Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1952/2025 29.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1999-cu il tarixdə Balakən rayonu, Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, 2-ci mədən, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:40-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi- 51,903 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda təmiz çəkisi- 60,781 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 04 may 2025-ci il tarixdə saat 00:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsində özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 12-ci polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, çiynindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasının içərisində saxladığı on səkkiz ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 1,786 qram, 1,280 qram, 1,608 qram, 1,724 qram, 1,828 qram, 1,972 qram, 1,690 qram, 2,810 qram, 2,534 qram, 1,382 qram, 3,655 qram, 3,294 qram, 3,454 qram, 4,831 qram, 3,348 qram, 2,127 qram, 4,637 qram, 7,943 qram olmaqla külli miqdarda ümumilikdə təmiz çəkisi- 51,903 qram psixotrop maddə metamfetamin, on səkkiz ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 1,551 qram, 3,373 qram, 2,309 qram, 5,083 qram, 5,425 qram, 4,340 qram, 2,356 qram, 3,245 qram, 5,722 qram, 3,255 qram, 4,360 qram, 2,064 qram, 4,085 qram, 3,068 qram, 2,379 qram, 4,012 qram, 1,369 qram, 2,785 qram olmaqla külli miqdarda ümumilikdə təmiz çəkisi - 60,781 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etmiş, ibtidai istintaq dövründə verdiyi ifadəsinin düz olduğunu, həmin ifadəni təsdiq etdiyini bildirmişdir. 4.Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 9 ilə yaxındır ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən falqada çəkmə yolu ilə istifadə edir, istifadə etdiyi narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır, çox vaxtlarda isə “Tik Tok” sosial şəbəkəsində tanış olduğu, özünü ona İran İslam Respublikasının vətəndaşı kimi tanıdan “Babək” adlı şəxsdən alırmış. Sonuncu dəfə 03 may 2025-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Babək” adlı şəxsin istifadəsində olan dəqiq yadında qalmayan mobil telefon nömrəsinin “WhatsApp” proqramına zəng edərək ondan istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmiş, “Babək” adlı şəxs əvvəlcə onun kart hesabına 600 manat göndərməsini və göndərdiyi pulu götürdükdən sonra narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hara göndərəcəyi yeri ona deyəcəyini bildirmiş, o, da etiraz etməmiş və Suraxanı rayonu ərazisində yerləşən “Kapital” bankın binasında “Milliön” terminalından “Babək” adlı şəxsin dəqiq yadında qalmayan kart hesabına 600 manat göndərdikdən bir qədər sonra, onunla əlaqə saxlamış, “Babək” adlı şəxs Nizami rayonu, Keşlə qəsəbəsi ərasizində yerləşən məscidin yaxınlığındakı zibil qutularının birinin alt hissəsinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyduğunu deyib, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini oradan götürməsini bildirmişdir. Bundan sonra o, “Babək” adlı şəxsin dediyi ünvana getmiş, həmin ünvanda yerləşən zibil qutularının birinin altından içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bağlamanı götürərək yaşadığı evə gəlmişdir. Yaşadığı evdə həmin bağlamanın içərisinə baxdıqda içərisində on səkkiz ədəd sellofan bükümdə narkotik vasitə heroin və on səkkiz ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu görmüşdür, əslində o, “Babək” adlı şəxsə bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin sifariş vermiş, nəyə görə bükümlərə bölünməsinin səbəbini bilməmişdir. Əldə etdiyi bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünə məxsus olan əl çəntasının içərisinə qoyaraq saxlamışdır. 04 may 2025-ci il tarixdə təxminən saat 00:40 radələrində şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə getmişdir. Sabunçu qəsəbəsi, Natavan küçəsində piyada gedərkən iki nəfər polis geyimində olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədini istəmişlər, həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğundan tez bir zamanda oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər, başa düşmüşdür ki, polis əməkdaşları onun üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin olmasından məlumatları var, buna baxmayaraq özünü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etməyə başlamışlar, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getməsini təklif etmişlər. O, da səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 12-ci polis şöbəsinə getmişdir. Yolda gedərkən çiynində asılı vəziyyətdə olan qara rəngli əl çantasının cibində saxladığı ümumilikdə otuz altı ədəd olmaqla, on səkkiz ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini və on səkkiz ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamini tullamaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər və onu polis şöbəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Bundan sonra polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, çiyinindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasının içərisində saxladığı, içərisində narkotik vasitə heroin olan on səkkiz ədəd sellofan bükümünü, içərisində psixotrop maddə metamfetamin olan on səkkiz ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşı təqdim etdiyi bükümlərdən aşkar olunmuş maddələrin nə olduğunu soruşanda o, səmimi olaraq on səkkiz ədəd bükümlərin içərisindən aşkar edilən maddələrin narkotik vasitə heroin, on səkkiz ədəd bükümlərin içərisindən aşkar edilən maddələrin isə psixotrop maddə metamfetamin olduğunu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Babək” adlı şəxsdən 600 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümlər qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sabunçu RPİ-nin 12-ci polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini ona satan “Babək” adlı şəxsi tanımır, onunla heç vaxt üzbə-üz görüşüb ondan narkotik vasitə və psixotrop maddə almamış, ancaq telefon vasitəsi ilə əlaqə saxlayırmışlar və onun ona göndərdiyi kart hesabına o, pul göndərdikdən sonra ona istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərirmiş. “Babək” adlı şəxsin ona göndərdiyi kart hesabının nömrəsi yadında qalmayıb. Bu günə kimi narkotik vasitələrin hər hansı bir növündən heç kimə satmamış, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə heroindən, psixotrop maddə metamfetamindən kiməsə satmaq niyyəti olmamışdır, həmin narkotik vasitəni və psixotrop maddəni özünün şəxsi istifadəsi üçün almış, həmçinin narkotik vasitəni və psixotrop maddəni ona göndərən “Babək” adlı şəxslə aralarında narkotik vasitələrin satışı ilə məşğul olmaları və qazanc əldə etmələri barədə heç bir danışıqları olmamışdır. Mobil telefondan istifadə etmir, ona görə də istifadəsində mobil nömrə olmamışdır. Psixi pozuntuları var, ona görə də əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni əsəbləri sakit olması üçün almış, başqa bir xəstəliyi yoxdur (İ cild, səh. 53-57). 5.Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ifadəsi ilə bağlı ona verilmiş suallara cavab olaraq elan edilmiş ifadəni təsdiq etdiyini, narkotik vasitələrin çəkilərinin düzgün göstərildiyini, bükümlərin sayının da olduğu kimi qeyd edildiyini, bükümləri həmin gün götürdüyünü lakin satış məqsədinin olmadığını, həmin bükümləri 3 aya istifadə edəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs eyni zamanda ona verilmiş suallara cavab olaraq psixoloji xəstəliyinin olduğunu, özü-özünə əsəbiləşdiyini, bununla bağlı xəstəxanada müalicə aldığını, diaqnozunun nə olmasını bilmədiyini, xəstəliyi ilə bağlı hərbi xidmətdə olmadığını qeyd etmişdir. 6.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, may ayının 4-də, gecə saat birə qalmış, Sabunçu ərazisində Natavan küçəsində xidmətdə olduğu zaman qaranlıq küçədə bir vətəndaş onları görüb öz istiqamətini dəyişmiş, buna görə də vətəndaşa yaxınlaşmış, özlərini təqdim edib şəxsiyyət vəsiqəsini soruşanda üzərində olmadığını bildirmişdir. Portal vasitəsilə yoxlayarkən vətəndaşın narahat olduğunu, onlardan yayınmaq istədiyini müşahidə etmişlər. 12-ci PŞ-ə raportla təhvil verdikdən sonra, təhqiqatçının otağında çəkiliş aparılmış, təqsirləndirilən şəxsi cibindən 18 büküm maddələr çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs şöbədə vəkillə təmin edilmiş, ona qarşı zor tətbiq edilməmişdir. Aşkar edilmiş narkotik vasitələri iranlıdan aldığını, beş yüz manata payladığını bildirmişdir. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə ictimai asayişi və ictimai qaydanı qorumaq daxildir. 04 may 2025-ci il tarixdə saat 00:40 radələrində Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə 6866 çağırış avtopatrulda inzibati ərazidə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsində xidmətdə olarkən, bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər, lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, onlar həmin şəxsi xidmət etdikləri inizbati ərazidə yerləşən Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də onlarla razılaşmış və onu 12-ci polis şöbəsinin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin xx.xx.1999-cu ildə Balakən rayonu, Hənifə kəndində anadan olmuş, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, 2-ci mədən, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi ilə bağlı raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Raport üzrə araşdırmanın aparılması 12-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Ramin Kəngərliyə həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı Ramin Kəngərli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X8 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs də video çəkilişlə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra video çəkliş vasitəsi ilə hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş vəkil X3 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs çiyinindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasının içərisindən otuz altı ədəd şəffaf sellofan bükümlərini çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər təhqiqatçı Ramin Kəngərli tərəfindən açılaraq baxış keçirilmiş, baxış zamanı bükümlərin on səkkiz ədədinin içərisindən ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddələr, on səkkiz ədədinin içərisindən isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi on səkkiz ədəd sellofan bükümlərin içərisindən aşkar olunmuş maddələrin “patı”, on səkkiz ədəd sellofan bükümlərin içərisindən isə aşkar olunmuş maddələrin “kakos” olduğunu deyərək, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən 600 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr və narkotik vasitə heroinə bənzər maddələr olan bükümlər təhqiqatçı Ramin Kəngərli tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Əkbər Allahverdiyevə qarşı heç bir təzyiq və təsir olunmamışdır (İ cild, səh. 86-89). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi Sabunçu ərazisində, Natavan küçəsində gecə saat 12-01 radələrində saxlamış, həmin küçə qaranlıq küçə olduğu üçün belə hallar orada çox olur. Vətəndaşı gördükdən sonra ona yaxınlaşmış, özünü təqdim etmiş, özünü təqdim etməsini bildirmiş, vətəndaşlarla tez-tez ünsiyyətdə olduqları üçün şəxsin narahat olmasını hiss etmiş, şəxs eyni sualı təkrar soruşduqda fərqli cavablar vermişdir. Şöbəyə təmin etdikdən sonra, üzərində olan çantaya baxış keçirilmiş və üzərindən bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxsə şöbədə vəkil təmin edilməsini xatırlamır, təqsirləndirilən şəxs aşkar edilmiş maddə ilə bağlı nəyi bildirməsini dəqiq xatırlamır, lakin deyəsən bükümlərin sayı 36 ədəd olmuşdur. Təqsirləndirilən şəxsə saxlanılan zaman heç bir zorakılıq olmamış, üzərinə baxış keçirilənə kimi daim yanında olmuşlar. 9.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 90- 93). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2025-ci il tarixli, 6/1662 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan 1 №-li kağız paketdə on səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,786 qr., 1,280 qr., 1,608 qr., 1,724 qr., 1,828 qr., 1,972 qr., 1,690 qr., 2,810 qr., 2,534 qr., 1,382 qr., 3,655 qr., 3,294 qr., 3,454 qr., 4,831 qr., 3,348 qr., 2,127 qr., 4,637 qr., 7,943 qr., ümumi təmiz çəkisi 51,903 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 2 №-li kağız paketi açdıqda içərisində on səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,551 qr., 3,373 qr., 2,309 qr., 5,083 qr., 5,425 qr., 4,340 qr., 2,356 qr., 3,245 qr., 5,722 qr., 3,255 qr., 4,360 qr., 2,064 qr., 4,085 qr., 3,068 qr., 2,379 qr., 4,012 qr., 1,369 qr., 2,785 qr., ümumi təmiz çəkisi 60,781 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir (İ cild, səh. 31-37). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 07 oktyabr 2025-ci il tarixli, 6211 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Sadiq oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 121-122). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 oktyabr 2025-ci il tarixli, 3405 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 123-125). 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 04 may 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən fləş yaddaş kartından görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs çiynində asılı vəziyyətdə olan qara rəngli əl çantasının cibindən ümumilikdə 36 ədəd olan, 18 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə və 18 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddələri çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin özünə məxsus olduğunu, dünən yəni 03 may 2025-ci il tarixdə ünvanı dəqiq bilmədiyindən “whatsapp” tətbiqi üzərindən “konum”la yeri tapdığını, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 600 manata istifadəsi üçün aldığını bildirmişdir (İ cild, səh. 24-25). 14.«Flash kartda olan video görüntüyə baxış keçirilməsi haqqında» 06 may 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən fləş yaddaş kartından görünür ki, videoçəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis şöbəsindəki xidməti otağa daxil olurlar, əvvəlcə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Ramin Kəngərli özünü təqdim edir, sonra Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, Təqsirləndirilən şəxs və müdafiəçi X8 özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Ramin Kəngərli, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi əldə edilməsi, üzərində saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 04 may 2025-ci il tarixdə saxlanıldığını və 12-ci polis şöbəsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, daha sonra müdafiəçisinin iştirakı ilə video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs də etiraz etmir. Bundan sonra təhqiqatçı Ramin Kəngərli, Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs çiyinindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasının içərisində saxladığı otuz altı ədəd sellofan bükümlərini çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər təhqiqatçı Ramin Kəngərli tərəfindən açıldıqda içərisindən maddələr aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindən aşkar olunmuş maddələrin “patı” və “kakos” olduğunu deyərək, 600 manata istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddələr olan bükümlər təhqiqatçı Ramin Kəngərli tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır (İ cild, səh. 85). 15.«Maddi sübut kimi tanıma haqqında» 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd qablaşdırılmış kağız paketin içərisində on səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,786 qr., 1,280 qr., 1,608 qr., 1,724 qr., 1,828 qr., 1,972 qr., 1,690 qr., 2,810 qr., 2,534 qr., 1,382 qr., 3,655 qr., 3,294 qr., 3,454 qr., 4,831 qr., 3,348 qr., 2,127 qr., 4,637 qr., 7,943 qr., ümumi təmiz çəkisi - 51,903 qram olmuş psixotrop maddə metamfetamin və on səkkiz ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri - 1,551 qr., 3,373 qr., 2,309 qr., 5,083 qr., 5,425 qr., 4,340 qr., 2,356 qr., 3,245 qr., 5,722 qr., 3,255 qr., 4,360 qr., 2,064 qr., 4,085 qr., 3,068 qr., 2,379 qr., 4,012 qr., 1,369 qr., 2,785 qr., ümumi təmiz çəkisi - 60,781 qram olmuş narkotik vasitə heroin maddi sübut hesab edilmiş, narkotik vasitə heroinin tədqiqata 0,180 qram sərf edilməsi nəzərə alınmaqla 60,601 qram qalığı, psixotrop maddə metamfetaminin tədqiqata 0,180 qram sərf edilməsi nəzərə alınmaqla 51,723 qram qalığı, saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 95- 97). 16.«Sübutların qiymətləndirilməsi haqqında» 29 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş fləş kart 29 oktyabr 2025-ci il tarixdə cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (İ cild, səh. 128-137). 17.«Şübhəli şəxsin tutulması haqqında» 04 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 14). 18.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 4(008)- 206/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 may 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 75-80). 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 99). 20.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il və xx.xx.2018-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 24.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 25.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 26.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 27.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 31.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 32.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 33.Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məğul olmaması ilə bağlı verdiyi ifadəsini onun törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsində bununla bağlı bildirdikləri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. 34.Təqsirləndirilən şəxsdən həm narkotik vasitənin, həm psixotrop maddənin aşkar olunması, onların çəkilib 36 xırda bükümlərə bölunməsi yuxarıda sadalanan digər sübutlarla onun narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas verir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. 35.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 36.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 37.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 38.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı araşdırılmış sübutlarla, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 40.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 43.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 44.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 45.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 46.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 47.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 48.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 49.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 50.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 04 may 2025-ci il tarixdən hesablanmalıdır. 51.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 52.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 54.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 60,601 qram çəkidə narkotik vasitə heroinin və 51,723 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd fləş kartın cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 55.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 56.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 57.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 58.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 59.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 60.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 04 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 330 (üç yüz otuz) manat Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 60,601 qram çəkidə narkotik vasitə heroin və 51,723 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd fləş kart cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev