Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1953/2023 28.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Əli İrfan oğlu (sədrlik edən), Məmmədzadə Səbinə Adil qızı və Məcidov X10 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X9, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3 nümayəndəsi (order və etibarnamə əsasında) X7, müdafiəçilər – Bakı şəhəri "Kiçikbəyov və partnyorları" Vəkil Bürosunun vəkili X3, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakı ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: 15 avqust 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı şifahi vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şifahi vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs 3 (üç) zərərçəkmiş şəxslə bağlı ittiham irəli sürülmüş, ittiham aktında göstərilmiş və törədilməsi iddia olunan cinayətlərdən yalnız biri ağır cinayətlər kateqoriyasına aiddir və həmin ağır cinayət Sumqayıt şəhəri ərazisində törədilmişdir. Ona görə də dövlət ittihamçısı şifahi vəsatətinin təmin edilməsini və cinayət işinin aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısının şifahi vəsatəti ilə bağlı cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, vəsatətdə göstərilmiş dəlilləri cinayət işinin materialları əsasında yoxlayıb və həmin dəlillərə hüquqi qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatət əsaslı olduğundan təmin edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək cinayət işinin məhkəmə aidiyyətini da yoxlamışdır. Məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində ağır cinayət əməlinin törədilməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktından görünür ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər və ağır nəticələrə səbəb olan mühüm vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş hüquq verən rəsmi sənədləri vahid tamah niyyətilə qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdıraraq hazırlamışdır. İbtidai istintaq orqanının gəldiyini nəticəyə görə Təqsirləndirilən şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin xx.xx.2021-ci il tarixli, 109-K nömrəli əmrinə əsasən həmin Birliyin 20 nömrəli Mənzil- Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində təyin edilməklə xx.xx.2023-cü il tarixədək olan dövrdə həmin vəzifədə işləyərkən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi tərəfindən 20 aprel 2019-cu il tarixdə təsdiq edilmiş "Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil-Kommunal İstismar Sahəsi rəisinin vəzifə təlimatı”na əsasən xidmət etdiyi ərazidə yaşayış binalarının qorunub saxlanmasına, onlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, sahənin idarəçiliyində ümumi rəhbərliyi həyata keçirmək, xidmət etdiyi ərazidə əsaslı və cari təmirə ehtiyacı olan obyektləri müəyyənləşdirib, onların təmir edilməsi üçün tədbirlər görmək, tabeliyində olan fəhlə və qulluqçuların səlahiyyət dairəsini təyin etmək, onların vəzifələrini yerinə yetirmələrinə şərait yaratmaq, ərazidə yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət etmək, vətəndaşların ərizə və şikayətlərinə vaxtında, düzgün baxılmasını təmin etmək, vətəndaşlara lazım olan hüquqi sənədlərin hazırlanıb verilməsinə sərəncam vermək, xidmət etdiyi ərazinin təmiz saxlanmasını, məişət tullantılarının daşınıb zərərsizləşdirilməsinə nəzarət etmək, ştat intizamına riayət edilməsinə nəzarət etmək, mühasibat hesablarının vaxtında verilməsini təmin etmək, tabeliyində olan işçilərin iş planlarının tərtib olunmasını tələb etmək, onların iş planlarını təsdiq etmək kimi təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 06 iyul 2022-ci il tarixdə işlədiyi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında Zərərçəkmiş şəxs4 Sumqayıt şəhərində həmin Təsərrüfat Sahəsinin balansında olan yaşayış binasından mənzil almaq üçün özünə müraciəti İlə əlaqədar Sumqayıt şəhəri, 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillərin boşaldığını, boş mənzilləri münasib qiymətə satışını təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədinçıxarışın veriləcəyini, iki otaqlı mənzili 15.000 manat, üç otaqlı mənzili 20.000 manat, dörd otaqlı mənzil isə 25.000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin Birliyin rəhbərliyinə veriləcəyini Zərərçəkmiş şəxs4 aldatmaqla bildirib, sonuncunun üç otaqlı mənzil almaqla bağlı 20.000 manat pul ödəməli olmasına dair razılığını alaraq sonuncu ilə sövdələşdikdən sonra, həmin adla 07 iyul 2022-ci il tarixdə 20 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin Sumqayıt şəhəri, M.Əsədov 80 ünvanında yerləşən inzibati binasında xidməti otağında Zərərçəkmiş şəxs4 18.000 manat, eyni niyyətlə 2022-ci ilin noyabr ayında işlədiyi inzibati binanın qarşısında 300 manat pul vəsaitini alıb, əldə etdiyi ümumilikdə 18.300 manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edəiək"aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 18.300 (on səkkiz min üç yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Zərərçəkmiş şəxs4 qalan 1.700 manat pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, həmin hərəkətləri ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar qeyd olunan Birliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022- ci ilin avqust ayında İşlədiyi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında Zərərçəkmiş şəxs3 Sumqayıt şəhərində həmin Təsərrüfat Sahəsinin balansında olan yaşayış binasından mənzil almaq üçün özünə müraciəti ilə əlaqədar Sumqayıt şəhəri, 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillərin boşaldığını, boş mənzilləri münasib qiymətə satışını təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin-çıxarışın veriləcəyini, iki otaqlı mənzili 18.000 manat, üç otaqlı mənzili 21.000 manat, dörd otaqlı mənzili isə 25.000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin Birliyin rəhbərliyinə veriləcəyini Təqsirləndirilən şəxs aldatmaqla bildirib, sonuncunun və qohumlarının adına 1 ədəd iki otaqlı, 8 ədəd üç otaqlı və 1 ədəd dörd otaqlı mənzil alması ilə bağlı, qeyd edilən mənzillərə görə ümumilikdə cəmi 186.000 manat pul ödəməli olmasına dair Təqsirləndirilən şəxs razılığını alaraq sonuncu ilə sövdələşərək, həmin adla Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasında vahid niyyətlə xx.xx.2022-ci il tarixdə 33.000 manat, xx.xx.2022-ci il tarixdə 23.000 manat, xx.xx.2022-ci il tarixdə 60.000 manat, xx.xx.2022-ci il tarixdə 42.000 manat, xx.xx.2022-ci il tarixdə 20.000 manat və xx.xx.2022-ci il tarixdə isə 8.000 manat olmaqla, ümumilikdə 186.000 manat pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra törətdiyi cinayət əməlini örtbasdır etmək məqsədi ilə cinayətkar niyyətini davam etdirərək vahid tamah niyyətilə 2022-ci ilin dekabr ayında işlədiyi 20 saylı Mənzil Kommunal Sahəsinin arxivindən nömrəsiz, tarixsiz, məzmunu doldurulmamış “Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi"nə aid 3 ədəd boş orderləri əldə etməklə^ həmin tarixdə 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasında qeyd olunan orderin birini Təqsirləndirilən şəxs qohumu Şahid3 adına tərtib edib sənədin üzərində “tarixi 13 yanvar 1995-ci İl, nömrəni 24/118, otağın sahəsini 39/3, mənzili 66, evi 13, küçəni 47, iş yeri Sumqayıt Kimya Zavodu, vəzifəsi sexdə laborant kimi, orderin verilmə tarixini xx.xx.1995- ci il” kimi göstərməklə, eyni niyyətlə digər order sənədini Təqsirləndirilən şəxs qohumu Şahid5 adına tərtib edib sənədin üzərində “tarixi 05 sentyabr 1989-cu il, otağın sahəsini 39/3, mənzili 41, evi 12, küçəni 47, orderin verilmə tarixini xx.xx.1989, iş yeri STTK-2" kimi göstərməklə, eyni niyyətlə digər order sənədini Təqsirləndirilən şəxs qohumu Qurbanov İlyas Bİnnət oğlunun adına tərtib edib sənədin üzərində "tarixi 12 fevral 1994-cü il, nömrəni 14/124, otağın sahəsini 39/3, mənzili 27, evi 13, küçəni 47, iş yeri Sumqayıt Kimya Zavodu, vəzifəsi sexdə naçalnik, orderin verilmə tarixini xx.xx.1993” kimi göstərməklə, həmin saxta sənədləri özünə təhkim edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin dairəvi möhürü ilə təsdiq edərək hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırdıqdan sonra həmin orderləri Təqsirləndirilən şəxs təqdim etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 186.000 (bir yüz səksən altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi İlə əlaqədar qeyd olunan Birliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, hüquq verən rəsmi sənədləri vahid tamah niyyəti ilə qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin avqust ayında işlədiyi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərində həmin Təsərrüfat Sahəsinin balansında olan yaşayış binasından mənzil almaq üçün özünə müraciəti ilə əlaqədar Sumqayıt şəhəri, 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 3 və 4 otaqlı mənzillərin boşaldığını, boş mənzilləri münasib qiymətə satışını təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər icra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin-çıxarışın veriləcəyini, üç otaqlı mənzili 20.000 və 22.000 manata satılmaqla, satışdan əldə edilən pu) vəsaitlərinin Birliyin rəhbərliyinə veriləcəyini Zərərçəkmiş şəxs2 aldatmaqla bildirib, sonuncunun iki ədəd üç otaqlı mənzil alması ilə bağlı üç otaqlı mənzilin bir ədədinə görə 20.000 manat, digərinin isə 22.000 manat olmaqla, cəmi 42.000 manat pul ödəməli olmasına dair razılığını alaraq sonuncu ilə sövdələşdikdən sonra, 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində 20.000 manat, eyni niyyətlə həmin tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Melisa Park” yaşayış kompleksinin qarşısında 22.000 manat olmaqla, ümumilikdə 42.000 manat pul vəsaitini alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 42.000 (qırx iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar qeyd olunan Birliyin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla səlahiyyətlərindən sui-istifadə etmişdir. Beləliklə, həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə ittiham irəli sürülmüş, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət kateqoriyasına, həmin Məcəllənin 29,178.2.3, 29,178.2.4, 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayət kateqoriyasına, həmin Məcəllənin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. İş üzrə tərtib edilmiş ittiham aktının məzmunu və təqsirləndirilən şəxsə irəli sürülmüş ittihama daxil olan cinayət əməllərinin mahiyyəti, habelə göstərilənlərin təhlili ona dəlalət edir ki, Təqsirləndirilən şəxs az ağır və böyük ictimai təhlükə törətməyən cinayət əməllərinin törədilməsi ilə yanaşı, həmçinin ağır cinayət əməlinin törədilməsi ilə bağlı ittiham irəli sürülmüş və ağır cinayət əməli Sumqayıt şəhəri ərazisində törədilmişdir. Məhkəmə ittiham aktına və cinayət işinin materiallarına istinad edərək belə hesab edir ki, ağır cinayət əməli Sumqayıt şəhəri ərazisində törədilmiş və ona görə də Sumqayıt şəhəri ağır cinayətin başa çatdığı yer hesab olunmalıdır. Belə olduğu təqdirdə isə məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatət qanuni və əsaslı olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə aid deyil və irəli sürülmüş ittiham üzrə ağır cinayət əməli Sumqayıt şəhəri ərazisində törədilməsi iddia olunduğundan cinayət işi mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsində ‘‘məhkəmə aidiyyətinə əməl olunması” cinayət mühakimə icraatının əsas prinsiplərindən biri kimi nəzərdə tutulmaqla, həmin maddənin müddəasının tələblərinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz, şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət mühakimə icraatının həmin təməl prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində nəzərdə tutulan müddəalara əsaslanır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinə əməl edilməsinin əhəmiyyəti, həmçinin onda ifadə edilir ki, aidiyyətlə bağlı tələblər ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə istiqamətlənmişdir. Qeyd edilən hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmə orqanlarına aidiyyəti CPM-in 67-77-ci maddələrində müəyyən edilmişdir. Adı çəkilən normalar ərazi, növ (predmet) və şəxslərə görə aidiyyəti, habelə məhkəmə orqanlarının səlahiyyətinə görə aidiyyəti fərqləndirmişdir. Məhkəmə qeyd edir ki, ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət mühakimə icraatını həyata keçirən hər bir məhkəmə orqanının səlahiyyətlərinin şamil edildiyi ərazi CPM-in 67-73-cü maddələrində müəyyən edilmişdir. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi, yer başa düşülür. Eyni zamanda cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən mütləq yoxlanılmalıdır. Belə yoxlama birinci instansiya məhkəmələrinin hazırlıq iclası zamanı həll edilməli olan ilk məsələdir. Hər bir məhkəmə ona daxil olmuş cinayət işi və digər materiallar barədə hər hansı prosessual hərəkət etməmişdən (hazırlıq iclasınadək olan hərəkətlər istisna olmaqla) əvvəl həmin işin və ya materialların aidiyyətini yoxlamalıdır. Qeyd edilən Məcəllənin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət-Prosessual Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ağır cinayətin törədildiyi yer olan Sumqayıt şəhəri - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.1 və 75.1-ci maddələrinə əsasən cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Bundan başqa, məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs3 nümayəndəsi X6 məhkəməyə yazılı vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Yazılı vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş və nəticədə Zərərçəkmiş şəxs3 mənafeləri pozulmuşdur. Müdafiəçi qeyd edilən hala istinad edərək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsi İsa İsmayılov tərəfindən verilmiş yazılı vəsatətlə bağlı cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, vəsatətdə göstərilmiş dəlili cinayət işinin materialları əsasında yoxlayıb və həmin dəlilə hüquqi qiymət verərək hesab edir ki, müdafiəçi tərəfindən verilmiş vəsatət hazırkı mərhələdə əsassız olduğundan təmin edilməməlidir və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qeyd edilən cinayət işi üzrə məhkəmə hazırlıq iclasının yekununa dair məhkəmə aktı qəbul edilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iş üzrə vurulmuş ziyanın ödənilməməsi hazırkı mərhələdə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasına səbəb ola bilməz. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı vurulmuş ziyan qismən ödənilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cinayət işi məhkəməyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs vaxtı-vaxtında məhkəmə çağırışlarına və məhkəmə iclasına gəlmiş, başqa sözlə, onun tərəfindən hazıradək barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozulmamışdır. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mərhələdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas yoxdur və ona görə də zərərçəkmiş şəxsin nümayəndəsi İsa ismayılov tərəfindən verilmiş yazılı vəsatət hazırkı mərhələdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Dövlət ittihamçısı X9 tərəfindən verilmiş şifahi vəsatət təmin edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Zərərçəkmiş şəxs3 nümayəndəsi X7 tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması barədə verilmiş yazılı vəsatət hazırkı mərhələdə əsassız olduğundan təmin edilməsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın.
Sədrlik edən hakim Əli Məmmədov
Hakimlər Səbinə Məmmədzadə
Azad Məcidov