Məhkəmə qərarları › İş №1(101)-1955/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1955/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1955/2022 15.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:45-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, natamam orta təhsilli, işləməyən, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan İran İR-nin vətəndaşı “Səid” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində sonuncu tərəfindən gizlədilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov stansiyasının yaxınlığında yolun kənarında gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1,335 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 3,642 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 21:30-da Binəqədi RPİnin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən “Bazar Store” mağazasının yaxınlığında saxlanılıb oradan ünvan 1 ünvanda yerləşən 7-ci Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə ayrıayrılıqda təmiz çəkisi 1,335 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 3,642 qram qəhvəyi rəngli tozşəkilli maddələrdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkarlanaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, “İnstagram” sosial şəbəkəsində şəxsi hesabında olan profilinə “Səid” adlı tanımadığı şəxs mesaj yazaraq onunla tanışlıq münasibətləri qurmağa başlamışdır. O da qeyd olunan sosial şəbəkədə İran vətəndaşı olan “Səid” kimi adını bildiyi şəxslə yazışmağa başlamışdır. Özünü ona İran vətəndaşı kimi təqdim edən “Səid” adlı şəxs qeyd olunan sosial şəbəkədə ondan narkotik vasitə qəbul edibetmədiyini maraqlanan zaman o, sonuncuya narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Belə ki, “Səid” kimi adının bildiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Sonuncu dəfə “Səid” adlı şəxs ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə yaradıb ona göndərəcəyi narkotik maddənin gizlədildiyi yerin şəklini çəkərək göndərməklə deyiləcək yerdən götürməyini bildirmiş və danışıq zamanı “Səid” ona sonuncu dəfə həmin narkotik maddənin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov stansiyasının yaxınlığında yolun kənarında gizlədildiyini və oradan deyəcəyi saatda yaxınlaşıb götürməyini bildirmiş və o da sonuncunun bu təklifi ilə razılaşmışdır. 29 iyun 2022ci il tarixdə axşam saat 21 radələrində “Səid”in dediyi ünvana çatdıqda, şübhə çəkməmək üçün ətrafda kimsənin olmadığını görüb deyilən ünvanda içərisində iki büküm narkotik maddələri götürüb yolda tanımadığı ötən taksilərin birini saxlatdırıb olduğu yerdən uzaqlaşmışdır. 30 iyun 2022-ci il tarixdə səhər saat 9-10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən “BazarStore” mağazasının yaxınlığında olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Buna görə də onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər, orada ona müdafiəçi təyin olunmuşdur. Lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri, həmin şalvarın sol yan cibindən 1 manatlıq pul əskinası, 1 ədəd qara rəngli, üzərində “Jinga” yazılmış mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir şalvarının ciblərini, əynində olan göy rəngli cins şalvarın digər ciblərini açmaq tələb olunmuş, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabı çıxarılaraq içərisinə baxılmış, lakin ayaqqabıdan heç bir əşya aşkar olunmamışdır. Daha sonra o əynindəki göy rəngli cins şalvardan aşkar edilmiş bükümlər təqdim etmişdir. O, üzərindən aşkar edilmiş narkotik maddələri xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünü ona iran vətəndaşı kimi təqdim edən “Səid” şəxsin dediyi ünvan olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov stansiyasının yaxınlığında yolun kənarında gizlədilmiş yerdən götürdüyünü qeyd etmişdir. Həmin narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. Əldə etdiyi narkotik vasitə ona təxminən bir həftəlik istifadəsi üçün yetərli olmuşdur. Əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri rayonda iş görən zaman yorğunluğunu keçirmək üçün istifadə etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, satış məqsədi ilə əldə edərək, üzərində saxlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli qərar qəbul edilməklə Binəqədi RPİ-nin 7-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi, polis mayoru Şahid2 da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri özü və sonuncu ilə birlikdə keçirməyə qərar verilmişdir. Birlikdə xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən “BazarStore” mağazasının yaxınlığında olarkən «Əli» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb ona yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi, satması və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 7-ci PB- nə aparmışlar. Bu barədə PB-də raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı polis mayoru Rəşad Bayramova təhvil vermişlər. Sonra baş təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri, həmin şalvarın sol yan cibindən 1 manatlıq pul əskinası, 1 ədəd qara rəngli, üzərində “Jinga” yazılmış mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir şalvarının ciblərini, əynində olan göy rəngli cins şalvarın digər ciblərini açmaq tələb olunmuş, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabı çıxarılaraq içərisinə baxılmış, lakin ayaqqabıdan heç bir əşya aşkar olunmamışdır. Daha sonra o, əynindəki göy rəngli cins şalvardan aşkar edilmiş bükümlər təqdim etmişdir. O, üzərindən aşkar edilmiş narkotik maddələri xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünü ona İran vətəndaşı kimi təqdim edən “Səid” şəxsin dediyi ünvan olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov stansiyasının yaxınlığında yolun kənarında gizlədilmiş yerdən götürdüyünü qeyd etmişdir. Həmin narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, xx.xx.2022ci il tarixli qərar qəbul edilməklə Binəqədi RPİ-nin 7-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi, polis mayoru Şahid2 da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri isə özü və sonuncu ilə birlikdə keçirməyə qərar verilmişdir. Birlikdə xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən “BazarStore” mağazasının yaxınlığında olarkən «Əli» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi, satması və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 7-ci PB- nə aparmışlar. Bu barədə PB-də raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı polis mayoru Rəşad Bayramova təhvil vermişlər. Sonra baş təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri, həmin şalvarın sol yan cibindən 1 manatlıq pul əskinası, 1 ədəd qara rəngli, üzərində “Jinga” yazılmış mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir şalvarının ciblərini, əynində olan göy rəngli cins şalvarın digər ciblərini açmaq tələb olunmuş, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabı çıxarılaraq içərisinə baxılmış, lakin ayaqqabıdan heç bir əşya aşkar olunmamışdır. Daha sonra o, əynindəki göy rəngli cins şalvardan aşkar edilmiş bükümlər təqdim etmişdir. O, üzərindən aşkar edilmiş narkotik maddələri xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünü ona İran vətəndaşı kimi təqdim edən “Səid” şəxsin dediyi ünvan olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov stansiyasının yaxınlığında yolun kənarında gizlədilmiş yerdən götürdüyünü qeyd etmişdir. Həmin narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/3638 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-176” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,642 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,335 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in (Siyahı İİ) siyahısına daxildirlər. (iş vərəqə 35-41) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 4928 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 131-132) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2022-ci il tarixli, 2421 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliklər aşkar olunmayıb. Həmin dövrdə o, öz əməlinin hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 133-135) İş materiallarında olan xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Yolçiyev X2 rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən “BazarStore” mağazasının yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 7-ci PBnin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri, həmin şalvarın sol yan cibindən 1 manatlıq pul əskinası, 1 ədəd qara rəngli, üzərində “Jinga” yazılmış mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir şalvarının ciblərini, əynində olan göy rəngli cins şalvarın digər ciblərini açmaq tələb olunmuş, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabı çıxarılaraq içərisinə baxılmış, lakin ayaqqabıdan heç bir əşya aşkar olunmamışdır. Daha sonra o əynindəki göy rəngli cins şalvardan aşkar edilmiş bükümlər təqdim etmişdir. O, üzərindən aşkar edilmiş narkotik maddələri xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünü ona İran vətəndaşı kimi təqdim edən “Səid” şəxsin dediyi ünvan olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov stansiyasının yaxınlığında yolun kənarında gizlədilmiş yerdən götürdüyünü bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. (iş vərəqə 30-31) İş materiallarında olan xx.xx.2022-ci il tarixli «DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə videofayl vardır. Həmin videofaylda olan videogörüntü 30 iyun 2022-ci il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı iştirakçıları təqdim edib polis əməkdaşları olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri, həmin şalvarın sol yan cibindən 1 manatlıq pul əskinası, 1 ədəd qara rəngli, üzərində “Jinga” yazılmış mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir şalvarının ciblərini, əynində olan göy rəngli cins şalvarın digər ciblərini açmaq tələb olunmuş, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabı çıxarılaraq içərisinə baxılmış, lakin ayaqqabıdan heç bir əşya aşkar olunmamışdır. Daha sonra o əynindəki göy rəngli cins şalvardan aşkar edilmiş bükümlər təqdim etmişdir. O, üzərindən aşkar edilmiş narkotik maddələri xx.xx.2022-ci il tarixdə saat 21 radələrində özünü ona İran vətəndaşı kimi təqdim edən “Səid” şəxsin dediyi ünvan olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov stansiyasının yaxınlığında yolun kənarında gizlədilmiş yerdən götürdüyünü bildirmişdir. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq baş təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır. (iş vərəqə 99) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs ifadələrində qeyd olunan şəxslərin, həmçinin də külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini satış məqsədilə əldə etdiyi müəyyən edilsə də, İran vətəndaşı “Səid” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində Binəqədi RPi-nin 7-ci PB-nə əməliyyat tapşırığı göndərilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. (iş vərəqə 136) İş materiallarında olan xx.xx.2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,642 qram (qalıq 3,592 qr) narkotik vasitə olan “heroin” və ümumi təmiz çəkisi 1,335 qram (qalıq 1,285 qr) psixotrop maddə olan “metamfetamin” saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə 154-165) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, narkotik vasitələri və psixotrop maddələri satış məqsədi olmadan, şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş və elan edilmiş şahid ifadəsi, ekspert rəyləri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, «DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» protokol və digər sənədlərlə tam təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X3 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X3 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,335 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 3,642 qram qəhvəyi rəngli tozşəkilli maddələrdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, 3,642 qram qəhvəyi rəngli tozşəkilli maddələrdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Yolçiyev X1 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum olunmuşdur. Yolçiyev X1 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə 15 % olmaqla islah işləri cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə Cəlilabad rayon məhkəməsinin qərarı ilə islah işləri cəzasından azad olunmuşdur. (iş vərəqə 85-86) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nın 83.3.2-ci maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir və onun əməlində cinayətlərin residiv halı müəyyən edilmir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-775/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 18-19, 79-83) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4ndən daxil olmuş xx.xx.2022-ci il tarixli, 4928 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş təmiz çəkisi 3,642 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq çəkisi 3,592 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 1,335 qram olan psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq çəkisi 1,285 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,592 qram narkotik vasitə heroin və 1,285 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza xərcinin dəyərini təşkil edən 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar