Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1957/2021 23.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı və həmin şöbənin böyük prokuror-metodisti X3, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 9,539 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 16 iyun 2021-ci il tarixdə saat 16:50-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 65 ünvanında saxlanılaraq Baş İdarəyə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən ağ rəngli gödəkçəsinin iç sol cibində saxladığı, ayrı-ayrılıqda çəkiləri 4,717 qram və 4,822 qram olmaqla ümumi təmiz çəkisi 9,539 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə ümumiyyətlə təqsirli bilməyərək göstərdi ki, iki ali təhsili vardır və uzun illər müxtəlif sahələrdə yüksək ixtisaslı mühəndis kimi çalışmış, əmək fəaliyyətinin son bir neçə ilində isə - təxminən 1998-ci ilə qədər fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ayaqqabı tikmişdir. Sonra ürək xəstəliyinə tutulmuş, infarkt keçirmiş, əməliyyata məruz qalımş, ürəyinə stend qoyulmuşdur. 11 ildir ikinci qrup əlildir, aylıq 234 manat təqaüd alır. Bir müddət ev alqı-satqısı sahəsində dəllal kimi də fəaliyyət göstərmişdir. Son dövrlərdə isə yaşı və səhhəti imkan vermədiyinə görə heç yerdə işləməmişdir, bir qayda olaraq evdə və yaşadığı ünvana yaxın yerdə yerləşən çayxanada həmyaşıdları, tanışları ilə stolüstü oyunlar oynamaqla vaxtını keçirmişdir. Həyat yoldaşı vəfat etdiyindən övladları ilə birlikdə qalır, nəvələri ilə məşğul olur. Heç vaxt narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. Ətrafındakı dost-tanışlardan da heç kim bildiyinə görə narkotik vasitələrdən istifadə etmir və ya onun satışı ilə məşğul olmur. Belə maddələr barədə əsasən televiziya ekranlarından görüb eşitmişdir. Özü hətta spirtli içkidən belə istifadə etməmişdir. 16 iyun 2021 -ci il tarixdə saat 16:50 radələrində qohumu - qaynı Şahid4 ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsi 65 ünvanın yaxınlığındakı həmişə getdikləri çayxanada olduğu vaxtda təxminən 8-10 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb saxlayaraq aparıb maşınlarına əyləşdirmişlər. Əvvəlcə nə baş verdiyini başa düşməmiş, amma danışıqlardan və qısa ünsiyyətdən sonra ona aydın olmuşdur ki, bu şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarıdır. Onunla bərabər qaynı Kərbəlayi Ədül kişini də saxlamışlar və onu da maşına mindirmişlər. Qeyd etməyi vacib hesab edir ki, saxlanarkən və maşına otuzdurulub aparılarkən də mülki geyimli bütün polis əməkdaşları çox mədəni davranmış, heç bir fiziki və ya psixoloji təsir edilməmiş, sakit bir tərzdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Yolda olarkən narahatlığını bildirmiş, nə baş verdiyini soruşmuş, amma həmin tanımadığı şəxslər yenə çox mədəni şəkildə narahat olmamasını deyib, onu cavan birisi kimi bildikləri halda əslində ağsaqqal kişi olduğunu gördüklərini vurğulamışlar. İdarədə otaqların birində oturub 2-3 saat gözləmiş, nəhayət tanımadığı polis əməkdaşlarından əvvəllər görmədiyi və tanımadığı biri hörmət-izzətlə, hətta gülümsər üzlə müraciət edərək boynuna silah məsələsi götürməsini təklif etmişdir. Əslində nə baş verdiyini hələ də başa düşmədiyindən hətta arada başına belə fikir də gəlmişdir ki, bəlkə də bu kiminsə çox ciddi zarafatıdır və onu sınamaq, yoxlamaq istəyirlər. Amma belə zarafatın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qədər necə gəlib çıxa bilməsini fikirləşəndə isə yenə çox şey qaranlıq qalmışdır. Silahla bağlı təklifdən sonra o da eyni səmimi əhvalla belə şeyin mümkün olmadığını bildirmişdir. Bu mövzuda bir qədər söhbətdən sonra ona narkotik vasitə məsələsi deyilmiş və ona bir büküm verilərək cibinə qoyması, çəkilişlə üstündən çıxarılacağı bildirilmişdir. Yenə də heç bir təzyiq və təsir, qanunsuz hərəkət olmamışdır. Razılaşmamış, amma bu məsələnin yekunlaşması üçün sənədləşmə mütləq aparılmalı olduğu deyiləndən sonra çarəsiz razılaşmışdır. Sonra həmin büküm bölünərək iki ədəd edilməklə, ya da başqa bir büküm də əlavə edilməklə onun gödəkçəsinin iç sağ cibinə iki büküm qoyulmuşdur. Sonra onu həmin cibindən çıxardıb sol cibinə qoyması deyilmiş və o da bunu etmişdir. Belə bir fikir də deyilmişdir ki, guya o, həmin bükümləri bir gün əvvəl həyətdə nəvəsini gəzdirərkən yerdən tapmış və şübhələnib üstündə saxlamışdır. Beləliklə, proses başlamış və çəkiliş aparılmışdır. Videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, eyni qaydada Kərbəlayi Əbdülün üstü də yoxlanmışdır. Həmin vaxt o, gödəkçənin iç sol cibində olan iki ədəd şəffaf sellofan bükümü, gödəkçənin sağ yan cibində olan bir ədəd "Samsung” markalı mobil telefonu və 50 manat məbləğində pulu çıxarıb təqdim etmiş, həmin iki bükülünü 15 iyun 2021-ci il tarixdə günorta vaxtı yaşadığı ünvanın yaxınlığında yerləşən parkdan təsadüfən tapdığını bildirmişdir. Sonra sənədləşmələr aparılmış, ona təklif edilən hissələrdən heç birinin məzmunu ilə tanış olmadan imzalamışdır. İmzalamasının səbəbi isə ona tez bir vaxtda buraxılacağının vəd edilməsi, həm də ona əməlində nə satış, nə alış olmamasının, guya tapdığını da polisə təhvil vermək niyyətində olmasına görə işin bağlanacağının deyilməsi olmuşdur. Elə ordaca bilmişdir ki, Kərbəlayi Əbdüllə heç kimin işi yoxdur, onunla bağlı heç nə sənədləşdirilməyib, yəni üstündə qanunsuz nəsə olması müəyyənləşdirilməyib. Sonra onu çəkiliş aparılan otaqdan ən aşağı mərtəbəyə endirmişlər. Münasibət isə elə mədəni şəkildə də davam etmişdir. Aşağı düşürdüləndə elə fikirləşmişdir ki, indi yəqin buraxacaqlar. Amma bu belə olmamış və gecəni orada qalmışdır. Məsələ ciddiləşmiş və elə də mədəni şəkildə səhərisi gün Nərimanov Rayon Məhkəməsinə aparılmışdır. Orada hakim nə əməl törətməsi barədə danışmasını təklif etmiş, o da müstəntiqin üzünə baxıb nə danışmalı olduğunu ondan soruşmuşdur. Hakim ona bükülünü nəvəsi ilə parkda gəzərkən necə tapmasını, onu sonradan aparıb polisə təhvil vermək istəməsi halları ilə bağlı ifadələrini xatırlatmışdır. O da cavab verə bilməmişdir. Məhkəmə onun həbsə alınması barədə qərar vermişdir. Kürdəxanıya yerləşdiriləndən sonra sənədlərlə tanış olmuş və görmüşdür ki, guya o satmaq üçün əldə etdiyi külli miqdarda heroinlə yaxalanıb həbs olunmuşdur. Həmin andan sonra vəziyyətin nə qədər ciddi olduğunu bilmiş və bundan sonra heç kimə inanmayaraq, həm də ittihamla ümumiyyətlə razılaşmayaraq daha heç bir sənədi imzalamamış, ümumiyyətlə ifadə verməkdən imtina etmişdir. Onun narkoman olub-olmamasını yoxlamaq üçün ekspertiza da keçirilmiş və bu təsdiq olunmamışdır. Bu yoxlama ilə bağlı bir məqamı da xatırlayır ki, həkimnarkoloq onunla söhbət apararkən dəfələrlə təkidlə nə vaxtsa narkotik vasitə qəbul edibetməməsini soruşmuş, o da heç vaxt bunu etmədiyini bildirmişdir. Çox təkidlər olduğundan yarızarafat şəkildə həkimə «ola bilsin ki cavan vaxtı nə vaxtsa dadına baxmaq üçün otu prob eləmişəm» demiş, elə bu dediyini də həkim rəyə salıb göstərmişdir ki, guya onda əvvəllər narkotik vasitədən istifadə etmə halları olmuşdur. Halbuki, ümumiyyətlə heç vaxt istifadə etməmişdir. Niyə belə olmasının səbəbi barədə çox düşünsə də bir nəticəyə gələ bilməmişdir. Amma bir məqamı xatırlayır ki, tutulmazdan az əvvəl ona tanımadığı nömrədən zəng gəlmiş və adını Rəşad, ya da Elşad kimi təqdim edən, Nardarandan zəng vurduğunu deyən şəxs onun adı və soyadını dəqiqləşdirmiş, o da təsdiq etmişdir. Sonra həmin naməlum şəxs onu kəndə görüşə çağırmışdır. O isə xəstə və yaşlı olduğunu deyib olduğu yeri – konkret sonradan saxlandığı çayxananı bildirməklə lazımdırsa özünün gəlməsini təklif etmişdir. Bununla da danışıq bitmiş və az sonra həmin şəxs yenidən zəng etmiş, o da yenidən and-aman edib xəstə olduğunu, həm də zəng edəni ümumiyyətlə tanımadığını da nəzərə almaqla heç bir görüşə getməyəcəyini demiş, yenə olduğu çayxananın yerini xatırladıb lazımdırsa oraya gəlməsini təklif etmişdir. Sonra da məlum hadisə baş vermiş və naməlum şəxsə dediyi yerə telefonla danışmış həmin Rəşad və ya Elşad deyil, polislər gəlib qaynı ilə birlikdə onu aparmışlar. Ona görə də məhkəmədən bütün bunların obyektiv şəkildə araşdırılaraq ona bəraət verilməsini, həm də yaşının, səhhətinin, əlil olmasının, ağır ürək əməliyyatı keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Ancaq kütləvi informasiya vasitələrində o narkotik vasitələri görmüşdür və bir çoxunu zahiri əlamətlərinə görə tanımışdır. 15 iyun 2021-ci il tarixdə günorta vaxtı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 79 ünvanın yaxınlığında yerləşən parkda olarkən orada ağacın altına qoyulmuş və səliqəli şəkildə bükülmüş iki ədəd büküm olduğunu görmüşdür. Həmin bükümlərin ağacların altında olması onun diqqətini cəlb etmiş, həmçinin o narkokuryerlərin narkotik vasitələri bu cür heç kimin şübhələnmədiyi yerlərə qoyması barədə eşitmişdir. O, gedib həmin bükümləri götürüb içərisinə baxdıqda bükümlərdə narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin bükümləri üzərində götürüb saxlamış və daha sonra həmin bükümləri atmağı planlaşdırmışdır. Çünki, o, narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir, həmçinin bu maddələrin satışı ilə məşğul olmamışdır. 16 iyun 2021-ci il tarixdə saat 16:50 radələrində qohumu Şahid4 ilə birlikdə ünvan 3 ünvanın yaxınlığında olduqları zaman 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O və Şahid4 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq hazırda üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər. O və Şahid4 buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış, Şahid4 üzərinə isə baxış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan gödəkçənin cibində narkotik vasitə olduğunu bildirib, əynində olan ağ rəngli parça materialından hazırlanmış gödəkçənin iç sol cibində olan 02 ədəd şəffaf sellofan bükümü, gödəkçənin sağ yan cibində olan 01 ədəd "Samsung” markalı mobil telefonu və 50 manat məbləğində pulu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 15 iyun 2021-ci il tarixdə günorta vaxtı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 79 ünvanın yaxınlığında yerləşən parkdan təsadüfən tapdığını və həmin maddələri götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd "Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən Şahid4 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid4 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan qısaqol köynəyin cibində olan 20 manat pulu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini, şalvarının sağ arxa cibində olan "Hoffmann” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid4 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Əbdül Həmid onunla qohum olduğunu, 16.06.2021-ci il tarixdə saat 16:50 radələrində polis əməkdaşları tərəfindən saxlanılmamışdan az əvvəl şəxsi işi ilə bağlı gəlib onunla görüşdüyünü, onun üzərində narkotik vasitələr olmasından məlumatsız olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. O da Şahid4 dediklərini təsdiq edərək üzərində narkotik vasitə olmasından Əbdül Həmidin məlumatsız olduğunu qeyd etmişdir. Baxış zamanı aşkar edilmiş 20 manat pul, şəxsiyyət vəsiqəsi və 01 ədəd "Hoffmann” markalı mobil telefon Şahid4 özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o, Şahid4 və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş narkotik vasitəni tapmışdır və marağı olduğu üçün həmin narkotik vasitəni götürüb özündə saxlamışdır. O, hər hansı formada narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir (cild 1, iş vərəqə 71-74). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. 16 iyun 2021-ci il tarixdə saat 16:50 radələrində yeznəsi Təqsirləndirilən şəxs ilə birlikdə M.Hadi küçəsi 65 ünvanındakı çayxanada olarkən təxminən 7-8 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb maşına mindirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada videoçəkilişdən istifadə edilməklə Elçinin və onun üstünü axtarmışlar. Həmin vaxt Elçinin üstündən iki ədəd büküm çıxarılmışdır. Bununla bağlı protokollar yazılmış, ona da bir neçə yerə imzalatdırılmışdır. Çox həyəcanlı olduğundan və qorxduğundan ətrafda baş verənləri anlaya bilməmişdir. Amma yadındadır ki, Təqsirləndirilən şəxs çıxdığı deyilən iki bükümün bir gün əvvəl onun nəvəsini gəzdirərkən parkdan tapması barədə söhbətlər eşitmişdir. Onun özünün də üzərinə baxış keçirilmiş, 20 manat pulunu, şəxsiyyət vəsiqəsini, “Hoffmann” markalı mobil telefonunu çıxardıb təqdim etmişdir. Baxış davam etdirilmiş, amma üstündən qanunsuz heç nə tapılmamışdır. Təqsirləndirilən şəxs əvvəllər heç vaxt narkotik vasitə və ya psixotrop maddə görməmiş, Elçin belə maddələr qəbul etməmiş, satışı ilə məşğul olmamışdır. Elçinin parkdan nəsə tapmasını da qabaqcadan bilməmiş, ancaq polis idarəsində olarkən bu söhbəti eşitmişdir. Baxışdan sonra onun pulu, şəxsiyyət vəsiqəsi və mobil telefonu özünə qaytarılmışdır. Saxlanarkən və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olarkən nə ona, nə də Elçinə qarşı heç bir təsir, təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 16 iyun 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 16 iyun 2021-ci il tarixli qərar çıxarılmış və əməkdaşlar - baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 4 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs yanında olan başqa bir nəfər şəxslə birlikdə saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və Şahid4 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Təqsirləndirilən şəxs bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Şahid4 ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxsla müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Həmçinin Təqsirləndirilən şəxsla birlikdə Baş İdarəyə dəvət edilmiş Şahid4 üzərində videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və Şahid4 buna etiraz etmədiklərini, üstlərinin yoxlanmasına razı olduğunu bildirmişlər. Şəxsi axtarış, baxış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibində narkotik vasitə olduğunu bildirib, əynində olan ağ rəngli parça materialından hazırlanmış gödəkçəsinin iç sol cibində olan 02 ədəd şəffaf sellofan bükümü, gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 50 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri 15 iyun 2021-ci il tarixdə günorta vaxtı yaşadığı Gəncə prospekti, ev 79 ünvanın yaxınlığında yerləşən parkdan təsadüfən tapdığını və həmin maddələri götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən, Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmiş Şahid4 üzərinə baxış keçirilmiş, amma ondan qanunsuz heç nə aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olmasından məlumatsız olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Təhqiqatçı və sonradan müstəntiq tərəfindən istintaq aparılmışdır. Onların tərəfindən isə Təqsirləndirilən şəxsla bağlı əməliyyat tədbirləri davam etdirilmiş, amma bu şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumatlar təsdiqini tapmamış, sonrakı araşdırmalarda satışla bağlı həmin məlumatlar təkzib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 16 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da əynində olan ağ rəngli gödəkçəsinin iç sol cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri 15 iyun 2021-ci il tarixdə günorta vaxtı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 79 ünvanın yaxınlığında yerləşən parkdan təsadüfən tapdığını və həmin maddələri götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir (cild 1, iş vərəqə 27-29). İbidai istintaq zamanı Təqsirləndirilən şəxsla Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən iki ədəd bükümdə narkotik vasitə heroin aşkar edildiyini, lakin Şahid4 onun üzərində narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Şahid4 da şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd bükümdə narkotik vasitə aşkar edildiyini, lakin onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından xəbərsiz olduğunu bildirmişdir (cild 1, iş vərəqə 75- 78, 79-82). Məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2021-ci il tarixli 6/2455 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...» yazısı olan paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,717 qram və 4,822 qram - ümumi təmiz çəkisi 9,539 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 9,439 qram təşkil etmişdir (cild 1, iş vərəqə 41-46). İbtidai istintaq orqanının verdiyi əməliyyat tapşırığına cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinin 30 avqust 2021-ci il tarixli 007-8497-1221 saylı məktubunda bildirilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasiənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 131). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 sentyabr 2021-ci il tarixli 3644 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 150-151). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 13 noyabr 2021-ci il tarixli qərarı ilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 183-184). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 19 iyul 2021-ci il tarixli 6166 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 113). Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 118). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 135-136). 068897 №-li əlillik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2012-ci il tarixdən ümumi xəstəlikdən ikinci qrup əlildir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında 12 noyabr 2021-ci il tarixli qərarında da elan edilmiş ittihamın təsdiqi kimi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları sübut növü kimi qiymətləndirmək barədə yekun qənaətə gəlmişdir (cild 1, iş vərəqə 152). Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir. Əksinə, bu sübutlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Hətta ibtidai istintaq orqanının tapşırığı əsasında sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində də belə məlumatlar əldə edilməmiş və bununla bağlı rəsmi cavab da verilmişdir. Saxlandığı andan başlayaraq ibtidai araşdırmanın sonrakı bütün müddəti ərzində də Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməməsi və satışı ilə məşğul olmamasını bildirməsinə, şahidlərin də ifadələrində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair mötəbər sayıla biləcək heç bir məqam olmamasına baxmayaraq qeyd olunan ifadələrin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi və iki bükümdə olması xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 9,539 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, onu saxlamış polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut, hətta yanakı dəlil yoxdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlamış, üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş polis əməkdaşları məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş ilkin məlumatlar sonrakı əməliyyat tədbirlərinin gedişində nəinki təsdiqini tapmamış, ümumiyyətlə təkzib olunmuşdur. Qeyd olunan məqamın mühümlüyü həm də onunla şərtlənir ki, hazırkı iş üzrə şəxsin məhz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək tutulmasının, sonradan cinayət işinin bu maddə ilə başlanmasının və təqsirləndirilən şəxsə göstərilən maddə ilə ittiham elan olunmasının əsası kimi də məhz qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatları olmuşdur. Təqsirləndirilən şəxsin telefon danışıqları ilə bağlı müvafiq mobil operatordan alınmış məlumatların təhlili zamanı da nəinki narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı dəlillər, ümumiyyətlə iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqə 1, 13, 18-19, 105-107). Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda narkotik vasitənin külli miqdarda və həm də iki bükümdə olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda və iki bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək heç bir halda narkotik vasitə əldə etməməsi, saxlanarkən üzərində ümumiyyətlə narkotik vasitə olmaması ilə bağlı ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin üstündən ümumiyyətlə narkotik vasitə çıxmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinin obyektiv reallığı əks etdirməsini təsdiq edə biləcək heç bir dəlil müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürülmə aparılması zamanı, ilkin izahatında, şübhəli şəxs qismində verdiyi ifadəsində, özünü qismən təqsirli bilməklə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində birbirinə zidd olmayan, üst-üstə düşən məqamları eynilə əks etdirib danışmaqla narkotik vasitəni tapmaqla üzərində saxlayıb daşıması faktını etiraf etmişdir (cild 1, iş vərəqə 27-30, 35-36, 55- 58, 71-74). Ona görə də mübahisə doğurmayan bu mühüm məqamları da nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Ona görə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi ilə əhatə olunan əməli törətməsi ilə bağlı etiraf ifadələri iş üzrə digər sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, 2-ci qrup əlil olmasını, yaşını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 94-98). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,439 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42,209). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,439 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1957/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1957/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver