Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1954/2022 13.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Səbail rayon məhkəməsinin 7 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarı ilə cəzası dəyişdirilərək 1 (bir) il 4 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və 18 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə tanışı şəxsiyyəti istintaqa “Müşviq” adı ilə məlum olan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib birlikdə 3 iyul 2022-ci il tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanın qarşısına gəlib əvvəlcədən aralarında olan razılığa əsasən qrup üzvü “Müşviq” adlı şəxs həmin ünvanın yaxınlığında dayanmış, o isə həmin ünvanda yerləşən yaşayış binasının girişinə daxil olub 2-ci mərtəbəyə qalxaraq “Müşviq” adlı şəxsin əvvəlcədən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsə istintaqa məlum olmayan vasitə ilə pul ödəyib sifariş etdiyi və sonuncunun tapşırığı ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən həmin mərtəbədə quraşdırılmış sayğac qutusuna qoyulmuş içərisində 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1115,0 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 736,8 qram olan narkotik vasitə heroin olan 1 ədəd göy rəngli polietilen torbanı götürüb qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bundan sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Müşviq” adlı şəxslə görüşmək məqsədilə binanın girişindən çıxıb Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 nömrəli ünvanın qarşısında piyada hərəkətdə olarkən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 23:05 radələrində qeyd edilən ünvanda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zamanı əlindəki göy rəngli sellofan torbadan 1 ədəd qara rəngli sellofan bağlamada külli miqdarda təmiz çəkisi 1115,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 736,8 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitələrdən, heroin və ya metafetamini vaxtaşırı damarına iynə ilə vurmaqla istifadə etmişdir. Ehtiyacı olanda narkotik vasitəni üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxslərdən və Səbail rayonunda “Poçt”un yaxınlığında yaşayan “Müşviq" adlı şəxsdən pul müqabilində əldə etmişdir. Sonuncu dəfə, yəni 3 iyul 2022-ci il tarixdə axşam saatlarında Müşviqin xatırlamadığı mobil nömrəsinə zəng edib ondan heroin almaq istədiyini bildirmişdir. Müşviq isə narkotik vasitələrini satıb bitirdiyini və elə həmin gün yeni narkotik vasitələri İran İslam Respublikasındakı tanışından sifariş edəcəyini və əgər istəyirsə, onun üçün də sirafiş etməsini bildirmişdir. O da Müşviqlə razılaşmış və Müşviqə 20 manat pul verəcəyini, onun üçün də narkotik vasitə sifariş verməsini demişdir. Bir qədər sonra Müşviq ona zəng edib sifarişin hazır olduğunu və birlikdə gedib götürmələrini bildirmişdir. O, Müşviqdən bunun səbəbini soruşduqda Müşviq xəritə proqramı olan “Vaze” adlı proqramla “iranlı”nın göndərdiyi məkana getmək lazım olduğunu və özünün həmin proqramı yaxşı bilməməsini, həmin proqram vasitəsilə əvvəldən qoyulmuş narkotikin yerini göstərən məkana getməyinə kömək etməyini bildirmişdir. O da etiraz etməmiş və Müşviqlə həmin gün saat 22:30 radələrində Səbail rayonu ərazisində görüşüb “Renault Megane” markalı dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə Nizami rayonu 8 km bazarı yaxınlığına, 5 mərtəbəli binanın qarşısına gəlmişdir. Yolda Müşviqə 20 manat pul vermişdir. Orada Müşviq avtomobildən enib binanın qarşısında gözləmiş və ondan binanın girişlərindən birinə daxil olub, 2-ci mərtəbədəki sayğacların qutusunun içinə baxmağını, həmin sayğac qutularının birinin içində siqaret qutusunda olan narkotiki götürüb gəlməyini istəmişdir. O, Müşviqin dediyi kimi edib 2-ci mərtəbəyə qalxmış və oradakı sayğac qutularının içinə baxsa da, oradan heç nə tapa bilməmişdir. Bundan sonra həyətə çıxıb Müşviqə yaxınlaşıb orada siqaret qutusu olmamasını demişdir. Müşviq isə əlindəki “Samsung” markalı mobil telefonu ona verib həmin mobil telefonun işığı ilə su sayğaclarına yenidən baxmağını bildirmişdir. Bundan sonra Müşviqin mobil telefonunu əlinə götürüb tam görməyi üçün onun işığını yandırmış və yenidən 2-ci mərtəbəyə qalxmışdır. 2-ci mərtəbədə olarkən su sayğaclarına yenidən baxsa da, yenə də heç nə tapa bilməmişdir. Həmin vaxt huşu tam açıq olmamış, ona görə də nə etdiyini tam bilməmişdir. Bundan sonra narkotik vasitə tapmayıb binadan həyətə çıxanda Müşviqin bir qədər uzaqda kənarda dayandığını görmüşdür. Həmin vaxt bir neçə polis əməkdaşı ona yaxınlaşmış, bu vaxt Müşviqin qaçaraq uzaqlaşdığını görmüşdür. Polis əməkdaşları əllərində olan göy sellofan paketi yerə atıb həmin paketin ona məxsus olduğunu deyib avtomobilə əyləşdirirərək onu bir qədər uzaqlıqda yerləşən binaların arasına aparmışlar. Binaların arasında polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmışdır. Daha sonra onu avtomobillə Nizami rayon 24-cü Polis Bölməsinə gətirmişlər. Polis bölməsində üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı videoçəkilişdə sanki onunmuş kimi cibinə 20 man qoyub çəkilişə başlamışdır. Lakin o, narkotik vasitənin özünə məxsus olmaması, həmçinin huşu özündə olmadığı üçün etirazlar etmişdir. Buna görə də videoçəkiliş bir neçə dəfə təkrarlanmalı olmuşdur. Beləliklə, videoçəkiliş zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 1 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroin, 1 bükümdə yaşıl rəngli, qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd açar, 20 AZN pul, sol yan cibindən isə “Samsung” və “Vertu” markalı mobil telefonlar aşkar olunmuşdur. Polis əməkdaşları göy sellofan paketi su sayğacının içərisindən götürməyini deməyini bildirmişlər. O da özündə olmadığı üçün videoçəkiliş zamanı onların dediklərini təkrarlamışdır. Lakin həmin su sayğaclarının içərisinə ittihamda qeyd edildiyi qədər narkotik vasitələrin yerləşməsi mümkün deyildir. Sonra həmin kütlələr qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Verilən suallara cavab olaraq Müşviqin narkotik vasitələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə edib satışını təşkil etdiyini, üzərindən aşkar olunan “Samsung” markalı mobil telefonun “Müşviqə” məxsus olduğunu, “Müşviqin” həmin telefonu ona narkotik vasitənin gizlədildiyi yeri tapması və telefonda olan adresə baxmaq üçün verdiyini, “Vertu” markalı telefonun özünə məxsus olduğunu, narkotik maddəni əldə etmək üçün Müşviqlə birlikdə saxlanıldığı yerə “Renault megane” markalı avtomobillə tanımadığı taksi sürücüsü ilə gəldiyini, polislər tərəfindən saxlanıldığını görən Müşviqin oradan qaçdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ***-***-**-** nömrəsini işlətdiyini, başqa hardasa narkotik maddə saxlamadığını bildirmişdir. Hadisə günü narkotik vasitənin təsiri altında olmamış, narkotik vasitə götürməyə gedən zaman ağrıları olduğu üçün huşu tam açıq olmamışdır. Müşviqlə görüşməyinə səbəb sifariş verdiyi narkotik maddələri götürmək olmuşdur. Binada olan su sayğaclarının içərisindən narkotik vasitə tapmamışdır. Tutulan zaman narkotik vasitəni hələ götürməmişdir. Narkotik vasitə ilə dolu olan göy sellofan paket polis əməkdaşlarında olmuşdur. Binanın içərisi qaranlıq olduğundan işıqdan istifadə etmək və proqramla narkotik vasitənin yerləşdirildiyi yeri tapmaq üçün Müşfiqin telefonunu götürmüşdür. Polis əməkdaşları gözünə və alnına xəsarət yetirmişlər. Müşviq onun verdiyi 20 manat müqabilində ona 0,2 qram heroin və 0,2 qram “patı” verməli olmuşdur. Müşviqlə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Videoçəkilişlə şəxsi axtarış aparılan zaman gözündə olan xəsarətlər aşkar görünmüşdür. Ona fiziki təsir göstərən polis əməkdaşlarının adlarını bilmir, ancaq onları görsə tanıyar. Müşviqin narkotik vasitələrin satışını həyata keçirdiyini bilmişdir. İranlı ilə telefon danışığı olmamışdır. Polis əməkdaşları sənədlərə imza atmadığı təqdirdə ona daha ağır ittiham irəli sürüləcəyini bildirmişlər. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitələri, heroin və ya metafetamini vaxtaşırı damarına iynə ilə vurmaqla istifadə etmişdir. Ona narkotik vasitə ehtiyac olanda üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxslərdən və Səbail rayonunda “Poçt”un yaxınlığında yaşayan “Müşviq" adlı şəxsdən pul müqabilində əldə etmişdir. Sonuncu dəfə, yəni 3 iyul 2022-ci il tarixdə axşam saatlarında “Müşviqin” xatırlamadığı mobil nömrəsinə zəng edib ondan heroin almaq istədiyini bildirmişdir. Müşviq isə narkotik vasitələrini satıb bitirdiyini və elə həmin gün yeni narkotik vasitələri İran İslam Respublikasıdakı tanışından sifariş edəcəyini və əgər istəyirsə, onun üçün də sirafiş etməsini bildirmişdir. O isə bununla razılaşmış və Müşviqə 10 manat pul verəcəyini, onun üçün də 1 qram heroin sifariş verməsini demişdir. Bir qədər sonra Müşviq ona zəng edib, sifarişin hazır olmasını və birlikdə gedib götürmələrini bildirmişdir. O, səbəbini soruşduqda Müşviq xəritə proqramı olan “Vaze” adlı proqramla “iranlı”nın göndərdiyi məkana getmək lazım olmasını və onun da həmin proqramı yaxşı bilməməsini, həmin proqram vasitəsilə əvvəldən qoyulmuş narkotikin yerini göstərən məkana getmələrinə kömək etməyini bildirmişdir. O da etiraz etməmiş və Müşviqlə həmin gün saat 22:30 radələrində Səbail rayonu ərazisində görüşüb, “Renault Megane” markalı dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə Nizami rayonu 8 km bazarı yaxınlığına, 5 mərtəbəli binanın qarşısına gəlmişlər. Yolda o, Müşviqə 10 manat pulunu vermişdir. Orada Müşviq avtomobildən enib, binanın qarşısında gözləmiş və onun binanın girişlərindən birinə daxil olub, 2-ci mərtəbədəki sayğacların qutusunun içinə baxmağını, həmin sayğac qutularının birinin içində siqaret qutusunda olan narkotiki götürüb gəlməyini istəmişdir. O, Müşviqin dediyi kimi edib, 2-ci mərtəbəyə qalxmış və oradakı sayğac qutularının içinə baxsa da, orada siqaret qutusu deyil, göy sellofan paketin olmasını görmüşdür. Bu zaman yuxarı mərtəbədən enən tanımadığı, iri bədən quruluşlu şəxs onun yanından keçib aşağı düşərkən aşağıdan yüksək səslə ona göy sellofan paketi götürməyini bildirmişdir. O isə heç nə götürməyib həyətə çıxmış və Müşviqə yaxınlaşıb orada siqaret qutusu olmamasını və bir nəfərin göy sellofanı götürməyini bildirməsini demişdir. Müşviq isə həmin səsi onun da eşitməsini, həmin şəxsi tanımamasını bildirib və əlindəki “Samsung” markalı mobil telefonu ona verib, “İranlı” ilə danışmağını, heroinin həmin yerdə olmasını deyib, telefonla yenidən həmin 2-ci mərtəbəyə qalxmağını istəmişdir. O da Müşviqin mobil telefonunu əlinə götürüb, tam görməyi üçün onun işığını yandırıb, yenidən 2-ci mərtəbəyə qalxmışdır. O 2-ci mərtəbədə olarkən Müşviqin “Samsung” markalı mobil telefonuna “vatsap”dan zəng gəlmiş və o, telefonu açarkən xətdəki naməlum şəxs “mal”ı götürüb-götürməməyini soruşmuş və o da həmin göy rəngli sellofan paketi götürdükdən sonra sonuncuya “malı” götürdüyünü demişdir. O həmin vaxt narkotik vasitələrin təsiri altında olmuş və huşu tam aydın olmamışdır. Ona görə də nə etdiyini tam bilməmişdir. Bundan sonra əlində həmin sellofan paketlə çıxarkən Müşviqin qaçaraq avtomobilə əyləşib getməsini görmüş və bu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. 24-cü Polis Şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə videogörüntü ilə şəxsi axtarış keçirilmişdir, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, sağ əlində saxladığı göy rəngli, sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroin, 1 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd açar, 20 AZN pul, sol yan cibindən isə “Samsung” və “Vertu” markalı mobil telefonlar aşkar olunmuşdur. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 920 qram olmuşdur. Daha sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 230 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün içində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd açar və 20 AZN pul ona geri qaytarılmış, mobil telefonlar isə götürülmüşdür. O, verilən suallara cavab olaraq, sağ əlində saxladığı sellofan torbadan aşkar olumuş narkotik maddələri vaxtaşırı olaraq narkotik vasitə aldığı, tanışı “Müşviq” adlı şəxsin vasitəsi ilə Nizami rayonunda gizlədilən yerdən əldə etdiyini, həmin kütlələri “Müşviqə” çatdırmağının əvəzində sonuncudan narkotik vasitə götürəcəyini, “Müşviqin” həmin narkotik vasitələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə edib satışını təşkil etdiyini, üzərindən aşkar olunan “Samsung” markalı mobil telefonun “Müşviqə” məxsus olduğunu, “Müşviqin” həmin telefonu ona narkotik vasitənin gizlədildiyi yeri tapmağı üçün telefonda olan adresə baxmaq və İran islam Respublikası vətəndaşı ilə sözügedən narkotik maddəni əldə etməyilə bağlı əlaqə saxlayaraq bildirməyi üçün ona verdiyini, “Vertu” markalı telefonun özünə məxsus olduğunu, narkotik maddəni əldə etmək üçün “Müşviqlə” birlikdə saxlanıldığı yerə “Renault megane” markalı avtomobillə tanımadığı taksi sürücüsü ilə gəldiyini, polislər tərəfindən saxlanıldığını görən “Müşviqin” oradan həmin avtomobillə qaçdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ***-***-**-** nömrəsini işlətdiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir (cild 1, iş vərəqə 52-55 və 66-69). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 3 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma ilə məşğul olması barədə daxil olmuş məlumat rəhbərliyə məruzə olunaraq həmin şəxsin ifşa olunması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edilmişdir. Bundan sonra yaradılmış əməliyyat qrupu üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxsin ünvan 2 ünvanın yaxınlığında olması müəyyən olunduqdan sonra həmin ünvana yollanmışlar. Həmin gün saat 23:05 radələrində qeyd olunan ünvanda bir nəfər şəxsin xarici əlamətlərinin Təqsirləndirilən şəxs adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsi görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olması bildirilərək onlarla birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə gəlməsi təklif olunmuşdur. PŞ-də həmin şəxsə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə, 1 bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd açar, 20 AZN pul, sol yan cibindən isə “Samsung” və “Vertu” markalı mobil telefonlar aşkar olunmuşdur. Daha sonra heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 920 qram olmuşdur. Daha sonra qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 230 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün içində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd açar və 20 AZN pul Təqsirləndirilən şəxs geri qaytarılmış, mobil telefonlar isə götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq sağ əlində saxladığı sellofan torbadan aşkar olumuş narkotik maddələri vaxtaşırı olaraq narkotik vasitə aldığı tanışı “Müşviq” adlı şəxsin vasitəsi ilə Nizami rayonunda gizlədilən yerdən əldə etdiyini, həmin kütlələri “Müşviqə” çatdırmağının əvəzində sonuncudan narkotik vasitə götürəcəyini, Müşviqin həmin narkotik vasitələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə edib satışını təşkil etdiyini, üzərindən aşkar olunan “Samsung” markalı mobil telefonun “Müşviqə” məxsus olduğunu, “Müşviqin” həmin telefonu ona narkotik vasitənin gizlədildiyi yeri tapmağı üçün telefonda olan adresə baxmaq və İran İslam Respublikası vətəndaşı ilə sözügedən narkotik maddəni əldə etməyilə bağlı əlaqə saxlayaraq bildirməyi üçün ona verdiyini, “Vertu” markalı telefonun özünə məxsus olduğunu, narkotik maddəni əldə etmək üçün “Müşviqlə” birlikdə saxlanıldığı yerə “Renault megane” markalı avtomobillə tanımadığı taksi sürücüsü ilə gəldiyini, polislər tərəfindən saxlanıldığını görən “Müşviqin” oradan həmin avtomobillə qaçdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ***- ***-**-** nömrəsini işlətdiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs gecə saatlarında tutmuşlar. Təqsirləndirilən şəxs xarici görünüşü ilə bağlı onlarda məlumat olduğundan onu tanıya bilmişlər. Təqsirləndirilən şəxs piyada hərəkət edərkən tutmuşlar. Təqsirləndirilən şəxsi tutarkən ətrafda hər hansı avtomobilin hərəkətini müşahidə etməmişlər. Təqsirləndirilən şəxs 2 nəfər tutmuşlar. Təqsirləndirilən şəxs tutulan zaman ayıq olmuş, heç bir narahatçılığı olmamışdır. Tutulan zaman təqsirləndirilən şəxsin əlində göy sellofan paket olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirən zaman avtomobili kimin idarə etdiyini xatırlamır. Narkotik maddələrlə dolu göy sellofan paketi yerə qoymamışdır. Polis bölməsinə gedərkən avtomobili binaların arasında saxlamamışlar. Təqsirləndirilən şəxsi polis şöbəsinə apararkən yolda avtomobili dayandırmamışlar. Təqsirləndirilən şəxs üzündə xəsarət izi olmasını xatırlamır. Təqsirləndirilən şəxsə qarşı videoçəkilişdən əvvəl və sonra heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs göy sellofan paketdəki narkotik vasitələri Müşviq adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi avtomobillə polis şöbəsinə gətirmişlər. Avtomobilin ona yoxsa digər polis əməkdaşına məxsus olmasını xatırlamamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və görtürmə aparılması” haqqında protokoldan görünür ki, təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Anar Sərdariı təkliflə razılaşaraq əlindəki göy rəngli sellofan torbanı təqdim edərək içərisində 2 ədəd bağlama olmasını, bağlamadan birində narkotik vasitə qurudulmuş marixuana olmasını, ikinci bağlamada isə narkotik vasitə heroin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd açar, 20 manat pul, sol cibindən isə “Samsung” və “Vertu” markalı mobil telefon aparatları aşkar olunmuşdur. Həmin narkotik vasitələri tanışı “Müşviq” adlı şəxsin vasitəsi ilə Nizami rayonunda gizlədilən yerdən əldə etdiyini, həmin kütlələri “Müşviqə” çatdırmağının əvəzində sonuncudan narkotik vasitə götürəcəyini, Müşviqin həmin narkotik vasitəni adını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə edib satışını təşkil etdiyini, üzərindən aşkar olunan “Samsung” markalı mobil telefon aparatının Müşviqə aid olduğunu, Müşviqin həmin telefonu qoyulmuş yerin tapılması üçün ona verdiyini, Müşviqlə birlikdə saxlanıldığı yerə tanımadığı “Renault Megane” markalı avtomobillə gəldiklərini, onun polislər tərəfindən saxlanıldığını gördükdə Müşviqin avtomobillə oradan qaçıb getməsini bildirmişdir (cild 1, iş vərəqə 29-31). Cinayət işinin materiallarında olan “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 4 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” zamanı təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əlindəki göy rəngli sellofan torbanı təqdim edərək içərisində 2 ədəd bağlama olmasını, bağlamadan birində narkotik vasitə qurudulmuş marixuana olmasını, ikinci bağlamada isə narkotik vasitə heroin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxıq keçirilərkən əynindəki şalvarının sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd açar, 20 manat pul, sol cibindən isə “Samsung” və “Vertu” markalı mobil telefon aparatları aşkar olunmuşdur. Həmin narkotik vasitələri tanışı “Müşviq” adlı şəxsin vasitəsi ilə Nizami rayonunda gizlədilən yerdən əldə etdiyini, həmin kütlələri Müşviqə çatdırmağının əvəzində sonuncudan narkotik vasitə götürəcəyini, Müşviqin həmin narkotik vasitəni adını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə edib satışını təşkil etdiyini, üzərindən aşkar olunan “Samsung” markalı mobil telefon aparatının Müşviqə aid olduğunu, Müşviqin həmin telefonu qoyulmuş yerin tapılması üçün ona verdiyini, Müşviqlə birlikdə saxlanıldığı yerə tanımadığı “Renault Megane” markalı avtomobillə gəldiklərini, onun polislər tərəfindən saxlanıldığını gördükdə Müşviqin avtomobillə oradan qaçıb getməsini bildirmişdir (cild 1, iş vərəqə 90). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 7/724 saylı 4 iyul 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr” yazılar və imzalar olan 1 ədəd üzəri skoçla bağlanmış göy rəngli polietilen torbadakı qara rəngli polietilen bağlamada ağ rəngli sellofan torbada təmiz çəkisi 1115 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümumi təmiz çəkisi 1115 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 1114,95 qram, cild 1, iş vərəqə 38-39). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 6/3655 saylı 4 iyul 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №7”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 736,8 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 736,8 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, qalıq 736,6 qram, cild 1, iş vərəqə 43-45). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 3841 saylı 15 iyul 22022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 131-132). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 1114,95 qram olan narkotik vasitə marixuana, 736,6 qram olan narkotik vasitə heroin, 1 ədəd “Samsung” və 1 ədəd “Vertu” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 136-144). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 7 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarı ilə cəzası dəyişdirilərək 1 (bir) il 4 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 100-116 və 118-120). Azərbaycan Respublikası Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2021-ci il tarixdə cəza müddətinin sonu ilə müəssisədən azad olunmuşdur (cild 2). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 97). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 iyul 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 5 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 3 iyul 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 78-81). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 3 iyul 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 186 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 1114,95 qram olan narkotik vasitə marixuana və 736,6 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung” və 1 ədəd “Vertu” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilməli, -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 3 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 186 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 1114,95 qram olan narkotik vasitə marixuana və 736,6 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung” və 1 ədəd “Vertu” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilsin, -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1954/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1954/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver