Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1954/2024 30.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakı ilə, 1 iyun 2004-cü ildə Lənkəran rayonu, Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Hərbi Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1-1(095)- 234/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 4(dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə, 8 fevral 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 30 oktyabr 2024-cü il tarixdə, saat 12:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs1 19 fevral 2024-cü il tarixdə, saat 20 radələrində dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirib sonuncunun idarə etdiyi “VAZ-21099” markalı, 10-BV- 369 dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin qismində Bakı-Quba magistral yolunun Quba istiqamətində hərəkətdə olarkən həmin istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Forte” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qanunla müəyyən olunmuş sürət həddində hərəkət etməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 həmin avtomobilə uzaq vuran işıqlardan istifadə etməklə yol verməsini və daha sonra həmin avtomobilin yan tərəfinə keçərək ona yol vermədiyi üçün nalayiq ifadələrdən istifadə edən zaman Zərərçəkmiş şəxs əl-qol hərəkətləri ilə onlara etiraz etməsini bəhanə edib Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncudan idarə etdiyi avtomobili saxlamasını tələb edərək buna nail olub qeyd olunan magistral yolun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrliyində yolun hərəkət hissəsində Təqsirləndirilən şəxs2 avtomobili saxlayıb enərək söhbəti aydınlaşdırmaq üçün üzərinə gələn Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranaraq dava etdiklərini görüb heç bir əsaslı səbəb olmadan avtomobildə olan Təqsirləndirilən şəxs2 məxsus müəyyən olunmayan bıçağı götürərək avtomobildən enib ətrafda avtomobillərin hərəkətinin dayanmasına və insanların toplaşmasına məhəl qoymayaraq başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs üzərinə hücum etməklə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə bıçaqla qəsdən bir neçə dəfə zərbə vuraraq ona döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sağ said nahiyəsinin kəsilmiş yarası və sol tərəfli pnevmohemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.
2. Təqsirləndirilən şəxs2 19 fevral 2024-cü il tarixdə, saat 20 radələrində dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirib idarə etdiyi “VAZ-21099” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba magistral yolunun Quba istiqamətində hərəkətdə olarkən həmin istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Forte” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qanunla müəyyən olunmuş sürət həddində hərəkət etməsinə baxmayaraq, həmin avtomobilə uzaq vuran işıqlardan istifadə etməklə yol verməsini və daha sonra həmin avtomobilin yan tərəfinə keçərək ona yol vermədiyi üçün nalayiq ifadələrdən istifadə edən zaman Zərərçəkmiş şəxs əl-qol hərəkətləri ilə onlara etiraz etməsini bəhanə edib Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncudan idarə etdiyi avtomobili saxlamasını tələb edərək buna nail olub qeyd olunan magistral yolun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrliyində yolun hərəkət hissəsində Təqsirləndirilən şəxs2 avtomobili saxlayıb enərək söhbəti aydınlaşdırmaq üçün üzərinə gələn Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ətrafda avtomobillərin hərəkətinin dayanmasına və insanların toplaşmasına məhəl qoymayaraq başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq hərəkətlərini davam etdirib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə vuraraq ona baş beynin alın payında intraparenximal hematoma və sağ gicgah payında hemorragik kontuziya ilə nəticələnən bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İşin halları və dəlilləri:
3. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, baş verən hadisədə onun xuliqanlıq niyyəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ilə “Socar” yanacaq doldurma məntəqəsindən çıxıb yola davam edərkən yoldakı yüngül tıxac zamanı qarşıda iki maşınlıq boş yer olmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 xəbərdarlıq işığını yandırıb Zərərçəkmiş şəxs maşınını ötüb keçmiş, sonuncu isə onları təqib edib “miqat” etməklə yan tərəflərinə keçib pəncərədən əl-qol hərəkətləri etmişdir. O, Zərərçəkmiş şəxs sürüb getməsini demiş, lakin sonuncu maşını onların üzərinə sürmüş, Kamal maşını güclə saxladıqdan sonra maşını yenidən sağa-sola hərəkət etdirib sürməyə başlamış, habelə Kamal maşını Pərvizin yan tərəfinə yönləndirib ona nə etdiyini deyərək söyüş söymüşdür. Bundan sonra Pərviz maşını onların qarşısına sürüb maşından düşərək Kamalın üzərinə gəlmiş, sonuncunu vurub yerə yıxmışdır. O, Kamalla Pərvizin dalaşdığını görüb maşından düşüb Pərvizə təpiklə zərbə vuraraq onlardan uzaqlaşdırmaq istəmiş, bu zaman Pərviz onunla dalaşmağa başlamışdır. O, maşına qayıdaraq bıçağı götürüb Pərvizə hücum etmiş, lakin Pərvizin bədənində qan olmadığından bıçaqla hücum edərkən ona vurub-vurmadığını dəqiq bilməmişdir. Pərviz yenidən Kamalın üzərinə hücum etdikdən sonra huşu getmiş, onlar da maşına minib həmin ərazini tərk etmişlər. O, yolda Kamala Pərvizə bıçaqla hücum etdiyini, lakin bıçağın ona dəyib-dəymədiyini dəqiq bilmədiyini bildirmişdir.
4. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, əvvəlcə Zərərçəkmiş şəxs maşını saxlayıb onların maşınına doğru gəlmiş, Kamal bunu görüb maşından düşərək ona doğru getmiş, Kamal Pərvizə çatan kimi sonuncu ona yumruqla vurmuşdur. O, Pərvizlə Kamalı ayırmaq üçün Pərvizə təpik vurduqdan sonra sonuncu onunla dava edərək söyüş söyməyə başlamış, bu səbəbdən o, maşına qayıdıb ləvazimatların olduğu kisədən bıçaq götürüb Pərvizi bıçaqla vurmuş, lakin həmin vaxt qanın olmasını görmədiyindən bıçağın Pərvizə dəyib-dəyməməsini bilməmişdir. İstifadə etdiyi bıçaq onun özünə məxsus olmamış, həmin bıçağı maşından düşərkən deyil, sonradan qayıdıb özünü müdafiə etmək məqsədi ilə götürmüş, bu zaman başqa şəxslər Pərvizi tutub onlardan aralamağa çalışmışdır. O, bıçaqla Pərvizin hansı nahiyəsindən vurduğunu bilməmiş, sonuncu onu döymüş, aralarında yaranmış münaqişə zamanı digər şəxslər onları ayırmağa çalışmışdır. Hadisə baş verərkən hava qaranlıq olmuş, bu zaman nə özü, nə də Kamal sərxoş vəziyyətdə olmamış, o cümlədən Pərvizin də sərxoş vəziyyətdə olmasını hiss etməmiş, lakin polis bölməsində olarkən rəis ona Pərvizin sərxoş vəziyyətdə olduğunu demişdir. O, Pərvizi vurarkən sonuncu əvvəlcə yıxılmamış, lakin sonradan huşu getmişdir. Kamalın maşınının pəncərələri açılmadığından maşın hərəkətdə olarkən qapını açıb Pərvizə sürüb onlardan uzaqlaşmasını bildirmişdir. 20 fevral 2024-cü il tarixdə Kamalla birlikdə polis idarəsinə getmiş və orada tutulmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 ona qarşı verilmiş mülki iddianı qəbul etmədiyini, ondan tələb olunan məbləğdə pulu ödəməyə maddi imkanı olmadığını və törətdiyi əməlindən peşman olduğunu bildirərək Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin, o cümlədən məhkəmə icraatı zamanı da müqavilə əsasında onun hüquqlarını müdafiə etmiş müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. T.Təqsirləndirilən şəxs1 həmin ifadələrdə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 “VAZ-21099” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaqla onun tanışıdır. 19 fevral 2024-cü il tarixdə Kamal həmin avtomobili idarə edərkən o da avtomobildə olmuşdur. Kamal həmin avtomobili idarə edərkən Bakı-Quba magistral yolunun Binəqədi rayonundan keçən 12 kilometrliyində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinə daxil olaraq avtomobilin çəninə benzin vuraraq oradan çıxmışdır. Yanacaq doldurma məntəqəsindən çıxarkən Kamal yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkət etməyə başlamış, qarşısında hərəkət edən “Kia Forte” markalı avtomobil aşağı sürətlə hərəkət etmişdir. Həmin vaxt Kamal idarə etdiyi avtomobilin uzaq vuran fara işıqları ilə qarşısındakı avtomobilin yol verməsi üçün dəfələrlə siqnal kimi vermiş, qarşıdakı avtomobil yenə yavaş hərəkət etdiyindən Kamal yolun hərəkət hissəsinin sol tərəfinə manevr etmiş, həmin avtomobilin yanından aşağı sürətlə keçərkən avtomobilin sürücüsü avtomobilin sol tərəfdəki pəncərəsini aşağı endirərək əlini bayıra çıxararaq onlara nəsə demiş, həmin vaxt sürücünün yanında bir nəfər qadın əyləşmişdi. Bu zaman Kamal avtomobili aşağı sürətlə idarə etdiyindən və avtomobilin şüşəsi aşağı enmədiyinə görə o, qapını açaraq həmin avtomobilin sürücüsünə nə üçün onları sıxmasını bildirmiş və sürücünün ünvanına nalayiq ifadə işlətmişdir. Kamal avtomobillə həmin avtomobili keçərək yolun hərəkət hissəsinin sol tərəfində dəmir dirəklərə yaxın yerdə avtomobili saxlamış, həmin avtomobilin sürücüsü də onların avtomobilini keçərək qarşısında saxlamış və avtomobildən düşmüşdür. Kamal da maşından düşüb ona tərəf getmiş, həmin şəxs Kamalın üstünə gəlib onu vuranda o, avtomobilin saxlanc yerində olan dəstəyi plastmas materialdan olan, dəstəyinin rəngi ağ-qırmızı-mavi rənglərdən ibarət olan bir ədəd bıçağı götürərək avtomobildən düşmüş, həmin vaxt Kamal onun ayağından tutub yıxmaq istəmişdir. O həmin bıçaqla sürücüyə yaxınlaşmış və bir neçə dəfə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Lakin bıçağın onun harasına dəydiyini görməmişdir. Bu zaman digər avtomobillər saxlayaraq dalaşdıqlarını görüb onlara tərəf yaxınlaşan zaman onlar birlikdə dərhal avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Hadisə yerindən uzaqlaşdıqdan sonra Kamala bəlkə geri qayıtmaq lazım olmasını demiş, baş vermiş hadisədən hər ikisi qorxmuşdur. Kamal avtomobili Masazır qəsəbəsinə yaxın yerdə yolun kənarında saxlamış, hər ikisi avtomobildən düşmüş və taksi ilə “20 yanvar” istiqamətinə, oradan da öz yaşadıqları ünvanlara getmişlər (Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 34-37; 85-87; Cild 2, i.v. 72-74;).
6. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “20 Yanvar” dairəsindən müxtəlif ünvanlara sərnişin daşımaqla taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, 19 fevral 2024-cü il tarixdə “Bakı-Quba” magistral yolunun 12-ci kilometrliyində “Socar” yanacaq doldurma məntəqəsindən çıxıb Masazıra doğru gedərkən hər hansı yol hərəkəti qaydalarını pozmadan yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə çıxmaq istəmiş, lakin bu zaman hər hansı manevr etmədən Pərvizin qarşısına çıxmış, sonuncu siqnal verərək onun sağ tərəfinə keçib əl-qol hərəkətləri etməyə başlamışdır. Yol açıldıqdan sonra 90 km/saat sürətlə hərəkət edərkən Pərviz maşını üzərinə sürmüş, daha sonra qarşısına keçib tormoz verib maşını saxlayaraq maşından düşmüş, o da sonuncunun düşdüyünü görüb maşından düşmüşdür. Bu zaman Pərviz onun üzərinə gəlib yumruqla vurub onu yerə yıxmış, habelə yıxıldıqdan sonra da yerdə vurmağa davam etmişdir. Mustafa onları ayırmaq üçün yanlarına gəlmiş, lakin Pərviz bu dəfə Mustafa ilə dalaşmağa başlamışdır. O, Mustafanın Pərvizi bıçaqladığını görməmişdir. Pərviz Mustafanı buraxıb onun üzərinə gəldikdə o, Pərvizə yumruqla vurmuş, nəticədə Pərviz yerə yıxılmış, bundan sonra maşına minib oradan uzaqlaşmışlar.
7. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə davam edərək göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olmuş, hadisə vaxtı “Socar” yanacaq doldurma məntəqəsindən çıxıb Masazır istiqamətinə Masazır dairəsindən geriyə dönərək “20 Yanvar” metrostansiyasına doğru getməyi planlaşdırmış, “Socar” yanacaq doldurma məntəqsindən çıxdıqdan sonra təxminən 3 kilometr məsafə qət etmişdir. Onlar maşından düşdükdə əvvəlcə Pərviz hər hansı söz demədən onu yumruqla dəfələrlə vurmuş, daha sonra o, Pərvizi yumruqla vurmuş, habelə Pərviz Mustafa ilə dalaşıb onun üzərinə gələrkən də Pərvizi yumruqla vurmuşdur. Pərviz onu yerdə döyərkən Mustafa gəlib onları ayırmağa çalışmış, habelə yolda maşınlar da saxlayıb onlara kömək etməyə çalışmışdır. O, Mustafanın maşından düşərkən əlində hər hansı kəsici alət olmasını, habelə Pərvizi bıçaqlamasını görməmiş, yalnız yolda Mustafa ona Pərvizi bıçaqladığını demiş, lakin yenə də dəqiq bıçaqlayıb-bıçaqlamadığını bilmədiyini demişdir. Mustafa bıçağı onun maşınından götürmüş, həmin bıçaq istifiadə etdiyi ev bıçağı olmuşdur. Pərviz yolun orta hərəkət xətti ilə maşını idarə etmiş, əvvəlcə o, “miqat” etmişdir. 20 fevral 2024cü il tarixdə Pərvizlə birlikdə polis idarəsinə getmiş və orada tutulmuşlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən peşman olduğunu, əvvəllər hər hansı cinayət məsuliyyətinə cəlb edilmədiyini, Təqsirləndirilən şəxs1 Pərvizə hücum edərək bıçaqla zərbələr vuracağını bilmədiyini və bunu arzulamadığını, Pərvizə vurulmuş zərərin bir qismi valideynləri tərəfindən ödənildiyini, Zərərçəkmiş şəxsla barışıq əldə edildiyini bildirərək gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.
8. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin, o cümlədən onun məhkəmə icraatı zamanı da müqavilə əsasında hüquqlarını müdafiə etmiş müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, “VAZ-21099” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobil dayısı X11 məxsusdur. Həmin avtomobillə o, “20 yanvar” dairəsindən müxtəlif ünvanlara sərnişin daşımaqla taksi fəaliyyəti ilə məşğul olur. 19 fevral 2024-cü ildə həmin avtomobili idarə edərkən, tanışı Mustafa da maşında olmuş, yolda müştəri olarsa götürüb “20 yanvar” dairəsində düşürməyi və 5-10 manat pul qazanmağı düşünmüşdür. Avtomobili idarə edərkən Bakı-Quba magistral yolunun 12-ci kilometrliyində “Socar” yanacaq doldurma məntəqəsinə daxil olmuş, avtomobilin çəninə benzin vuraraq yanacaq doldurma məntəqəsini tərk etmiş, oradan çıxarkən yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkət etməyə başlamış, qarşısında hərəkət edən “Kia Forte” markalı avtomobil isə aşağı sürətlə hərəkət etmiş, o, uzaq vuran fara işıqları ilə qarşıdakı avtomobilə işarə verərək tez sürməsini bildirmək istəmiş, lakin həmin avtomobil yenə də aşağı sürətlə hərəkət etdiyi üçün o, sürətini artırıb yolun hərəkət hissəsinin sol tərəfinə manevr etmiş, həmin avtomobilin yanından aşağı sürətlə keçərkən həmin “Kia Forte” markalı avtomobilin sürücüsü avtomobilin sol tərəfdəki pəncərəsini aşağı endirmiş, əlini bayıra çıxarmış və ona nəsə demişdir. Həmin sürücünün yanında bir nəfər qadın əyləşmiş, həmin vaxt o, avtomobilin sürətini aşağı endirmiş, Mustafa qapını açaraq ona nə demək istədiyini bildirmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra həmin avtomobilin sürücüsü də onun ünvanına nalayiq söz demişdir. O, avtomobilin sürətini artırıb magistral yolun sol zolağında, yolun hərəkət hissəsində avtomobili saxlamış, Pərviz isə onun avtomobilini keçərək avtomobilinin qarşısında saxlamış və maşından düşmüşdür. O, avtomobildən düşərək Pərvizə tərəf getmişdir. Pərviz onun üstünə gələrək onu sillə ilə vurduqdan sonra o, Pərvizi sifət nahiyəsindən bir neçə dəfə vurmuşdur. Onlar dalaşan zaman o, Pərvizin ayağından tutaraq yerə yıxmaq istəmiş, lakin onu yerə yıxa bilməmişdir. Bu zaman avtomobildən Mustafa düşərək dərhal onlara tərəf gəlmiş və əlindəki bıçaqla Pərvizə bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirmişdir. Mustafa onu vurduqdan sonra həmin şəxs yerə yıxılmışdır. Bu zaman digər avtomobillər maşını saxlayaraq onların dalaşdığını görüb onlara tərəf yaxınlaşanda onlar dərhal avtomobillərinə əyləşərək hadisə yerindən uzaqlaşmışlar. Mustafa avtomobildə olarkən ona həmin şəxsi avtomobilin saxlanc yerində olan dəstəyi plastmas materialdan olan mətbəx bıçağı ilə vurmasını bildirmiş, baş vermiş hadisədən hər ikisi qorxmuşdur. O, avtomobili Masazır qəsəbəsinə yaxın yerdə yolun kənarında saxlamış, taksi ilə yaşadıqları ünvanlara getmişlər. Baş vermiş cinayət hadisəsindən sonra Mustafanın bıçağı hara atmasını bilməmiş, hadisə baş verən zaman ora kənardan xeyli sayda adamlar toplanmış, hadisə təxminən 10 dəqiqə davam etmişdir (Cild 1, i.v. 49-52; 73-75; Cild 2, i.v. 56-58;).
9. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
10. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
11. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 19 fevral 2024-cü ildə, saat 20 radələrində idarə etdiyi “Kia Forte” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba magistral yolunun 12-ci kilometrliyində hərəkətdə olmuş, həmin vaxt yanında tanışı Şahid da olmuşdur. O, Bakı-Quba magistral yoluna çıxdıqdan sonra yolun hərəkət hissəsinin sağ tərəfi ilə yavaş sürətlə hərəkət etmiş, Bakı-Quba magistral yolunun 12-ci kilometrliyində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin qarşısından keçdikdən sonra güzgüdən arxaya baxdıqda arxada bir avtomobilin işıqlarını yandırıb söndürməsinin şahidi olmuş, həmin avtomobil sürətini artıraraq onun sol tərəfinə keçmiş, həmin avtomobildə əyləşən sonradan adını Təqsirləndirilən şəxs1 kimi bildiyi şəxs pəncərəni aşağı endirərək, ona tərəf əl-qol hərəkətləri etdikdən sonra ünvanına nalayiq ifadələr işlətmiş, o isə onlara əl-qol hərəkətləri edərək getmələrini izah etmiş, sonradan Təqsirləndirilən şəxs2 kimi tanıdığı sürücü isə idarə etdiyi “VAZ-21099” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili onun idarə etdiyi avtomobilin qarşısına sürərək ziqzaqvari hərəkətlər etməyə başlamışdlr. O, idarə etdiyi avtomobili yolun hərəkət hissəsinin sol tərəfinə, yəni dəmir dirəklərə tərəf sürmüş, həmin vaxt Kamal idarə etdiyi avtomobilin arxa tərəfində hərəkətdə olmuşdur. Kamal avtomobili sola verib saxlamış, o da idarə etdiyi avtomobili Kamalın avtomobilinin qarşısına verərək saxlayıb avtomobildən düşmüş və bu zaman digər avtomobildən sürücü tərəfdən Təqsirləndirilən şəxs2 düşmüşdür. O, Kamala yaxınlaşıb nə üçün ünvanına nalayiq ifadələr işlətmələrini soruşmuş, Kamal isə heç bir söz demədən onun sifətinin sol tərəfindən qəflətən yumruqla vurmuş, o da özünü müdafiə edərək Kamalın sifət nahiyəsinə sillə ilə vurmuş, bu zaman Kamalın idarə etdiyi avtomobilin sağ ön tərəfindən Təqsirləndirilən şəxs1 enib qaçaraq onlara tərəf gəlmiş, həmin vaxt Kamal yenə onu alın və sifət nahiyəsindən iki dəfə yumruqla vurmuş, Mustafa isə əlində olan bıçaqla onun döş qəfəsinin sol hissəsindən vurmuş, o, huşunu itirərək yerə yıxılmış, sonrakı prosesi xatırlaya bilməmişdir. Təxminən 10 gün sonra o, gözünü açmış, artıq “Vest” hospitalda olduğunu öyrənmişdir. Sonradan ona məlum olmuşdur ki, Mustafa ona 3-4 dəfə bıçaqla xəsarət yetirmiş, Kamal isə yumruqla ona sifətinin sol yarısına və alın nahiyəsinə 2-3 dəfə vurmuşdur
12. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, “20 Yanvar” metrostansiyasından Xırdalan istiqamətində maşınla hərəkət edərkən arxadan gələn maşın işıqlarla “miqat” edib təkidlə yol verməyini tələb edərək ona maneəçilik törətdiyindən sonuncuya yol boşaldıqdan sonra keçməsi üçün yol vermiş, lakin maşın onun yanından keçərkən üzərinə sürüb qarşısında manevr etməyə, habelə onu ötüb keçdikdən sonra sol tərəfdən maşını üzərinə sürüb onu sıxışdırmağa başlamış, o həmin maşının yan tərəfinə keçib şüşəni endirib nə etdiklərini soruşduqda sonuncular ona söyüş söyməyə başlamışlar. Bu səbəbdən o, maşını həmin şəxslərin yanı ilə sürüb maşını saxlamış, maşından düşüb sonuncuların yanına getmiş və Kamaldan hansı səbəbdən onu söymələrini soruşmuş, mübahisə zamanı bir-birilərinə zərbələr endirmiş, Kamalın bir neçə (2-3) zərbəsindən sonra yerə yıxılıb huşunu itirmişdir. O, Mustafanın necə gəldiyini, habelə bıçaqla onu necə vurduğunu görməmiş, sonuncunun onu bıçaqla vurmasını sonradan öyrənmiş, Mustafanın ona arxadan vurmuş zərbəsi nəticəsində huşunu itirdiyini düşünür. Hadisə vaxtı onun yanında tanışı Şahid adlı qadın olmuşdur. O, yerdə uzanmış vəziyyətdə olarkən “öldür, öldür” sözlərini eşitmişdir. Yolda olarkən Mustafa onun ünvanına söymüşdür. İlk növbədə qarşı tərəf maşını saxlamış, sonra isə özü sonuncuların qarşısında yolun ortasında maşını saxlayıb Kamala yaxınlaşmış, bu zaman Kamal maşından enərək maşının qapısının yanında dayanmış, sonuncular ona söyüş söydüklərindən onlara söyüşlə cavab vermişdir. Bıçaq xəsarətlərini Mustafa yetirmiş, Kamal isə onun sifət və alın nahiyələrindən yumruqla zərbələr vurmuşdur. Aralarında dava-dalaş 10-15 dəqiqə davam etmiş, həmin dava-dalaş Bakı-Quba magistral yolunun 12-ci kilometrliyində yolun hərəkət hissəsində baş verdiyindən yoldan keçən avtomobillərin bir neçə dəqiqəlik dayanmasına səbəb olmuş, bəzi yoldan keçən təxminən 10-12 nəfər şəxs isə Kamalla Mustafanın onun ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar səs-küyə onlara yaxınlaşmış, Kamalla Mustafanın əlindən onu almağa çalışmışlar. Hava qaranlıq və hadisə ani baş verdiyi üçün Mustafanın ona xəsarət yetirdiyi bıçağı görə bilməmişdir. Hadisədən sonra Kamalın ailə üzvləri onun ilkin dövrdə müalicə və müayinə xərcləri ilə bağlı xəstəxana xərclərini ödəməklə ümumilikdə 5.000 manat məbləğində yardım etməsi səbəbindən, habelə Kamalın hadisədəki rolu baxımından, yəni Kamalın onu bıçaqla vurmaması və ondan üzr istəməsi ilə əlaqədar sonuncu ilə barışmış, Kamala qarşı hər hansı şikayəti və ya tələbi yoxdur. O, Mustafaya qarşı mülki iddia vermiş və mülki iddiasının təmin edilməsini xahiş edir. Mustafa hadisə nəticəsində sağlamlığına və hazırda da davam edən müalicə və müayinəsinə çəkilən xərcləri ödədiyi təqdirdə onunla barışa bilər, lakin hazırda ondan şikayətçidir. O həmin hadisə nəticəsində komaya düşmüş, yalnız 10 gün sonra ayılmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2n hər hansı şikayət və ya tələbi olmadığını, onunla barışdığını bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini, M.T.Qasımova qarşı verdiyi mülki iddiasının təmin edilməsini, ona qanunamüvafiq olaraq cəza təyin edilməsini xahiş etdi.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Pərvizlə 2024-cü ilin yanvar ayında tanış olmuşdur. 19 fevral 2024-cü il tarixdə, saat 20 radələrində Pərviz onu yaşadığı evin qarşısından idarə etdiyi “Kia Forte” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə götürmüşdür. Pərviz onu Masazır qəsəbəsində yaşayan rəfiqəsi Lamiyəgilə aparıb ötürəcəkdi. Avtomobildə ikisi olmuş, o, ön sağ sərnişin oturacağında əyləşmişdir. Pərvizlə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində hərəkət etmişlər. Xırdalan dairəsindən Masazır qəsəbəsi istiqamətində yavaş sürətlə hərəkət edərkən Pərvizin idarə etdiyi avtomobilin sol tərəfindən sürətlə avtomobil keçərək sonuncunun idarə etdiyi avtomobili sağa doğru sıxmışdır. Pərviz də avtomobilin sürətini artırmış, həmin vaxt digər avtomobilin sürücüsü sürətini azaldaraq həmin avtomobildə sağ tərəfdə əyləşən, sonradan adını Mustafa olaraq bildiyi şəxs avtomobilin qapısını açıb Pərvizin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin avtomobil “VAZ-21099” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı olmuşdur. Daha sonra qeyd olunan avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində saxlamış, Pərviz də avtomobili onun qarşısında saxlamışdır. Pərviz avtomobildən düşərək sürücü tərəfə yaxınlaşmış, adını sonradan Kamal kimi bildiyi şəxs də ona tərəf yaxınlaşmışdır. Bir an içində aralarında dava-dalaş baş vermişdir. Dava-dalaş zamanı ora çoxlu sayda adamlar toplanmışdır. Avtomobildə olan digər şəxs də avtomobildən düşüb qaçaraq Pərvizin üzərinə hücum edərək əlində olan alətlə onu vurmuş, bu zaman Pərviz yerə yıxılmışdır. Ətrafdakı maşınlardan düşən şəxslər dalaşanları ayırmağa çalışmışlar. O, avtomobildən düşüb ora yaxınlaşdıqda Pərvizin qan içində hərəkətsiz yerdə uzanmasını görmüşdür. Pərvizlə dava-dalaş edən şəxslər isə qaçaraq hadisə yerindən uzaqlaşmışlar. O, ətrafda olan şəxslərin köməkliyi ilə Pərvizi avtomobilə aparmış, ətrafda olan şəxslər polisə və 103 təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına zəng edərək məlumat vermişlər. İlk öncə hadisə yerinə polislər gəlmiş, daha sonra X25 avtomobili gələrək Pərvizi xəstəxanaya aparmışlar. Pərvizin avtomobili isə kənara çəkib saxlanılmışdır. Sonradan hadisə yerində baxış zamanı müstəntiqlə birlikdə iştirak etmiş, adını sonradan bildiyi Pərvizə bıçaqla vuraraq xəsarət yetirən Mustafanın tanınmasında da iştirak etmişdir.
14. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs1 anası Günel ərinin müalicəsi üçün ilkin olaraq 1500 (bir min beş yüz) manat ödəniş etmiş, lakin sonradan heç bir maddi kömək etməmişdir. O, hadisə zamanı aldığı xəsarətlərlə bağlı ərinin müalicə və müayinəsi üçün “Kapital” bankdan 1500 manat kredit götürmüşdür. Belə ki, “Kapital” bankdan kredit kartı olmasına baxmayaraq, həmin kartdan əvvəllər istifadə etməmiş, yalnız ərinin müalicə və müayinəsi ilə əlaqədar məcbur olaraq həmin kartdakı pulu xəstəxana xərclərini ödəmək üçün istifadə etmişdir. Mülki iddia verilərkən nümayəndəyə həmin hallar bildirilmiş və mülki iddia zamanı da nəzərə alınmışdır.
15. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X8 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. O.A.Məmmədov həmin ifadəsində göstərmişdir ki, o, 19 fevral 2024-cü ildə idarə etdiyi “Mercedes C300” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba magistral yolunun 12-ci kilometrliyində Sumqayıt şəhəri istiqamətində hərəkətdə olduğu zaman yolun hərəkət hissəsinin sol zolağında xeyli sayda adamların toplanmasını görmüş, idarə etdiyi avtomobili saxlamış, insanların toplaşdığı yerə yaxınlaşan zaman adını sonradan Zərərçəkmiş şəxs kimi bildiyi şəxsin yerdə huşsuz vəziyyətdə uzanmasını və qanaxması olmasını görmüşdür. Ona görə də dərhal baş vermiş hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti” zəng mərkəzinə məlumat vermiş, daha sonra oradan uzaqlaşaraq yaşadığı Sumqayıt şəhərinə getmişdir (Cild 1, i.v. 200-202;).
16. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadəsi elan edilməklə tədqiq edilmiş şahidin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
17. “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə-Binəqədi RPİ-nin İŞ) baş müstəntiqi, polis mayoru Anar Ağayarov tərəfindən Təqsirləndirilən şəxs1 19 fevral 2024-cü il tarixdə, saat 20:00 radələrində Bakı-Quba magistral yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrliyində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış dava-dalaş zamanı əlində olan aləti silah qismində istifadə edərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi faktına görə toplanmış HK-1/549 saylı material əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 1-2;).
18. “Baxış keçirilməsi haqqında” 19 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə, saat 23:10-dan 23:55-dək iki nəfər hal şahidi və Şahid iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Bakı-Quba magistral yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrliyində Quba rayonu istiqamətində baş vermişdir. Yolun hərəkət hissəsinin sağ tərəfində “Socar” yanacaq doldurma məntəqəsi yerləşir. Yolun hərəkət hissəsinin sol tərəfində isə dəmir materialdan olan yol ayırıcı yerləşir. Baxış hadisənin şahidi olan Şahid iştirakı ilə aparılmış və o, hadisənin baş verdiyi yeri göstərmişdir. Hadisə yolun hərəkət hissəsinin sol tərəfindəki hərəkət zolağında baş vermişdir. Qeyd edilən yerə baxış keçirilmiş, lakin orada iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şahid qeyd olunan yerdə əvvəlcə Zərərçəkmiş şəxs və “VAZ-21099” markalı avtomobilin sürücüsü arasında dava-dalaş baş verməsini, daha sonra həmin avtomobilin qabaq sərnişin yerindən digər şəxsin düşərək Pərvizə hücum etməsini, həmin şəxsin əlində olan alətlə Pərvizə xəsarət yetirməsini, ətrafda insanların toplaşmasını görən iki nəfər şəxsin avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmasını bildirmişdir. İstintaq hərkətinin aparılması barədə protokol tərtib olunmuş, protokolda baxış zamanı fotoçəkilişdən istifadə olunması, həmin fotoşəkillərin protokola əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara oxunmuş əlavə və düzəliş olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 3-8;).
19. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin məsul növbətçi əvəzi, polis kapitanı Alqayıt Həsənov tərəfindən tərtib olunmuş 19 fevral 2024-cü il tarixli raportdan görünür ki, X15 ***- ***-**-** nömrəli mobil telefonla həmin tarixdə, saat 20:50-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Xırdalan qəbiristanlığının yanında bir nəfər şəxsin vəziyyətinin pis olması və qanaxması olmasını bildirmişdir. Həmçinin həmin tarixdə, saat 22:05 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasından tibb bacısı Orucova telefonla zəng vuraraq 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “Kürək nahiyəsinin deşilmiş” bıçaq yarası xəsarəti aldığını bildirmişdir (Cild 1, i.v. 10-11;).
20. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov tərəfindən tərtib olunmuş 21 fevral 2024-cü il tarixli məktubdan görünür ki, 20 fevral 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs xəsarət yetirən şəxslər 8 fevral 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 1 iyun 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 müəyyən edilərək saxlanılıb İstintaq Şöbəsinə təhvil verilmişdir (Cild 1, i.v.19;).
21. “BA305031” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, “ƏN-Vİ 678950” nömrəli etibarnamə və “BA012458” nömrəli sürücülük vəsiqəsindən görünür ki, X11 məxsus olan “VAZ-21099” minik markalı 10BV369 dövlət nömrə nişanlı avtomobil nəqliyyat vasitəsini idarə etmək hüququ ilə 9 avqust 2023-cü il tarixdən etibarən 10 may 2031-ci il tarixədək sürücülük hüququ olan Təqsirləndirilən şəxs2 etibarnamə ilə verilmişdir (Cild 1, 20-22;).
22. “Tutma” 21 fevral 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müstəntiq Anar Ağayarov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə həmin tarixdə müvafiq olaraq saat 15:10 və saat 16:15 radələrində müdafiəçilərinin iştirakı ilə şübhəli şəxs qismində tutulmaqla onlara hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v.29-33; 44- 48;).
23. “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 22 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid tanınmaya təqdim edilmiş şəxslərə baxaraq, 19 fevral 2024-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şossesində yerləşən yolun kənarında Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən şəxsin dördüncü şəxs, yəni Təqsirləndirilən şəxs1 olduğunu göstərmişdir (Cild 1, i.v. 54-56;).
24. “Üzləşdirmə” 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə Şahid arasında birincinin müdafiəçisinin iştirakı üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid bir daha ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs1 maşından düşərək Zərərçəkmiş şəxs üstünə hücum çəkib onu bıçaqla vurması nəticəsində sonuncunun yerə yıxılmasını Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs1 isə Pərvizin Kamalın üzərinə gəldiyini görüb maşından bıçaq götürərək düşdüyünü, Pərvizin onun da üzərinə gəlib vurduqda sonuncuya bıçaqla bir neçə dəfə vurduğunu, lakin bıçağın onun harasına dəydiyini görmədiyini bildirmişdir (Cild 1, i.v. 57-59;).
25. “X21” X22 direktoru tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli məktubdan görünür ki, 13 fekabr 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 19 fevral 2024-cü il tarixdə, saat 22:45-də Abşeron rayon X25 Stansiya Briqadasının müşayiəti ilə X19 gətirilmişdir. Xəstə bıçaqlanaraq xəsarət almışdır. Xəstəyə müayinə məqsədi ilə (diaqnostik) tovakotomiya əməliyyatı icra olunmuşdur. Xəstə 21 fevral 2024-cü il tarixdə, saat 16:00-da özəl klinikaya göndərilmişdir. Xəstəyə döş qəfəsinin divarnın çox saylı açıq yaraları, hemotoraks, travmatik revmatoraks diaqnozu qoyulmuşdur (Cild 1, i.v. 60;).
26. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 4(001)- 125/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 20 iyun 2024-cü il tarixli, 4(001)-439/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 12 iyul 2024cü il tarixədək uzadılmışdır (Cild 1, i.v. 109-113; Cild 2, i.v.126-130;).
27. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 4(001)- 122/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 121-125;).
28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 1 mart 2024 və 23 aprel 2024-cü il tarixli cavablarından görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxslərdir (Cild 1, i.v. 131-133; 191-194;).
29. “BA234480” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, “ƏN-Vİ 678950” nömrəli etibarnamə və “BA012458” nömrəli sürücülük vəsiqəsindən görünür ki, X3 məxsus olan “Kia Forte” minik markalı 77DX722 dövlət nömrə nişanlı avtomobil nəqliyyat vasitəsini idarə etmək hüququ ilə 21 may 2023-cü il tarixdən etibarən sürücülük hüququ olan Zərərçəkmiş şəxs etibarnamə ilə verilmişdir (Cild 1, 134-136;).
30. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v.139;).
31. “West Hospital” tərəfindən tərtib olunmuş 11 mart 2024-cü il tarixli, 83 nömrəli arayışdan və müvafiq qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs 21 fevral 2024-cü il tarixdə “West Hospital”ın Reanimasiya şöbəsinə “Travma sonrası qapalı kəllə-beyin qanaması, travmatik pnevmotoraks, hemetoraks, döş qəfəsi divarının çoxsaylı açıq yaraları” diaqnozu ilə daxil olmuş, 4 mart 2024-cü il tarixdə ambulator müalicəyə yazılmışdır. Xəzinəyə 6925 (altı min doqquz yüz iyirmi beş) manat ödəniş edilmişdir (Cild 1, i.v. 144-149;).
32. “Təqdim etmə və götürmə barədə” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus geyim əşyaları, yəni 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd mayka və 1(bir) ədəd sviter hal şahidlərinin iştirakı ilə “X21”dən götürülmüşdür (Cild 1, i.v. 150;).
33. “Canlı şəxsin məhkəmə-tibbi” ekspertizasının 24 fevral 2024-cü il tarixli, 401 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır (Cild 1, i.v.171-173;).
34. “Canlı şəxsin məhkəmə-tibbi” ekspertizasının 24 fevral 2024-cü il tarixli, 400 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarət – sağ said nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən qərarda göstərilən 19 fevral 2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissəsi (əl, yumruq, təpik və s.) ilə endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi (Cild 1, i.v.174-177;).
35. “Cinayət işinin icraata qəbul olunması haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X13 tərəfindən icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 197-198;).
36. “DVD diskə baxış keçirilməsi haqqında” 16 may 2024-cü il tarixli protokoldan və həmin diskdəki videogörüntülərə məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə baxılarkən müəyyən edildi ki, müstəntiq Ə.M.Əhmədli tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş 8 mart 2024-cü il tarixli məktuba əlavə edilmiş 1 (bir) ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı hadisənin Bakı-Quba yolunun 12-ci kilometrində yolun hərəkət hissəsinin sol hərəkət zolağında baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı “Kia Forte” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin “VAZ-21099” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfinə keçərək avtomobili saxlaması, “VAZ-21099” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin də həmin yerdə avtomobili saxlaması, həmin vaxt əvvəlcə “Kia Forte” markalı avtomobildən bir nəfər şəxsin düşərək, digər avtomobilə tərəf yaxınlaşması və “VAZ 21099” markalı avtomobilin sürücüsü ilə mübahisə etməsi, bir neçə dəqiqə aralarında olan mübahisənin dava-dalaşa çevrilməsi, həmçinin “Kia Forte” markalı avtomobilin sürücüsünün hadisə zaman müxtəlif xəsarətlər alaraq yerə yıxılması, “VAZ- 21099” markalı avtomobilin hadisə yerindən uzaqlaşması müəyyən olunmuşdur (Cild 1, i.v. 203;).
37. Zərərçəkmiş şəxs tərəfindən verilməklə notarial qaydada təsdiq edilmiş 11 may 2024-cü il tarixli ərizədən (**********444) görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilməklə sonuncu ilə barışmış və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də heç bir dövlət orqanı qarşısında iddiası olmayacaqdır (Cild 1, i.v. 219; Cild 3;).
38. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 4(001)- 349/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 21 iyun 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından azad olunmuş, həmin məhkəmənin 20 iyun 2024-cü il tarixli, 4(001)-440/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 11 iyul 2024-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v. 220-225; Cild 2, 131-135;).
39. “Canlı şəxsin məhkəmə-tibbi” ekspertizasının 4 mart 2024-cü il tarixli, 477 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol tərəfli pnevmohemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sağ said nahiyəsinin kəsilmiş yarası kəsici əşyanın (alətin) təsirindən, baş beynin alın payında intraparenximal hematoma və sağ gicgah payında hemorragik kontuziya, burun əsasının, sol gözaltı nahiyənin, sağ said nahiyəsinin, döş qəfəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin və sağ diz oynağı nahiyəsinin sıyrıqları isə bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “X21” X26 müraciət etdiyi 19 fevral 2024-cü il, saat 22:45 dəqiqədən bir qədər əvvəl əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən sol tərəfli pnevmohemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, baş beynin alın payında intraparenximal hematoma və sağ gicgah payında hemorragik kontuziya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sağ said nahiyəsinin kəsilmiş yarası isə həm ümumillikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sağ said nahiyəsinin, döş qəfəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin və sağ diz oynağı nahiyəsinin sıyrıqları isə həm ümumillikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sağ said nahiyəsinin kəsilmiş yarası bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən, baş beyinin alın payında intraparenximal hematoma və sağ gicgah payında hemorragik kontuziya, sağ said nahiyəsinin, döş qəfəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin və sağ diz oynağı nahiyəsinin sıyrıqları isə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində qərarda göstərilən tarixdə və şəraitdə, yəni 19 fevral 2024-cü il tarixdə əmələ gələ bilərdi (Cild 1, i.v.226-232;).
40. “Kompleks ambulator komisyon məhkəmə-psixiatrik” ekspertizasının 1 aprel 2024cü il tarixli, 835 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz hərəkətlərinə qiymət vermək və idarə etmək qabiliyyətində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı nəzərə alınmaqla etdiyi hərəkətləri adekvat olaraq qavramaqla onların mahiyyətini dərk etmək, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, hövsələsizlik, inadkarlıq, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qeyd edilən rəyin tədqiqi hissəsində göstərilmişdir ki, “Ona ittiham olunan əməl barədə soruşduqda aşağıdakıları deyir: “Nalayiq sözlər dediyi üçün bıçaqla vurdum. Əməlimdən peşmanam...Hadisə barəsində soruşduqda bildirir ki, həmin şəxsi nalayiq ifadələr işlətməsi səbəbindən bıçaqlamışdır..” (Cild 1, i.v.239-242;).
41. “Kompleks ambulator komisyon məhkəmə-psixiatrik” ekspertizasının 1 aprel 2024cü il tarixli, 836 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz hərəkətlərinə qiymət vermək və idarə etmək qabiliyyətində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, adaptavlik, ünsiyyətçilik, özünməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı nəzərə alınmaqla o, etdiyi hərəkətləri adekvat olaraq qavramaqla onların mahiyyətini dərk etmək, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Qeyd edilən rəyin tədqiqi hissəsində göstərilmişdir ki, “Ona ittiham olunan əməl barədə soruşduqda aşağıdakıları deyir: “Maşını idarə edirdim. Həmin şəxs özü bizə nalayiq sözlər deməyə başladı. Maşını saxlayıb dalaşmağa başladıq. Biz özümüzü müdafiə etmişik. Mən onu bıçaqla vurmamışam.” (Cild 1, i.v.243-246;).
42. “Maddi sübutların məhkəmə-tibbi bioloji” ekspertizasının 21 aprel 2024-cü il tarixli, 233/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB(İV) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs məxsus şalvar (kəmərlə), mayka və kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri almdı. Belə olan halda, bu qan ləkələri AB(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (Cild 1, i.v. 248-252;).
43. “Maddi sübutların məhkəmə tibbi-kriminalistik” ekspertizasının 29 aprel 2024-cü il tarixli, 164-MTKŞ/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus sviterin arxa səthində 2(iki) ədəd, maykanın arxa səthində 2(iki) ədəd, şalvarın arxa səthində 1(bir) ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişlər (Cild 1, i.v.253-255;).
44. “Maddi sübut kimi tanıma haqqında” 17 may 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd sviter, 1(bir) ədəd mayka və 1(bir) ədəd şalvar iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir (Cild 1, i.v.256-257; Cild 2, i.v.97;).
45. “Üzləşdirmə aparmaq haqqında” 17 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 avtomobildə olarkən Pərvizin onun və Mustafanın ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə yaranmasını, əvvəlcə Pərvizin ona vurmasına görə sonuncuya yumruqla üz nahiyəsindən vurmasını, mübahisə zamanı Mustafanın onun avtomobilinin saxlanc yerindən götürdüyü bıçaqla kənardan gələrək Pərvizin bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq xəsarət yetirməsini, sonuncunun istifadə etdiyi bıçağın adi mətbəx bıçağı olmasını bildirmişdir. Zərərçəkmiş şəxs isə avtomobili idarə edərkən Kamalın idarə etdiyi avtomobillə arxadan gələrək dəfələrlə uzaq vuran fara işıqlarını yandırıb-söndürərək manevr edib onun idarə etdiyi avtomobilinin sol tərəfinə keçdiyini, Kamal və Mustafaya avtomobildə olarkən əli ilə işarə edib uzaqlaşmalarını bildirsə də, sonuncuların onun ünvanına nalayiq ifadələr işlətdiyini, Kamalın onun alın və sifət nahiyəsindən 2-3 dəfə yumruqla vurduğunu, Mustafanın isə kənardan gələrək bıçaqla ona xəsarət yetirdiyini göstərmişdir (Cild 2, i.v. 7-10;).
46. “Üzləşdirmə aparmaq haqqında” 17 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini bir daha təsdiq etmiş, Zərərçəkmiş şəxs da Mustafanın söylədikləri ilə qismən razı olduğunu bildirməklə Kamalın onu vurduqdan sonra sonuncuya sillə vurmasını göstərmişdir (Cild 2, i.v.11-13;).
47. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 may 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq yerində göstərmişdir (Cild 2, i.v. 14-18;).
48. “Cinayət işinin tövsif olunması və sübutların qiymətləndirilməsi haqqında” 6 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrindən həmin məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif olunmuş, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1(bir) ədəd şalvar, 1(bir) ədəd maykanın və 1(bir) ədəd sviterin Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına saxlanca verilməsi nəzərə alınmış, cinayət işi üzrə hadisə yerində olan görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə olunmuşdur. Eyni zamanda, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin ictimai təhlükəsizlik şöbəsinə göndərilməsi qərara alınmışdır (Cild 2, i.v. 33-45;).
49. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 6 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (Cild 2, i.v. 48-49;).
50. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 7 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (Cild 2, i.v. 63-65;).
51. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ə.M.Əhmədli tərəfindən 14 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 19 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmiş və 27 iyun 2024-cü il tarixdə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur (Cild 2, i.v.98-111; Cild 3;).
52. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə məhkəməyə verilmişlər (Cild 3;).
53. Mülki iddiaçı Zərərçəkmiş şəxs “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair” 20 sentyabr 2024-cü il tarixli mülki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs özünün mülki iddiaçı, Təqsirləndirilən şəxs1 isə mülki cavabdeh qismində tanınmasını, sonuncunun törətmiş olduğu cinayət əməli nəticəsində xəstəxanalara, həkimlərə və dərmanlara çəkdiyi xərcə görə ümumilikdə 1878,38 manat, gələcək müalicəsi üçün əlavə olaraq 1500 manat, müalicə və işləmədiyi dövr üçün istifadə üçün alınmış 1500 manat bank kreditinin məbləğinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1000 manat və dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə vurulmuş 10878,38 manat maddi və mənəvi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini xahiş etmiş, məhkəmə tərəfindən Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs1 isə mülki cavabdeh kimi tanınmaqla onlara müvafiq olaraq hüquq və vəzifələri izah edilmişdir. Mülki iddiaçı 25 oktyabr 2024-cü il tarixdə verdiyi mülki iddiasının həcminin artırılmasına dair ərizə ilə müraciət edərək xəstəxanalara, həkimlərə və dərmanlara çəkdiyi xərcə görə ümumilikdə 2154,28 manat, gələcək müalicəsi üçün əlavə olaraq 2000 manat, müalicə və işləmədiyi dövr üçün istifadə üçün alınmış 1500 manat bank kreditinin məbləğinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1000 manat və dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə vurulmuş 11654,28 manat maddi və mənəvi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs mülki iddiasını onunla əsaslandıraraq göstərdi ki, Təqsirləndirilən şəxs1 bıçaqla ona yetirdiyi xəsarətlər nəticəsində o, bir müddət komada qalmış, sonrakı müddət ərzində xəstəxanada müalicə və müayinə olunmuş, xəstəxanadan buraxıldıqdan sonra da müalicə və müayinəsinə davam edilmiş və həkimlərin verdiyi məlumata əsasən uzun müddət ərzində də aldığı xəsarətlərin fəsadlarının aradan qaldırılması üçün müalicə və müayinəsi davam etdirilməlidir. Hazırkı vaxtadək onun xəstəxanalara, həkimlərə və dərmanlara ümumilikdə 2154,28 manat xərci çıxmışdır. Onun hazırda müalicəsi davam etdirilir və gələcək müalicəsi üçün əlavə olaraq 2000 manat tələb olunur. Əlavə olaraq o, ailə başçısı kimi xəstəxanada yatdığı və daha sonra evdə ambulator müalicə aldığı müddətdə işləyə bilmədiyi üçün həyat yoldaşı X12 tərəfindən bankdan 1500 manat kredit götürülmüş, həmin kredit onun müaicəsinə və ailənin təminatına xərclənmişdir. Eyni zamanda iddiaçının həyat yoldaşı X12 işləmədiyi üçün ailənin tək gəlir mənbəyi onun aldığı əmək haqqıdır. Həmçinin məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil Nümayəndə ilə 1000 manat dəyərində müqavilə imzalanmışdır. Bundan başqa, onun sağlamlığına dəymiş zərər nəticəsində o və ailə üzvləri böyük sarsıntı və həyəcan keçirmiş, bıçaqlanması onun psixologiyasına mənfi təsir göstərmiş, nəticədə ona 5000 manat məbləğində mənəvi ziyan dəymişdir. Beləliklə, o, ümumilikdə vurulmuş 11654,28 manat məbləğində maddi və mənəvi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini xahiş etdi (Cild 3;).
54. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasının 25 aprel 2015-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 atası X5 döyüş zonasında hərbi xidmət keçərkən 7 yanvar 1994-cü ildə aldığı və 13 yanvar 1994-cü ildən 11 fevral 1994-cü ilədək N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “İrinləmə ilə fəsadlaşmış, sol baldırın ön hissəsinin orta üçdə birinin silahla dəlib keçən qəlpə yaralanması, damar-sinir dəstəsinin zədələnməməsi ilə” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır (Cild 3).
55. Gəncə Hərbi Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1-1(095)-234/2024 saylı hökmündən və həmin məhkəmənin hakimi Tariyel Quliyevin 25 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökm 11 oktyabr 2024-cü il tarixdən qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Qeyd edilən hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq (müddətli həqiqi hərbi xidmət qulluqçusu olan əsgərə dar hərbi şalvara görə nalayiq ifadə işlətmiş, bununla əlaqədar aralarında mübahisə yaranmış, sonradan Təqsirləndirilən şəxs1 mübahisəni davam etdirmək üçün həmin hərbi qulluqçunu döyüş mövqeyinin yeməkxanasına aparmış, orada burun nahiyəsinə yumruqla zərbə vuraraq xəsarət yetirmişdir), zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur (Cild 3;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
56. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
58. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
59. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
60. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir.
61. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
62. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.
63. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir.
64. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir.
65. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi CM-in 127.2.3-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) ictimai təhlükəli və hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik); b) CM-in 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrin mövcud olmaması; c) sağlamlığın uzun müddətə pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunana ictimai təhlükəli nəticə; ç) əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə. Şərh edilən cinayət maddi tərkibli olmaqla CM-in 127.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına az ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir.
66. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs avtomobilinə uzaq vuran işıqlardan istifadə etməklə təkidlə yol verməsini tələb etməsi və daha sonra həmin avtomobilin yan tərəfinə keçərək ona yol vermədiyi üçün nalayiq ifadələrdən istifadə edən zaman Zərərçəkmiş şəxs əl-qol hərəkətləri ilə onlara etiraz etməsini, yəni açıq-aşkar cüzi səbəbi bəhanə edərək öz üstünlüyünü və şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq idarə etdiyi avtomobili yüksək hərəkət intensivliyinə malik olan magistral yolun hərəkət hissəsində saxlayaraq heç bir səbəb olmadan, mübahisəni aydınlaşdıraraq qaydaya salmaq niyyəti olmadan qəflətən xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə vuraraq ona baş beyinin alın payında intraparenximal hematoma və sağ gicgah payında hemorragik kontuziya ilə nəticələnən bədən xəsarətləri yetirməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərərvurma kimi qiymətləndirilmişdir.
67. Məhkəmə, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş CM-in 221.3 və 221.2.1-ci maddələri ilə əhatə olunan ittihamları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları baxımından da şərh etməyi və həmin qərarlara əsasən hüquqi qiymətləndirməyi zəruri hesab edir.
68. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı göstərilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi əlamətləri xuliqanlıq hadisəsini xarakterizə edir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud şəxslərin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir.
69. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri ilə əlaqədar göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır.
70. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər şəxslərin, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.
71. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır.
72. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla məhkəmə istintaqı ilə müəyyən olundu ki, 19 fevral 2024-cü il tarixdə, saat 20:33-də Bakı-Quba magistral yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrliyində Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında olan mübahisə zamanı Təqsirləndirilən şəxs1 “VAZ-21099” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində olan bir ədəd bıçağı götürüb avtomobildən düşərək heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs üzərinə hücüm edib əlində olan bıçaqla sonuncuya döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, habelə döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sağ said nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs1 xaraktercə özünü başqalarından üstün görməyə, öz şəxsiyyətini digər şəxslərdən üstün tutmağa, həmin üstünlüyünü təsdiq etmək üçün qalmaqal salmağa meyilli olması onun məhkum olunduğu hökmün 55-ci bəndində qeyd edilmiş hökmlə də müəyyən edilmişdir.
73. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 19 fevral 2024-cü il tarixdə, saat 20 radələrində dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirib sonuncunun idarə etdiyi “VAZ-21099” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin qismində Bakı-Quba magistral yolunun Quba istiqamətində hərəkətdə olarkən digər hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Forte” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qanunla müəyyən olunmuş sürət həddində hərəkət etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 həmin avtomobilə uzaq vuran işıqlardan istifadə etməklə yol verməsini və daha sonra həmin avtomobilin yan tərəfinə keçərək ona yol vermədiyi üçün nalayiq ifadələrdən istifadə edən zaman Zərərçəkmiş şəxs əl-qol hərəkətləri ilə onlara etiraz etməsini bəhanə edib Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncudan idarə etdiyi avtomobili saxlamasını tələb edərək buna nail olub qeyd olunan magistral yolun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrliyində yolun hərəkət hissəsində Təqsirləndirilən şəxs2 avtomobili saxlayıb enərək söhbəti aydınlaşdırmaq üçün üzərinə gələn Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ətrafda avtomobillərin hərəkətinin dayanmasına və insanların toplaşmasına məhəl qoymayaraq başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq hərəkətlərini davam etdirib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən yumruq zərbələri ilə vuraraq sonuncunun baş beyinin alın payında intraparenximal hematoma və sağ gicgah payında hemorragik kontuziya ilə nəticələnən bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranaraq dava etdiklərini görüb heç bir əsaslı səbəb olmadan avtomobildə olan Təqsirləndirilən şəxs2 məxsus müəyyən olunmayan bıçağı götürərək avtomobildən enib ətrafda avtomobillərin hərəkətinin dayanmasına və insanların toplaşmasına məhəl qoymayaraq başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs üzərinə hücum etməklə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə bıçaqla qəsdən bir neçə dəfə zərbə vuraraq ona döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sağ said nahiyəsinin kəsilmiş yarası və sol tərəfli pnevmohemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilərək törədilməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.
74. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrildiyindən onların əməli, həmçinin xuliqanlıq kimi də qiymətləndirilməlidir
75. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
76. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
77. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
78. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri özlərinin ifadələri ilə yanaşı Zərərçəkmiş şəxs, Şahid ifadələri, habelə ifadənin yerində yoxlanılması haqqında, baxış keçirilməsi haqqında və üzləşdirmə aparılması istintaq hərəkətləri, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
79. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən CM-in 126.2.4 və 221.3-cü, Təqsirləndirilən şəxs2 qəsdən CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. CM-in 127.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlər – az ağır, CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər isə ağır cinayətlər kateqoriyasına aid edilir.
80. Təqsirləndirilən şəxs1 hadisə zamanı özünü və dostluq münasibətində olduğu tanışı Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədi ilə sonradan maşına gedib oradan götürdüyü bıçaqla Zərərçəkmiş şəxs bir neçə dəfə zərbə vuraraq xəsarət yetirməsi, həmin əməli törətməkdə xuliqanlıq niyyətinin olmaması barədə və sair işin faktiki hallarına uyğun olmayan göstərdiklərinə məhkəmə kollegiyası tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələr onun özünü müdafiə xarakteri daşımaqla ağır və az ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıdığından, habelə iş materialları ilə öz təsdiqini tapmadığından rədd edilməlidir.
81. Təqsirləndirilən şəxs2 hadisə zamanı tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaqlamasını görməməsi, sonuncunun təşəbbüsü ilə münaqişənin başlaması, əvvəlcə Zərərçəkmiş şəxs ona vurması barədə və sair işin faktiki hallarına uyğun olmayan ifadəsində göstərdiyi xüsusatlara məhkəmə kollegiyası tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələr özünün və dostu Təqsirləndirilən şəxs1 ağır və az ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq məqsədi daşıdığından, habelə iş materialları ilə öz təsdiqini tapmadığından rədd edilməlidir.
82. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onların ünvanına nalayiq ifadələr bildirməklə hücum etməsi, buna görə də bıçağı ilk dəfə maşından düşərkən deyil, sonradan özünümüdafiə məqsədilə gedib oradan götürüb Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır və az ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.
83. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
84. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, Şahid ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində müvafiq olaraq CMin 126.2.4 və 221.3-cü maddələri və CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs1 CM-in 126.2.4 və 221.3-cü, Təqsirləndirilən şəxs2 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər məsələlər:
85. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
86. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
87. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
88. Məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, CM-in 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi və ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi, sonuncunun ondan şikayət və tələbinin olmamasını, habelə Təqsirləndirilən şəxs1 CM-in 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini, sonuncu ilə barışıq əldə etməyə cəhd etməsini, CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq 20 və 21 yaşlarında gənc olmalarını, habelə özlərini təqsirli bildikləri əməllərdən peşman olduqlarını bildirmələrini, eləcə də Təqsirləndirilən şəxs2 atasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı xəsarət alması, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmaması, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini yerinə yetirməsi və davranışını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
89. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
90. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyini zamanı CM-in 66-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməllərinə görə CM-in 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməli, daha sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona yekun cəza təyin edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 CM-in 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir.
91. Qanunverici tərəfindən CM-in 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə və CM-in 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar müəyyən edilmişdir.
92. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə münasibətdə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır.
93. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan məhz azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.
94. Eyni zamanda, məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, törədilmiş cinayətdə iştirakının rolunu, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş məhz azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
95. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmiş, Təqsirləndirilən şəxs2 törətdiyi əməllər isə az ağır cinayətlər kimi təsnif edilmişdir.
96. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
97. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.
98. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan ünvan 3 ünvanını saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
99. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
100. “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
101. İşdə olan tutma protokollarından və müvafiq məhkəmə qərarlarından görünür ki, X9 və Təqsirləndirilən şəxs2 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarları ilə əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla müvafiq olaraq 4 (dörd) ay və 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 17 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal azad olunmuş, həmin məhkəmənin 20 iyun 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 12 iyul 2024-cü il tarixədək, Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanılma müddəti isə 11 iyul 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxslər barəsində müvafiq olaraq seçilmiş həbs və ev dustaqlığı qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 29-33; 44-48; 109- 113; 121-125; 220-225; Cild 2; Cild 3;).
102. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən təqsirləndirilən şəxslərin ifadələri ilə müəyyən edilir ki, onlar 20 fevral 2024-cü il tarixdə istintaq orqanına təhvil verilmiş və həmin tarixdən etibarən faktiki olaraq azadlıqları məhdudlaşdırılmaqla saxlanılmışlar (bax hökmün 20-ci bəndinə). Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin faktiki olaraq 20 fevral 2024-cü il tarixdən azadlıqlarının məhdudlaşdırılmaları nəzərə alınmalıdır.
103. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.
104. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs M.T.Qasımova təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 fevral 2024-cü il tarixdən hesablanmalıdır.
105. Eyni zamanda, məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətini CM-in 69.3-cü maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün kimi hesablanaraq cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 20 fevral 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 8 (səkkiz) ay 10 (on) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutularaq hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir.
106. Eyni zamanda, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
107. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
108. Məhkəmə CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlarlar - 1(bir) ədəd şalvar, 1(bir) ədəd mayka və 1(bir) ədəd sviter Zərərçəkmiş şəxs qaytarılmalı, onun tərəfindən qəbul edilmədikdə isə məhv edilməli, iş üzrə hadisə yerinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır.
109. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.
110. İş üzrə verilmiş mülki iddianı müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmişdir. Zərərçəkmiş şəxs mülki iddiasını əsaslandıraraq (bax hökmün 53-cü bəndinə) xəstəxanalara, həkimlərə və dərmanlara çəkdiyi xərcə görə ümumilikdə 2154,28 manat, gələcək müalicəsi üçün əlavə olaraq 2000 manat, müalicə və işləmədiyi dövr üçün istifadə üçün alınmış 1500 manat bank krediti, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1000 manat və dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə vurulmuş 11654,28 manat maddi və mənəvi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) M.T.Qasımov məhkəmə baxışı zamanı ona qarşı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı qəbul etməməklə etiraz edərək, mülki iddiaçının iddiasında göstərdiyi məbləği ödəyə bilməyəcəyini bildirmişdir.
111. Məhkəmə mənəvi zərərin ödənilməsinə dair qərar qəbul edərkən həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pelunumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarını rəhbər tutur. Həmin qərarın 1-ci bəndində göstərilir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmçinin həmin qərarın 2, 3, 6-8-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda CPM-in 189-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
112. Məhkəmə yuxarıda göstərilən plenum qərarında müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs aldığı ağır bədən xəsarətləri nəticəsində müəyyən qazanclarından, normal yaşayış tərzindən mərhum olmuşdur. Bu da onun subyektiv olaraq təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmaq və dəymiş ziyanın ödənilməsi hüququnu istisna etmir. Təqsirləndirilən şəxs1 törətdiyi hadisə nəticəsində zərərçəkmiş şəxsə ziyan vurduğunu və bıçaqla müxtəlif bədən xəsarətləri yetirdiyini qəbul etmişdir. Hökmün təsviri hissəsində göstərilənlərdən aydın olur ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs hadisə nəticəsində aldığı xəsarətlər nəticəsində 10(on) gündən artıq müddət ərzində koma vəziyyətində olmuş, sonrakı müddətdə xəstəxanada stasionar və ev şəraitində ambulator müalicə və müayinə olunmuş, hazırkı mərhələdə də yetirilmiş ağır bədən xəsarəti ilə əlaqədar həkim məsləhətinə əsasən müalicə və müayinəsi davam etdirilir. Mülki iddiaçının təqdim etdiyi və məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs hadisədən əvvəl "xxxx" MMC-nin Təchizat şöbəsində 850 manat 50 qəpik məbləğində əmək haqqı almaqla təchizatçı işləmiş, hadisədən sonra əmək qabiliyyətini təxminən 4 (dörd) ay müddətində itirmişdir. Məhkəmə hesab edir ki, bu hal Zərərçəkmiş şəxs törədilmiş hadisə nəticəsində müəyyən müddət ərzində də reabilitasiya prosesinə cəlb olunmasına zərurət olduğunu göstərir. Bu halın özü isə onda fiziki iztirab və mənəvi sarsıntılara səbəb olmuşdur və bu hal məhkəmə tərəfindən onun tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi qənaətinə gəlməyə imkan verir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki iddiaçı və onun nümayəndəsi tərəfindən mülki iddiaçının həyat yoldaşı tərəfindən sonuncunun müalicə və işləmədiyi dövr üçün istifadə üçün götürüldüyünü iddia etdiyi 1500 manat məbləğində bank kreditinin məhz qeyd edilən məqsədlərə sərf edilməsi və həmin məqsədlərlə götürülməsi sübuta yetirilməmişdir. Eləcə də, zərərçəkmiş şəxsin (mülki iddiaçı) özünün də etiraf etdiyi və şahid X6 da təsdiq etdiyi kimi təqsirləndirilən şəxs M.T.Qasımovun anası tərəfindən birincinin müalicəsi üçün 1500(bir min beş) manat məbləğində pul vəsaiti verilməsi mülki iddiaya hüquqi qiymət verilərkən nəzərə alınmalı haldır.
113. Beləliklə, məhkəmə cinayət işi materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində zərər dəymişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mülki iddia qismən xəstəxanalara, həkimlərə və dərmanlara çəkdiyi xərcə görə ümumilikdə 2154,28 (iki min bir yüz əlli dörd manat iyirmi səkkiz qəpik) manat, gələcək müalicəsi üçün 1000 (bir min) manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1000 (bir min) manat və dəymiş mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində olmaqla, cəmi 6154,28 (altı min bir yüz əlli dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı hissədə təmin edilməli, qalan hissələrdə isə mülki iddia rədd edilməlidir.
114. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
115. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
116. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə qəti olaraq 7 (yeddi) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1-1(095)- 234/2024 saylı hökmü ilə təyin edilmiş 4(dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 20 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20 fevral 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 8 (səkkiz) ay 10 (on) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutularaq hesablanmaqla 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan ünvan 3 ünvanını saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin, xəstəxanalara, həkimlərə və dərmanlara çəkdiyi xərcə görə ümumilikdə 2154,28 (iki min bir yüz əlli dörd manat iyirmi səkkiz qəpik) manat, gələcək müalicəsi üçün 1000 (bir min) manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1000 (bir min) manat və dəymiş mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində olmaqla, cəmi 6154,28 (altı min bir yüz əlli dörd manat iyirmi səkkiz qəpik) manat pul vəsaiti cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilsin, qalan hissədə mülki iddia təmin edilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus hadisə baş verən zaman üzərində olmuş paltarlar - 1(bir) ədəd şalvar, 1(bir) ədəd mayka və 1(bir) ədəd sviter, Zərərçəkmiş şəxs qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, iş üzrə hadisə yerinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.