Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1951/2023 12.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X3 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 29 avqust 1992-ci ildə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Sarıtəpə Ərazi Dairəsi, Sarıtəpə kəndində qeydiyyatda olub, Abşeron rayonu, Qobu qəsəbəsi, Nübar yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 590 manat ödədikdən sonra 15 aprel 2023-cü il tarixdə saat 17:00 dəqiqədə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «N» saylı hərbi hissənin yaxınlığında gizlədilmiş satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 16,283 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 16 aprel 2023-cü il tarixdə saat 01:30 dəqiqədə ərazidə xidmətdə olan Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən o, şübhəli davranışlarına görə Binəqədi rayonu, M.Abidin küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş və orada həmin gün saat 03:15 dəqiqədə barəsində keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli, üzərində «Reebok» yazısı olan idman şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 16,283 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və bu, onda artıq asılılıq yaratmışdır. O, 4 nəfər tanışı ilə birlikdə tanımadığı bir şəxsdən sifariş etdiyi narkotik vasitəni axtarmaq məqsədi ilə həmin saxlanıldığı yerə daxil olmuş, lakin narkotik vasitəni götürməyə getsə də, maşından düşdükdən çox qısa bir müddətdən sonra saxlanıldığı üçün həmin narkotik vasitəni tapa bilməmişdir. Polis əməkdaşları ona yaxınlaşdığı zaman üstündə narkotik vasitə olmamış, polis əməkdaşları özlərini təqdim etdikdən sonra onu bölməyə dəvət etmişlər. Polis bölməsində üstünə baxış keçirilmiş və narkotik maddə aşkar edilməmişdir. O, 2023-cü il 15 apreldən 16 aprelə keçən gecə tutulmuş, video çəkiliş isə gecə saat 3 radələrində aparılmışdır. Vəkil bu zaman gələrək yalnızca dindirmə prosesində iştirak etmiş, video çəkiliş zamanı isə iştirak etməmişdir. O, həmin vaxt ərazidə əməliyyat aparıldığı üçün saxlanılmışdır. Onunla birlikdə tutulan 4 nəfər bölmədən buraxılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, fəhlədir, tutulan ərəfədə “Ağ Şəhər” ərazisində fəhlə kimi işləmişdir. İşləməyindən asılı olaraq ayda 200-500 manat arası əmək haqqı almışdır. Gündəlik olaraq fəaliyyət göstərmiş, işə getmədiyi günlər isə heç bir yerdə işləməmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün çox vaxt ağrıları olmuş və evdə yatmışdır. O, 4-5 ildir narkotik vasitədən istifadə edir. Qobuda anası və bacısı ilə birlikdə yaşayır. O, boşanmışdır, ailəni o deyil, anası dolandırır. Hadisə günü həmin əraziyə öz istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədilə getmişdir. Narkotik maddəni sosial şəbəkədə danışdığı və tanımadığı şəxs vasitəçiliyi ilə əldə etmək niyyətində olmuşdur. Həmin şəxsi “İnstaqram” sosial şəbəkəsindən tapmışdır. Narkotik vasitəni öz istifadəsi üçün ucuz qiymətə almışdır. Narkotik vasitəni özü də daxil olmaqla 4 nəfər birləşərək almışlar. O, cəmi 4 qram narkotik maddə əldə etmək məqsədi ilə tanımadığı şəxsin kartına 140 manat pul köçürmüşdür. Narkotik maddəni əldə etdiyi şəxs həmin maddənin Biləcəri qəsəbəsində olduğunu bildirmişdir. Onlar tanış şəxsin “Toyota Prius” markalı maşını ilə həmin əraziyə getmişdir. Həmin dörd nəfər- o, sürücü, Kürdəxanı ərazisində yaşayan bir qız və tanıdığı, lakin çox əlaqəsinin olmadığı bir şəxs olmuşdur. O, bu şəxslərlə narkotik maddədən istifadə etdiyi üçün əlaqədə olmuşdur. O, narkotik maddəni axtarmaq məqsədi ilə maşından düşmüş, bu zaman ərazidəki əməliyyatçılar ona yaxınlaşmışlar. Digər 3 nəfər maşında qalmış, şahid qismində qeyd olunmuş şəxslər onu saxlamamışdır. Həmin şəxslər yalnızca həmin ərazidə olmuşdur. Onu saxlayan əməliyyatçılar isə həmin şəxsləri onu Polis Bölməsinə aparması üçün çağırmışlar. Həmin ərazidə tək o deyil, bir neçə digər şəxs də saxlanılmışdır. Saxlanıldığı ərazidə əməliyyat keçirilmiş və o, maşından düşəndən dərhal sonra saxlanılmış, götürməyə getdiyi narkotik maddəni götürə bilməmişdir. Bu zaman üstündə axtarış keçirilmiş və ona məxsus bıçaq aşkar edilmiş, narkotik maddə tapılmamışdır. Digər 3 nəfər onun buraxılması üçün çalışacaqlarını bildirmiş və o, buraxılacağını düşündüyü üçün narkotik maddəni boynuna götürmüşdür. Heç kəs ondan pul istəməmişdir. Axtarmağa getdiyi ərazidən narkotik vasitəni tapa bilməmiş, bölmədə ona verilən narkotik vasitənin həmin onun sifariş verdiyi narkotik vasitə olub-olmadığını bilmir. Narkotik vasitənin yerini telefon vasitəsi ilə öyrənmişdir. Polis bölməsində olduğu zaman ona təhqiqatçı narkotik vasitə vermiş və o, həmin bükümü cibinə qoymuşdur. Bölmədə saat 3 radələrində video çəkiliş keçirilmiş və onunla maşında olan digər şəxslər bundan əvvəl buraxılmışdır. O, istintaq zamanı verdiyi ifadəni oxumamışdır. Onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriləcəyi deyildiyi üçün, o, bu təkliflə razılaşmışdır. Polis Bölməsində axtarış keçirilərkən üstündə narkotik maddə aşkar edilməmiş, həmin narkotik vasitə bölmədə olduğu zaman əməliyyatçı və təhqiqatçı tərəfindən cibinə qoyulmuşdur. Ona qarşı heç bir fiziki təzyiq olunmamışdır. Polis əməkdaşları ilə razılaşmasının səbəbi təhqiqatçı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriləcəyi ilə bağlı aldadılması olmuşdur. 15 apreldən 16 aprelə keçən gecə saat 1 radələrində saxlanılmışdır. Onunla birlikdə saxlanılan şəxslərin adlarını və soyadlarını bilmir. Müəyyən edilmiş ziddiyyətlə əlaqədar Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşamış, müxtəlif tikinti-təmir işləri ilə, əsasən də beton tökmə işləri ilə məşğul olaraq ailəsini dolandırmış və əvvəllər məhkum olunmuşdur. O, 10-12 ildir ki, narkotik vasitə olan heroini çəkməklə qəbul etmiş və onda asılılıq yaranmışdır. 3 ay əvvəl «İnstaqram» sosial şəbəkəsində özünü İran vətəndaşı kimi bildirən bir şəxslə tanış olmuş və həmin şəxs pul müqabilində narkotik vasitə satmağı təklif etmişdir. Belə ki, İran vətəndaşı özünün müəyyən etdiyi hesaba müvafiq məbləğdə pul köçürüldükdən sonra narkotik vasitənin olduğu yeri bildirmişdir. O da həmin yerə gedərək orada gizlədilmiş narkotik vasitəni götürüb öz şəxsi istehlakı üçün istifadə etmişdir. 15 aprel 2023-cü il tarixində saat 17 radələrində növbəti dəfə İran vətəndaşının hesabına 590 manat pul köçürdükdən sonra ona özü üçün sifariş etdiyi narkotik vasitə kimi tanıdığı «kakos»u Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən nömrəsini bilmədiyi Hərbi hissənin yaxınlığında gizlətdiyi yerdən götürüb əynindəki boz rəngli idman şalvarının sağ cibinə qoymuşdur ki, sonra istifadə edər. 16 aprel 2023-cü il tarixində saat 01:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abidin küçəsində piyada olaraq hərəkətdə olarkən 3 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-yə gətirmişlər. Bölmədə xidməti otaqda hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi təqdim edildikdə etiraz etməmişdir. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş olunmaqla baxış keçiriləcəyi bildirildikdə etiraz etməmiş və ilk öncə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olduğu halda təqdim olunması təklif edilmişdir. Əynində olan boz rəngli üzərində «Reebook» yazısı olan idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan «kakos» kimi tanıdığı heroini şalvarın digər sol cibindən isə özünə məxsus «Samsung DUOS» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş maddənin nə olduğu, nə vaxt və kimdən əldə edildiyi soruşulduqda bildirmişdir ki, heroin adlanan narkotik vasitə «kakos»u 15 aprel 2023-cü il saat 17 radələrində pul müqabilində öz şəxsi istifadəsi üçün əldə etmişdir. Sonra üzərində şəxsi axtarış keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən başqa heç nə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş həmin bir ədəd bükümdəki narkotik vasitə heroin kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bununla bağlı müvafiq protokol da tərtib edilmiş, ona və iştirakçılara uca səslə oxunmuş və bütün iştirkaçılar tərəfindən, o cümlədən özü tərəfindən imzalanmışdır. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı təqdim etdiyi «Samsung DUOS» markalı mobil telefonda öz adına olan 055 464-21-14 nömrəni işlətmişdir. Pul köçürdüyü hesab isə - EMO. 99.337.10.37 nömrəli hesab olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindəki məlumatları qismən təsdiq edərək, həmin ifadəni oxumadan imzaladığını, ibtidai istintaq zamanı qeyd olunan məzmunda ifadə verməsinin səbəbi kimi polis əməkdaşları ilə aralarında razılaşma olması və polis əməkdaşlarının onun CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi və tezliklə azadlığa buraxılması ilə aldatmaları olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində çalışır və polis baş serjantı rütbəsini daşıyır. 16 aprel 2023-cü il tarixdə gecə saat 1-2 radələrində digər polis əməkdaşları ilə birlikdə Biləcəri qəsəbəsi, M.Abidin küçəsində təqsirləndirilən şəxsin fənərlə hasarın yanında işıq salaraq nə isə axtardığını görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşdıqlarında o, özünü şübhəli aparmış və sorğu-sual nəticəsində şəxsin həmin ərazidə yaşamadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs suallardan yayınmağa çalışdığı üçün onu saxlayaraq, üzərində axtarış keçirilməsi məqsədi ilə Binəqədi rayon Polis İdarəsinə aparmışlar. Polis bölməsində onun üstünə baxış keçirilmiş və baxış zamanı üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərində axtarış həyata keçirilən zaman iştirak etmiş, baxış zananı şəxsin üstündə narkotik maddə aşkar olunmuş, saxlanılan zaman ona qarşı fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlar 3 nəfər olmuşlar, şəxsi saxladıqları zaman şəxs onlara qarşı müqavimət göstərməmiş, lakin ona yaxınlaşarkən istiqamətini dəyişməyə çalışmışdır. O, baxış zamanı video çəkilişin axırına kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, yanında başqa şəxslər olmamışdır. Onlar şəxsi piyada hərəkət edən zaman saxlamışlar. Onlar təqsirləndirilən şəxsi görüb avtomaşını saxlamış, həmin vaxt təqsirləndirilən şəxs istiqamətini dəyişmiş, bu səbəbdən ondan şübhələnmişdir. Bölmədə narkotik maddə onun üstündə aşkar edildikdə, təhqiqatçının ona ünvanladığı suallara verdiyi cavabları xatırlamır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində çalışır, gecə növbəsində işləyir. 16 aprel 2023-cü il tarixdə gecə saatlarında digər polis əməkdaşları ilə Biləcəri qəsəbəsi, M.Abidin küçəsində təqsirləndirilən şəxsi qaranlıq küçədə hasarın yanına fanarla işıq salaraq nə isə axtardığını görmüşlər. Həmin ərazidən baş vermiş oğurluq hadisələri ilə əlaqədar ona yaxınlaşmaq istədikdə onların yaxınlaşdığını görüb həmin yerdən yayınmaq istəmişdir. Təqsirləndirilən şəxsi saxladıqları ərazidən dəfələrlə şikayət gəlmiş və onlar da həmin yerə bir neçə dəfə getmiş, lakin sakinlərin dediyi hallarla bağlı heç bir şeylə qarşılaşmamışlar. Onlar şəxsə yaxınlaşıb, özlərini təqdim etmiş və ona suallar verdikdə onun Biləcəri qəsəbəsində yaşamadığını müəyyən etmişlər. Bu hal onlarda şübhə doğurduğu üçün onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Polis bölməsində onun üstünə baxış keçirilmiş və həmin vaxt üzərində narkotik vasitə aşkar olunmuşdur. Şahid3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərində axtarış həyata keçirilən zaman iştirak etmiş, verilən suallardan yayınmağa çalışması onlarda şübhə doğurmuş, həmin ərazidə də dəfələrlə oğurluq halı baş verdiyi üçün şübhələri daha da artmışdır. Həmin ərazidə şəxsin şəxsi maşını olmamış, onu post patrul avtomobili ilə bölməyə aparmışlar. Təqsirləndirilən şəxsi 16 aprel 2023-cü il tarixdə, saat 01:30-da saxlamışlar, üstündə qara sellofana bükülmüş narkotik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1, Şahid2 və Şahid3 tərəfindən tərtib olunmuş 16 aprel 2023-cü il tarixli raportdan görünür ki, 16 aprel 2023-cü il tarixdə 6-cı PB-nin inzibati ərazisində xidmətdə olan zaman saat təxminən 01.30 radələrində Biləcəri qəsəbəsi, M.Abidin küçəsində hərəkətdə olarkən yaxınlıqda bir nəfər şəxsin əlində fənərlə hasarın yanına işıq salaraq axtarış etdiyini görmüşlər. Həmin ünvanda baş vermiş oğurluq hadisələri ilə əlaqədar həmin şəxsə yaxınlaşmaq istədikdə, o, post patrul maşınını görərək oradan yayınmaq istəsə də, onun bu cəhdinin qarşısı alınmış, həmin şəxslə söhbətlər apararkən qeyrisəmimi cavablar verərək yayınmağa çalışmış, bu səbəbdən də həmin şəxs PB-yə dəvət edilmiş və onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. (cild 1, i/v: 4) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 aprel 2023-cü il tarixli protokoldan və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümü, 1 ədəd «Samsung Duas» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyduqdan sonra təqdim etdiyi bükümün narkotik vasitə olan heroin olduğunu, 15 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin yaxınlığında tanımadığı şəxsdən 590 manata aldığını bildirmişdir. (cild 1, i/v 3, 28-30). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «diskə baxış keçirilməsi haqqında» 16 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin xidməti otağında şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə həmin video görüntüləri əks etdirən bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin disk CD formatlıdır, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif olunmuş və o, əynində olan boz rəngli, üzərində «Reebok» yazısı olan idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol cibindən isə qara rəngli «Samsung Duos» markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuş, üzərindən aşkar olunmuş maddənin nə olduğu, nə vaxt və kimdən əldə edildiyi soruşulmuş, sonuncu həmin bükümdə «kakos» adı ilə tanıdığı narkotik vasitə olmasını, onu 16 aprel 2023-cü il tarixində saat 17 radələrində 590 manat pul müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Hərbi hissənin yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istehlakı üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə görünən şəxsin özü olduğunu təsdiq etmişdir. (cild 1, i/v: 48) Cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan video görüntü məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, video görüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» və «diskə baxış keçirilməsi haqqında» 16 aprel 2023-cü il tarixli protokollarla eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə kimyəvi ekspertizasının 16 aprel 2023-cü il tarixli 6/2240 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «....(imza) Təqsirləndirilən şəxs....» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 16,283 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, i/v 36-40) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 13 may 2023-cü il tarixli 2892 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, i/v: 119-120) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə psixiatrik ekspertizasının 05 iyun 2023-cü il tarixli 1545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xəstəliyi və hal-hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnın 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, i/v: 121-123). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «mobil telefona baxış keçirilməsi haqqında» 16 aprel 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixində barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən əynində olan boz rəngli, üzərində «Reebok» yazısı olan idman şalvarının sol cibindən çıxararaq təqdim etdiyi qara rəngli «Samsung Duos» markalı mobil telefona baxış zamanı mobil telefonun ekranının qara rəngli, korpusunun özünün isə boz rəngli olduğu, mobil aparatın arxa korpusu, onun ardınca akkumulyator batareyası çıxarıldıqda həmin telefonun 3564xx/xx/088062/2 və 3564xx/xx/088062/0 İMEİ kodlu SM-G531H/DS modelli Vyetnam istehsalı olduğu, içərisində "xxxx" MMC-yə məxsus üzərində ********** və ********** yazıları olan qırmızı rəngli +**********14 saylı GSM nömrəsinin taxıldığı müəyyən edilmişdir. Mobil telefonun daxilindəki məlumatlara baxış keçirilməsi məqsədi ilə mobil telefon adapter vasitəsi ilə əlavə enerjiyə qoşulub aktiv vəziyyətə gətirilərək «yığılmış», «qəbul edilmiş», «zənglər» və «SMS»lər bölməsində iş üçün əhəmiyyəti olan bir məlumatın olmadığı müəyyən edilmişdir. Həmçinin mobil telefonun «Qalereya» bölməsində olan bir ədəd «m10 hesabının artırılması» adlı qəbzdən görünür ki, xx/xx/2023-cü il tarixində saat 17:49:38-də Abşeron rayonu, Hökməli-Qobu yolu, «Yurd» marketdə yerləşən «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə ********** PW8 - ********** nömrəli əməliyyatla +**********37 saylı telefon nömrəsindən açılmış hesaba 590 (beş yüz doxsan) AZN pul köçürülməsi müəyyən edilmişdir. (cild 1, i/v: 49) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin 11 iyun 2023-cü il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığına əsasən bir sıra əməliyyat tədbirləri keçirilmiş, məxfi əməkdaşlara tapşırıqlar verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında yaşayan şəxslərlə söhbətlər aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmuş, lakin onun narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. (cild 1, i/v: 115) İstintaq orqanının «əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 16,283 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 01, i/v 137-148). Həmçinin qeyd olunan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Samsung Duos» markalı mobil telefon iş üzrə maddi sübut qismində tanınmış və istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 19 iyul 2023-cü il tarixli qərarına əsasən həmin mobil telefonun Binəqədi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İbtidai istintaq orqanının işdə olan «cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında» 19 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 01, i/v 150-151). Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ondan başqa daha üç nəfərlə birlikdə toplaşaraq narkotik vasitə almaq üçün internet vasitəsi ilə tanış olduğu bir şəxsin hesabına 140 manat məbləğində pul ödədiyini, sifariş etdiyi narkotik vasitəni götürmək üçün getdiklərini, lakin narkotik vasitəni qoyulduğu yerdən tapa bilmədən polis əməkdaşları tərəfindən saxlanıldığını, üzərindən aşkar olunmuş narkotik vasitənin onun sifariş etdiyi narkotik vasitə olub-olmamasını bilmədiyini, onu CM-nin 234.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirdikləri üçün narkotik vasitəni boynuna götürdüyünü bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ondan başqa daha üç nəfərin də saxlanıldığını, həmin şəxslərlə birlikdə toplaşaraq narkotik vasitə “sifariş etdiklərini” bildirsə də, məhkəmə iclasında dindirilən şahidlərin ifadələri və cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, onunla birlikdə başqa heç kim saxlanılmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs onunla birlikdə saxlanılan həmin şəxslərin adlarını və soyadlarını bilmədiyini qeyd etmişdir. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxsin öz ifadəsində həm başqa şəxslərlə birlikdə narkotik vasitə sifariş etmələrini və birlikdə narkotik vasitədən istifadə etmək niyyətində olmalarını bildirməsi, həm də həmin şəxslərin adlarını və soyadlarını bilmədiyini qeyd etməsi ilə bağlı ifadələrini anlaşılmaz və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zorakılıq göstərilmədiyini, yalnız onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirildiyi üçün etirafedici ifadələr verdiyini bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün tanımadığı şəxsin kartına 140 manat məbləğində pul köçürdüyünü bildirsə də, mobil telefonuna baxış keçirilən zaman onun 590 manat məbləğində pul köçürməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq ifadələrini danaraq məhkəmədə ifadə verərkən fərqli ifadə verərək məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Belə ki, təqsirləndirilən şəxs nəyinki ilkin izahatında, həmçinin istintaqın sonrakı mərhələlərində də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində etiraf edici ifadələr vermişdir. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıması tam təsdiqini tapan hallarından birini təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 16,283 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini külli miqdarda əldə edib, daşıyıb saxlaması, habelə narkotik vasitələrin satışı ilə bağlı həmin tarixdən bir gün əvvəl Milliön aparat vasitəsi ilə 590 manat pulun köçürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Məhkəmə bu nəticəyə gələrkən təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində fəhlə işləməsini, aylıq qazancının 200-500 manat məbləğində olmasını, ailəni anasının dolandırmasını qeyd etməsini nəzərə alır və aylıq qazancı ən yuxarı həddə 500 manat təşkil edən bir şəxsin şəxsi istifadəsi üçün bir dəfəyə 590 manat dəyərində narkotik vasitə almasını inandırıcı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Rospublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2011-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci ıl tarixli qərarı ilə CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 01 il müddətinə sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış və məhkumluğu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 61-ci və 59-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 13 may 2023-cü il tarixli 2892 saylı rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzasının olmadığını, məhkumluğunun ödənilməsini və hazırda ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 16 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, i/v: 16), Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 aprel 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, i/v: 77-81) Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,233 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung Duos” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 81 (səksən bir) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 45 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 16 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 16,233 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd “Samsung Duos” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilsin. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1951/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1951/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver