib Bakıda satmalarını təklif etdiyindən, o da Elşənin istəyinə uyğun olaraq 2023-cü ilin aprel ayının 3-də anbarında olan bir sıra dərmanların şəkilini çəkib Elşənə göndərib qiymətini sonuncuya bildirmişdir. Bundan sonra Elşən həmin dərmanları onun bildirdiyi qiymətə alıb Bakıya gətirib satmağın Elşənə sərf etmədiyini bildirdiyindən, o, Elşənə dərman satmamışdır. Telefonunda “Turan Karadağ” adı ilə qeyd edilmiş +90-***-***-**-** saylı mobil nömrənin istifadəçisi Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Turan adlı şəxsdir. Həmin şəxs hərbi şəhərcikdə aptek işlədir. O, bəzi hallarda Turana dərman vasitələrini satmış, amma bəzən də onda olmayan dərmanların Turanda olub-olmadığını dəqiqləşdirmək məqsədilə o, Turana mesaj yazaraq bunu soruşmuşdur. Belə ki, 31 yanvar 2023-cü il tarixdə “7000 tl aldım” məzmunlu mesaj yazaraq “Xtandi 40 mg” dərman vasitəsi qutusunun şəklini göndərməyi, həmçinin həmin şəxsə 07 fevral 2023-cü il tarixdə “Xtandi 40 mg” dərman vasitəsi qutusunun şəklini göndərərək “Nə vaxt” məzmunlu mesaj yazmağı da bununla bağlı olmuşdur. Mustafa Sakin Təqsirləndirilən şəxs1 qardaşının oğludur. xx.xx.2023-cü il tarixdə onlar Bakıda hava limanında saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 telefonunda rominq xidməti işləmədiyi üçün Mustafa Sakin onun telefonuna zəng edərək Təqsirləndirilən şəxs1lə danışmışdır. Həmin gün saat 20:23-də aparılmış 2 dəqiqə 13 saniyə və saat 21:26-da aparılmış 1 dəqiqə 9 saniyə danışıq Ayhanla Mustata arasında olmuşdur. Ayhanla Mustafanın həmin zənglər zamanı nə danışdıqlarını bilmir. Mustafa Təqsirləndirilən şəxs1 Sakinlə birlikdə dərman satışı ilə məşğul olurlar. Həmin şəxslər bəzi hallarda ondan da müxtəlif dərmanları alıb xarici ölkələrə göndərmişlər. Mesajlarına cavab vermədiyini gördüyü halda Mustafa Sakinin +90-***-***-**-** saylı mobil nömrədən niyə ona 26 iyul 2023-cü il tarixdə “Caprelsa” dərman vasitəsi qutusunun şəklini göndərərək “Vardır” məzmunlu, 27 iyul 2023-cü il tarixdə “Valamor vardır? Gadovist 15 mg vardır?” məzmunlu, 28 iyul 2023-cü il tarixdə “Botox vardır? Biktarvy vardır?” məzmunlu mesaj yazmaqla “Tazverik” dərman qabının şəklini göndərməsini, 29 iyul 2023-cü il tarixdə “Beriate” dərman vasitəsi qutusunun şəklini göndərərək “Vardır?” məzmunlu, 31 iyul 2023-cü il tarixdə “Simponi pen vardır? Zaltrap vardır?” məzmunlu mesaj yazaraq “Regenon” dərman vasitəsi qutusunun şəklini göndərib “Vardır?” mesajını göndərməsini bilmir. X12rdaşı, eyni zamanda Təqsirləndirilən şəxs1 qardaşının oğludur. Furkan Sakin 18 iyun 2023-cü il tarixdə saat 20:19-da onun telefonuna zəng edərək Təqsirləndirilən şəxs1lə danışıq aparmışdır. Lakin həmin şəxslərin nə danışdıqlarını bilmir. 2023-cü ilin iyun ayının 17 və 18-də Təqsirləndirilən şəxs1lə aralarında qeydə alınmış telefon danışıqları Bakıya gəlib ferma almaları üçün beh verib qayıtmaqları ilə bağlı olmuş, daha əvvəl aralarında qeydə alınmış danışıqlar isə gündəlik məişət mövzularında olmuşdur.
40. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 həmin ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 2019-cu ildən xərçəng xəstəsidir, həmin xəstəliyi ilə bağlı 2 dəfə əməliyyat olunmuşdur. Qeyd etdiyi xəstəliyi ilə bağlı mütəmadi olaraq müalicə alır. O, müalicə olunmaq məqsədilə 2023-cü il ərzində ümumilikdə 5 dəfə Gürcüstan və Türkiyə Respublikasında olan xəstəxanalarda həkim müayinələrindən keçmiş, sonuncu dəfə 13 iyun 2023-cü il tarixdə eyni məqsədlə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, “Memorial” xəstəxanasında müayinələrdən keçmiş, həkim onu müayinə etdikdən sonra döş qəfəsində yeni ocaqların yarandığını bildirmişdir. O, bundan sonra təxminən 15 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmək üçün aviabilet almaq istəsə də, bunu əldə edə bilmədiyini görüb avtobusa 17 iyun 2023-cü il tarixə bilet almışdır. Lakin xəstəliyi ilə əlaqədar uzun yol gedə bilmədiyindən o, həmin avtobus reysi ilə getməmək qərarına gəlmişdir. 16 iyun 2023-cü il tarixdə günorta saatlarında istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olan Leyla adlı tanışı ona zəng edərək İstanbul şəhərində olduğunu, özünün də İstanbul şəhərinə gəldiyini, görüşüb birlikdə çörək yemələrini təklif etdikdən sonra o, Leyla ilə İstanbul şəhərində “Ağsaray” deyilən ərazidə görüşmüşdür. O, İstanbuldan Bakıya aviabilet ala bilmədiyini Leylaya bildirdikdə sonuncu onlayn qaydada ona 210 manata bilet almış və o, həmin biletin pulunu nağd şəkildə Leylaya vermişdir. Leyla ona birlikdə Azərbaycan Respublikasına gedəcəklərini söyləmişdir. Növbəti gün, yəni 17 iyun 2023-cü il tarixdə səhər saatlarında Leyla ilə bir qədər gəzmək məqsədilə “Ağsaray” deyilən tərəfdə yenidən görüşmüşlər. Həmin vaxt bir çox yerləri, o cümlədən mağazaları gəzmişlər. Həmin gün axşam saatlarında o, yola düşməmişdən qabaq əvvəlcədən tanıdığı, ***-***-**-** saylı mobil nömrə istifadə edən və həmin vaxt İstanbul şəhərində olan Bəsti adlı şəxslə telefon əlaqəsi saxlayaraq Bakıya getməyə hazırlaşdığını bildirmiş, bu zaman Bəsti bir qədər qızılın olduğunu, həmin qızılı Bakı şəhərində bir nəfərə çatdırmaq istədiyini xahiş etdikdə, o, sonuncudan 1 ədəd boyunbağı, 1 ədəd qolbaq və 1 ədəd üzüyü Bəstinin qaldığı otelin qarşısında təhvil alıb əl çantasına qoymuşdur. Bəstidən ayrıldıqdan sonra Leyla ona birlikdə Bakıya gedə bilməyəcəyini, iki nəfər şəxsin olduğunu, onu həmin şəxslərlə yola salacağını bildirmiş və onu “Ağsaray” deyilən ərazidə 3 otaqlı bir evə aparmışdır. Həmin evdə sonradan adının Ayhan olduğunu öyrəndiyi Türkiyə Respublikası vətəndaşı onları qarşılamış, bir qədər sonra isə həmin evə sonradan adının Teymur olduğunu öyrəndiyi bir nəfər şəxs də gəlmişdir. Həmin evdə olan zaman Leyla ona həmin şəxslərin də onunla birlikdə Bakı şəhərinə gedəcəyini, həmin şəxslərdən Ayhanın həkim olduğunu, sonuncunun Bakı şəhərində xəstələrinin olduğunu, həmin xəstələrə xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar aparacağını, həmin dərmanlardan birinin sınmaması üçün ehtiyatla daşınmalı olduğunu, Teymur və Ayhanın əl yüklərində başqa dərmanların olduğunu bildirərək həmin ehtiyatla aparılmalı olan dərmanın digər dərmanların yanına qoyularsa, sınma ehtimalı olduğundan həmin dərmanı onun aparmağını xahiş etdikdə o da razılığını vermişdir. Bundan sonra o, tualetə gedib qayıtdıqda Ayhanla Leylanın onun çantasının yanında dayandığını, çantasında olan paltarlarının bir hissəsinin boşaldıldığını, həmin boşaldılmış paltarların Ayhan və Leyla tərəfindən çantasına yığıldığını görüb bu barədə soruşduqda Ayhan və Leyla həmin ehtiyatla daşınmalı olan xərçəng dərmanını onun çantasına qoyduqlarını bildirmiş və boşaldılmış paltarları yerinə yığıb çantasının sepini bağlamışlar. Bundan sonra o, həmin çantasını açmamış və oraya nələr qoyulduğunu bilməmişdir. Həmin vaxt qeyd etdiyi evdə təxminən 1 saat vaxt keçirmiş, bu müddət ərzində o, uşaq otağında uzanıb istirahət etmişdir. Teymur salonda televizora baxmış, Ayhanla Leyla isə yataq otağında olmuşlar. Bir saat sonra hava limanına getmək üçün həmin evdən çıxanda Leyla ona özünün 1 ədəd ədəd “İphone 14 pro” markalı mobil telefon, eləcə də 1 ədəd qolbaq, 2 ədəd üzük və 1 cüt sırğasının olduğunu bildirib, həmin əşyaları Bakı şəhərinə aparmasını, Bakı şəhərində sonradan ona deyəcəyi şəxsə verməsini xahiş etdikdə razılaşıb götürmüşdür. Həmin vaxt Ayhan və Teymur onun Leyladan qeyd etdiyi malları təhvil almasını görməmiş, Leyla ona qızılların bir hissəsini üzərinə taxmasını təklif etdiyindən, o da həmin qızıllardan bir hissəsini barmağına və qulağına taxmış, qalan qızılları isə əl çantasına qoymuşdur. Bundan başqa o, yola düşməzdən qabaq Bəstidən aldığı qızılların içərisində olan 1 ədəd boyunbağını da boynuna taxmışdır. Beləliklə o, həmin gün Bakıya gəlmək üçün avtobusla X47 getmiş, orada qeydiyyatdan keçib həmin vaxt hərbi xidmətdə olan oğlunun istifadə etməsi üçün hava limanında olan mağazadan 3 blok, yəni 30 qutu “X46” markalı siqaretlər alıb çantasına qoymuşdur. Bundan bir qədər sonra onlar təyyarəyə minmiş və 18 iyun 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhərinə çatmışdır. Hava Limanında gömrük nəzarətindən keçərkən onun üzərində olan qızılların bəzilərinə metal axtaran aparat reaksiya verdiyindən çıxarıb əl çantasına qoymuş və üzərində yalnız 1 ədəd üzük və 1 cüt sırğa qalmışdır. Bundan sonra o, gömrük nəzarətini “Yaşıl kanal” vasitəsilə keçərkən gömrük əməkdaşı onu saxlayaraq yoxlama otağına dəvət edib orada ona məxsus əl yüklərini yoxlamışlar. Yoxlama zamanı çantasından Təqsirləndirilən şəxs1 onun çantasına qoyduğu dərmanlar aşkarlanmış, həmin dərmanlara baxış keçirildikdə onların 17 ədəd “Herzuma 150 mg”, 32 ədəd “Zirabev 100 mg/4 ml”, 4 ədəd “Perjeta 420 mg 14 ml”, 10 ədəd “Eylea 40 mg/ml”, 5 ədəd “Mvasi Bevacizumab 25 mg/ml”, 4 ədəd “Herceptin 150 mg”, 3 ədəd “Opdivo nivolumat 100 mg/10ml”, 2 flakon “Bevax 400 mg/16 ml”, 3 ədəd “Citovir 450 mg 60 Tablet”, 112 kapsul “Xtandi Enzalutamid 40 mg” dərmanları, 17 ədəd “Herceptin” markalı dərman vasitəsinə aid olan istifadə kağızları olduğu müəyvən edilmişdir. Yoxlama zamanı həmçinin gömrük əməkdaşları Leyla və Bəstidən aldığı qızıl zinət əşyalarını, 1 ədəd “İphone 14 pro” markalı mobil telefonu, eləcə də oğlu üçün aldığı 30 qutu siqaretləri aşkar etmişlər. Sonra qeyd edilən predmetlərin hamısı araşdırma ilə əlaqədar olaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. O, Ayhan və Teymuru Leylanın vasitəsilə tanımış və həmin dərmanları onun çantasına Bakı şəhərinə gətirməyi üçün Leyla və Ayhan qoymuşlar. Leylanın Bakı Metropoliteninin Nərimanov metrostansiyası tərəflərdə paltar mağazası vardır. O, Leylanı təxminən 2023-cü ilin yaz aylarından başqa bir tanışının vasitəsilə tanımışdır. Leylanın dərmanlarla nə kimi əlaqəsi olduğunu bilmir. Ayhanla heç bir əlaqəsi yoxdur. Ondan aşkar edilərək götürülmüş həmin malları Türkiyə Respublikasından ölkə ərazisinə gətirməyi müqabilində Leyla və Bəsti adlı tanışları, həmçinin Teymur Marghany və Təqsirləndirilən şəxs1 ona heç bir vəd verməmişlər. Ondan aşkar edilən dərmanlar Təqsirləndirilən şəxs1 məxsus olduğu üçün o, Bakıda Hava Limanında saxlanılıb təhqiqat orqanına gedən zaman Ayhana dərmanların onun olduğu və həmin dərmanlara görə saxlanıldığı üçün gedib məsələni həll etməsini bildirmişdir. Ayhan da ona məsələni özünün həll edəcəyini söyləmiş, bundan sonra birbirlərindən uzaqlaşmışlar. O, Teymuru ilk dəfə İstanbulda görmüş, lakin nə orada, nə də Bakıda Teymurla dialoqu olmamışdır. İstanbuldakı həmin evdə olan zaman Teymur və Ayhan da öz çantasına bir neçə ədəd dərman vasitələri yerləşdirmiş, lakin o, həmin şəxslərdən hansının çantasına hansı miqdarda və növdə dərmanlar qoyduğunu bilməmişdir. Ölkə ərazisinə gətirdiyi və ondan aşkar edilərək götürülmüş həmin malların bəyan edilməli olduğunu bilmədiyi üçün gömrük orqanına əvvəlcədən bəyan etməmişdir. İstanbuldan yola axşam saatlarında düşdüyü üçün qızılların çantasından oğurlana biləcəyindən ehtiyat edərək, eyni zamanda Leyla ona qızılları verən zaman bu barədə göstəriş verdiyindən bir hissəsini üzərinə taxmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ona məxsus çantaya nəsə qoyduğunu gördükdən və yerləşdirilənlərin dərman vasitəsi olduğunu öyrəndikdən sonra o, çantasını açıb yoxlamamış və orada artıq dərmanların olduğunu bilməmişdir. Türkiyədə olan zaman Leyladan, eləcə də Təqsirləndirilən şəxs1 və Teymur Marghanydən həmin dərmanı hansı səbəbdən sonuncuların özlərinin Bakı şəhərinə aparmadıqları barədə soruşmamışdır. O, Ayhanı İstanbulda olan zaman yalnız 1 dəfə, yəni xx.xx.2023-cü il tarixdə “Ağsaray”-da yerləşən 3 otaqlı evdə görmüşdür. Bundan başqa nə Avhanla, nə də Teymurla İstanbulda heç bir yerdə görüşməmişdir. Teymur və Ayhanın həmin malları ölkə ərazisinə hansı məqsədlə gətirmələri və hansı səbəbdən gömrük orqanına bəyan etməmələri barədə heç nə bilmir.
41. Təqsirləndirilən şəxs4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs4 həmin ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ailəsinin maddi ehtiyacını ödəmək üçün Bakı şəhəri Ağa Neymətulla küçəsində yerləşən “Nur” adlı mağazada qadın alt paltarları satmaqla fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Orada satdığı malları Türkiyə Respublikasından alıb ölkə ərazisinə gətirib satışını həyata keçirdir. Həmin mağazada satdığı bəzi malları isə “Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən alıb mağazasında satır. O, Türkiyədən aldığı malları həmin ölkəyə gedərək İstanbul şəhərində “Merten”, “Güngörən”, “Laləli” deyilən ərazilərdəki mağazalardan seçib bəyənib sifariş verir. O, eyni məqsədlə 07 iyun 2023-cü il tarixdə təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və “Ağsaray” deyilən ərazidə otellərin birində qalmış, 28 iyun 2023-cü il tarixdə isə ölkəyə geri qayıtmışdır. O, Türkiyədə olan zaman işlətdiyi mağazada satmaq üçün bir sıra mağazaları gəzib mallar bəyənməklə sifariş vermiş və planlamışdır ki, həmin mallar ona karqo vasitəsilə çaldırılacaqdır. Bundan əlavə o, orada olarkən zaman özü və uşaqları üçün geyim əşyaları alıb özü ilə birlikdə Bakıya gəlirmişdir. Təqsirləndirilən şəxs3 təxminən 2023-cü ilin mart ayından tanıyır. Aytəkinlə tanışlığı işlətdiyi mağazaya müştəri olaraq gəlməsi ilə bağlı olmuşdur. Həmin vaxtdan Aytəkinlə münasibəti vardır. O, 16 iyun 2023-cü il tarixdə İstanbulda hazırda xatırlamadığı otelin restoranında oturub çay içərkən Aytəkin təsadüfən həmin yerə gəlmiş və onlar görüşmüşlər. Həmin vaxt Aytəkin ona bildirmişdir ki, alış-veriş etmək və gəzmək məqsədilə İstanbula gəlmişdir. Onlar həmin vaxt oturub çay içib söhbət edikdən sonra Aytəkin öz qaldığı otelə getmişdir. Növbəti gün, yəni 17 iyun 2023-cü il tarixdə o, Aytəkinlə “Ağsaray” deyilən ərazidə görüşmüş, Aytəkin ona həmin gün gecə Bakı şəhərinə qayıdacağını bildirmişdir. O, hələ ki Bakıya qayıtmayacağından və oğurlanacaqlarından ehtiyat edərək İstanbulda olarkən özü üçün aldığı 1 ədəd qolbaq, 1 cüt sırğa, 2 ədəd üzük və 1 ədəd “İphone 14” markalı mobil telefonu Bakıya gətirməsi üçün Aytəkinə vermiş və həmin vaxt Bakıya apararkən gömrüyə bəyan etməsini bildirib Aytəkindən bunun üçün üzərində pul olub-olmadığını soruşmuşdur. Aytəkin də ona üzərində pulunun olduğunu bildirmiş və qolbaqla sırğanı üzərinə taxıb digərlərini isə əl çantasına qoymuşdur. Aytəkin ona bu yaxınlarda özünün tanışı olan Bəsti adında qadının oteldə qaldığını, özünün onu da görmək istədiyini bildirdiyindən o, həmin gün axşam 23 radələrində Aytəkinlə birlikdə Bəstinin qaldığı otelə getmişdir. O, həmin vaxta qədər Bəstini tanımamış, oteldə olan zaman Bəsti ilə Aytəkin oturub bir qədər ordan-burdan söhbətlər etmiş, daha sonra o, Aytəkinlə birlikdə Bəstidən ayrılmış və Aytəkini gətirib X47 gedən avtobusla yola salmışdır. Həmin günün səhəri, yəni, 18 iyun 2023-cü il tarixdə o, Aytəkinlə telefon əlaqəsi saxlayan zaman sonuncu ona bildirmişdir ki, gömrükdə saxlanılmış və onun qızılları da daxil olmaqla Aytəkində olan digər mallar götürülmüşdür. Aytəkin ona bunun hansı səbəbdən olduğunu izah edə bilməmişdir. O, aşkar edilərək götürülmüş həmin “İphone 14” markalı mobil telefonu qızı Aytən üçün almış və qızına hədiyyə verəcəyini düşünmüş, bu səbəbdən də, Aytəkindən həmin telefonu Bakıya gətirməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlməsi üçün təyyarə bileti almamışdır. İstanbulda olan zaman Təqsirləndirilən şəxs3 ilə birlikdə Bəsti adlı qadından başqa şəxs və ya şəxslərlə görüşməmişdir. O, Aytəkini ilk dəfə qaldığı otelin restoranında görmüş, həmin vaxta qədər Aytəkinin İstanbulda olduğunu bilməmişdir. xx.xx.2023-cü il tarixdə İstanbul şəhərində görüşən zaman Aytəkin ona Bakı şəhərinə getmək üçün bilet tapa bilmədiyini demiş, bu zaman o, xx.xx.2023-cü il tarixdə Bakıdan İstanbula gedən zaman X43 yerləşən “Duty free” mağazasında tanış olduğu Təqsirləndirilən şəxs1 adlı Türkiyə Respublikası vətəndaşına zəng edib sonuncudan Aytəkin üçün bilet almaqda onlara köməklik etməsini xahiş etdikdə, Təqsirləndirilən şəxs1 də Aytəkinin pasportunun şəklini çəkib göndərməsini ondan istədiyindən, o, Aytəkinin pasportunun şəklini çəkib Ayhana göndərmişdir. Bundan təxminən 1-2 saat sonra Ayhan onların yanına gələrək Aytəkinə bilet aldığını bildirmiş, lakin o, həmin vaxt Aytəkinin Ayhana biletin pulunu verib-vermədiyini görməmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt özünün də Aytəkinlə birlikdə Bakıya gələcəyini bildirmiş, lakin Ayhan özünün Bakıya hansı məqsədlə gəlməsi və gələrkən nələr gətirəcəyi barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs1 hansı işlə məşğul olması, Azərbaycan Respublikasında əlaqələri barədə heç bir məlumatı yoxdur. O, Türkiyə Respublikası vətəndaşı Teymur Marganyni tanımır və həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Aytəkinlə görüş zamanı Teymur adlı şəxs onlara yaxınlaşmamışdır. Həmçinin o, Aytəkinə Teymur adlı şəxs də daxil olmaqla, hər hansı şəxsə məxsus hansısa dərmanı Bakı şəhərinə aparması barədə heç bir təklif etməmişdir. Bundan başqa o, Aytəkinə birlikdə Bakı şəhərinə gedəcəyini də bildirməmişdir. O, Aytəkinə təhvil verdiyi həmin qızılların itirilməsindən ehtiyat edərək sonuncuya üzərinə taxmasını bildirmiş, bu zaman Aytəkin qolbaq və sırğanı üzərinə taxmış, digərlərini isə çantasına yerləşdirmişdir. Təqsirləndirilən şəxs3 Şahid5 ilə görüşən zaman sonuncudan Bakıya gətirməsi üçün qızıl-zinət əşyaları almasının nə şahidi olmuş, nə də hansısa şəxsdən bu barədə eşitmişdir. xx.xx.2023-cü il tarixdə Aytəkinin ölkəyə gətirdiyi malların içərisində 1 ədəd qolbaq, 1 cüt sırğa, 2 ədəd üzük və 1 ədəd “İphone 14” markalı mobil telefon ona məxsusdur və həmin predmetləri İstanbul şəhərindən ailəsi üçün almışdır. Aytəkinin ona məxsus olan həmin malları, eləcə də Aytəkinin və digər şəxslərin özləri ilə gətirdikləri malları hansı səbəbdən gömrüyə bəyan etmədiklərini bilmir. Təqsirləndirilən şəxs3 ona məxsus həmin malları ölkə ərazisinə gətirəcəyi müqabilində Aytəkinə heç nə vəd etməmiş, Aytəkinlə bu barədə heç bir razılaşmaları olmamışdır. Lakin o, düşünmüşdür ki, Aytəkinin bu yaxşılığı müqabilində Aytəkinə nəsə hədiyyə verər. O, Təqsirləndirilən şəxs1 ilk dəfə 07 iyun 2023-cü il tarixdə X44 tanımış, əvvəllər sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs3, sonuncu ilə eyni aviareysdə gəlmiş Təqsirləndirilən şəxs1 və Teymur Marghanynin əl yüklərindən aşkar edilmiş malları, o cümlədən dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini ölkə ərazisinə hansı məqsədlə gətirmələri, qeyd edilən malları hansı səbəbdən gömrük orqanına bəyan etməmələri ilə bağlı heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 bileti aldığını Aytəkinə dedikdən sonra özünün də həmin aviareyslə Bakıya gedəcəyini bildirmiş, daha sonra onlar Şahid5 ilə görüşüb otelə qayıtmışlar. Aytəkinin qaldığı oteldə hər saata görə pul hesablandığından, Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş, orada Ayhan onları qarşılamış, bir qədər İsə qura dərili və eynəkdən istifadə edən, sonradan adını Teymur kimi bildiyi şəxs oraya gəlmiş, həmin vaxt Ayhan Teymurun kim olması barədə məlumat verməmişdir. Həmin evdə bir neçə saat olmuş, bu müddət ərzində Ayhan və Teymur çantalarına nələrsə qoymuş, lakin o, həmin şəxslərin çantalarına nə qoyduqlarını bilməmişdir. Bundan sonra onlar birlikdə hava limanına gedən avtobusların dayanacağına gəlmiş, orada Ayhan, Teymur və Aytəkin avtobusa minib hava limanı istiqamətində getmişlər. Həmin vaxt o, Teymurun da Bakıya gedəcəyini bilməmişdir. Ayhanla Teymur çantalarına nələrisə qoyan zaman o, Aytəkinlə birlikdə mənzilin mətbəxində çay içib söhbət etmişdir. Həmin şəxslərin Aytəkinin çantasına nələrisə yerləşdirməsi, eləcə də Aytəkinin həmin şəxslərdən nələrisə qəbul edib öz çantasına qoymasının şəxsən şahidi olmamışdır. Aytəkin ona heç vaxt bilet pulu verməmişdir. Aytəkinə həmin bileti Ayhan almışdır. O, Aytəkindən Bakıya hansısa dərmanı aparmasını xahiş etməmiş, eləcə də Ayhanla birlikdə Aytəkinin çantasına heç bir dərman vasitəsi qoymamışdır. Teymur Marghany ilə danışığı və yaxınlığı olmamışdır. Təqsirləndirilən şəxs3 mobil telefonunda mövcud olan “Whatsapp” mobil tətbiqinin mesajİar bölməsində “Leyla Metis” adı ilə qeyd edilmiş ***-***-**-** saylı nömrəsinin istifadəçisinə, yəni ona 17 iyun 2023-cü il tarixdə “İsoptin 5 mg/2 ml dərman vasitəsinin qutusunun şəklinin göndərilməsi barədə heç bir məlumatı yoxdur. Ayhan bir tanış olaraq onunla əlaqə saxlamış, aralarındakı telefon danışıqları əsasən məişət mövzularında, sonuncu, yəni xx.xx.2023-cü il tarixli danışıqları isə Ayhan, Teşmur və Aytəkinin İstanbul şəhərindən Bakı şəhərinə necə gedib çatmaları ilə bağlı olmuşdur.
42. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 269 nömrəli Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə edilmişdir. (Cild 2, iş vərəqi 130)
43. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 onkoloji xəstəliyi ilə əlaqədar sənədləri təqdim etmişdir. (cild 1, iş vərəqi 185-194)
44. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Ağstafa rayonu İcra Hakimiyyəti Başçısının Poylu kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 müsbət xarakterizə edilmişdir. (Cild 3, iş vərəqi 63)
45. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “DVDyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 3-33/1-038066/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş 3 ədəd DVD-də olan videogörüntülərə baxış zamanı xx.xx.2023-cü il tarixdə X36 Aeroportu Terminal 1-in gəliş zalında Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 saat 12:02-də, həmin ölkə vətəndaşı Təqsirləndirilən şəxs2 saat 12:05-də və Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 saat 12:07-də gömrük ərazisini Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X45 gömrük postunda (hazırda Sərnişin şöbəsində) “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyən zaman gömrük əməkdaşı tərəfindən saxlanılaraq gömrük yoxlamasına cəlb edilmiş, müşayiət etdikləri əl yükləri rentgen qurğusundan keçirildikdən sonra yoxlama otağına dəvət olunmuşlar. (Cild 2, iş vərəqi 145)
46. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. (Cild 2, iş vərəqi 170-176)
47. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs Margany X10 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 177-184)
48. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs4 üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 185-191)
49. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs4 üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 192-199)
50. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 200-207)
51. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “CD-yə baxış keçirilməsi haqqında” protokolundan, protokola əlavə edilmiş disk və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 11:28-də zəng edilərək 33 saniyə, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 21:40-da zəng edilərək 1 saniyə, Şahid6 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 22:06-da zəng edilərək 52 saniyə və həmin gün saat 22:07-də zəng edilərək 127 saniyə danışıq aparılmışdır. Qeyd olunanlardan əlavə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** və **********, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-**, Şahid5 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs4 istifadəsində olan 050- 548-03-01, Şahid6 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələr ilə bir sıra digər nömrələr arasında müxtəlif vaxtlarda danışıqlar və iş üçün hər hansı bir əhəmiyyət kəsb etməyən sms yazışmalarının aparıldığı müəyyən edilir. (Cild 3, iş vərəqə 21-58)
52. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, həmin qərarla Teymur Marghanynin müşayiət etdiyi əl yüklərindən aşkar edilərək götürülmüş 1 qutu “Xtandi 40 mg”, 1 qutu “Citovir 450 mg”, 2 qutu “Perjeta 420 mg/14ml”, 13 flakon “Herceptin 150 mg” və 4 qutu “Valamor 200 mg” markalı dərman vasitələri, həmçinin “Herceptin 150 mg” markalı dərmanlara məxsus 17 ədəd boş qutu, “Herzuma 150 mg” markalı dərmanlara aid 10 ədəd istifadə kağızı, 20 qutu “X46” markalı siqaretlər, Təqsirləndirilən şəxs1 müşayiət etdiyi əl yüklərindən aşkar edilərək götürülmüş 5 qutu “Mirena 52 mg” və 1 qutu “Valamor 200 mg” markalı dərman vasitələri, həmçinin “Herzuma 150 mg” markalı dərmanlara aid 10 ədəd boş qutu, Aytəkin Bayramovanın müşayiət etdiyi əl yüklərindən aşkar edilərək götürülmüş 1 qutu “Xtandi 40 mg”, 3 qutu “Citovir 450 mg”, 32 flakon “Zirabev 100 mg/4 ml”, 10 flakon “Eylea 40 mg/ml”, 4 flakon “Herceptin 150 mg”, 3 flakon “Opdivo 100 mg/10 ml”, 5 flakon “Mvası 400 mg/16 ml”, 2 qutu “Bevax 400 mg/16 ml” markalı dərman vasitələri, həmçinin 4 flakon “Perjeta 420 mg/14 ml”, 17 flakon “Herzuma 150 mg” dərman vasitələri, “Herceptin 150 mg” markalı dərmanları aid 17 ədəd istifadə kağızı, 30 qutu “X46” markalı siqaretlər, 1 ədəd “İphone 14 pro” markalı mobil telefon, ümumi çəkisi 93,65 qram olan qızıldan hazırlanmış bir ədəd üzük, bir cüt sırğa, bir ədəd boyunbağı, iki ədəd qolbaq və iki ədəd üzük, eləcə də Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd ağ rəngli “İphone” və Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd mavi rəngli “Samsung A50” markalı mobil telefonlar maddi sübut kimi tanınmışdır. (Cild 4, iş vərəqə 83-84)
53. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “CD-yə baxış keçirilməsi haqqında” protokolundan, protokola əlavə edilmiş disk və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 16:23-də zəng edilərək 62 saniyə, Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs3 həmin nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 11:57-də zəng edilərək 119 saniyə, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs3 qeyd edilən mobil nömrəsi arasında xx.xx.2023-cü il tarixdə saat 22:04-də 620 saniyə, xx.xx.2023-cü il tarixdə 23:42-də 104 saniyə danışıqlar aparılmışdır. (Cild 4, iş vərəqə 86-106)
54. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, əşyanın maddi sübut hesab edilməsi haqqında 27 noyabr 2023-cü il tarixli qərarın mövcudluğu nəzərə alınmış, təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 5, iş vərəqə 86- 131)
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sübutlar aşağıdakılardır:
55. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, kosmetika ticarəti ilə məşğul olmaqla Bakı şəhərində yaşayan Ceyhun adlı şəxsdən dırnaq boyasını alıb apararaq Türkiyə Respublikasında satmışdır. Bakı şəhərində olarkən təxminən 10 ildən bəri tanıdığı Elşən adlı şəxs ondan 1 qutu “Valamor 200 MG” adlı dərmanı İstanbul şəhərindən alıb Bakı şəhərinə gətirməyini xahiş etmiş, Elşən ona dərman üçün lazım olan reseptin şəklini göndərdiyindən o, həmin dərman vasitələrinin hər hansısa problem yaradacağına ehtimal verməmişdir. O, Təqsirləndirilən şəxs4 ilə xx.xx.2023-cü il tarixdə “Duty Free” mağazasında tanış olmuş, Təqsirləndirilən şəxs3 isə əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, saxlanılarkən baxış keçirilən zaman onun üzərində 1 qutu “Valamor 200 MG 63 kapsul” adlı dərman, 5 qutu “Mirena 52 MG” markalı spiral və 10 ədəd “Herzuma”150 MG” markalı dərman vasitəsinə aid qutu olmuş, xx.xx.2023-cü il tarixdə hava limanına tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə gəlmiş, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 onun yaşadığı evə qonaq kimi gəlib təxminən 5-6 saat qalmış o, Təqsirləndirilən şəxs4 ilə birgə yataq otağında olmuş, həmin vaxt Təqsirləndirilən şəxs3 digər otaqda gözləmişdir. O, 2023-cü il ərzində təxminən 7-8 dəfə Türkiyə Respublikasından Azərbaycan Respublikasına bəzən tək, bəzən də Teymur Marghany ilə birgə gəlmiş, Teymur Marghanynin dərman vasitələri ilə hansısa əlaqəsinin olub-olmadığını bilməmiş, aşkarlanmış dərman vasitələrini Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 onun yaşadığı evə qonaq gəlməzdən əvvəl almış, dərman vasitələrini qardaşı oğlu Furkan aptekdən alıb gətirmiş, hava limanında Təqsirləndirilən şəxs2 heç bir əşya verməmişdir.
56. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 15-16 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edib əlaqə saxlamış, daha sonra Azərbaycan Respublikasına gələrkən Təqsirləndirilən şəxs1 ona çantasında dərman vasitələri yerləşməməsi səbəbindən həmin dərmanları ona verdiyindən, o, çantasına qoymuş, daha sonra gömrükdə saxlanılmışdır. Təqsirləndirilən şəxs Teymur Marghany həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona 17-18 ədəd onkoloji xəstəlikdə istifadə edilən dərman olan paket təqdim etmiş, Təqsirləndirilən şəxs1 çantası dolu olduğundan, o, həmin paketi öz çantasına qoymuş, gömrükdə saxlanılarkən dərman vasitələrinin ona məxsus olmadığını demiş, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilk dəfə gömrükdə görmüş, Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş, əvvəllər Azərbaycan Respublikasına heç vaxt dərman vasitəsi gətirməmiş, saxlanılarkən ifadə verməmişdir.
57. Təqsirləndirilən şəxs3 məhkəmə baxışında Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, onkoloji xəstəliyi ilə əlaqədar 15-16 iyun 2023-cü il tarixdə Türkiyə Respublikasına gedib orada oteldə gecələmişdir. O, Azərbaycan Respublikasına qayıtmaq üçün bilet tapa bilmədiyindən, avtobusla qayıtmaq üçün bilet almış, Təqsirləndirilən şəxs4 isə həmin vaxt Türkiyə Respublikasında başqa bir oteldə gecələmişdir. Təqsirləndirilən şəxs4 ona zəng edib görüşmək təklifi etdikdə, məsafə az olduğundan piyada sonuncunun yaşadığı otelə getmiş, söhbət əsnasında avtobusla Azərbaycan Respublikasına qayıdacağını demiş, Təqsirləndirilən şəxs4 onun üçün təyyarə bileti tapacağını demişdir. O da razılaşmış və Təqsirləndirilən şəxs4 qaldığı otelə yerləşmişdir. Bir neçə dəfə nə vaxt gedəcəyini soruşsa da, Təqsirləndirilən şəxs4 ona cavab verməmiş, daha sonra sonuncu ilə birgə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs2 da həmin evə gəlmişdir. Bu zaman o, Teymuru görsə də, Teymur onu görməmişdir. Təqsirləndirilən şəxs4 dərman vasitəsini öz əli ilə onun çantasına qoymuşdur. Azərbaycan Respublikasına gəldikdən sonra ondan soruşulduqda, bir ədəd dərman olduğunu, həmin dərmanın da onkoloji xəstəliyi müalicə edən dərman olduğunu demiş, lakin baxış keçirildikdə çoxlu dərman preparatları aşkarlanmışdır. O da həmin dərman vasitələrinin onun olmadığını, həmin dərmanların üzərində əl izlərinin olmasının mümkün olmadığını demişdir. Bundan başqa, onun üzərində qızıl zinət əşyaları, mobil telefon və siqaret də olmuşdur. Mobil telefonu qeydiyyatdan keçirtmək istədiyini, siqareti isə əsgərlikdə olan oğlu üçün “Duty free” mağazasından aldığını, həmin əşyaların qanunsuz olduğunu bilmədiyini demişdir. Təqsirləndirilən şəxs3 həmçinin bildirmişdir ki, dərman vasitələrini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 çantasına qoymuş, çünki Təqsirləndirilən şəxs4 ona bir ədəd dərman vasitəsini qoyacağını demiş, o, Təqsirləndirilən şəxs4 etibar etdiyindən çantanı yoxlamamış, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasından tanımış, Təqsirləndirilən şəxs2 ilə heç bir münasibəti olmamış və sonuncunu tanımamış, aşkarlanmış dərman vasitələri Təqsirləndirilən şəxs1 məxsus olmuş, çünki Təqsirləndirilən şəxs4 həmin dərman vasitələrini Təqsirləndirilən şəxs1 evindən götürüb çantaya qoymuş, o, Təqsirləndirilən şəxs1 həkim kimi tanımış, çantası qapının ağzında stolun üstündə olmuş, o, gömrük üzrə “yaşıl kanal” və “qırmızı kanal” anlayışlarını bilməmiş, gömrük xidməti əməkdaşları onu saxladıqdan sonra Təqsirləndirilən şəxs1 da saxlanıldığını görmüş, gömrük xidməti əməkdaşları səhv danışmış, o, heç vaxt Şahid4 görməmiş, təyyarə biletini Təqsirləndirilən şəxs4 almış, dərman vasitələrini onun çantasına Təqsirləndirilən şəxs4 qoymuş, Təqsirləndirilən şəxs1 evinə Təqsirləndirilən şəxs4 hansı səbəbə getdiyini bilməmiş, həmin ünvana sonuncu onu aparmış, çantasına həmin dərman vasitələri balaca bir qutunun içərisində qoyulmuş, bütün dərman vasitələri həmin balaca qutudan aşkarlanmışdır.
58. Təqsirləndirilən şəxs4 məhkəmə baxışında Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Nərimanov rayonunda mağaza işlədir və bizneslə məşğul olur. 10 ilə yaxındır ki, mağazasına Türkiyə Respublikasından mal alıb gətirir. O, 07 iyun 2023-cü il tarixdə “Duty Free” mağazasında Təqsirləndirilən şəxs1 görmüş, sonuncu ona yaxınlaşıb söhbət edərək ondan hansı istiqamətdə getdiyini soruşmuş, o da İstanbul şəhərinin Laləli deyilən ərazi istiqamətinə getdiyini demişdir. Hansı oteldə qaldığını soruşsa da, o, Təqsirləndirilən şəxs1 hansı oteldə qaldığını deməmişdir. 2 gün sonra orada olarkən aralarında Təqsirləndirilən şəxs3 da daxil olmaqla 3 nəfər xanımı görmüş, həmin şəxslərə oteldə yer olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs3 onun qaldığı otelə yerləşmişdir. Təqsirləndirilən şəxs3 təklifi ilə sonuncunun tanışı olan Bəsti adlı şəxsin qaldığı otelə getmişlər. Yenidən otelə qayıtdıqda Təqsirləndirilən şəxs3 bilet tapa bilmədiyi üçün ölkəyə qayıda bilmədiyini demişdir. O, Təqsirləndirilən şəxs1 görüb sonuncudan Təqsirləndirilən şəxs3 ilə birgə ölkəyə getməsini soruşduqda, Təqsirləndirilən şəxs1 razılaşmışdır. Daha sonra Aytəyin Bəxtiyarova ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş, orada Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 çantasına hər hansısa dərman vasitəsini qoymasını görməmişdir. O, Təqsirləndirilən şəxs3 mobil telefon və bir ədəd komplekt qızıl vermişdir. Təqsirləndirilən şəxs3 ölkəyə qayıtdıqdan sonra onunla əlaqə saxlayıb gömrük xidməti əməkdaşları tərəfindən saxlanıldığını, çantasına ayaqyolunda dərman vasitələrinin qoyulduğunu dedikdə, o da Təqsirləndirilən şəxs3 onun qızıllarını qaytarmamaq üçün belə söylədiyini fikirləşmişdir. Təqsirləndirilən şəxs4 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs3 çantasına dərman vasitəsi qoymamış, sonuncuya qızıl zinət əşyaları və mobil telefon vermiş, Təqsirləndirilən şəxs3 xəstə olduğunu bilməmiş, Təqsirləndirilən şəxs1 07 iyun 2023-cü ildən bəri tanımış, sonuncunun dərman vasitələrinin satışı ilə məşğul olması barədə məlumatı olmamış, nəyə görə Təqsirləndirilən şəxs3 onun adını çəkib çantasına dərman vasitəsi qoyduğunu deməsini bilməmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə birgə ölkəyə gəlməsi üçün sonuncunun yaşadığı evə aparmış, Təqsirləndirilən şəxs1 onun gecələdiyi otelə yaxın ərazidə yaşamış, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi sonuncu ilə eyni otaqda olmamış, Təqsirləndirilən şəxs2 həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmişdir.
59. Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Özəl Çapa Xəstəxanasının xx.xx.2021ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 “arterial hipertoniya” xəstəliyindən əziyyət çəkir.
60. Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Özəl Antakya Akademi Xəstəxanasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 “anksiyete pozğunluğu” xəstəliyindən əziyyət çəkir.
61. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 “Hiatal hernia. Reflüks ezofaqit. Panqastrit. Bulbit” xəstəliyindən əziyyət çəkir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
62. Maddə 200-1.1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi, yəni bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədikdə cinayət məsuliyyətini yaradır.
63. Maddə 200-1.2.2 və 200-1.2.3. Yuxarı bəndə göstərilən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətini yaradır. Həmin maddələrin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
64. Maddə 200-1. Qeyd: Həmin Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yuxarı, lakin iki min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ başa düşülür.
65. Maddə 206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyalar xeyli miqdarda keçirildikdə cinayət məsuliyyətini yaradır.
66. Maddə 206.3.2. Həmin Məcəllənin 206.1–206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cinayət məsuliyyətini yaranır. Həmin maddənin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
67. Maddə 206.1. Qeyd: Həmin Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
68. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
69. Maddə 32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.
70. Maddə 33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.
71. Maddə 34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
72. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
73. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
74. Maddə 44. Cərimə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (Bundan sonra mətndə Cinayət Məcəlləsi və ya CM) ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər. Cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər.
75. Maddə 52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.
76. Maddə 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir.
77. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
78. Maddə 62. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
79. Maddə 64. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır.
80. Maddə 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
81. Maddə 69.4. Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir.
82. Maddə 15.3 və 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
83. Maddə 99-1.1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri həmçinin şəxsin cinayət törədilərkən istifadə etdiyi və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
84. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
85. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
86. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
87. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
88. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
89. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
90. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
91. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
92. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
93. Maddə 1.0.14. Gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir.
94. Maddə 1.0.22. Gömrük sərhədindən keçirmə – malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi (bundan sonra - qanunvericilik) ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə hərəkətlərdir.
95. Maddə 1.0.34. Mallar – gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən bu Məcəllənin 1.0.42-ci maddəsində qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələridir.
96. Maddə 3. Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir. Gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Gömrük ərazisində bu Məcəllədə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür.
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli Qanunu
97. Maddə 13.4. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” qaydaları
98. Maddə 1. Resept əsasında yalnız Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılır və bu qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş” Qaydaları
99. Maddə 1.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir.
100. Maddə 1.6. Gömrük sərhəd buraxılış məntəqələrində Gömrük Məcəlləsinin 214cü və 215-ci maddələri, Azərbaycan Respublikasının “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında“, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında“, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında“, “Aviasiya haqqında“ qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilir. Həmin siyahılarda malların gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud məhdudlaşdıran qanunun və digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilir.
101. Maddə 2.1.7. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
102. Həmin qərarın “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların” siyahısına dair 1 nömrəli Əlavəsinin 1-ci bəndinə əsasən, bu Qaydalarla müəyyən edilmiş hədlərdən artıq və ya bu Qaydaların şərtlərinə uyğun olmayan mallar gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli 10 saylı Qərarı
103. Qərarın 1-ci bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş gömrük qaydaları əleyhinə olan inzibati xətalardan fərqli olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-in 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. Nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir.
104. Qərarın 4-cü bəndi. CM-in 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin predmetinə gömrük sərhədindən keçirilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin və GM-nin 1.0.34 və 1.0.42-ci maddələrinin tələblərinə müvafiq olaraq daşınar əşyalara aid edilmiş nəqliyyat vasitələri də daxil olmaqla mal hesab edilən istənilən əmlak, eləcə də qanunvericilikdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin müəyyən qaydası və şərtləri müəyyən edilmiş, mal olmayan digər əşyalar (məsələn, beynəlxalq daşımalar üçün istifadə olunan, mal əlamətlərinə malik olmayan nəqliyyat vasitələri, elmi məqalənin əlyazması və ya mal dəyəri olmayan, material daşıyıcıda olan digər əqli mülkiyyət obyekti, xüsusi olaraq faydalı model, sənaye nümunəsi və sair), habelə nağd xarici valyuta, Azərbaycan Respublikasının milli valyutası, yol çekləri, sənədli formada xarici və (və ya) daxili qiymətli kağızlar, qızıl-zinət əşyaları və CMnin 206.2-ci maddəsində sadalanmış əşyalar aiddirlər.
105. Qərarın 7-ci bəndi. Məhkəmələrə izah edilir ki, şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki, şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların dəyəri CM-in 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən külli miqdar təşkil etmiş olsun. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Malların və ya digər əşyaların dəyəri CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində nəzərdə tutulmuş məbləğdən az məbləğ təşkil etdikdə şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirli bilinməsi istisna olunur və belə hallarda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-482-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilir.
106. Qərarın 8-ci bəndi. Qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və digər əşyaların dəyəri müəyyən edilərkən onların dövlət tərəfindən tənzimlənən qiymətləri, bu qiymətlər olmadıqda isə cinayətin törədildiyi vaxt faktiki (bazar) qiymətləri əsas götürülməlidir. Cinayət təqibi zamanı malların və digər əşyaların dəyərinə dair mübahisə yarandıqda və ya buna qədər müəyyən edilmiş qiymətlər şübhə doğurduqda, habelə Azərbaycan Respublikasının ərazisinə gətirilən malların xarici ölkədən alınmasına dair qaimə-fakturalar, invoys sənədləri təqdim edilmədikdə və ya saxtalaşdırıldıqda qiymətlərin düzgün müəyyən edilməsi üçün cinayət təqibi zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruridir.
107. Qərarın 10-cu bəndi. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür.
108. Qərarın 12-ci bəndi. Məhkəmələrə izah edilsin ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir.
109. Qərarın 19-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir.
110. Qərarın 26-cı bəndi. Məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilir ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-in 99-1-ci maddəsinin və GM-in tələbləri nəzərə alınmalıdır. Nəzərə alınır ki, təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək CPM-in 132.0.1-ci maddəsinə və CM-in 99-1.1-ci maddəsinə əsasən müsadirə olunur. Qaçaqmalçılıq cinayətinin predmetinin xüsusi olaraq gizlədilməsi üçün alət kimi istifadə olunmuş və maddi sübut kimi tanınmış mallara və ya digər əşyalara münasibətdə də məsələ bu qaydada həll edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
111. Qərarın 23-cü bəndi. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir.
112. Qərarın 24-cü bəndi. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarı
113. Qərarın 8-ci bəndi. Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
114. Məhkəmə araşdırması zamanı cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, təhlil edilmiş, bir-biri ilə müqayisə olunmuş və əldə edilmiş sübutların mötəbərliliyi müəyyənləşdirilmişdir.
115. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi müddəası nəzərə alınmaqla, məhkəmə toplanmış sübutların sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyi qənaətindədir.
116. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil.
117. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmədəki ifadəsində Elşən adlı tanışı ona dərman vasitələrinin reseptini göndərdiyindən, o, narahatlıq keçirmədən dərman vasitələrini ölkəyə gətirdiyini, digər təqsirləndirilən şəxslərə ölkəyə keçirməsi üçün hər hansı dərman vasitəsi və ya digər malı təqdim etmədiyini bildirmişdir. Habelə o, məhkəməyədək icraat zamanı daha geniş məzmunda ifadə verib ona Türkiyə Respublikasının İstanbul şəhərində dərman vasitələri təqdim edən şəxsləri adlarını çəkməklə, həmin şəxslərin yaxın qohumlarının səhhətləri üçün zəruri olduğundan dərman vasitələrini ölkəyə gətirdiyini qeyd etmişdir.
118. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmədəki ifadəsində Azərbaycan Respublikasına gələrkən Təqsirləndirilən şəxs1 çantasında dərman vasitələri yerləşməməsi səbəbindən həmin dərmanları ona verdiyindən, o, həmin dərman vasitələrini çantasına qoyub ölkəyə gətirdiyini, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə ilk dəfə gömrükdə gördüyünü bildirmişdir.
119. Bundan əlavə, Təqsirləndirilən şəxs3 məhkəmədəki ifadəsində müvafiq yoxlanış zamanı üzərindən aşkarlanmış dərman vasitələrini onun çantasına Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 yerləşdirdiyini, sonuncu ondan 1 ədəd dərman vasitəsini çantasına qoyacağını desə də, gömrük yoxlaması zamanı daha artıq sayda dərman vasitələrinin aşkarlandığını, Təqsirləndirilən şəxs1 evində digər Təqsirləndirilən şəxs2 da olduğunu, yəni bütün təqsirləndirilən şəxslərin eyni ünvanda olduqlarını bildirmişdir.
120. Təqsirləndirilən şəxs4 məhkəmədəki ifadəsində Təqsirləndirilən şəxs3 təklikdə və ya Təqsirləndirilən şəxs1 ilə birgə hər hansı dərman vasitəsini Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirmək üçün təqdim etmədiyini, Təqsirləndirilən şəxs3 çantasına yerləşdirmədiyini, lakin müvafiq gün Təqsirləndirilən şəxs1 evində Təqsirləndirilən şəxs2 da olduğunu bildirmişdir.
121. Məhkəmə təqsirləndirilən şəxslərin mövqelərini təhlil edərək qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mobil telefonlarına habelə mobil nömrələrə dair məlumatlara baxış keçirilməsinə dair protokollara əsasən (bax: hökmün 23-25; 51; 53-cü bəndləri), həmin təqsirləndirilən şəxslərə gömrük yoxlaması zamanı aşkarlanmış dərman vasitələrinin istənilməsinə dair daha əvvəllər də yazı mətnləri göndərilmiş, həmin yazışmaların məzmunundan görünür ki, müvafiq dərman vasitələrinin satışına dair pullar da təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dərman vasitələrinin satışı ilə məşğul olmadıqlarını bildirsələr də, həmin yazışmaların məzmunundan görünür ki, onlar bir-birlərini tanımaqla müvafiq dərman vasitələrinin satışı ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslərə hər hansı dərman vasitəsini təqdim etmədiyini söyləsə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onu ifşa etmiş və gömrük yoxlaması zamanı aşkarlanmış dərman vasitələrinin Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edildiyini bildirmişlər. Təqsirləndirilən şəxs4 inkar etsə belə, Təqsirləndirilən şəxs3 isə ifadəsində gömrük yoxlaması zamanı onda aşkarlanmış dərman vasitələrini onun çantasına Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 birlikdə yerləşdirdiklərini söyləmişdir.
122. Göründüyü kimi, təqsirləndirilən şəxslərin məhkəmədə və məhkəməyək icraat zamanı verdikləri ifadələri bir-biriləri ilə qəti şəkildə uzlaşmır. Onların öz məsuliyyətlərindən yayınmaq və ya yüngülləşdirmək məqsədilə mənafelərinə uyğun şəkildə ifadə verdikləri aşkar görünür.
123. Məhkəmə qeyd etməyi zəruri bilir ki, dərman vasitələrinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 çantalarından aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmir.
124. Məhkəmə qeyd edir ki, şahidlər Şahid7, Şahid8, Şahid11 Səfər oğlu və Şahid12 məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxslər məhkəmə iclasında iştirak etməmişlər.
125. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlər Şahid7, Şahid8, Şahid11 Səfər oğlu və Şahid12 ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır.
126. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müdafiəçilərinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə müraciət edib şahidlər Şahid7, Şahid8, Şahid11 Səfər oğlu və Şahid12 məhkəmə iclasına gəlməsinə zərurət olmadığını, həmin şəxslərin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsini və gələcəkdə də gəlmələrini zəruri hesab etmədiyini bildirmişdir.
127. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, şahidlər Şahid7, Şahid8, Şahid11 Səfər oğlu və Şahid12 məhkəmə iclasında dindirilməsindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir.
128. Odur ki, məhkəmə şahidlər Şahid7, Şahid8, Şahid11 Səfər oğlu və Şahid12 ibtidai istintaq zamanı verdikləri ifadələrini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir.
129. İttiham tərəfinin topladığı sübutlar yol verilən olduğundan, qanunvericiliyin tələblərinə uyğun şəkildə toplandığından, məhkəmə həmin hərəkətləri, şahidlərin ifadələri, istintaq hərəkəti protokollarını və iş üzrə sənədləri mötəbər sübut kimi qəbul edir.
130. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
131. Məhkəmə cinayət işinin materiallarında olan yazışmalar, şahid ifadələri və digər sənədlərə, eləcə də aşkarlanmış dərman vasitələri və malların sayının çoxluğu və növ müxtəlifliliyinə əsasən təqsirləndirilən şəxslərin müvafiq dərman vasitələri və malları məhz satış məqsədilə əldə edib saxlamaları qənaətinə gəlir.
132. Məhkəmə qeyd edir ki, Səhiyyə Nazirliyinin “X25” X49 xx.xx.2023-cü il tarixli, 3- 28-1/2-16422/2023 nömrəli məktubuna (Cild 1, iş vərəqi 183-184) əsasən təqsirləndirilən şəxslərdə aşkarlanmış dərman vasitələri (Perjeta 420 mg/14ml və “Herzuma 150 mg” istisna olmaqla) dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinə aiddir və təqsirləndirilən şəxslər həmin dərman vasitələrini və malları bəyan etməməklə Azərbaycan Respublikasının ərazisinə keçirmişlər. Eyni növ, yəni “Herzuma 150 mg” dərman vasitəsinin qutusu, istifadə kağızı və dərman vasitələrinin müxtəlif təqsirləndirilən şəxslərdə aşkarlanması onların qabaqcadan əlbirliyinin təzahürüdür. Təqsirləndirilən şəxslər cinayət əməllərini şüurlu surətdə törətmiş və bunu arzu etmişlər.
133. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Həmin şəxslərə irəli sürülmüş ittiham əsaslıdır.
134. Belə ki, təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin miqdarı, yəni 37893 manat dəyərində olması qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar, ümumilikdə malların dəyəri isə 55368 manat olmaqla qaçaqmalçılıq cinayətinə münasibətdə xeyli miqdar təşkil etdiyindən (hökmün 64 və 67-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
135. Lakin məhkəmə qeyd etməyi zəruri bilir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməli düzgün tövsif edilməmişdir.
136. Belə ki, ittihamda qeyd edilən həmin cinayətlərin törədilməsində iştirak edən şəxslərdən yalnız üçü, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında dərman vasitələrini və malları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla, yəni bəyan etməməklə bilavasitə keçirmiş, digəri, yəni Təqsirləndirilən şəxs4 isə CM-in 32.5ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə, yəni Təqsirləndirilən şəxs3 çantasında aşkarlanmış müvafiq predmetləri sonuncunun çantasının yerləşdirməklə cinayətin törədilməsinə köməklik göstərmişdir. Bu səbəbdən, icraçıların, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli isə CM-in 32.5-ci maddəsinə istinad edilməklə icraçıların əməllərinə uyğun olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə tövsif edilməlidir.
137. Təqsirləndirilən şəxslər tərəfindən həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, müvafiq olaraq təsnifata görə az ağır (CM-in 200-1.2.2 və 200- 1.2.3-cü maddələri) və ağır (CM-in 206.3.2-ci maddəsi) cinayətlər kateqoriyasına aid edilir.
138. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində CMin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs4 hərəkətlərində isə 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Təqsirləndirilən şəxslər tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs4 isə Cinayət Məcəlləsinin 32.5, 200- 1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır.
139. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müddəalarını nəzərə alır. (hökmün 72-81-ci bəndləri)
140. Məhkəmə qeyd etməyi zəruri bilir ki, müvafiq cinayət iştirakçılıqla törədilmişdir. Bu səbəbdən, məhkəmə hər bir cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır.
141. Həmçinin, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınacağı qeyd edilir.
142. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir.
143. Belə ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını (cild 2, iş vərəqi 37), məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını, ailə vəziyyətini, səmimi peşmanlığını, səhhətinin vəziyyətini, “arterial hipertoniya” və “anksiyete pozğunluğu” kimi ağır xəstəliklərdən əziyyət çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (hökmün 59-60-cı bəndləri)
144. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.
145. Bundan başqa, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir.
146. Belə ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını (cild 2; iş vərəqi 39), məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını, ailə vəziyyətini, səhhətinin vəziyyətini, “Hiatal hernia. Reflüks ezofaqit. Panqastrit. Bulbit” kimi xəstəliklərdən əziyyət çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (hökmün 61-ci bəndi)
147. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.
148. Bundan əlavə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir.
149. Belə ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını (cild 2; iş vərəqi 38), məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını, müsbət xarakterizə edilməsini, səhhətinin vəziyyətini, himayəsində 1 övladının olmasını, ağır xəstəlik olan onkoloji xəstəlikdən əziyyət çəkməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (hökmün 42-43-cü bəndləri)
150. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.
151. Bundan savayı, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs4 Çingiz qızının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir.
152. Belə ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını (cild 2; iş vərəqi 233), məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını, müsbət xarakterizə edilməsini, təkbaşına ana olmaqla himayəsində 2 uşağının olmasını Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
153. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.
154. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üzrə məsələ həll edilərkən cəzanı yüngülləşdirən hala və ya bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənilməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsi göstərilməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olması əsaslandırılmalıdır.
155. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ölkə ərazisinə əsasən onkoloji və digər ağır xəstəliklərə aid olan dərmanları qaçaqmalçılıq yolu ilə gətirərkən gömrük xidməti əməkdaşları tərəfindən saxlanılmışlar.
156. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xəstəliklə bağlı sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onkoloji xəstəlikdən, Təqsirləndirilən şəxs1 isə digər xəstəliklərdən əziyyət çəkir.
157. Habelə, şahidlər Şahid6 və Şahid8 Təqsirləndirilən şəxs1 yaxın qohumlarının onkoloji xəstəlikləri ilə əlaqədar dərman vasitələrinin əldə edilməsi məqsədilə müraciət etdiklərini, Təqsirləndirilən şəxs1 da həmin xəstələrin müalicə olunmaları üçün müvafiq dərman vasitələrini təqdim etmək üçün ölkəyə gətirdiyini bildirmişlər.
158. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri qanuna zidd olsa da, təqsirləndirilən şəxslərin özləri də müxtəlif xəstəliklərdən əziyyət çəkdiklərindən, onlar onkoloji və digər ağır xəstəliklərdən əziyyət çəkən digər şəxslərin müalicəsinə köməklik etmək istəmiş, həmin cinayət əməllərini törətməkdə məqsəd və motivləri ağır xəstəliklərə düçar olmuş müxtəlif şəxslərin əziyyət çəkdikləri xəstəliklərdən sağalmalarına, sağlamlıqlarının geri qaytarılmasına yönəlmişdir.
159. Eləcə də, təqsirləndirilən şəxslərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdikləri predmetlər CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış mallara aid olmamış, həmin dərman vasitələri ölkə ərazisinə qanuna uyğun şəkildə idxal edildiyi və dövlət qeydiyyatına alındığı təqdirdə, sərbəst şəkildə satışı mümkün olan vasitələrə aiddir. Məhkəmə belə qənaətə gəlir ki, bu hallar törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır.
160. Məhkəmə, hər bir təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən onların ittiham olunduqları maddələrin sanksiyasında, yəni Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanın, həmin Məcəllənin 200-1.2.2 və 200-1.2.3-cü maddələrində isə həmin azadlıqdan məhrum etmə, həm də azadlığın məhdudlaşdırılması cəzasının və məcburi təyin edilməli olan əlavə cəzanın nəzərdə tutulmasına baxmayaraq, qanunvericiliyin tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxslərin şəxsiyyətini, eyni zamanda təqsirləndirilən şəxslərin barələrində olan cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də məcmu halında nəzərə alır.
161. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməllərini törətməkdə məqsəd və motivləri, cinayətin törədilməsində rolları, sonrakı davranışları, habelə hər bir təqsirləndirilən şəxsə münasibətdə, yəni Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmaması, ailəsinin vəziyyəti, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışı, səmimi peşmanlığı, “anksiyete” və “arterial hipertoniya” kimi ağır xəstəliklərdən əziyyət çəkməsi, səhhətinin vəziyyəti, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmaması, ailəsinin vəziyyəti, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışı, səhhətinin vəziyyəti, “Hiatal hernia. Reflüks ezofaqit. Panqastrit. Bulbit” kimi ağır xəstəlikdən əziyyət çəkməsi, Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmaması, ailəsinin vəziyyəti, himayəsində 1 uşağının olması, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışı, müsbət xarakterizə edilməsi, onkoloji xəstəlikdən əziyyət çəkməsi, səhhətinin vəziyyəti, Təqsirləndirilən şəxs4 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmaması, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışı, təkbaşına olmaqla himayəsində 2 uşağının olması, habelə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlinə münasibətləri, onların müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə köməklik etmək istəmələri, təyin ediləcək cəzanın onlara və ailələrinin həyat şəraitinə təsirini, törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla həmin hallar, eləcə də hökmün təsviri hissəsində göstərilmiş yüngülləşdirici hallar həm ayrı-ayrılıqda, həm də bütövlükdə müstəsna xarakterə malikdir. (hökmün 78; 113-cü bəndləri)
162. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində hər bir cinayət əməlinə münasibətdə CM-in 62-ci maddəsi tətbiq edilməli, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü, yəni cərimə cəzası təyin edilməli, habelə təyin olunması məcburi olan əlavə cəza təyin edilməməlidir.
163. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə cərimə cəzası təyin edərkən onların həmin cinayət əməlini törətməkdə rolunu, hər birinə münasibətdə cəzalarını yüngülləşdirən halları ayrı-ayrılıqda nəzərə alır.
164. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X19rşı, § 26).
165. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində CM-in 62-ci maddəsi tətbiq edilməklə onlara təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü, yəni cərimə cəzasının təyin edilməsi və təyin olunması məcburi olan əlavə cəzanın təyin edilməməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə də uyğundur.
166. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.
167. Məhkəmə cəzanın həddi ilə bağlı məsələni də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-in 44.2-ci maddəsində müəyyən edilmiş cərimə cəzasının ən yuxarı həddində, yəni iyirmi min manat miqdarında təyin edilməsi cəzanın məqsədinə nail olunması prinsiplərinə zidddir.
168. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hər bir təqsirləndirilən şəxsin cinayətin törədilməsini rolunu, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halların mövcudluğunu, cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 onların təqsirli bilindikləri CM-in 200-1.2.2, 200-1.2.3-cü və 206.3.2-ci maddələrinin, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi CM-in 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3-cü və 32.5, 206.3.2-ci maddələrinin hər birinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü, yəni cərimə cəzasının təyin edilməsi, təyin olunmalı olan əlavə cəzanın təyin edilməməsi, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə təqsirləndirilən şəxslərə hazırki iş üzrə təyin ediləcək cərimə cəzalarının qismən toplanılmaqla qəti olaraq CM-in 44.2-ci maddəsində müəyyən edilmiş cərimə cəzasının müvafiq həddində təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. (hökmün 72; 74; 80-ci bəndləri)
169. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-833/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(004)-949/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 24 fevral 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 3, iş vərəqi 99; 155-160; cild 4, 125-129)
170. Məhkəmə qeyd edir ki, CM-in 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə onun həbsdə saxlama müddətini nəzərə almaqla təyin edilmiş cəza yüngülləşdirilməlidir. (hökmün 81; 89; 90-cı bəndləri)
171. Təqsirləndirilən şəxs1 cərimə növündə əsas cəza təyin edildiyindən, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclasından dərhal azad edilməlidir.
172. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilməməlidir.
173. Təqsirləndirilən şəxs1 cərimə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edən məhkəmə hesab edir ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası da təyin edilməlidir. (hökmün 75-ci bəndi)
174. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 4, iş vərəqi 8; 69-71)
175. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (hökmün 174-cü bəndi)
176. CM-in 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə onun həbsdə saxlama müddətini nəzərə almaqla təyin edilmiş cəza yüngülləşdirilməlidir. (hökmün 81; 89; 90-cı bəndləri)
177. Təqsirləndirilən şəxs2 cərimə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edən məhkəmə hesab edir ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası da təyin edilməlidir.
178. Bundan əlavə, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 22 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 3, iş vərəqi 222- 223; 241-243)
179. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (hökmün 178-ci bəndi)
180. Bundan savayı, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs4 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 4, iş vərəqi 237; cild 5, iş vərəqi 33-40)
181. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (hökmün 180-ci bəndi)
182. CM-in 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə onun həbsdə saxlama müddətini nəzərə almaqla təyin edilmiş cəza yüngülləşdirilməlidir. (hökmün 81; 89; 90-cı bəndləri)
183. İş üzrə mülki iddia yoxdur və üzərinə həbs qoyulmalı əmlak müəyyən edilməmişdir.
184. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
185. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99- 1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirə edilə bilinəcək əmlakı müəyyən edildiyindən barəsində xüsusi müsadirə tətbiq edilməlidir.
186. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 6/3442, 9/4733 nömrəli, xx.xx.2023-cü il tarixli 6/3440, 9/4731 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-16/2-3778- 9/5298 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3770-7/1008-9/5295 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3769-7/1007-9/5294 nömrəli ekspert rəylərinə əsasən hökm çıxarıldığı tarixə 01 (bir) qutu (60 ədəd) “Citovir 450 mg” (Farmatek) markalı,13 (on üç) flakon “Herceptin 150 mg” markalı, 03 (üç) qutu (189 (bir yüz səksən doqquz) ədəd) “Valamor 200 mg” markalı, 05 (beş) qutu “Mirena 52 mg” (Bayer) markalı, 01 (bir) qutu (63 (altmış üç) ədəd) “Valamor 200 mg” markalı, 03 (üç) qutu “Citovir 450 mg” (Farmatek) markalı, 17 (on yeddi) flakon “Herzuma 150 mg” markalı, 04 (dörd) flakon “Herceptin 150 mg” markalı və 05 (beş) flakon “Mvasi 400 mg/16 ml” markalı dərman vasitələrinin yararlılıq müddəti bitməmiş, digər dərman vasitələrinin isə yararlılıq müddəti bitmişdir.
187. Odur ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin maddi sübutları saxlama yerində saxlanılan, maddi sübutlardan 01 (bir) qutu (60 ədəd) “Citovir 450 mg” (Farmatek) markalı,13 (on üç) flakon “Herceptin 150 mg” markalı, 03 (üç) qutu (189 (bir yüz səksən doqquz) ədəd) “Valamor 200 mg” markalı, 05 (beş) qutu “Mirena 52 mg” (Bayer) markalı, 01 (bir) qutu (63 (altmış üç) ədəd) “Valamor 200 mg” markalı, 03 (üç) qutu “Citovir 450 mg” (Farmatek) markalı, 17 (on yeddi) flakon “Herzuma 150 mg” markalı, 04 (dörd) flakon “Herceptin 150 mg” markalı və 05 (beş) flakon “Mvasi 400 mg/16 ml” markalı dərman vasitələrinin ekspertiza tədqiqatından sonra qalıq hissəsi Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməli və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim olunmalıdır. (bax hökmün 189-cu bəndi)
188. Bundan başqa, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin maddi sübutları saxlama yerində saxlanılan, digər maddi sübutlar, yəni 01 (bir) qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas) markalı, 02 (iki) qutu, 02 (iki) flakon “Perjeta 420 mg 14/ml” (Roche) markalı, 01 (bir) qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas) markalı, 32 (otuz iki) flakon “Zirabev 100 mg/4 ml” markalı, 04 (dörd) flakon “Perjeta 420 mg14/ml” markalı, 10 (on) flakon “Eylea 40 mg/ml” (Bayer) markalı, 03 (üç) flakon “Opdivo 100 mg/10 ml” markalı, 02 (iki) qutu “Веvaх 400 mg/16 ml” markalı dərman vasitələrinin ekspertiza tədqiqatından sonra qalıq hissəsi, eləcə də “Herceptin 150 mg” markalı dərmanlara məxsus 17 (on yeddi) ədəd boş qutu və 17 (on yeddi) ədəd istifadə kağızı, “Herzuma 150 mg” markalı dərmanlara aid 10 (on) ədəd boş qutu və 10 (on) ədəd istifadə kağızı məhv edilməlidir. (bax hökmün 189-cu bəndi)
189. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qara rəngli “Samsung Galaxy Note8” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd ağ rəngli “İphone” markalı mobil telefon və Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Samsung A50” markalı mobil telefon müvafiq təqsirləndirilən şəxslərə qaytarılmalıdır. (hökmün 52; 83; 87; 184 və 186-cı bəndləri)
190. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən xx.xx.2023-cü il tarixli Əşyanın maddi sübut hesab edilməsi haqqında qərarla maddi sübut qismində tanınmış və aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 47 qutu “X46” markalı siqaret, 01 ədəd “İphone 14 Pro” markalı mobil telefon, ümumi çəkisi 93,65 qram olan qızıldan hazırlanmış bir ədəd üzük, bir cüt sırğa, bir ədəd boyunbağı, iki ədəd qolbaq və iki ədəd üzüyün xətanın predmeti olması nəzərə alınmışdır. (Cild 4, iş vərəqi 86-131)
191. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 1975,46 (bir min doqquz yüz yetmiş beş manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada hər birindən 493,86 (dörd yüz doxsan üç manat səksən altı) manat olmaqla tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 10-20; 91-ci bəndləri)
192. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2-ci, 200-1.2.3-cü və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 200-1.2.2-ci və 200-1.2.3-ci maddələri ilə 5000 (beş min) manat miqdarda cərimə cəzası və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6000 (altı min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 10000 (on min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı 24 oktyabr 2023-cü il tarixdən 15 may 2025-ci il tarixədək müddət nəzərə alınmaqla, təyin edilmiş cəza yüngülləşdirilərək üzərində 1000 (bir min) cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2-ci, 200-1.2.3-cü və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 200-1.2.2-ci və 200-1.2.3-cü maddələri ilə 4000 (dörd min) manat miqdarda cərimə cəzası, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5000 (beş min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 6000 (altı min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla, təyin edilmiş cəza yüngülləşdirilərək üzərində 5500 (beş min beş yüz) cərimə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2-ci, 200-1.2.3-cü və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 200-1.2.2-ci və 200-1.2.3-cü maddələri ilə 2000 (iki min) manat miqdarda cərimə cəzası, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 200- 1.2.2-ci, 32.5, 200-1.2.3-cü və 32.5, 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 32.5, 200-1.2.2-ci və 32.5, 200-1.2.3cü maddələri ilə 3000 (üç min) manat miqdarda cərimə cəzası, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 4000 (dörd min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 5000 (beş min) manat miqdarda cərimə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) gün müddət nəzərə alınmaqla, təyin edilmiş cəza yüngülləşdirilərək üzərində 4500 (dörd min beş yüz) cərimə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin maddi sübutları saxlama yerində saxlanılan 01 (bir) qutu (60 (altmış) ədəd) "Citovir 450 mg” (Farmatek) markalı,13 (on üç) flakon “Herceptin 150 mg” markalı, 03 (üç) qutu (189 (bir yüz səksən doqquz) ədəd) “Valamor 200 mg” markalı, 05 (beş) qutu “Mirena 52 mg” (Bayer) markalı, 01 (bir) qutu (63 (altmış üç) ədəd) “Valamor 200 mg” markalı, 03 (üç) qutu “Citovir 450 mg” (Farmatek) markalı, 17 (on yeddi) flakon “Herzuma 150 mg” markalı, 04 (dörd) flakon “Herceptin 150 mg” markalı, 05 (beş) flakon “Mvasi 400 mg/16 ml” markalı dərman vasitələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməklə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim olunsun. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin maddi sübutları saxlama yerində saxlanılan 01 (bir) qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas) markalı, 02 (iki) qutu, 02 (iki) flakon “Perjeta 420 mg 14/ml” (Roche) markalı, 01 (bir) qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas) markalı, 32 (otuz iki) flakon “Zirabev 100 mg/4 ml” markalı, 04 (dörd) flakon “Perjeta 420 mg14/ml” markalı, 10 (on) flakon “Eylea 40 mg/ml” (Bayer) markalı, 03 (üç) flakon “Opdivo 100 mg/10 ml” markalı, 02 (iki) qutu “Веvaх 400 mg/16 ml” markalı dərman vasitələri, “Herceptin 150 mg” markalı dərmanlara məxsus 17 (on yeddi) ədəd boş qutu və 17 (on yeddi) ədəd istifadə kağızı, “Herzuma 150 mg” markalı dərmanlara aid 10 (on) ədəd boş qutu və 10 (on) ədəd istifadə kağızı məhv edilsin. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd qara rəngli “Samsung Galaxy Note8” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd ağ rəngli “İphone” markalı mobil telefon və Təqsirləndirilən şəxs3 oğluna məxsus 1 ədəd “Samsung A50” markalı mobil telefon müvafiq təqsirləndirilən şəxslərə qaytarılsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın və mülki iddianın olmadığı nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 1975,46 (bir min doqquz yüz yetmiş beş manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada, yəni hər birindən 493,86 (dörd yüz doxsan üç manat səksən altı) manat tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova