Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1955/2024 03.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçilər: “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1991-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Masallı şəhəri, H.Əliyev prospekti, ev107 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş ,habelə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, ittihama əsasən o, 09 mart 2024-ci il tarixdə saat 18:30 radələrində, ünvan 2 ünvanın qarşısında olarkən, həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq həmin ünvana gəlməsinin səbəbini soruşduqda, bunu cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan qəsdən münaqişəli vəziyyət yaratmaqla öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, yəni, birgə yaşayış və davranış qaydalarına aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, habelə ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan hərəkətlərlə, yəni ictimai yerdə, habelə silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə üzərində olan bıçaqla əvvəlcə xuliqanlıq niyyəti ilə qəsdən xəsarət yetirmək məqsədilə Zərərçəkmiş şəxs1 döş qəfəsinin arxa sağ səthindən qəsdən bir dəfə vuraraq,sağ tərəfli travmatik hemotoraksla (döş boşluğuna qanın yığılması) və pnevmotoraksla (döş boşluğuna havanın yığılması) müşayiət olu-nan döş qəfəsinin sağ yarısının arxa səthində Vİİİ qabırğaarası sahədə daxilə nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnmiş dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlam-lığa ağır zərərvurmaya aid olan qəsdən ağır zərər vurmuş, daha sonra həmin bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 bir dəfə zərbə vurub dös qəfəsinin sağ yarısının ön səthində məmə xətti üzrə İV qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə,ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş,habelə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli blərək ifadəsində göstərmişdir ki, o, Masallı rayon sakinidir, orada da yaşayır. Lakin işləmək üçün Bakı şəhərinə gəlmiş, Neftçilər metrostansiyasının ətrafında yaşayan dostugildə yaşamışdır. Hadisə günü, yəni xx.xx.2024cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu Ə.Yaqubov küçəsində olan binada yaşayan bir dostunu görmək üçün sonuncunun mənzilinə qalxmış, lakin dostunu tapa bilmədiyi üçün binadan çıxıb oradan aralanmaq istəyən zaman yanından bir maşınla keçən sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan bu ərazidə nə etdiyini soruşmuş, o isə onlardan «polissiz»-deyə soruşmuş, həmin şəxslər binadan velosiped oğurlandığını demiş və bundan sonra aralarında mübahisə yaranmış, həmin şəxslər maşından enərək onu döymüşlər, o isə şalvarının cibində olan bıçağı çıxararaq özünü qorumaq məqsədilə hər ikisinə xəsarət yetirmişdir. Bu zaman o, binanın zirzəmisinə yıxılmış, bundan sonra baş verənləri xatırlamır. Qeyd etmək istəyir ki, o, əvvəllər məhkum olunduğu üçün üzərində bıçaq gəzdirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yalnız hadisə günü ilk dəfə görmüşdür. Belə ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu məhəllə 6043/3, mənzil 16-da yaşayır. Bu iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 onun qonşusudur. 09 mart 2024-cü il tarixdə saat 18:30 radələrində, o, yaşadığı binanın həyətindən idarə etdiyi avtomobillə qonşusu Zərərçəkmiş şəxs2la 20-ci sahənin yol dairəsinə getmək istəmiş, avtomobili asta sürətlə idarə edib binanın həyətindən çıxarkən, qarşıdan Təqsirləndirilən şəxs görmüş, sonuncu ətrafa baxa-baxa getdiyi üçün onda şübhə oyatmışdır. Belə ki, həmin gündən bir gün əvvəl oğlunun velosipedini blokdan oğurlamışlar. Təqsirləndirilən şəxs kim olduğunu və burada nə etdiyini soruşduqda sonuncu bildirmişdir ki, 4-cü mərtəbədə yaşayan tanışıgilə gəlmiş, lakin qapı bağlı olduğu üçün qayıtmışdır. Oqtaydan həmin tanışının kim olduğunu soruşduqda sonuncu kobud şəkildə onlardan polis olmalarını soruşmuş, o, isə polis olmadıqlarını,lakin həmin məhəllədə yaşadıqlarını, onu tanımadıqları üçün bu sualı vermişdir. Bundan sonra aralarında mübahisə yaranmış, o, və Aydın Oqtayın yalan danışmasını başa düşüb avtomobildən düşərək məhəllədən oğlunun velosipedinin oğurlandığını bildirmiş, Oqtay isə ona və Aydına binanın tininə keçib məsələdi aydınlaşdırmağı təklif etmiş, onlar hamısı binanın tininə keçən kimi Oqtay cibindən bıçaq çıxarıb qəflətən onun arxasınca gələn Aydının sinəsinə vurmuş, Aydın yerə yıxılmış, o, Aydına yaxınlaşıb yerdən qalxmasına kömək edərkən Oqtay arxadan yaxınlaşıb onun kürəyindən bir dəfə bıçaqla vurmuşdur. Bu zaman o, dirsəyi ilə Oqtayın sinəsindən vurub geri itələmişdir. Aydın isə yerdən ayağa qalxaraq təpiklə Oqtayı vuraraq yerə yıxıb əlindən bıçağı almışdır. O, telefonla DİN-nin “102” xidmətinə zəng edib polis çağırmış, müəyyən vaxtdan polis əməkdaşları gəldikdə Təqsirləndirilən şəxs və sonuncunun onlara xəsarət yetirdiyi bıçağı polisə təhvil vermişdir. Hadisə yerinə gəlmiş təcili yardım avtomobili ilə o, və Zərərçəkmiş şəxs2 xəstəxanaya aparılmışdır. Həmin hadisə 5-10 dəqiqə ərzində baş vermiş, orada kənar adam olmamışdır. O, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o,ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu,Ə.Yaqubov küçəsi ev 11, mənzil 1-də yaşayır. 09 mart 2024-cü il tarixdə saat 18:30 radələrində,o,yaşadığı binanın həyətinə düşdük-də, hava aydın işıqlı olmuş, həyətdə qonşu binada yaşayan Talehi görmüş,sonuncu idarə etdiyi avtomobillə məhəllədən çıxarkən,ona da birlikdə yoldaşlı 20-ci sahənin yol dairəsinə gedib-qayıtmasını təklif etmiş,o,da razılaşıb Talehin idarə etdiyi avtomobilə qabaq oturacağa əyləşmişdir. Taleh avtomobili asta sürətlə idarə edib binanın həyətindən çıxarkən, məhəllədə qarşıdan bir nəfər nabələd tanımadıqları cavan oğlanın ətrafa baxaraq gəlnməsini görmüş,Taleh ondan həmin şəxsi tanıyıb-tanımamasını soruşmuş, o, tanımamasını bildirdikdə, Taleh həmin şəxsin iki gün ərzində məhəllədə fırlanmasını demişdir. Sonra Taleh idarə etdiyi avtomobili həmin şəxsin yanından keçib uzaqlaşarkən, avtomobilin yan güzgülərindən həmin şəxsə baxdıqları zaman, həmin cavan, arıq bədənlı, orta boylu oğlanın ətrafa boylanması eyni zamanda geri çönüb onlara baxaraq getməsini görüb şübhələnmişlər.Taleh avtomobili idarə edib məhəllənin digər tərəfindən dönüb yenə həmin oğlanın qarşısına gəlib yanında saxlayaraq, həmin şəxsdən harada qalmasını və nə axtarmasını soruşmuş,həmin şəxs kobud şəkildə Talehə özü ilə maraqlandığı üçün polis olmalarını soruşmuş, Taleh isə polis olmadıqlarını, lakin həmin məhəllədə yaşadıqlarını, həmin şəxsi də tanımadıqları üçün nə kimi köməklik edə biləcəklərini demişdir. Həmin şəxs Talehə oradakı binanın 4-cü mərtə-bəsində yaşamasını deyərək, gözü ilə binanın kənarlarına baxıb nömrəsini axtararkən, o və Taleh həmin şəxsin yalan danışmasını başa düşüb avtomobildən düşərək həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxs onun və Talehin tərəfindən sorğu-sual edildiyi üçün narazılığını bildirərək,“bu nə bespridellikdi,məni sorğu-suala tutmusuz”sözlərini demiş, bu zaman Taleh həmin şəxsə bir başa həyətlərinə oğurluğa gəldiyini dedikdə, aralarında sözlə mübahisə yaranmışdır. Bu vaxt həmin şəxs ona və Talehə binanın tininə keçib məsələdi aydınlaşdırmağı təklif etmiş, o, da Talehlə etiraz etmə-miş, həmin şəxs qarşıda, o, ardınca,Taleh isə arxadan gələrkən,binanın tinindən dönən kimi binanın zirzəmisinə olan pilləkəndən 2-3 pillə aşağı düşmüş,zirzəminin qapısı bağlı olduğunu görüb həmin şəxs dayanmışdır. Bu zaman onun arxası ilə gələn Taleh, həmin şəxs cibindən bıçaq çıxarmasını demiş, o, da Talehə bunu gördüyünü bildirmiş,həmin oğlan zirzəmiyə 2-3 pillə düşüb dayandıqda, bədəni onun dizi səviyyəsində aşağıda və aralarında da təxminən bir metr məsafə olmuşdur.O, həmin şəxsə “mənə bıçaq çıxardırsan” sözünü deyərək,ayağını həmin şəxsin başı səviyyəsinə qaldırıb, “vuraram aşarsan,bıçağı yığışdır” sözlərini demiş, o, ayağını bir neçə saniyə saxlamış və vurmadan yerə qoymuşdur. Bu zaman gözləmədiyi halda həmin şəxs qəflətən bıçaq olan əlini ona tərəf hərrəmiş, bıçağın dəmir hissəsi sol ayağının topuq hissəsinə toxunaraq cızmışdır. Sonra həmin şəxs pilləkəndən yan tərəfə atlanıb asfaltın üstünə onun bərabər səviyəyə çıxmış, üzərinə gəldikdə o,həmin şəxsə təpik atmış ki, əlindən vurub bıçağı yerə salsın və ya özündən uzaqlaşdırsın. Bu zaman onun ayağı budrəmiş və yerə yıxılmış,bu görən Taleh ona yaxınlaşıb qalxmasına kömək edərkən, həmin şəxs arxadan yaxınlaşıb Talehin kürəyindən bir dəfə bıçaqla vurmuş, sonuncu qışqıraraq bıçaqlandığını demiş, o, tez qalxıb həmin şəxsin əlindən bıçaqı almaq üçün təpik atarkən, həmin şəxs bıçaqla bu dəfə ona qarşı tərəfdən hərrəmiş, bıçaqın uc hissəsi sağ döş nahiyyəsinə dəyərək xəsarət yetirmişdir. O, həmin şəxsin ciddi şəkildə ona və Talehə hucum edib bıçaqla vurmasını görüb, təpiklə həmin şəxsin baş nahiyyəsinə vurararq onu yerə yıxmış,sonra üstünə oturub əlindən bıçaqı almışdır.Həmin vaxt Taleh telefonla DİN-nin “102” xidmətinə zəng edib polis çağırmış, müəyyən vaxtdan polis əməkdaşları gəldikdə o, saxladığı sonradan adı Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsi təhvil verərək həmin şəxsin xəsarət yetirdiyi bıçaqı təqdim etmiş-dir.Sonra oraya çağrılmış təcili yardım avtomobili ilə o, və tanışı Zərərçəkmiş şəxs1 xəstəxanaya aparılmışdır.Həmin hadisə yəni Təqsirləndirilən şəxs onu və Zərərçəkmiş şəxs1 kənara aparıb üzərlərinə hucum çəkməsi,bıçaqla vurub xəsarət yetirməsi və o, həmin şəxsi yıxıb əlindən bıçaqı alması 5-10 dəqiqə ərzində baş vermiş, hadisədən təxminən 10-15 dəqiqə sonra,oraya ətrafda yaşayan adlarını xatırlamadığı qonşular və polis əməkdaşları gəlmiş, əvvəllər nə o, nə də Taleh Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və bu gün ondan əvvəl ifadə vermiş Zərərçəkmiş şəxs1 hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 09 mart 2024-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu,Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində 10 saylı binanın qarşısında baş vermiş hadisə onun xidməti ərazisinə aid olmaqla həmin ərazinin sahə müvəkkilidir. Həmin gün DİN-nin 102 xidmətinə məlumat daxil olmuşdur ki, qeyd olunan binanın qarşısında bir nəfər şəxs iki nəfərə bıçaqla xəsarət yetirmişdir. Bu məlumat ona xx.xx.2024-cü il tarixdə saat 18 radələrində verilmişdir. Həmin ünvana yaxın olduğu üçün dərhal ora getmiş və 10 saylı binanın tinində sonra adının Aydın olduğu şəxsin arxadan Təqsirləndirilən şəxs tutaraq saxladığını, Zərərçəkmiş şəxs1 isə yaralı vəziyyətdə yerdə olduğunu, həmçinin yerdə bir ədəd bıçaq olduğunu görmüşdür. Dərhal Təqsirləndirilən şəxs saxlayaraq post-patrul xidmətinə məlumat vermiş, həmin yerə PPX-nın maşını gəldikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-nin növbətçi hissəsinə təhvil vermişdir. Zərərçəkmiş şəxsləri isə təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. Yolda Təqsirləndirilən şəxs hadisə barədə soruşduqda sonuncu bildirmişdir ki, Oqtay və Taleh adlı şəxslərlə mübahisə yaranmış, sonuncular onu döydükləri üçün onlara bıçaqla xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə verilmiş ittiham öz təsdiqini tapmamışdır, bununla belə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 17:46-da DİN-nin 102 xidmətindən daxil olmuş məlumata əsamsən Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində DYPŞ-nin qarşısında özünü təqdim etməyən şəxs 2 nəfəri bıçaqlayan şəxsi tutub saxlamasını polisin təcili yaxınlaşmasını istəmişdir. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş Zərərçəkmiş şəxs1 Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin rəisinə ünvanlanmış ərizədən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:30 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona və qonşusu Aydın adlı şəxsə bıçaqla xəsarət yetirmişdir. Lakin, buna baxmayaraq onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 4 ünvanının qarşısıdır. Burada Zərərçəkmiş şəxs1 və Bəhmalov X8 Oqtay Elşad oğlu tərəfindən bıçaqlanmışdır. Hadisə yerindən 01 ədəd sübut əhəmiyyətli qara metal dəstəkli və tiyəli olan bıçaq götürülümüşdür. Məhkəmədə elan edilib araşdırılmış “Şübhəli şəxsin tutulması haqqında” 10 mart 2024cü il tarixli protokoldan müəyyən olunur ki, 10 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur Məhkəmədə elan edilib araşdırılmış 4(009)-119/2024 nömrəli xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 10 mart 2024-cü il tarixdən hesab olunmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “ifadələrin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs, 09 mart 2024-cü il tarixdə axşam saat 18:30 radələrində ünvan 5 ünvanında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə rastlaşaraq aralarında mübahisə yaranmasını və mübahisəni aydınlaşdırmaq üçün həmin binanın arxa hissəsinə keçmələrini, yaşayış binasının arxa hissəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində gəzdirdiyi cib bıçağı ilə qəsdən vururub müxtəlif bədən xəsarəti yetirməsinə dair ifadə verərək, mübahisə etdiyi və bıçaqla vurduğu yeri və qeyd edilmiş ünvanı əyani olaraq göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məlumatından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində müəssisənin tibb-sanitar hissəsində rentgenoloji müayinədən keçirilən zaman sağ dirsək sümüyündə sınıq xəsarəti aşkar olunmuş,sonrakı müayinə zamanı isə təpə nahiyyəsində, sol kürək nahiyyəsində, belin sol yan tərəfində, sol biləyin ön səthində, hər iki əlinin 2-ci barmağının arxa səthində qərtməkli yara xəsarətləri, sol gözünün ağlı qişasında qansızma əlamətləri, hər iki gözətrafı nahiyyəsində, sağ yanağında, hər iki gicgah nahiyyəsində, sağ qulaq seyvanında və sağ qulaqətrafı nahiyyəsində tünd-bənövşəyi rəngli qançır izləri aşkar olunmuşdur.Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri həbs olunmamışdan əvvəl almışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 12 mart 2024-cü il tarixli 115 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ saidin orta və aşağı üçdə birinin arxa səthinin qançırı, sol gözün ağlı qişasına qan sızma ilə müşayiət olan hər iki göz orbitası ətrafının hematoması, sol gicgah nahiyəsinin hematoması bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış “materialın aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Bakı şəhəri Səbail rayonu prokurorluğu tərəfindən 47-C-24 №-li materialı nəzərdən keçirərək, Təqsirləndirilən şəxs döyülərək xəsarət alması ilə bağlı toplanmış 47-C-24 №-li material istintaq aidiyyatı üzrə Bakı şəhəri Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 08 aprel 2024-cü il tarixli 138 №-li rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ tərəfli travmatik hemotoraksla (döş boşluğuna qanın yığılması) və pnevmotoraksla (döş boşluğuna havanın yığıl-ması) müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthində Vİİİ qabırğaarası sahədə daxilə nüfuz edən 1(bir) ədəd deşilmişkəsilmiş yara,deşici-kəsici xarakterli alətin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni 09.03. 2024-cü il tarixində,kənar şəxs tərəfindən döş qəfəsinin sağ yarısının arxa səthinə ekspertizaya təqdim edilmiş bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 08 aprel 2024-cü il tarixli 139 №-li rəyindən müəyyən olunur ki, vət.Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət-döş qəfəsinin sağ yarısının ön səthində məmə xətti üzrə İV qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yara,deşicikəsici xarakterli alətin təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəra-itdə,yəni xx.xx.2024-cü il tarixində,kənar şəxs tərəfindən doş qəfəsinin sağ yarısının ön səthinə ekspertizaya təqdm edilmiş bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aiddir. Məhkmədə elan edilib araşdırılmış məhkəmə-balistik,t rasoloji ekspertizasının 17 may 2024-cü il tarixli 3-16-16/2-3/662;3/669 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən 1(bir) ədəd kustar üsulla hazırlanmış,bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş geyim əşyalarının səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş gödəkçənin, uzunqol köynəyin, qısaqol köynəyin, qolsuz maykanın hər birinin səthində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Ümumi əlamətlərinə əsasən gödəkçənin, uzunqol köynəyin, qısaqol köynəyin, qolsuz maykanın hər birinin səthində olan bir ədəd zədənin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş gödəkçənin, uzunqol köynəyin, qısaqol köynəyin, qolsuz maykanın hər birinin səthində olan bir ədəd zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 aprel 2024-ci il tarixli 1169 №-li rəyindən müəyyən olunur ki, vət.Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir.Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.O.E. Mahmudovda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: vət.Təqsirləndirilən şəxs inadkarlıq,eqosentrizm,özünə qarşı ətrafdakılardan hörmət tələb etmək,öz üstünlüyünü nümayiş etdirməyə meyillilik, konfliktə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir.Onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlərin hadisə zamanı Təqsirləndirilən şəxs keçirdiyi emosional vəziyyəti şərtləşdirərək davranışına mənfi təsir göstərməsi müəyyən edilir. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında, fərdi-psixi xüsusiyyətləri fonunda hirslilik, emosional reaksiyalara meyillilik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası BƏSİİ-dən alınmış məhkəmə qərarı və tələbnamədən görünür ki, O.X11 Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə barəsində 13 il 6 ay müddətində azadlıqdam məhrumetmə cəzası müəyyən edilmişdir. Cəzasının ciddi rejimli cəzaçəkmə müəssisənində çəkməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirilərək əməli Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsinə tövsif edilmişdir. Barəsində 9 il müddətində azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020 tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş 1 il 4 ay 16 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilib. xx.xx.2021-ci il tarixində cəzanı tam şəkildə çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkum olunduğu əməl, yəni CM-nin 126.3-cü maddəsi ağır cinayətdir. CM-nin 83.3.4-cü maddəsinə əsasən onun cəzasını çəkib qurtardığı gündən baxılan iş üzrə törətdiyi əməlin vaxtınadək altı il keçmədiyi üçün onun əməlində CM-nin 18.2.2-ci (qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə) maddəsinə əsasən cinayətlərin təhlükəli residivi var və CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış, 23 iyun 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən olunur ki, hadisə yerinə baxış protokolu ilə götürülmüş bir ədəd qara rəngli metal dəstəyi və tiyəsi olan qatlanan bıçaq və hadisə zamanı zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli uzunqol gödəkcə, bir ədəd qəhvəyi rəngli uzunqol poliver,bir ədəd mavi rəngli qısaqol köynək və bir ədəd ağ rənli qolsuz mayka Bakı şəhəri Səbail RPİ-yə təhvil verilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinin motivi ondan ibarətdir ki, o, işləmək üçün Bakı şəhərinə gəlmiş, Neftçilər metrostansiyasının ətrafında yaşayan dostugildə yaşamışdır. Hadisə günü, yəni xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu Ə.Yaqubov küçəsində olan binada yaşayan bir dostunu görmək üçün sonuncunun mənzilinə qalxmış, lakin dostunu tapa bilmədiyi üçün binadan çıxıb oradan aralanmaq istəyən zaman yanından bir maşınla keçən sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan bu ərazidə nə etdiyini soruşmuş, o isə onlardan «polissiz»-deyə soruşmuş, həmin şəxslər binadan velosiped oğurlandığını demiş və bundan sonra aralarında mübahisə yaranmış, həmin şəxslər maşından enərək onu döymüşlər, o isə şalvarının cibində olan bıçağı çıxararaq özünü qorumaq məqsədilə hər ikisinə xəsarət yetirmiş, .bu zaman o, zərərçəkmiş şəxsin zərbələri nəticəsində binanın zirzəmisinə yıxılmış, bundan sonra baş verənləri xatırlamır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə heç bir tanışlığı, ədavəti və düşmənçiliyi olmamışdır, məhkəmə sonuncuların Təqsirləndirilən şəxs hadisə baş verən ərazidə görən zaman ondan kim olduğunu və həmin ərazidə nə etdiyini soruşmalarını, davamında isə Təqsirləndirilən şəxs onlara həmin məhəllədə yaşayan tanışıgilə gəldiyini, lakin qapı bağlı olduğu üçün qayıtdığını bildirdikdən sonra, zərərçəkmişlərin həmin məhəllədə olmuş velosiped oğurluğunun Təqsirləndirilən şəxs tərəfindən əsassız olaraq törədilməsini zənn etmələri mübahisənin başlanması səbəbi kimi nəzərə alır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarın 6-cı bəndinə əsasən Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarından müəyyən olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə onların təşəbbüsü ilə başlamış mübahisə zamanı qabaqcadan öz üzərində gəzdirdiyi bıçaqla (məhkəmə-balistik,trasoloji ekspertizasının 17 may 2024-cü il tarixli 3-16-16/2-3/662;3/669 №-li rəyinə əsasən soyuq silah hesab edilməyən) xəsarət yetirmişdir, bu hadisə şəxsi münasibətlər zəminində baş vermişdir, Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məlumatından isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində müəssisənin tibb-sanitar hissəsində rentgenoloji müayinədən keçirilən zaman sağ dirsək sümüyündə sınıq xəsarəti aşkar olunmuş,sonrakı müayinə zamanı isə təpə nahiyyəsində,sol kürək nahiyyəsində, belin sol yan tərəfində, sol biləyin ön səthində,hər iki əlinin 2-ci barmağının arxa səthində qərtməkli yara xəsarətləri, sol gözünün ağlı qişasında qansızma əlamətləri, hər iki gözətrafı nahiyyəsində, sağ yanağında, hər iki gicgah nahiyyəsində, sağ qulaq seyvanında və sağ qulaqətrafı nahiyyəsində tünd-bənövşəyi rəngli qançır izləri aşkar olunmuşdur.Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri həbs olunmamışdan əvvəl almışdır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının 115 №-li 12 mart 2024-cü il tarixli rəyindən isə Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ saidin orta və aşağı üçdə birinin arxa səthinin qançırı, sol gözün ağlı qişasına qan sızma ilə müşayiət olan hər iki göz orbitası ətrafının hematoması, sol gicgah nahiyəsinin hematoması bərk küt əşya (əşyaların) təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilməsi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olması müəyyən edilmişdir. Məhkəmədə elan edilərək araşdırılmış ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixli «sübutların qiymətlədirilməsi haqqında» qərardan müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər sağlamlığa yüngül zərərvurmaya aid olduğundan və onun zərərçəkmiş şəxslərə qarşı şikayət və tələbi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlamasına xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 126.1 və 128-ci maddələrinə tövsif edilməli və ona həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs səciyyələndirən sənədlərdən müəyyən olunur ki, o, xx xxxx 1991ci ildə Masallı rayonunda anadan olması,Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunması, ünvan 7 ünvanında qeydiyyatdadır, RXnin X2 baş həkimi tibb xidməti polkovnik-leytenantı Müsəllim Əmiraslanov və onun müavini tibb xidməti mayoru Şaiq Ömərov tərəfindən imzalanaraq Təqsirləndirilən şəxs barəsində tibbi arayışa əsasən isə o ƏN PX Bakı İstintaq Təcridxanasından (MM) "xxxx" diaqnozu ilə ağır vəziyyətdə X3 (İMM) daxil olmuşdur. Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda “sol ağciyərin kavernoz vərəmi, infiltrasiya və dağılma mərhələsində, VM (+) pozitv, sol tərəfli pnevmotoraksla ağırlaşma. Xroniki “C” viruslu hepatit, “subklinik mərhələ” kliniki diaqnozu təsdiqlənmişdir. Xəstə xx.xx.2024-cü il tarixdə XHK-nın qərarına əsasən “Yeni” hal kimi 1-ci sıra vərəməleyhi preparatlarla müalicəyə cəlb edilmişdir. Hal-hazırda xəstənin ümumi vəziyyəti ağırdır, yataq rejimindədir, müalicəsi davam etdirilir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, bu məcəllənin 59.2-ci (cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər) maddəsinə əsasən, həmçinin tibbi arayışa əsasən səhhətində olan ağır xəstəliklərin mövcudluğu onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 128-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən əmələ aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə olan halda Azərbaycan Respublikası CM-nin 69.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 10 mart 2024-cü il tarixdən hesablamalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisələrin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisələri ilə əlaqəsi və həmin cinayət əməllərini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X6 təməl prinsiplərindəndir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış protokolu ilə götürülmüş bir ədəd qara rəngli metal dəstəyi və tiyəsi olan qatlanan bıçaq və hadisə zamanı zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli uzunqol gödəkcə, bir ədəd qəhvəyi rəngli uzunqol poliver,bir ədəd mavi rəngli qısaqol köynək və bir ədəd ağ rənli qolsuz maykanın olduğu bir ədəd bağlama məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 360 AZN (üç yüz altmış) manat pul Bakı şəhəri 33 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 05 (beş) il 04 (dörd) ay müddətə, CM-nin 128-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd qara rəngli metal dəstəyi və tiyəsi olan qatlanan bıçaq və hadisə zamanı zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli uzunqol gödəkcə, bir ədəd qəhvəyi rəngli uzunqol poliver,bir ədəd mavi rəngli qısaqol köynək və bir ədəd ağ rənli qolsuz maykanın olduğu bir ədəd bağlama məhv edilsin. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiçi Müdafiəçi1 üçün 360 AZN (üç yüz altmış) manat pul Bakı şəhəri 33 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1955/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1955/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver