Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1953/2024 09.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X3 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 181.2.1, 32.3, 181.2.5, 32.3, 221.3, 32.3, 228.4, 32.3, 134, 228.2.1, 228.2.2, 221.3, 134, 221.2.1, 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 221.3, 228.4, 134, 228.2.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: 27 iyun 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 181.2.1, 32.3, 181.2.5, 32.3, 221.3, 32.3, 228.4, 32.3, 134, 228.2.1, 228.2.2, 221.3, 134, 221.2.1, 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 221.3, 228.4, 134, 228.2.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı Vüsal Abdullayev vəsatətlə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 5 epizod üzrə Tərtər rayonu, 1 epizod üzrə Bakı şəhəri ərazilərində, Təqsirləndirilən şəxs2 2 epizod üzrə Tərtər rayonu, 1 epizod üzrə Bakı şəhəri ərazilərində cinayət əməllərinin törədilməsi ilə bağlı ittiham irəli sürüldüyünü, cinayətlərin böyük əksəriyyətinin Tərtər rayonu ərazisində törədildiyinə, iş üzrə ittiham aktına əlavə edilmiş siyahıya görə məhkəməyə çağırılmalı şəxslərin böyük əksəriyyətinin Tərtər və Bərdə rayonlarının ərazilərində yaşadıqlarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 sentyabr 2023-cü il tarixli Qərarına əsasən cinayət işinin aidiyyatı üzrə baxılmasının Bakı Ağır Cinayətlər Məhkəməsinə deyil, Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olduğunu bildirərək cinayət işinin ərazi aidiyyatı üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin əsassız olduğunu, verilmiş ittiham üzrə sonuncu cinayət əməlinin törədildiyi yerin Bakı şəhəri, Yasamal rayonu ərazisi olduğunu, həmin ittiham üzrə təqsirləndirilən şəxslərin hüquqlarının kobud surətdə pozulduğunu, bununla bağlı məhkəmə baxışı zamanı tərəflərindən təqdim ediləcək sübutların və vəsatətlərin əksəriyyətinin Bakı şəhəri ilə bağlı olduğunu, təqsirləndirilən şəxslərə irəli sürülmüş ağır ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə olmasına baxmayaraq həmin ittihamın əsassız olduğunu, bununla bağlı gələcəkdə tərəflərindən əsaslı sübutların təqdim ediləcəyini bildirərək cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını xahiş etdilər. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin fikri ilə razı olduqlarını bildirdilər. Məhkəmə dövlət ittihamçısının vəsatətini, həmin vəsatətlə bağlı digər proses iştirakçılarının fikrlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, hazırki cinayət işi ərazi aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 181.2.1, 32.3, 181.2.5, 32.3, 221.3, 32.3, 228.4, 32.3, 134, 228.2.1, 228.2.2, 221.3, 134, 221.2.1, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, qəsdən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, silah və silah qismində istifadə olunan əşyadan istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilən xuliqanlıq və qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən beşbarmağı əldə etmə və gəzdirmə cinayətləri barədə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə həmin cinayətlərin törədilməsini təşkil edərək törədilməsinə rəhbərlik etməklə cinayətlərin təşkil edilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 və qeyrilərinə öz göstərişlərini və soyuq silahı və silah qismində istifadə edilən əşyaları verdikdən sonra sonuncular 08 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Tərtər şəhəri, Nizami küçəsində yerləşən 6 nömrəli tam orta məktəbin yaxınlığında silah qismində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik beşbarmaq tipində hazırlanmış soyuq silahdan və silah qismində istifadə olunan ağac parçasından istifadə etməklə aşkar surətdə ictimai qayda və hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına zidd olaraq heç bir əsaslı səbəb olmadan, öz üstünlüklərini nümayiş etdirib və silah və silah qismində istifadə edilən əşyalardan istifadə etməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib Zərərçəkmiş şəxs1 və X2 üzərinə hücum çəkərək onlarla dalaşıb ucadan nalayiq ifadələrlə onları təhqir etmiş, cinayətin davamı olaraq Təqsirləndirilən şəxs2 və qeyriləri cinayətkar qrupun təşkilatçısı Təqsirləndirilən şəxs1 sifarişi ilə Zərərçəkmiş şəxs1 və Eltun Paşayevi soyuq silah hesab edilən beşbarmaqla və silah qismində istifadə edilən ağac parçası ilə döyərək Zərərçəkmiş şəxs1 sağ mil bilək oynağında qayığabənzər sümüyün cisminin yerdəyişməyən sınığı ilə müşayiət olunan qəsdən sağlamlığa az ağır xəsarət yetirməklə həmin tarixdə bazar qiyməti 120 manat olan Zərərçəkmiş şəxs1 01 ədəd “Samsung” markalı, SM-A115F/DSN modelli mobil telefonunu quldurluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə, daşıma, saxlama, başqasına vermə və gəzdirmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu döyüş silahı hesab edilən 7.65 mm kalibrli, 912852 nömrəli, Valter PP modelli tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli və 7.65x17 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, 7.65 mm kalibrli, Valter PP modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağı və döyüş sursatlarını əldə edib gəzdirməklə və başqasına verməklə üzərilərində daşıyaraq saxlamış, daha sonra Təqsirləndirilən şəxs1 odlu silah hesab edilən 01 ədəd 912852 nömrəli, Valter PP modelli tapançadan, onun komplekt hissəsi olan darağından və döyüş sursatlarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilən xuliqanlıq cinayəti və öldürməklə hədələmə cinayətləri barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin cinayətlərin törədilməsinə rəhbərlik etməklə onların törədilməsini təşkil etmiş, bu məqsədlə cinayətin təşkil edilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 öz göstərişlərini, odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını verdikdən sonra Təqsirləndirilən şəxs2 həmin silahı ondan götürərək 10 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən “Xırman” adlanan ərazidə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, onlarla münasibətdə laqeydliliyini ifadə etməklə qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 qarşısını kəsməklə onu öldürməklə real əsaslarla hədələyib əlində olan odlu silah hesab edilən tapança ilə Zərərçəkmiş şəxs1 ayağının qarşısına bir dəfə atəş açaraq qərəzli olaraq xuliqanlıq cinayətini törəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq odlu silah hesab edilən 01 ədəd PQN markalı qəlpəli əl qumbarasını əldə edib, üzərində daşıyaraq gəzdirməklə saxlamış, tanışı Zərərçəkmiş şəxs5 onun sözlərinə kobud şəkildə fikir bildirməsinə cavab olaraq heç bir əsaslı səbəb olmadan 31 avqust 2023-cü il tarixdə saat 01:25 radələrində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, onlarla münasibətdə laqeydliliyini ifadə etməklə qərəzli hərəkətlər edərək təkrarən qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə daşıyaraq saxladığı bir ədəd odlu silah hesab edilən PQN markalı qəlpəli əl qumbarasını Zərərçəkmiş şəxs5 yaşadığı Tərtər rayonu, Hacıqərvənd kəndindəki yaşayış evinin yaxınlığında boş əkin sahəsində qəsdən partlatmaqla Zərərçəkmiş şəxs5 qarşı qərəzli xuliqanlıq hərəkətlərini təkrarən törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu döyüş silahı hesab edilən 7.65 mm kalibrli, 912852 nömrəli, Valter PP modelli tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli və 7.65x17 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, 7.65 mm kalibrli, Valter PP modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağı və döyüş sursatını əldə etdikdən sonra tanışı Zərərçəkmiş şəxs4 onun sözlərinə kobud şəkildə fikir bildirməsinə cavab olaraq heç bir əsaslı səbəb olmadan 04 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, onlarla münasibətdə laqeydliliyini ifadə etməklə qərəzli hərəkətlər edərək Tərtər rayonu, Hacıqərvənd kəndində Zərərçəkmiş şəxs4 yaşadığı ünvanın qarşısında qanunsuz olaraq əldə etdiyi bir ədəd odlu silah hesab edilən tapançadan bir dəfə havaya atəş açmaqla Zərərçəkmiş şəxs4 real əsaslarla öldürməklə hədələyərək təkrarən öldürməklə hədələmə cinayətini və təkrarən xuliqanlıq cinayətlərini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən yenidən təkrarən xuliqanlıq cinayətini törətmək barədə istintaqa məlum olmayan tanışları ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 İlə aralarında yaranmış mübahisə zəminində heç bir əsaslı səbəb olmadan 08 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Tərtər rayonu, Bayandur kəndində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özlərini ətrafdakılara qarşı qoyub, onlarla münasibətdə laqeydliliyini ifadə etməklə qərəzli hərəkətlər edərək bir qrup şəxs halında yumruq və təpik zərbələri ilə vurub Zərərçəkmiş şəxs3 sol said, sağ dirsək nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin olunmayan, Zərərçəkmiş şəxs2 sağ yanaq nahiyəsinin selikli qişasının qansızması ilə müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı qərəzli xuliqanlıq hərəkətlərini təkrarən törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 11,481 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 11 sentyabr 2023-cü il tarixdə saat 11:00-da ünvan 2 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün saat 13:03-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda 11,481 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 221.3, 228.4, 134, 228.2.1, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə əməlinin Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, silah və silah qismində istifadə olunan əşyadan istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilən xuliqanlıq və qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən beşbarmağı əldə etmə və gəzdirmə cinayətləri barədə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə həmin cinayətlərin törədilməsini təşkil edərək törədilməsinə rəhbərlik etmiş Təqsirləndirilən şəxs1 ona və qeyrilərinə öz göstərişlərini və soyuq silahı və silah qismində istifadə edilən əşyaları verdikdən sonra, Təqsirləndirilən şəxs2 və qeyriləri 08 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Tərtər şəhəri, Nizami küçəsində yerləşən 6 nömrəli tam orta məktəbin yaxınlığında silah qismində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik beşbarmaq tipində hazırlanmış soyuq silahdan və silah qismində istifadə olunan ağac parçasından istifadə etməklə aşkar surətdə ictimai qayda və hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına zidd olaraq heç bir əsaslı səbəb olmadan, öz üstünlüklərini nümayiş etdirib və silah və silah qismində istifadə edilən əşyalardan istifadə etməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib Zərərçəkmiş şəxs1 və X2 üzərinə hücum çəkərək onlarla dalaşıb ucadan nalayiq ifadələrlə onları təhqir etmiş, cinayətin davamı olaraq Təqsirləndirilən şəxs2 və qeyriləri cinayətkar qrupun təşkilatçısı Təqsirləndirilən şəxs1 sifarişi ilə Zərərçəkmiş şəxs1 və Eltun Paşayevi soyuq silah hesab edilən beşbarmaqla və silah qismində istifadə edilən ağac parçası ilə döyərək Zərərçəkmiş şəxs1 sağ mil bilək oynağında qayığabənzər sümüyün cisminin yerdəyişməyən sınığı ilə müşayiət olunan qəsdən sağlamlığa az ağır xəsarət yetirməklə həmin tarixdə bazar qiyməti 120 manat olan Zərərçəkmiş şəxs1 01 ədəd “Samsung” markalı, SM-A115F/DSN modelli mobil telefonunu quldurluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə, daşıma, saxlama və gəzdirmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu döyüş silahı hesab edilən 7.65 mm kalibrii, 912852 nömrəli, Valter PP modelli tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli və 7.65x17 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, 7.65 mm kalibrli, Valter PP modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağı və döyüş sursatlarını birlikdə əldə edib üzərilərində gəzdirməklə daşıyaraq saxlamış, daha sonra Təqsirləndirilən şəxs2 odlu silah hesab edilən 01 ədəd 912852 nömrəli, Valter PP modelli tapançadan, onun komplekt hissəsi olan darağından və döyüş sursatlarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilən xuliqanlıq və öldürməklə hədələmə cinayətləri barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, bu məqsədlə həmin cinayətlərin törədilməsini təşkil edərək törədilməsinə rəhbərlik etmiş Təqsirləndirilən şəxs1 ona öz göstərişlərini, odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını verdikdən sonra Təqsirləndirilən şəxs2 həmin silahı Təqsirləndirilən şəxs1 götürərək 10 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən “Xırman” adlanan ərazidə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, onlarla münasibətdə laqeydliliyini ifadə etməklə qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 qarşısını kəsməklə onu öldürməklə real əsaslarla hədələyib əlində olan odlu silah hesab edilən tapança ilə Zərərçəkmiş şəxs1 ayağının qarşısına bir dəfə atəş açaraq qərəzli olaraq təkrarən xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 9,105 qram çəkidə narkotik vasitə heroini və təkrarən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən 01 ədəd soyuq silahı əldə edib, üzərində saxlamaqla gəzdirərək Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi 76/1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 10 sentyabr 2023-cü il tarixdə saat 15:17-də Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi 76/1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 17.29-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə 9,105 qram çəkidə narkotik vasitə heroin və həmin şalvarın bel nahiyəsindən qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə saxladığı bir ədəd soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs1 5 epizod üzrə Tərtər rayonu, 1 epizod üzrə Bakı şəhəri ərazisində, Təqsirləndirilən şəxs2 2 epizod üzrə Tərtər rayonu, 1 epizod üzrə Bakı şəhəri ərazisində cinayət əməllərinin törədilməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir. Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur. Məhkəmə aidiyyətinə əməl edilməsinin əhəmiyyəti həmçinin onda ifadə edilir ki, aidiyyətlə bağlı tələblər ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə istiqamətlənmişdir. Qeyd edilən hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmə orqanlarına aidiyyəti CPM-in 67-77-ci maddələrində müəyyən edilmişdir. Adı çəkilən normalar ərazi, növ (predmet) və şəxslərə görə aidiyyəti, habelə məhkəmə orqanlarının səlahiyyətinə görə aidiyyəti fərqləndirmişdir. Məhkəmə qeyd edir ki, ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət mühakimə icraatını həyata keçirən hər bir məhkəmə orqanının səlahiyyətlərinin şamil edildiyi ərazi CPM-in 67-73-cü maddələrində müəyyən edilmişdir. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Eyni zamanda cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən mütləq yoxlanılmalıdır. Belə yoxlama birinci instansiya məhkəmələrinin hazırlıq iclası zamanı həll edilməli olan ilk məsələdir. Hər bir məhkəmə ona daxil olmuş cinayət işi və digər materiallar barədə hər hansı prosessual hərəkət etməmişdən (hazırlıq iclasınadək olan hərəkətlər istisna olmaqla) əvvəl həmin işin və ya materialların aidiyyətini yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. - 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin maddədə təsbit olunmuş ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. - 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. - 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 sentyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətlər müxtəlif inzibati ərazi vahidlərində törədildikdə, cinayət işinə istintaqı aparılan cinayətlərin əksəriyyətinin və ya ən ağırının törədildiyi yer üzrə məhkəmə baxır. Qanunverici ibtidai araşdırma və məhkəmə icraatının məhz cinayətin törədildiyi yer üzrə həyata keçirilməsini müəyyən etməklə sübutların sürətli, tam şəkildə əldə olunması və yoxlanılmasını təmin etmək, nəticədə cinayət mühakimə icraatının vəzifələrinin icrasına nail olmaq məqsədini güdmüşdür. Beləliklə, cinayət-prosessual qanunvericiliyi ilə tənzimlənən ərazi üzrə məhkəmə aidiyyəti prosessual qənaət prinsipinə riayət edilməsini təmin etməklə məhkəmə icraatının rahat və səmərəli olmasına, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, yəni yüksək nəticənin minimum vasitələrlə daha qısa müddətdə əldə edilməsinə xidmət edir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə dair işlər üzrə məhkəməyədək icraat yurisdiksiyası bütün ölkənin ərazisinə şamil olunan orqan tərəfindən tamamlandıqda, məhkəməyədək icraat bu inzibati ərazi vahidlərinin hər birində başa çatdırılmış sayıla və iş baxılması üçün cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə məhkəməyə göndərilə bilər. Qeyd olunan qərara əsasən ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə məhkəməyədək icraat yurisdiksiyası bütün ölkənin ərazisinə şamil olunan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tamamlanmışdır. Beləliklə, məhkəmə ittiham aktına və cinayət işinin materiallarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə cinayət əməllərindən altı epizoddan beşi Tərtər rayonu, Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə cinayət əməllərindən üç epizoddan ikisi Tərtər rayonu ərazisində törədildiyindən, cinayət işi üzrə 06 nəfər zərərçəkmiş şəxsin və 18 nəfər şahiddən 17 nəfərinin Tərtər və Bərdə rayonlarında yaşadıqlarından, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatı üzrə ağır cinayətə aid olmaqla həmin əməlin Tərtər şəhəri, Nizami küçəsində yerləşən 6 nömrəli tam orta məktəbin yaxınlığında törədilməsi ilə bağlı təqsirləndirilən şəxslərə qarşı ittiham irəli sürüldüyündən, həmçinin cinayət təqibi ilə bağlı bütün halların və sübutların hərtərəfli, tam və obyektiv araşdırılmasının, məhkəmə icraatının rahat və səmərəli həyata keçirilməsinin həmin inzibati ərazidə minimum vasitələrlə daha qısa müddətdə təmin edilməsi mümkün olduğundan cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsi yaradılmışdır. Məhkəmə fəaliyyətinə 01 yanvar 2011-ci il tarixindən başlamışdır. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Tərtər rayonu ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 181.2.1, 32.3, 181.2.5, 32.3, 221.3, 32.3, 228.4, 32.3, 134, 228.2.1, 228.2.2, 221.3, 134, 221.2.1, 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 221.3, 228.4, 134, 228.2.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer, yəni Tərtər rayonu Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidi olduğundan, cinayət işi baxılması üçün ərazi üzrə məhkəmə aidiyyəti maddəsinin hüquqi mahiyyətinə əsasən həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Bundan başqa cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 4(005)-1737/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 4(005)-459/2024 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 11 iyul 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1344/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 4(005)-1718/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 4(005)-457/2024 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 10 iyul 2024-cü il tarixədək uzadılmışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 10 iyul 2024-cü il, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 11 iyul 2024-cü il tarixdə bitdiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbirinin əsaslığını müzakirə edərək hesab edir ki, sonuncuların barələrində seçilmiş həbs qətimkan tədbiri əsaslıdır və sözügedən qətimkan tədbirinin hal-hazırda dəyişdirilməsinə zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri aidiyyəti məhkəmə tərəfindən iş üzrə məhkəmə hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 181.2.1, 32.3, 181.2.5, 32.3, 221.3, 32.3, 228.4, 32.3, 134, 228.2.1, 228.2.2, 221.3, 134, 221.2.1, 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 221.3, 228.4, 134, 228.2.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
3. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın.
Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva