Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1953/2025 23.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 12.1,279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində qəsdən iştirak etmiş və həm Azərbaycan Respublikasının, həm də ərazisində törətdiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan bu əmələ görə məhkum olunmamış, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır.
İşin faktiki halları
2. Əliyev X4 Federasiyasının Penza şəhərində olarkən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 22 sentyabr 2022-ci ildə Rusiya Federasiyasının ərazisindən keçməklə Ukraynanın Donetsk vilayətinə getmiş, orada qanunsuz silahlı birləşmənin tərkibinə daxil olub 2022-ci ilin sentyabr ayının sonlarından 25 mart 2023-cü il tarixədək olan müddətdə həmin xarici dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində qəsdən iştirak etmiş, hansı ki, həm Azərbaycan Respublikasının, həm də ərazisində törətdiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan bu əmələ görə məhkum olunmamışdır.
3. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən 19 iyun 2025-ci il tarixdə, saat 19 radələrində Bakı şəhərində metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2025-ci il tarixdə saat 19:42 dəqiqədə ünvan 3 ünvanda üzəri yoxlanılan zaman əynində olan tünd sarı rəngli şalvarın sağ cibindən bir şəffaf sellofan bükümdə xeyli miqdarda 0,392 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:
4. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlarda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 iyun 2025-ci il tarixdə o, metafetamin alıb metrodan çıxırmış, narkotik vasitəni cibinə qoyanda polis əməkdaşları tərəfindən saxlanılmışdır Onu bölməyə aparmışlar. Sonradan prokurorla görüşmüş və prokuror ona bildirmişdir ki, onun ayağına qandal taxacaqlar və cəzasını da bu cür çəkəcəkdir. Bundan başqa, o, 2012-ci ildən Rusiyada həbsdə olmuş və lakin cəzasını 2013-cü ildən hesablamışlar. O, həbsdə olan zaman yanına general gəlmiş və ona 6 ay Ukrayniyaya qarşı vuruşcağı təqdirdə azadlığa buraxılacağını və əfv olunacağını bildirmişdir. O, düşünmüşdür ki, vuruşmağa hərbiyə gedir və razılaşmışdır. 181 gün döyüşmüş, sonda ona pul və medal vermişlər. Medallardan birini Rusiya prezidenti özü ona təqdim etmişdir. Bundan sonra artıq azadlıqda qalmış və Bakıya qayıtmışdır. O, azadlığa çıxmaq naminə Ukraynaya qarşı vuruşmuşdur.
5. Şahidlər Şahid4, Şahid1, Şahid2 və X5 məhkəmə iclaslarında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verilmiş ifadələri elan edilmişdir.
6. Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa qarşı mübarizə baş idarəsindən İstintaqa 2 iyul 2025-ci il tarixdə 9-2134 saylı məktubla daxil olmuş ilkin materiallardakı 2 iyul 2025-ci il tarixli, 5/1/4504 saylı arayışla; arayışın məzmunundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olan, ünvan 5 ünvanında yaşayan əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişdir. Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə ölkə ərazisini Rusiya Federasiyası istiqamətində tərk etmiş, həmin ölkədə olarkən kriminal qrupun üzvləri ilə əlaqəli şəkildə quldurluq cinayəti törətdiyinə görə 18 il müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs Ukraynaya qarşı aparılan müharibədə iştirak etmək qarşılığında əfv edilərək 2022-ci ilin avqust ayında könüllü olaraq “Vaqner” özəl hərbi qruplaşmasının tərkibinə qoşulmuş, “Sveça” ləqəbi ilə müqavilə əsasında Ukraynanın Baxmut və digər ərazilərində döyüş əməliyyatlarına qatılaraq, Ukraynaya qarşı müharibədə iştirak etmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikasını xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası istiqamətində tərk etmiş və xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına deportasiya edilmişdir (cild 01; i.v.19-20).
7. Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarından görünür ki, o, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına səfər etmiş və xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına Azərbaycan pasportu ilə geri qayıtmışdır (cild 01; i.v.91-93).
8. Məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2025-ci il tarixli, 4191 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. VSİS-dən alınan məlumata əsasən o, 02 oktyabr 2024-cü il tarixdən Mingəçevir şəhəri MX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 01; i.v. 129-130).
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 tərəfindən verilmiş 16 iyul 2025-ci il tarixli 365/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sağ sağrı nahiyəsinin və sağ budun yumşaq toxumalarının odlu silah-qəlpə yaralanmalarından sonrakı çapıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər odlu silahdan açılan atəş nəticəsində qəlpələrin təsirindən əmələ gəlmişlər, qərarda göstərilən müddətdə və şəraitdə törənmələri inkar edilmir. Dərəcəsinə görə ümumillikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild 01; i.v.153-156).
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X9 tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli 2277 nömrəli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir. Hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlik qeydə alınmamışdır. Təqsirləndirilən şəxs hazırkı vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz hərəkətinin faktiki xarakteri və ictimai təhlükəliliyini tam dərk etməməsinə və idarə edə bilməməsinə səbəb olan hər hansı psixi pozuntu keçirməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 22-ci maddəsinin təsiri altına düşmür (cild 01; i.v.157-160).
11. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi”nə dair 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə, saat 19:42-də ünvan 6 ünvanda Təqsirləndirilən şəxs əynində olan tünd sarı rəngli şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində 1 ədəd “daş” kimi tanıdığı narkotik vasitə olan maddəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, qeyd olunanlardan əlavə hər hansısa əşya, predmet aşkar edilməmişdir (cild 01; i.v.189-191).
12. Məhkəmə kimyəvi ekspertizasının 20 iyun 2025-ci il tarixli 6/2258 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 164” möhür əksi, vət...Təqsirləndirilən şəxs...” və sair soyadlar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,392 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; i.v.223-227).
13. Məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2025-ci il tarixli, 3680 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. VSİS-dən alınan məlumata əsasən o, 02 oktyabr 2024-cü il tarixdən Mingəçevir şəhəri MX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 01; i.v. 266-267).
14. Sosial şəbəkəyə baxış keçirilməsi haqqında 04 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, “V-kontakte” proqram təminatına baxış keçirilən zaman həmin sosial şəbəkə istifadəçisinin “Tot-kto verit v lyubov” adı ilə +99***-***-**-** saylı telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi, 2024-cü ildən həmin “profil”in mövcudluğu, “profil” şəklinin arxa hissəsində 36 hərbi qeyimdə olan şəxsin ümumi fotosu, üzərində “PMC Waqner Group” sözləri əks etdirilmiş Rusiya Federasiyasının bayrağına bənzər bayrağın, “profil” şəkilinin orta hissəsində dairənin içərisində Təqsirləndirilən şəxs fotoşəkli əks etdirilmişdir, yaşayış yerinin Azərbaycan Respublikasının Bakı şəhərində olduğu, 18 ədəd foto şəklin və dostluğunda 171 nəfər şəxsin olduğu müəyyən edilmişdir. “V-kontakte” proqram təminatının video bölməsində müxtəlif videolar paylaşılmışdır, 30 avqust 2023-cü il tarixdə “X10” adlı video paylaşımında, öndə olan dağılmış bina istiqamətinə silahdan atışların həyata keçirilməsi əks edilmişdir. “Messenger” adlı proqram təminatında “V-kontakte” sosial şəbəkəsində “Tot-kto verit v lyubov” adlı profil istifadəçisinin dostluğunda olan “Belka Strelka” adlı profil istifadəçisinə ünvanladığı “Razvetka eta potijelee, tak jalko brat kak jalko, mi stolko tam voyevali tak jalko brotan tak jalko mi stolko voyevali stolko eti territorii zaxvatıvali eti derevni u Ukropov otbivali shas obratno vsyali i otdali, tak jalko prosto stolko pacanov paqiblo tam, ti xot sebya bereqi pojaluysta cem nu ti voobshe kto tam pulyemotcik.... razvetka etaa potijelee brat etaa mnoqo...riskov, vot 3 dnya ya doma priyexal V Azerbaycan k materi 13 let eyo ne videl vot şas aklimaciya zdes posidet tam pojit mesecok potara dva qde ta shtobi mama toje uspakoilas u neyo dusha toje uspakoilas a potom u menya plan est brat v Polestin uyexat daşt boq dast Allah vozmojnost ya uyedu tuda vot, prosta ya ne moqu ravnadushno smotret na te veshi shto İzrail tvorit s Musulmanami tam” (Tərcüməsi-Kəşfiyyat daha çətindir, çox təəssüf qardaşım, biz orada o qədər döyüşdük, çox təəssüf qardaşım, o bir qədər döyüşdük o qədər ərazi işğal etdik, onlardan kəndləri aldıq, indi isə qeri alıb onlara verdilər çox heyif sadəcə o qədər oğlan orada öldü, sən xahiş edirəm özünü qoru, sən orada ümumiyyətlə nəçisən? Pulyemotçusan? Kəşfiyyət daha çətindir ağırdır, risk çoxdur, 3 gündür mən evdəyəm Azərbaycana anamın yanına gəlmişəm, 13 ildir ki onu görmürəm, indi orada qalmaq burada qalmaq, bir ay yarım qalım ki anam sakitləşsin, sonra mənim planım var qardaşım, Fələstinə getmək Allah qoysa, imkan olsa oraya gedəcəyəm, sadəcə mən biganə qala bilmirəm, İsrail orada müsəlmanların başına açdıqlarına görə) audio səsi, 16 yanvar 2024-cü il tarixdə “Damir Matyushenko” adlı profil istifadəçisinə isə “ne brat poka ya v Azerbaycane skoro poyedu v Polistinu”(Tərcüməsi – yox qardaşım mən hələ Azərbaycandayam, tezliklə Fələstinə gedəcəyəm) yazışması, digər profil istifadəçisiləri ilə məişət mövzusunda yazışmalarının olduğu müəyyən edilmişdir. “V kontakte” proqram təminatında olan fotoşəkillər və video bölümlərində Təqsirləndirilən şəxs mülki formada fotoşəkilləri, hərbi formada üzərində “PMC Wagner Group” sözləri yazılmış “Vaqner” qanunsuz silahlı birləşməsinin bayrağı olan qrup halında “Kalaşnikov AK- 74” markalı silahı əlində tutmaqla fotoşəkil, tək və cəm halda üzərində Rusiya istehsalı olan avtomat “Kalaşnikov 47” markalı silah olan fotoşəkillər, üzərində Rusiya Ukrayna döyüşlərində yaralanmağına görə 1 medal, “Vaqner” qanunsuz silahlı birləşməsinin rəhbəri olmuş Yevgeniy Prigojin tərəfindən 1 təşəkkür medalı, “hərbi əməliyyatlarda şücaətə görə” 1 medal və RF prezidenti Vladimir Putin tərəfindən verilmiş “vətən uğrunda” 1 medalı əks etdirən fotoşəkil, aktiv döyüşləri əks etdirən 1 video paylaşılmışdır. Kompüter vasitəsi ilə baxış video qeydiyyata alınmaqla keçirilmiş və həmin videogörüntü “DVD” diskə yazılmaqla, fotoşəkillər fotoskrin olunaraq baxış protokoluna əlavə olunmuşdur (cild 02; i.v.28-36).
15. “Maddi sübut kimi tanıma haqqında” 04 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş. “V kontakte” proqram təminatında olan fotoşəkillər və video bölümlərində Təqsirləndirilən şəxs mülki formada fotoşəkilləri, hərbi formada üzərində “PMC Wagner Group” sözləri yazılmış “Vaqner” qanunsuz silahlı birləşməsinin bayrağı olan qrup halında “Kalaşnikov AK-74” markalı silahı əlində tutmaqla fotoşəkil, tək və cəm halda üzərində Rusiya istehsalı olan avtomat “Kalaşnikov 47” markalı silah olan fotoşəkillər, üzərində Rusiya Ukrayna döyüşlərində yaralanmağına görə 1 medal, “Vaqner” qanunsuz silahlı birləşməsinin rəhbəri olmuş Yevgeniy Prigojin tərəfindən 1 təşəkkür medalı, “hərbi əməliyyatlarda şücaətə görə” 1 medal “vətən uğrunda” 1 medalı əks etdirən fotoşəkillər, o cümlədən, aktiv döyüşləri əks etdirən video görüntülərin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (cild 02; i.v.37-38).
16. DTX Terrorçuluğa qarşı mübarizə baş idarəsindən istintaqa 7 oktyabr 2025-ci il tarixdə daxil olmuş 9-3311 saylı məktubdan görünür ki, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların da yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatlarla təchiz etmə kimi cinayət əməllərinin Ukrayna Cinayət Məcəlləsinin (xx.xx.2001-ci ildə qəbul edilmişdir) 260-cı maddəsində (xx.xx.2014-cü il tarixdə 1689 nömrəli - Vİİ qanunla dəyişikliklər edilmişdir) nəzərdə tutulduğu göstərilmişdir. Ukrayna Cinayət Məcəlləsinin 260-cı maddəsinin məzmunundan görünür ki, Ukrayna qanunları ilə nəzərdə tutulmayan hərbi-silahlı birləşmələrin yaradılması və ya onların fəaliyyətində iştirak — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır; Qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması və ya onların fəaliyyətində iştirak — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır; Birinci və ya ikinci hissədə göstərilən birləşmələrə rəhbərlik etmə, onların maliyyələşdirilməsi, onlara silah, sursat, partlayıcı maddələr və ya hərbi texnika təmin edilməsi — beş ildən on ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır; Birinci və ya ikinci hissədə göstərilən birləşmələrin tərkibində müəssisələrə, idarə və təşkilatlara və ya vətəndaşlara hücumda iştirak — yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır; Bu maddənin dördüncü hissəsində nəzərdə tutulan əməllər insanların ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır; Bu maddə üzrə cinayət məsuliyyətindən azad edilir — bu maddədə göstərilən birləşmələrin tərkibində olmuş, lakin könüllü olaraq həmin birləşməni tərk etmiş və onun mövcudluğu barədə dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarını məlumatlandırmış şəxs (cild 02; i.v.42-43).
17. “Əşyaların təyinatı üzrə həll edilməsi haqqında” 28 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş +994-77-736-31-33 nömrəli sim kart quraşdırılmış 01 ədəd “Samsung A10” markalı mobil telefon saxlanması üçün Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına göndərilmişdir (cild 02; i.v.53).
18. “Sübutların qiymətləndirilməsi haqqında” 28 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 12.1, 279.1-ci maddələri ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,392 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq, qalıq qalmış 0,292 qram hissəsinin Nizami RPİ-nin saxlanc otağına təhvil verilməsi nəzərə alınmışdır (cild 02; i.v.55-76).
Hüquqi məsələlər:
19. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. 279.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
20. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
21. Ukrayna Cinayət Məcəlləsinin 260-cı maddəsinin məzmunundan görünür ki, Ukrayna qanunları ilə nəzərdə tutulmayan hərbi-silahlı birləşmələrin yaradılması və ya onların fəaliyyətində iştirak — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə, əmlak müsadirəsi ilə və ya onsuz cəzalandırılır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
22. 02 iyul 2025-ci il tarixli “Tutulma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2025-ci il tarixdə, saat 19:00-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.38-39).
23. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 4(009)-334/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 iyul 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.80-84).
24. “Şübhəli şəxsin tutulması haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə, saat 19:42-dən tutulmuş hesab olunmuşdur (cild 01; i.v.205).
25. “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.251-252).
26. Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 04 oktyabr 2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 333.1ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay sınaq müddəti ilə cəzası şərti tətbiq edilmiş, Moskva Şəhər Məhkəməsinin 19 may 2014-cü il tarixli hökmünə əsasən RF CM-nin 105-ci maddəsinin 2-ci bəndi, 162-ci maddəsinin 4-cü hissəsinin 5-ci bəndi, 69-cu maddəsinin 3-cü və 5-ci hissələri ilə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Penza Şəhər Pervomaysk Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmünə əsasən RF CM-nin 158-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi, 115-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi, 158-ci maddəsinin 3-cü hissəsinin Q bəndi, 69-cu maddəsinin 3-cü hissəsi, 73, 71-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 01 il sınaq müddəti müəyyən edilmişdir (cild 01; i.v.268-270).
27. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 4(009)- 583/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 02 ay 16 gün müddətə, yəni 18 yanvar 2026-cı il tarixədək uzadılması qərara alınmışdır (cild 02; i.v.49-52).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
28. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
29. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
30. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər;
31. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
32. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
33. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
36. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
37. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
38. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etmiş, məhkəmə onun ifadəsində xüsusatların işin həqiqi halları və iş materiallarında olan sübutlarla uzlaşdığını məhkəmə istintaqının sonunda müəyyən etmiş və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, yuxarıda sadalanan sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1, 12.1,279.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
39. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
40. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri səmimi etiraf edərək peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.
41. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
42. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 12.1,279.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, AR CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar toplanılmaqla ona qəti cəza təyin edilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs istifadəsində olmuş. “V kontakte” proqram təminatında olan fotoşəkillər və video bölümlərində Təqsirləndirilən şəxs mülki formada fotoşəkilləri, hərbi formada üzərində “PMC Wagner Group” sözləri yazılmış “Vaqner” qanunsuz silahlı birləşməsinin bayrağı olan qrup halında “Kalaşnikov AK-74” markalı silahı əlində tutmaqla fotoşəkil, tək və cəm halda üzərində Rusiya istehsalı olan avtomat “Kalaşnikov 47” markalı silah olan fotoşəkillər, üzərində Rusiya Ukrayna döyüşlərində yaralanmağına görə 1 medal, “Vaqner” qanunsuz silahlı birləşməsinin rəhbəri olmuş Yevgeniy Prigojin tərəfindən 1 təşəkkür medalı, “hərbi əməliyyatlarda şücaətə görə” 1 medal “vətən uğrunda” 1 medalı əks etdirən fotoşəkillər, o cümlədən, aktiv döyüşləri əks etdirən video görüntülərin köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs götürülmüş və Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına təhvil verilmiş +994-77-736-31-33 nömrəli sim kart quraşdırılmış 01 ədəd “Samsung A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, iş üzrə maddi sübut Bakı Şəhəri Nizami RPİnin saxlanc kamerasında saxlanılan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
43. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
44. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 12.1,279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
45. İş üzrə mülki iddia yoxdur.
46. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
47. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 12.1,279.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdən 21 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs istifadəsində olmuş. “V kontakte” proqram təminatında olan fotoşəkillər və video bölümlərində Təqsirləndirilən şəxs mülki formada fotoşəkilləri, hərbi formada üzərində “PMC Wagner Group” sözləri yazılmış “Vaqner” qanunsuz silahlı birləşməsinin bayrağı olan qrup halında “Kalaşnikov AK-74” markalı silahı əlində tutmaqla fotoşəkil, tək və cəm halda üzərində Rusiya istehsalı olan avtomat “Kalaşnikov 47” markalı silah olan fotoşəkillər, üzərində Rusiya Ukrayna döyüşlərində yaralanmağına görə 1 medal, “Vaqner” qanunsuz silahlı birləşməsinin rəhbəri olmuş Yevgeniy Prigojin tərəfindən 1 təşəkkür medalı, “hərbi əməliyyatlarda şücaətə görə” 1 medal “vətən uğrunda” 1 medalı əks etdirən fotoşəkillər, o cümlədən, aktiv döyüşləri əks etdirən video görüntülərin köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut- Bakı Şəhəri Nizami RPİ-nin saxlanc kamerasında saxlanılan 0,292 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs götürülmüş və Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına təhvil verilmiş +994-77-736-31-33 nömrəli sim kart quraşdırılmış 01 ədəd “Samsung A10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatlarının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov